Məhkəmə qərarları › İş №2-2(102)-676/2024

Ali Məhkəmə Qərardad — İş №2-2(102)-676/2024

30.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-676/2024 30.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası QƏRARDAD İddiaçı MMC-nin Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı iş üzrə Açar sözlər: kassasiya şikayətinin icraata qəbulundan imtina (kassasiya şikayətinə müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Xıdırov Əhliman Mehman oğlu, Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 24 iyul tarixli, 2-2(103)-636/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfin dən verilmiş kassasiya şikayətinin mümkünlüyünü yoxlayaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən (ödəmə günündə Azərbaycan Mərkəzi Bankının rəsmi məzənnəsinə əsasən manat ekvivalentində olmaqla) ******* ABŞ dolları əsas borc, X1 qismində 184815 ABŞ dolları, 400 manat mediasiya xərcinin və 1419,83 manat ödənilmiş dövlət rüsumunun məcburi qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda, Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi İddiaçı MMC-yə qarşı “müqavilənin ləğv edilməsi və pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi verərək, ilk iddia tələblərinin rədd edilməsi, 2021-ci il 8 avqust tarixli Yanalma körpüsünün icarəsi və Xidmətləri müqaviləsinin ( bundan sonra- “müqavilə”) 9 noyabr 2022-ci il tarixdən ləğv edilmiş sayılması, Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə 29205 ABŞ dolların rəsmi məzənnəyə uyğun olaraq manat ekvivalentində dəymiş zərərin əvəzinin, 400 manat mediasiya xərcinin, qarşılıqlı iddia ərizəsinin verilməsi üçün çəkilmiş 239 manat dövlət rüsumunun əvəzinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 18 mart tarixli, e-2-2(113)-667/2024 nömrəli qətnaməsi ilə ilk iddianın təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, İddiaçı MMC və Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi arasında bağlanmış müqavilənin 2022-ci il 9 noyabr tarixdən ləğv edilmiş hesab edilməsi, qarşılıqlı iddianın digər hissədə təmin edilməməsi qət edilmişdir ( hakim Ü.Həsənova). İlk İddiaçı MMC tərəfindən qətnamədən apellyasiya şikayəti verilərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, ilk iddianın təmin edilməsi, qarşılıqlı iddianın təmin edilməməsi xahiş edilmişdir. Qarşılıqlı iddiaçı Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən həmin qətnamədən apellyasiya şikayəti verilərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qarşılıqlı iddianın təmin olunmayan hissəsində ləğv edilməsi, həmin hissədə qarşılıqlı iddianın təmin edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 24 iyul tarixl i, 2-2(103)-636/2024 nömrəli qətnaməsi ilə ilk iddiaçının apellyasiya şikayətinin qismən təmin edilməsi, qarşılıqlı iddiaçının apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməsi, ilkin iddianın qismən təmin edilməsi, Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyindən 750 000 ABŞ dollarının tutularaq İddiaçı MMC-yə ödənilməsi, ilkin iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir ( sədrlik edən- məruzəçi hakim Z.Şirinov, hakimlər V.Baxışova və R.Qurbanov). Qətnamədən qarşılıqlı iddiaçı Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən verilmiş kassasiya şikayətində apelyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, İddiaç ı MMC-nin Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın tam şəkildə təmin edilməsi, İddiaçı MMC-dən 29.205 ABŞ dolların rəsmi məzənnəyə uyğun olaraq manat ekvivalentində dəymiş zərərin əvəzinin, 400 manat mediasiya xərcinin, qarşılıqlı iddiaçı tərəfindən məhkəməyə müraciət edilməsinə görə dövlət rüsumunun ödənilməsi ilə əlaqədar çəkilmiş xərclərin əvəzinin İddiaçı MMC-dən tutularaq Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə ödənilməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Kassasiya şikayətinin mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, cavabdeh tərəfindən qanunla müəyyən olunmuş məbləğdə dövlət rüsumu ödənilməmişdir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulmalıdır. Həmin Qanunun 8.1.5-ci maddəsinə əsasən, iddia qiyməti 1.000.000 manatdan çox olduqda 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) dövlət rüsumu tutulmalıdır. Həmin Qanunun 8.6-cı maddəsinə əsasən, apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi ödənilməlidir. Belə ki, işin materiallarından görünür ki, ilk iddianın qiyməti 1.211.565 ABŞ dolları ( iddia verilərkən ABŞ dollarının Azərbaycan manatına rəsmi məzənnəsi üzrə 2.059.660,5 manat), qarşılıqlı iddianın qiyməti isə 29.205 ABŞ dolları ( qarşılıqlı iddia verilərkən ABŞ dollarının Azərbaycan manatına rəsmi məzənnəsi üzrə 49.648,5 manat) təşkil edir. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən hər iki iddia tələbinə münasibətdə mübahisələndirilir. Məhkəmə kollegiyası hesab edir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1, 8.1.3, 8.1.5 və 8.6-cı maddələrinin tələblərinə əsasən, hazırkı halda cavabdeh tərəfindən apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayətinin verilməsi üçün ödənilməli olan dövlət rüsumunun məbləği hər iki iddianın qiyməti üzrə ayrılı qda hesablanmaqla, ilk iddia üzrə 909,92 manat, qarşılıqlı iddia üzrə isə 119,47 manat olmaqla, cəmi 1029,39 manat təşkil etməlidir. Lakin cavabdeh tərəfindən kassasiya şikayəti verilərkən qanunla müəyyən olunmuş məbləğdə deyil, cəmi 925 manat məbləğində dövlət rüsumu ödənilmişdir ki, bu hal MPMnin 408.1, 408.1.3-cü maddələrinin tələbləri baxımından kassasiya şikayətinin qaytarılması üçün əsasdır. MPM-nin 408.1, 408.1.3-cü maddələrinə əsasən, kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsindən imt ina edilməli və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 407-408-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 24 iyul tarixli, 2-2(103)-636/2024 nömrəli qətnaməsindən Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbulundan imtina edilsin və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar