Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-683/2023 16.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati Kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin İddiaçı X1-bank Kredit Təşkilatının Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: məhkəmələr arası fikir ayrılığı Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, İnzibati Kollegiyasının hakimi Nəbizadə Rahib Sahib oğlu və Mülki Kollegiyasının hakimi Hüseynov Abiddin Qabil oğlundan ibarət qarışıq tərkibdə, İddiaçı X1-bank Kredit Təşkilatının Cavabdeh qarşı borcun tutulması tələbinə dair iş üzrə məhkəmə aidiyyəti ilə bağlı məsələyə baxıldı. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Zaqatala Rayon Məhkəməsindəki icraat
1. İddiaçı X1-bank Kredit Təşkilatı (bundan sonra – “iddiaçı”) 2023-cü il 9 avqust tarixində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh (bundan sonra – “cavabdeh”) qarşı "borcun tutulması" tələbinə dair iddia ərizəsi ilə Zaqatala Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən əsas borc üzrə 1.812 manat, faiz borcuna görə 243,76 manat, cərimə borcuna görə 301,09 manat olmaqla, cəmi 2.356,85 manat məbləğində borcun və 43,57 manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
2. İddia tələbi - borcverən iddiaçı ilə borcalan cavabdeh arasında bağlanmış 2022-ci il 14 fevral tarixli **********6573 nömrəli Kredit müq aviləsinin şərtlərinin pozulması ilə əsaslandırılmışdır.
3. Zaqatala Rayon Məhkəməsinin 2023-cü il 3 oktyabr tarixli e-2(033)-944/2023 saylı qərardadı ilə iş aidiyyəti üzrə Şəki Kommersiya Məhkəməsinə göndərilmişdir (hakim – T.Həsənov).
4. Həmin məhkəmə işdə olan sənədləri araşdıraraq hesab etmişdir ki, mübahisə üzrə tərəflərdən hər ikisi sahibkarlıq statusuna malik olmaqla, həmin fəaliyyətin həyata keçirilməsindən irəli gələn məsələni mübahisələndirdiklərindən və tələb də məhz onların kommersiya fəaliyyətindən irəli gələn münasibət olduğundan hazırkı tələbə məhkəmə aidiyyəti üzrə kommersiya məhkəməsində baxılmalıdır. b) Şəki Kommersiya Məhkəməsindəki icraat
5. Şəki Kommersiya Məhkəməsinin 2023-cü il 31 oktyabr tarixli e-2-2(117)-1230/2023 saylı qərardadı ilə iş məhkəmə aidiyyətinin müəyyə n edilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir (hakim – M.Hüseynov).
6. Şəki Kommersiya Məhkəməsi qeyd etmişdir ki, işə hüquq münasibətlərinin xarakterinə görə ümumi məhkəmədə baxılmalıdır. 2022-ci il 14 fevral tarixli **********6573 saylı kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən, kredit ailə-kəndli təsərrüfatının yaradılması və ya genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması məqsədi ilə verilmişdir. Odur ki, iddiaçı ilə cavabdeh arasındakı mübahisə onların birgə sahibkarlıq fəaliyyətlərindən irəli gəlməmiş, alınmış kredit şəxsi istehlak məqsədi ilə verilmişdir.
7. Şəxsin sahibkarlıq fəaliyyətinin məzmununa qismən uyğun gələn ailə-kəndli təsərrüfatının yaradılması olsa da, “Ailə kəndli təsərrüfatı haqqında” Azərbaycan Respublikası Qanununun 1.3-cü maddə sində qeyd edilir ki, ailə kəndli təsərrüfatı kənd yerlərində qanunvericiliklə qadağan olunmayan və məhdudiyyət qoyulmayan bütün iqtisadi fəaliyyət növləri ilə məşğul olan təsərrüfatçılıq subyektidir və onun fəaliyyəti sahibkarlıq sayılmır. Həmin Qanunun 4.2-ci maddəsinə əsasən, kənd yerlərində fəaliyyət göstərən hüquqi şəxslər, sahibkarlıqla məşğul olan fiziki şəxslər və bağçılıq təsərrüfatları ailə kəndli təsərrüfatına aid edilmir.
8. İddia tələbinin predmeti cavabdehə şəxsi istehlakı məqsədilə ayrılmış kreditin ödənilməsi olduğundan və həmin şəxs sahibkar statusuna malik olsa belə, mübahisə tərəflər arasında yaranmış sahibkarlıq fəaliyyəti üzrə münasibətlərdən irəli gəlmədiyindən, işə hüquq münasibətlərinin xarakterinə görə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmə tərəfindən baxıl malıdır. Zaqatala Rayon Məhkəməsi isə bu halı araşdırmadan hazırkı mübahisənin tərəflərin sahibkarlıq fəaliyyətindən irəli gəldiyi qənaətinə gələrək işi məhkəmə aidiyyəti üzrə göndərmişdir. İİ.TƏTBİQ EDİLƏN HÜQUQ 9. "Ailə kəndli təsərrüfati haqqında" Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
1. Ailə kəndli təsərrüfatı anlayışı 1.1. Ailə kəndli təsərrüfatı-ailə üzvlərinin və onlarla birgə fəaliyyət göstərən şəxslərin fərdi əməyi və mülkiyyətində və ya icarəsində olan əmlak əsasında hüquqi şəxs yaratmadan kənd yerlərində istehsal və digər təsərrüfat fəaliyyətinin (məhsulların istehsalını, emalını, saxlanmasını, daşınmasını və satılmasını) birgə həyata keçirilməsidir. 1.2. Ailə kəndli təsərrüfatının tərkibi bir nəfərdən, ailə üzvlərindən və onlarla qohumluq və ya digər münasibətlər əsasında birgə fəaliyyət göstərən şəxslərdən ibarət ola bilər. 1.3. Ailə kəndli təsərrüfatı kənd yerlərində qanunvericiliklə qadağan olunmayan və məhdudiyyət qoyulmayan bütün iqtisadi fəaliyyət növləri ilə məşğul olan təsərrüfatçılıq subyektidir və onun fəaliyyəti sahibkarlıq sayılmır....”
10. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 saylı qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “...
11. Mülki-Prosessual Məcəllənin 1-ci maddəsinin “Qeyd” hissəsində kommersiya mübahisələrinə anla yış verilərkən, onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibk arlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditinsahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır....”
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
24. Mübahisələrin məhkəməyə aidiyyəti... 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir....” “Maddə
25. Mübahisələrin ümumi məhkəmələrə aidiyyəti 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır....” “Maddə
26. Mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır....” İİİ. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
12. Qarışıq məhkəmə tərkibi birinci instansiya məhkəmələrinin hər birinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı səbəblərdən iş baxılması üçün Zaqatala Rayon Məhkəməsinə göndərilməlidir.
13. İş materiallarından məlum olur ki, 2022-ci il 14 fevral tarixli **********6573 nömrəli Kredit Müqaviləsinin 1.1-ci bəndi ilə müəyyən olunmuşdur ki, borcverən iddiaçı tərəfindən cavabdehə mübahisə predmeti olan borc məbləği (krediti) “ailə-kəndli təsərrüfatının yaradılması və (və ya) genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması” məqsədi ilə verilmişdir.
14. Əvvəla, "Ailə kəndli təsərrüfati haqqında" Azərbaycan Respublikası Qanununun 1.1, 1.2 və 1.3-cü maddələrinin (bax yuxarıda § 9) məzmunundan aydın olur ki, ailə kəndli təsərrüfatının fəaliyyəti sahibkarlıq fəaliyyəti hesab olunmur.
15. İkincisi, qarışıq məhkəmə tərkibi hesab edir ki, mübahisəli müqavilədə kreditin təyinatı (məqsədi ) kimi qeyd olunan “həyat səviyyəsinin yaxşılaşdırılması” ifadəsinin sahibkarlıq fəaliyyəti ilə əlaqələndirilməsi heç bir halda mümkün deyildir.
16. Üçüncüsü, iş materiallarından görünür ki, nə mübahisəli kredit müqaviləsində, nə də məlum kreditin verilməsi ilə əlaqədar tərtib edilmiş sənədlərin hər hansı birində cavabdehin VÖEN-i qeyd olunmamışdır.
17. Dördüncüsü, iş materiallarında olan cavabdehin 2022-ci il 14 fevral tarixli “Müştərinin qeydiyyat forması”nda “Fəaliyyətin növü” sətrində bir neçə “bölmə” (qrafa) mövcud olmasına baxmayaraq, yalnız “Əkinçilik və Maldarlıq” xüsusi olaraq qeyd olunmuşdur. Lakin həmin formada “Ticarət”, "İstehsal" və s. ifadələrinin qarşısında olan qrafalar işarələnməmişdir.
18. Bütün yuxarıda qeyd edilənlər cavabdehin mübahisəli krediti özünün sahibkarlıq fəa liyyətinin həyata keçirilməsi ilə bağlı aldığını güman etməyə imkan vermir. Odur ki, cavabdehin fərdi sahibkar statusuna malik olması (vergi uçotuna alınması) hazırkı işin məhkəmə aidiyyətinin müəyyən olunması baxımından heç bir əhəmiyyət kəsb etmir.
19. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 24.2, 25.1 və 26.1-ci maddələrinin (bax yuxarıda § 11) tələblərindən aydın olur ki, mübahisənin kommersiya məhkəməsinə aiddiyyətinin olub-olmamasının müəyyən edilməsi üçün: 1) tərəflərin subyektiv tərkibi; 2) mübahisənin predmeti və 3) hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlılığı amillərinin hər üçü mövcud olmalıdır.
20. Bununla yanaşı, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidi yyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli 10 saylı Qərarının 11-ci bəndində formalaşdırılmış hüquqi mövqelərə (bax yuxarıda § 10) görə, mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predm etini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır.
21. Yuxarıda göstərilənləri nəzərə alaraq qarışıq məhkəmə tərkibi belə qənaətə gəlir ki, hazırkı mübahisə mülki mübahisə hesab olunmalı, bu səbəbdən də ona ümumi məhkəm ədə baxılmalıdır.
22. Qarışıq məhkəmə tərkibi şərh edilənləri və MPM-nin 32.7, 403-1.6, 403-1.7, 403-1.9 və 403-1.9.1-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı "Finca Azerbaijan" X1-Bank Kredit Təşkilatının Cavabdeh qarşı iş məhkəmə aidiyyəti qaydalarına uyğun olaraq mahiyyəti üzrə baxılması üçün Zaqatala Rayon Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.