Məhkəmə qərarları › İş №2-2(102)-685/2021

Ali Məhkəmə Qərardad — İş №2-2(102)-685/2021

22.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-685/2021 ALİ MƏHKƏMƏ Kommersiya Kollegiyasının İddiaçı LPO ASC-nin Ləğvedicisinin Cavabdehə qarşı iş üzrə Açar sözlər: kassasiya şikayətinin baxışdan çıxarılması 22.12.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Məmmədli Bəhram Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu, Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, iddiaçı ASC-nin ləğvedicisinin Cavabdehə qızına qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s.” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 30 sentyabr tarixli 2-2(107)95/2021 saylı qətnaməsindən iddiaçı LPO ASC-nin ləğvedicisi tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək müəyyən etdi: I. İŞİN HALLARİ

1. İddiaçı LPO İddiaçı ASC-nin (bundan sonra – “ASC”) ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (bundan sonra – “ƏSF”) 2021-ci il 4 iyun tarixində “Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehə qarşı (bundan sonra – “Cavabdeh”) ödənilməmiş cəmi 19.402,15 manat - bundan 13.849,25 manat əsas borc, 2.412,33 manat faiz borcu, 1.138,01 manat cərimə, müqavilənin müddəti bitdikdən sonra hesablanmış 2.002,56 manat faiz borcunun ödənilməsi, borcun ipoteka predmeti olan fərdi yaşayış evinə yönəldilməsi, açıq hərracda satılması, satışından əldə olunan vəsait hesabına kredit borcunun ödənilməsi, satışdan əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədiyi halda qalan b orc məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia tələbi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. Şəki Kommersiya Məhkəməsinin 2021-ci il 13 iyul tarixli 2-2(117)-377/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 13.849.25 manat əsas borc, 40 manat ipoteka predmetinə tutmanın yönəldilməsinin qeydiyyata alınması üçün vəsait və 30 manat dövlət rüsumunun tutularaq LPO ASC-yə ödənilməsi, borc məbləğinin Cavabdehin mülkiyyətində olan A kəndində 0,27 ha torpaq sahəsində yerləşən 3 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, həmin evin ilkin satış (likvid dəyəri) qiymətinin 29.500 manat məbləğində müəyyən edilməsi və həmin əmlakın açıq hərraclar vasitəsi ilə satılması, sa tışdan əldə edilmiş vəsait Cavabdehin ASC-yə olan borcunun ödənilməsinə yönəldilməsi, iddianın qalan hissələrdə rədd edilməsi qət edilmişdir (hakim – R.Məcidov).

3. Ləğvedici 2021-ci il 16 iyul tarixində həmin apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin olunmayan hissəsində ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

4. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 30 sentyabr tarixli 2-2(107)95/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Şəki Kommersiya Məhkəməsinin 2021-ci il 13 iyul tarixli 2-2(117)-377/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – V.Məlikov, hakimlər – R.Rəfiyev və E.Hüseynov).

5. Ləğvedici 2021-ci il 16 noyabr tarixində həmin qətnamədən kassasiya şikayət verərək qətnaməni ləğv edilməsini, işə yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. Kassasiya şikayəti icraata qəbul edilmiş, işə kassasiya şikayəti əsasında Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasında yazılı icraat qaydasında baxılması təyin edilmişdir. II. TƏTBİQ EDİLƏN HÜQUQ

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on mi n manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər....” “Maddə

408. Kassasiya şikayətinin qaytarılması 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 408.1.1. kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud onu imzalamağa hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə;... 408.3. Kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxa rılır....” “Maddə

417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən:... 417.1.7. kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər...” İİİ. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

8. Aşağıda göstərilənlərə əsasən hazırkı iş üzrə kassasiya şikayətinə kassasiya icraatında baxıla bilməz.

9. Ləğvedici Şəki Kommersiya Məhkəməsinin 2021-ci il 13 iyul tarixli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin olunmayan faiz və cərimə hissələrində ləğv edi lməsini və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Göründüyü kimi, Ləğvedici birinci instansiya məhkəməsinin qətnaməsini yalnız iddianın təmin olunmayan faiz və cərimə hissələrində (2.412,33 manat faiz, 1.138,01 manat cərimə və AR Konstitusiya Məhkəməsinin 2014-cü il 24 dekabr tarixli Plenum qərarına əsasən hesablanmış 2.002,56 manat faiz borcu) hissəsində mübahisələndirmişdir.

11. Beləliklə, Ləğvedici birinci instansiya məhkəməsinin qətnaməsi ilə ümumilikdə 5.552,9 manat (2.412,33 + 1.138,01 + 2.002,56) hissədə razılaşmamışdır.

12. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 30 sentyabr tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi qüvvədə saxlanılmışdır.

13. Kassasiya şikayətində isə apellyasiya instans iya məhkəməsinin qətnaməsi mahiyyət etibarilə iddianın təmin olunmayan faiz və cərimə hissələr mübahisələndərilsə də, qətnamənin bütövlükdə ləğv edilməsi, işə yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

14. Göründüyü kimi, Ləğvedici apellyasiya şikayətində olduğu kimi, kassasiya şikayətində də faktiki olaraq eyni məsələləri (ümumilikdə 5.552,9 manat) mübahisələndirmişdir.

15. Beləliklə, hazırda kassatorun apellyasiya instansiyası məhkəməsinin qətnaməsini mübahisələndirdiyi iddianın qiyməti on min manatdan az, yəni 5.482,90 manat olduğundan, MPM-in 402.1-ci maddəsinə (bax yuxarıda § 7) uyğun olaraq, Ləğvedicinin hazırkı kassasiya şikayəti vermək hüququ olmamışdır.

16. Buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi MPM-in 408.1 və 408.1.1-ci maddələrinin (bax yuxarıda § 7) tələblərinə uyğun olaraq, kassasiya şikayətini geri qaytarmaq əvəzinə, baxılması üçün işlə birlikdə Ali Məhkəməyə göndərmişdir.

17. Qeyd edilənlərə əsasən, MPM-in 417.1.7-ci maddəsinə (bax yuxarıda § 7) görə, hazırkı iş üzrə kassasiya şikayətinin icraata qəbul olunmasına dair qərardad ləğv edilməli, iş kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Şərh olunanları nəzərə alaraq və MPM-nin 402.1, 408 və 417 maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 30 sentyabr tarixli 2-2(107)-95/2021 saylı qətnaməsindən iddiaçı LPO ASC-nin ləğvedicisi tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Azərbaycan Re spublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 21 dekabr tarixli 2-2(102)-685/2021 saylı qərardadı ləğv edilsin və kommersiya mübahisələri üzrə iş kassasiya baxışından çıxarılaraq Şəki Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar