Məhkəmə qərarları › İş №2-2(102)-683/2024

Ali Məhkəmə Qərardad — İş №2-2(102)-683/2024

31.10.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-683/2024 31.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati Kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibi İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “qeyri-yaşayış sahələrinin sökülməsi” tələbinə dair ilk iddia və Cavabdeh3 İddiaçı MMC-yə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddiadan ibarət iş üzrə QƏRARİ Açar sözlər: məhkəmə aidiyyəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi X1 məruzəsi, İnzibati Kollegiyasının hakimi Bədəlov Kəmaləddin Nurəddin oğlu və Mülki Kollegiyasının hakimi Həsənov Vüqar Təvəkgül oğlundan ibarət qarışıq tərkibdə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə) qarşı “qeyri-yaşayış sahələrinin sökülməsi” tələbinə dair ilk iddia və Cavabdeh3 İddiaçı MMC-yə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddiadan ibarət iş üzrə Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 19 sentyabr tarixli e-2-2(113)-5877/2024 nömrəli qərardadından Cavabdeh3 tərəfindən verilmiş şikayətə Azərbaycan Respublikası Ali Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı MMC cavabdehlər C avabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2a məxsus Bakı şəhəri, Nəsimi rayonu, X2 küçəsi 28 ünvanında olan qeyri-yaşayış sahəsinin, Cavabdeh1 məxsus Bakı şəhəri X1 ünvanında olan qeyri-yaşayış sahəsinin, Cavabdeh3a məxsus Bakı şəhəri Nəsimi rayonu, X1 ünvanında olan qeyri-yaşayış sahəsinin 1 kv.m. görə 3.500 manat pul verilməklə, həmin qeyri-yaşayış sahələrinin sökülməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

2. Eyni zamanda, Cavabdeh3 ilk iddia ilə birlikdə baxılmaq üçün qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sökülməsi nəzərdə tutulan qeyri-yaşayış obyektinin əvəzinə eyni ünvanda, eyni koordinatda, sökülən qeyri-yaşayış sahəsinin əsas girişinin yerləşdiyi divarın ölçülərindən az olmayan divar ölçülərinə malik, ta m təmirli ümumi sahəsi 159.25 kv.m-dən az olmayan yeni qeyri-yaşayış obyektinin verilməsi, iddiaçı tərəfindən hər ay üçün 5.000 manat pul kompensasiyasının ona ödənilməsi, qeyriyaşayış obyektinin yaxınlığında tikinti-söküntü işlərinin başladığı gündən hesablanmaqla obyekti ona təhvil verməsinədək iddiaçı tərəfindən hər ay üçün 2.000 manat pul kompensasiyasının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Cavabdeh3 işin aidiyyəti üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməsi barədə vəsatət vermiş və vəsatətini onunla əsaslandırmışdır ki, icraata qəbul edilmiş iş üzrə mübahisə predmeti və hüquq münasibətinin xarakteri qeyri-yaşayış sahəsinin sökülməsi və dəyərinin ödənilməsinə dair mübahisədir. İşdə iştirak edən şəxslərin subyektiv tərkibinə gəldikdə isə iddiaçı t ərəfindən təqdim edilən iddia ərizəsində cavabdehlər fərdi sahibkar kimi (VÖEN-ləri qeyd edilərək) təqdim edilmişdir. Lakin cavabdehlərin fərdi sahibkar olması mübahisənin kommerisya mübahisəsi olmasına əsas verməmişdir. Belə ki, qeyri-yaşayış obyektlərinin sökülməsi nəticəsində cavabdehlərin mülkiyyət hüququna xitam veriləcəkdir. Bu isə tərəflər arasında olan mübahisənin əşya hüquq münasibətindən irəli gəldiyinin bariz nümunəsidir.

4. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 19 sentyabr tarixli e-2-2(113)5877/2024 nömrəli qərardadı ilə vəsatət rədd edilmişdir (hakim – Z.Axundova).

5. Məhkəmə qeyd etmişdir ki, iş üzrə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri baxımından, hazırkı mübahisəyə kommersiya məhkəməsində baxılmalı və vəsatə t əsassız olduğundan təmin edilməməlidir.

6. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 24.2, 26.1, 26.2, 31.1, 32.1, 32.2, 32.4 və 32.5-ci maddələri və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 saylı qərarının 11, 12 və 13-cü bəndlərinə istinad edərək əsaslandırmışdır.

7. Cavabdeh3 həmin qərardaddan şikayət verərək, onu ləğv edilməsi və və işin aidiyyəti üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir.

8. Şikayət belə əsaslandırılmışd ır ki, iş üzrə mübahisə predmeti və hüquq münasibətinin xarakteri qeyri-yaşayış sahəsinin sökülməsi və dəyərinin ödənilməsinə dair mübahisədir. İşin hallarına görə, mübahisə predmeti və mübahisənin xarakterinin kommersiya mübahisəsinə aidiyyəti olmamışdır. Cavabdehlərin fərdi sahibkar olması isə mübahisənin kommersiya mübahisəsi olmasına əsas verməmişdir. Belə ki, tərəflər arasında olan mübahisə əşya hüququnun ana elementi olan mülkiyyət hüququnun aradan qaldırılmasıdır və qeyri-yaşayış obyektlərinin sökülməsi nəticəsində cavabdehlərin mülkiyyət hüququna xitam veriləcəkdir. Bu da tərəflər arasında olan mübahisənin əşya hüquq münasibətindən irəli gəldiyini göstərir. Yəni tərəflər hər ikisi sahibkar olsalar belə mübahisənin xarakteri onlar arasında həyata keçirilmiş hər hansı işgüzar sahibka rlıq münasibəti ilə bağlı deyil və cavabdehlərin həmin qeyri-yaşayış obyektlərində hər hansı sahibkarlıq fəaliyyətini həyata keçirməsi mübahisəni kommersiya mübahisəsinə çevirməmişdir.

9. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 10 oktyabr tarixli e-2-2(119)5877/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

10. Məhkəmə bu qənaətini MPM-in 24.2, 26.1, 26.2, 31.1, 32.1, 32.2, 32.4 və 32.5-ci maddələri; Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 saylı qərarı nın 11, 12 və 13-cü bəndlərinə istinad edərək əsaslandırmışdır. Tətbiq edilən hüquq

11. MPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

24. Mübahisələrin məhkəməyə aidiyyəti 24.1. Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir....” “Maddə

25. Mübahisələrin ümumi məhkəmələrə aidiyyəti 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçi rilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır...” “Maddə

26. Mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 26.2. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. “Maddə

31. Aidiyyətin dəyişdirilməsinə yol verilməməsi 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir....” “Maddə

32. Aidiyyət məsələlərindən şikayət verilm əsi 32.1.İşdə iştirak edən şəxs, mübahisənin bu və ya başqa məhkəməyə aidiyyətinin dəyişdirilməsi barədə ərizə verə bilər. 32.2.İşdə iştirak edən şəxs məhkəmə aidiyyəti ilə razılaşmamasını əsaslandırmalı və bu barədə işə mahiyyəti üzrə baxılmağa başlanana qədər bildirməlidir.... 32.4.Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. 32.5. Aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər....” “Maddə 403-1. Kasasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələrə baxılması.... 403-1.6. Kasasiya i nstansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə və məhkəmə aidiyyətinə dair məhkəmələr arasında fikir ayrılığı məsələlərinə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan hakimlərin qarışıq tərkibində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan 10 gün müddətində baxılır. 403-1.7. Kasasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 403-1.8. Kasasiya instansiya məhkəməsi məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətə baxarkən: 403-1.8.1. işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı də yişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər...” ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

12. Ali Məhkəmənin Kommersiya Kollegiyasının hakimi X3, İnzibati Kollegiyasının hakimi Bədəlov Kəmaləddin Nurəddin oğlu və Mülki Kollegiyasının hakimi Həsənov Vüqar Təvəkgül oğlundan ibarət qarışıq məhkəmə tərkibi iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 19 sentyabr tarixli e-2-2(113)-5877/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

13. Belə ki, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tar ixli Qərarında qeyd edilmişdir ki, 2019-cu il 9 iyul tarixli Qanunla edilmiş dəyişikliklərlə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları dəyişməz qalsa da, onların tətbiqi mexanizmində köklü dəyişiklik edilmişdir. Belə ki, MPMin 24.2-ci maddəsinin qüvvədən düşmüş redaksiyasında tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndirici meyarın hər biri müstəqil şəkildə mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyətini müəyyən etməyə imkan verirdisə, yeni redaksiyada məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur (10-cu bənd).

14. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətl ərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olubolmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır (12-ci bənd).

15. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin bi rgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir (13-cü bənd).

16. Əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkə mələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır (14-cü bənd).

17. Məhkəmələrə həmçinin izah edilir ki, kommersiya mübahisələrinin subyektlərinin, habelə baxış predmetinin mümkün dairəsi də məhz mübahisə üzrə hüquq münasibətinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlı olmasına dair bu Qərarın 13-cü bəndində əks olunmuş yanaşma baxımından müəyyənləşdirilməlidir (15-ci bənd).

18. Hazırki işin halları da ondan ibarətdir ki, İddiaçı MMC kommersiya h üquqi şəxsdir, Cavabdeh3 isə fərdi sahibkar statusuna malik olan şəxsdir.

19. Eyni zamanda, cavabdeh mübahisə predmetinə aid olan Bakı şəhəri Nəsimi rayonu, X1 ünvanında olan qeyri-yaşayış sahəsində kommersiya fəaliyyətini həyata keçirir, iddiaçı isə həmin qeyri-yaşayış sahəsinin dəyəri ödənilməklə sökülməsi barədə iddia irəli sürmüşdür.

20. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının 13 və 14-cü bəndlərində ifadə olunmuş hüquqi mövqeyə görə isə bu növ mübahisələr sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi zaman yarana bilən əşya-hüquqi münasibətlərdən irəli gələn tələblərə aiddir və kommersiya mübahisəsi hesab edilir.

21. Ona görə də, cavabdehin məhkəmə aidiyyəti haqqında ərizəsinin rədd edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiy i nəticə qanuni və əsaslı, cavabdehin şikayətində göstərilən dəlillər isə əsasızdır.

22. Qarışıq məhkəmə tərkibi qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Cavabdeh3 şikayəti təmin edilməməli və Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 19 sentyabr tarixli e-2-2(113)-5877/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

23. Şərh olunanlara əsasən qarışıq məhkəmə tərkibi QƏRARA ALDİ: Cavabdeh3 şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 19 sentyabr tarixli e-2-2(113)-5877/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar