Məhkəmə qərarları › İş №2-2(102)-687/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-687/2023

06.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-687/2023 06.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və X1 qarşı iş üzrə QƏRAR Açar sözlər: apellyasiya şikayətinin mümkün hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmmədli oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və X1 qarşı borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s. tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 17 oktyabr tarixli 22(103) -858/2023 nömrəli qərardadından cavabdeh X2 tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İ. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı ASC (bundan sonra – “iddiaçı”) cavabdehlər Cavabdeh1 və X1 (bundan sonra birlikdə – “cavabdehlər”, ayrı-ayrılıqda müvafiq olaraq - “Cavabdeh1”, “İ.Yeqanlı”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 iddiaçının xeyrinə 23.833,84 manat əsas, 4.401,91 manat faiz, əsas borc məbləğinə hesablanmış illik 5 faizə görə 803,72 manat olmaqla, cəmi 28.539,47 manat məbləğində pul, 200 manat mediasiya xərci və bildirişin qeydiyyatı ilə bağlı 40 manat ödənişin tutulması, tutmanın mənzilə yönəldilməsi, ipoteka predmetinin açıq hərrac vasitəsilə satılması və bankın kredit tələbinin satılmış əmlakın hesabına ödənilməsi, ipoteka predmeti olan İ.Yeqanlıya məxsus mənzilin ilkin satış qiymətinin müəyyən edilməsi, həmin mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan İ.Yeqanlı və digər şəxslərin 1 ay ərzində həmin evi tərk etmədikləri halda, onların məcburi qaydada çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

2. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 25 iyun tarixli e-2-2(113)-1158/2023 nömrəli qərardadı ilə iddiaçının cavabdehlərə qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi və s. tələbinə dair iş üzrə icraata mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan İ.Yeqanlı və digər şəxslərin 1 ay ərzində həmin evi tərk etmədikləri halda, onların məcburi qaydada çıxarılması hissəsində xitam verilmişdir (hakim – Z.Axundova).

3. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 25 iyun tarixli e-2-2(113)-1158/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmişdir (hakim – Z.Axundova).

4. İ.Yeqanlı həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv edilməsi və yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

5. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 29 avqust tarixli 2-2(103)-858/2023 nömrəli qərardadı ilə apellyasiya şikayəti mümkün hesab edilmişdir (sədrlik edən hakim – R.Qurbanov, hakimlər – X.Sarıyev və V.Baxışova).

6. Həmin qərardad Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 17 oktyabr tarixli 2-2(103)-858/2023 nömrəli qərardadı ilə ləğv edilmiş, apellyasiya şikayətinə apellyasiya qaydasında baxılmas ı qeyri-mümkün hesab olunmuşdur (sədrlik edən hakim – R.Qurbanov, hakimlər – A.Hüseyn və V.Baxışova).

7. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya şikayətindəki tələblər tam göstərilməmişdir. Məhkəmə iclasında cavabdeh tərəfə apellyasiya şikayətindəki tələblərini dəqiqləşdirməsi üçün vaxt verilmişdir. İ.Yeqanlının nümayəndəsi apellyasiya şikayətinə əlavə təqdim edərək, apellyasiya şikayətində tələbin – “birinci instansiya məhkəməsinin qətnaməsinin əsas, faiz və ipoteka predmetinin likvid qiymətinin müəyyən olunması hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul olunması və iddiaçının ipoteka predmetinə tutmanın yönəldilməsi hissəsində iddia tələbinin rədd edilməsi” kimi qəbul olunmasını xahiş etmişdir.

8. Göründüyü kimi, apellyasiya şikayətindəki tələb qi smən - ipoteka predmetinə tutmanın yönəldilməsi hissəsində dəqiqləşdirilsə də, digər - əsas və faiz borcunun tutulması hissələrində tələblər qeyri-müəyyən olaraq qalmışdır. Belə ki, həmin hissədə yeni qətnamə qəbul edilməsi göstərilmiş, lakin mübahisənin həlli ilə bağlı nə barədə qərarın qəbul olunmasına dair tələblər dəqiq göstərilməmişdir.

9. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 361.1, 363.1, 363.1.1-1 və 366.2ci maddələrinə, 2 saylı Əlavəsinə istinad etməklə əsaslandırmışdır.

10. İ.Yeqanlı həmin qərardaddan kassasiya şikayəti verərək onun ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

11. MPM-in 366.1, 366.2 və 366.3-cü maddələrinin tələbləri pozulmuşdur. Apellyasiya şikayəti prosessual əsaslar olduğundan icraata qəbul olunmuşdur. Sonradan apellyasiya şikayətinə mahiyyəti üzrə baxmalı olan məhkəmə tərkibinin apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi qənaətinə gəlməsi əsassızdır. Apellyasiya şikayəti MPM-in 2 saylı Əlavəsinə tam uyğun verilmişdir. Apellyasiya şikayəti verən şəxsin tələbi hissəsində tələblər aydın göstərilmişdir. Yəni, məhkəmə aktının tam və ya qismən ləğv edilməsinə və yaxud dəyişdirilməsinə, mübahisənin həlli ilə bağlı nə barədə qərarın qəbul olunmasına dair tələblər dəqiq bildirilmişdir.

12. MPM-in 367.1 və 367.2-ci maddələrinin tələbləri pozulmuşdur. Apellyasiya m əhkəməsi apellyasiyanı mümkün hesab edəndən sonra işdə iştirak edən şəxslərə apellyasiya şikayətini və ona əlavə edilən sənədləri rəsmi qaydada göndərmişdir. İddiaçının apellyasiya şikayətinə qarşı etiraz və ya izahatları məhkəməyə daxil olmamışdır.

13. MPM-in 372.1-ci maddəsinin tələbi pozulmuşdur. Məhkəməyə cavabdeh tərəfindən 2023-cü il 16 oktyabr tarixində verilmiş vəsatət məhz əsas və faiz borcunun və ipotekanın likvid qiymətinin müəyyən edilməsi ilə bağlı olmuşdur. Cavabdehin bu prosessual hüququndan istifadəsi məhz həqiqətin aşkara çıxarılmasına yönəlmiş, məhkəmə isə həqiqətin aşkara çıxarılmasına şərait yaratmamışdır.

14. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.Bayramovun şikayəti üzrə 2011-ci il 9 iyun tarixli Qərarında müəyyən olunanlara riayət olunmamışdır. P roses iştirakçılarının hüquq və vəzifələrinin həyata keçirilməsinə, nəticədə işin ədalətli həllinə yönəlmiş qaydalardan irəli gələrək, məhkəmə aktlarından apellyasiya və kassasiya qaydasında şikayət vermək hüququnun təmin olunması, çıxarılmış məhkəmə aktlarının qanuniliyinin, əsaslılığının obyektiv və hərtərəfli yoxlanılmasına xidmət edir.

15. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsas, faiz və ipoteka predmetinin likvid qiymətinin müəyyən edilməsi hissəsində ləğv olunması və həmin hissədə yeni qətnamənin qəbul edilməsi ilə bağlı apellyasiya şikayətinin tələbində qeyri-müəyyənlik mövcud deyil. Apellyasiya məhkəməsi mübahisələndirilən hissədə yeni qətnamənin qəbul edilməsi ilə bağlı qeyri-müəyyənliyin nədən ibarət olmasını əsaslandıra bilməmişdir.

16. Bundan başqa, İ.Yeqanlı apellyas iya şikayətində ekspertiza rəyi ilə razılaşmamış və razılaşmamanın əsasını şikayətinin dəlillərində qeyd etmişdir.

17. İddia tələbində mənzilin ilkin satış qiymətinin müəyyən edilməsi tələbi qoyulmuşdur ki, bu tələb özlüyündə qeyri-müəyyən tələbdir. Buna baxmayaraq, məhkəmə iddia ərizəsini icraata qəbul etmişdir. İlkin satış qiyməti barədə iddiaçı özünün qiymətləndirməsini təqdim etməli idi. Lakin, məhkəmə iddiaçının qeyri-müəyyən iddia tələbindən irəli gələn bu vəzifəni üzərinə götürmüş, qiymətləndirmə təyin etmiş və qiymətləndirmə şirkəti mənzilə baxış keçirmədən qiymət müəyyən etmişdir. İ.Yeqanlı ilkin satış qiymətini apellyasiya şikayətində bu səbəbdən mübahisəndirmişdir.

18. Apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in tələblərinin pozulması nəticəsində İ.Yeqanlının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində təsbit olunan hüquq və azadlıqların məhkəmə müdafiə hüququ pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. İİİ. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır. İV. TƏTBİQ EDİLƏN HÜQUQ

21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə 2 saylı Əlavənin “Apellyasiya şikayəti verən şəxsin tələbi” adlı 12-ci bəndində nəzərdə tutulmuşdur ki, bu hissədə apellyasiya şikayəti verən şəxs özünün tələblərini aydın göstərməli, yəni, məhkəmə aktının tam və ya qismən ləğv edilməsinə və yaxud dəyişdirilməsinə və mübahisənin həlli ilə bağlı nə barədə qərarın qəbul edilməsinə dair tələblərini dəqiq bildirməlidir.

22. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

361. Apellyasiya şikayətinin məzmunu 361.1. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir:... 361.1.4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi;...” “Maddə

363. Apellyasiya şikayətinin qaytarılması 363.1. Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır:... 363.1.1-1. apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə;...” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” V. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 17 oktyabr tarixli 2-2(103)-858/2023 nömrəli qərardadı ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

24. Apel lyasiya məhkəməsinin mövqeyi belə olmuşdur ki, cavabdeh apellyasiya şikayətində mübahisənin həlli ilə bağlı nə barədə qərarın qəbul edilməsinə dair tələbləri dəqiq göstərilməmişdir.

25. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq bildirir ki, apellyasiya məhkəməsi tərəfindən əvvəlcə apellyasiya şikayəti icraata qəbul olunmuş, daha sonra prosessual səlahiyyətlər çərçvəsində şikayət baxışdan çıxarılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən həm apellyasiya şikayətinə əlavə verilməklə, həm də məhkəmənin 2023-cü il 17 oktyabr tarixli iclasında tələbi dəqiqləşdirilərək birinci instansiya məhkəməsinin qətnaməsinin əsas, faiz və ipoteka predmetinin likvid qiymətinin müəyyən edilməsi hissəsində ləğv olunması və ipoteka predmetinə tutma yönəl dilməsi hissəsində iddia tələbinin təmin olunmaması xahiş cavabdehin apellyasiya şikayətində onun tələbinin nədən ibarət olması sonradan da olsa dəqiqləşmişdir.

26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərçörək” İstehsalat Birliyinin 18 saylı müəssisəsinin direktoru Rauf Əfəndiyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 1 may 2019-cu il tarixli qərardadının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2019-cu il 24 dekabr tarixli Qərarında qeyd edilir ki, “...məhkəmə əlçatanlığı prinsipi ədalətli və qanuna uyğun həyata keçirilməli olan ədalət mühakiməsi konsepsiyasının əsasını təşkil etməklə hər kəsin məhkəmə müdafiəsi hüququndan istifadəsini məhdudlaşdıran və ya istisna edən maneələrin aradan qaldırılmasına yönələn dövlət siyasətinin elementlərinin məcmusu kimi çıxış edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında da məhkəmə əlçatanlığı prinsipi ilə bağlı mövqeyini bildirmişdir. Avropa Məhkəməsi qeyd etmişdir ki, prosessual normaların tətbiqi zamanı məhkəmələr tərəfindən icraatın ədalətliliyinə mənfi təsir edə biləcək ifrat formallıqdan qaçılmalıdır. Prosessual normaların ciddi tətbiqi bəzən məhkəməyə əlçatanlıq hüququnun əsl mahiyyətinə xələl gətirə bilər (Valçli Fransaya qarşı iş üzrə 2007-ci il 26 iyul və Laberger Fransaya qarşı iş üzrə 2006-cı il 26 sentyabr tarixli Qərarlar)”.

27. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin “apellyasiya şikayətinin qeyrimümkün hesab edilməsi” barədə gəldiyi nəticə “məhkəmə əlçatanlığı” prinsip indən kənarlaşmaya səbəb olmaqla bərabər, cavabdehin məhkəmə qətnaməsindən şikayət vermək hüququnun məhdudlaşdırılmasına gətirib çıxara bilər.

28. Qeyd edilənlərə əsasən, işə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsaslı olduğundan təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 17 oktyabr tarixli 2-2(103)-858/2023 nömrəli qərardadı ləğv edilməli, iş yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

29. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh X3 tərəfindən verilmiş kassasiya şikayəti təmin olunsun. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 17 oktyabr tarixli 2-2(103)- 858/2023 nömrəli qərardadı ləğv edilsin. İş yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar