Məhkəmə qərarları › İş №2-2(102)-684/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-684/2023

20.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-684/2023 20.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati Kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibi İddiaçı X1-Bank Kredit Təşkilatının Cavabdeh qarşı iddia ərizəsinə dair iş üzrə QƏRARİ Açar sözlər: məhkəmə aidiyyəti, fikir ayrılığı Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya, Mülki və İnzibati Kollegiyalarının hakimləri Dadaşov İlqar Ağababaş oğlu, Vəliyeva Elşanə Rafiq qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət qarışıq tərkibdə İddiaçı X1-Bank Kredit Təşkilatının Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iş üzrə üzrə məhkəmə aidiyyəti ilə bağlı məsələyə baxıldı. İş üzrə qəbul edilmiş məhkəmə akt ları a) Zaqatala Rayon Məhkəməsindəki icraat

1. İddiaçı MMM QBKT Cavabdeh qarşı ərizə ilə Zaqatala Rayon Məhkəməsinə müraciət edərək “əsas borc üzrə 2001 manat, faiz borcuna görə 531,59 manat, cərimə borcuna görə 149,25 manat, cəmi 2681,84 manat məbləğində borcun və 46,82 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı MMM QBKT-nın xeyrinə tutulması” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Zaqatala Rayon Məhkəməsinin 2023-cü il 3 oktyabr tarixli e-2(033)-845/2023 nömrəli qərardadı ilə iş baxılması üçün məhkəmə aidiyyatı üzrə Şəki Kommersiya Məhkəməsinə göndərilmişdir (hakim – T.Həsənov).

3. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, Cavabdeh vergi ödəyicisi kimi 2012-ci il 18 yanvar tarixdə dövlət qeydiyyatına alınmış və ********** nömrəli VÖEN verilmişdir. İş material larına əlavə edilmiş 2022-ci il 6 iyun tarixli **********6892 saylı kredit müqaviləsinə əsasən cavabdehə ailə-kəndli təsərrüfatının yaradılması, genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması məqsədləri üçün illik 28 % dərəcəsi olmaqla 24 ay müddətinə 2300 manat məbləğində kredit verilmişdir. Məhkəmə hesab etmişdir ki, mübahisə üzrə tərəflərdən hər ikisi sahibkarlıq statusuna malik olmaqla, həmin fəaliyyətinin həyata keçirilməsindən irəli gələn məsələni mübahisələndirdiklərindən və tələb də məhz onların kommersiya fəaliyyətindən irəli gələn münasibət olduğundan hazırkı tələbə məhkəmə aidiyyəti üzrə kommersiya məhkəməsində baxılmalıdır.

4. Zaqatala Rayon Məhkəməsi bu qənaətini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 24.1, 24.2, 26.1, 26.2, 32.3, 32.4, 32.7ci maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 nömrəli qərarına istinad etməklə əsaslandırmışdır. a) Şəki Kommersiya Məhkəməsindəki icraat

5. İddiaçının nümayəndəsi 2023-cü il 30 oktyabr tarixdə ərizə ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək bildirmişdir ki, İddiaçı MMM QBKT ilə Cavabdeh arasında bağlanmış 2022-ci il 6 iyun tarixli **********6892 saylı kredit müqaviləsinə əsasən borcluya ailə-kəndli təsərrüfatının yaradılması, genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması məqsədləri üçün illik 28 % faiz dərəcəsi olmaqla 24 ay müddətinə kredit verilmişdir. Kreditin təyinatı məhkəməyə göndərilən müştəri qeydiyyat formasında öz əksini tapmaqdadır və sonda cavabdeh tərəfindən imzalanmışdır. Həmçinin, sistem tərəfindən avtomatik olaraq təsdiq edilən "Kredit analiz/təsdiq forması"nda, Business typeyəni fəaliyyət növü əkinçilik və maldarlıq olaraq qeyd edilmişdir. Məhkəməyə təqdim edilmiş sənədlərdən də göründüyü kimi kreditin təyinatı heç də sahibkarlıq fəaliyyəti ila bağlı deyildir. Belə ki, "X2 haqqında" qanunun 1.3-cü bəndinə əsasən X2 kənd yerlərində qanunvericiliklə qadağan olunmayan və məhdudiyyət qoyulmayan bütün iqtisadi fəaliyyət növləri ilə məşğul olan təsərrüfatçılıq subyektidir və onun fəaliyyəti sahibkarlıq sayılmır. "xxxx" MMM QBKT-nin Nizamnaməsinin 1.7-ci bəndinə əsasən təşkilat ın əsas məqsədi Azərbaycan Respublikasında humanitar proqramlar çərçivəsində kredit verməkdir. Mübahisənin subyektiv tərkibi, cavabdeh tərəfin VÖEN-i olmaqla təsbit edilir, lakin mübahisə predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması halı yoxdur. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10 saylı qərarının icrası üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları və onların xüsusiyyətlərini, habelə bu meyarlar üzrə yoxlanılma ardıcıllığını əks etdirən cədvəlin hüquq münasibətlərinin xarakterinə dair tələbdə, tərəflərin subyekt tərkibindən asılı olmayaraq tələb üzrə mübahisənin tərəflərindən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda va ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud tərəflərin onların ba ğlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəldikdə işə kommersiya məhkəmələri baxır.

6. Şəki Kommersiya Məhkəməsinin 2023-cü il 30 oktyabr tarixli e-2-2(117)-1229/2023 saylı qərardadı ilə işin məhkəmə aidiyyəti məsələsinə dair fikir ayrılığının həll edilməsi üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim – R.Məcidov).

7. Məhkəmə hesab etmişdir ki, hazırkı tələbə mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterinə görə ümumi məhkəmədə baxılmalıdır. Belə ki, işin məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında bağlanmış 2022-ci il 6 iyun tarixli kredit müqaviləsinə əsasən 2300 manat məbləğində kredit cavabdehin ailə-kəndli təsərrüfatının yaradılması və ya genişləndirilməsi, həy at səviyyəsinin yaxşılaşdırılması məqsədilə sonuncuya verilmişdir. Göründüyü kimi mübahisə predmeti olan 2001 manat kredit məbləği iddiaçı tərəfindən cavabdehin fiziki şəxs kimi şəxsi istehlak məqsədləri üçün (ailə-kəndli təsərrüfatının yaradılması və genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması) ona verilmiş 2300 manat kreditin ödənilməmiş qalan hissədir. Cavabdeh fərdi sahibkar statusuna malik fiziki şəxs olmasına baxmayaraq onunla iddiaçı arasındakı hazırkı mübahisə onların birgə və ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətlərindən irəli gəlməmişdir.

8. Hazırkı iş üzrə cavabdehin fərdi sahibkar olması işə kommersiya məhkəməsi tərəfindən baxılmalı olmasına dəlalət etmir. Eyni zamanda tərəflərin VÖEN-nin olmasına və tərəflərin ayrı-ayrılıqda sahibkarlıq fəaliyyəti ilə məşğul olmalarına baxmayaraq hazırkı mübahisə hüquq münasibətlərinin xarakteri və mübahisənin predmeti baxımından kommersiya fəaliyyəti ilə əlaqədar olmayan pul tələbindən yaranan mübahisədir ki, MPMin 26.2-ci maddəsinin tələbinə əsasən bu qəbildən olan müraciətlərə kommersiya məhkəmələri tərəfindən baxılmalı deyildir.

9. Belə ki, iddiaçı tərəfindən də qeyd edildiyi kimi, “X2 haqqında” Azərbaycan Respublikası Qanununun 1.3-cü maddəsinə əsasən, X2 kənd yerlərində qanunvericiliklə qadağan olunmayan və məhdudiyyət qoyulmayan bütün iqtisadi fəaliyyət növləri ilə məşğul olan təsərrüfatçılıq subyektidir və onun fəaliyyəti sahibkarlıq sayılmır. Cavabdeh sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün deyil, ailə-kəndli təsərrüfatının yaradılması, genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşd ırılması məqsədləri üçün 2300 manat kredit götürmüşdür ki, qanunun tələbinə əsasən cavabdehin o qəbildən olan fəaliyyəti sahibkarlıq fəaliyyəti kimi qiymətləndirilmir və sahibkarlıq fəaliyyəti sayılmayan fəaliyyəti həyata keçirmək məqsədi ilə götürülmüş kredit borcuna görə mübahisəyə kommersiya məhkəmələri tərəfindən baxılmır.

10. Göründüyü kimi mübahisə tərəflərin qarşılıqlı və ya ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətindən irəli gəlmədiyindən, yəni götürülmüş 2300 manat kredit üzrə cəmi 2681,84 manat borc öhdəliyi sonuncunun kommersiya fəaliyyətinin deyil, şəxsi istehlak məqsədlərinin nəticəsi olaraq yarandığından hazırkı müraciətə mülki məhkəmə icraatı qaydasında ümumi (şəhər, rayon) məhkəmələr tərəfindən baxılmalıdır. Zaqatala Rayon Məhkəməsi isə bu halı araşdırmadan cavab dehin VÖEN-inin olması və hazırkı mübahisənin tərəflərin sahibkarlıq fəaliyyətindən irəli gəldiyi qənaətinə gələrək işi məhkəmə aidiyyəti üzrə göndərməkdə haqlı olmamışdır.

11. Məhkəmə bu qənaətini MPM-in 25.1, 26.1, 26.2, 31.1, 32.3, 32.7-ci, “X2 haqqında” Azərbaycan Respublikası Qanununun 1.3-cü maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 nömrəli qərarının 12, 13, 25-ci bəndlərinə istinad etməklə əsaslandırmışdır. İİ.TƏTBİQ EDİLƏN HÜQUQ.

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakıl ar nəzərdə tutulur: “Maddə

24. Mübahisələrin məhkəməyə aidiyyəti 24.1. Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.” “Maddə

25. Mübahisələrin ümumi məhkəmələrə aidiyyəti 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır....” “Maddə

26. Mübahi sələrin kommersiya məhkəmələrinə aidiyyəti 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 26.2. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar....” Maddə 403-1. Kasasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələrə baxılması 403-1.7. Kasasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 403-1.8. Kasasiy a instansiya məhkəməsi məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətə baxarkən: 403-1.8.1. işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər; 403-1.8.2. işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı tamamilə ləğv edib, yeni qərar qəbul edə bilər; 403-1.8.3. işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı tamamilə ləğv edib, ərizəni yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərə bilər. 403-1.9. Kassasiya instansiyası məhkəməsi, məhkəmə aidiyyətinə dair məhkəmələr arasında fikir ayrılığı məsələsinə baxarkən: 403-1.9.1. i şi məhkəmə aidiyyəti üzrə göndərə bilər;

13. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 nömrəli qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “...

11. MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata k eçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır....

12. Məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrıayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsi ndən irəli gəlməli olması nəzərə alınmalıdır....” İİİ. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

14. Qarışıq məhkəmə tərkibi iş materiallarını araşdıraraq hesab edir ki, hazırkı iş mahiyyəti üzrə baxılması üçün Zaqatala Rayon Məhkəməsinə göndərilməlidir.

15. Belə ki, MPM-in 24.2, 25.1 və 26.1-ci maddələrinin tələblərinə və Plenum Qərarının 10 və 11-ci bəndləri ilə formalaşmış hüquqi mövqeyə görə mübahisəyə kommersiya məhkəməsində baxılması üçün: 1) işdə iştirak edən şəxslərin subyektiv tərkibi; 2) mübahisənin predmeti və 3) hüquq münasibətlərinin xarakteri buna imkan verməlidir. Başqa sözlə, mübahisənin məhkəmə aidiyyəti müəyyən edilərkən üç meyar – işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri əsas götürülür. Bu zaman hər üç meyarın mövcud olması i mperativ norma kimi nəzərdə tutulmuşdur.

16. Hazırkı halda, işdən göründüyü kimi kredit müqaviləsi üzrə 24 ay müddətinə, illik 28 % dərəcəsi ilə 2.300 manat məbləğində kredit iddiaçı tərəfindən kredit alan Cavabdeh “ailə-kəndli təsərrüfatının yaradılması, genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması” məqsədi ilə verilmişdir. 17. "X2 haqqında" Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən, X2 - ailə üzvlərinin və onlarla birgə fəaliyyət göstərən şəxslərin fərdi əməyi və mülkiyyətində və ya icarəsində olan əmlak əsasında hüquqi şəxs yaratmadan kənd yerlərində istehsal və digər təsərrüfat fəaliyyətinin (məhsulların istehsalını, emalını, saxlanmasını, daşınmasını və satılmasını) birgə həyata keçirilməsidir.

18. Həmin Qanunun 1.3-cü maddəsinə əsasən, X2 kənd yerlərində qa nunvericiliklə qadağan olunmayan və məhdudiyyət qoyulmayan bütün iqtisadi fəaliyyət növləri ilə məşğul olan təsərrüfatçılıq subyektidir və onun fəaliyyəti sahibkarlıq sayılmır.

19. Bundan başqa, kredit müqaviləsində kredit alan qismində çıxış edən Cavabdeh məxsus VÖEN-ə istinad olunmamış, həmçinin iş materiallarına əlavə edilmiş sənədlərdə həmin məbləğin kredit alan tərəfindən sahibkarlıq fəaliyyətində istifadə olunması məqsədilə ayrılmasına dəlalət edən hallar müəyyən edilməmiş, iddiaçı isə kredit müqaviləsinin təyinatını nəzərə alaraq kommersiya məhkəməsinə deyil, məhz ümumi məhkəməyə - Zaqatala Rayon Məhkəməsinə müraciət etmişdir.

20. Göstərilənlərə əsasən qarışıq məhkəmə tərkibi hesab edir ki, X2nın yaradılması və genişləndirilməsi məqsədi ilə bağlanmış 2.300 manat məbləğində kredit müqaviləsindən yaranan hazırkı mübahisəyə sahibkarlıq fəaliyyəti ilə bağlı münasibətləri tənzimləyən xüsusi normaların tətbiq edilməsinə və mübahisəyə ixtisaslaşmış məhkəmədə baxılmasına hüquqi əsas yoxdur.

21. Beləliklə, hüquq münasibətlərinin xarakteri və mübahisənin predmeti baxımından hazırkı mübahisənin kommersiya mübahisəsi olmaması ona MPM-in normalarında və Ali Məhkəmənin Plenumunun müvafiq Qərarında formalaşmış hüquqi mövqeyə əsasən kommersiya məhkəməsində baxılmasını istisna edir.

22. Yuxarıda göstərilənləri nəzərə alaraq qarışıq məhkəmə tərkibi belə qənaətə gəlir ki, hazırkı mübahisə mülki mübahisə hesab olunmalı, bu səbəbdən də ona ümumi məhkəmədə baxılmalıdır.

23. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 24.2, 26.1, 26.2, 32.7, 4031.6, 403-1.7 və 403-1.9.2-ci maddələ rini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı X1-bank Kredit Təşkilatının Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş baxılması üçün Zaqatala Rayon Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar