Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-687/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: qeyri-yaşayış sahəsinə görə icarə haqqının ödənilməsi 15.11.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Məmmədli Bəhram Məmməd oğlunun sədrliyi, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" MMC-yə qarşı “qeyri-yaşayış sahəsinə görə icarə haqqının tutulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 6 iyun tarixli 2-2(103)-392/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ
1. İddiaçı ilə "xxxx" MMC arasında Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsində istifadədə olan 0,20987 ha torpaq sahəsində yerləşən 27 nömrəli binanın 1-ci mərtəbəsində 84 kv/m və 2-ci mərtəbəsində 141,9 kv/m, cəmi 225.9 kv/m sahədən ibarət qeyri-yaşayış sahəsinin "xxxx" MMC-yə aylıq icarə haqqı 2.900 manat təşkil etməklə icarəyə verilməsinə dair 2019-cu il 1 mart tarixli “Qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında” Müqavilə bağlanmışdır.
2. X4 hesabdan çıxarışından görünür ki, "xxxx" MMC tərəfindən 2020-ci il 3 fevral tarixində 2.494 manat, 2020-ci il 3 mart tarixində 2.494 manat, 2020-ci il 7 aprel tarixində 2.494 manat, 2020-ci il 13 may tarixində 2.494 manat icarə haqqı kimi Fardilon Dinarın hesabına köçürülmüşdür. 3. " xxxx" MMC tərəfindən İddiaçı ünvanlanmış 2020-ci il 20 iyul tarixli 01 nömrəli bildirişə görə, "xxxx" MMC “Fly Dubai” aviaşirkətinin Azərbaycan Respublikasında rəsmi tərəfdaşıdır, fəaliyyəti aviabiletlərin satışından ibarətdir və ölkədə mövcud olan məlum xüsusi karantin rejimi ilə əlaqədar məhdudlaşdırılmışdır. Bu səbəbdən, müqavilənin 8.1-ci maddəsini rəhbəri tutaraq müqavilənin icrasını fəaliyyətlərinin bərpa olunacağı tarixə qədər birtərəfli qaydada dayandırmışdır.
4. Kommersiya mübahisəsi üzrə 2021-ci il 16 sentyabr tarixində keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak edilmədiyini təsdiq etmək üçün “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” 2021-ci il 16 sentyabr tarixli Arayış tərtib olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci insta nsiya məhkəməsindəki icraat
5. İddiaçı (bundan sonra – “iddiaçı”) 2021-ci il 21 oktyabr tarixində "xxxx" MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, 17.400 manat icarə haqqı üzrə borcunun, vəkilə odənilmiş 210 manat və 31 manat ödənilmiş dövlət rüsumunun – cəmi 17.641 manat pulun cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
6. İddia tələbi bununla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən tərəflər arasında bağlanmış 2019-cu il 1 mart tarixli müqavilə (bax yuxarıda §§ 1-2) öhdəliklərinə əməl olunmayaraq 2020-ci ilin fevral ayından 2020-ci il 17 sentyabr tarixə qədər altı ay ərzində 17.400 manat icarə haqqı üzrə borcu yaranmışdır. Bununla əlaqədar cavabdehə müqavilənin pozulması, mülkdən çıxarılması və vurulmuş zərərin əvəzinin tələb edilməsi barədə pretenziya məktubu göndərilsə də, cavabdeh bu günədək borcu ödəməmişdir.
7. İddia tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 442.1, 448.1, 448.2-ci maddələrinə istinad olunmuşdur.
8. Cavabdeh 2021-ci il 18 noyabr tarixində iddia ərizəsinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, iddia ərizəsi üzrə pretenziya qaydasına riayət edilməsi (lazımınca riayət edilməsi) müəyyən olunmur. İddiaçı pretenziya məktubunu cavabdehin hüquqi və ya faktiki ünvanına göndərməmiş, pretenziyanın göndərilməsini təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamışdır. İddiaçı pretenziya məktubunu 2020-ci il 1 sentyabr tarixində imzalamış və həmin vaxtdan hazırkı kommersiya mübahisəsi baş lanana qədər cavabdehə təqdim etməmişdir. Əslində isə bu pretenziya məktubu başqa bir mülki mübahisədə istifadə olunmuş, o zaman da cavabdehə çatdırılmamış pretenziya məktubunun surətidir. Hazırkı iş üzrə iddiaçının nümayəndəsi Ağayevanın hazırkı iş üzrə etibarnaməsi 2021-ci il 21 iyun tarixində alınmış, 2020-ci il 1 sentyabr tarixində isə belə məktubu imzalamağa səlahiyyəti olmamışdır.
9. Bundn başqa, “Mediasiya haqqında” Qanunun 21.6-cı maddəsinə əməl olunmamış, mediator barədə təklif təqdim olunmamışdır.
10. Həmçinin iş materiallarında olan 2021-ci il 2 avqust tarixli ******* saylı vəkil orderindən görünür ki, həmin orderdə “Tapşırığın məzmunu və işin mərhələsi qrafasında “Kommersiya mübahisəsi” əvəzinə “Mülki iş”, “Bakı Kommersiya Məhkəməsi” əvəzinə isə “Bakı şəhər Səbail Rayon Məhkəmə si” qeyd olunmuşdur. Bir sözlə, iddiaçı vəkillə müqavilə bağlayan zaman ona Bakı şəhər Səbail rayon Məhkəməsində mülki xarakterli iddia qaldırmaq barədə tapşırıq vermiş, nümayəndə Ağayeva isə səlahiyyəti olmadan Bakı Kommersiya Məhkəməsinə müraciət etmiş və iddia ərizəsini imzalamış, bununla da MPMin 149.1-ci maddəsinin tələblərini pozmuşdur.
11. İddia ərizəsinin prosessual forma və məzmununa əməl olunmamışdır. Belə ki, iddia ərizəsində iddiaçının, onun nümayəndəsinin, cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların apar ılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatlarının (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) bir hissəsi qeyd olunmamış, bir hissəsi isə düzgün qeyd olunmamışdır. Məsələn, ünvan tam qeyd olunmamış, VÖEN isə ümumiyyətlə qeyd olunmamış, bununla da Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 149.2.2-ci maddəsinin tələbləri pozulmuşdur.
12. Bundan başqa, bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barə də öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. İş materiallarında olan icarə müqaviləsindən görünür ki, həmin müqavilə sadə yazılı qadada bağlanmış və notariat qaydasında təsdiq olunmamış, bununla da qanunvericiliklə müəyyən olunmuş formaya riayət olunmamışdır. İşin bu halı onu göstərir ki, müqavilə etibarsızdır.
13. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Hazırkı etiraza əlavə edilmiş bank hesabından çıxarışdan görünür ki, cavabdeh özünə aid bank hesabından 2020-ci il 3 fevral tarixində 2.494 manat, 3 mart tarixində 2.494 manat, 7 aprel tarixində 2.494 manat, 13 may tarixində 2.494 manat icarə haqqını iddiaçıya ödəmişdir. Bir sözlə, iddia digər maddi hüquqi aspektlərdən tamamilə əsassız olmaqla yanaşı, 2020-ci ilin fevral-may ayları üzrə icarə haqqının tamamilə ödənilməsi nəzərə alınarsa, həm də vicdansızcasına, məhkəməyə müraciət etmək hüququnundan sui-istifadə etməklə verildiyinə görə əsassızdır. Bir sözlə, iddia tələbi 2020ci ilin fevral-may ayları üzrə icarə haqqının ödənilməməsi hissəsində əsassız olmaqla yanaşı, həm də həqiqəti əks etdirməmişdir.
14. Həmçinin cavabdeh pandemiyadan zərər çəkmiş müəssisədir və buna görə də işçilərin əmək haqqını ödəmək üçün dövlətdən maliyyə yardımı almışdır. Müqavilənin 8.1ci bəndində xüsusi qeyd olunur ki: “fors-major (daşqın, uçqun, sel, yanğın, yer sürüşməsi, fövqəladə vəziyyət və s.) hallarında tərəflər müqavilə şərtlərinin tam və ya qismən yetirilməsinə görə biri-bir i qarşısında heç bir maddi və digər məsuliyyət daşımırlar və göstərilən hallar aradan qalxanadək müqavilənin icrası dayandırılır”. Cavabdeh BƏƏ-nin “Fly Dubai” avia-şirkətinin Azərbaycanda olan satış təmsilçisidir, əsas fəaliyyəti Bakı-Dabay-Bakı avia-biletlərinin satışından ibarətdir. Məlum olduğu kimi respublikada elan olunmuş xüsusi karantin rejimi ilə əlaqədar Bakı-Dubay-Bakı marşrutu üzrə uçuşlar 2020-ci ilin mart ayından qadağan edilmiş və bununla da cavabdehin fəaliyyəti məhdudlaşmışdır. Cavabdeh pandemiya ilə əlaqədar fəaliyyətinin dayanması və mənfəətinin olmaması barədə iddiaçıya məlumat vermişdir.
15. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 2 fevral tarixli, e-2-2(113)-343/2022 saylı qətnaməsi ilə iddia qismən – 10.343,30 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində təmin edilmişdir (hakim – K.Hüseynov).
16. Məhkəmənin mövqeyi belə olmuşdur ki, cavabdeh 2019-cu il 1 mart tarixli qeyriyaşayış sahəsinin icarəyə verilməsi hqqında müqavilədə (bax yuxarıda §§ 1-2) iddiaçının imzasının olmamasına istinad edərək, müqavilənin etibarsız hesab edilməli olmasını göstərmişdir. Məhkəmə araşdırması zamanı hər iki tərəfin izahatından, eyni zamanda cavabdehin, təqdim etdiyi 2020-ci il 14 dekabr tarixli aktda icarə obyektini 2019-cu il 1 mart tarixli müqavilə üzrə icarəyə götürdüyünü təsdiq etmiş və obyekti 2020-ci il 14 dekabr tarixində boşaltması müəyyən olunmuşdur. Belə olan halda tərəflər arasında müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır.
17. Hazırkı mübahisənin predmetini 2020-ci ilin fevral ayından 2020-ci il 17 sent yabr tarixinə qədər icarə haqqı borcunun olub-olmaması təşkil etdiyindən, müəyyən edilməli olan 2-ci məqam cavabdeh tərəfindən istinad olunan tarixlərdə icarə haqqınının ödənilibödənilməməsindən ibarət olmuşdur. X4 hesabdan çıxarışından görünür ki, cavabdeh tərəfindən 2020-ci il 3 fevral tarixində 2.494 manat, 3 mart tarixində 2.494 manat, 7 aprel tarixində 2.494 manat, 13 may tarixində 2.494 manat icarə haqqı kimi Fardilon Dinarın hesabına köçürülmüşdür. Köçürülmüş məbləğləri sonrakı məhkəmə iclaslarında iddiaçının nümayəndəsi təsdiq etmişdir. Ancaq qalıq 406 manatın ödənilmədiyini bildirmişdir.
18. Vergi qanunvericiliyin tələblərinə görə daşınmaz əmlak üzrə icarə haqqından götürülən gəlir ödəmə mənbəyində tutulan vergiyə aid olmaqla, 14 faiz dərəcəsi ilə vergi tutulur. Hazırki halda da 2.900x14/100=406 manat təşkil etmiş və hüquqi şəxs tərəfindən Bank vasitəsi ilə ödəniş edildiyi halda ödəmə mənbəyində 14 faiz vergi tutulmaqla 2.494 manat köçürülmüşdür.
19. Tərəflər arasında olan müqavilədə vergilərin və digər dövlət ödənişlərinin kim tərəfindən edilməsinə dair şərt olmadığından MM-in normalarına istinad etməklə məsələyə qiymət verilməlidir. Tərəflər arasında vergilərin və digər dövlət ödənişlərinin kim tərəfindən edilməsinə dair şərt olmadığından, adı çəkilən ödənişlərin edilməsi kirayəyə verən tərəfindən edilməldir. Beləliklə, 2.900-406=2494 manat məbləğində Bank vasitəsi ilə edilmiş və köçürmə aparılarkən dərhal 406 manat məbləğində pul dövlət büdcəsinə köçürülmüş və qalıq 2.494 manat iddiaçının hesabına daxil olmuşdur. Beləliklə fevral, mart, aprel, may aylarına dair ödənişlər olduğundan qeyd edilən aylara dair icarə haqqı borcu tələb edilə bilməz.
20. Cavabdeh tərəfin etirazının digər əsası isə, cavabdehin Dubay şəhərinə aviabiletlərin satışı ilə məşğul olduğunu, qeyd edilən aylarda aviareyslərin bağlı olduğunu və bu səbəbdən də icarə haqqlarını ödəməli olmadığını bildirməsidir. Ölkədə olan sərt karantin rejimi dövründə Dubay şəhərinə aviareyslərin bağlı olması fors major halı kimi qiymətləndirilməli deyil. Belə ki, ilk növbədə tərəflər arasında olan müqavilədə sərt karantin rejimi konkret olaraq fors major halı kimi qiymətləndirilməmişdir.
21. Bundan başqa da, sərt karantin rejiminin nə qədər davam edə biləcəyi ehtimalını da müəyyən etməkdə çətinliklər olmuşdur və bu, icarəyə verənin hüquqlarını pozan hal kimi qəbul edilməli deyildir. Çünki icarəyə v erənin Dubay şəhərinə aviareyslər bağlı olsa da, özünə məxsus ticarət obyektini digər fəaliyyətinə icazə verilmiş sahə ilə məxsus olan şəxslərə icarəyə verməklə gəlir əldə etmək imkanı da olmuşdur. Həmçinin nəzərə alınmalıdır ki, MM-in vəzifələrindən biri də, mülki dövriyyəni təmin etməkdir. MM-in “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir k i, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur.
22. İşdən göründüyü kimi, cavabdeh tərəfindən qeyri-yaşayış sahəsi 2020-ci il 14 dekabr tarixdə boşaldılmışdır. Qeyri-yaşayış sahəsinin dekabr ayında boşaldılmasına baxmayaraq iddiaçı iddia ərizəsində 2020-ci il 17 sentyabr tarixinə qədər olan borcun ödənilməsini xahiş edir. Qeyd edilən qeyri-yaşayış sahəsinə dair cavabdeh tərəfindən iyun, iyul, avqust aylarında və sentyabr ayının 17-dək olan ödənişlərin edilməməsi isə işin mübahisələndirilməyən ha lıdır.
23. Beləliklə iyun, iyul, avqust aylarının icarə haqqı 8.700 (2.900x3) manat və sentyabrın 17 dək 1.643,3 (2.900/30x17) manat olmaqla cəmi 10.343,3 manat cavabdehin iddiaçıya ödənilməmiş borcu qalmışdır. Belə olan halda, iddia qismən təmin edilməli, 10.343,3 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
24. İşdə vəkilə ödənilmiş pula dair hər hansı bir sənəd (qəbz) olmadığından hüquqi xidmətə görə vəkilə ödənilmiş 210 manatın tələb edilməsi ilə bağlı iddia tələbi təmin oluna bilməz.
25. Gəldiyi nəticəni məhkəmə MM-in 679-cu, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 96, 100, 124.1-ci, MPM-in 121.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
26. Qətnamə 2022-ci il 4 fevral tarixində iş üzrə tərəflərin nümayəndələrinə məxsus şəxsi elektron kabinetlərinə yerlə şdirilmiş, cavabdeh 2022-ci il 4 mart tarixdə apellyasiya şikayəti verərək qətnamənin iddia tələbinin təmin olunduğu hissədə ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
27. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 6 iyun tarixli 2-2(103)-392/2022 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – iddia tələbinin təmin olunduğu hissədə ləğv edilmiş, yeni qətnamə ilə iddia tələbi həmin hissədə təmin olunmamış, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – V.Məmmədov, hakimlər – R.Qurbanov və V.Baxışova).
28. Məhkəmə kollegiyası bildirmişdir ki, cavabdehin “Fly Dubai” aviaşirkətinin satı ş təmsilçisi olması, icarəyə verənlə arasında olan müqavilə üzrə öhdəliklərini “COVİD-19” pandemiyası səbəbilə ölkədə tətbiq edilən xüsusi karantin rejimi nəticəsində sərnişin daşımalarının və hava nəqliyyatının ölkə ərazisinə giriş-çıxışının dayandırılmasınadək icra etməsi, xüsusi karantin rejimi sərtləşdirildikdən sonra isə fəaliyyətini faktiki olaraq dayandırması işin mübahisəsiz hallarıdır. Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin tətbiq edilməsinə səbəb olan COVİD-19 pandemiyasının 2019-cu il 1 mart tarixli müqavilədə nəzərdə tutulmasa da, fors-major halı kimi qəbul edilib-edilməməsi isə işin mübahisələndirilən halı olmuşdur. Qarşısıalınmaz qüvvə anlayışına MM və bir sıra digər qanunvericilik aktlarında yer verilmişdir ki, qarşısıalınmaz qüvvə və fors-major halı terminləri eyni mahiyyət ifadə edir.
29. İş üzrə fors-major halının mövcud olub-olmamasının müəyyən edilməsi üçün müqavilə şərtlərinə diqqət yetirilməlidir. 2019-cu il 1 mart tarixli müqavilənin 8.1-ci bəndində razılaşdırılmışdır ki, fоrs-mаjоr (daşqın, uçqun, sel, yanğın, yer sürüşməsi, fövqəladə vəziyyət və s.) hallarında tərəflər müqavilə şərtlərini tam və ya qismən yerinə yetirilməməsinə görə bir-biri qarşısında heç bir maddi və digər məsuliyyət daşımırlar və göstərilən hallar aradan qalxanadək müqavilənin icrası dayandırılır. Müqavilədə fors-major hallarının siyahısı açıq tutulmuş, tərəflər bu barədə iradələrini “və s.” sözləri ilə ifadə etmiş, belə bir hal yarandıqda isə birmənalı qaydada bir-biri qarşısında heç bir maddi məsuliyyət daşımayacaqlarını və bu hal aradan qalxanadək müqa vilənin icrasının dayandırılacağını bəyan və qəbul etmişlər. Qanunvericilik normalarının təfsirindən, mübahisəyə və müqaviləyə tətbiqindən çıxan nəticəyə görə, COVİD-19 pandemiyası hazırkı işin tərəflərinə və hallarına münasibətdə fors-major haldır və Müqavilənin 8.1-ci bəndində nəzərdə tutulan “və s.” sözləri bunu da əhatə edir.
30. Lakin karantin rejiminin tətbiq edilməsi özü-özlüyündə fors-major halının baş verməsini şərtləndirmir. Bunun üçün tərəf öz öhdəliyini icra etmək, o cümlədən itkilərin azaldılması üçün bütün mümkün səyləri göstərməlidir ki, fors-major halının baş verdiyinə istinad edə bilsin. Odur ki, karantin rejiminin tətbiqi ilə əlaqədar öz öhdəliyinin icrası ilə bağlı fors-major halına əsaslanan tərəf kimi cavabdeh pozuntunun onun məsul olmadığı haldan irəli gəldiyini, Mü qavilə bağlanarkən həmin halı nəzərə ala, aradan qaldıra və nəticələrini istisna edə bilmədiyi ilə yanaşı, ağlabatan müddətdə qarşı tərəfi mövcud hal barədə məlumatlandırdığını da sübut etməlidir ki, bu şərtlərə iş üzrə əməl olunur.
31. Belə ki, cavabdeh 2020-ci il 20 iyul tarixli bildiriş məktubu ilə iddiaçıya müraciət edərək, Müqavilənin 8.1-ci bəndinə əsasən Bakı-BƏƏ-Bakı aviareyslərinin (bilet satışlarının) bərpa olunacağı tarixə qədər öhdəliklərin icrasının birtərəfli qaydada dayandırdığı barədə məlumat verdiyini iddiaçı mübahisə etmir. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməməklə cavabdeh tərəfindən qeyri-yaşayış sahəsinin 2020-ci il 14 dekabr tarixində boşaldılmasını, 2020-ci ilin iyun ayınadək icarə haqqı ödənişlərinin edilməsini də mübahisə ləndirməmişdir. İddiaçının Müqavilənin icrasının dayandırılması ilə razılaşmaması, bu barədə cavabdehi rəsmi qaydada xəbərdar etməsi, Müqavilənin davam etdirilməməsi niyyəti ilə bağlı hər hansı hüquqi prosedur başlatmasına dair işdə heç bir mötəbər sübut yoxdur. Bu mənada, cavabdehin qüvvədə olan müqavilə şərtlərinə istinad edərək, fors-major halına görə həmin müqavilənin icrasını dayandırması MM-in 448.4-cü maddəsinin dispozitiv tələblərinə uyğun olmuşdur. Başqa sözlə, ölkədə elan olunmuş xüsusi karantin rejimi ilə əlaqədar Bakı-BƏƏ-Bakı uçuşlarının 2020-ci ilin may ayından məhdudlaşdırılması, bu qadağanın 2021-ci il 21 iyun tarixində aradan qalxması nəzərə alınmaqla, pozuntunun cavabdehdən asılı olmayan haldan irəli gəldiyi, onun müqavilə bağlanarkən həmin halı öncədən görə, nəticələrini aradan qaldıra bilməcəyi, bu barədə vaxtında iddiaçıya məlumat verdiyi və bilavasitə icrasının dayandırılması haqqında Müqavilə şərtinə istinad edərək, öhdəliyini icra etmədiyi, sübuta yetirilmişdir.
32. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 390.1, 399.1, 422.1, 448.4, 557.1, 675, 700.1, 700.2-ci, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 1.0.9, 120.1, 120.2ci, “Poçt haqqında” Azərbaycan Respublikası Qanununun 17.4.1-ci, “Energetika haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci, “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci, MPM-in 14.2, “Patent haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci, 77.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin şərh edilməsinə dair” 2018 -ci il 7 sentyabr tarixli Qərarına istinad etməklə əsaslandırmışdır.
33. Apellyasiya məhkəməsinin qətnaməsi 2022-ci il 21 iyun tarixində iş üzrə tərəflərə göndərilmiş və həmin onların nümayəndələrinə məxsus şəxsi elektron kabinetlərdə yerləşdirilmişdir.
34. İddiaçı 2022-ci il 15 avqust tarixdə kassasiya şikayəti verərək həmin qətnamənin ləğv, iddia tələbinin 10.343 manat icarə haqqı və 30 manat dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. II. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
35. MM-in 700.2-ci maddəsi üzrə - Tərəflər arasında bağlanılmış icarə müqaviləsinin 5.1-ci bəndinə görə, bu müqavilə üzrə icarəçi icarə obyektindən istifadəyə görə icarəyə verənə hər ay 2.900 mana t icarə haqqı ödəyir. Göründüyü kimi, müqavilə tələblərinin iddiaçı tərəfindən yerinə yetirilməsinə baxmayaraq, cavabdeh müqavilə öhdəliklərini icra etməmiş, müqavilə üzrə ödənilməsi nəzərdə tutulan 2020-ci ilin iyun, iyul, avqust və sentyabr ayının 17-dək olan icarə haqlarını iddiaçıya ödəməmişdir, apellyasiya instansiyası tərəfindən qeyd olunan qanunun tələbləri pozulmuşdur.
36. MM-in 422-ci maddəsi üzrə - Apellyasiya instansiyası məhkəməsi qətnamədə qeyd olunan maddənin şərh edilməsinə dair 2018-ci il 7 sentyabr tarixli Konstitusiya Məhkəməsinin Plenum qərarına istinad etsə də, nəzərə almır ki, tərəflər arasında müqavilə öhdəlikləri qüvvədə olmuş, cavabdeh müqaviləyə birtərəfli xitam verilməsi və şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi nəticəsində fəaliyyət göstərməsinin mümkün olmama sı barədə iddiaçıya 2020-ci ilin avqust ayında məktub göndərməsinə istinad etsə də, həmin məktubun göndərilməsini təsdiq edən sübutunu məhkəməyə təqdim etməyib, habelə qeyri-yaşayış sahəsini öz sahibliyində və istifadəsində saxlamış və vaxtında iddiaçıya təhvil verməmişdir. İddiaçıya maraqlı deyil ki, cavabdeh həmin qeyri-yaşayış sahəsində təyyarə bileti satır və ya hansısa istehsal sahəsi ilə məşğul olur. Cavabdehin nizamnaməsindən də müəyyən olunur ki, cavabdeh Azərbaycan Respublikasında qanunla qadağan edilməyən istənilən sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər. Bu hal onu sübut edir ki, əgər həqiqətən də cavabdeh yalnız “Fly Dubai” aviaşirkətinin Azərbaycan Respublikasında rəsmi tərəfdaşı və fəaliyyətinin aviabiletlərin satışından ibarət olmasına istinad edirdisə, onda bu halı təsd iq edən sübutlarını məhkəməyə təqdim etməli və apellyasiya instansiyası məhkəməsi bu halı ətraflı araşdırmalı idi. Bundan başqa, cavabdeh həqiqətən də qeyd olunan dövrdə fəaliyyət göstərmirdisə, bu zaman digər şəxslərə, o cümlədən iddiaçıya da maddi zərər vurulmasına səbəb olmamalı idi. Yəni, iddiaçı həmin qeyri-yaşayış sahəni cavabdehdən təhvil alıb, həmin dövrdə sahibkarlıq fəaliyyəti göstərməsi qadağan edilməyən digər şəxslərə icarəyə verə bilərdi. Bu zaman nəzərə almaq lazımdır ki, konkret hansı tarixdə pandemiyanın ləğv edilməsini nə iddiaçının, nədə ki, cavabdehin əvvəlcədən bilməsi mümkün idi. Bu halın qeyri-müəyyən müddətə davam etməsi cavabdehin istədiyi müddətdə müqavilə öhdəliklərinin icrasından yayınmasına qarantiya ola bilməz. Həmçinin tərəf fors-major halını əsas gətirdiyi ha lda, apellyasiya instansiyası məhkəməsi şəraitin əhəmiyyətli dərəcədə dəyişməsinə istinad edir. Halbuki fors major halları müqavilənin 8.1-ci bəndində konkret nəzərdə tutulmuş, həmin dövrdə daşqın, uçqun, sel, yanğın, yer sürüşməsi, fövqəladə vəziyyət, həmçinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinin mümkünsüzlüyü barədə digər hal müəyyən edilməmişdir. Məhkəmə kollegiyasının istinad etdiyi hal, yəni cavabdehin “Fly Dubai” aviaşirkətinin rəsmi tərəfdaşı olması onu deməyə əsas vermir ki, cavabdeh digər aviaşirkətlərin biletlərinin satışını həyata keçirə bilməz, habelə qanunla qadağan olunmayan digər sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilməz.
37. MM-in 399.1-ci maddəsi üzrə - Tərəflər arasında bağlanılmış icarə müqaviləsi 2019cu il 1 mart tarixindən qüvvəyə minmiş və 2022-ci il 28 fevral tarixinədək qüvvədə olmuşdur. Həmin müqavilənin 6.3-cü bəndində bu müqavilənin şərtlərinin dəyişdirilməsinə və ya ona əlavələr olunmasına tərəflərin razılığı ilə yol verilməsi qaydası müəyyən edilmişdir ki, cavabdeh həmin müqaviləyə əlavə və ya müqavilədə nəzərdə tutulmuş şərtlərin dəyişdirilməsi barədə iddiaçıya hər hansı formada müraciət etməmişdir. Cavabdehin icarəyə götürdüyü qeyri-yaşayış sahəsində hər hansı fəaliyyətlə məşğul olması iddiaçını maraqlandırmır və bu hal tərəflər arasında mövcud olan müqavilədə də nəzərdə tutulmayıb. Cavabdeh iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsini istəyir boş saxlasın, istəyir oradan anbar kimi istifadə etsin, ya kafe və ya qanunla qadağan edilməyən digər fəaliyyətlə məşğul olub qazanc əldə etsin. İddiaçının yeganə marağı mülkiyyətin də olmaqla icarəyə verdiyi sahənin icarə haqqını vaxtlı-vaxtında almasıdır ki, bu hal cavabdeh tərəfindən pozulmuş, məhkəmə isə qanunvericiliyin tələblərini birtərəfli qaydada əsaslandırmışdır.
38. MM-in 448.4-cü maddəsi üzrə - Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyin məhz onun cavabdeh olmadığı haldan irəli gəlməsini sübut edə bilməmiş, yalnız ölkədə baş verən pandemiyaya istinad etmişdir. Halbuki onun Bakı-Dubay-Bakı istiqaməti üzrə bilet satışından əlavə, digər istiqamətlərə də bilet satıb-satmaması, habelə digər sahibkarlıq fəaliyyəti ilə məşğul olub-olmaması araşdırma predmeti olmamışdır. Habelə qanunvericilik digər fəaliyyətlə məşğul olmasını cavabdehə qadağan etməmişdir. Cavabdehə məlum idi ki, o müqavilənin 5.1-ci bəndinə uyğun olaraq hər növbəti ayın biri tarixində əvv əlcədən icarəyəverənə nağd və ya hesabına köçürmə yolu ilə 1 aylıq icarə haqqını ödəməlidir. Belə olan vəziyyətdə cavabdehin yalnız 2020-ci ilin avqust ayında 1 dəfə pretenziya göndərməklə kifayətlənməsi ona icarə haqqını ümumiyyətlə ödəməmək səlahiyyətini vermir.
39. MPM-in 14.1-ci maddəsi üzrə - Apellyasiya instansiya məhkəmələri tərəfindən sübutlar səthi araşdırılmış, iddianın rədd edilməsini, habelə cavabdehin digər sahibkarlıq fəaliyyəti ilə məşğul olmamasını təsdiq edən hər hansı sübutunun olmaması nəzərə alınmamışdır.
40. MPM-in 77.1-ci maddəsi üzrə - Cavabdeh tərəf öz tələbinin əsası kimi istinad etdiyi heç bir halı sübut edə bilməyib. Əksinə, işdə olan sübutlarla müəyyən edilib ki, cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri tam icra etməmiş və nəzərdə tutulmuş icarə haqla rını iddiaçıya ödəməmişdir. Məhkəmə cavabdehin apellyasiya instansiyasına təqdim etdiyi 2020-ci il 20 iyul tarixli bildirişə istinad etsə də, ümumiyyətlə belə bir bildirişin iddiaçıya göndərilməsini və hansı tarixdə təqdim edilməsini araşdırmamışdır. Ən azından, bildirişin surətinə vizual baxışdan müəyyən olunur ki, bildirişdə ümumiyyətlə iddiaçının faktiki və ya qeydiyyatda olduğu ünvan göstərilməyib. Belə olan halda, bu bildiriş hansı ünvana göndərilib, məlum deyil. Ən azından, belə bir bildiriş mövcud olduğu halda, məhkəmə həmin bildirişin təqdim olunma tarixinədək olan dövr üzrə niyə icarə haqlarının ödənilməli olmasını nəzərə almır. Hansı ki, müqavilə öhdəlikləri üzrə icarə haqlarının birtərəfli qaydada dayandırlmalı olması halı qanunvericilikdə nəzərdə tutulmayıb. Ən azından, məhkəmə həmin bildirişi əsaslı sübut kimi qəbul edirdisə, onda həmin bildirişin də məhz poçt vasitəsilə iddiaçıya təqdim edilməsi barədə sübutu da tələb etməli idi.
41. MM-in 218.1-ci maddəsi üzrə - Apellyasiya instansiyası məhkəməsi iddiaçının təqdim etdiyi sübutu görməzdən gələrək, qarşı tərəfin xeyrinə əsassız qətnamə qəbul etmişdir. Hansı ki, cavabdeh pandemiya dövründə hər hansı sahibkarlıq fəaliyyəti ilə, habelə Bakı-Dubay-Bakı reysindən əlavə digər istiqamətlərdə bilet satışı ilə məşğul olubolmaması və gəlir əldə etməməsi barədə hər hansı sübut məhkəməyə təqdim etməyib. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
42. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. III. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
43. Kassasiya şikayəti vaxtında, yəni apellyasiy a instansiyası məhkəməsinin qətnaməsinin verildiyi gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətlərinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
44. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
45. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansi yası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. IV. TƏTBİQ EDİLƏN HÜQUQ
46. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər....” “Maddə
399. Müqavilənin qüvvəsi 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur....” “Maddə
422. Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin dəyişdirilməsi və ləğv edilməsi 422.1. Tərəflərin müqavilə bağlayarkən əsas götürd ükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur....” “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti... 448.4. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyin i, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır....” “Maddə
557. Dövlət və ya bələdiyyə orqanının aktına əsasən öhdəliyin xitamı 557.1. Dövlət və ya bələdiyyə orqanının qəbul etdiyi akt nəticəsində öhdəliyin icrası tamamilə və ya qismən qeyri-mümkün olduqda, öhdəliyin icrası müddəti uzadıldıqda öhdəliyə tamamilə və ya müvafiq hissədə xitam verilir. Bu halda dövlət və ya bələdiyyə vurulmuş ziyanla əlaqədar verilə bilən iddialar üzrə reqressant qismində çıxış edir və bunun nəticəsində zərər çəkmiş tərəflər bu Məcəllənin 19 və 22-ci maddələrinə uyğun olaraq zərərin əvəzinin ödənilməsini tələb edə bilərlər....” “Maddə
675. Əmlak kirayəsi müqaviləsi Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.” “Maddə
700. İcarə müqaviləsi 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər....”
47. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Gömrük Məcəlləsinin müvafiq müddəalarında “ M a d d ə
1. Bu Məcəllədə istifadə olunan əsas anlayışlar... 1.0.9. fors-major hallar – baş verməsi əvvəlcədən ehtimal edilməyən və müvafiq şəraitdə qarşısının alınmasının mümkün olmaması nəticəsində şəxslərin öz öhdəliklərini yerinə yetirməsinə maneçilik törədən, ləngidən fövqəladə hallar, təbii fəlakətlər, yaxud ictimai-siyasi hadisələr;...” “ M a d d ə
120. Malların xüsusi şəraitdə çatdırılması 120.1. Fors-major halların yaranması nəticəsində bu Məcəllənin 119.1-ci maddəsi ilə müəyyən edilmiş öhdəliklərini yerinə yetirə bilməyən şəxs, yaxud onun maraqlarından çıxış edən şəxs bu barədə gömrük orqanlarını təxirə salınmadan məlumat landırmalıdır. Belə hallarda mallar tam itkiyə məruz qalmadıqda, gömrük orqanlarına onların dəqiq yeri barədə məlumat verilməlidir. 120.2. Bu Məcəllənin 119.5-cı maddəsində göstərilən nəqliyyat vasitəsi fors-major hallarında keçdiyi gömrük ərazisində məcburi dayanması ilə əlaqədar bu Məcəllənin 119.1ci maddəsi ilə müəyyən edilmiş öhdəliyi yerinə yetirilmədikdə, həmin nəqliyyat vasitəsinə görə məsul şəxs bu barədə gömrük ərazisində qaldığı və təyinat gömrük orqanlarını təxirə salınmadan məlumatlandırmalıdır....” 48. “Poçt haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “ M a d d ə 1
7. Poçt rabitəsi operatorlarının məsuliyyəti... 17.4. Poçt rabitəsi operatorları aşağıdakı hallarda istifadəçilər qarşısında məsuliyyət daşımırlar: 17.4.1. poç t göndərişinin itirilməsi, içərisindəkilərin xarab olması, zədələnməsi və ya çatışmazlığı fors-major hadisəsi nəticəsində baş verdikdə;...” 49. “Energetika haqqında” Azərbaycan müddəalarında aşağıdakılar nəzərdə tutulur: Respublikası Qanununun müvafiq “ M a d d ə 1
1. Vurulmuş ziyanın ödənilməsi üzrə öhdəliklər...
3. Vurulmuş ziyanın səbəbi enerji qurğusunun sahibinin fəaliyyəti ilə əlaqədar olmadıqda və bu ziyanın qarşısının alınması və ya nəticələrinin aradan qaldırılması mümkün olmadıqda (fors-major halları), o, vurulmuş ziyanın ödənilməsi vəzifəsindən azad olunur....” 50. “Patent haqqında” Azərbaycan müddəalarında aşağıdakılar nəzərdə tutulur: Respublikası Qanununun müvafiq Maddə
20. Məcburi lisenziya və patent sahibinin razılığı olmadan digər istifadə halları...
2. Aşağ ıdakı şərtlərə riayət etməklə, hüquq sahibinin razılığı olmadan patent obyektindən dövlət və ya onun müvəkkil etdiyi şəxslər tərəfindən digər istifadə hallarına yol verilə bilər: 2.1. bu cür istifadəyə icazənin verilməsi patent obyektinin fərdi xüsusiyyətlərinə əsaslanmalıdır; 2.2. bu cür istifadədən əvvəl müraciət etmiş istifadəçinin məqbul kommersiya şərtləri ilə hüquq sahibindən razılıq almaq cəhdləri uğursuzluqla nəticələnmişdirsə istifadəyə icazə verilə bilər. Bu şərtə fövqəladə hallarda və ya digər fors-major hallarında, habelə dövlətin qeyri-kommersiya məqsədləri üçün hüquqdan istifadə etdiyi hallarda riayət olunmaya bilər. Belə olduqda patent hüququnun sahibinə ən qısa müddətdə məlumat verilməlidir;...”
51. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Koronavirus (COVİD-19) in feksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” 2020-ci il 30 mart tarixli 120 nömrəli Qərarı ilə Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa, digər istiqamətlər üzrə fəaliyyət xx.xx.2020-ci il saat 00:00-dan 31 may 2020-ci il saat 00:00-dək dayandırılmışdır.
52. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” 2020-ci il 16 may tarixli 178 nömrəli Qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “1. 2020-ci il 30 sentyabr tarixində saat 00:00-dək Azərbaycan Respublikasının ərazisində tətbiq edilən xüsusi karantin rejimi dövründə aşağıdakı məhdudiyyətlər qüvvəsini saxlayır və həmin məhdudiyyətlərdən başqa, digər iş, xidmət sahələrində və istiqamətlərdə fəaliyyətə icazə verilir: 1.1. yük daşımaları istisna olmaqla, ölkə ərazisinə yerüstü və hava nəqliyyatı ilə giriş-çıxışın dayandırılması; 1.2. ölkənin şəhər və rayonlarından yerustü və hava nəqliyyatı ilə sərnişin daşımalarının dayandırılması.... 2. “Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 120 nömrəli Qərarı ləğv edilmişdir....”
53. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli 173 nömrəli Qərarı ilə “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarında dəyişikliklər edilmiş, Qərara aşağıdakı məzmunda 2.5-2-ci bənd əlavə edilmişdir: “2.5-2. 2021-ci il 21 iyun tarixindən hava nəqliyyatı vasitəsilə aşağıdakı ölkələrin vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına giriş-çıxışına bu Qərarın 2.5-1.1-ci və 2.5-1.3-cü bəndlərinin tələbləri nəzərə alınmaqla icazə verilir: 2.5-2.1. X1; 2.5-2.2. Böyük Britaniya və X2 Krallığı; 2.5-2.3. Macarıstan Respublikası; 2.5-2.4. İsrail Dövləti; 2.5-2.5. X3; 2.52.6. Bəhreyn Krallığı; 2.5-2.7. Qətər Krallığı.”
54. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plen umunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin şərh edilməsinə dair” 2018-ci il 7 sentyabr tarixli Qərarında göstərilmişdir ki: “Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsini qarşısıalınmaz qüvvədən (fors-major hadisə) fərqləndirmək lazımdır. Belə ki, qarşısıalınmaz qüvvə müqavilə öhdəliklərinin icrasını qeyri-mümkün etdiyi halda, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi öhdəliklərin son dərəcə ağır şərtlərlə icrasını şərtləndirir və onun icrası imkanını aradan qaldırmır. Bu halda öhdəliyin icrası mümkündür. Lakin bu cür icra tərəflərdən biri və ya müqavilədə iştirak edən bütün tərəflər üçün müqaviləni bağladıqları an mövcud olmuş şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi səbəbindən iqtisadi cəhətdən yüklü olur. Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi dedikdə, müqavilənin ba ğlandığı vaxt ölkədə mövcud olan, tərəflərdən asılı olmayan iqtisadi, hüquqi və digər faktorların əhəmiyyətli dərəcədə dəyişməsi başa düşülməlidir.”
55. Azərbaycan Respublikası Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmə lidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessua l hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” V. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
56. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini (bax yuxarıda §§ 35-41) iş materialları ilə birgə araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 6 iyun tarixli 2-2(103)-392/2022 saylı qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır.
57. Kassatorun dəlillərinin bir qismi onunla bağlı olmuşdur ki, cavabdeh müqaviləyə birtərəfli xitam verilməsi və şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi nəticəsində fəaliyyət göstərməsinin mümkün olmaması barədə iddiaçıya 2020-ci ilin avqust ayında məktub göndərməsinə istinad et sə də, həmin məktubun göndərilməsini təsdiq edən sübutunu məhkəməyə təqdim etməmişdir. Məhkəmə 2020-ci il 20 iyul tarixli həmin bildirişə istinad etsə də, ümumiyyətlə belə bir bildirişin iddiaçıya göndərilməsini və hansı tarixdə təqdim edilməsini araşdırmamışdır.
58. Məhkəmə kollegiyası sözügedən bildirişin göndərilməsini təsdiq edən sübutun olmamasını, məhkəmənin ümumiyyətlə belə bir bildirişin iddiaçıya göndərilməsini və hansı tarixdə təqdim edilməsini araşdırmamasına dair dəlillərlə razılaşmır.
59. Belə ki, ən azından, hazırkı iş üzrə iddia ərizəsinə əlavə olunmuş 2020-ci il 1 sentyabr tarixli pretenziya məktubundan açıq-aydın görünür ki, həmin bildiriş iddiaçıya çatdırılmışdır.
60. Bundan başqa, iddiaçı tərəfin, cavabdehin 2020-ci il 20 iyul tarixli bildirişinin ona çatdırılmasını ha zırkı məhkəmə icraatının əvvəlki mərhələlərində mübahisələndirməsi iş materiallarından görünmür.
61. Odur ki, məhkəmə kollegiyasının qənaətinə görə, apellyasiya instansiyası məhkəməsi öz qətnaməsində “cavabdeh xx.xx.2020-ci il tarixli bildiriş məktubu ilə iddiaçıya müraciət edərək, Müqavilənin 8.1-ci bəndinə əsasən Bakı-BƏƏ-Bakı aviareyslərinin (bilet satışlarının) bərpa olunacağı tarixə qədər öhdəliklərin icrasının birtərəfli qaydada dayandırdığı barədə məlumat verdiyini iddiaçı mübahisə etmir” qeyd edərkən hər hansı pozuntuya yol verməmişdir.
62. Bununla belə, məhkəmə kollegiyası COVİD-19 pandemiyasının hazırkı işin hallarına münasibətdə fors-major halı olması hissəsində apellyasiya instansiyası məhkəməsi ilə razılaşsa da (odur ki, məhkəmə kollegiyası həmin məsələ ilə bağlı kassatorun mü vafiq dəliləri üzrə təkrar hüquqi dəyərləndirmə aparmağa prosessual qənaət prinsipi baxımından lüzum görmür), hesab edir ki, cavabdehin mübahisə predmeti olan bütün dövr (2020-ci ilin iyun-avqust ayıları və 17 sentyabr tarixinədək olan dövr) ərzində icarə haqlarının ödənilməsi vəzifəsindən azad edilməli olmasına dair məhkəmənin gəldiyi nəticə qismən əsaslı olmamışdır.
63. Belə ki, apellyasiya instansiyası məhkəməsinin özünün də istinad etdiyi MM-in 448.4-cü maddəsinin (bax yuxarıda § 46) tələblərindən məlum olur ki, borclu öhdəliyin icrasına imkan verməyən maneədən xəbərdardırsa, bu barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır.
64. Göründüyü kimi, bu qəbi ldən olan işlərdə borclunun fors-major hadisəsi barədə kreditora dərhal, yəni həmin hadisə borcluya məlum olan kimi xəbər verməsi onun məsuliyyətdən azad edilməsi üçün həlledici rol oynayır.
65. Hazırkı halda isə iş materiallarından görünür ki, cavabdeh ölkədə elan olunmuş xüsusi karantin rejimi ilə əlaqədar Bakı-BƏƏ-Bakı uçuşlarının Nazirlər Kabinetinin müvafiq qərarı (bax yuxarıda § 52) ilə 2020-ci ilin may ayından məhdudlaşdırıldığını bildiyi halda, iyun ayınadək aylıq icarə haqlarının ödənilməsini davam etdirmiş, iyun, iyul ayları üçün ödəniş etməmiş və yalnız iyulun sonunda, yəni müvafiq sahədə məhdudiyyət tədbiri tətbiq olunduqdan iki aydan artıq vaxt keçdikdən sonra iddiaçıya məlum bildirişi göndərmiş, beləlikə də MM-in 448-ci maddənin imperativ şərtinə əməl etməmişdir.
66. Belə ola n halda, məhkəmə kollegiyası hesab edir ki, MM-in 448.4-cü maddəsinin tələbləri baxımından, cavabdehin 2020-ci ilin iyun və iyul aylarına görə, yəni sözügedən bildiriş cavabdehə göndərilənədək icarə haqlarının ödənilməsi vəzifəsindən azad edilməli olduğu qənaətinə gələrkən apellyasiya instansiyası məhkəməsi səhvə yol vermişdir.
67. Kassatorun dəlillərinin digər qismi onunla bağlı olmuşdur ki, cavabdeh öz nizamnaməsinə uyğun olaraq qanunla qadağan edilməyən istənilən sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər. Əgər cavabdeh öz fəaliyyətinin həqiqətən də yalnız “Fly Dubai” aviaşirkətinin tərəfdaşı kimi, Bakı-BƏƏ-Bakı istiqamətində aviabiletlərin satışından ibarət olmasına istinad edirdisə, onda bu halı təsdiq edən sübutlarını məhkəməyə təqdim etməli və apellyasiya instansiyası məhkəməsi bu halı ətraflı araşdırmalı idi.
68. Məhkəmə kollegiyası kassatorun həmin dəlilləri ilə də razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi öz qətnaməsində sözügedən dəlillərdə göstərilən məsələlərə ümumiyyətlə öz münasibətini bildirməmiş, cavabdehin müvafiq dövrdə digər sahibkarlıq fəaliyyəti ilə məşğul olub-olmaması istiqmətində bank, vergi və s. sənədlər əsasında hüquqi dəyərləndirmə aparmamışdır.
69. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi MPM-in 88-ci maddəsinin (bax yuxarıda § 55) tələblərini pozaraq işdə olan sübutları əlaqəli şəkildə düzgün qiymətləndirməmiş, nəticədə MPM-in 217.1-ci maddəsinə (bax yuxarıda § 55) zidd olaraq əsassız qətnamə qəbul etmişdir. Odur ki, həmin qətnamə ləğv edilməli dir.
70. Yeni apellyasiya baxışı zamanı məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmalı, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etməlidir.
71. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 6 iyun tarixli 22(103)-392/2022 saylı qətnaməsi ləğv edilsin. İş yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.