Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-68/2021 03.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh “X1 X4 Limited” şirkətinə qarşı iş üzrə QƏRAR Açar sözlər: kredit borcunun və ona hesablanmış faizlərin tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim İlqar Dadaşovun sədrliyi, hakimlər X3, Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi N.Nəcəfzadənin,iddiaçının vəkili Vəkil iştirakları ilə, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh “X1 X4 Limited” şirkətinə qarşı “kredit borc unun və ona hesablanmış faizlərin tutulması” tələbinə dair kommersiya işi üzrə iddiaçı tərəfindən Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 19 avqust tarixli, 2-2(103)-207/2020 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır.
1. İŞİN HALLARİ
1. İddiaçı ASC ilə (bundan sonra – “iddiaçı”) “X1 X4 Limited” şirkəti (bundan sonra – “cavabdeh”) arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 06 nömrəli Kredit müqaviləsinə əsasən “Borcverən” iddiaçı “borcalan” cavabdehə əmlakın alınması məqsədilə 36 ay müddətinə, illik 8 faiz dərəcəsi olmaqla, 5.000.000,0 manat məbləğində kredit verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.3-cü bəndinə əsasən borc alan bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri Borc verənə qaytarmağı öhdəsinə götürür. Müqavilənin 6.2-cü bəndinə əsasən kredit üzrə əsas borcun ödənişi xx.xx.2016-cı il müəyyən edilmişdir.
2. İddiaçı» ASC ilə “X1 X4 Limited” şirkəti arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 06/2 nömrəli Kredit müqaviləsinə əsasən, iddiaçı cavabdehə əmlakın alınması məqsədilə 36 ay müddətinə, illik 7 faiz dərəcəsi olmaqla, 4.000.000,0 manat məbləğində kredit verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.3-cü bəndinə əsasən borc alan bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri Borc verənə qaytarmağı öhdəsinə götürür. Müqavilənin 6.2-cü bəndinə əsasən kredit üzrə əsas borcun ödənişi xx.xx.2016-cı il müəyyən edilmişdir.
3. Tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 06/3 nömrəli Kredit müqaviləsinə əsasən, iddiaçı cavabdehə əmlakın alınması məqsədilə 36 ay müddətinə, illik 6 faiz dərəcəsi olmaqla, 3.000.000,0 manat məbləğində kredit verməyi öhdəsinə götürmüş, Müqavilənin 2.3-cü bəndinə əsasən borc alan bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri Borc verənə qaytarmağı öhdəsinə götürür, Müqavilənin 6.2-cü bəndinə əsasən kredit üzrə əsas borcun ödənişi xx.xx.2019-cuil müəyyən edilmişdir.
4. İddiaçının xx xxxxxx 2018-ci il tarixli, **********499 nömrəli maliyyə arayışından görünür ki, xx.xx.2013-cü il tarixli, 06 saylı kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixə cavabdeh şirkətin banka 5.000.000,0 manat əsas, 716.665,98 manat müqavilə müddəti üçün hesablanmış faiz borcu cəmi 5716665,98 manat borcu var.
5. İddiaçının xx xxxxxx 2018-ci il tarixli, **********500 nömrəli maliyyə arayışından görünür ki, xx.xx.2013-cü il tarixli, 06/2 saylı kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixə cavabdehin banka 4.000.000,0 manat əsas, 667.333,25 manat müqavilə müddəti üçün hesablanmış faiz borcu cəmi 4.667.333,25 manat borcu var.
6. İddiaçının xx xxxxxx 2018-ci il tarixli, **********501 nömrəli maliyyə arayışından görünür ki, xx.xx.2016-cı il tarixli, 06/3 saylı kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixə cavabdehin banka 3.000.000,0 manat əsas, 413.000 manat müqavilə müddəti üçün hesablanmış faiz borcu cəmi 3.413.000,0 manat borcu var.
7. İddiaçı tərəfindən cavabdehə göndərilmiş xəbərdarlıqlardan görü nür ki, xx.xx.2013-cü il tarixli 06 saylı, xx.xx.2013-cü il tarixli 06/2 saylı, xx.xx.2016cı il tarixli 06/3 saylı kredit müqavilələri üzrə olan borcun qısa müddət ərzində ödənilməsi xahiş edilmiş, əks təqdirdə müvafiq hüquqi tədbirlərin görülməsi üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdeh “X1 X4 Limited” şirkətinə, üçüncü şəxs şirkətin Azərbaycan filialına qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, xx.xx.2013-cü il tarixli, 06 saylı müqavilə üzrə 5.000.000,0 manat əsas borc, 1.097.254,68 manat faiz borcu, cəmi 6.097.254,68 manat, xx.xx.2013-cü il tarixli, 06/2 saylı müqavilə üzrə 4.000.000,0 manat əsas borc, 258.223 manat faiz borcu, 248.888 mana t cərimə borcu, cəmi 4.507.111 manat, xx.xx.2016-cı il tarixli 06/3 saylı müqavilə üzrə 3.000.000,0 manat əsas borc, 506.000 manat faiz borcu, cəmi 3.506.000,0 manat məbləğində borcun, habelə ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1 saylı Bakı İnzıbati-İqtisadi Məhkəməsinin xx xxxx 2016-cı il tarixli, 2-1(81)3619/2016 saylı qərarı ilə İddiaçı ASC-nin ləğv edilməsi və İddiaçı ASC-yə ləğvedici qismində Əmanətlərin Sığortalanması Fondunun təyin edilməsi qərara alınmışdır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə “X2 X4 Limited" şirkətinin Azərbaycan filialı arasında bağlanılmış xx.xx.2013-cü ıl tarixli, 06 saylı Kredit müqaviləsinə əsasən, sonuncuya 36 ay müddətinə, illik 8 faiz dərəcəsi olmaqla, 5. 000.000 manat, (xx.xx.2016-cı il tarixli əlavəyə görə bu müqavilə üzrə müddət 28 03.2019-cu il tarixədək uzadılmışdır), xx.xx.2013-cü il tarixli 06/2 saylı kredit müqaviləsinə əsasən, 36 ay müddətinə illik 7 faiz dərəcəsi olmaqla, 4.000.000,0 manat xx.xx.2016-cı il tarixli, 06/3 saylı kredit müqaviləsinə əsasən 36 ay müddətinə illik 6 faiz dərəcəsi olmaqla, 3.000.000 manat kredit verilmişdir. Kredit müqavilələrinə əsasən öhdəliklər “borc alan” tərəfindən yerinə yetirilmədikdə, “borc verən” xəbərdarlıq etməklə cari müqaviləni vaxtından əvvəl dayandırmaq və habelə “borc alana” kreditin və ya onun bır hissəsinin geri ödənilməsi tələbi irəli sürmək hüququna malikdir. Bundan əlavə Kredit Müqaviləsinə əsasən, “Borc alan” tərəfindən öhdəliyin icra edilməməsi nəticəsində vaxtından əvvəl tələbetm ə hallarında kreditin verilməsini dayandırmaq və yaxud kreditə hesablanmış, lakin ödənilməmiş faizlərlə birlikdə borcun vaxtından əvvəl qaytarılmasını tələb etmək bankın hüququdur. Müqavilənin şərtlərinə əsasən xx.xx.2013-cü il tarixli, 06 saylı müqavilə üzrə borcalanın banka olan borcu 5.000.000,0 manat əsas borc, 1097254,68 manat faiz borcu, cəmi 6097254,68 manat, xx.xx.2013-cü il tarixli, 06/2 saylı müqavilə üzrə 4.000.000 manat əsas borc, 258.223 manat faiz borcu, 248.888 manat cərimə borcu, cəmi 4.507.111 manat, xx.xx.2016-cı il tarixli 06/3 saylı müqavilə üzrə 3.000.000 manat əsas borc, 506.000 manat faiz borcu, cəmi 3.506.000,0 manat məbləğində borcu mövcuddur. Dəfələrlə kreditdən və kredit üzrə yığılmış faizlərin təcili ödənilməsi barədə Bank tərəfindən “X1 X4 Limited” şirkətinin A zərbaycan filialına müraciətlər edilmiş, lakin cavabdeh tərəfindən kredit öhdəliklərinin yerinə yetirilməsi üçün heç bir tədbir görülməmişdir. 10. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 28 dekabr tarixli, 2-2(81)-124/2019 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdehdən xx.xx.2013-cü il tarixli, 06 saylı müqavilə üzrə 5.488.438,30 manat əsas və faiz borcu, xx.xx.2013-cü il tarixli 06/2 saylı müqavilə üzrə 4.367.111,34 manat əsas və faiz borcu, 2.000 manat cərimə borcu, xx.xx.2016-cı il tarixli, 06/3 saylı müqavilə üzrə 3.224.000,0 manat əsas və faiz borcu məbləğində pul tutularaq iddiaçının xeyrinə ödənilməsi, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat pulun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi, cavabdehdən eksperti za xərcinin əvəzi olaraq 200 manat məbləğində pulun tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, qalan hissədə iddia tələbinin təmin edilməməsi qət edilmişdir (hakim – S.Nuriyeva).
11. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, 26552 nömrəli ekspert rəyinə əsasən təqdim olunmuş arayış, hesabdan çıxarış məlumatları, ekspertizaya təqdim edilmiş kredit müqavilələrinin şərtləri nəzərə alınmaqla xx.xx.2018-ci il tarixə cavabdehin iddiaçıya olan borcu xx.xx.2013-cü il tarixli 06 saylı müqavilə üzrə 5.488.438,30 manat, xx.xx.2013-cü il tarixli 06/2 saylı müqavilə üzrə 4.367.111,34 manat, xx.xx.2016-cı il tarixli, 06/3 saylı müqavilə üzrə 3.224.000,0 manat məbləğində müəyyən edilir.
12. İddiaçı və cavabdeh arasında bağlanmış kredit müqavilələrinə əsasən, bank tərəfindən borcalan kredit verilməsi razılaşdırılmış, cavabdeh tərəfin bağlanmış müqavilələr üzrə öhdəliklərini tam və vaxtında yerinə yetiməməsi səbəbindən iddiaçıya borcu yaranmış, kredit müqavilələri üzrə cavabdeh öhdəliklərini tam icra etməmiş və banka borcu qalmışdır.
13. Ekspert rəyinə əsasən, xx.xx.2018-ci il tarixə cavabdehin iddiaçıya olan borcu xx.xx.2013-cü il tarixli 06 saylı müqavilə üzrə 5.488.438,30 manat, xx.xx.2013-cü il tarixli 06/2 saylı müqavilə üzrə 4.367.111,34 manat, xx.xx.2016-cı il tarixli, 06/3 saylı müqavilə üzrə 3.224.000,0 manat olaraq göstərilsə də, iddiaçının nümayəndəsi məhkəmədə iddia tələbində qeyd edilən məbləği müdafiə edərək, xx.xx.2013-cü il tarixli, 06 saylı müqavilə üzrə 5.000.000,0 manat əsas borc, 1.097. 254,68 manat faiz borcu, cəmi 6.097.254,68 manat, xx.xx.2013-cü il tarixli 06/2 saylı müqavilə üzrə 4.000.000 manat əsas borc, 258.223 manat faiz borcu, 248.888 manat cərimə borcu, cəmi 4.507.111 manat, xx.xx.2016-cı il tarixli 06/3 saylı müqavilə üzrə 3.000.000 manat əsas borc, 506.000 manat faiz borcu, cəmi 3.506.000 manat məbləğində borcun, habelə ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən bankın xeyrinə tutulmasını məhkəmədən xahiş etmişdir.
14. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – "Mülki Məcəllə”) 6.2, 385.1, 386.1, 442, 448.1, 448.2, 739.1, 739.2, 462.1, 467-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
15. İddiaçı həmin qətnamədən apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Apelyasiya instansiyası məhkəməsində icraat
17. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 19 avqust tarixli, 2-2(103)-207/2020 saylı qətnaməsi ilə (hakimlər V.Ə.Baxışova (sədrlik edən), R.Ə.Qurbanov və C.A.Yusifov) iddiaçının apelyasiya şikayəti qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 28 dekabr tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia qismən təmin edilərək, cavabdehdən iddiaçının xeyrinə xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə 4.997.617,48 manat əsas borc, 1.097.254,68 manat faiz borcu, cəmi 6.094.872,16 manat, xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə 4.000.000 manat əsas borc, 136.111,2 manat faiz borcu, 2.488 manat cərimə borcu, cəmi 4.138.599,2 manat, xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə 3.000.000 manat əsas borc, 506.000 manat faiz borcu, 3.506.000 manat, ümumilikdə 13.739.471,36 manat borc və 30 manat dövlət rüsumunun tutulması, qalan hissədə iddianın təmin edilməməsi, cavabdehdən ekspertiza xərcinin əvəzi olaraq 445 manat məbləğində pulun tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.
18. Apelyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, iddiaçının nümayəndəsi xx.xx.2019-cu il tarixdə keçirilmiş məhkəmə iclasında ekspert tərəfindən cavabdehin həyata keçirdiyi ödənişlərin məbləğinin düzgün hesablanmadığını, nəticədə borcun məbləğinin düzgün müəyyən edilmədiyini göstərərək, iş üzrə təkrar məhkəmə mühasibatlıq ekspertizası keçirilməsi barədə vəsatət vermiş, məhkəmə vəsatəti əsaslı hesab edərək iş üzrə təkrar məhkəmə mühasibatlıq ekspertizası təyin etmiş, Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2019-cu il tarixli, 16280 saylı rəy verilmişdir. Lakin məhkəmə qətnamə qəbul edərkən həmin rəyə deyil, razılaşmadığı xx.xx.2019-cu il tarixli, 26552 nömrəli ekspert rəyinə istinad etmiş, sonuncu rəyi hansı əsasla sübut kimi nəzərə almadığını və həmin rəylə razılaşmadığını əsaslandırmamışdır (bax yuxarıda § 11). 19. xx.xx.2019-cu il tarixli, 16280 saylı rəylə cavabdeh tərəfindən həyata keçirilmiş ödənişlərin məbləği işdəki hesabdan çıxarış və digər sənədlərə uyğun müəyyən edildiyindən və kredit üzrə cavabdeh tərəfindən ödənilməli olan faizlərin məbləği kredit öhdəliyinin icra müddətinin bitdiyi tarixədək hesablandığından cavabdehin hər üç müqavilə üzrə qa lıq borcunun məbləği müəyyənləşdirilərkən həmin rəy əsas götürülməlidir. 20. xx.xx.2019-cu il tarixli, 16280 saylı rəyə əsasən cavabdehin iddiaçıya olan borcu xx.xx.2013-cü il tarixli 06 saylı müqavilə üzrə xx.xx.2016-cı il tarixə əsas borc üzrə 4.997.617,48 manat, faiz borcu 1.097.254,68 manat, cəmi 6.094.872,16 manat, xx.xx.2013-cü il tarixli 06/2 saylı müqavilə üzrə xx.xx.2016-cı il tarixə əsas borc üzrə 4.000.000 manat, faiz borcu üzrə 136.111,2 manat, cəmi 4.136.111,2 manat, xx.xx.2016-cı il tarixli, 06/3 saylı müqavilə üzrə xx.xx.2019-cu il tarixə əsas borc 3.000.000 manat, faiz borcu 506.000 manat, cəmi 3.506.000 manat məbləğində müəyyən edilmişdir. 21. xx.xx.2013-cü il tarixli, 06/2 saylı müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə hesablanmış 248.888 manat dəbbə pulu məbləği yüksək olduğundan azaldılaraq, 2.488 manat məbləğində müəyyən edilməli, dəbbə pulu tələbi qalan hissədə rədd edilməlidir. Nəticədə xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə əsas və faiz borcunun tutulması hissəsində iddiaçının tələbi tam, xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə əsas borcun tutulması hissəsində və xx.xx.2013-cü il tarixli kredit müqaviləsi faiz və cərimə borcunun tutulması hissəsində qismən təmin edilərək, iddia təmin olunmayan hissələrdə əsassız olduğu üçün rədd edilir. Hazırkı halda iddia qismən təmin olunsa da, mübahisə cavabdeh tərəfindən müqavilə öhdəliklərinin pozulması nəticəsində yarandığından, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu və ekspertiza xərci cavabdehdən tutulmalıdır.
22. Apelyasiya məhkəməsinin qətnaməsi Azərbaycan Respublikası Mülki Prosess ual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə”) 88, 102.2, 101.3, 103.1, 103.2, 119.3, 222.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair xx.xx.2013-cü il tarixli qərarının tələblərinə istinad etməklə əsaslandırmışdır.
23. İddiaçı həmin qətnamədən kassasiya şikayəti vermiş, apelyasiya məhkəməsinin qətnaməsinin xx.xx.2013-cü il tarixli,06/2 saylı kredit müqaviləsi üzrə tələblərin tam təmin olunmayan hissəsində ləğv edilməsini və işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
24. Apelyasiya Məhkəməsi qətnaməsində qeyd etmiş dir ki, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli rəyinə əsasən cavabdehin xx.xx.2016-cı il tarixinə (müqavilə müddətinin bitmə tarixi) banka 4.000.000 manat əsas, 136.111,2 manat faiz borcu olmaqla, ümumilikdə 4.136.111,2 manat borcu vardır. Bankın tələblərinin tamamilə əsaslı olması barədə məhkəməyə kifayət qədər sübutlar, o cümlədən ciddi hesabat sənədi sayılan və mövcud borcun hesablanma qaydasını özündə əks etdirən maliyyə arayışı və digər zəruri sənədlər təqdim olunmasına baxmayaraq, mübahisəyə hüquqi qiymət verilərkən, məhkəmə cavabdeh tərəfindən çıxış edərək təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə düzgün hüquqi qiymət verməmiş, iş üzrə səhv nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsinin qətnaməsi xx.xx.2013-cü il tarixli, 06/2 saylı kredit müqaviləsi üzrə tələblərin tam təmin olunmayan hissəsində əsassız olduğu üçün ləğv edilməlidir.
25. Kassasiya şikayəti Mülki Prosessual Məcəllənin 102.2, 103.1-ci maddələrinin tələblərinə istinad edilərək tərtib edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Kassasiya şikayətinə qarşı cavabdeh etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçısının izahatı İddiaçının vəkili Vəkil kassasiya şikayətində göstərilənlərlə məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. eyni Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası cavabdehin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiyini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
27. Kassasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPMnin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
28. İş üzrə iddiaçı tərəf apellyasiya məhkəməsinin qərarını qismən, xx.xx.2013-cü il tarixli,06/2 saylı kredit müq aviləsi üzrə tələblərin tam təmin olunmayan hissəsində mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı yalnız həmin hissədə yoxlanılacaqdır (MPM-nin 403 və 416-cı maddələri).
29. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
30. Mülki Prosessual Məcəllənin 416-cı maddəsində nəzərdə tutulur ki, kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
31. Mülki Prosessual Məcəllənin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur”. “Maddə
101. Ekspert rəyi 101.3. Ekspert rəy verilməsi üçün əlavə tədqiqat materiallarının təqdim edilməsinə zərurət olduğunu müəyyən etdikdə, ekspertiza təyin edilməsi haqqında məhkəmənin qərardadının məhkəmə ekspertizası idarəsinə daxil olduğu vaxtdan 5 gündən gec olmayaraq bu barədə məhkəməyə vəsatət göndərir. Vəsatətdə tələb olunan tədqiqat materiallarının dəqiq və tam siyahısı göstərilir”. “Maddə
102. Əlavə və təkrar ekspertiza 102.2. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər”. “Maddə
103. Ekspert rəyinin məhkəmə tərəfindən qiymətləndirilməsi 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 103.2. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır”. Mülki Məcəllənin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: Maddə
462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 462.2. Əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz. 462.3. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Maddə
463. Dəbbə pulu haqqında razılaşmanın forması 463.1. Dəbbə pu lu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. 463.2. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. Maddə
467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. I. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
53. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmədiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətb iq olunmadığından, iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 19 avqust tarixli, 2-2(103)-207/2020 saylı qətnaməsi qismən, xx.xx.2013-cü il tarixli 06/2 saylı kredit müqaviləsi üzrə dəbbə pulu hissəsində ləğv edilməli, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, qətnamə mübahisələndirilən digər hissədə dəyişdirilmədən saxlanılmalı, iddiaçının kassasiya şikayəti qismən təmin edilməlidir.
54. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərkən ona istinad etmişdir ki, xx.xx.2019-cu il tarixli, 16280 saylı rəylə cavabdeh tərəfindən həyata keçirilmiş ödənişlərin məbləği işdəki hesabdan çıxarış və digər sənədlərə uyğun müəyyən edildiyindən və kredit üzrə cavabdeh tərəfindən ödəni lməli olan faizlərin məbləği kredit öhdəliyinin icra müddətinin bitdiyi tarixədək hesablandığından, cavabdehin hər üç müqavilə üzrə qalıq borcunun məbləği müəyyənləşdirilərkən həmin rəy əsas götürülməli, həmin rəyə əsasən cavabdehin iddiaçıya olan borcu xx.xx.2013-cü il tarixli 06/2 saylı müqavilə üzrə xx.xx.2016-cı il tarixə əsas borc üzrə 4.000.000 manat, faiz borcu üzrə 136.111,2 manat, cəmi 4.136.111,2 manat müəyyən edilmişdir.
55. İddiaçı kassasiya şikayətində apelyasiya məhkəməsinin qərarını qismən, xx.xx.2013-cü il tarixli,06/2 saylı kredit müqaviləsi üzrə tələblərin tam təmin olunmayan hissəsində mübahisələndirərərk qeyd etmişdir ki, Apelyasiya Məhkəməsi qətnaməsində Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli rəyinə əsasən cavabdehin xx.xx.2016-cı il tarixinə (müqav ilə müddətinin bitmə tarixi) banka 4.000.000 manat əsas, 136.111,2 manat faiz borcu olmaqla, ümumilikdə 4.136.111,2 manat borcu olduğunu müəyyən etmiş, halbuki, bankın tələblərinin tamamilə əsaslı olması barədə məhkəməyə kifayət qədər sübutlar, o cümlədən ciddi hesabat sənədi sayılan və mövcud borcun hesablanma qaydasını özündə əks etdirən maliyyə arayışı və digər zəruri sənədlər təqdim olunmuş, məhkəmə isə cavabdeh tərəfindən çıxış edərək təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə düzgün hüquqi qiymət verməmiş, səhv nəticəyə gəlmişdir.
56. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə qismən razılaşır. Belə ki, işin həmin halları ilə bağlı apelyasiya məhkəməsi tərəfindən qeyd edilmişdir ki, xx.xx.2019-cu il tarixli, 16280 saylı rəylə cavabdeh tərəfindən həyata keç irilmiş ödənişlərin məbləği işdəki hesabdan çıxarış və digər sənədlərə uyğun müəyyən edildiyindən və kredit üzrə cavabdeh tərəfindən ödənilməli olan faizlərin məbləği kredit öhdəliyinin icra müddətinin bitdiyi tarixədək hesablandığından, cavabdehin hər üç müqavilə üzrə qalıq borcunun məbləği müəyyənləşdirilərkən həmin rəy əsas götürülməli və həmin ekspert rəyinə əsasən cavabdehin iddiaçıya olan borcu xx.xx.2013-cü il tarixli 06/2 saylı müqavilə üzrə xx.xx.2016-cı il tarixə əsas borc üzrə 4.000.000 manat, faiz borcu üzrə 136.111,2 manat, cəmi 4.136.111,2 manat müəyyən edilmişdir. Kredit müqaviləsi üzrə faizlərin hesablanması üçün xüsusi bilik tələb edildiyindən apelyasiya məhkəməsi 06/2 saylı kredit müqaviləsi üzrə təyin edilmiş ekspertizanın nəticələrini MPM-nin 102 və 103cü maddələrinin t ələblərinə müvafiq olaraq qiymətləndirmiş və həmin nəticələrlə razılaşmışdır. Apelyasiya məhkəməsinin buna dair qeyd etdikləri ilə razılaşan kassasiya instansiyası məhkəməsi iddiaçının şikayətinin dəlillərini xx.xx.2013-cü il tarixli 06/2 saylı müqavilə üzrə faiz borcu hissəsində əsassız hesab edir.
57. Bununla belə, işə kassasiya qaydasında baxan məhkəmə apelyasiya instansiyası məhkəməsinin həmin kredit müqaviləsi üzrə 2.488 manat cərimə borcu tutulması hissəsində gəldiyi nəticəni Mülki Məcəllənin 462 və 467-ci maddələrinin tələblərinin pozulması kimi qiymətləndirir.
58. Belə ki, xx.xx.2013-cü il tarixli 06/2 saylı müqavilə üzrə xx.xx.2016-cı il tarixə əsas borc 4.000.000 manat, faiz borcu 136.111,2 manat müəyyən edildiyi halda, apelyasiya məhkəməsi tərəfindən dəbbə pulunun 2.488 manat məbləğində tutulması hər hansı məntiqə və formalaşmış məhkəmə təcrübəsinə uyğun gəlmir və məhkəmənin bu barədə gəldiyi nəticə tam əsaslandırılmamışdır. Halbuki tərəflər arasında bağlanmış kredit müqaviləsinin 10.2 və 10.3-cü bəndlərinə əsasən Borc alan üzərinə düşən öhdəlikləri icra etmədikdə gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilmiş gün üçün ümumi məbləğin 0.02% miqdarından Borc verənə dəbbə pulu ödəməlidir. Borc alan üzərinə düşən öhdəlikləri lazımınca icra etmədikdə və yaxud müəyyənləşdirilmiş müddətə icra etmədikdə kreditin ödənilməmiş məbləğinin hər gecikdirilən günü üçün ümumi məbləğin 0.02% miqdarında Borc verənə dəbbə pulu ödəməlidir. Kredit və faiz borcundan son vaxtlara qədər cavabdeh tərəfindən hər hansı ödəniş aparılmadığı nəzərə alınarsa 4.000.000,0 manatın qarşıl ığında hər hansı tənasübə belə gəlməyən 2.488 manat dəbbə pulunun müəyyən edilməsi mövcud qanunvericiliyin və müqavilə şərtlərinin pozulması kimi dəyərləndirilə bilər.
59. Mübahisələndirilən müqavilə üzrə gecikdirilmiş günlərin sayları və onlara müqavilənin 10.2 və 10.3-cü bəndlərinə uyğun olaraq dəbbə pulunun məbləğinin hesablanması üçün xüsusi bilik tələb edildiyindən və bu məsələlərin həlli kasasiya instansiyası məhkəməsinin səlahiyyətləri daxilində olmadığından işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası kassasiya şikayətinin həmin dəlilləri ilə razılaşır.
60. Beləliklə, Bakı Apelyasiya Məhkəməsi tərəfindən işə baxılarkən qismən maddi və prosessual hüquq normalarının pozuntusuna və işdəki sübutların qiymətləndirilməsində isə səhvə yol verildiyindən, Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 19 avqust tarixli, 22(103)-207/2020 saylı qətnaməsi qismən, xx.xx.2013-cü il tarixli 06/2 saylı kredit müqaviləsi üzrə dəbbə pulu hissəsində ləğv edilməli, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, qətnamə mübahisələndirilən digər hissədə dəyişdirilmədən saxlanılmalı, iddiaçının kassasiya şikayəti qismən təmin edilməlidir.
61. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:
62. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 19 avqust tarixli, 2-2(103)-207/2020 saylı qətnaməsi qismən, xx.xx.2013-cü il tarixli 06/2 saylı kredit müqaviləsi üzrə dəbbə pulu hissəsində ləğv edilsin. İş həmin hissədə yenidən baxılm ası üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilsin. Qətnamə mübahisələndirilən digər hissədə dəyişdirilmədən saxlanılsın. İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: