Məhkəmə qərarları › İş №2-2(102)-68/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-68/2024

01.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-68/2024 01.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun tutulması, kredit müqaviləsi üzrə faizlər, kredit borcun gecikdirilməsinə görə dəbbə pulu (cərimə) və tutmanın ipoteka predmetinə yönəldilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Dadaşov İlqar Ağababaş oğlunun məruzəsi, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kommersiya işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü i l 12 oktyabr tarixli 2-2(105)-125/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. "Xalq Bank” ASC ilə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh (VÖEN **********) arasında bağlanmış 2010-cu il 6 oktyabr tarixli **********10 nömrəli kredit müqaviləsinə əsasən, "pendir və kəsmik istehsalı” məqsədilə borcalan Cavabdeh 24 ay müddətinə, yəni 2012-ci il 7 oktyabr tarixinədək illik 25% dərəcəsi ilə 12.000 manat məbləğində kredit verilmişdir (həmin kreditin müvafiq qrafikə əsasən aylar üzrə müəyyən edilmiş məbləğlərdə və müəyyən olunmuş vaxtlarda banka ödənilməsini nəzərdə tutan ödəniş cədvəlini (1 saylı Əlavəni) borcalan Cavabdeh da imzalamışdır və həmin ödəniş cədvəlinə əsasən öd ənişin son tarixi 2012-ci il 7 oktyabr müəyyən olunmuşdur). -Həmin Müqavilənin 1.5-ci bəndinə əsasən, borcalanın bu kredit müqaviləsi üzrə yaranmış öhdəliklərinin icrasının təminatı qismində 2010-cu il 6 oktyabr tarixli 112002/0227/10/09 saylı ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan əmlak çıxış edir. -Həmin Müqavilənin 2.4-cü bəndinə əsasən, borcalan tərəfindən əsas borc məbləğinin ödənilməsi müddətləri pozulduqda borcalan Banka vaxtı ötmüş borc məbləğinə gecikdirmənin hər günü üçün illik 40% (qırx) faiz dərəcəsi ilə hesablanmış cərimə faizləri ödəyir. 2. 2010-cu il 6 oktyabr tarixli **********10 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə kredit verən "Xalq Bank” ASC ilə ipoteka qoyan X9 məxsus Xudat şəhərinin Dəmiryolu küçəsində istifadədə olan 0,0123 ha torpaq sahəsində yerləşən 4 nömrəli, 1 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində yerləşən 46.2 kv.m ümumi, 36 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 2 nömrəli mənzilin ipoteka ilə yüklü edilməsi barədə 2010-cu il 6 oktyabr tarixli 112002/0227/10/09 nömrəli ipoteka müqaviləsi də bağlanmışdır. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı "Xalq Bank” ASC (bundan sonra - “iddiaçı”) 2023-cü il 25 aprel tarixində Cavabdeh (bundan sonra - “cavabdeh”) qarşı "borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək, kredit alan cavabdehin 2010-cu il 6 oktyabr tarixli **********10 nömrəli kredit müqaviləsi üzrə kredit verən iddiaçı qarşısında 2012-ci il 6 oktyabr tarixindən 2022-ci il 14 oktyabr tarixə kimi vax tı keçmiş əsas borc məbləğinə illik 11% dərəcəsi ilə hesablanmış 9.460,56 manat məbləğində zərərin (əldən çıxmış faydanın) əvəzi və 2012-ci il 6 oktyabr tarixindən 2022-ci il 14 oktyabr tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 10.264,82 manat məbləğində cərimə faizləri üzrə borc olmaqla, cəmi 19.725,38 manat məbləğində pul vəsaitinin, ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 200 manat məbləğində xidmət haqqının və iddia ərizəsinin verilməsinə görə 149,18 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

4. Borc alanın 2010-cu il 6 oktyabr tarixli **********10 nömrəli kredit müqaviləsi üzrə əsas və faiz borcl arının ödənilməsi üzrə icra olunmamış öhdəlikləri qaldığından iddiaçı (iş üzrə iddiaçı "xxxx" ASC "kredit müqaviləsi üzrə borc məbləğinin ödənilməsi” iddia tələbi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək cavabdehdən (iş üzrə Cavabdeh) 2012-ci il 25 sentyabr tarixinə hesablanmış 9.500 manat əsas borcun, 2.157,64 manat faiz borcunun və 2.428,85 manat cərimə borcunun tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2012-ci il 6 dekabr tarixli 2(060)-4420/2012 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehdən 9.500 manat əsas kredit borcu, 2.157,64 manat faiz borcu və 1.500 manat cərimə borcu olmaqla, cəmi 13.157,64 manat məbləğində borcun və 2012-ci il 25 sentyabr tarixindən başlayaraq iddiaçının tələblərinin faktiki təmin edilməsi tar ixinə qədər əsas borc məbləğinə illik 10% dərəcəsi ilə hesablanan cərimə faizlərinin tutulması qət edilmişdir.

5. Həmin qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2013-cü il 20 may tarixli 2(105)-498/2013 nömrəli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni "2012-ci il 25 sentyabr tarixinə qədər əsas borc məbləğinə illik 10% dərəcəsi ilə hesablanan cərimə faizlərinin tutulması” hissəsində ləğv edilmiş, iddia tələbi bu hissədə təmin olunmamış və qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

6. İddiaçı cavabdehlər X1, X3, X5, X7 və iş üzrə cavabdehə qarşı "ipoteka predmetinə tutmanın yönəldilməsi" tələbinə dair iddia ərizəsi ilə Xaçmaz Rayon Məhkəməsinə müraciət edərək, mərhum X6 mirası cavabdeh X4 tərəfi ndən faktiki qəbul edildiyi üçün 2010-cu il 6 oktyabr tarixli 112002/0227/10/09 nömrəli ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən Xudat şəhərinin Dəmir-yolu küçəsində istifadədə olan 0,0123 ha torpaq sahəsində yerləşən 4 nömrəli, 1 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində yerləşən 46.2 kv.m ümumi, 36 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 2 nömrəli mənzilə tutmanın yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması və 2010-cu il 6 oktyabr tarixli **********10 nömrəli kredit müqaviləsi üzrə borc alan cavabdehin iddiaçı qarşısındakı 8.940,25 manat məbləğində əsas borcu, kredit müqaviləsi ilə nəzərdə tutulmuş kreditin qaytarılma müddətinə kimi (2012-ci il 7 oktyabr tarixədək) kreditdən istifadəyə görə hesablanmış 3.753,24 manat məbləğində adi faizlər üzrə borc məbləği, 2012-ci il 7 oktyabr tarixindən 2018-ci il 12 aprel tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 16% dərəcəsi ilə hesablanmış 8.315,07 manat məbləğində əldən çıxmış faydanın əvəzi və illik 15% dərəcəsi ilə hesablanmış 8.750,25 manat məbləğində penya olmaqla, cəmi 29.758,81 manat məbləğində borcun və 2018-ci il 12 aprel tarixindən başlayaraq iddiaçının tələblərinin faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinin qalığına illik 16 % dərəcəsi ilə hesablanan faizlər formasında zərərin (əldən çıxmış faydanın) əvəzi və illik 15% dərəcəsi ilə hesablanan penyanın ipoteka predmetinin dəyərindən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin 2019-cu il 27 avqust tarixli 2(067)-109/2019 nömrəli qətnaməsi ilə həmi n iddia tələbi təmin edilməmişdir.

7. Həmin qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2021-ci il 9 iyun tarixli 2(105)-128/2021 nömrəli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, 2010-cu il 6 oktyabr tarixli 112002/0227/10/09 nömrəli kredit müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən Xudat şəhərinin Dəmir-yolu küçəsində istifadədə olan 0,0123 ha torpaq sahəsində yerləşən 4 nömrəli, 1 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində yerləşən 46,2 kv.m ümumi, 36 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 2 nömrəli mənzilə tutmanın yönəldilməsi, Xudat şəhərinin Dəmir-yolu küçəsində torpaq sahəsinin və onun üzərində yerləşən fərdi yaşayış evinin likvid dəyərinin 25.000 manat müəyyən edilməsi, ipoteka pr edmetinin açıq hərracda satılması, satışdan əldə edilən vəsait hesabına cavabdehin ödənilməmiş 10.732,31 manat məbləğində borcunun iddiaçıya ödənilməsi, cavabdehlər X10, X8, X2 ipoteka predmeti olan Xudat şəhərinin Dəmiryolu küçəsində istifadədə olan 0,0123 ha torpaq sahəsində yerləşən 4 nömrəli, 1 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində yerləşən 46,2 kv.m ümumi, 36 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 2 nömrəli mənzildən çıxarılması və iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir.

8. Sumqayıt Apellyasiya Məhkəməsinin 2021-ci il 9 iyun tarixli 2(105)-128/2021 nömrəli qətnaməsi qanuni qüvvəsini almış və həmin qətnamə əsasında verilmiş icra sənədinin icrası tamamlanmışdır. Yəni 2012-ci il 7 oktyabr tarixində müddəti bitmiş 2010cu il 6 oktyabr tarixli **********10 nömrəli Kredit müqaviləsi üzrə "ödənilməmiş cəmi 10.732,31 manat məbləğində borc” qanuni qüvvəsini almış məhkəmə qətnaməsində qət edilmiş qaydada həmin kredit müqaviləsinin təminatı olaraq ipoteka ilə yüklü edilmiş torpaq sahəsinə və fərdi yaşayış evinə yönəldilərək tutulmuş və həmin qətnaməyə əsasən ipoteka predmetinin açıq hərracda satılması üçün "Bakı Hərrac Mərkəzi” MMC tərəfindən keçirilmiş hərraclarda mənzil satılmadığından, həmin əmlak əldə edilməsi üçün banka təklif edilmiş və bank həmin təklifi qəbul etmişdir. Həmin ipoteka predmetinin alqı-satqısı hərrac təşkilatçısı və bank tərəfindən imzalanmış hərracın yekunları haqqında 2022-ci il 14 oktyabr tarixli 269/22 nömrəli protokolla, həmçinin bank ilə hərrac təşkilatçısı arasında 2022-ci il 14 oktyabr tarixində bağlanmış "İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair" müqavilə ilə rəsmiləşdirilmişdir. Həmin müqaviləyə uyğun olaraq əmlakın son satış qiyməti 15.937,5 manat məbləğində müəyyən edilərək, iddiaçının mülkiyyətinə verilmişdir.

9. İddia tələbi işin halları ilə (bax § 1-2) əsaslandırılmış və əlavə olaraq qeyd olunmuşdur ki, cavabdeh tərəfindən qətnamə üzrə müəyyənləşdirilmiş borc məbləğinin bir hissəsinin ödənilməsinə və ipoteka predmeti qismində çıxış edən əmlakın ödənilməmiş borc müqabilində bankın balansına keçməsinə baxmayaraq, cavabdeh banka kredit xətti müqaviləsinin 2.4-cü bəndinə əsasən ödənilməsi gecikdirilmiş məbləğə illik 15% dərəcəsi ilə hesablanan cərimə faizi də ödəməlidir ki, əsas borc məbləğinin tam şəkildə qaytarıldığı 2022-ci il 14 oktyabr tarixinə bu məbləğ 10.264,82 manat təşkil etmişdir. İpoteka predmeti hesabına iddiaçının tələbi ödənilmədiyinə görə "İpoteka haqqında" Azərbaycan Respublikasının 2005-ci il 15 aprel tarixli Qanununun 47.5-ci maddəsinə əsasən, iddiaçının tələbinin ödənilməyən hissəsini borc alanın başqa əmlakından almaq hüququ yaranmışdır. Kredit müqaviləsi üzrə cavabdehin üzərinə götürdüyü öhdəliklərin könüllü qaydada yerinə yetirilməsinə nail olmaq məqsədilə iddiaçı tərəfindən cavabdehə xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, cavabdeh tərəfindən borcun ödənilməsi üçün bu günə qədər heç bir əməli addım atılmamışdır. İddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən həmin müqavilə tərəflərin öz üzərinə götürdükləri öhdəliklərin tam icra edilməsi anına qədər qüvvəsini saxlayır və bu şərt Azərbayc an Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsində ifadə olunmuş normaya tam uyğundur. Bu normanın hüquqi mahiyyəti bir daha “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il 24 dekabr tarixli qərarında öz təsdiqini tapmışdır. Müqavilənin qüvvədə olma müddətinin qurtarması və bununla əlaqədar müqavilə üzrə öhdəliklərin də xitamı şərtləri müqavilədə dəqiq göstərilməlidir. Hazırkı iddia ərizəsinə iddiaçı tərəfindən kredit müqaviləsi üzrə müddətinin bitməsi tarixindən (2012-ci il 6 oktyabr) etibarən əsas borc məbləğinin tam şəkildə ödənildiyi tarixə (2022-ci il 14 oktyabr) qədər olan dövr ərzində sahibkarlıq subyekti olan borcal anlara iddiaçı tərəfindən verilmiş kreditlər (iddiaçı tərəfindən verilən biznes krediti bank məhsulunun Pasportu”) barədə statistik məlumatları əks etdirən arayış əlavə olunur. Təqdim edilmiş bu arayışa əsasən, biznes məqsədləri üçün bank (iddiaçı) tərəfindən verilmiş kreditlər üzrə orta faiz dərəcəsinin miqdarı illik 11% faiz təşkil etmişdir. Qeyd olunana əsasən bank kreditləşmə müddətinin bitdiyi 2012-ci il 6 oktyabr tarixindən əsas borc məbləğinin tam şəkildə qaytarıldığı 2022-ci il 14 oktyabr tarixinə kimi əldən çıxmış faydanın hesablanmasında yuxarıda göstərilmiş faiz dərəcəsini əldə rəhbər tutmağı əsaslı hesab etmişdir. Müvafiq hesablanma aparıldıqdan sonra həmin dövr üçün müvafiq məbləğ 9.460,56 manat təşkil etmişdir. Həmçinin, hazırki mübahisə kommersiya mübahisəsi olduğundan, qanu nvericiliyin tələblərinə uyğun olaraq tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həlli ilə bağlı mediasiya prosesi keçirilmiş, lakin cavabdeh mediasiya prosesində iştirak etməmiş və bununla bağlı "ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayış verilmişdir.

10. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilməmişdir.

11. Cavabdeh tərəfindən 2022-ci il 5 iyul tarixində məhkəməyə "iddia müddətinin tətbiqi” barədə ərizə təqdim edilərək, iddiaçının "borcun tutulması” tələbi üzrə 3 illik iddia müddətini tətbiq etməklə, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Ərizə belə əsaslandırılmışdır ki, hazırkı mübahisə iddiaçı ilə cavabdeh arasında bağlanmış 2010-cu il 6 oktyabr tarixli **********10 nömrəli kre dit müqaviləsindən irəli gələn öhdəliklərlə bağlıdır. Hansı ki, həmin müqavilə üzrə cavabdehdən əsas, faiz və cərimə borcu olmaqla tutulan ümumilikdə 10.732,31 manat borcun ipoteka predmeti qismində çıxış edən fərdi yaşayış evinin açıq hərracda satılması və satışdan əldə edilmiş vəsait hesabına ödənilməsi barədə Sumqayıt Apellyasiya Məhkəməsinin 2021-ci il 9 iyun tarixli 2(105)-128/2021 nömrəli qətnaməsi mövcuddur. Həmin qətnamənin icrası nəticəsində ipoteka predmeti açıq hərracda satılaraq sözügedən borc tam ödənilmiş və hətta satışdan artıq vəsait də qalmışdır. Bu hal işdə olan sənədlərlə öz təsdiqini tapmış və mübahisələndirilməmişdir. Göründüyü kimi müqavilə üzrə əsas borc öhdəliyi tam yerinə yetirilmişdir. Kreditin icra müddəti isə 2012-ci il 6 oktyabr tarixində bitmişdir. Nəticə etib arı ilə iddiaçı hazırkı tələb üzrə nəzərdə tutulan 3 illik iddia müddətini ötürmüşdür.

13. Sumqayıt Kommersiya Məhkəməsinin 2023-cü il 5 iyul tarixli e-2-2(119)-584/2023 nömrəli qətnaməsi ilə iddiaçı tərəfindən cavabdehə (VÖEN **********) qarşı verilmiş "borcun tutulması” barədə iddia tələbinin təmin edilməməsi və məhkəmə xərclərinin iddiaçının özünə aid edilməsi qət edilmişdir (hakim – Z.Sadıqov).

14. Məhkəmə qətnaməsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə (kreditor) borc alan cavabdeh arasında 24 ay müddətinə bağlanmış 2010-cu il 6 oktyabr tarixli **********10 nömrəli kredit müqaviləsi üzrə iddiaçının müvafiq iddia ərizəsi əsasında qəbul edilmiş Sumqayıt Şəhər Məhkəməsinin 2012-ci il 6 dekabr tarixli 2(060)-4420/2012 nömrəli və Sumqayıt Apellyasiya Məhkəməsinin 2013-cü il 20 may tari xli 2(105)-498/2013 nömrəli qətnamələrinə əsasən iddiaçının xeyrinə cavabdehdən 9.500 manat əsas kredit borcu, 2.157,64 manat faiz borcu və 1.500 manat cərimə borcu olmaqla, cəmi 13.157,64 manat məbləğində borcun tutulması qət edilmişdir. Eyni zamanda, məlum kredit müqaviləsi üzrə iddiaçının ikinci dəfə vermiş olduğu iddia ərizəsi əsasında qəbul edilmiş Sumqayıt Apellyasiya Məhkəməsinin 2021-ci il 9 iyun tarixli 2(105)-128/2021 nömrəli qətnaməsinə əsasən 2010-cu il 6 oktyabr tarixli 112002/0227/10/09 nömrəli kredit müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən Xudat şəhərinin Dəmir-yolu küçəsində istifadədə olan 0,0123 ha torpaq sahəsində yerləşən 4 nömrəli, 1 mərtəbəli binanın 1-ci girişində, 1ci mərtəbəsində yerləşən 46,2 kv.m ümumi, 36 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 2 nö mrəli mənzilə tutmanın yönəldilməsi, Xudat şəhərinin Dəmir-yolu küçəsində torpaq sahəsinin və onun üzərində yerləşən fərdi yaşayış evin likvid dəyərinin 25.000 manat müəyyən edilməsi, ipoteka predmeti açıq hərracda satılması və satışdan əldə edilən vəsait hesabına cavabdehin ödənilməmiş 10.732,31 manat məbləğində borcunun iddiaçıya ödənilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2021-ci il 9 iyun tarixli 2(105)-128/2021 nömrəli qətnaməsi qanuni qüvvəsini almış və həmin qətnamə əsasında verilmiş icra sənədinin icrası tamamlanaraq, 2012-ci il 7 oktyabr tarixndə müddəti bitmiş 2010-cu il 6 oktyabr tarixli **********10 nömrəli kredit müqaviləsi üzrə "ödənilməmiş cəmi 10.732,31 manat məbləğində borcun” qanuni qüvvəsini almış məhkəmə qətnaməsində qət edilmiş qaydada həmin kredit müq aviləsinin təminatı olaraq ipoteka ilə yüklü edilmiş torpaq sahəsinə və fərdi yaşayış evinə yönəldilməsi təmin olunmuş və hərracın yekunları haqqında 2022-ci il 14 oktyabr tarixli 269/22 nömrəli protokolla və bank ilə hərrac təşkilatçısı arasında 2022-ci il 14 oktyabr tarixində bağlanmış "İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair" müqavilə ilə əmlakın son satış qiyməti 15.937,5 manat məbləğində müəyyən edilərək, iddiaçının mülkiyyətinə verilmiş və bununla da, iddiaçı tərəf qanuni qüvvəsini almış qətnamə üzrə tələbkar (kreditor) olaraq həmin icranı qəbul etmişdir.

15. Sumqayıt Apellyasiya Məhkəməsinin 2021-ci il 9 iyun tarixli 2(105)-128/2021 nömrəli qətnaməsi ilə ipotekaya qoyulmuş əmlaklar hesabına ödənilməli olması müəyyən edilən borc məbləği tələbkar (kreditor ) olaraq iddiaçının "İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair" müqavilə əsasında əmlakın əldə edilməsi ilə ödənilmiş və iddiaçı tərəf (tələbkar-kreditor) öhdəliyin bu cür icrasını qəbul etmişdir. Lakin icra müddəti bitmiş kredit müqaviləsi üzrə məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borc məbləğinin qətnamədə nəzərdə tutulduğu üsulla deyil, başqa cür icra olunmasının şərtləri və nəticəsi ilə əlaqədar tərəflər arasında hər hansı bir yeni öhdəlik yaradan saziş imzalanmamış və qətnamənin icrasını tələb etməyən tələbkarın razılığı ilə bu üsulla icra yekunlaşdıqdan sonra hazırkı iddia tələbində qeyd olunan "zərər və cərimə” tələb olunur. Borcverən iddiaçı ilə borcalan cavabdeh arasında 24 ay müddətinə bağlanmış 2010-cu il 6 oktyabr tarixli **********10 nömrəli kredit müqaviləsi üzrə sonuncunun hal-hazırda hər hansı bir ödənilməmiş əsas borcu və müqavilə şərtlərinə uyğun olaraq ödənilməmiş faiz borcu (qaytarılmamış əsas kredit məbləği və ödənilməmiş faiz məbləği) mövcud deyildir.

16. Tərəflər arasında kredit müqaviləsi bağlanmaqla, ilk olaraq həmin müqavilədən irəli gələn "öhdəlik” hüquq münasibətləri yaranmış olsa da, sonradan iddiaçı icra müddəti bitmiş həmin kredit müqaviləsi üzrə yaranmış qalıq borcun tutulması tələbi ilə məhkəməyə müraciət etmiş və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə kredit müqaviləsi üzrə mövcud borcun ipoteka predmetinə yönəldilməklə, tutulması qət edilmişdir. Ona görə də, cavabdehin hərəkətlərinə bu aspektdən, yəni kredit müqaviləsi üzrə "borcalan” kimi deyil, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi üzrə "borclu” kimi q iymət verilməlidir. Bu baxımdan qiymət veriləndə isə qətnamə ilə tutulan borcun hazırkı iddia ərizəsində qeyd olunan "2022-ci il 14 oktyabr tarixədək icra olunmasında” cavabdehin (borclunun) təqsiri müəyyən edilməmişdir. Yəni, Sumqayıt Apellyasiya Məhkəməsinin 2021-ci il 9 iyun tarixli 2(105)-128/2021 nömrəli qətnaməsi əsasında "ipoteka predmeti satılmaqla” borcun 2022ci il 14 oktyabr tarixədək ödənilməsinə görə cavabdeh məsuliyyət daşımır və qeyd olunduğu kimi qətnamə ilə tutulan borcun məlum üsulla ödənilməsinə (tələbkar (kreditor) olaraq iddiaçının "İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair" müqavilə əsasında ödənilməsinə) isə iddiaçı (tələbkar) tərəfindən heç bir etiraz olunmayaraq, sonuncu tərəfindən borcun həmin üsulla icra olunması qəbul edilmişdir.

17. Bu ndan əlavə, ipoteka predmetini hərracda satmaq mümkün olmadıqda, ipoteka saxlayanın iddiaçının ipoteka predmetini satış dəyərindən 40 faiz aşağı əldə etmək hüququ vardır və ipoteka saxlayan həmin hüquqdan 30 gün müddətində istifadə etmədikdə ipotekaya xitam verilir. Məhkəmə hesab etmişdir ki, iddiaçı (ipoteka saxlayan) ipoteka predmetini əldə etmək hüququndan qanunla nəzərdə tutulmuş müddət ərzində istifadə etdiyi halda, onun "MM-in 399,3, 399,4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il 24 dekabr tarixli qərarına əsaslanmaqla real zərər və yaxud əldən çıxmış faydanın ödənilməsini tələb etmək hüququ da itirilmiş olur. Çünki ipoteka predmetinin hərracda satılmaması və ya onun ipoteka saxlayan tərə findən əldə edilməsi cavabdeh (borc alan) tərəfindən törədilmiş mülki hüquq pozuntusu hesab edilə bilməz. Belə ki, Konstitusiya Məhkəməsinin "Azərbaycan Respublikası MM-in 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 2009-cu il 9 iyul tarixli qərarında formalaşmış hüquqi mövqeyə əsasən, məhkəmə qərarlarının icrası haqqında qanunvericiliyi könüllü yerinə yetirərək, öhdəliyin icra olunması məqsədilə borclu tərəfindən girov əmlakın təhvil verilməsi birmənalı olaraq sübut etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə borc və faizlərin girov əmlaka yönəldilməsindən sonrakı istənilən pozuntu - ondan asılı olmayan haldan irəli gəlir.

18. Belə ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2021-ci il 9 iyun tarixli 2(105)128/2021 nömrəli qətnaməsi ilə müəyyən edilmiş borcun ödənilm əsinin iddiaçı (tələbkar) tərəfindən qəbul olunmasına baxmayaraq, 2022-ci il 14 oktyabr tarixinədək icra olunmasına görə hazırkı iddia tələbində qeyd olunan "2012-ci il 6 oktyabr tarixindən 2022ci il 14 oktyabr tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 11% dərəcəsi ilə hesablanmış 9.460,56 manat məbləğində zərərin (əldən çıxmış faydanın) əvəzi və 2012-ci il 6 oktyabr tarixindən 2022-ci il 14 oktyabr tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 10.264,82 manat məbləğində cərimə faizləri üzrə borc olmaqla, cəmi 19.725,38 manat məbləğində pul vəsaitinin tutulmasının” tələb olunması iddiaçının (tələbkarın) hüquqdan sui-istifadəsi kimi qiymətləndirilməlidir. Həmçinin, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin müvafiq qaydada icra olunmamasına görə cavabdehin təqsirinin olması müəyyən edilməmiş və məhkəmə araşdırması zamanı hazırkı iddia tələbinin, yəni "2012-ci il 6 oktyabr tarixindən 2022-ci il 14 oktyabr tarixə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 11% dərəcəsi ilə hesablanmış 9.460,56 manat məbləğində zərərin (əldən çıxmış faydanın) əvəzinin və 2012-ci il 6 oktyabr tarixindən 2022-ci il 14 oktyabr tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 10.264,82 manat məbləğində cərimə faizləri üzrə borcun” ödənilməli olmasının əsaslılığı təsdiq olunmamışdır.

19. Cavabdeh tərəfin məhkəməyə təqdim etdiyi "iddia müddətinin tətbiqi” barədə ərizə ilə əlaqədar məhkəmə qeyd etmişdir ki, iddia tələbinin əsaslılığı təsdiq olunduğu halda, həmin ərizə üzrə xüsusatların araşdırılması və qiymətləndirilməsi əhəmiyyət kəsb edərdi. Bundan əlavə, məhkəmə araşdırması zamanı cavabdeh tərəf borcunun olmasını etiraf etməyərək, iddia tələbini qəbul etməmiş və ilk növbədə, cavabdeh tərəf iddia tələbinə etirazını 2010-cu il 6 oktyabr tarixli **********10 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş borcun olmaması ilə əsaslandırmışdır.

20. İş üzrə tədqiq edilən sübutlara qiymət verərək məhkəmə hesab etmişdir ki, əsaslılığı sübuta yetmədiyi üçün iddiaçının cavabdehə qarşı "borcun tutulması” barədə iddia tələbi, yəni "kredit alan cavabdehin 2010-cu il 6 oktyabr tarixli **********10 nömrəli kredit müqaviləsi üzrə kredit verən iddiaçının qarşısında 2012-ci il 6 oktyabr tarixindən 2022-ci il 14 oktyabr tarixə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 11% dərəcəsi ilə hesablanmış 9.460,56 manat məbləğində z ərərin (əldən çıxmış faydanın) əvəzi və 2012-ci il 6 oktyabr tarixindən 2022-ci il 14 oktyabr tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 10.264,82 manat məbləğində cərimə faizləri üzrə borc olmaqla, cəmi 19.725,38 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması” barədə iddia tələbi təmin olunmamalıdır.

21. Birinci instansiya məhkəməsi bu qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 296.1, 317.1, 319, 385.1, 421, 425.1, 425.2, 427.3, 527.1, 528, 529.2, 529.4, 560.2, 739.1-ci; "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 33, 39.1, 41.2-ci; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 82.3, 88, 233.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır.

22. İddiaçı apellyasiya şikayəti verərək, qətnaməni ləğv edərək iddianın tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

23. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 12 oktyabr tarixli 2-2(105)-125/2023 nömrəli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Kommersiya Məhkəməsinin 2023-cü il 5 iyul tarixli e-2-2(119)-584/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – A.Süleymanova, hakimlər – A.Mahmudov və Z.Məmmədov).

24. Kollegiya araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı kreditor ilə borc alan cavabdeh arasında 24 ay müddətinə bağlanmış 2010-cu il 6 oktyabr tarixli **********10 nömrəli kredit müqaviləsi üzrə iddiaçının müvafiq iddia ərizəsi əsasında qəbul edilmiş Sumqayıt Şəhər Məhkəməsinin 2012-ci il 6 dekabr tarixli 2(060)-4420/2012 nömrəli və Sumqayıt Apellyasiya Məhkəməsinin 20 may 2013-cü il tarixli 2(105)-498/2013 nömrəli qətnamələrinə əsasən iddiaçının xeyrinə cavabdehdən 9.500 manat əsas kredit borcu, 2.157,64 manat faiz borcu və 1.500 manat cərimə borcu olmaqla, cəmi 13.157,64 manat məbləğində borcun tutulması qət edilmişdir. Eyni zamanda, məlum kredit müqaviləsi üzrə iddiaçının ikinci dəfə vermiş olduğu iddia ərizəsi əsasında qəbul edilmiş Sumqayıt Apellyasiya Məhkəməsinin 2021-ci il 9 iyun tarixli 2(105)-128/2021 nömrəli qətnaməsinə əsasən 2010-cu il 6 oktyabr tarixli 112002/0227/10/09 nömrəli kredit müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən Xudat şəhərinin Dəmir-yolu küçəsində isti fadədə olan 0,0123 ha torpaq sahəsində yerləşən 4 nömrəli, 1 mərtəbəli binanın 1-ci girişində, 1ci mərtəbəsində yerləşən 46,2 kv.m ümumi, 36 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 2 nömrəli mənzilə tutmanın yönəldilməsi, Xudat şəhərinin Dəmir-yolu küçəsində torpaq sahəsinin və onun üzərində yerləşən fərdi yaşayış evin likvid dəyərinin 25.000 manat müəyyən edilməsi, ipoteka predmetinin açıq hərracda satılması və satışdan əldə edilən vəsait hesabına cavabdehin ödənilməmiş 10.732,31 manat məbləğində borcunun iddiaçıya ödənilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2021-ci il 9 iyun tarixli 2(105)-128/2021 nömrəli qətnaməsi qanuni qüvvəsini almış və həmin qətnamə əsasında verilmiş icra sənədinin icrası tamamlanaraq, 2012-ci il 7 oktyabr tarixində müddəti bitmiş 2010-cu il 6 ok tyabr tarixli **********10 nömrəli kredit müqaviləsi üzrə "ödənilməmiş cəmi 10.732,31 manat məbləğində borcun” qanuni qüvvəsini almış məhkəmə qətnaməsində qət edilmiş qaydada həmin kredit müqaviləsinin təminatı olaraq ipoteka ilə yüklü edilmiş torpaq sahəsinə və fərdi yaşayış evinə yönəldilməsi təmin olunmuş və hərracın yekunları haqqında 2022-ci il 14 oktyabr tarixli 269/22 nömrəli protokolla və bank ilə hərrac təşkilatçısı arasında 2022-ci il 14 oktyabr tarixində bağlanmış "İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair" müqavilə ilə əmlakın son satış qiyməti 15.937,5 manat məbləğində müəyyən edilərək, iddiaçının mülkiyyətinə verilmiş və bununla da, iddiaçı tərəf qanuni qüvvəsini almış qətnamə üzrə tələbkar (kreditor) olaraq həmin icranı qəbul etmiş, Sumqayıt Apelly asiya Məhkəməsinin 2021-ci il 9 iyun tarixli 2(105)-128/2021 nömrəli qətnaməsi ilə ipotekaya qoyulmuş əmlaklar hesabına ödənilməli olması müəyyən edilən borc məbləği tələbkar (kreditor) olaraq iddiaçının "İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair" müqavilə əsasında əmlakın əldə edilməsi ilə ödənilmiş və iddiaçı tərəf (tələbkar-kreditor) öhdəliyin bu cür icrasını qəbul etmişdir. Borcverən iddiaçı ilə borcalan cavabdeh arasında 24 ay müddətinə bağlanmış 2010-cu il 6 oktyabr tarixli **********10 nömrəli kredit müqaviləsi üzrə sonuncunun hal-hazırda hər hansı bir ödənilməmiş əsas borcu və müqavilə şərtlərinə uyğun olaraq ödənilməmiş faiz borcu mövcud deyildir. İddiaçı araşdırılan iddia tələbi ilə məhkəməyə müraciət edərək icrası yekunlaşmış kredit müqavləsi üzrə "zər ər və cərimə” tələbi ilə çıxış etmişdir.

25. Məhkəmə həmçinin qeyd etmişdir ki, qətnamə ilə tutulan borcun hazırkı iddia ərizəsində qeyd olunan "2022-ci il 14 oktyabr tarixədək icra olunmasında” cavabdehin (borclunun) təqsiri müəyyən edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 09 iyun 2021-ci il tarixli 2(105)-128/2021 nömrəli qətnaməsi əsasında "ipoteka predmeti satılmaqla” borcun 14 oktyabr 2022-ci il tarixədək ödənilməsinə görə cavabdeh məsuliyyət daşımır və qeyd olunduğu kimi qətnamə ilə tutulan borcun məlum üsulla ödənilməsinə (tələbkar (kreditor) olaraq Bankın "İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” müqavilə əsasında ödənilməsinə) isə iddiaçı (tələbkar) tərəfindən heç bir etiraz olunmayaraq, sonuncu tərəfindən borcun həmin üsulla icra olunması qəbul edilmişdir.

26. Bundan əlavə, ipoteka predmetini hərracda satmaq mümkün olmadıqda, ipoteka saxlayanın (bankın) ipoteka predmetini satış dəyərindən 40 faiz aşağı əldə etmək hüququ vardır və ipoteka saxlayan həmin hüquqdan 30 gün müddətində istifadə etmədikdə ipotekaya xitam verilir. Məhkəmə hesab etmişdir ki, iddiaçı (ipoteka saxlayan) ipoteka predmetini əldə etmək hüququndan qanunla nəzərdə tutulmuş müddət ərzində istifadə etdiyi halda, onun "MM-in 399,3, 399,4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il 24 dekabr tarixli qərarına əsaslanmaqla real zərər və yaxud əldən çıxmış faydanın ödənilməsini tələb etmək hüququ itirilmiş olur. Çünki ipoteka predmetinin hərracda satılmaması və ya onun ipoteka saxlayan tərəfindən əldə edilməsi - borc alan (cavabdeh) tərəfindən törədilmiş mülki hüquq pozuntusu hesab edilə bilməz.

27. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşmış və hesab etmişdir ki, məhkəmə qanunvericiliyin verdiyi bütün mümkün imkanlardan istifadə etməklə işi tam, hərtərəfli və obyektiv araşdıraraq, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.

28. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə hüquqi dəyərləndirmə apararaq qeyd etmişdir ki, apellyatorun şikayətin dəlilləri iddia tələbinin əsası ilə eynilik təşkil etmişdir. Həmin əsaslara birinci instansiya məhkəməsi tərəfindən müfəssəl qiymət verilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin əsaslandırılması ilə razılaşmışdır. Göründüyü kimi, şikayətin dəlili olaraq iddiaçı əldən çıxmış fayda qismində zərərin tutulmasının qanunvericilikdən irəli gəlməsi əsası ilə çıxış etmişdir.

29. Məhkəmə qərarlarının icrası haqqında qanunvericiliyi könüllü yerinə yetirərək, öhdəliyin icra olunması məqsədilə borclu tərəfindən girov əmlakın təhvil verməsi isə birmənalı olaraq sübut etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə borc və faizlərin girov əmlaka yönəldilməsindən sonrakı istənilən pozuntu ondan asılı olmayan haldan irəli gəlir.

30. Məhkəmə kollegiyası qeyd etmişdir ki, işin müəyyən edilmiş faktiki halları cavabdehin kredit öhdəliyinin icra edilməməsi ilə təqsirli hərəkətsizliyə yol verməsi nəticəsinə gəlməyə əsas vermir. Təqsirliliyi müəyyən edilməmiş hala görə isə borclunun mülki-hüqu qi məsuliyyət daşıması istisna olunur.

31. Məhkəmə kollegiyası şikayətin kredit müqaviləsinin qüvvədə olma müddətdən sonrakı dövr üçün öhdəliyin icra edilməməsinə görə hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsinə tələb hüququnun mülki qanunvericilikdə nəzərdə tutulması barədə dəlili ilə bağlı isə qeyd etmişdir ki, qanunvericiliklə qeyd olunan tələb hüququnun tanınması istənilən halda belə bir iddianın təmin edilməsinin əsası kimi qəbul edilə bilməz. Qeyd olunduğu kimi borclunun təqsirli hərəkət (hərəkətsizliyi) nəticəsində kreditor həmin qanuni əsasla çıxış edərək tələb huququna malikdir.

32. Apellyasiya instansiyası məhkəməsi bu qənaətini MM-in 296.1, 317.1, 319.1, 385.1, 386.1, 425.1, 425.2, 427.3, 442, 448.1, 449.1, 527.1, 528, 529.2, 529.4, 560.2, 739.1-ci; "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 33, 39.1, 41.2-ci; "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399,3, 399,4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına; MPM-in 14.2, 77.1, 88-ci maddələrinə istinad edərək əsaslandırmışdır.

33. İddiaçı kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 12 oktyabr tarixli 2-2(105)-125/2023 nömrəli qətnaməsini ləğv edərək iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri c) Kassasiya şikayətinin dəlilləri

34. Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il 24 dekabr tarixli qərarını n tələbi pozulmuşdur – Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, “...iddiaçının iddia etdiyi faktiki hallar həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsi haqlı olaraq iddianı rədd etmişdir”. Eyni zamanda həmin məhkəmə birinci instansiya məhkəməsi ilə oxşar mövqe sərgiləyərək qeyd etmişdir ki, “...işin müəyyən edilmiş faktiki halları cavabdehin kredit öhdəliyinin icra edilməməsi ilə təqsirli hərəkətsizliyə yol verməsi nəticəsinə gəlməyə əsas vermir. Təqsirliliyi müəyyən edilməmiş hala görə isə borclunun mülki-hüquqi məsuliyyət daşıması istisna olunur”.

35. Həmçinin apellyasiya instansiya məhkəməsi kredit müqaviləsinin qüvvədə olma müddətindən sonrakı dövr üçün öhdəliyin icra edilməməsinə görə hesablanmış faiz formasınd a zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsinə tələb hüququnun mülki qanunvericilikdə nəzərdə tutulması barədə iddiaçının dəlilinə (halbuki apellyasiya şikayətində Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il 24 dekabr tarixli qərarında öz əksini tapmış və bu barədə Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsaslanaraq qeyd edilmişdir) münasibət bildirərək qeyd etmişdir ki, “...qanunvericiliklə qeyd olunan tələb hüququnun tanınması istənilən halda belə bir iddianın təmin edilməsinin əsası kimi qəbul edilə bilməz. Qeyd olunduğu kimi borclunun təqsirli hərəkət (hərəkətsizliyi) nəticəsində kreditor həmin qanuni əsasla çıxış edərək tələb huququna malikdir”.

36. Hər iki instansiya məhkəməsi səhv hüquqi mövqe sərgiləyərək (bankın iddiasının təmin edilməməsinə dair) Konstitusiya Məhkəməsinin məhkəmələr üçün qeyd olunan məcburi sayılan hüquqi mövqeyinin tələbini pozmuşlar.

37. Konstitusiya Məhkəməsi Plenumunun 2009-cu il 9 iyul tarixli qərarının tələbi pozulmuşdur – Məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırmamaqla, onları könüllü yerinə yetirərək girov əmlakı təhvil vermiş şəxs MM-in 449.1-ci maddəsi üzrə hər hansı öhədiliyi əmələ gələ bilməz.

38. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, “məhkəmə qanunvericiliyin verdiyi bütün mümkün imkanlardan istifadə etməklə işi tam, hərtərəfli və obyektiv araşdırmışdır...”. Lakin hər iki instansiya məhkəməsi düzgün araşdırma aparmamışdır.

39. İş materiallarına görə, öhdəliklərin təminatı qismində çıxış edən əmlak cavabdehə yox, digər şəxsə məxsus olmuşdur. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 2021-ci il 9 iyun tarixli 2(105)-128/2021 nömrəli qətnaməsinə əsasən verilmiş icra sənədi üzrə icra tədbirləri 2023-cü il 26 may tarixində saat 11:00-a, 2023-cü il 30 may tarixində saat 11:00-a, 2023-cü il 6 noyabr saat 11:00-a təyin edilsə də hələ ki, qeyd olunan qətnamə üzrə cavabdeh olan şəxslərin təqsirli, qanunazidd hərəkətləri nəticəsində bu günə qədər icra edilməmişdir.

40. Buna baxmayaraq, iddiaçı tərəfindən haqlı iddia tələbi irəli sürməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılasan və eyni mövqe sərgiləyən apellyasiya intansiyası məhkəməsi tərəfindən də hüquqdan sui-istifadə kimi qiymətləndirilmişdir. Halbuki, iddiaçı bankın 2012-ci il 6 oktyabr tarixindən 2022-ci il 14 oktyabr tarixə qədər illik 11% də rəcəsi ilə hesablanmış 9.460,56 manat məbləğində əldən çıxmış faydanın ödənilməsi barədə tələbləri MM-nin 21-ci və 443-cü maddələrindən və Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il 24 dekabr tarixli qərarında nəzərdə tutulmuş hüquqi mövqedən irəli gəlmişdir. Digər tərəfdən 2022-ci il 14 oktyabr tarixinə ödənilməsi gecikdirilmiş məbləğə illik 15% dərəcəsi ilə hesablanmış 10.264,82 manat təşkil edən penyanın tutulması ilə bağlı tələbi isə MM-nin 462-ci maddəsindən və kredit müqaviləsinin 2.4-cü bəndindən irəli gəlmişdir.

41. Kredit müqaviləsinin 2.4-cü bəndinə əsasən, borc alan əsas borc məbləğinin ödənilməsi müddətlərini pozduqda kreditora vaxtı keçmiş əsas borc məbləğinə gecikdirmənin hər günü üçün illik 15% faiz (müqavilədə hətta 40% qeyd edilmişdir) dərəcəsi ilə hesablanan penya ödəmə yi öz öhdəsinə götürmüşdür.

42. Kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən, həmin müqavilə tərəflərin öz üzərinə götürdükləri öhdəliklərin tam icra edilməsi anına qədər qüvvəsini saxlaması və bu şərt MM-in 399.3-cü maddəsinin ikinci cümləsində ifadə olunmuş normaya tam uyğun olması, bu normanın hüquqi mahiyyətinin bir daha “MM-in 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il 24 dekabr tarixli qərarında öz təsdiqini tapması, bankın tələbinin qanunauyğun olmasının göstəricisidir.

43. Lakin, hər iki instansiya məhkəməsi iddiaçının haqlı iddia tələbinə hüquqdan suiistifadə qiyməti verərək iddiasını təmin etməməklə Konstitusiya Məhkəməsinin qeyd olunan məhkəmələr üçün məcburi sayılan hüquqi mövqeyinin tələbini pozmuşlar. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

44. Cavabdeh 2024-cü il 16 yanvar tarixində kassasiya şikayətinə qarşı etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilməməsini və Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 12 oktyabr tarixli 2-2(105)-125/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

45. Etiraz belə əsaslandırılmışdır ki, iddiaçı cavabdehlərə qarşı "ipoteka predmetinə tutmanın yönəldilməsi" tələbinə dair iddia ərizəsi ilə Xaçmaz Rayon Məhkəməsinə müraciət etmişdir. Xaçmaz Rayon Məhkəməsinin 27 avqust 2019-cu il tarixli 2(067)109/2019 nömrəli qətnaməsi ilə həmin iddia tələbi təmin edilməmişdir.

46. Sumqayıt Apellyasiya Məhkəməsinin 2021-ci il 9 iyun tarixli 2(1 05)-128/2021 nömrəli qətnaməsinə əsasən, 2010-cu il 6 oktyabr tarixli 112002/0227/10/09 nömrəli kredit müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən Xudat şəhərinin Dəmir-yolu küçəsində istifadədə olan 0,0123 ha torpaq sahəsində yerləşən 4 nömrəli, 1 mərtəbəli binanın 1 -ci girişində, 1 -ci mərtəbəsində yerləşən 46,2 kv.m ümumi, 36 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 2 nömrəli mənzilə tutmanın yönəldilməsi, Xudat şəhərinin Dəmir-yolu küçəsində torpaq sahəsinin və onun üzərində yerləşən fərdi yaşayış evin likvid dəyərinin 25.000 manat müəyyən edilməsi, ipoteka predmetinin açıq hərracda satılması və satışdan əldə edilən vəsait hesabına cavabdehin ödənilməmiş 10.732,31 manat məbləğində borcunun iddiaçıya ödənilməsi qət edilmişdir.

47. Sumqayıt Apellyasiya Məhkəməsinin 2021-ci il 9 iyun tarixli 2(105)-128/2021 nömrəli qətnaməsi qanuni qüvvəsini almış və həmin qətnamə əsasında verilmiş icra sənədinin icrası tamamlanmışdır. Yəni, 2012-ci il 7 oktyabr tarixində müddəti bitmiş 2010cu il 6 oktyabr tarixli **********10 nömrəli Kredit müqaviləsi üzrə "ödənilməmiş cəmi 10.732,31 manat məbləğində borc” qanuni qüvvəsini almış məhkəmə qətnaməsində qət edilmiş qaydada həmin kredit müqaviləsinin təminatı olaraq ipoteka ilə yüklü edilmiş torpaq sahəsinə və fərdi yaşayış evinə yönəldilərək tutulmuş və həmin qətnaməyə əsasən ipoteka predmetinin açıq hərracda satılması üçün "Bakı Hərrac Mərkəzi” MMC tərəfindən keçirilmiş hərraclarda mənzil satılmadığından, həmin əmlak əldə edilməsi üçün banka təklif edilmiş və bank həmin təklifi qəbul etmişdir. Həmin ipoteka predmetinin alqı-satqıs ı hərrac təşkilatçısı və bank tərəfindən imzalanmış hərracın yekunları haqqında 2022-ci il 14 oktyabr tarixli 269/22 nömrəli protokolla, həmçinin bank ilə hərrac təşkilatçısı arasında 2022-ci il 14 oktyabr tarixində bağlanmış "İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair" müqavilə ilə rəsmiləşdirilmişdir. Həmin müqaviləyə uyğun olaraq əmlakın son satış qiyməti 15.937,5 manat məbləğində müəyyən edilərək, iddiaçının mülkiyyətinə verilmişdir. Borcverən iddiaçı ilə borcalan cavabdeh arasında 24 ay müddətinə bağlanmış 2010-cu il 6 oktyabr tarixli **********10 nömrəli kredit müqaviləsi üzrə sonuncunun hal-hazırda hər hansı bir ödənilməmiş əsas borcu və müqavilə şərtlərinə uyğun olaraq ödənilməmiş faiz borcu (qaytarılmamış əsas kredit məbləği və ödənilməmiş faiz məbləği) m övcud deyildir. Kassasiya baxışının hədləri

48. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

49. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

50. Azərbaycan Respublika sı Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

296. Girov qoyulmuş əşyaya tutmanın yönəldilməsi qaydası 296.1. Girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununun şamil edildiyi yüklülük predmetinə tutmanın yönəldilməsi həmin Qanunla müəyyən edilmiş qaydada həyata keçirilir....” “Maddə

317. İpoteka ilə yüklü olan əşyanı satmaq tələbi 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər....” “Maddə

319. Borclunun öhdəlikləri yerinə yetirməyi gecikdirməsinin nəticələri 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır....” “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

421. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərə r nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. “Maddə

425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər m üqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. “Maddə

427. Öhdəliyin icrası müddəti... 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. “Maddə

527. Öhdəliklərə xitam verilməsi əsasları 527.1. Öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir....” “Maddə

528. Öhdəliyə kreditorun xeyrinə icra nəticəsi ndə xitam verilməsi Öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. “Maddə

529. Öhdəliyin icrasının qəbulu... 529.2. Öhdəliyin icrası kimi təklif olunmuş hərəkəti qəbul edən kreditor, əgər onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və ya lazımi öhdəlik deyildir.... 529.4. Borcun alınması barədə tərtib edilmiş, faizlərə dair məlumatlar göstərilməmiş sənəd nəzərdə tutur ki, həm faizlər ödənilmişdir, həm də pul öhdəliyinə tamamilə xitam verilir....” “Maddə

560. Hüquqdan sui-istifadənin qadağan edilməsi... 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. “Maddə

739. Borc müqaviləsini n anlayışı və forması 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür....” 51. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

39. İpoteka müqaviləsindən irəli gələn mübahisələrə məhkəmə qaydasında baxılması 39.1. İpoteka müqaviləsindən irəli gələn mübahisələrə məhkəmə ərizənin daxil olduğu gündən 1 ay müddətində baxır və həmin mübahisələrin həllinə dair qətnamə və ya qərardad çıxarır. Çıxarılan qərardan şikayət verildiyi halda, həmin ş ikayətə sonrakı instansiya məhkəmələrində ərizənin daxil olduğu gündən 1 ay müddətində baxılır və həmin işin həllinə dair qətnamə və ya qərardad çıxarılı....” “Maddə

41. İpoteka predmetinin satış üsulları... 41.2. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir....”

52. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

82. Sübut etməkdən azad olmaq üçün əsaslar... 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə

261. İcraata xitam verilmə əsasları 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir:... 261.0.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa;...” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır....” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

53. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini işin materialları ilə birgə araşdıraraq hesab edir ki, iddiaçının kassasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 12 oktyabr tarixli 22(105)-125/2023 nömrəli qətnaməsi qismən – cavabdehdən 2012-ci il 6 oktyabr tarixindən 2 022-ci il 14 oktyabr tarixinə qədər illik 11 % faiz dərəcəsi ilə hesablanmış 9.460,56 manat məbləğində əldən çıxmış faydanın əvəzinin tutulmasına dair iddia tələbinin rədd edilməsi hissəsində ləğv edilərək, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı, qətnamə 10.264,82 manat cərimə tələbinin rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılmalıdır.

54. Belə ki, hazırkı işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına əsasən Sumqayıt Şəhər Məhkəməsinin 2012-ci il 6 dekabr tarixli 2(060)-4420/2012 nömrəli və Sumqayıt Apellyasiya Məhkəməsinin 2013-cü il 20 may tarixli 2(105)-498/2013 nömrəli qətnamələri ilə iddiaçının xeyrinə cavabdehdən 9.500 manat əsas kredit borcu, 2.157,64 manat faiz borcu və 1.500 manat cərimə borcu olmaqla, cəmi 13.157,64 manat məbləğində borcun tutulması qət edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 2021-ci il 9 iyun tarixli 2(105)-128/2021 nömrəli qətnaməsi ilə isə 2010-cu il 6 oktyabr tarixli 112002/0227/10/09 nömrəli kredit müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən əmlaka tutmanın yönəldilməsi, ipoteka predmetinin likvid dəyərinin 25.000 manat müəyyən edilməsi, açıq hərracda satılması və satışdan əldə edilən vəsait hesabına cavabdehin ödənilməmiş 10.732,31 manat məbləğində borcunun iddiaçıya ödənilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2021-ci il 9 iyun tarixli 2(105)-128/2021 nömrəli qətnaməsi əsasında verilmiş icra sənədinin icrası tamamlanaraq, hərracın yekunları haqqında 2022-ci il 14 oktyabr tarixli protokolla və bank ilə hərrac təşkilatçısı arasında 2022-ci il 14 ok tyabr tarixində bağlanmış "İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair" müqavilə ilə əmlakın son satış qiyməti 15.937,5 manat məbləğində müəyyən edilərək, iddiaçının mülkiyyətinə verilmişdir.

55. İddia tələbini rədd edən birinci instansiya məhkəməsi, eləcə də birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış apellyasiya məhkəməsi hesab etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin müvafiq qaydada icra olunmamasına görə cavabdehin təqsirinin olması müəyyən edilməmiş və məhkəmə araşdırması zamanı hazırkı iddia tələbinin əsaslılığı təsdiq olunmamışdır. Məhkəmə həmçinin qeyd etmişdir ki, qətnamə ilə tutulan borcun hazırkı iddia ərizəsində qeyd olunan "2022-ci il 14 oktyabr tarixədək icra olunmamasında” cavabdehin təqsiri müəyyən edilməmişdir. Sumqayıt Ap ellyasiya Məhkəməsinin 2021-ci il 9 iyun tarixli 2(105)-128/2021 nömrəli qətnaməsi əsasında "ipoteka predmeti satılmaqla” borcun 2022-ci il 14 oktyabr tarixədək ödənilməsinə görə cavabdeh məsuliyyət daşımır və qətnamə ilə tutulan borcun məlum üsulla ödənilməsinə ("İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” müqavilə əsasında ödənilməsinə) isə iddiaçı tərəfindən heç bir etiraz olunmayaraq, sonuncu tərəfindən borcun həmin üsulla icra olunması qəbul edilmişdir.

56. Məhkəmə kollegiyası aşağıdakı səbəblərdən apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və iddiaçının kassasiya şikayətinin dəlilləri üzrə aşağıdakı qaydada qiymətləndirmə aparılmasını zəruri hesab edir.

57. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından məlum olur ki, tərəflə r arasında kredit müqaviləsi üzrə kredit vəsaitindən istifadə müddətinin 2012-ci il 6 oktyabr tarixində bitməsi razılaşdırılmış, hazırkı iddia tələbi ilə iddiaçı sözügedən kredit vəsaitindən istifadə müddətinin bitməsi tarixindən 2022-ci il 14 oktyabr tarixinədək olan dövr üzrə əldən çıxmış fayda və cərimə tələb edir, kredit müqaviləsi üzrə tələbin ipoteka predmetinə yönəldilməsi haqqında məhkəmə qətnaməsi 2021-ci il 9 iyun tarixdə qəbul edilmiş və həmin qətnamə əsasında icra sənədinin icrası 2022-ci il 14 oktyabr tarixində yekunlaşmışdır. Göründüyü kimi, hazırkı iddia tələbi cavabdeh tərəfindən əvvəlki mübahisə üzrə məhkəmənin verdiyi icra sənədinin icrasının gecikdirilməsi ilə əlaqədar deyil, kreditdən istifadə dövrü bitdikdən sonrakı dövr üzrə müqavilə öhdəliklərinin pozulması nəticəsin də kreditora vurulduğu iddia edilən zərərin əvəzinin tutulması ilə bağlıdır. Eyni zamanda, işə baxan məhkəmələr tərəfindən hazırkı iddia tələbinə əvvəlki mübahisə üzrə məhkəmə icraatı zamanı qəbul edilmiş məhkəmə qərarlarına MPM-in müddəaları baxımından düzgün hüquqi qiymət verildiyi məhkəmə qərarlarından müəyyən edilmir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmələr hazırkı iddianın predmeti və əsasları üzrə hərtərəfli araşdırma aparmamış, müvafiq olaraq maddi və prosessual hüququn tətbiqində səhvə yol vermiş, bu isə öz növbəsində iş üzrə yanlış nəticəyə gəlməsinə səbəb olmuşdur.

58. MM-in 399.3 və 399.4-cü maddələrinin tələblərinə görə, müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamın a səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir.

59. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarında formalaşdırılmış hüquqi mövqelərə görə, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericili kdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.

60. Həmçinin, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 29 mart tarixli Qərarında vurğulanmışdır ki, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənə dək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.

61. İş materiallarından da göründüyü kimi Xaçmaz Rayon Məhkəməsinin 2019-cu il 27 avqust tarixli 2(067)-109/2019 nömrəli qətnaməsi ilə 29.758,81 manat məbləğində borcun və 2018-ci il 12 aprel tarixindən başlayaraq iddiaçının tələblərinin faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinin qalığına illik 16 % dərəcəsi ilə hesablanan faizlər formasında zərərin (əldən çıxmış faydanın) əvəzi və illik 15% dərəcəsi ilə hesablanan 8.750,25 manat məbləğində penyanın ipoteka predmetinin dəyərindən iddiaçının xeyri nə tutulması barədə iddia tələbi təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 2021ci il 9 iyun tarixli 2(105)-128/2021 nömrəli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, 2010-cu il 6 oktyabr tarixli kredit müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən mənzilə tutmanın yönəldilməsi, Xudat şəhərinin Dəmir-yolu küçəsində torpaq sahəsinin və onun üzərində yerləşən fərdi yaşayış evinin likvid dəyərinin 25.000 manat müəyyən edilməsi, ipoteka predmetinin açıq hərracda satılması, satışdan əldə edilən vəsait hesabına cavabdehin ödənilməmiş 10.732,31 manat məbləğində borcunun iddiaçıya ödənilməsi, cavabdehlərin həmin mənzildən çıxarılması və iddia tələbinin qalan hissədə (2018-ci il 12 aprel tarixindən başlayaraq iddiaçının tələblərinin faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinin qalığına illik 16 % dərəcəsi ilə hesablanan faizlər formasında zərərin (əldən çıxmış faydanın) əvəzi və illik 15% dərəcəsi ilə hesablanan 8.750,25 manat məbləğində penyanın ipoteka predmetinin dəyərindən iddiaçının xeyrinə tutulması) rədd edilməsi qət edilmişdir.

62. Xaçmaz Rayon Məhkəməsinin 2019-cu il 27 avqust tarixli qətnaməsi ilə 2018-ci il 12 aprel tarixindən başlayaraq iddiaçının tələblərinin faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinin qalığına illik 16 % dərəcəsi ilə hesablanan faizlər formasında zərərin (əldən çıxmış faydanın) əvəzinin tutulması rədd edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 2021-ci il 9 iyun tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissədə dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, 2 021-ci il 9 iyun tarixə qədər əsas borc məbləğinin qalığına illik 16 % dərəcəsi ilə hesablanan faizlər formasında zərərin (əldən çıxmış faydanın) əvəzinin tutulmasının rədd edilməsi barədə qüvvədə olan məhkəmə qətnamələri olsa da, işə baxmış məhkəmələr bankın hazırkı iddia tələbini, 2012ci il 6 oktyabr tarixindən 2022-ci il 14 oktyabr tarixə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 11% dərəcəsi ilə hesablanmış 9.460,56 manat məbləğində zərərin (əldən çıxmış faydanın) əvəzinin tutulması hissəsində də rədd etmişlər, bu zaman həmin dövrlər üçün əldən çıxmış fayda qismində iddia tələbinin təmin edilməməsi barədə məhkəmə qərarlarının olduğunu düzgün qiymətləndirməmiş, bununla da həmçinin MPM-in 261.0.2-ci maddəsinin tələblərinə riayət etməmişlər.

63. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası cərimə tələbinin rədd edilməsi hissəsində isə məhkəmələrin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, apellyasiya məhkəməsinin qətnaməsi həmin hissədə dəyişdirilmədən saxlanılmalıdır.

64. İstinad edilən və hazırda qüvvədə olan məhkəmə qərarları ilə birinci halda iddiaçının 2012-ci il 25 sentyabr tarixinə qədər əsas borc məbləğinə illik 10% dərəcəsi ilə hesablanan cərimə faizlərinin tutulması” hissəsində iddia tələbi təmin olunmamış, ikinci halda isə - 2018-ci il 12 aprel tarixindən başlayaraq iddiaçının tələblərinin faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinin qalığına illik 16 % dərəcəsi ilə hesablanan faizlər formasında zərərin (əldən çıxmış faydanın) əvəzi və illik 15% dərəcəsi ilə hesablanan 8.750,25 manat məbləğində penyanın (cərimənin) ipoteka predmetinin dəyərindən iddiaçının xeyrinə tutulması hissəsində bankın iddia tələbi rədd edilmişdir. Məhkəmə qərarları ilə müxtəlif dövrlər üçün cərimə borcunun tutulması hissəsində bankın iddia tələbləri əsassız hesab olunaraq təmin edilmədiyindən, məhkəmələr haqlı olaraq 14 oktyabr 2022-ci il tarixədək kredit müqaviləsinin 2.4-cü bəndinə əsasən hesablanmış 10.264,82 manat cərimə məbləğinin rədd edilməsi barədə düzgün nəticəyə gəlmişlər. Buna görə də məhkəmə kollegiyası bu hissədə apellyasiya məhkəməsinin qətnaməsini qanuni və əsaslı hesab edir.

65. Belə ki, iş materiallarına əsasən hazırkı kredit müqaviləsi üzrə işə baxan Sumqayıt şəhər məhkəməsinin 2012-ci il 6 dekabr tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehdən 9.500 manat əsas kredit borcu, 2.157,64 manat faiz borcu və 1.500 man at cərimə borcu olmaqla, cəmi 13.157,64 manat məbləğində borcun və 2012-ci il 25 sentyabr tarixindən başlayaraq iddiaçının tələblərinin faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 10% dərəcəsi ilə hesablanan cərimə faizlərinin tutulması qət edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 2013-cü il 20 may tarixli 2(105)-498/2013 nömrəli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni "2012-ci il 25 sentyabr tarixinə qədər əsas borc məbləğinə illik 10% dərəcəsi ilə hesablanan cərimə faizlərinin tutulması” hissəsində ləğv edilmiş, iddia tələbi bu hissədə təmin olunmamış və qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

66. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi əldən çıxm ış fayda formasında zərər tələbini rədd edərkən istinad olunan maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermiş, nəticədə bu hissədə MPM-in 217.1-ci maddəsinə zidd olaraq qanunsuz və əsassız qətnamə qəbul etmişdir.

67. İşin yeni apellyasiya baxışı zamanı məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmalı, tələb olunan əldən çıxmış fayda formasında zərərin hüquqi əsaslarını, mövcud olub-olmamasını, tərəflər arasında əvvəlki mübahisələr üzrə qəbul edilmiş məhkəmə qətnamələri nəzərə alınmaqla davam etdiyi dövrü və həcmini düzgün müəyyən etməli, iddia tələbinə həmin hissədə də qanuni və əsaslı hüquqi qiymət verilməsini təmin etməlidir.

68. Qeyd edilənlərə əsasən işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən mad di və prosessual hüquq normalarının pozuntusuna yol verildiyindən, həmçinin Konstitusiya Məhkəməsinin istinad olunan qərarlarında vurğulanmış hüquqi mövqeyə riayət edilmədiyindən, Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 12 oktyabr tarixli 22(105)-125/2023 nömrəli qətnaməsi qismən – cavabdehdən 2012-ci il 6 oktyabr tarixindən 2022-ci il 14 oktyabr tarixinə qədər illik 11 % faiz dərəcəsi ilə hesablanmış 9.460,56 manat məbləğində əldən çıxmış faydanın əvəzinin tutulmasına dair iddia tələbinin rədd edilməsi hissəsində ləğv edilməli, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, qətnamə, 10.264,82 manat cərimə tələbinin rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılmalı, iddiaçının kassasiya şikayəti qismən təmin edi lməlidir.

69. Göstərilənlərə əsasən və Azərbaycan maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Respublikası MPM-nin 417-419-cu QƏRARA ALİR: Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 12 oktyabr tarixli 2-2(105)-125/2023 nömrəli qətnaməsi qismən – cavabdehdən 2012-ci il 6 oktyabr tarixindən 2022-ci il 14 oktyabr tarixinə qədər illik 11 % faiz dərəcəsi ilə hesablanmış 9.460,56 manat məbləğində əldən çıxmış faydanın əvəzinin tutulmasına dair iddia tələbinin rədd edilməsi hissəsində ləğv edilsin. İş həmin hissədə yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılsın. Qətnamə 10.264,82 manat cərimə tələbinin rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Qərar qəbul edildiyi andan qüvvə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar