Məhkəmə qərarları › İş №2-2(102)-675/2022

Ali Məhkəmə Qərar — İş №2-2(102)-675/2022

27.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-675/2022 27.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ Açar sözlər: borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Abiyeva Kəmalə Nəbi qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit borcunun qaytarılma sı, tutmanın ipoteka predmetinə yönəldilməsi və.s tələbinə dair kommersiya işi üzrə iddiaçı tərəfindən Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 22 iyun tarixli 2-2(106)-82/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. İŞİN HALLARİ 1. 2015-ci il 18 fevral tarixli etibarnamənin surətindən görünür ki, Cavabdeh2 Cavabdeh1 etibarnamə üzrə “onu istənilən səlahiyyətli orqanlarda, o cümlədən Şirvan şəhəri 2 saylı Notariat kontorunda ipoteka müqavilələri imzalamağı, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, məhkəmə, vergi, İddiaçı Şirvan filialında və sair əlaqədar orqanlarda təmsil etməklə lazımi sənədləri almağı, təqdim etməyi, imzalamağı, pul hesablaşmalarını aparmağı və bu etibarnamədə göstərilənlərlə əl aqədar digər bütün hərəkətləri etmək” səlahiyyətlərini etibar etmişdir.

2. İddiaçı ASC-nin Şirvan filialı ilə Cavabdeh2 (etibarnamə ilə çıxış edib Cavabdeh1) arasında bağlanmış 2015-ci il 26 fevral tarixli, 0076/15 saylı kredit müqaviləsinə əsasən, tərəflər Cavabdeh2 illik 6 faiz dərəcəsi ilə, 36 ay müddətinə, sahibkarlıq məqsədilə 14.500 manat məbləğində kreditin verilməsi barədə razılığa gəlmişlər. 3. 2015-ci il 26 fevral tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh2 14.500 manat kredit verilmişdir. Kassa məxaric orderi 2015-ci il 18 fevral tarixli etibarnaməyə əsasən Cavabdeh1 tərəfindən imzalanmışdır.

4. İddiaçı ASC-nin Şirvan filialı ilə Cavabdeh1 arasında bağlanmış 2015-ci il 25 fevral tarixli, 0011/15 saylı ipoteka müqaviləsinə əsasən 2015-ci il 25 fevral tarixli, 0076/15 s aylı kredit müqaviləsinin təminatı kimi Cavabdeh1 məxsus Şirvan şəhəri, X2 küçəsində yerləşən 48,53 kv.m ümumi, 28,96 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı, 60 nömrəli mənzil İddiaçı ASC-nin Şirvan filialının xeyrinə ipotekaya qoyulmuşdur. Həmin müqavilə etibarnamə ilə çıxış edən Cavabdeh1 tərəfindən imzalanmışdır. 5. 2015-ci il 10 mart tarixli, RX seriyalı, ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh1 məxsus Şirvan şəhəri, X2 küçəsində yerləşən ev 19, 60 saylı mənzil İddiaçı ASC-nin Şirvan filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir.

6. Ləğv prosesində olan İddiaçı ASC-nin 2020-ci il 25 dekabr tarixli, **********512 saylı maliyyə arayışından görünür ki, ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 2015-ci il 26 fevral tarix li, 0076/15 saylı kredit müqaviləsi üzrə onun 2020-ci il 17 dekabr tarixinə banka 14.492,68 manat əsas, müqavilə müddəti üçün hesablanmış və tələb olunan faiz 2.677,18 manat, müqavilə üzrə borcun gecikdirdiyinə görə hesablanmış və tələb olunan cərimə 1.301,87 manat, həmçinin Mülki Məcəllənin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 5%-lə hesablanan 2.072,31 manat faiz borcu olmaqla, ümumi borc 20.544,04 manat təşkil edir.

7. Ləğv prosesində olan İddiaçı ASC tərəfindən Cavabdeh2 və Cavabdeh1 2021-ci il 27 yanvar tarixli “ipoteka predmetinə tutmanının yönəldilməsi barədə” 2021-ci il 27 yanvar tarixli, **********253 saylı bildiriş ünvanlanaraq İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanılmış 2015-ci il 26 fevral tarixli, 0076/15 saylı kredit müqaviləsi əsasında alınmış 14.500 manat kredi tə görə cəmi 20.544,04 manat borcun olması və qeyd olunan borc ödənilmədiyi halda ipoteka predmetinə tutmanın yönəldilməsi üçün məhkəməyə müraciət olunacağı barədə həmin şəxslərə xəbərdarlıq edilmişdir.

8. Ləğv prosesində olan İddiaçı ASC tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinə 2021-ci il 25 yanvar tarixli, **********151 saylı ərizə ünvanlanaraq, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyata alınması xahiş edilmişdir. 9. 2021-ci il 18 fevral tarixli, 2752 saylı ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin dövlət qeydiyyatı barədə bildirişdən aydın olur ki, Şirvan şəhəri, X2 küçəsi ev 19 ünvanında yerləşən Cavabdeh1 məxsus 60 saylı mənz ilə dair ipotekanın dövlət qeydiyyatına dair bildirişin qeydiyyatı əlavə edilmişdir.

10. Problemli kreditlərin kompensasiyası üzrə rəsmi internet portalından çıxarışdan görünür ki, Cavabdeh2 ləğv prosesində olan İddiaçı ASC-yə olan əsas kredit borcu 14.492,68 manat təşkil etmiş, həmin kreditin illik faiz dərəcəsi 1% olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə restrukturizasiya olunması təklif olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu(bundan sonra-“iddiaçı”) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 (bundan sonra- ayrılıqda “Cavabdeh2” və “Cavabdeh1”, birlikdə isə cavabdehlər) qarşı iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, Cava bdeh2 14.492,68 manat əsas, 2.677,18 manat faiz, 1.301,87 manat cərimə və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 2014-cü il 24 dekabr tarixli Plenum qərarına əsasən hesablanmış 2.072,31 manat faiz borcu və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat rüsumun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan Şirvan şəhəri, X2 küçəsi, ev.19 ünvanında yerləşən 48,53 kv.m. ümumi sahəsi, 28,96 kv.m. yaşayış sahəsindən ibarət 2 otaqlı, 60 nömrəli mənzilə (bundan sonra-“60 nömrəli mənzil”) yönəldilməsi, əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yön əlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh2 tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin yaşayış sahəsinin boşaldılaraq, iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

12. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bankın müvafiq filialı ilə Cavabdeh2 arasında bağlanmış 2015-ci il 26 fevral tarixli 0076/15 saylı kredit müqaviləsinə(bundan sonra-“0076/15 saylı kredit müqaviləsi”) əsasən Cavabdeh2 36 ay müddətinə illik 6 faiz dərəcəsi ilə 14.500 manat məbləğində kredit verilmişdir. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin(bundan sonra-“DƏDRX”) 2015-ci il 10 ma rt tarixli RX seriyalı ******* nömrəli Çıxarışına(bundan sonra-“0597767 nömrəli Çıxarış”) əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus 60 nömrəli mənzil ipotekaya qoyulmuşdur. 60 nömrəli mənzilin ipotekaya qoyulması barədə bank ilə Cavabdeh1 arasında 2015-ci il 26 fevral tarixli 0011/15 saylı ipoteka müqaviləsi (bundan sonra-“0011/15 saylı ipoteka müqaviləsi”) bağlanmış, müqavilə notariat qaydada təsdiq edildikdən sonra fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsi barədə DƏDRX tərəfindən ******* saylı Çıxarış verilmişdir. Kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və Banka olan kredit üzrə borcunu ödəməmişdir. Kredit müqaviləsini n 2.5-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Bank tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə 2020-ci il 25 dekabr tarixli, **********557 saylı və 2021-ci il 27 yanvar tarixli, **********253 saylı bildirişlərin göndərilməsinə baxmayaraq, cavabdehlər Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişlər. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdirlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. 2020-ci il 17 dekabr tarixinə Cavabdeh2 kredit üzrə cəmi borcu 20.544,04 manat təşkil edir. Bundan 14.492,68 manat əsas, 2.677,18 manat faiz, 1.301,87 manat cərimə və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 2014-cü il 24 dekabr tarixli Plenum qərarına əsasən hesablanmış 2.072,31 manat faiz borcu təşkil edir.

13. Tələbin mad di hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin(bundan sonra-“Mülki Məcəllə”) 269.7, 295, 317.1, 319.1, 385.1, 442, 445, 445.2.1, 445.2.2, 445.3, 445.7, 449.1, 449.4, 465, 739.1-ci, İpoteka haqqında Azərbaycan Respublikası Qanununun(bundan sonra-“İpoteka haqqında qanun”) 34.1.3, 36.2, 39.3, 59.3.1-ci maddələrinə istinad edilmişdir.

14. Şirvan Kommersiya Мəhkəməsinin 2021-ci il 2 aprel tarixli, e-2-2(121)-470/2021 saylı qərardadı ilə iş üzrə məhkəmə əmtəəşünaslıq (qiymətləndirmə) ekspertizası təyin edilmiş, ekspertizanın aparılması "xxxx" MMC-yə həvalə edilmişdir(hakim - E.Abdullayev).

15. Cavabdeh1 2021-ci il 2 apel tarixində ərizə ilə məhkəməyə müraciət edərək hazırki işə iddia müddətini tətbiq etməklə iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 16. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 2021-ci il 16 avqust tarixli, 271/ZB/21 saylı mütəxəssis rəyindən görünür ki, 60 saylı mənzilin likvid dəyəri 25.000 manat, bazar dəyəri isə 29.000 manat təşkil edir. "xxxx" MMC tərəfindən təqdim olunmuş 208 saylı hesab fakturaya əsasən qiymətləndirmə haqqı 300 manat təşkil etmişdir.

17. Şirvan Kommersiya məhkəməsinin 2022-ci il 13 yanvar tarixli, e-2-2(121)-27/2022 saylı qərardadı ilə işə məhkəmə baxışı zamanı cinayət əməlinin əlamətlərinin aşkara çıxarılması barədə Şirvan şəhər prokuroruna xəbər verilməsi qərara alınmışdır.(hakim E.Abdullayev)

18. Şirvan Kommersiya Məhkəməsinin 2022-ci il 13 yanvar tarixli, e-2-2(121)-27/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh2 14.492,68 manat məbləğində əsas borc, 21 manat məbləğində dövl ət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat rüsum, ümumilikdə 14.553,68 manat məbləğində pul tutularaq iddiaçı ləğv prosesində olan banka ödənilməsi, tələbin Cavabdeh1 məxsus 60 saylı mənzilə yönəldilməsi, həmin mənzilin ilkin satış qiyməti 25.000 manat məbləğində olmaqla açıq hərracda satılması və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən 14.492,68 manat məbləğində əsas borc, 21 manat məbləğində dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat rüsumun iddiaçıya ödənilməsi, əmlakın açıq hərrac yolu ilə satışından əldə edilmiş pulun qalan hissəsinin Cavabdeh1 qaytarılması, iddia tələbinin qalan hissədə rədd edilməsi və iş üzrə daşınmaz əmlakın qiym ətləndirilməsi üzrə keçirilmiş tədqiqatının dəyəri olan 300 manat məbləğində pul vəsaitinin Cavabdeh1 alınaraq "xxxx" MMC-nin hesabına ödənilsin qət edilmişdir (hakim E.Abdullayev).

19. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, iddiaçı tərəfindən bağlanmış kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilsə də, Cavabdeh2 həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir.

20. Cavabdeh2 tərəflər arasında bağlanmış 0076/15 saylı kredit müqaviləsi üzrə 14.492,68 manat əsas borcunun olması iş materialları ilə sübut olunduğundan, iddia tələbi əsas borca münasibətdə təmin edilməlidir.

21. Cavabdeh2 kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qa ytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Həmin cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini qaytarmalı olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir.

22. Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 fevral tarixdə 551 nömrəli Fərmanının (bundan sonra-“Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərman) 5-ci bəndinə əsasən fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 ABŞ dollarınadək, milli valyutada isə 17.000 manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, A zərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682.000.000 manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsi, eləcə də, bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215.000.000 ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsi qərara alınmışdır.

23. Fərmanın təsir dairəsinə (8.6-cı bəndi) fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar daxil e dilmişdir.

24. Hazırkı iş üzrə kredit müqaviləsi həm bağlanma tarixi, həm tələb olunan əsas məbləğə və həm də digər əsaslara görə Fərmanın təsiri altına düşür. Mübahisələndirilən borc məbləğinə Fərmanda nəzərdə tutulan güzəştlərin tətbiq olunacağı təqdirdə borcun məbləğinin dəyişməsi (azalması) istisnasızdır. Məhz bu məntiqdən çıxış edərək Fərmanın 6.2-ci bəndində qeyd edilmişdir ki, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən, o cümlədən, borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər.

25. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab et mişdir ki, ölkə başçısının yuxarıda qeyd edilən Fərmanı devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədi güddüyündən, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası Fərmandan irəli gələn vəzifəsini icra edərək, hazırki iş üzrə cavabdehə münasibətdə xarici valyutada olan kreditinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən etdiyindən, restrukturizasiyaya təklif olunması üçün müəyyən edilmiş kredit məbləğinin restrukturizasiya olunmamasını nəzərə a laraq iddia tələbi yalnız restrukturizasiya olunması təklif olunan borc məbləği həddində təmin edilməli, qalan hissədə iddia rədd edilməlidir.

26. Belə ki, Fərmanın tətbiqi ilə bağlı vətəndaşın müraciət edəcəyi halda da, iddiaçı hazırda irəli sürdüyü tələb üzrə borc məbləğinin yenidən güzəştli şərtlərlə qaytarılmasını deyil, restrukturizasiya olunması təklif olunan məbləği müəyyən edəcəkdi.

27. İddia tələbinin “müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcunun ödənilməsi”nə dair hissəsini təmin edilməməlidir. Belə ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə gecikdirmə nəticəsində dəyən ziyan qarşılamaq üçün dəbbə pulu nəzərdə tutulmuşdur, yəni Mülki Məcəllənin 466.2.1-ci maddəsinə əsasən kredit müqaviləsi üzrə zərərin deyil, yalnız dəbbə pulunun tutulması barədə tərəflər razılaşmışlar. Bundan başqa dəbbə pulundan əlavə dəymiş ziyanla əlaqədar məhkəməyə heç bir sübut təqdim olunmamışdır. Belə ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Odur ki, məhkəmə həmin tələbi əsassız hesab edir.

28. Borcun ipoteka predmetinə yönəldilərək, həmin əmlakın açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi tələbinə münasibətdə məhkəmə işinr müəyyən edilmiş faktiki hallarına MM-nin 269.7, 317.1, 319.1-ci maddələrinin, «İpoteka haqqında» Qanunun 34.1.1, 34.1.3, 39.3.3, 41.1-ci maddələrinin ( bax «Tətbiq edilən hüquq») tələbləri baxımından qiymət verərək q eyd etmişdir ki, iddia tələbi həmin hissədə əsaslıdır. Belə ki, bankın Şirvan filialı ilə Cavabdeh1 arasında 0011/15 saylı ipoteka müqaviləsi bağlanılmışdır. Odur ki, ipoteka predmetinin yəni, Cavabdeh1 60 saylı mənzilin ilkin satış qiyməti 25.000 manat müəyyən edilməklə, həmin əmlak açıq hərracda satılmalı və satışdan əldə ediləcək vəsait hesabına borc tələbi ödənilməlidir.

29. Məhkəmə hesab etmişdir ki, iddia tələbi iddianın “ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh2 tutularaq iddiaçıya ödənilməsi”nə dair hissəsində də əsassızdır.

30. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6-ci maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadı qda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir.

31. Göründüyü kimi, satışdan əldə edilən məbləğ borcun ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdehdən tutulması qətnamənin icrası zamanı həll edilən məsələlərdəndir. Odur ki, iddianın həmin hissəsi əsassızdır. Buna görə də iddia tələbi həmin hissədə rədd edilməlidir.

32. Məhkəmə iddia tələbi iddianın “ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin yaşayış sahəsinin boşaldılaraq, ləğv prosesində olan banka təhvil verilməsi”nə dair hissəsinə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3, 59.4-cü maddələrinin tələblərinə istinadla qiymət vermiş və belə qənaətə gəlmişdir ki, ipoteka müqaviləsi üzrə kredit götürmüş şəxs həmin ipoteka predmeti olan mənzildə qeydiyyatda olan şəxslərlə birlikdə ipoteka predmeti olan yaşayış sahəsindən çıxmaq öhdəliyini qəbul etdiyindən bu öhdəliyin icrası üçün ayrıca məhkəmə qərarı tələb olunmur. Buna görə də həmin tələb əsassızdı.

33. İddia tələbi “ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin mənzilin ləğv prosesində olan banka təhvil verilməsi” tələbinə dair hissəsində də əsassızdır. Belə ki, mənzil satıldıqdan sonra, həmin mənzilin mülkiyyətçisi iddiaçı, yəni ləğv prosesində olan bank olmaya da bilər. Buna görə də iddiaçının mənzilin ona təhvil verilməsini tələb etməsi əsassızdır.

34. Cavabdeh (ipoteka qoyan) Cavabdeh1 tərəfindən ünvanlanmış iddia müddətinin tətbiqi barədə ərizəsinə münasibətdə məhkəmə göstərmişdir ki, işin materiallarından Cavabdeh1 bank ilə bağlamış olduğu 0011/15 saylı ipoteka müqaviləsinə əsasən 0076/15 saylı kredit müqaviləsinin təminatı kimi Cavabdeh1 məxsus mənzilin bankın Şirvan filialının xeyrinə 36 ay müddətinə, yəni 2018-ci il 25 fevral tarixinədək ipoteka ilə yüklü edilməsi müəyyən edilir. MM-yə əsasən iş üzrə daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti 6 il olduğundan, 0011/15 saylı ipoteka müqaviləsi 2018-ci il 25 fevral tarixinədək bağlanıldığından, iddiaçının mövcud iddia ərizəsi isə 2021-ci il 3 mart tarixində məhkəməyə verildiyindən cavabdeh (ipoteka qoyan) Cavabdeh1 münasibətdə iddia müddəti ötürülməmişdir. Odur ki, iddia müddətinin tətbiqi iş üzrə Cavabdeh1 ilə bank arasında bağlanmış ipoteka müqaviləsindən əmələ gələn müba hisə üzrə iddia tələbinə münasibətdə tətbiq edilə bilməz.

35. İddia bir neçə cavabdehə qarşı qaldırdıqda iddia müddətinin tətbiqi məsələsi hər bir iştirakçıya münasibətdə ayrılıqda həll edilməlidir.

36. Məhkəmə gəldiyi nəticəni əsaslandırmaq üçün həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli, 01 saylı Qərardadına, «Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Fərmanın 1, 5.1, 6.2, 8.6-cı bəndlərinə istinad etmişdir.

37. Cavabdehlər tərəfindən tərəfindən verilmiş apellyasiya şikayətində iş üzrə qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

38. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 22 iyun tarixli, 2-2(106)-82/2022 saylı qətnaməsi ilə cavabdehlər tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilmiş, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi təmin edilməmişdir ( sədrlik edənməruzəçi hakim T.Kərimov, hakimlər T.Heydərov və M.Həsənov).

39. Apellyasiya instansiya məhkəməsi işin §1-10-da qeyd edilən hallarına istinadla müəyyən etmişdir ki, iddiaçının Şirvan filialı ilə Cavabdeh2 arasında 2015-ci il 26 fevral tarixində 0076/15 saylı kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən ona illik 6 f aiz dərəcəsi ilə 36 ay müddətinə 14.500 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün müəyyən olunan son müddət 2018-ci il 26 fevral tarixi təyin edilmişdir. Eyni zamanda iddiaçının Şirvan filialı ilə Cavabdeh1 arasında 2015-ci il 26 fevral tarixli 0011/15 saylı ipoteka müqaviləsi bağlanmış və müqaviləyə əsasən sonuncuya məxsus ünvan 4 ünvanında yerləşən 2 otaqlı, 60 saylı mənzil sözügedən kredit müqaviləsinin təminatı kimi iddiaçının Şirvan filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İddiaçı tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilsə də, Cavabdeh2 həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. İddiaçı elektron məhkəmə informasiya sistemi vasitəsilə müvafiq iddia ərizəsi ilə 2021-ci il 03 mart tarixində birinci instansiya məhkəməsinə müraciət etmişdir.

40. Həmin məhkəmə işin müəyyən edilən göstərilən hallarına MM-nin 6.2, 14, 385, 386, 739.1-ci maddələrinin tələbləri baxımından qiymət verərək göstərmişdir ki, iddiaçı borc alan cavabdehlə bağlanmış kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası tələbini irəli sürməkdə haqlı olmuşdur. Bununla belə, birinci instansiya məhkəməsi mübahisə üzrə iddia müddətinin tətbiq edilməsinə dair cavabdeh ipoteka qoyanın ərizəsini təmin etməməklə düzgün nəticəyə gəlməmişdir.

41. Məhkəmə iddia müddətinin tətbiqinə dair Cavabdeh1 ərizəsinə MM-nin 372.2, 373.1, 373.2, 373.4, 373.5, 375.2-ci maddəsinin tələblərini, eləcə də İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Stanyo Belçikaya qarşı” iş üzrə 2009-cu il 7 iyul tarixli Qərarındakı və Azərbaycan Respu blikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Məcəllənin 373-cü maddəsinin şərh edilməsin dair 2001-ci il 27 dekabr tarixli Qərarına, L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 2007ci il 5 iyun tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2008-ci il 8 may tarixli qərarların ifadə olunmuş hüquqi mövqeləri nəzərə almaqla qiymət verərək göstərmişdir ki, iddia müddətinin tətbiqinə dair ərizə cavabdeh qismində cəlb edilmiş ipoteka qoyan tərəfindən verilməsində məqsəd iddiaçının vaxtında tələbini irəli sürmədiyi kredit borcu üzrə tutmanın onun əmlakına yönəldilməsinin qarşısını almaq olmuşdur. Bu baxımdan ipoteka qoyanın da kredit müqaviləsi üzrə iddia müddətinin ötürülməsi halında qanuni əsaslardan çıxış edərək iddia müddətinin tətbiqinə dair ərizə vermək hüququ vardır.

42. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, apellyasiya şikayətləri təmin olunmalı, mübahisə predmeti üzrə iddia müddəti tətbiq olunmaqla, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunaraq, iddianın rədd olunmasına dair yeni qətnamə qəbul edilməlidir.

43. İddiaçı tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, kassasiya şikayətinin təmin edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri

44. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsini n tələbləri pozulmuşdur- iddianın mahiyyətindən də göründüyü kimi, iddiaçının cavabdehlərə qarşı iddia tələbi üzrə əsas borclu Cavabdeh2 cəmi 20.544,04 manat pulun tutulması və tutmanın ipoteka qoyan Cavabdeh1 məxsus olan 2015-ci il 26 fevral tarixli 0011/15 saylı ipoteka müqaviləsi əsasında ipotekaya qoyulmuş mənzilə yönəldilməsi məhkəmədən xahiş olunmuşdur. İddia tələbi üzrə əsas borclu Cavabdeh2 birinci instansiya məhkəməsində izahatında da bildirmişdir ki, kredit müqaviləsi üzrə iddia müddətinin keçməsinə baxmayaraq borcun tutulmasına dair qətnamə qəbul olunmasına etiraz etmir və qanuna müvafiq qaydada qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Göründüyü kimi, kredit müqaviləsi üzrə 3 illik iddia müddətinin ötürülməsinə dair borclu tərəfindən ərizə ilə məhkəməyə müraciət olu nmamışdır. Məhkəmə prosesində ipoteka qoyan Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 iddia müddəti keçdiyindən iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Lakin qanununun tələbindən də açıq-aşkar görünür ki, daşınmaz əşyalarla bağlı tələblər üzrə iddia müddəti 3 il deyil, 6 il nəzərdə tutulmuşdur. Mövcud məhkəmə mübahisəsi üzrə iddia tələbinin mahiyyəti də ondan ibarət olmuşdur ki, kredit müqaviləsi üzrə qalıq borc borcludan tutulsun və tutma daşınmaz əmlak olan ipoteka predmetinə yönəldilsin. Belə ki, ipoteka qoyan Cavabdeh1 hazırki iddia üzrə bank ilə onun arasında bağlanmış ipoteka müqaviləsi üzrə tərəf olduğuna görə daşınmaz əmlakla bağlı iddia müddətinin tətbiq olunmasına dair ərizə ilə məhkəməyə müraciət etmək hüququ yarana bilərdi. Hazırda isə ipoteka müqaviləsi üzrə daşınmaz əşyalarla bağlı 6 illik müddət tərəfimizdən ötürülmədiyinə görə bu iş üzrə iddia müddəti tətbiq oluna bilməz.

45. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 2013-cü il 3 iyun tarixli qərarında qeyd edilib ki, “Belə müqavilələrdən birini MM-in 739.2-ci maddəsində göstərilən kredit müqaviləsi təşkil edir. Həmin müqavilə üzrə bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Qeyd olunmalıdır ki, əmlak və əmlakla bağlı qeyri-əmlak münasibətlərində əmələ gələn öhdəliklərin icrasının azad sahibkarlıq və bazar iqtisadiyyatı şəraitində böyük iqtisa di-sosial əhəmiyyəti vardır. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət edir. Bu baxımdan, tərəflərdən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmələri tələb olunur. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

46. Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 2008-ci il 8 may tarixli Qərarında qeyd etmişdir ki, iddia müddətinin keçməsinə görə iddianın rədd edərkən, məhkəmə əvvəlcə iddia çının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir. Məhkəmə tərəfindən borcun tutulması barədə iddiamızı rədd edərkən iddiaçının hüquqlarının pozulmasını nəzərə almamışdır.

47. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsi pozulmuşdurapellyasiya instansiyası məhkəməsi bankın tələbini iddia müddətinin tətbiq edilməsi əsası ilə rədd edərək iddiaçının mənafeyini və cavabdeh tərəfindən hüquqların pozulubpozulmamasını nəzərə almamışdır. Belə ki, iddia tələbinin mahiyyətindən də görünür ki, borclu ilə kredit müqaviləsi və onun təminatı olaraq ipoteka qoyanla ipoteka müqaviləsi bağlanmış və həmin kredit müqaviləsi üzrə cavabdehə 14.500 manat məbləğində kredit verilmişdir.Hazırda məhkəmə mübahisəsi zamanı kredit müqaviləsi üzrə borclu olan Cavabdeh2 tərəfindən iddia müddəti ilə bağlı hər hansı bir ərizə ilə məhkəməyə müraciət olunmadığı halda ipoteka qoyan tərəfindən kredit müqaviləsi üzrə iddia tələbinə dair iddia müddəti ötürüldüyünə görə iddia müddətininin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət olunmuşdur. Belə olduğu halda ipoteka qoyan tərəfindən təqdim olunan ərizə əsasında kredit müqaviləsi üzrə üç illik iddia müddəti tətbiq olunması qanunvericiliyin tələblərinə ziddir. Qanunda birbaşa qeyd olunmuşdur ki, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üz rə iddia müddəti isə altı ildir.Bank ilə ipoteka qoyan arasında 0011/15 saylı ipoteka müqaviləsi 2018-ci il 25 fevral tarixinədək bağlanıldığından, iddiaçının mövcud iddia ərizəsi isə 2021-ci il 3 mart tarixində məhkəməyə verildiyindən cavabdeh (ipoteka qoyan) Cavabdeh1 münasibətdə iddia müddəti ötürülməmişdir. Odur ki, iddia müddətinin tətbiqi iş üzrə Cavabdeh1 ilə bank arasında bağlanmış ipoteka müqaviləsindən əmələ gələn mübahisə üzrə iddia tələbinə münasibətdə tətbiq edilə bilməz. Belə ki, iddia bir necə cavabdehə qarşı qaldırdıqda iddia müddətinin tətbiqi məsələsi hər bir iştirakçıya münasibətdə ayrılıqda həll edilməlidir. İpoteka qoyanla bank arasında münasibətləri tənzimləyən ipoteka müqaviləsidir və həmin müqavilənin predmetini Cavabdeh1 məxsus 60 nömrəli mənzil təşkil etmişdir. Hazırda isə bankın ipoteka qoyan Cavabdeh1 qarşı tələbi kredit müqaviləsinin təminatı olan ipoteka predmetinin açıq hərracdan satılması təşkil edir.Nəticədə bank ipoteka qoyan arasında münasibətin predmetini ipoteka qovana məxsus olan daşınmaz əmlakın tələb olunması təşkil edir. Belə olan halda da ipoteka qoyan tərəfindən təqdim olunmuş müqavilə tələbləri üzrə 3 illik iddia müddətinin tətbiqinə dair ərizənin məhkəmə tərəfindən qəbul olunması yolverilməzdir. Lakin məhkəmə qeyd olunan mübahisəli halları araşdırmadan və hüquqi qiymət vermədən iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi əsasına istinad edərək iddianı rədd etmişdir və iddiaçının pozulmuş hüquqlarının məhkəmə müdafiəsini həyata keçirməmişdir.

48. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3 və 399.4-cü maddələri üzrə- qey d olunan maddənin tələbindən də göründüyü kimi, normanın ilk hissəsi müqavilənin qüvvədə olması müddətinin bitməsini, ikinci hissəsi isə müqavilədən yaranan öhdəliklərin icra olunmasına qədər müqavilənin qüvvədə olması prezumpsiyasına əsaslanır. Bu prezumpsiya isə öhdəliklərin vicdanla yerinə yetirilməsi hüquqi prinsipindən yaranır. Belə ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması və bununla əlaqədar müqavilə üzrə öhdəliklərin də xitam şərtləri müqavilədə dəqiq göstərilməlidir. Əks təqdirdə Mülki Məcəllənin 399.3-cü maddəsində qeyd olunduğu kimi belə şərtin olmadığı müqavilə öhdəliyi icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmə anına qədər qüvvədə sayılır.

49. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 399.3, 399.4. 445 və 449-cu maddələ rinin bəzi müddəalarının şərh edilməsinə dair 2014-cü il 24 dekabr tarixli qərarında qeyd edilmişdir ki, «…kredit müddəti ilə bağlı isə nəzərə alınmalıdır ki, bu müddət müvafiq öhdəliyin əmələ gəlməsi, zərurət olduqda ona xitam verilməsi və öhdəliyin icrasının gecikdirilməsi baxımından əhəmiyyət kəsb edir. Kredit müqaviləsi üzrə tərəflər arasında hüquq və vəzifələrin müəyyən bir anda əmələ gəlməsinə dair əldə olunan razılaşma borc alanın və borc verənin hansı andan etibarən, yaxud hansı ana qədər müəyyən hərəkətləri etməli olmaları, yaxud edə bilmələri ilə bağlıdır. Bundan əlavə, həmin qərara əsasən kreditor və borclu arasında bağlanmş kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikin ci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır». Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən nəzərə alınmamış və bu məsələlərə heç bir münasibət bildirilməmişdir.

50. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci və 217-ci maddələri pozulmuşdur-apellyasiya instansiyası məhkəməsi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş və işi obyektiv araşdırmamışdır. İş üzrə qəbul edilmiş qətnamə qanuni və əsaslı deyildir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

51. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

52. Kassasiya şikayəti vaxtında verilmiş, kassasiya şikayətinin məzmunu MPM-in 407ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

53. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

54. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi fakti ki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. TƏTBİQ EDİLƏN HÜQUQ

55. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

269. Girov və ipoteka hüququ anlayışı... 269.7. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın....” “Maddə

317. İpoteka ilə yüklü olan əşyanı satmaq tələbi 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşya nın satılmasını tələb edə bilər....” “Maddə

319. Borclunun öhdəlikləri yerinə yetirməyi gecikdirməsinin nəticələri 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır....” “Maddə

372. İddia müddəti anlayışı 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müdd əti sayılır. “Maddə

373. İddia müddətləri 373.1. Ümumi iddia müddəti on il təşkil edir. 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.... 373.4. Tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. 373.5. Bu Məcəllənin bu fəslində müəyyənləşdirilmiş qaydalar, əgər qanunla ayrı hal müəyyənləşdirilməyibsə, xüsusi iddia müddətlərinə də şamil edilir. “Maddə

375. İddia müddətinin tətbiqi... 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan i mtina barəsində qərar çıxarması üçün əsasdır. “Maddə

377. İddia müddətinin başlanması 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır....” “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “Maddə

739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü ə şyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür....”

56. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə 34.İpoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi... 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi;...” “Maddə

39. İpoteka müqaviləsindən irəli gələn mübahisələrə məhkəmə qaydasında baxılması... 39.3. Məhkəmə ipotekapredmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir:... 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; …” “Maddə 41.İpoteka predmetinin satış üsulları 41.1. İpoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. …”

57. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olu nması üçün əsaslar 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi;...”

58. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Stanyo Belçikaya qarşı” iş üzrə 2009-cu il 7 iyul tarixli Qərarında göstərilmişdir ki: Qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquq müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.

59. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Məcəllənin 373-cü maddəsinin şərh edilməsin dair 2001-ci il 27 dekabr tarixli Qərarında göstəril mişdir ki; İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir.birinci, o, hüquq münasibətləri iştirakçısını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir: üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı.” İddia müddətinin tətbiq edilməsi mülki hüquq münasibətlərinin tənzimlənməsində əhəmiyyətli rol oynayır və mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət edir.

60. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 2007-ci il 5 iyun tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2008-ci il 8 may tarixli qərarında göstərilmişdir ki; dispozitivlik prinsipi işdə iştirak edən şəxslərin, ilk növbədə tərəflərin iş materiallarından və prosessual hüquqlardan maraqlarına uyğun sərbəst istifadə etməsinin mümkünlüyünü nəzərdə tutur. Buna uyğun olaraq iddianın qaldırılması, onun əsasının və predmetinin müəyyənləşdirilməsi, habelə iddi adan imtina edilməsi iddiaçının iradəsindən asılıdır. Barışıq sazişinin bağlanması, çıxarılmış məhkəmə aktı ilə razılaşılması və ya ondan şikayət verilməsi hər iki tərəfin iradəsi əsasında müəyyən olunur. İddianın etiraf edilməsi (qəbul edilib-edilməməsi), habelə iddia müddətinin tətbiq olunub-olunmaması isə cavabdehin mövqeyindən asılıdır. Tərəflər öz hüquqlarının müdafiəsi üsullarını müstəqil şəkildə özləri seçə bilərlər, məhkəmə isə mülki məhkəmə icraatının prinsiplərini, maddi və prosessual hüquq normalarını rəhbər tutaraq yalnız ədalət mühakiməsi funksiyasını həyata keçirir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

61. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və ka ssasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416.1-ci maddəsi)

62. Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”, Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair» 2012-ci il 28 fevral tarixli Qərarı)

63. Məhkəmə kollegiası iddia tələbi üzrə əsas borclu Cavabdeh2 birinci instansiya məhkəməsində verdiyi izahatında iddianın təmin olunmasına etiraz etməməsinə dair (bax yuxarıda § 44) iddiaçının kassasiya şikayətində göstərilənlərlə bağlı qeyd edir ki, əvvəla bu hal borcun cavabdeh borcalan tərəfindən etirafı kimi qiymətləndirilə bilməz. Belə ki, həmin cavabdeh birinci instansiya məhkəməsində verdiyi izahatında kredit müqaviləsini imzaladığını təsdiq etsə də, müqavilə üzrə pulun ona təqdim olunmadığını, adına borcun götürüldüyünü bildirmişdir (İ cild i.v 189).

64. Digər tərəfdən MM-in 380-ci maddəsində iddia müddətinin axımının kəsilməsinin iki əsası nəzərdə tutulur: müəyyənləşdirilmiş qaydada iddia irəli sürülməsi və borclunun borcu etiraf etməsini göstərən hərəkətlər etməsi. Maddənin mənasına görə iddia müddətinin axımının kəsilməsi onu nəzərdə tutur ki, iddia müddəti hesablanmağa başlamış, müddətin axımı davam edir və müddət hələ bitməmişdir, iddia müddətinin axımının kəsilməsinə əsas verən hərəkətlər iddia müddətinin axımının davam etdiyi dövrdə baş verməlidir. Müddət bitdikdən sonra iddia müddətinin axımı dayandığından həmin vaxtdan sonra edilmiş hərəkətlər, iddia müddətinin axımının kəsilməsinə əsas verə bilməz. Baxılan iş üzrə iddia ərizəsi birinci instansiya məhkəməsinə verilərkən, artıq MM-nin 373-cü maddəsi ilə müəyyən edilmiş, müqav ilə tələbləri üzrə üç illik iddia müddəti ötürülmüşdür.

65. İddiaçının kassasiya şikayətinin ipoteka müqaviləsi üzrə iddia müddətinin ötürülməməsi və apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normalarının pozulmasına dair dəlillərinə gəldikdə, məhkəmə kollegiyası iş üzrə iddia müddətinin ötürülməsinə dair cavabdeh (ipotekaqoyan) Cavabdeh1 ərizəsinə apellyasiya instansiyası məhkəməsinin tam hüquqlu məhkəmə kimi mahiyyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşır (bax yuxarıda § 41). Kollegiya əlavə olaraq qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 11 fevral tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə də uyğun olmuşdur.

66. Həmin qərarda göstərilmişdir ki, «o da nəzərə alınmalıdır ki, ipoteka (girov) kreditorun tələbinin borclu tərəfindən yerinə yetirilməsini təminat altına almaq məqsədi ilə əşya üzərində kreditora tanınan bir əşya haqqıdır. Borclu tərəfindən öhdəliyin (kreditorun tələbinin) pozulduğu təqdirdə, kreditor ipoteka (girov) qoyulan həmin əşyanı satdırmaqla əldə olunan vəsait hesabına pozulmuş əmlak mənafeyini bərpa etmək imkanına malik olur. Yəni ipoteka (girov) bir tələbin yerinə yetirilməsini təmin edən məhdud əşya hüququ olduğundan müstəqil deyil, “əlavə” (Mülki Məcəllənin 269.5, 376 və s. maddələri) bir haqdır; Mülki Məcəllənin 37 6-cı maddəsinə əsasən, həmin Məcəllənin 375.2-ci maddəsinin tətbiqi nəticəsində əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçmiş hesab edilir».

67. Kassasiya şikayətlərinin prosessual hüquq normalarının pozulmasına dair dəlillərinə gəldikdə (bax yuxarıda §50) qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-nin 418.3-cü maddəsi). Kollegiya hesab edir ki, baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-nin 76, 77.1, 88-ci maddələrinin tələblərinə əməl edilmiş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələblər i nəzərə alınmaqla qiymətləndirilmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

68. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edildiyindən,eləcə də qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyindən, iş ürə qəbul edilmiş qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

69. Məhkəmə kollegiyası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Kassasiya şikayəti təmin olunmasın. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegi yasının 2022-ci il 22 iyun tarixli 2-2(106)82/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: B.F.Qəribov B.M.Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar