Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-673/2023 01.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı iş üzrə Q Ə R A Rİ Açar sözlər: kassasiya şikayətinin mümkünlüyü Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “kredit borcunun, kredit borcuna görə hesablanmış faizlərin və dəbbə pulunun (cərimənin) ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegi yasının 2023-cü il 10 oktyabr tarixli 2-2(103)-513/2023 saylı qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı "xxxx" ASC (bundan sonra – “iddiaçı”) 2022-ci il 6 iyul tarixində iddia ərizəsi ilə və 2022-ci il 28 noyabr tarixində iddia həcminin azaldılması barədə ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh2 MMC-dən və Cavabdeh1 müştərək qaydada iddiaçının xeyrinə 2020-ci il 6 iyul tarixli 07NKX/20 nömrəli kredit Xətti müqaviləsinə əsasən: 1-ci tranş üzrə 50.000 manat əsas, 1.124,38 manat müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış borc olmaqla, cəmi 51.124,38 manat, 2-ci tra nş üzrə 50.000 manat əsas, 1.333,32 manat müqavilə müddəti ərzində ödənilməmiş faiz borcu, 3.458,33 manat müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış borc olmaqla, cəmi 54.791,65 manat məbləğində kredit borcunun, (ümumilikdə hər iki tranş üzrə 105.916,03 manat kredit borcunun) həmçinin 400 manat ödənilmiş mediasiya xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 15 dekabr tarixli e-2-2(113)-3942/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 müştərək qaydada kredit müqaviləsinin 1-ci tranşı üzrə 49.999,98 manat əsas və illik 5%-lə 1.124,38 manat cəmi 51.124,36 manat, 2-ci tranşı üzrə 49.999,99 əsas, 1.333,32 manat faiz borcu və illik 5%-lə 3.458,33 manat cəmi 54.791,64 manat məbləğində pul, ümumilikdə 105.916 manat məbləğində pul və mediasiya xərci kimi ödənilmiş 400 manat tutularaq iddiaçıya ödənilməsi, məhkəmə-mühasibatlıq ekspertizası xərci olan 150 manat məbləğində vəsait cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməsi qət edilmişdir (hakim E.Əliyev).
3. Həmin qətnamə 2023-cü il 13 yanvar tarixində proses iştirakçılarının elektron kabinetlərində yerləşdirilmişdir.
4. Cavabdehlər tərəfindən 2023-cü il 4 mart tarixində apellyasiya şikayəti verilərək Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 15 dekabr tarixli e-2-2(113)-3942/2022 saylı qətnaməsinin ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdilər. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
5. Bakı Ape llyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 23 may tarixli 2-2(103)-513/2023 saylı qətnaməsi ilə cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 15 dekabr tarixli e-2-2(113)3942/2022 saylı qətnaməsi iddianın qismən təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – R.Qurbanov hakimlər – V.Baxışova və A.Hüseyn).
6. Həmin qətnamə 2023-cü il 6 iyun tarixində proses iştirakçılarının elektron kabinetlərində yerləşdirilmişdir.
7. Cavabdeh2 MMC tərəfindən 2023-cü il 4 avqust tarixində kassasiya şikayəti verilərək Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 23 may tarixli 22(103)-513/2023 saylı qətnaməsini ləğv edərək, iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş e tmişdir.
8. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 7 avqust tarixli 2-2(103)-513/2023 saylı qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin 2023-cü il 23 may tarixli 2-2(103)-513/2023 saylı qətnaməsindən Cavabdeh2 MMC tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır (sədrlik edən – R.Qurbanov hakimlər – F.Abdıyev və X.Sarıyev).
9. Məhkəmə kollegiyası qeyd etmişdir ki, kassasiya şikayətinə əsasən, onu elektron qaydada yalnız Cavabdeh2 MMC-nin nümayəndəsi və vəkili Vəkil imzalamışdır. Eyni zamanda sonuncunun adına verilmiş 2023-cü il 1 avqust tarixli etibarnamədə məhkəmə aktından şikayət verilməsi səlahiyyəti xüsusi olaraq göstərilməmişdir.
10. Məhkəmə kollegiyası hesab etmişdir ki, Cavabdeh2 MMC-nin nümayəndəsi və vəkili Vəkil adına verilmiş etibarnamədə məhkəmə aktından şikayət verilməsi səlahiyyəti xüsusi olaraq göstərilmədiyindən, kassasiya şikayəti səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmış hesab olunmalıdır. Həmçinin elektron məhkəmə sistemində kassasiya şikayətini elektron imza vasitəsilə Cavabdeh2 MMC-nin başqa səlahiyyətli nümayəndəsi tərəfindən imzalanması müəyyən olunmamışdır.
11. Məhkəmə kollegiyası qeyd etmişdir ki, elektron məhkəmə informasiya sistemi vasitəsilə verilmiş şikayətləri onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən elektron imza ilə təsdiq edilməsi üçün sistemdə müvafiq dəyişikliklər edilmişdir. Qeyd edilən funksionallıq (dəyişiklik) 2022-ci il 1 oktyabr tarixindən istifadəyə verilmişdir.
12. Beləliklə, 2022-ci il 1 oktyabr tarixindən sonra verilən kassasi ya şikayətləri bu dəyişikliyə cavab verməli, şikayət həm şikayət verməyə səlahiyyəti olan nümayəndə, həm də vəkil tərəfindən elektron imza ilə imzalanmalıdır.
13. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 74.2, 407.3, 408.1, 408.1.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
14. Həmin qərardad 2023-cü il 7 avqust tarixində proses iştirakçılarının elektron kabinetlərində yerləşdirilmişdir.
15. Cavabdeh tərəfindən 2023-cü il 18 sentyabr tarixində müddətin bərpası barədə ərizə və kassasiya şikayəti verilərək Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 23 may tarixli 2-2(103)-513/2023 saylı qətnaməsindən kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi və həmin qətnamən i ləğv, iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
16. Ərizə onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-nin kassasiya şikayəti prosessual müddətlər ötürülmədən vaxtında verilmişdir. Lakin müəyyən səbəblərdən kassasiya şikayəti geri qaytarılmışdır. Bu barədə elektron məhkəmə sisteminə məlumat xarakterli bildirişin gəlməsinə baxmayaraq, həmin bildiriş gözdən yayınmış və kassasiya şikayətinin geri qaytarılmasından xəbərləri olmamışdır. Vəkil olaraq elektron məhkəmə sistemindən işin Ali Məhkəməyə daxil olmasını gözlədiyi halda işin geri qaytarılması barədə məlumat verilmişdir.
17. Belə ki, ərizədə prosessual müddətin buraxılmasının heç bir üzrlü səbəbi göstərilməmiş və yalnız qeyd olunmuşdur ki, kassasiya şikayətinin verilməsi zamanı yol verilmiş nöqsanlar aradan qaldır ılmışdır. Bununla bağlı kollegiya qeyd etmişdir ki, MPM-in 405.0.1-ci maddəsi kassasiya şikayətinin heç bir nöqsan olmadan, prosessual qanunvericiliyin bütün tələblərinə riayət edilməklə verilməsi müddətini nəzərdə tutur
18. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 10 oktyabr tarixli 2-2(103)-513/2023 saylı qərardadı ilə Cavabdeh2 MMC tərəfindən verilmiş kassasiya şikayətinin verilməsi müddətinin bərpası barədə ərizə təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 2023-cü il 23 may tarixli 2-2(103)-513/2023 saylı qətnaməsindən Cavabdeh2 MMC tərəfindən kassasiya şikayəti geri qaytarılmışıdır (sədrlik edən – R.Qurbanov hakimlər – V.Baxışova və A.Hüseyn).
19. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MPM-in 405.0.1, 408.5-ci maddələrinə istinad etməklə əsasl andırmışdır
20. Həmin qərardad 2023-cü il 18 oktyabr tarixində proses iştirakçılarının elektron kabinetlərində yerləşdirilmişdir.
21. Cavabdeh 2023-cü il 26 oktyabr tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 10 oktyabr tarixli 2-2(103)513/2023 saylı qərardadını ləğv edərək, kassasiya şikayətinin verilməsi üçün müddətinin bərpası barədə ərizənin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ c) Kassasiya şikayətinin dəlilləri
22. MPM-in 425-ci maddəsinin tələbi pozulmuşdur - Bakı Apellyasiya Məhkəməsi kassasiya şikayətinə dair müddətin bərpası barədə ərizəni təmin etməməklə və işin Ali Məhkəmədə baxılmasının qarşısını almaqla cavabdehi şikayət vermək hüququndan məhrum etmişdir. Bu hal cavabdehin məhkəmə müdafiəsindən istifadə etmək hüququnu məhdudlaşdırır.
23. MPM-in 133-cü maddəsinin tələbi pozulmuşdur - iş materiallarına əsasən, kassasiya şikayəti vaxtında verilmişdir, lakin etibarnamədə məhkəmə aktından şikayət verilməsi səlahiyyəti xüsusi olaraq göstərilmədiyindən, “kassasiya şikayəti səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmış hesab olunmalıdır” kimi əsaslandırma ilə geri qaytarılmışdır. Bundan sonra yeni etibarnamə verilmiş və yenidən müddətin bərpa edilməsi barədə ərizəsi ilə birlikdə kassasiya şikayəti verilmişdir.
24. Lakin yenidən kassasiya şikayəti geri qaytarılmış və qeyd edilmişdir ki, ərizədə prosessual müddətin buraxılmasının heç bir üzrlü səbəbi göstərilməmiş, yalnız qeyd olunmuşdur ki, “kassasiya şikayətinin verilməsi zamanı v erilmiş nöqsanlar aradan qaldırılmışdır” kimi qərardadı əsaslandırmaqla yenidən kassasiya şikayəti geri qaytarılmışdır. Bu nöqsanlar düzəldikdən sonra müddətin bərpasına dair ərizə ilə birlikdə kassasiya şikayətinin vaxtında verilməməsi səbəbi üzrlü hesab edilməli və iş baxılması üçün Ali Məhkəməyə göndərilməli idi. Çünki qərardadın özündə də qeyd edilmişdir ki, nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən kassasiya şikayəti verilə bilər. d) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. I. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
26. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikay ətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
27. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qərardadı qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq yoxlanılacaqdır.
28. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. II. TƏTBİQ EDİLƏN HÜQUQ
29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
405. Kassasiya şikayəti vermə müddəti.
405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində;...” "Maddə
407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər 407.1. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən kassasiya şikayətində aşağıdakılar göstərilməlidir:... 407.3. Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. “Maddə
408. Kassasiya şikayətinin qaytarılması 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 408.1.1. Kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud onu imzalamağa hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə... 408.3. Kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır... 408.5. Bu Məcəllənin 408.1.1-408.1.5 və 408.1.7-ci maddələrində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra, şikayəti verən şəxs yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər. “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəm əsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. III. Ali Məhkəmənin mövqeyi
30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq olunduğundan, habelə kassasiya şikayətinin dəlilləri əsassız olduğundan iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 10 oktyabr tarixli 2-2(103)-513/2023 saylı qərardadı də yişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
31. MPM-in 133.1-ci maddəsinin tələbinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
32. Cavabdeh isə apellyasiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair ərizəsində müddətin ötürülməsinin hər hansı üzrlü səbəbini göstərməmiş, müddətin ötürülməsini kassasiya şikayətinin geri qaytarılmasından xəbəri olmaması, şikayətinin geri qaytarılması barədə elektron məhkəmə sisteminə məlumat xarakterli bildiriş gəlməsinə baxmayaraq, həmin bildirişin gözündən yayınması ilə əsaslandırmışdır.
33. Məhkəmə kollegiyası cavabdehin ərizəsində prosessual müddətin buraxılmasının üzrlü hesab ediləcək hər hansı bir səbəbinin göstərilmədiyini nəzərə alaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya şikayətində istinad olunan prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, məhkəmə düzgün olaraq qeyd etmişdir ki, MPM-in 405.0.1-ci maddəsi kassasiya şikayətinin heç bir nöqsan olmadan, prosessual qanunvericiliyin bütün tələblərinə riayət edilməklə verilməsi müddətini nəzərdə tutur.
34. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud olmamışdır. Kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin e dilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 10 oktyabr tarixli 2-2(103)-513/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
35. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 10 oktyabr tarixli 2-2(103)-513/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul olunduğu andan qüvvəyə minir.