Məhkəmə qərarları › İş №2-2(102)-679/2021

Ali Məhkəmə Qərardad — İş №2-2(102)-679/2021

07.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-679/2021 07.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası QƏRARDAD İddiaçı LPO İddiaçı ASC Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə Açar sözlər: kassasiya şikayətinin icraata qəbulundan imtina Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Kəmalə Abiyeva (məruzəçi), Dadaşov İlqar Ağababaş oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 14 sentyabr tarixli, 2-2(107)-93/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: İddiaçı ASC (bundan sonra mətndə iddiaçı) Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edər ək, 12430,01 manat əsas borc, 1384,68 manat faiz borcu, 963,04 manat cərimə, müqavilənin müddəti bitdikdən sonra hesablanmış 1778,17 manat faiz məbləği, 40 manat tutmanın qeydiyyata alınması üçün istifadə olunan vəsait və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh1 tutularaq ödənilməsi, tutmanın Cavabdeh2 mülkiyyətində olan Yevlax şəhəri, S.Əliyev küçəsində 0,0222 ha torpaq sahəsindəki 2 otaqlı, 18 nömrəli fərdi yaşayış evinə yönəldilərək, evin açıq hərracda satılması, satışından əldə olunan vəsait hesabına kredit borcunun ödənilməsi, vəsait borcun ödənilməsi üçün kifayət etmədiyi halda qalan borcun Cavabdeh1 tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin 2021-ci il 16 iyul tarixli, e-2-2(117)-381/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 12430,01 manat əsas borc, 40 manat ipoteka predmetinə tutmanın yönəldilməsinin qeydiyyata alınması üçün vəsait və 30 manat dövlət rüsumu tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. Borc məbləği Cavabdeh2 mülkiyyətində olan Yevlax şəhəri S.Əliyev küçəsi 0,0222 ha torpaq sahəsində yerləşən 2 otaqlı 18 nömrəli fərdi yaşayış evinə yönəldilmiş, ipoteka predmeti olan Yevlax şəhəri S.Əliyev küçəsi 0,0222 ha torpaq sahəsində yerləşən 2 otaqlı 18 nömrəli fərdi yaşayış evinin ilkin satış (likvid dəyəri) qiyməti 30500 manat məbləğində müəyyən edilmiş və həmin əmlak açıq hərraclar vasitəsi ilə satılmışdır. Satışdan əldə edilmiş vəsait Cavabdeh1 ləğv posesində olan İddiaçı ASC-yə olan borcunun ödənilməsinə yönəldilərək, iddia qalan hissələrdə rədd edilmişdir. İpoteka predmetinin qiymətləndirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 150 manat pulun 75 manatı İddiaçı ASC-dən və 75 manatı Cavabdeh1 tutularaq "xxxx" MMC-nin "xxxx" ASC-də olan bank hesabına (m/h – AZ25NABZ********************, h/h – AZ30GUNA**********9000000000, kod – 505594, swift – GUNAAZ22) ödənilməsi qərara alınmışdır. Həmin qətnamədən iddiaçının verdiyi apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 14 sentyabr tarixli, 2-2(107)-93/2021 saylı qətnaməsi ilə təmin edilməmiş, Şəki Kommersiya Məhkəməsinin 2021-ci il 16 iyul tarixli, e-2-2(117)-381/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Qeyd olunan qətnamədən 2021-ci il 17 noyabr tarixində iddiaçı kassasiya şikayəti vermişdir. İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti nəzər dən keçirilərkən məlum olmuşdur ki, şikayət onun mümkünlüyünü şərtləndirən tələblərə cavab verməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Göründüyü kimi, kommersiya mübahisələrinə dair işlər üzrə əmlak xarakterli iddianın qiyməti on min manatdan az olduğu təqdirdə, belə iddialarla bağlı apellyasiya məhkəməsinin qətnaməsi kassasiya məhkəməsinin baxış predmeti ola bilməz. Hazırki halda qətnamənin mübahisələndirilən hissəsində iddianın məbləği 4.125,89 manat təşkil etdiyindən, istinad olunan prosessual hüquq normasının tələbinə görə apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsindən kassasiya şikayəti verilə bilməz. Həmin məcəllənin 408.1 və 408.1.1-ci maddələrinə əsasən kassasiya şikayəti bu məcəllənin 402 və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, kassasiya şikayəti apellyasiyainstansiyası məhkəməsi tərəfindən qaytarılır. Göstərilənlərə əsasən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilməli və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 407-408-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şəki Apellyasiya Məhk əməsinin Kommersiya Kollegiyasının 2021-ci il 14 sentyabr tarixli, 2-2(107)-93/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbulundan imtina edilsin və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarılsın. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: İ.A.Dadaşov B.F.Qəribov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar