Məhkəmə qərarları › İş №2-2(102)-673/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-673/2025

05.12.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-673/2025 05.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: alqı-satqı müqaviləsi üzrə borcun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı (“Laçın” X10 və Hacıqabul Rayon İcra Hakimiyyəti müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) pul tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 9 iyul tarixli 22(106)-6/2025 nömrəli qətnaməsindən iddiaç ı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. Hacıqabul rayon İcra Hakimiyyəti başçısının 2011-ci il 6 iyun tarixli 107 nömrəli sərəncamı ilə “Zəmi” kənd təsərrüfatı kooperativinin direktoru X3 əkinçilik məqsədi üçün icarə qaydasında Hacıqabul rayonu ərazisindəki Hacıqabul şəhər ətrafı X8 17 hektar torpaq sahəsi ayrılmış, eyni tarixli torpaq icarəsi müqaviləsi ilə sərəncam əsasında ayrılan 17 hektar torpaq sahəsi 99 il müddətinə “Zəmi” kənd təsərrüfatı kooperativinə icarəyə vermişdir. Torpaq sahəsi üzərində X2 icarə hüququ 2011-ci il 7 iyul tarixində daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınmışdır. “Torpaq sahəsi üzərindəki icarə hüquqlarının alqı satqısına dair” 2013-cü il 4 aprel tarixli alqı-satqı müqaviləsi əsasında X5 17.00 ha to rpaq sahəsinin 3.00 ha hissəsi üzərindəki hüquqlarını X4, 14.00 ha hissəsi üzərindəki hüquqlarını isə Cavabdeh satmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 2013-cü il 5 aprel tarixində verilmiş çıxarışa əsasən 14 ha kənd torpaq sahəsi üzərində Cavabdeh icarə hüququ dövlət qeydiyyatına alınmışdır.

2. Həmin 14 ha torpaq sahəsi üzərində icarə hüquqlarının alqı-satqısına dair razılaşma hazırki mübahisə üzrə tərəflər arasında 2017-ci ilin yanvar ayında baş tutmuş, İddiaçı Cavabdeh tərəfindən satılan torpaq sahəsi üzərindəki icarə hüququna, torpaq sahəsi üzərindəki tikililərə, xırdabuynuzlu heyvanlara və saxlanılması üçün arpaya görə ümumilikdə 63.000 manat pul ödəmişdir. Torpaq sahəsi üzərində icarə hüquqlarının alqısatqısı notariat qaydada 2017-ci il 8 fevral tarixində rəsmiləşdirilmiş, hüquqların alqısatqısının dəyəri kimi müqavilədə 5.000 manat göstərilmişdir. Torpaq sahəsi, üzərində olan tikililər və digər qurğularla birlikdə İddiaçı təhvil verilmiş, sonuncu həmin torpaq, tikili və qurğulardan faktiki olaraq istifadə etməyə başlamış (1-ci cild 113-cü vərəq protokolda idd. izahatı), 2020-ci ildə torpaq sahəsinin Nümayəndə1 tərəfindən qanunsuz zəbt olunduğunu bildirərək Hacıqabul Rayon Məhkəməsində “torpağın özgəsinin qanunsuz sahibliyindən alınması” tələbinə dair iddia qaldırmış, həmin iddia məhkəmə qərarları ilə təmin olunmuşdur.

3. Paralel olaraq mübahisəli torpaq sahəsinin ilkin ayrılma sənədləri həmin torpağa iddialı olan “Laçın” X10 tərəfindən mübahisələndirilmiş və həmin mübahisə üzrə ilk dəfə Şirvan İnzibati Məhkəməsi tərəfindən 2016-cı il 10 iyun tarixində 2-1(86)-62/2016 nömrəli qərar qəbul edilərək, iddia təmin olunmuşdur. Həmin qərar Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 24 fevral tarixli 2-1(106)-05/2021 nömrəli qərarı ilə ləğv olunaraq, iddia tələbi qismən təmin edilmiş, Hacıqabul RİH başçısının 2011ci il 6 iyun tarixli 107 nömrəli sərəncamının qismən, yəni “Zəmi” kənd təsərrüfatı kooperativinin direktoru X3 9 hektar torpaq sahəsinin ayrılması hissəsində ləğv edilməsi qərara alınmışdır. Həmin mübahisə üzrə yekun məhkəmə aktı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası tərəfindən 2021-ci il 1 iyun tarixində 2-1(102)1038/2021 nömrəli qərar qəbul edilərək, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı (bundan sonra – “iddiaçı”) 2022-ci il 7 iyul tarixində Cavabdeh (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 63.000 manat pulun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehdən 2017-ci il 20 yanvar tarixində 14 ha torpaq sahəsi və xırdabuynuzlu heyvanı 63.000 manata satın almışdır. 2017-ci il 8 fevral tarixində aralarında Hacıqabul şəhər ətrafı X13 yerləşən 14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair notarial qaydada “icarə hüququnun alqı-satqı müqaviləsi” bağlanmışdır. İcarə hüququ 2017-ci il 8 fevral tarixindən 2110-cu il 6 iyun tarixinə qədər müddətə bağlanmışdır. Hacıqabul rayon İcra Hakimiyy əti başçısının 2011-ci il 6 iyun tarixli 107 nömrəli sərəncamı ilə X3 17 ha torpaq sahəsi verilmişdir. Qeyd olunan torpaq sahəsinin 14 hektarının icarə hüquqları Yaqut Həsənova tərəfindən cavabdehə, cavabdeh tərəfindən isə 2017-ci il 8 fevral tarixli alqı-satqı müqaviləsi əsasında iddiaçıya satılmışdır. Onun qeyd edilən torpaq sahəsi üzərində olan icarə hüquqları dövlət qeydiyyatına alınmış və ona bu barədə müvafiq çıxarış verilmiş, lakin mübahisəli torpaq sahəsindən istifadə edə bilməmişdir. Belə ki, “Laçın” X6 nümayəndəsi Nümayəndə1 sözügedən torpaq sahəsinin onlara məxsus olmasını əsas gətirərək onun həmin torpaq sahəsindən istifadəsinə maneə yaratmışdır. Belə ki, 2021-ci il 23 iyun tarixli 2-1(102)1038/2021 nömrəli inzibati iş üzrə Ali Məhkəmənin İnzibati Kollegiyasının qərarı ilə Şirv an Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 24 fevral tarixli 2-1(106)05/2021 nömrəli qərarı qüvvədə saxlanılaraq, hazırkı iş üzrə iddiaçının cavabdehdən icarə hüququnu alqı-satqı yolu ilə əldə etdiyi 14 ha torpaq sahəsinin 9 ha hissəsi “Laçın” X7 verilmişdir.

6. Cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək bildirmişdir ki, cavabdeh 2017-ci il 8 fevral tarixli icarə hüququnun alqı-satqı müqaviləsinə əsasən kənd təsərrüfatlı təyinatlı, məqsədli istifadə növü əkin olan torpaq sahəsi üzərində olan icarə hüquqlarını iddiaçıya satmışdır. Həmin alqı-satqı müqaviləsi qüvvədədir. Cavabdeh qeyd edilən torpaq sahəsi üzərində icarə hüquqlarını alqı-satqı müqaviləsi ilə X1 almışdır. Cavabdehin torpaq sahəsinin mübahisəli olduğundan xəbəri olmamışdır. Sonradan məlum olmuşdur k i, torpaq sahəsi Yaqut Həsənovaya, sonra Vaqif adlı şəxsə, daha sonra cavabdehə verilmiş, cavabdeh isə iddiaçıya satmışdır. Alqı-satqı müqaviləsi üzrə öhdəlik yerinə yetirilmişdir. Hazırda iddiaçıya heç bir məbləğ verilməsi mümkün deyil.

7. Bundan başqa, cavabdehin özü də məhkəmə iclasında iddiaya etiraz edərək bildirmişdir ki, icarə hüquqlarını satarkən özünə məxsus 30.000 manat məbləğində olan 500 baş qoyunu (quzularla birlikdə), 4.000 manat məbləğində 9 ton arpanı, 4.000 manat məbləğində su mühərriki xətlə birlikdə, 3.000 manat məbləğində işıq xətti, 1.000 manat məbləğində köşk usta pulu ilə bərabər, 1.500 manat məbləğində çardağı, 2.000 manat məbləğində işıq xəttini aralarında bağlanmış sadə yazılı alqı-satqı müqaviləsinə əsasən iddiaçıya satmışdır.

8. Şirvan Kommersiya Məhkəməsinin 20 23-cü il 27 sentyabr tarixli 2-2(121)1400/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin olunmuş, 28.000 manat pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin olunmamışdır (hakim – N.Misirzadə).

9. Məhkəmə qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh arasında 2017-ci il 8 fevral tarixində bağlanmış icarə hüququnun alqı-satqı müqaviləsinə əsasən, cavabdeh Hacıqabul şəhər ətrafı DTF-də yerləşən 14 ha kənd təsərrüfatı təyinatlı məqsədli istifadə növü əkin olan torpaq sahəsinin üzərində olan icarə hüquqlarını iddiaçının icarəsinə verməli olmuşdur. Lakin cavabdeh qeyd edilən müqavilədə nəzərdə tutulmuş torpaq sahəsindən az sahəni, yəni 5 ha torpaq sahəsini iddiaçıya vermişdir. Belə ki, iddiaçının icarə hüquqlarının dövlət qeydiyyatı Şirvan Apellyasiya Məhk əməsinin 2021-ci il 24 fevral tarixli 2-1(106)-05/2021 nömrəli qərarına əsasən 9 ha hissəsində ləğv olunmuşdur. 5 ha torpaq sahəsindən istifadə etməsinə isə üçüncü şəxslər tərəfindən imkan verilməmişdir.

10. Bundan başqa, cavabdeh qeyd edilən müqaviləyə əsasən icarə hüququnu 5.000 manata satmış olsa da, həmin 14 ha torpaq sahəsi və heyvanının iddiaçıya 63.000 manata satması və iddiaçıdan 63.000 manat pul almasına dair 2017-ci il 20 yanvar tarixində qəbz imzalamışdır.

11. Bundan əlavə, cavabdeh tərəf izahatında göstərmişdir ki, “2017-ci il 8 fevral tarixli icarə hüququnun alqı-satqı müqaviləsi ilə kənd təsərrüfatlı təyinatlı, məqsədli istifadə növü əkin olan torpaq sahəsi üzərində olan icarə hüquqlarını iddiaçıya satmışdır”.

12. Məhkəmə qeyd etmişdir ki, cavabdeh qeyd edilən 14,0 ha torpaq sahəsi üzərində olan icarə hüquqlarını 2017-ci il 8 fevral tarixli alqı-satqı müqaviləsində nəzərdə tutulmuş torpaq sahəsindən az sahəni iddiaçıya vermişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı icarə hüququnun alınması üçün ödədiyi 5.000 manat pulun qaytarılmasını tələb etmək hüququna malik olmuşdur.

13. İddiaçının icarə hüquqlarının dövlət qeydiyyatı məhkəmə qərarına əsasən 9 ha hissəsində ləğv olunduğundan, bununla da, cavabdeh qeyd edilən müqavilədə nəzərdə tutulmuş torpaq sahəsindən az sahəni, yəni 5 ha torpaq sahəsini iddiaçıya verdiyindən, iddiaçı ödədiyi 5.000 manat pulun qaytarılmasını tələb edə bilər.

14. Bundan əlavə, cavabdeh qeyd edilən müqaviləyə əsasən icarə hüququnu 5.000 manata satmış olsa da, 14 ha torpaq sahəsi və heyvanının iddiaçıya satılması üçün iddiaçıd an 63.000 manat pul almasına dair qəbz imzalamışdır. Lakin, məhkəmə iclasında iddiaçının izahatı ilə müəyyən edilmişdir ki, iddiaçı qeyd olunan heyvanları sonradan satmış, arpanı isə heyvanlar üçün istifadə etmişdir. Belə olan halda, iddiaçı qeyd edilən heyvanlara və arpaya görə ödədiyi pulu deyil, torpaq sahəsində mövcud olmuş tikililərə, fermaya və s. görə ödədiyi pulun ona qaytarılmasını tələb edə bilər.

15. Cavabdeh 1 ədəd vaqona görə 4.000 manat, tikili olan fermaya görə 10.000 manat, xətlə birlikdə su mühərriki üçün 1.500 manat, işıq xətti üçün 3000 manat, usta pulu ilə bərabər köşkə görə 1.000 manat, çardağ üçün 1.500 manat, işıq xəttinin qoşulması üçün 2.000 manat, cəmi 23.000 manat pulu iddiaçıdan hər hansı bir qanuni əsas və müqavilə əsası olmadan aldığından, bununla da cavabdeh əsassız varlandığından, iddiaçı həmin pulu tələb etməkdə haqlı olmuşdur. Buna görə də, məhkəmə iddia tələbinin qismən təmin edilərək, göstərilən məbləğin də cavabdehdən alınaraq iddiaçıya ödənilməsi qənaətinə gəlmişdir.

16. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 573.1, 578.1, 649, 651, 652, 1092.1 və 1093-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

17. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv, iddianın rədd olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

18. Məhkəmə mühəndis-texniki ekspertizası üzrə Məhkəmə Ekspertiza Mərkəzinin 2025-ci il 3 aprel tarixli rəyində göstərilmişdir ki, iddia tələbi üzrə dəyərinin ödənilməsi tələb olunan 1 ədəd vaqon, hazır tikili ferma, köşk, çardaq və transfarmatorlardan gələn işıq xətti dirəklərinin hazırda mövcud olması və iddiaçının sahibliyində qalan 5 ha torpaq sahəsində yerləşməsi, su mühərriki və işıq xəttinin naqillərinin həmin torpaq sahəsində mövcud olmamışdır.

19. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 9 iyul tarixli 2-2(106)-6/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmaqla, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia qismən təmin olunmuş, cavabdehdən 3.214 manat pul və ödənilmiş dövlət rüsumunun 14 manat hissəsinin tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, dövlət rüsumunun qalan hissəsi iddiaçının özünə aid olunmuş, iddia qalan hissələrdə təmin edilməmiş, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası t ədqiqatının dəyərini təşkil edən 50 manat ekspertiza xərcinin iddiaçıdan tutularaq dövlət büdcəsinə hesablaşma hesabına keçirilməsi qət edilmişdir (sədrlik edən hakim – T.Kərimov, hakimlər – P.Əhmədov və Q.Əliyev).

20. Apellyasiya məhkəməsi işin hallarını vurğulamış (bax §§ 1-3) və qeyd etmişdir ki, hazırkı iş üzrə iddiaçı yalnız Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası tərəfindən 2021-ci il 1 iyun tarixində qərar qəbul ediləndən (bax §3) sonra cavabdehə qarşı pul tələbinə dair məhkəmədə iddia qaldıraraq cavabdeh tərəfindən satılan torpaq sahəsi üzərindəki icarə hüququna, torpaq sahəsi üzərindəki tikililərə, xırdabuynuzlu heyvanlara və saxlanılması üçün arpaya görə ümumilikdə ödəmiş olduğu 63.000 manat pulun tələbini irəli sürmüşdür. Ödədiyi 63.000 manat puldan 20.540 manatı heyvanların pulu olduğunu, torpaq sahəsi ilə birlikdə tikililər və fermanı 40.000 manata qiymətləndirdiklərini, 4.000 manat dəyərində olan arpanın da həmin 40.000 manata daxil olduğunu, arpanı qoyunlara yedizdirib sonradan satdığını bildirmişdir. Bundan başqa izahatında göstərmişdir ki, 14 ha torpaq sahəsi üzərindəki icarə hüququ qüvvədə olan məhkəmə qərarına əsasən 9 ha hissədə ləğv olunsa da, yerdə qalan 5 ha torpaq sahəsi üzərində olan hüquqlarından istifadə etmək niyyətindədir və bu məqsədlə həmin torpaq sahəsinə dair yeni icarə müqaviləsinin bağlanması üçün Hacıqabul rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Cavabdehə hüquqların alqı-satqısı qaydasında ödədiyi pula həmçinin mübahisəli torpaq sahəsində yerləşən 1 ədəd vaqon, hazır tikili ferma, su mühərriki, işıq xətti trans farmatorla bilrikdə, köşk, çardağ və işıq xəttinin dəyəri də daxil olmuşdur. Sadaladığı həmin tikili və qurğular onun sahibliyində qalan 5 ha torpaq sahəsində yerləşir.

21. İş üzrə təyin olunmuş ekspertiza rəyi ilə cavabdeh tərəfindən iddiaçıya satılan və dəyərinin ödənilməsi tələb olunan 1 ədəd vaqon, hazır tikili ferma, köşk, çardaq və transfarmatorlardan gələn işıq xətti dirəklərinin hazırda mövcud olması və iddiaçının sahibliyində qalan 5 ha torpaq sahəsində yerləşməsi, su mühərriki və işıq xəttinin naqillərinin həmin torpaq sahəsində mövcud olmadığı müəyyən edilmişdir.

22. Kollegiya hesab etmişdir ki, cavabdeh tərəfindən üzərindəki icarə hüquqları satılan 14 ha torpaq sahəsi və torpaqda yerləşən tikili və qurğular alqı-satqı baş tutan zaman yerində iddiaçıya təhvil verildiyindən, 2017 -ci ildən digər şəxslə mübahisə yaranan 2020-ci ilədək iddiaçı tərəfindən istifadə edildiyindən, həmin tikili və qurğular (su mühərriki və işıq xəttinin naqilləri istisnadır) faktiki olaraq iddiaçının sahibliyində qalan 5 ha torpaq sahəsində hazırda mövcud olduğundan, iddiaçının bundan sonra da, sahibliyində qalan həmin 5 ha torpaq sahəsindən istifadə etmək niyyəti olduğundan, cavabdehə qarşı həmin tikili və qurğuların ödənilmiş dəyərinin alınması tələbi təmin oluna bilməzdi. Mübahisəli ərazidə aşkar edilməyən su mühərriki və işıq xəttinin naqillərinə gəlincə həmin əmlakların cavabdeh tərəfindən alqı-satqı zamanı iddiaçıya təhvil verilməsi və bir müddət iddiaçının istifadəsində olması işin mübahisəsiz halıdır və həmin əmlakların sonradan yerində aşkar olunmamasına görə alqı-satqı qiymətini n cavabdehdən alınması kimi tələb də təmin oluna bilməzdi. Çünki satıcı əşyanı olduğu yerdə alıcıya təhvil verdiyi məqamdan öhdəliyi icra edilmiş hesab olunur və sonradan əşyanın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riski müqaviləyə uyğun olaraq satıcının əşyanı alıcıya vermək vəzifəsini icra etmiş sayıldığı andan alıcıya keçir. Arpa və satılan heyvanlara gəlincə iddiaçının özü onları israf etdiyini etiraf etmiş, lakin pulunu yenidən tələb etmişdir.

23. Bununla belə, cavabdeh tərəfindən iddiaçıya satılmış 14.00 ha torpaq sahəsi üzərindəki hüquqları 9 ha hissədə ləğv olunduğundan, cavabdeh hüquqları ləğv olunan hissəyə mütənasib iddiaçının ödəmiş olduğu vəsaiti maddi hüquq normaları baxımından qaytarmalıdır. Tərəflər arasında rəsmi notariat qaydada bağlanmış 14 ha torpaq sahəsi üzərində icarə hüquqlarının alqı-satqı qiyməti 5.000 manat təşkil etmişdir. Odur ki, adi riyazi qaydada hesablama aparmaqla ləğv olunan 9 ha torpaq sahəsi üzərindəki icarə hüquqlarının alqı-satqı qiymətinin (5.000:14 x 9=3.214) 3.214 manat təşkil etdiyini müəyyən etmək mümkündür.

24. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 29-cu maddəsinin İ hissəsinə, MM-in 6.2, 14.1, 14.2.1, 385.1, 386.1, 560.1, 567, 570.1, 571.1, 573.1, 573.2, 578.1, 646.2 və 651-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 4.1, 14.2, 76.2, 77.1 və 82.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

25. İddiaçı həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv olunması və yeni qərar qəbul o lunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

26. Kassator şikayətində MPM-in 386-cı maddəsi üzrə bildirir ki, mübahisələndirilən qətnamə əsassızdır. Belə ki, iddiaçı 2017-ci il 20 yanvar tarixində cavabdehdən 14 ha torpaq sahəsi və xırdabuynuzlu heyvanı 63.000 manata almışdır. Bu məsələnin mübahisələndirilməyən hissəsidir. Lakin iddiaçı torpağı aldığı ilk gündən “Laçın” KFT tərəfindən onun istifadəsinə mane olmuşlar. Belə ki, cavabdeh tərəfindən satılan 14 ha torpaq sahəsi mübahisəli olduğu üçün, həmçinin mübahisəli torpaq sahəsi ilə bağlı məhkəmə çəkişmələri olduğu vaxtda cavabdeh bilərəkdən torpaq sahəsi və təsərrüfatı satmış, gəlir əldə etmiş, lakin iddiaçını isə uzun illər çətin vəziyyətə salmışdır. 27. “İddiaçının aldığı torpaq sahəsində qurğuların sonradan xarab olması və ya istifadəyə yararsız olmasının cavabdehin günahı ucbatından olmaması” ilə bağlı apellyasiya məhkəməsinin mövqeyinə gəldikdə kassator bildirir ki, iş materiallarında cavabdeh tərəfin iddianın əsassız olduğunu sübut edən mötəbər sübutu mövcud deyil. Ən əsası iddiaçı hələ Şirvan şəhər Məhkəməsində iş araşdırılarkən sənədləri məhkəməyə təqdim etmişdir. Şahidlərin ifadələrindən göründüyü kimi, cavabdehin satdığı xırdabuynuzlu heyvanların 63.000 manat civarında satılmadığını görmək olar. 28. “İddiaçının aldığı heyvanlar və əmlakın qüsurlu olması barədə cavabdehə heç vaxt irad bildirməməsi” ilə bağlı məhkəmənin mövqeyinə münasibətdə kassator qeyd edir ki, cavabdehin satdığı torpaq və heyvanlar ilk gündən iddiaçıya problemlər yaratmış, məhkəmə çəkişmələrinə vaxt itirmiş, digər “Laçın” KFT-nin nümayəndəsi Nümayəndə1 tərəfindən iddiaçıya məxsus əmlaklara zərər vurulmuş və iddiaçının bununla bağlı Hacıqabul Rayon Polis Şöbəsinə şikayət ərizəsi də daxil olmuşdur.

29. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsi, MM-in 1091-ci maddəsi, MPM-in 4.1,14.1,77.1 və 88-ci maddələri üzrə - məhkəmə cavabdehin apellyasiya şikayətini qismən təmin edərkən, iddiaçının 63.000 manat məbləğində alqısatqı yolu ilə aldığı 14 ha torpaq sahəsi, xırdabuynuzlu heyvanlar və digər fermaya aid əmlakların dəyərini hansı qaydada hesablaması anlaşılan deyil. Cavabdeh bilərəkdən mübahisəli torpaq sahəsi, onun üzərində olan əmlaklar və xırdabuynuzlu heyvanları 63.000 manata sataraq kənara çəkilmişdir. Nəticədə cavabdeh əsassız varlanaraq, iddiaçıya illərdir uzanan və bunun nəticəsində də iddiaçının vicdanlı şəkildə əldə etdiyi əmlakdan istifadə etməməsinə, bəhər götürə bilməməsinə səbəb olan ziyan vurmuşdur. Məhkəmə icraatı həqiqətin müəyyən olunmasını təmin etməlidir. Məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirdiyinə görə, pozulmuş hüquqların bərpası üçün həqiqətin müəyyən olunmasını təmin etməlidir. Ədalət məhkəməsi birinin müdafiəsi, digərinin isə müdafiədən məhrum olması demək deyil.

30. Kassasiya şikayətinin digər bölməsində iddiaçı Məhkəmə Ekspertiza Mərkəzinin 2025-ci il 3 aprel tarixli rəyi ilə razılaşmadığını vurğulayaraq bildirir ki, apellyasiya məhkəməsinin rəyə əlavə edilmiş yerquruluşu planının əsas götürməsini ümumiyyətlə izahı verilmədiyindən, qətnamənin iddiaçıya münasibət də birtərəfli araşdırılması kimi başa düşülür. Belə ki, iddiaçı hələ də ona ayrılan 5 ha torpaq sahəsinin onun istifadəsində qalan hissəsinin müəyyən olunması barədə heç bir məlumatı olmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

31. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Kassasiya baxışının hədləri

32. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

33. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

34. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

14. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə n əzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər....” “Maddə

21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür....” “Maddə

385. Öhdəlik anlay ışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə

560. Hüquqdan sui-istifadənin qadağan edilməsi 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir....” “Maddə

567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.” “Maddə

570. Satıcının əşyanı vermək vəzifəsinin icrası məqamı 570.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcının əşyanı alıcıya vermək vəzifəsi aşağıdakı məqamda icra edilmiş sayılır: 570.1.1. müqavilədə satıcının əşyanı çatdırmaq vəzifəsi nəzərdə tutulubsa, əşyanın alıcıya və ya onun göstərdiyi şəxsə təhvil verildiyi məqamda; 570.1.2. əşya alıcıya və ya onun göstərdiyi şəxsə əşyanın olduğu yerdə verməlidirsə, onun alıcının ixtiyarına verildiyi məqamda. Əşya müqavilədə nəzərdə tutulan müddətdə lazımi yerdə verilməyə hazır olduqda və müqavilənin şərtlərinə müva fiq surətdə alıcı bundan xəbərdar olduqda əşya alıcının ixtiyarına verilmiş sayılır. Əgər əşya nişanlanma yolu ilə və ya başqa şəkildə müqavilənin məqsədləri üçün eyniləşdirilməyibsə, verilməyə hazır sayılmır....” “Maddə

571. Əşyanın təsadüfən məhv olması və təsadüfən zədələnməsi riskinin alıcıya keçməsi 571.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, əşyanın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riski müqaviləyə uyğun olaraq satıcının əşyanı alıcıya vermək vəzifəsini icra etmiş sayıldığı andan alıcıya keçir....” “Maddə

573. Alıcıdan əşyanın geri alındığı halda satıcının məsuliyyəti 573.1. Alğı-satqı müqaviləsi icra edilənədək əmələ gəlmiş əsaslar üzrə üçüncü şəxslər əşyanı alıcıdan geri aldıqda, satıcı, alıcının həmin əsasların mövcudluğunu bildiyini sü buta yetirməsə, alıcıya dəymiş zərərin əvəzini ödəməyə borcludur. 573.2. Alıcının əldə etdiyi malı ondan üçüncü şəxslərin tələb etdiyi halda satıcının məsuliyyətdən azad edilməsi və ya bu məsuliyyətin məhdudlaşdırılması haqqında tərəflərin razılaşması əhəmiyyətsizdir.” “Maddə

578. Əşyaların miqdarı haqqında şərtin pozulmasının nəticələri 578.1. Satıcı alğı-satqı müqaviləsini pozaraq alıcıya müqavilədə müəyyənləşdirildiyindən az miqdarda əşya verdikdə, alıcı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, çatışmayan miqdarda əşya verilməsini tələb edə bilər və ya verilmiş əşyadan və onu ödəməkdən imtina edə bilər, əşya ödənilmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər....” “Maddə

646. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsi... 646.2. Əgər bu Məcəllənin bu pa raqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir.” “Maddə

651. Əşyaların alğı-satqısı haqqında müddəaların tələblərin və digər hüquqların alğı-satqısına tətbiqi Tələblərin və digər hüquqların alğı-satqısına əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Rəsmi reyestrlərdə qeydə alınmış daşınmaz əşyalara və obyektlərə hüquqların satıldığı hallarda bu Məcəllənin 646 - 650-ci maddələri müvafiq surətdə tətbiq edilir.”

35. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutlar ı araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

76. Sübutlar... 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

82. Sübut etməkdən azad olmaq üçün əsaslar... 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyekt iv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiya məhkəməsinin mövqeyi

36. Məhkəmə kolleg iyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir.

37. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir.

38. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hüquqi qiymətləndirməsi ilə razılaşır və vurğulayır ki, bu qiymətləndirmə hazırkı kassasiya şikayətinin dəlillərini tam əhatə edir. Kollegiya həmin hüquqi qiymətləndirmə və apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır, eyni qiymətləndirmənin təkrarlanmasına zərurət görmür.

39. Bundan başqa apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının tam araşdırılmaması və sübutlara düzgün qiymət verilməməsi barədə dəlillər də əsassızdır.

40. Belə ki, MPM-in 407.2 və 416.1-ci maddələrinin birgə təfsirindən müəyyən edilir ki, kassasiya şikayətində işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı dəlillərə istinad edilə, kassasiya instansiyası məhkəməsi isə belə dəlilləri yoxlaya bilməz.

41. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarında da qeyd edilmişdir ki,...kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı).

42. Qeyd edilənlər ə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya məhkəməsi iş materiallarında olan sübutlar əsasında hüquqi qiymətləndirməni qanunvericiliyin tələblərinə əsasən düzgün aparmış və qanunvericiliyin müddəalarını işin hallarına münasibətdə düzgün tətbiq etmiş, iddiaçının kassasiya şikayətində göstərdiyi dəlillər isə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz.

43. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti isə əsassız olduğundan təmin edilməməlidir.

44. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 9 iyul tarixli 22(106)-6/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar