Məhkəmə qərarları › İş №2-2(102)-680/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-680/2023

20.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-680/2023 20.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRAR Açar sözlər: dəymiş zərərin əvəzinin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Babayev Zəki Baba oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 7 avqust tarixli 2-2(106)-70/2023 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İ. İŞİN HALLARİ

1. İmanov X4 Rizvan Yasir o ğlu barəsində ərizə ilə Ağcabədi rayon prokurorluğuna müraciət edərək, ona dəymiş 100000 manat ziyanın ödənilməsinə köməklik edilməsini xahiş etmişdir.

2. Ağcabədi rayon prokurorluğu tərəfindən İddiaçı ünvanlanmış 2019-cu il 24 dekabr tarixli, 553Ş-19 saylı məktubla ona dəymiş ziyanın əvəzinin ödənilməsinə dair tələblə aidiyyəti üzrə məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur.

3. X10 tərəfindən İddiaçı ünvanlanmış 2019-cu il 21 dekabr tarixli, AZ0400/********** saylı teleqramın surətində qeyd olunur ki, 2019-cu ilin sentyabr ayının 25-də İddiaçı müraciəti əsasında, təxminən 40-50 ton sarımsaq və 50 ton soğan 2019-cu ilin dekabr ayınadək soyuducu kamerada saxlanılması üçün qəbul edilmişdir. Malı qəbul edərkən, onun içərisində müəyyən qədər keyfiyyəti aşağı, cücərməmiş formada sarımsaq olmu ş və bu barədə İddiaçı məlumatı olmuşdur. Bundan başqa iş otağında olan danışıq zamanı gələcəkdə baş verə biləcək hər hansı bir problemə görə öhdəliyi İddiaçı öz üzərinə götürmüşdür. Ötən müddət ərzində həmin malların saxlanılmasına müntəzəm olaraq nəzarət olunmuş, elektrik və digər avadanlıqlar normal surətdə işləmişdir. İddiaçı dəfələrlə müraciət olunaraq kameraya qoymuş olduğu malları götürməsi bildirilsə də, həmin mallar geri götürülməmişdir. Aralarında olan danışığa əsasən 2019-cu il 25 dekabr tarixində İddiaçı götürdüyü kameranın aylıq kirayə haqqının ödəniş vaxtı olduğu üçün kirayə haqqının ödənilməsi ondan tələb olunmuş, 3 gün müddətinə həmin malları təhvil almadığı təqdirdə gələcəkdə baş verən hər hansı bir neqativ vəziyyətə görə məsuliyyəti şəxsən özü daşıması barədə İddiaçı məlu matlandırılmışdır.

4. Bərdə şəhər "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bərdə rayon Vəkil Bürosunun vəkili Müşfiq Mehdiyevə ünvanlanmış 2020-ci il 10 yanvar tarixli, 08 saylı məktubda qeyd olunur ki, Bərdə şəhəri "xxxx" MMCnin bazarında 2019-cu il üçün 80 ton sarımsaq bitkisinin real bazar qiyməti 360000 manat təşkil edir.

5. Cavabdeh 2019-cu il 10 yanvar tarixli, FM/Y-01-19 saylı etibarnaməsindən görünür ki, Cavabdeh adından Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən notariat kontorlarına, ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrinə, məhkəmə orqanlarına və digər dövlət idarə və təşkilatlarına sənədlər təqdim etmək, alqı-satqı əməliyyatlarını həyata keçirmək və bu sənədlərdə imza etmək, arayışların alınması, müqavilə lərin bağlanması, hazır olan sənədləri götürmək, tələb olunan zəruri sənədləri təqdim etmək və bu tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar bütün hərəkətləri etmək 2021-ci il 10 yanvar tarixədək X6 etibar edilmişdir.

6. Cavabdeh 2020-ci il 10 fevral tarixli, FM/F-02-20 saylı arayışında qeyd olunur ki, X10 həqiqətən də Cavabdehndə 2018-ci ilin yanvar ayından təchizat üzrə menecer vəzifəsinə təyin olunmuşdur.

7. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən birinci instansiya məhkəməsinə ünvanlanmış 2020-ci il 11 avqust tarixli, 04/1-47 saylı və 2020-ci il 7 oktyabr tarixli, 04/1-64 saylı məktublarda qeyd olunur ki, 2019-cu ilin dekabr ayında yerli istehsal olan sarımsağın bir kiloqramının ölkə üzrə orta pərakəndə satış qiyməti 1,31 manat təşkil edir. Beynəlxalq təcrüb ədə mövcud olmadığı üçün Dövlət Statistika Komitəsi məhsulların topdansatış qiymətlərinin statistik müşahidəsini aparmır.

8. Ağcabədi rayon prokurorluğunun 2020-ci il 6 avqust tarixli, 686 xid-20 saylı məktubu ilə birinci instansiya məhkəməsinə təqdim olunmuş İddiaçı prokurorluqda verdiyi 2019-cu il 20 dekabr tarixli izahatında qeyd olunur ki, sonuncu Ağdam rayonu, Ergi qəsəbəsində təsərrüfatla, sarımsaq əkini ilə məşğul olur. 2019-cu ilin iyun ayında sahədən 80 ton sarımsaq yığıb, məhsulu Ergi qəsəbəsində təsərrüfatının olduğu yerdə çardağın altında saxlamışdır. Sonradan məhsulun soyuducu şəraitində saxlanılmasını qərara almışdır və 80 ton sarımsağı 2019-cu il 25 sentyabr tarixində Ağcabədi rayonunun Hüsülü kəndində yerləşən "xxxx" ASC-nin Ağcabədi Regional İdarəsinə vermişdir. Həmin mü əssisənin nümayəndəsi Rizvan adlı şəxslə məhsulun 12 min manat müqabilində üç ay müddətinə saxlanılması barədə razılığa gəlmişlər. O, həmin xidmət haqqının 10 min manatını hissə-hissə, iki dəfə 4 min manat, bir dəfə isə 2 min manat olmaqla Rizvana ödəmişdir. Şərtlərinə əsasən mal soyuducu kameralarda iki dərəcə temperaturda saxlanmalı idi. Malı "xxxx" ASC-nin Ağcabədi Regional İdarəsinə təhvil verdikdən təxminən 20 gün sonra Rizvan malda yüngülvari göyərmə olduğunu bildirmişdir. O gedib məhsula baxanda 80 ton sarımsağın təxminən 2 faizinin göyərdiyini görmüşdür. Məhsulda az miqdarda göyərmə olmasını normal hesab etdiyindən, o, malı soyuducudan çıxarmamışdır. Lakin bir müddətdən sonra Rizvan mütəmadi olaraq ondan malını anbardan çıxarmağını istəmişdir. 2019-cu il 10 dekabr tarixində o, "xxx x" ASC-nin Ağcabədi Regional İdarəsinə gedib mala baxdıqda, anbara yerləşdirdiyi 80 ton sarımsağın tamamilə göyərib yararsız vəziyyətə düşdüyünü, malın da onun xəbəri olmadan başqa kameraya yığıldığını öyrənmişdir.

9. Ağcabədi rayon prokurorluğunun 2020-ci il 6 avqust tarixli, 686 xid-20 saylı məktubu ilə birinci instansiya məhkəməsinə təqdim olunmuş X2 prokurorluqda verdiyi 2020-ci il 21 dekabr tarixli izahatında qeyd olunur ki, Cavabdehndə menecer vəzifəsində işləyir. Həmin müəssisənin Ağcabədi rayonu Rəncbərlər kəndi ərazisində beş min tonluq soyuducu anbarı var. Anbarda xidmət haqqı müqabilində ərzaq məhsullarının saxlanılması nəzərdə tutulmuşdur. İddiaçı 2019-cu il 25 sentyabr tarixdən başlayaraq təxminən 10-15 gün müddətində hissə-hissə təxminən 50-60 ton çəkidə sarımsaq gətirərək an bara yerləşdirmiş, malın 2019-cu ilin dekabr ayına qədər saxlanılması üçün xidmət haqqı kimi on min manat ödəmiş, iki min manat borclu qalmışdır. Malın hissə-hissə gətirilərək yerləşdirilməsinin məhsula ziyan olduğunu, daha əvvəl yerləşdirilmiş məhsulun artıq müəyyən temperaturda soyumasını, sonradan gələn malın həmin temperaturu götürməsinin müəyyən vaxt tələb etdiyini, bunun isə eyni yerdə saxlanılan məhsul üçün mənfi nəticə verə biləcəyini İddiaçı izah etmiş, malın bütöv halda soyuducuya yerləşdirməsini məsləhət görmüşdür. Lakin Mütəllim “daha ondan keçib” deyərək malı eyni qaydada soyuducuya yerləşdirmişdir. Hətta o, Mütəllimə anbarın arxa tərəfində adi temperaturlu şərait olduğunu, malın hissə-hissə həmin yerdə toplanmasını, axırda cəm halında soyuducuya yığılmasını da məsləhət görmüş, lakin Mütəllim buna razı olmamışdır. Bundan başqa, İddiaçı malı anbara gətirdiyi ilk gündən onun məhsulunda cücərmə müşahidə olunmuşdur. O, bununla bağlı aqronomla da məsləhətləşmişdir, aqronom həmin malın soyuducuya yerləşdirilməsini məsləhət görməmiş, məhsulun zay olacağını bildirmişdir. Bu barədə də o, Mütəllimə bildirmiş, malın sonrakı aqibəti üçün cavabdeh olmadığını, ondan xidmət haqqını tam istəmədiyini, həmin pulu fəhləyə və maşına verib malını daşımağı bildirmişdir. Mütəllim tezliklə malını soyuducudan çıxaracağını deyərək vaxtı yubatmışdır.

10. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Ağcabədi rayonunun Rəncbər kəndində yerləşən, ümumi sahəsi 7309 kv metr, torpaq sahəsi 1,4 hektardan ibarət olan t icarət təyinatlı əmlak kompleksi üzrə Cavabdeh mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat

11. İddiaçı (bundan sonra - “iddiaçı”) cavabdeh X6 (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Ağcabədi Rayon Məhkəməsinə müraciət edərək, 360000 manat dəymiş ziyan və 10000 manat xidmət haqqı olmaqla, ümumilikdə 370000 manat məbləğində pulun sonuncudan alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı sarımsaq əkib-becərməklə məşğul olur. O, 80 ton miqdarında sarımsaq məhsulunu 2019-cu il 25 sentyabr tarixində "xxxx" ASC-nin Ağcabədi rayonunda yerləşən regional idarəsinə təhvil vermişdir. Məhsulu ərzaq saxlama kamerasına y erləşdirən zaman məhsulun orada saxlanması üçün 10.000 manat xidmət haqqı ödəmişdir. 2019-cu il 10 dekabr tarixində "xxxx" ASC-nin Ağcabədi rayonunda yerləşən regional idarəsinə təhvil verdiyi 80 ton sarımsağı götürmək üçün getdikdə, soyuducudan axan su səbəbindən məhsulun tam yararsız olduğunu görmüşdür. Bundan sonra saxlama kamerasının rəhbəri ilə əlaqə yaradıb danışıqlar aparsa da, o, bu məsələyə heç bir aidiyyətinin olmadığını və zəmanət vermədiyini bildirmişdir. Bundan sonra, ona dəymiş ziyanın və çəkdiyi xərclərin geri ödənilməsi üçün cavabdeh barəsində Ağcabədi rayon prokurorluğuna şikayət etmişdir. Prokurorluqdan ona yazılı olaraq bildirilmişdir ki, şikayəti mülki xarakterli olduğu üçün məhkəməyə müraciət etməlidir.

13. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublik ası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM) 1096 və 1097-ci maddələrinə istinad etmişdir.

14. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim olunmamışdır.

15. Ağcabədi Rayon Məhkəməsinin 2020-ci il 17 mart tarixli 2(017)-298/2020 saylı qərardadı ilə iş üzrə əsl olmayan cavabdeh X10 əsl Cavabdeh (bundan sonra mətndə cavabdeh) ilə əvəzlənmiş və iş baxılması üçün aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilmişdir.

16. Şirvan Kommersiya Məhkəməsinin 2020-ci il 16 oktyabr tarixli, 2-2(121)805/2020 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir (hakim Rafiq İsmayılov).

17. Birinci instansiya məhkəməsi işin yuxarıda göstərilən hallarına istinadən gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, iddiaçı ilə nə X10, nə də ki cavabdeh arasında yazılı müqavilə bağlanılmamışdır. Bu, işin mübahisəsiz halıdır. Hazırkı mübahisə üzrə şifahi müqavilə bağlanmışdır ki, bu müqavilə iddiaçı ilə məhz fiziki şəxs kimi (yəni müəssisənin işçisi kimi deyil) X10 arasında bağlanmışdır. Lakin müqavilə bağlanılması və pul alınması səlahiyyətinin mövcud olması müəyyən olunmur. Cavabdeh tərəfindən X6 verilmiş 2019cu il 10 yanvar tarixli, FM/Y-01-19 saylı etibarnamədə harada (hansı orqanlarda) cavabdehin təmsil edilməsi səlahiyyətlərinin verildiyi dəqiq qeyd edilmişdir ki, bu etibarnamədə cavabdeh daxilində hüquqi və fiziki şəxslərlə saxlama müqavilələrinin bağlanılması və bunun müqabilində pulun alınması səlahiyyətləri mövcud deyildir.

18. İddiaçı nə Ağcabədi rayon prokurorluğuna etdiyi müraciətində, nə prokurorluqda verdiyi izahatlarında, nə də iddia ərizəsində cavabdeh haqqında heç nə qeyd etməmişdir. Qeyd olunan sənədlərdə "xxxx" ASC-nin və X2 adları çəkilir. Başqa sözlə, iddiaçı şifahi müqavilə bağlayarkən ümumiyyətlə cavabdehi tanımamışdır, belə olan halda isə müqavilə cavabdeh ilə bağlanıla bilməzdi. Digər tərəfdən, iş materiallarından müəyyən olunur ki, sarımsağın saxlanılması üçün 10000 manat xidmət haqqı da iddiaçı tərəfindən cavabdehə deyil, məhz X6 verilmişdir.

19. İddiaçı məhkəmə iclasında xidmət haqqının bir hissəsini cavabdehin rəhbəri Elnur adlı şəxsə verdiyini qeyd etsə də, bununla bağlı hər-hansı sübut təqdim etməmişdir. Həmçinin, cavabdehin nümayəndəsi və vəkili də məhkəmə iclasında tərəflər arasında müqavilə bağlanmadığını və müəssisənin hesabına pul ödənilmədiyini bildirmişdir. İddiaçı tərəfindən isə qeyd olunan halları təkzib edəcək, o cümlədən mə hz cavabdehə pulun ödənilməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir.

20. Saxlama müqaviləsi cavabdeh ilə deyil, müstəqil şəkildə X10 ilə bağlandığından, həmin müqavilə üzrə cavabdehin hər-hansı öhdəliyi yaranmamışdır. Buna görə də dəymiş ziyanın və ödənilmiş 10000 manat xidmət haqqının cavabdehdən tutulmasına dair iddia tələbi əsassızdır.

21. Hətta sarımsaq məhsulunun X10 tərəfindən cavabdehin işçisi (meneceri) qismində təhvil alındığı şərti olaraq qəbul edilsə belə, yenə də iddia təmin edilməməlidir. Belə ki, iddiaçının məhkəmə iclaslarında verdiyi izahatlardan və iş materiallarından göründüyü kimi, iddiaçı sarımsaq məhsulunu X6 2019-cu il 25 sentyabr tarixində təhvil vermişdir. Məhsul təhvil verilərkən onun 1-2 faizi xarab olmuşdur. Mal təhvil verildikdən 20 gün sonra X10 malda göyərmə olduğunu iddiaçıya bildirmişdir. İddiaçı gedib məhsula baxanda 80 ton sarımsağın təxminən 2 faizinin göyərdiyini görmüşdür. Məhsulda az miqdarda göyərmə olmasını normal hesab etdiyindən, o, malı soyuducudan çıxarmamışdır. Lakin bir müddətdən sonra X10 mütəmadi olaraq gəlib malını anbardan çıxarmalı olduğunu iddiaçıya bildirmişdir.

22. İddiaçı becərdiyi sarımsaq məhsulunu soyuducuda saxlanılması məqsədilə iyul ayının axırı-avqust ayının əvvəllərində anbara yerləşdirmək üçün təhvil verilməli olduğu halda bunu etməmiş, məhsul cücərməyə başladıqdan sonra, 2019-cu il 25 sentyabr tarixindən etibarən 10 gün müddətində hissəhissə təhvil vermiş və məhsul təhvil verilərkən onun 1-2 faizi cücərmiş şəkildə olmuşdur. Məhsul, kökü saçaqlardan təmizlənmədən və ümumiyyətlə cücərmiş sarımsa qlar seçilib təmizlənmədən soyuducu anbara yığılması üçün təhvil verilmişdir ki, bu da öz növbəsində digər sarımsaqlarların da xarab olması ilə nəticələnmişdir. Hətta bununla bağlı, yəni sarımsağın bir hissəsinin cücərdiyi və məhsulun xarab olacağı ilə bağlı X10 tərəfindən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçı hər hansı tədbir görməmiş, soyuducu anbara yerləşdirilmiş sarımsağı anbardan çıxarmamış, bununla da məhsulun xarab olmasına şərait yaratmış və buna rəvac vermişdir.

23. İddiaçı məhsulun xarab olmasını X10 tərəfindən sarımsağın düzgün olmayan, yəni yüksək temperaturda saxlandığı ilə əlaqələndirsə də, bununla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Bununla bağlı iddiaçı tərəfindən sübut qismində üzərində saxlanma dərəcəsindən daha yüksək temperaturu öz ündə əks etdirən fotoşəkil təqdim edilsə də, həmin fotoşəklin nə zaman çəkildiyi, hansı soyuducunun şəkli olduğu, həmin soyuducunun içərisində sarımsağın saxlanıb-saxlanmadığı və s. kimi mühüm əhəmiyyət kəsb edəcək halları müəyyən etmək mümkün deyildir.

24. Sarımsağın +2 və -1 aralığında olan temperaturda və ya iddiaçının iddia etdiyi kimi, bundan daha yüksək tempraturda saxlanılmasından asılı olmayaraq, kökü saçaqlardan təmizlənmədən və ümumiyyətlə cücərmiş sarımsaqlar seçilib təmizlənmədən anbara yığıldığı üçün, məhsulun xarab olması qaçılmaz olmuşdur. Belə olan halda isə soyuducu anbara təhvil verilmiş sarımsağın xarab olması X2 deyil, məhz iddiaçının təqsirindən baş vermişdir.

25. Məhkəmə təhvil verilmiş sarımsağın həcminə münasibətdə göstərmişdir ki, iddiaçı X6 80 ton sarımsaq təhvil verdiyini bildirsə də, bununla bağlı məhkəməyə hər-hansı sübut təqdim etməmişdir. İddiaçı tərəfindən hər-hansı sübut təqdim edilmədiyindən, X2 etirafı əsasında, məhkəmə iddiaçı tərəfindən X6 orta hesabla 50 ton sarımsaq təhvil verildiyi qənaətinə gəlmişdir.

26. Təhvil verilmiş sarımsağın dəyəri ilə bağlı məhkəmə qeyd etmişdir ki, iddiaçı Ağcabədi rayon prokurorluğuna etdiyi müraciətində ona 100000 manat ziyan dəydiyini qeyd edir, daha sonra Ağcabədi rayon prokurorluğuna verdiyi 2019-cu il 20 dekabr tarixli izahatında ona dəymiş ziyanın məbləğini (həcmini) bilmədiyini qeyd edir. Daha sonra isə "xxxx" MMC-nin məktubuna əsasən, 2019-cu il üçün 80 ton sarımsaq bitkisinin real bazar qiymətini 360000 manat müəyyən edərək, dəymiş ziyanı qeyd olunan həcmdə qiymətləndirir və həmin məbləği cavabdehd ən tələb edir. Halbuki, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən məhkəməyə ünvanlanmış 2020-ci il 11 avqust tarixli, 04/1-47 nömrəli və 2020-ci il 07 oktyabr tarixli, 04/1-64 nömrəli məktublarda 2019-cu ilin dekabr ayında yerli istehsal olan sarımsağın bir kiloqramının ölkə üzrə orta pərakəndə satış qiymətinin 1,31 manat təşkil etdiyi, beynəlxalq təcrübədə mövcud olmadığı üçün məhsulların topdansatış qiymətlərinin statistik müşahidəsinin aparılmadığı bildirilmişdir. Məhkəmə hesab etmişdir ki, dəymiş ziyan hesablanarkən, məhsulun 2019-cu ilin dekabr ayında anbardan çıxarılacağı nəzərə alınmaqla, onun bütün il boyu olan qiyməti deyil, məhz həmin dövrdə (2019-cu ilin dekabr ayı) olan qiyməti nəzərə alınmalıdır.

27. Məhkəmə gəldiyi nəticəni MM-in 360.1, 360.2, 385.1, 38 6.1, 387.3, 389.1, 397.1, 397.3, 404.1, 404.2, 405.1, 405.2 və 406.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

28. Həmin qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul olunmasını xahiş edilmişdir. b) Apellyasiya instansiya məhkəməsindəki icraat

29. Şirvan Apellyasiya Məhkəməsinin 2021-ci il 14 iyun tarixli 2-2(106)-94/2020 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. 30. 2021-ci il 16 avqust tarixli 446 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd olunmuşdur ki, 2019-cu ilin yanvar-dekabr aylarında yerli növ Ağdam sarımsağının 1 tonunun qiyməti müvafiq olaraq yanvar ayı üçün 4290,68 manat, dekabr ayı üçün 4623,58 manat olması müəyyən edilmişd ir. 2019-cu ilin yanvar və dekabr aylarında yerli növ Ağdam sarımsağının 60-80 tonunun qiyməti müvafiq olaraq yanvar ayı üzrə 257440,80 manat (60 ton) və 343254,40 manat (80 ton), dekabr ayı üzrə 277414,80 manat (60 ton) və 369886,40 manat (80 ton) olması müəyyən edilmişdir.

31. Cavabdehin vəkilinin müraciəti əsasında keçirilmiş məhkəmə fonoskopik ekspertizasının 2021-ci il 5 oktyabr tarixli 529 nömrəli rəyinə əsasən müəyyən olunmuşdur ki, iddiaçı ilə cavabdeh müəssisənin meneceri arasında olan 2019-cu il 24 sentyabr – 2019-cu il 2 oktyabr tarixli telefon danışıqları zamanı sonuncu 2019-cu ilin dekabr ayınadək təhvil verilmiş məhsulu keyfiyyətli saxlamağı öhdəsinə götürdüyünü bildirmişdir.

32. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 5 oktyabr tarixli, 2-2(106)- 94/2021 nömrəli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək yeni qətnamə qəbul edilmiş, iddiaçının iddia tələbi qismən təmin edilərək, cavabdehdən 277.414,80 manat tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir (sədrlik edən Tofiq Heydərov, hakimlər Tale Kərimov və İsmayıl Əhmədov).

33. Apellyasiya instansiyası məhkəməsi işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına istinad edərək göstərmişdir ki, X10 cavabdeh müəssisənin müvafiq əmri ilə 2018-ci ilin yanvar ayından təchizat üzrə menecer vəzifəsinə təyin olunmuş və 2019-cu il 10 yanvar tarixli etibarnamə ilə ona cavabdeh müəssisənin adından “müqavilələrin bağlanması” və “etib arnamədə nəzərdə tutulmuş tapşırıqların yerinə yetirilməsi ilə bağlı bütün hərəkətlərin edilməsi” səlahiyyətləri həvalə olunmuşdur.

34. Məhsulun saxlanca qəbul edilməsi və saxlanması məsələlərində X10 cavabdeh tərəfindən ona verilmiş etibarnamədən istifadə etdiyindən, cavabdehin iddiaçının məhsulunun ona məxsus soyuducuda saxlanmasına etirazı olmadığından, həmçinin məhsulun saxlandığı soyuduculara nəzarət cavabdehin səlahiyyəti daxilində olmaqla onun vəzifəsi olduğundan, X10 öz adından deyil, cavabdehin adından çıxış etmişdir ki, iddia tələbinə də məhz cavabdeh müəssisə cavab verməlidir.

35. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə göstərmişdir ki, iddiaçıya məxsus sarımsaq məhsulu cavabdehə məxsus soyuducuda saxlanca qəbul edilmiş, lakin lazımi şəraitdə saxlanmaması nəticəs ində yararsız hala düşərək iddiaçıya ziyan dəymişdir. Qanunvericiliyin tələbinə əsasən cavabdeh iddiaçıdan məhsulu saxlanca qəbul etdiyindən, həmin məhsulun lazımi keyfiyyətdə saxlanması və təhvil verilməsi üçün məsuliyyət daşıyır.

36. Cavabdeh tərəf cəmi 60 ton məhsulu saxlanca qəbul etməsini bildirmiş, iddiaçı isə saxlanca verilmiş məhsulun 360000 manat dəyərində və 80 ton olmasına dair heç bir sübut təqdim edə bilməmişdir. Ekspert rəyi və digər sübutlarla isə saxlanca verilmiş məhsulun 60 ton olmaqla, 2019-cu ilin dekabr ayına dəyərinin 277414 manat olması müəyyən edilmişdir.

37. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni MM-in 21.1, 21.2, 21.3, 360.2, 385.1, 386.1, 389.1, 397.1, 404.1, 404.2, 405.1, 405.2, 406.1, 425.1, 425.2, 822, 824.1, 824.2, 824.3, 1099.1, 1128.1, 1128.3 və 1129.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 14.2, 77.1, 88 və 217-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

38. Həmin qətnamədən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətində iddia tələbinin təmin olunmayan hissəsində ləğv edilərək iddia tələbinin tam həcmdə təmin olunması, Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində isə qətnamənin ləğv olunması və işin yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edilmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

39. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 5 may tarixli, 2-2(102)-261/2022 saylı qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilməmiş, cavabdehin kassasiya şikayəti təmin olunmaqla apel lyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən – iddianın təmin olunduğu hissədə ləğv edilmiş, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmışdır (məruzəçi hakim B.Məmmədli, hakimlər B.Qəribov və İ.Dadaşov).

40. Kassasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayətinin dəlillərini əsassız hesab etmiş, cavabdehin kassasiya şikayətinin dəlillərini isə əsaslı hesab edərək göstərmişdir ki, apellyasiya məhkəməsi iş materiallarına, o cümlədən ekspert rəyi ilə məhkəməyə təqdim edilmiş 2019-cu il 24 sentyabr və 2 oktyabr tarixli telefon danışıqlarının səsyazma mətninə istinad edərək göstərmişdir ki, 2019-cu ilin dekabr ayınadək R.Əsədov məhsulu keyfiyyətli saxlamaqla təhvil verilməsini öhdəsinə götürdüyünü bildirmişdir. İddiaçıya məxsus sarımsaq məhsulu cava bdehə məxsus soyuducuda saxlanca qəbul edilmiş, lakin lazımi şəraitdə saxlanmaması nəticəsində yararsız hala düşərək iddiaçıya ziyan dəymişdir.

41. Bununla bağlı ilkin olaraq R.Əsədovun məhsulu anbara saxlanca qəbul edərkən müvafiq səlahiyyətə malik olub-olmaması məsələsinə məhkəmə tərəfindən düzgün qiymət verilib-verilmədiyi aydınlaşdırılmalıdır. Cavabdehin dəlillərinə görə, R.Əsədov sözügedən səlahiyyətə malik deyildir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən görünür ki, cavabdeh tərəfindən R.Əsədova verilmiş 2019-cu il 10 yanvar tarixli FM/Y-01-19 saylı etibarnamə ilə cavabdehin adından notariat kontorlarında, ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarələrində, məhkəmə orqanlarında və digər dövlət idarə və təşkilatlarına sənədlər təqdim etmək, alqı-s atqı əməliyyatlarını həyata keçirmək və bu sənədlərdə imza etmək, arayışlar almaq, müqavilələr bağlamaq, hazır olan sənədləri götürmək, tələb olunan zəruri sənədləri təqdim etmək və bu tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar bütün hərəkətləri etmək 2021-ci il 10 yanvar tarixinədək R.Əsədova etibar edilmişdir.

42. Bununla əlaqədar apellyasiya məhkəməsi hesab etmişdir ki, R.Əsədovun təmsil etdiyi cavabdehin adından müqavilə bağlamaq səlahiyyəti olmuşdur. R.Əsədovun adına etibarnamənin olması və cavabdehin rəhbərliyinin iddiaçının məhsulunun ona məxsus soyuducuda saxlanması üçün qəbul edilməsinə, orada saxlanılmasına etiraz etməməsi onun həmin xüsusatla, yəni R.Əsədovun cavabdehin nümayəndəsi kimi məhsulu saxlanca qəbul etməsi ilə razılaşmasını göstərir.

43. Kassasiya instansiyası məhkə məsinin qənaətinə görə isə, MM-in 404-cü maddəsinin tələbləri baxımından etibarnamənin mətninə bütöv bir tam kimi nəzər saldıqda, R.Əsədovun təmsil etdiyi cavabdehin adından müqavilə bağlamaq səlahiyyətinin bütün subyektlərə münasibətdə ona verildiyi, yaxud yalnız müvafiq dövlət qurumlarında həyata keçirilməsinin nəzərdə tutulduğu, daha doğrusu, etibarnamənin maddi və ya prosessual hüquqi xarakter daşıması barədə birmənalı nəticəyə gəlmək olmur. Həmin məsələyə tam aydınlıq gətirilməsi məqsədilə R.Əsədovun onunla bağlanmış əmək müqaviləsində, cavabdehin təsdiq etdiyi xidməti təlimat və digər daxili sənədlərdə əks olunmuş funksiyaları, səlahiyyətləri, habelə R.Əsədov tərəfindən digər hallarda analoji müqavilələr bağlanılıb-bağlanılmaması kimi mübahisənin düzgün həlli üçün mühüm əhəmiyyət kəs b edən hallara qiymət verilməsi zəruridir.

44. Lakin həmin xüsusatlar apellyasiya instansiyası məhkəməsinin diqqətindən kənarda qalmışdır. Halbuki MPM-in 14.1-ci maddəsinin tələbidir ki, məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmaq üçün işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah etməli, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar etməli, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərməlidir. Göründüyü kimi, mülki məhkəmə icraatının çəkişmə prinsipi əsasında aparılması heç də məhkəmənin bütün hallarda passiv seyrçi mövqe tutmasını şərtləndirmir.

45. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Az ərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019cu il 18 mart tarixli Qərarında formalaşdırdığı hüquqi mövqelərə görə MPM-in 14.1-ci maddəsində nəzərdə tutulmuş vəzifələr çərçivəsində işə baxan məhkəmə hansı halların iş üçün əhəmiyyət kəsb etdiyini, hansı tərəfin onları sübut etməli olduğunu və ya verilən tələbin təmin olunması üçün hansı halların sübut edilməli olduğunu tərəflərin istinad edibetməməsindən asılı olmayaraq onlarla müzakirə etməlidir. Tərəflərlə aparılan belə müzakirələr məhkəmənin baxılan məsələyə dair yekun qərar üzrə fikir bildirməsi kimi qiymətləndirilməməlidir.

46. Bu baxımdan, Ali Məhkəmə hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi sözügedən halların araşdırılması məqsədilə tərəflərə müvafiq sübutların təqim edil məsini təklif etməli, belə sübutların təqdim edilməməsinin nəticələrini izah etməli idi. O da qeyd olunmalıdır ki, cavabdehin mübahisə predmeti olan məhsulun saxlanca qəbul edilməsindən xəbərdar olması, R.Əsədovun iddiaçıdan aldığı bildirilən vəsaiti tam və ya qismən cavabdehə və onun rəhbərliyinə təqdim etməsi iş materialları ilə öz təsdiqini tapmır.

47. Belə olan halda cavabdeh müəssisənin rəhbərliyinin iddiaçının məhsulunun ona məxsus soyuducuda saxlanması üçün qəbul edilməsinə, orada saxlanılmasına etiraz etməməsinə və bunun cavabdehin məhsulun saxlanca qəbul edilməsi ilə razılaşmasını göstərdiyinə dair apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə mötəbər sübutlara söykənməyən subyektiv mülahizə xarakteri daşıyır, ona görə də əsaslı hesab edilə bilməz.

48. Mübahisənin düzgün həll i üçün mühüm əhəmiyyət kəsb edən digər məsələ iddiaçıya cavabdeh tərəfin zərər vurub-vurmaması məsələsinə məhkəmə tərəfindən düzgün qiymət verilib-verilməməsinin aydınlaşdırılmasıdır. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəyə görə, 2019-cu ilin dekabr ayınadək R.Əsədov məhsulu keyfiyyətli saxlamaqla təhvil verilməsini öhdəsinə götürmüş, məhsul soyuducuda saxlanca qəbul edilmiş, lakin lazımi şəraitdə saxlanmaması nəticəsində yararsız hala düşərək iddiaçıya ziyan dəymişdir.

49. Cavabdehin dəlillərinə görə, məhkəmənin həmin nəticəsi qanunsuz və əsassız olmuşdur.

50. İşin materiallarından görünür ki, mübahisə predmeti olan sarımsaq soyuducuda saxlanca 2019-cu ilin 25 sentyabr tarixində təhvil verilmişdir. Birinci instansiya məhkəməsinin 2020-ci il 7 sentyabr tarixində keçirilən ic lasında mütəxəssis qismində dindirilmiş X3 izahatından məlum olur ki, sarımsaq iyul ayının axırı-avqust ayının əvvəllərində anbara təhvil verilməlidir. Əgər məhsul sentyabr ayında anbara təhvil verilirsə, mütləq şəkildə cücərmiş, çürümüş hissələr təmizlənməlidir. Əgər cücərmiş və çürümüş hissələr seçilib təmizlənməsə, qalan məhsulun cücərməsinə səbəb olar.

51. Göründüyü kimi, məhsul mütəxəssisin göstərdiyi tarixdən təxminən 1 ay yarım sonra saxlanca verilmişdir. Belə olan halda, həmin məhsulun tərkibindəki sarımsaqlarda məhsul saxlanca verilməmişdən əvvəl və ya sonra cücərmə hallarının baş verməsi istisna oluna bilməz. Eyni zamanda, təhvil verilmiş məhsula lazımi qaydada aqrotexniki xidmətlərin göstərilməsi, habelə onun tərkibindəki cücərmiş sarımsaqların seçilərək kənarlaşdırılması iş mat erialları ilə təsdiq olunmadığından, mütəxəssisin izahatında göstərildiyi kimi, cücərmiş sarımsaqlar məhsulun digər hissəsinin də cücərməsinə və çürüməsinə səbəb ola bilməsi də tamamilə mümkün idi.

52. Bundan başqa, iş materiallarında olan 2019-cu il 24 sentyabr və 2 oktyabr tarixli telefon danışıqlarının səsyazma mətnindən görünür ki, R.Əsədov dəfələrlə iddiaçıya malının cücərməsini bildirmiş, sonuncu da malını tezliklə aparacağını demişdir. Buna baxmayaraq iddia ərizəsindən də məlum olur ki, iddiaçı sonuncu telefon danışığındakı xəbərdarlıqdan yalnız 2 aydan artıq müddət keçdikdən sonra-2019-cu il 10 dekabr tarixində öz malını götürmək üçün anbara gəlmiş, beləliklə MM-in 21.3 və 425-ci maddələrinin tələblərinə uyğun olaraq, zərərin baş verməsinin və ya artmasının qarşısının alınması üç ün edə biləcəyi bütün hərəkətləri etməmiş, zəruri tədbirlər görməmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən həmin mübahisənin düzgün və ədalətli həlli üçün mühüm əhəmiyyət kəsb edən həmin məsələləri nəzərə almamış, işdə olan sübutları düzgün qiymətləndirməmişdir.

53. Nəhayət hazırkı halda aydınlaşdırılması vacib olan digər məsələ zərərin dəyəri müəyyən edilərkən apellyasiya instansiya məhkəməsi tərəfindən hüquq pozuntusuna yol verilib-verilməməsinin aydınlaşdırılmasıdır.

54. Cavabdehin dəlillərinə görə, qətnamə bu mənada da qanunsuz və əsassızdır.

55. Apellyasiya instansiyası məhkəməsi işdə olan ekspert rəyi və digər sübutlara istinad edərək belə nəticəyə gəlmişdir ki, saxlanca cəmi 60 ton məhsul verilməklə həmin məhsulun 2019-cu ilin dekabr ayına dəyərinin 2774 14 manat olması müəyyən edilir. Ali Məhkəmə cavabdeh tərəfin dəlilləri ilə razılaşaraq apellyasiya instansiyası məhkəməsinin bu mövqeyini də əsassız hesab etmişdir.

56. Belə ki, cavabdeh tərəfin qanunsuz hərəkətləri nəticəsində yararsız hala düşdüyü bildirilən 80 ton sarımsağın dəyəri 2020-ci il 16 yanvar tarixində məhkəməyə daxil olmuş iddia ərizəsində 360000 min manat göstərilsə də, bundan cəmi 25 gün əvvəl – 2019-cu ilin 20 dekabr tarixində iddiaçının Ağcabədi rayon prokurorluğuna, Kənd Təsərrüfatı Nazirliyinə verdiyi ərizələrdə (i/v 7, 143) 100000 manat qeyd olunmuşdur.

57. X5 Məhkəməsinin 2020-ci il 23 iyul tarixli iclasının protokolundan görünür ki, iclasda iştirak edən iddiaçı göstərmişdir ki, məhsul anbara təhvil verilməmişdən əvvəl, yəni 2019-cu ilin iyun-iyul aylarında məhsulun 1 kiloqramının qiyməti 1,40 manat olmuş, o, 80 ton məhsula 100000 manat xərc çəkmişdir (i/v 105, 106). Eləcə də iş materiallarında olan Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2019-cu ilin dekabr ayında yerli istehsal olan sarımsağın bir kiloqramının orta pərakəndə satış qiyməti 1,31 manat təşkil edir (i/v 140). Həmin qiymətlə hesabladıqda 80 ton sarımsağa 104800 manat xərc çəkildiyi məlum olur ki, bu da əslində iddiaçının 2019-cu ilin 20 dekabr tarixində Ağcabədi rayon prokurorluğuna, Kənd Təsərrüfatı Nazirliyinə verdiyi ərizələrdə göstərilmiş qiymətlə təxminən üst-üstə düşür.

58. Bundan başqa, işin materiallarından məlum olur ki, mübahisə predmeti olan sarımsağın qiyməti həmin sarımsağın Ağdam sarımsağı olması əsas götürülərək müəyyən edilmişdir.

59. Halbuki həmin sarımsağın məhz Ağdam sarımsağı olması da işin materiallarından görünmür. Həmçinin qiymət müəyyən edilərkən iddiaçının saxlanca təqdim etdiyi məhsulun faktiki vəziyyəti, onun saf və ya çürük olması, yararlı və yararsızlığı, habelə məhsulun qiymətinə təsir edən digər mühüm amillərin nəzərə alınması da əsaslandırılmamışdır.

60. Apellyasiya məhkəməsi mübahisə predmeti olan sarımsağın qiyməti barədə nəticəyə gələrkən müvafiq ekspert rəyinə istinad etsə də, həmin ekspert rəyinin mötəbərliyi yuxarıda qeyd olunanlar baxımından ciddi şübhələr doğurur.

61. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, apellyasiya instansiyası məhkəməsi MPM-in 88 və 103.1-ci maddələrini pozaraq, iş üzrə toplanmış sübutları düzgün qiymətləndirməmiş, nəticədə MPM-in 217.1-ci maddəsində nəzərdə tutulmuş qanunilik və əsaslılıq meyarlarına uyğun gəlməyən qətnamə qəbul etmişdir.

62. Yeni apellyasiya baxışında məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq R.Əsədovun məhsulu anbara saxlanca qəbul edərkən müvafiq səlahiyyətə malik olub- olmamasını 2019-cu il 10 yanvar tarixli FM/Y-01-19 nömrəli etibarnamə, R.Əsədovla bağlanmış əmək müqaviləsi, cavabdehin təsdiq etdiyi xidməti təlimat və digər daxili sənədlərdə əks olunmuş funksiyaları, səlahiyyətləri əlaqəli şəkildə təhlil olunmaqla aydınlaşdırılmalı, bu zaman R.Əsədov tərəfindən digər hallarda analoji müqavilələr bağlanılıb-bağlanılmaması nəzərə alınmalı, mübahisə predmeti olan sarımsağın soyuducuda saxlanca normativ tələblərə uyğun şəkildə vaxtında və tərkibindəki cücərmiş sarımsaqlar seçilərək kənarlaşdırılmaqla təhvil verilib-ver ilməməsi müəyyənləşdirilməli, bu zaman iş üzrə mütəxəssis qismində dindirilmiş X3 izahatında, eləcə də 2019-cu il 24 sentyabr və 2 oktyabr tarixli telefon danışıqlarında deyilənlər nəzərə alınmalı, həmçinin R.Əsədovun xəbərdarlıqlarına baxmayaraq iddiaçının sonuncu telefon danışığından yalnız 2 aydan artıq müddət keçdikdən sonra öz malını götürmək üçün anbara gəlməsinə MM-in 21.3 və 425-ci maddələrinin tələbləri baxımından qiymət verilməli, eləcə də saxlanca təhvil verilmiş sarımsağın qiyməti mötəbər sübutlar əsasında müəyyən edilməlidir.

63. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 360.2, 389.1, 397.1, 404.1, 404.2, 405.1 və 405.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəs inin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli Qərarına, MPM-in 14.1, 14.2, 76.1, 76.2, 76.3, 77.1 və 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

64. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 16 sentyabr tarixli, 2-2(106)-94/2022 nömrəli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmaqla iddia tələbi qismən-cavabdehdən 277414,80 manat vəsaitin alınaraq iddiaçıya ödənilməsi hissəsində təmin edilmiş, iddia qalan hissədə təmin olunmamışdır (sədrlik edən hakim – N.Mirzəyev, hakimlər – M.Həsənov, O.İsmayılov).

65. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, cavabdeh müəssisədə 2018-ci ilin yanvar ayından təchizat üzrə menecer vəzifəsində işləyən X10 tərəfindən iddiaçıya məxsus sarımsaq məhsulu cavabdehə məxsus soyuducuda saxlanca qəbul edilmiş, nəticədə yararsız hala düşərək iddiaçıya ziyan dəymişdir.

66. İddiaçı 80 ton sarımsaq məhsulunu saxlanca verməsini və həmin məhsulun məhv olması nəticəsində ona məhsulun dəyəri kimi 360000 manat, ödədiyi xidmət haqqı kimi 10000 manat ziyan dəyməsini göstərsə də, göstərilən xidmətə görə 10000 manat cavabdehin işçisinə ödənilməsi işin mübahisə doğurmayan halıdır. Lakin, iddiaçı 80 ton sarımsaq məhsulunun cavabdeh tərəfindən saxlanca qəbul edilməsini göstərsə də, bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir.

67. Xidmət haqqının ödənilməsi ilə bağlı mübahisə o lmamasına baxmayaraq, məhsulun miqdarı ilə bağlı mübahisə olmuşdur. Cavabdeh tərəf cəmi 60 ton məhsul saxlanca qəbul etməsini və məhsulun dəyərinin qeyd edilən məbləğdə olmasını bildirmişdir. Qanunvericiliyin tələblərinə görə saxlanca 80 ton məhsul verilməsi və həmin məhsulun 360000 manat dəyərində olmasını sübutetmə yükü iddiaçının üzərinə düşmüş, işdə olan ekspert rəyi və digər sübutlarla saxlanca cəmi 60 ton məhsul verilməklə həmin məhsulun 2019-cu ilin dekabr ayına dəyərinin 277414 manat olması müəyyən edilmişdir. Saxlanca verilən məhsulun çəkisinin və qiymətinin bundan artıq olmasına dair iddiaçı sübut təqdim edə bilməmişdir.

68. Məhkəmə hesab etmişdir ki, R.Əsədovun 2018-ci ilin yanvar ayından cavabdehin təchizat üzrə menecer vəzifəsində işləməsi və cavabdeh tərəfindən X6 verilmiş 20 19-cu il 10 yanvar tarixli, FM/Y-01-19 nömrəli etibarnaməyə əsasən cavabdehin adından Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən notariat kontorlarında, ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarələrində, məhkəmə orqanlarında və digər dövlət idarə və təşkilatlarına sənədlər təqdim etmək, alqısatqı əməliyyatlarını həyata keçirmək və bu sənədlərdə imza etmək, arayışların alınması, müqavilələrin bağlanılması, hazır olan sənədləri götürmək, tələb olunan zəruri sənədləri təqdim etmək və bu tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar bütün hərəkətləri etməyin 2021-ci il 10 yanvar tarixədək X6 etibar edilməsi Rizvan Əsədovun cavabdehin adından və həmin müəssisə üçün hüquq və vəzifələr yaradan hərəkətlər etmək, o cümlədən müqavilə bağlamaq səlahiyyətinə m alik olmasını təsdiq edir.

69. İddiaçıya məxsus sarımsaq məhsulunun cavabdehin soyuducularında saxlanca qəbul edilməsi və saxlanması Rizvan Əsədovun ona cavabdehin verdiyi etibarnamə əsasında həyata keçirilmiş, cavabdehin buna etirazı olmamış, həmçinin məhsulun saxlandığı soyuduculara nəzarət müəssisənin səlahiyyəti daxilində olmaqla onun vəzifəsi olmuşdur. Cavabdehin istinad etdiyi hallar, yəni iddiaçıya məxsus sarımsaq məhsulunun ona məxsus soyuducu anbarla qəbul edilməsindən məlumatlı olmaması, bu barədə onunla müqavilə bağlanmalı olduğu halda bağlanmaması kimi etirazları işin yuxarıda qeyd olunan halları nəzərə aılnmaqla əsaslı hesab edilə bilməz.

70. Ağcabədi rayon prokurorluğuna verdiyi Rizvan Əsədovun izahatından da görünür ki, cavabdehin işçisi olaraq Rizvan Əsədov malın anbara qəb ulu zamanı həmin malda keyfiyyət dəyşikliyinin baş verməsindən məlumatlı olmuş, lakin malı anbara qəbul etmişdir. Malın anbara qəbulundan sonra isə malda davam edən onun keyfiyyətinin itirilməsinin qarşısını almağa yönəldilmiş hərəkətlər etməklə, yəni həmin malı iddiaçının əvvəlcədən razılığını almadan başqa soyuducu kameraya yerləşdirmiş, lakin gözlədiyi nəticəni əldə edə bilməmişdir.

71. Məhkəmə gəldiyi nəticəni MM-in 21.1, 21.2, 359.1, 360.1, 385.1, 386.1, 389.1, 404.1, 404.2, 425.1, 425.2, 822, 824.1, 1128.1 və 1099.1-ci, MPM-in 14.1, 14.2, 76.1, 76.2, 76.3, 77.1 və 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

72. Həmin qətnamədən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə yeni qərar çıxarılmasını xahiş edi lmişdir. d) Kassasiya instansiya məhkəməsində ikinci icraat

73. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 29 mart tarixli, 2-2(102)-64/2023 nömrəli qərarı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiya məhkəməsinin qətnaməsi ləğv olunmaqla, iş yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılmışdır (sədrlik edən hakim – K.Abiyeva, hakimlər – V.Həsənov, E.Şamayev).

74. Məhkəmə qeyd etmişdir ki, baxılan iş üzrə kassasiya instansiyası məhkəməsində birinci icraat zamanı qəbul edilmiş qərarda göstərilən, iş üzrə qanuni və əsaslı qərarın qəbul edilməsi üçün əhəmiyyətli olan göstərişlər üzrə (bax yuxarıda § 4862) hər hansı hüquqi dəyərləndirmə aparılmamış, nəticədə MPM-in 420-ci maddəsinin tələbl əri pozulmuşdır.

75. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, hazırki iş üzrə kassasiya instansiyası məhkəməsinin 2022-ci il 5 may tarixli, 2-2(102)-261/2022 nömrəli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən-iddianın təmin olunduğu hissədə ləğv edilmiş, iş yalnız həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Buna baxmayaraq, işin yeni apellyasiya baxışı zamanı apellyasiya instansiyası məhkəməsi, kassasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə aktının dəyişdirilmədən saxlanılan hissəsini də (iddianın təmin edilməyən hissəsi) təkrar yoxlamış və MPM-nin 372-ci maddəsinin tələblərini pozmuşdur. e) Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat

76. Şirvan Apell yasiya Məhkəməsinin 2023-cü il 7 avqust tarixli 2-2(102)70/2023 nömrəli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmetini təşkil edən hisssədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – P.Əhmədov, hakimlər – İ.Əsədov, C.İmanov).

77. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlilləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 5 may tarixli qərarındakı göstərişlərə uyğun olaraq apellyasiya baxışının predmetini təşkil edən hisssəyə münasibətdə qeyd etmişdir ki, X10 cavabdeh müəssisədə 2018-ci ilin yanvar ayından təchizat üzrə menecer vəzifəsinə təyin olunmuş, habelə cavabdeh tərəfindən 2019-cu il 10 yanvar tarixli FM/Y-01-19 nömrəli etibarnamə ilə X6 cavabdehin adından Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən notariat kontorlarında, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarələrində, məhkəmə orqanlarında və digər dövlət idarə və təşkilatlarına sənədlər təqdim etməyi, alqı-satqı əməliyyatlarını həyata keçirməyi və bu sənədlərdə imza etməyi, arayışların alınması, müqavilələrin bağlanılması, hazır olan sənədləri götürməyi, tələb olunan zəruri sənədləri təqdim etməyi və bu tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar bütün hərəkətləri etməyi 2021-ci il 10 yanvar tarixədək etibar edilmişdir. Adıçəkilən etibarnamədə X10 tərəfindən harada (hansı orqanlarda) cavabdehin təmsil edilməsi səlahiyyətlərinin verildiyi dəqiq göstərilmiş və həmin etibarnamədə cavabdeh daxilində hüquqi və fiziki ş əxslərlə saxlama müqavilələrinin bağlanılması və bunun müqabilində pulun alınması səlahiyyətləri mövcud deyildir.

78. Beləliklə, iş materiallarındakı sübutlara əsasən iddiaçı tərəfindən sarımsaq məhsulu X6 cavabdehin işçisi kimi deyil, fiziki şəxs kimi təhvil verilmişdir. X6 cavabdeh tərəfindən verilmiş 2019-cu il 10 yanvar tarixli etibarnamədə (səh. 33), cavabdehin təsdiq etdiyi vəzifə təlimatında əks olunmuş funksiyaları və səlahiyyətlərində (İİ cild, səh. 30) və digər işə əlavə edilmiş sənədlərdə X2 cavabdehin adından müqavilələr bağlamaq səlahiyyəti nəzərdə tutulmamışdır. Beləcə, X2 hər hansı məhsulu anbara saxlanca qəbul etmək hər hansı səlahiyyətə malik olmamışdır.

79. Habelə iş materiallarında olan nümunəvi müqavilələrdən onların digər müraciət edən şəxslərlə ancaq cavabdeh arasınd a bağlanmışdır. Hətta, sarımsaq məhsulunu X2 qəbul etməsi təsdiqini tapsa və zərərlə onun əməli arasında səbəbli əlaqə mövcud olduğu təqdirdə belə, hazırkı iş üzrə Cavabdehlik və məsuliyyət daşımır.

80. Beləliklə, məhkəmə kollegiyası işin faktiki hallarını tərəflərin qarşılıqlı münasibətləri üzrə araşdıraraq və apellyasiya şikayətlərinin dəlilləri üzrə yekun hüquqi dəyərləndirmə apararaq belə yekun nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsi işi tam və hərtərəfli araşdırmış, təqdim olunmuş sübutları işin halları üzrə düzgün qiymətləndirmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməklə qanuni və əsaslı nəticəyə gəlmişdir.

81. Məhkəmə gəldiyi nəticəni MM-in 385.1, 386.1, 387.3, 389.1, 397.1, 397.3, 404.1, 404.2, 405.1, 405.2 və 406.1-ci maddələrinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə, MPM-in 14.2, 77.1, 217.2, 372.1, 372.6, 372.7 və 420-ci maddələrinə istinad edərək əsaslandırmışdır.

82. İddiaçı apellyasiya instansiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

83. İddiaçı kassasiya şikayətini onun əsaslandırmışdır ki, işə baxılarkən apellyasiya məhkəməsi tərəfindən Mülki Məcəllənin və Mülki Prosessual Məcəllənin tələbləri pozulmuş, cavabdeh iddiaçıdan məhsulu saxlanca qəbul etdiyindən həmin məhsulun lazimi keyfiyyətdə saxlanılması və təhvil verilməsi üçün məsuliyyət daşımasını, öz öhdəliklə rini düzgün yerinə yetirmədiyindən iddiaçıya dəyən zərərə görə cavabdehin məsuliyyət daşımasını nəzərə almamışdır.

84. Cavabdehin müəssisənin adından çıxış edən X10 cavabdeh müəssisənin əmri ilə 2018-ci ilin yanvar ayından təchizat üzrə menecer vəzifəsinə təyin olunmuş və 2019-cu il 10 yanvar tarixli etibarnamə ilə ona cavabdeh müəssisənin adından müqavilələrin bağlanması və etibarnamədə nəzərdə tutulmuş tapşırıqların yerinə yetirilməsi ilə bağlı bütün hərəkətlərin edilməsi səlahiyyətləri həvalə ona olunmuşdur. Ona görə məhsulun saxlanca qəbul edilməsi və saxlanılmasına görə müəssisə cavabdhehilk daşıyır.

85. Tərəflər arasında əldə olunan razılığa əsasən mal soyuducuda 2 dərəcə temperaturda saxlanılmalı idi. Lakin iddiaçı 2019-cu il 10 dekabr tarixdə "xxxx" ASC-nin Ağcabədi Regional İdar əsinə gedərək anbarda yerləşdirilmiş mala baxdıqda 80 ton sarımsağın tamamilə göyərib yararsız vəziyyətə düşdüyünü, malın da onun xəbəri olmadan başqa kameraya yığıldığını öyrənmişdir. Yəgin ki, əvvəlki kamera uzun müddət işləmədiyindən məhsul xarab olmuş, X10 da sonradan malı başqa kameraya yığmışdır. Həmin məhsulun yetişdirilməsi üçün 50-60 ailədən adamlar işləmiş, onlara pul ödənilmişdir. O, "xxxx" ASC-nin Ağcabədi Regional İdarəsində onun malının yığıldığı soyuducu kameranın monitorunun şəklini çəkmişdir, soyuducu 2 dərəcə işləməli olduğu halda 7,4 dərəcədə işləmişdir. Bu səbəblərdən də məhsul çürüməyə məruz qalmışdır.

86. Kassasiya şikayətində daha sonra göstərilmişdir ki, apellyasiya məhkəməsi tərəfindən MPM-in 77.1, 88 və 420-ci maddələrin tələbləri pozulmuş, tərəflərin ekspertə eti raz etmək və sullar vermək kimi bir sıra hüquqları olduğu halda ekspertiza tərəflərin izahatları və şərhləri alınmadan çəkişmə prinsipinə riayət olunmadan aparılmış, cavabdeh tərəfindən təyin edilən mütəxəssisin isə sarımsağın düzgün saxlanılma qaydaları ilə bağlı hər hansı xüsusi biliyə malik olduğu təsdiq edilməmişdir. Yenidən ekspertiza keçirilməsi barədə vəsatətləri əsassız olaraq təmin olunmamışdır. 87. “X1”nin 2021-ci il5 oktyabr tarixli, 529 saylı mütəxəssis rəyinə əsasən işin halları obyektiv araşdırılmamışdır. Çünki mütəxəssis cavabdeh tərəfindən müqavilə bağlayaraq və xidmət haqqı ödənilərək işə cəlb edilmişdir. Aydın məsələdir ki, xidmət haqqı aldığına görə işdə maraqlı tərəf kimi çıxış edir. Ekspertin obyektiv rəy verə bilməsi üçün həmçinin məhsulu görməyi vacib idi. Lakin cava bdeh tərəfindən işə cəlb edilmiş ekspert məhsulla tanış olmadan rəy vermişdir ki, bu zaman həmin rəy sübut hesab oluna bilməz.

88. Cavabdeh tərəf məhsulu saxlanca götürdüyü zaman məhsulun aşağı keyfiyyətdə olduğunu iddiaçıya bildirdiyini desə də, bununla bağlı heçbir sübut yoxdur. Halbuki belə bir hal olduqda akt tərtib etməli idi. Saxlanca verildiyi zaman məhsulun aşağı keyfiyyətdə olduğunu sübut etmə vəzifəsi cavabdeh tərəfinə düşsə də heç bir sübutu yoxdur.

89. Bundan başqa iddiaçı kassasiya şikayətinə əlavə verərək göstərmişdir ki, ümumi məhsulun çəkisi 58,58 ton olmaqla hər biri 23 kq olan 2547 ədəd sarımsaq kisələrindən ibarət idi. İddiaçı tərəfindən soyuducu anbar boş qaldığı üçün 2019-cu ilin oktyabrın 4-də "xxxx" MMC-dən ümumi çəkisi 21,42 ton olan əlavə sarımsaq alınmışdır. "xxxx " MMC tərəfindən alınan sarımsağın çəkisinin 21,42 ton olmasını təsdiq edən sənəd verilmiş və cavabehin nümayəndəsi tərəfindən mallar qəbul edilmişdir. Cavabdehin meneceri isə öz ifadəsində bildirmişdir ki, oktyabr ayının 2-də iddiaçıya zəng edərək məhsulun xarab olduğunu demişdir. Aydın məsələdir ki, elə bir halın baş verməsi mümkün deyildir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

90. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. İİ. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

91. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olun ması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.

92. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri). İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

93. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə t utulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.” “Maddə

360. Səlahiyyət verilməyən şəxsin əqd bağlaması... 360.2. Təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişd irir və onlara xitam verir.” “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə

404. Müqavilənin təfsiri 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin ira də ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır....” “Maddə

425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.” “Maddə

822. Saxlama müqaviləsi Saxlama müqaviləsinə görə bir şəxs (yük götürən, saxlayıcı) başqa şəxsin (yük verənin, tapşıranın) ona verdiyi daşınar əşyanı saxlamağı və müqavilənin qüvvəsi sona çatdıqda qaytarmağı öhdəsinə götürür.” “Maddə

824. Yük götürənin (saxlayıcının) vəzifələri 824.1. Əgər saxlama əvəzsiz həyata keçirilirsə, saxlama dövründə saxlayıcı yalnız qəsd və/və ya kobud ehtiyatsızlığa görə məsuliyyət daşıyır. Əgər saxlama haqq müqabilində həyata keçirilirsə, saxlayıcı şərtləşdirilmiş vicdanlılığa riayət edilməsi üçün, qalan hal larda isə bu cür əşyaların saxlanması zamanı adi olan vicdanlılıq üçün məsuliyyət daşıyır. “Maddə

812. Komisyonçunun komisyon malı barəsində vəzifələri 812.1. Komitentin sərəncamı ilə komisyonçuya göndərilmiş komisyon malı zədələnmiş olduqda komisyonçu komitentin hüquqlarını müdafiə etməli, malın vəziyyəti barəsində sübutlar qayğısına qalmalı və bu barədə dərhal komitentə bildiriş verməlidir....” “Maddə

813. Komisyonçunun mal üçün məsuliyyəti Komisyonçu saxlamağa götürdüyü malın itməsi və zədələnməsi üçün, əgər qarşısıalınmaz qüvvə ilə bağlı hallar yoxdursa, məsuliyyət daşıyır.” “Maddə

827. Anbar sahibi Anbar sahibi sənətkarlıq şəklində saxlama ilə məşğul olan və saxlama üzrə öz xidmətlərini açıq təklif edən saxlayıcıdır. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarında ayrı şər t qoyulmayıbsa, anbar sahibinin xidmətlərinə saxlama haqqında göstərişlər tətbiq edilir.” “Maddə

829. Anbar sahibinin vəzifələri 829.1. Anbar sahibi malların saxlanması üçün komisyonçu kimi məsuliyyət daşıyır. 829.2. Anbar sahibi malın məruz qaldığı və saxlama xidmətlərindən əlavə tədbirlər görülməsinə yol verən dəyişikliklər barəsində tapşırana dərhal bildiriş göndərməlidir....” “Maddə 1099. Hüquqi və ya fiziki şəxsin öz işçisi tərəfindən törədilmiş mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyəti 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir....” “Maddə 1129. Malın, işin və ya xidmətin qüsurları nəticəsində vurulmuş zərər üç ün məsuliyyət daşıyan şəxslər... 1129.2. İşin və ya xidmətin qüsurları nəticəsində vurulmuş zərərin əvəzini işi görmüş və ya xidməti göstərmiş şəxs (icraçı) ödəməlidir....”

94. Azərbaycan Respublikası Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

71. Məhkəmədə nümayəndə ola bilməyən şəxslər 71.1. Tam fəaliyyət qabiliyyəti olmayan, yaxud qəyyumluq və ya himayəçilik altında olan şəxslər məhkəmədə nümayəndə ola bilməzlər....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

103. Ekspert rəyinin məhkəmə tərəfindən qiymətləndirilməsi 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir....” “Maddə

420. Kassasiya məhkəməsinin göstərişlərinin məcburiliyi Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətb iq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması hallarına yol verilmiş, ona görə də iddiaçının kassasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv edilməklə iş yeni apellyasiya baxışına göndərilməlidir.

95. Belə ki, iddianın rədd olunması barədə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişd irmədən saxlayan apellyasiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh soyuducu-anbarında saxlama üçün verilmiş sarımsaq məhsulunun çürüyüb xarab olmasında cavabdeh, o cümlədən cavabdehin işçisi olan Rizvan Əsədov deyil, İddiaçı özü təqsirli olmuşdur. İddiaçının təqsirli olması qəbul olunmasa belə, onun ziyan tələbinə dair iddiasına cavab verməli şəxs iddia ərizəsində cavabdeh kimi göstərilən Cavabdeh deyil, sarımsaq məhsulunu təhvil alan fiziki şəxs X7r, hazırkı iddia buna cavab verməli olmayan şəxsə qarşı qaldırılmışdır.

96. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin gəldiyi nəticə iş üzrə Ali Məhkəmənin Kommersiya Kollegiyasının 5 may 2022-ci il və 29 mart 2023-cü il tarixli qərarlarındakı göstərişlər tam icra olunmadan, işin müəyyən edilmiş hallarına tətbiq edilməli olan maddi hüquq normaları düzgün tətbiq edilmədən və düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır.

97. Cavabdeh kommersiya hüquqi şəxsi kimi 14 may 1997-ci il tarixdə (təkrar qeydiyyat 30 aprel 2007-ci il) dövlət qeydiyyatına alınmış, təsisçisi X11, qanuni təmsilçisi isə X9r.

98. Ağcabədi rayonu Rəncbərlər kəndində, 1,4 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 7309 kv metr olan əmlak kompleksi (soyuducu anbar) Cavabdeh adına 26 yanvar 2013-cü ildə dövlət qeydiyyatına alınmışdır.

99. İddiaçı məxsus sarımsaq məhsulunun 2019-cu ilin sentyabr ayında Cavabdeh Ağcabədi rayonu Rəncbərlər kəndində yerləşən soyuducu anbarında 3 ay müddətində saxlama üçün yerləşdirilməsi və bunun X10 ilə balanmış şifahi razılaşma əsasında həyata ke çirilməsi, saxlamaya görə iddiaçı tərəfindən 10000 manat haqq ödənilməsi, lakin sarımsaq məhsulunun anbarda yerləşdirilməsində və saxlanmasında nöqsanlara yol verildiyinə görə məhsulun çürüyüb xarab olması, bununla da iddiaçıya ziyan dəyməsi mübahisəsizdir.

100. Cavabdeh hazırkı iddiya cavab verməli şəxs olmaması, X6 müəssisənin adından müqavilə bağlamaq, saxlama haqqı olan pulu almaq, sarımsaq məhsulunu anbara qəbul edib saxlamaq səlahiyyətlərinin verilməməsi qənaətinə gələn apellyasiya məhkəməsi nəzərə almamışdır ki, həmin hərəkətlərin icrası zamanı Rizvan Əsədov müəssisənin işçisi - təchizat üzrə menecer vəzifəsində işləmiş, müəssisənin adından çıxış edərək iddiaçıdan sarımsaq məhçulunu çaxlanca qəbul etmiş, iddiaçı onu müəssisəni təmsil edən şəxs kimi qəbul edərək məhsulun saxlanması ü çün danışıqlar apararaq şifahi müqavilə bağlamış, məhsul saxlanılan anbar Rizvan Əsədova deyil, müəssisəyə məxsus olmuş, məhsul Rizvan Əsədovun şəxsi obyektində yerləşdirilib saxlanılmamış, o, müəssisənin işçisi kimi bu məsələ ilə bağlı müəyyən funksiyaları həyata keçirmişdir. Soyuducu anbara giriş-çıxışının olması, onun hərəkətlərinə müəssisə sahibinin və digər rəhbər şəxslərin etiraz etməmələri, məhsul anbara qəbul olunandan sonrakı danışıqların məhz Rizvan Əsədov tərəfindən aparılması, saxlama haqqı kimi 10000 manat pulun onun tərəfindən iddiaçıdan alınması da əsas verir ki, Rizvan Əsədovun məhsulu anbara qəbul etmək və saxlanmasına nəzarət etmək səlahiyyəti olmuşdur, onun müəssisənin adından çıxış etməsi fəaliyyət göstərdiyi şəraitdən də aşkar bəlli idi.

101. İşdən daha sonra görünür k i, X10 cavabdeh müəssisədə 2018-ci ilin yanvar ayından təchizat üzrə menecer vəzifəsinə təyin olunmuş, habelə müəssisə tərəfindən ona 2019-cu il 10 yanvar tarixli FM/Y-01-19 nömrəli 2 illik müddətə etibarnamə verilmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, göstərilən etibarnamədə X10 tərəfindən harada (hansı orqanlarda) cavabdehin təmsil edilməsi səlahiyyətlərinin verildiyi dəqiq göstərilməsi və cavabdeh müəssisənin adından hüquqi və fiziki şəxslərlə saxlama müqavilələrinin bağlanılması və bunun müqabilində pulun alınması səlahiyyətləri göstərilmədiyindən iddiaçı tərəfindən sarımsaq məhsulu X6 cavabdehin işçisi kimi deyil, fiziki şəxs kimi təhvil verilmişdir. X6 cavabdeh tərəfindən verilmiş 2019-cu il 10 yanvar tarixli etibarnamədə (səh. 33), cavabdehin təsdiq etdiyi vəzifə təlimatın da əks olunmuş funksiyaları və səlahiyyətlərində (İİ cild, səh. 30) və digər işə əlavə edilmiş sənədlərdə X2 cavabdehin adından müqavilələr bağlamaq səlahiyyəti nəzərdə tutulmamışdır. Beləcə, X2 hər hansı məhsulu anbara saxlanca qəbul etmək səlahiyyəti olmamışdır.

102. Məhkəmə kollegiyası göstərilən məsələ ilə bağlı qeyd edir ki, X2 hər hansı məhsulu anbara saxlanca qəbul etmək və buna görə haqq almaq hüququna malik olmaması, iddiaçı ilə münasibətlərdə fiziki şəxs kimi öz adından çıxış etməsi, vurulmuş zərərə görə də onun fiziki şəxs kimi ayrıca məsuliyyət daşımalı olması barədə apellyasiya məhkəməsinin qənaəti düzgün hesab olunsa belə, nəzərə alınmalıdır ki, iddiaçı onu cavabdeh müəssisənin təmsilçisi kimi qəbul etmiş, Rizvan Əsədovun məhsulu qəbul edib saxlamaq üçün şəxsi anbarı olmamı ş, məhsul cavabdeh müəssisənin anbarında yerləşdirilməklə saxlanılmışdır. Rizvan Əsədov bilavasitə iş yerində fəaliyyət göstərərək məhsulu müəssisənin anbarına qəbul etməsi, saxlamaya görə iddiaçıdan haqq alması, məhsulun uzun müddət anbarda saxlanılması əsas verir ki, o, işəgötürən müəssisə rəhbərliyinin nəzarəti altında və tapşırığı ilə fəaliyyət göstərmiş, bu fəaliyyət nəticəsində törətdiyi mülki hüquq pozuntusu ilə iddiaçıya ziyan vurmuşdur.

103. Lakin apellyasiya instansiyası məhkəməsi təchizat üzrə menecer Rizvan Əsədovun iş yerində, özünün əmək funksiyalarına aid olmyan işi görməsi nəticəsində iddiaçıya dəymiş ziyana görə işəgötürən cavabdehin məsuliyyət daşımalı olub-olmaması ilə bağlı məsələyə münasibət bildirməmişdir.

104. Cavabdeh soyuducu-anbarında saxlama üçün verilmiş sarımsa q məhsulunun çürüyüb xarab olmasında cavabdehin, o cümlədən cavabdehin işçisi olan Rizvan Əsədov deyil, İddiaçı özünün təqsirli olması barədə apellyasiya məhkəməsinin qənaəti ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, bu məsələnin həlli zamanı məhkəmə tərəfindən sübutlara tam və hərtərəfli baxmamış, iş üzrə Ali Məhkəmənin Kommersiya kollegiyasının 2022-ci il 5 may tarixli qərarındakı göstərişlərə, o cümlədən məhsulun çürüyüb xarab olmasında hər iki tərəfin təqsirli olması ilə bağlı Mülki Məcəllənin 21.3-cü və 425-ci maddələrinin tələbləri baxımından qiymət verilməsi barədə göstərişə tam əməl olunmamışdır.

105. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdeh müəssisənin anbarında sarımsaq məhsulunun normativ tələblərə uyğun qaydada, normal tempraturda saxlanıb-saxlanılmaması, məhsulun iddiaçının məlumatı və razılığı olmadan başqa kameraya yığılmasının, tərkibindəki cücərmiş sarımsaqlar seçilərək kənarlaşdırılmadan, kökü saçaqlardan təmizlənmədən və ümumiyyətlə cücərmiş sarımsaqlar seçilib təmizlənmədən anbara yığılmasına cavabdehin tərəfin razılıq verməsinin səbəbləri müəyyən edilmədən apellyasiya məhkəməsi gəldiyi qənaət əssssız olmuşdur.

106. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticə, qanuni və əsaslı sayıla bilməz. Ona görə də apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan apellyasiya instansiyas ı məhkəməsi qərarın təsviri-əsaslandırıcı hisssəsində göstərilənləri nəzərə almaqla qanuni və əsaslı qətnamə qəbul etməli, cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçının maddi zərər çəkməsi müəyyən edilərsə və dəymiş zərərin artmasına iddiaçının özünün davranışının şərait yaratması müəyyən olunarsa bu zaman zərər Mülki Məcəllənin 21.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla müəyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qərara aldı: İddiaçı X8 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2-2(102)-680/2023 nömrəli iş üzrə 2023-cü il 07 avqust tarixli qətnaməsi ləğv edilsin, iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar