Məhkəmə qərarları › İş №2-2(102)-687/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-687/2025

11.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mül
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-687/2025 11.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: podrat müqaviləsi, öhdəliyin pozulması (və ya lazımınca icra edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qurbanov Raqib Əliddin oğlunun məruzəsi ilə, hakimlər Şamayev Elşad Yaquboviç və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı “müqavilədən irəli gələn öhdəliklərin icrası və xidmət haqqının ödənilməsi” tələbinə dair iş üzrə Naxçıv an Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 4 iyul tarixli 2-2(108)-26/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. İcraçı İddiaçı MMC ilə sifarişçi Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi arasında “çat qaynaq xidmətlərinin göstərilməsi haqqında” 2021-ci il 26 oktyabr tarixli 02/2021 nömrəli müqavilə bağlanmışdır. Müqaviləyə əsasən icraçı Naxçıvan Şəhəri Heydər Əliyev prospekti 6 mərtəbəli 44 mənzilli yaşayış binasının dam örtüyünün vurulması işlərini görməyi, sifarişçi isə həmin xidmətlərin haqqını ödəməyi öz öhdəsinə götürmüşdür. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) c avabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanılmış 2021-ci il 26 oktyabr tarixli 02/2021 nömrəli xidmət müqaviləsindən irəli gələn öhdəliklərin sifarişçi cavabdeh tərəfindən tam icra olunması, həmin müqavilədən yaranmış və ödənilməyən 24.278 manat pulun (xidmət haqqının), həmçinin dövlət rüsumu üçün ödənilmiş 164 manat olmaqla, ümumilikdə 24.442 manat pulun cavabdehdən alınaraq iddiaçıya qaytarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

3. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı müqavilədən irəli gələn öhdəliklərini tam və lazımı formada icra etmiş, lakin cavabdeh xidmət haqqını tam ödəməmiş, yəni müqavilədən irəli gələn öhdəl iyini tam və lazımi formada icra etməmişdir. Müvafiq xidməti təhvil verilmiş, lakin cavabdeh xidmət haqqını tam formada ödəməmişdir. Müvafiq Forma 2 sənədlərinə əsasən ödənişlər olsa da, müvafiq müqavilə və 2022-ci il 25 noyabr tarixli Forma 2 sənədinə əsasən 24.278 manat xidmət haqqı hələ də ödənilməmiş, cavabdehə iddiaçı tərəfindən müraciətlər olunsa da, ödənişlərin ödənilməsindən imtina edilmişdir. Bununla bağlı yazılı formada da cavabdehə pretenziya məktubu ünvanlanmış, lakin ödənişin ödənilməsindən imtina olunmuşdur.

4. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddia ərizəsində göstərilən qalıq borcun ödənilməməsinin səbəbləri mövcud olmuşdur. Belə ki, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin “Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi nə sifarişi əsasında 2022-ci ildə podratçı təşkilatlar tərəfindən icra edilmiş, lakin dəyəri ödənilməmiş tikinti-quraşdırma işlərinin, avadanlıq, mal-material xidmətlərin dəyərinin ödənilməsi üçün müvafiq arayışın hazırlanıb Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinə təqdim edilməsi məqsədilə Komissiyanın yaradılması haqqında” 2023-cü il 3 may tarixli 40s nömrəli Sərəncamına əsasən yaradılmış komissiya tərəfindən 2023-cü il 10 iyul tarixli arayış hazırlanmışdır. Həmin arayışda qeyd edilmişdir ki, komissiya tərəfindən Naxçıvan şəhər Heydər Əliyev prospektində abadlıq işlərinə baxış keçirilən zaman Naxçıvan şəhər prospektində abadlıq işləri altında obyektin təyinatı dəyişdirilərək, 44 mənzilli yaşayış binası adlı “özəl obyekt” inşa edildiyinin aşkar edilərək təl əb olunan dövlət vəsaitinin iddia olunan məbləğ həmin özəl obyektin inşasına sərf edilmişdir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 83-cü maddəsinin tələblərinə əsasən tikintisi dövlət vəsaiti hesabına maliyyələşdirilən obyektlərin tikinti layihələrinin smeta bölməsi və ekspertizadan keçirilməsi haqqında müvafiq sənədlər müəyyən edilməmişdir. MM-in 339cu maddəsinə əsasən hakimiyyətdən sui-istifadə nəticəsində aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəfə pis niyyətlə razılığa gəlinməsi və ya şəxsən ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqdlərin etibarsız hesab edilməsi müəyyən olunmuşdur. Eyni zamanda hakimiyyətdən sui-istifadə edilməklə qanunsuz olaraq maddi və sair nemətlərin əldə edilməsinin Azərbaycan Respublikası Korrups iyaya qarşı mübarizə haqqında Qanununa əsasən korrupsiya hüquqpozmalarına daxil edilir. Cavabdehin 2012-2022-ci illər ərzində fəaliyyəti ilə bağlı Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən aparılan maliyyə-təftiş yoxlamalarının nəticələrinə dair yekun sənəddə qanunsuz hesab edilərək hüquqi məsuliyyət yaratdığı üçün sənədlərin prokurorluq orqanlarına göndərilmişdir. Dövlət vəsaitinin təyinatı üzrə istifadə edilməməsi səbəbindən cavabdeh tərəfindən iddia tələbinin yerinə yetirilməsinin mümkünsüz hesab edilmişdir.

5. Həmçinin, cavabdehin nümayəndəsinin yazılı izahatında qeyd edilmişdir ki, işin faktiki halına görə təqdim edilən sənədlərə əsasən (Forma 2, ödəniş tapşırığı, elektron qaimə, və s.) müqavilə üzrə nəzərdə tutulmuş öhdəliklər tərəflər ar asında yaranmış birbaşa müqavilə öhdəlikləri kimi deyil, hər hansı hüquqi əsası olmayan (müqavilə, saziş bağlamadan) podratçı qismində "xxxx" MMC (hazırkı adı "xxxx" MMC) və subpodratçı qismində iddiaçı arasında icrası həyata keçirilmişdir. Onlara məlum olmayan səbəblərdən iddiaçı tərəfindən sonuncu hesab olunan işlərin görülməsi haqqında Forma 2 sənədinin əvvəlki qaydada, yəni podratçı qismində "xxxx" MMC və subpodratçı qismində iddiaçı tərəfindən təsdiq edilməmişdir. Müvafiq olaraq görülmüş işlərin dəyəri kimi qiymətləndirilən 24.278 manat pulun podratçı tərəfindən subpodratçıya ödənilməsi və ya həmin vəsaitin sifarişçi qismində komitə tərəfindən ödənilməsi üçün elektron qaimə sənədlərinin təqdim edilməməsi də iddianın əsassız olduğunu sübut edir. 2022-ci ildə komitə tərəfindən və ya həm in müddətdə podratçı funksiyalarını yerinə yetirən "xxxx"MMC tərəfindən Forma 2 sənədinin təsdiq edilməmişdir. İddiaçı tərəfindən tələb edilən borcun pulun ödənilməsinə dair elektron qaimə sənədinin təqdim edilməməsi bu faktı sübut etmişdir. MM və Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinə görə, podratçı işlərə və xidmətin göstərilməsinə subpodratçını qanunvericiliklə müəyyən edilən qaydada cəlb edə bilər. Hazırkı işdə isə işin faktiki hallarından aydın olur ki, görülən işlərin, xidmətlərin dəyəri müqavilə üzrə sifarişçi və ya komitə tərəfindən podratçı qismində "xxxx" MMC bank hesabına və sonuncu tərəfindən isə iddiaçı bank hesabına ödənilmişdir. "xxxx" MMC ilə iddiaçı arasında işlərin görülməsini təsdiq edən Forma 2 sənədləri, görülən işlərin dəyəri olan pul vəsaitlərinin ödənilməsi haqqında elektron qaimə sənədləri faktiki olaraq yuxarıda qeyd olunanları sübut edən hüquqi dəlillərdir.

6. Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin 2025-ci il 5 mart tarixli e-2-2(123)-42/2025 nömrəli qətnaməsi ilə iddia təmin olunmuşdur (hakim – Q.Məmmədov).

7. Məhkəmə qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh arasında müqavilə bağlanmaqla razılaşma əldə olunaraq, hər iki tərəf üzərinə müqavilədən irəli gələn öhdəliklər götürmüşdür. Müqavilə və Forma 2 sənədinə nəzər yetirdikdə məlum olmuşdur ki, cavabdehin iddiaçıya 24.278 manat borcu vardır. Belə ki, iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirərək Naxçıvan Şəhəri Heydər Əliyev prospekti 6 mərtəbəli 44 mənzilli yaşayış binasının dam örtüyünün vurulması işlərini görmüş, cavabdeh isə üzərinə düşən öhdəliyini yerinə yetirməyərək 24.278 manatı ödəməmişdir. Tərəflər arasındakı Forma 2 sənədi borcun olmasını təsdiq edən mötəbər sənəddir.

8. Məhkəmə cavabdehin nümayəndəsinin “müqavilə üzrə ayrılan vəsaitin özəl mülkə xərclənməsi, Komitənin sabiq rəisinin vəzifə saxtakarlığı olması” barədə bildirdiklərinə münasibətdə qeyd etmişdir ki, bu faktlarla əlaqədar yetərli sübutlar həmçinin hazırkı iddianın əsasını təşkil edən müqavilə ilə əlaqəsi olan sübutlar məhkəməyə təqdim olunmamışdır.

9. Həmçinin məhkəmə cavabdehin nümayəndəsinin “Forma 2 sənədinin Komitə tərəfindən təsdiq olunmaması” bildirdikləri üzrə qeyd etmişdir ki, nümayəndə izahatlarında Forma 2 sənədində 24.278 manat dəyərində görülən işləri qəbul edən şəxslərin Komitənin əməkdaşları olduğunu təsdiq etmişdir.

10. Məhkəmə iddiaçı tərəfin təqdim etdiyi sənədləri mötəbər sənəd kimi qəbul edərək, iddiaçı tərəfin haqlı və iddianın da əsaslı olması qənaətinə gəlmişdir.

11. Məhkəmə gəldiyi nəticəni MM-in 6.2, 324.1, 324.2, 329.2, 385.1, 389.1 və 442-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 9.1, 14.2, 76.1, 76.2, 77.1, 88 və 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

12. Cavabdeh həmin qətnamədən şikayəti verərək onun ləğv, iddianın rədd olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 4 iyul tarixli 2-2(108)-26/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmaqla, yeni qətnamə qəbul edilərək, iddia rədd olunmuş, iddiaçı tərəfindən ödənilmiş 163 manat dövlət rüsumu iddiaçının özünə aid olunmuş, cavabdeh tərəfindən apellyasiya şikayəti verilən zaman ödənilməli olan 81,50 manat dövlət rüsumunun iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir (sədrlik edən hakim – S.Qarayev, hakimlər – S.Bəylərli və Z.Əliyev).

14. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında yaranmış işgüzar münasibətlərdən müəyyən olunanlara görə, iddiaçı ilə cavabdeh arasında müqavilə bağlanmasına baxmayaraq, əslində iddiaçı görülən işlərə subpodratçı kimi cəlb olunaraq fəaliyyət göstərmiş və gördüyü işlərin dəyəri isə Forma №2-də podratçı kimi qeyd edilmiş "xxxx" MMC tərəfindən ödənilmiş, iddiaçı tərəf də ödənişləri qəbul edərək buna qarşı hər hansı etiraz bildirməmişdir.

15. Həmçinin idd iaçının nümayəndəsi (həmçinin direktoru) Nümayəndə2 apellyasiya baxışı zamanı verdiyi izahatında bu halı təsdiq edərək qeyd etmişdir ki, əvvəllər də eyni tərəflər arasında belə sifarişlər yerinə yetirilmiş, “Forma №2” arayışlarını bu qaydada təsdiq edilmiş, ödənişlər də bu qaydada həyata keçirilmişdir. Lakin gördükləri işin dəyəri tam həcmdə ödənildiyi üçün tərəflərindən bu hala əhəmiyyət verilmədiyini və araşdırılma aparılmadığını bildirmişdir.

16. Eyni zamanda, iddiaçı və cavabdeh arasında bağlanmış 2021-ci il 26 oktyabr tarixli 02/2021 nömrəli müqavilənin 4.1-ci bəndinə əsasən, göstərilən xidmətlərin həcmi tərəflərin birgə iştirakı ilə müəyyən edilməsi və xidmətlərin göstərilməsinə dair xidmət haqqı müqavilənin tərkib hissəsi olan hesab fakturada qeyd edilir və 1 ay müddətində həyata ke çirilməsi şərtləndirilmişdir. Lakin həm iş materiallarına təqdim olunmuş sənədlərdə, cavabdehin nümayəndəsinin etirazında və məhkəmədə verdiyi izahatlarında, həmçinin iddiaçının vəkili-nümayəndəsinin izahatı ilə də qaimələrin olmadığı və təsdiq edilmədiyi müəyyən olunmuşdur. Qeyd olunan qaydada görülmüş işə görə ödənişin edilməsi ilə bağlı ümumiyyətlə cavabdehə elektron-qaimə fakturalar təqdim olunmamış, cavabdeh də elektron-qaimə fakturalar üzrə ödənişlər həyata keçirməmişdir.

17. Göstərilənləri nəzərə alaraq kollegiya belə nəticəyə gəlmişdir ki, məhz cavabdeh, təqdim olunmuş mübahisələndirdiyi elektron-qaimə fakturalar üzrə malların təqdim edilmədiyini sübuta yetirməlidir. Bu hal iddiaçının vəkili-nümayəndəsi tərəfindən təqdim edilən və iş materiallarına əlavə olunmuş elektron qaimə-fakt uraların siyahısı ilə də öz təsdiqini tapmışdır. Belə ki, təqdim edilmiş siyahıdan aydın olur ki, həmin elektron qaiməfakturalarının ümumiyyətcə bu iş üzrə mübahisələdirilən müqavilə ilə heç bir bağlılığı mövcud olmamışdır. Qeyd edilən elektron qaimələr 2021-ci il 27 avqust tarixli və 2021-ci il 29 noyabr tarixli müqavilələrin icrası ilə əlaqədar göndərilmişdir. İddia tərəfləri arasında mübahisələndirilən müqavilə isə 2021-ci il 26 oktyabr tarixində bağlanılmış, və bu müqavilə üzrə göndərilmiş elektron qaimələr siyahıda öz əksini tapmamışdır və yuxarıda da qeyd olunduğu kimi iddiaçının vəkili-nümayəndəsi bu müqavilə üzrə elektron qaimələrin göndərilmədiyini etiraf etmişdir.

18. Cavabdehin nümayəndəsi öz şikayətində, yazılı və şifahi izahatlarında cavabdeh tərəfdən iddiaçıya 39.992 manat və 7.199 manat olmaqla, cəmi 47.191 manat avans olaraq ödənildiyi, ancaq bu məbləğin əvəzində iddiaçı tərəfdən iş görülmədiyini qeyd etsə də, iş materiallarında olan sənədlərdən cavabdeh təşkilat tərəfindən iddiaçı təşkilata avans adı altında ayrı-ayrı vaxtlarda 39.992 manat, 25.840 manat və 6.101 manat olmaqla, cəmi 71.932 manat vəsait ödənildiyi təsdiq olunmuşdur. Lakin məhkəməyə sübut kimi təqdim edilmiş Forma 2 və Forma 3, ödəniş tapşırıqları və elektron qaimə-fakturalarının siyahısı arasında olan kəskin ziddiyyətli məqamların aradan qaldırılması məqsədilə nə iddiaçı, nə də cavabdeh tərəfdən hər hansı sübut və izahat təqdim edilə bilməmişdir.

19. Hazırkı işin mübahisəsiz və sübuta yetirilmiş halı ondan ibarətdir ki, sübut etmək vəzifəsinə uyğun olaraq, iddiaçı podrat müqaviləsi üzrə gö rülmüş işin dəyəri olaraq 24.278 manat pulun ona ödənilməsi məqsədilə cavabdehə aralarında bağlanmış müqavilənin 4.1ci bəndinə əsasən elektron hesab fakturaların cavabdehə təqdim edildiyini təsdiq edən sübutları işə mahiyyəti üzrə baxan məhkəməyə təqdim etməli idi. Lakin iddiaçı həmin sübutları məhkəməyə təqdim etməmiş və MPM-in 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.

20. Konstitusiya Məhkəməsinin qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Odur ki, bu xarakterli mübahisələrə baxılarkən tərəflərin söykəndikləri əqdin hüquqi nəticə yaradıb-yaratmaması müəyyən edilm əlidir. Əqdin hüquqi nəticə doğurması onun etibarlı olmasından asılıdır. Əqd etibarsız olduqda isə tərəflər üçün hüquq və öhdəlik əmələ gətirmir. Lakin Dövlət satınalmaları haqqında qanunvericiliyə əsasən məsələnin müzakirə olunaraq qiymətləndirilməsi və mübahisələndirilən əqdin etibarsızlığı icrası mümkünsüz olan nəticələrə gətirib çıxaracağı aşkar olduğundan, bu halın mülki icraat qaydasında müzakirə olunaraq hüquqi qiymət verilməsini də mümkünsüz hala gətirir.

21. Məhkəmə baxışı zamanı mübahisəsiz şəkildə müəyyən olunmuşdur ki, müqavilə formal xarakter daşımış, qeyri-rəsmi razılaşmaya əsasən əsas işlər və hesablaşmalar "xxxx" MMC ilə iddiaçı arasında həyata keçirilmiş və görülmüş işlərin dəyəri də "xxxx" MMC-nin hüquqi varisi "xxxx" MMC tərəfindən (mübahisələndirilən son Forma 2 istisna olmaqla) iddiaçının hesabına ödənilmişdir. İş materiallarına əlavə edilmiş Naxçıvan şəhəri H.Əliyev prospektində 44 mənzilli yaşayış binasının tikintisi və H.Əliyev prospektində aparılan abadlıq işlərinin aparılması ilə əlaqədar tərtib olunmuş Forma 3-lərdən müəyyən edilmişdir ki, bu işlərin həyata keçirilməsi ilə əlaqədar podratçı təşkilat olaraq "xxxx" MMC (hazırki adı "xxxx" MMC) müəyyən olunmuşdur. Həmçinin o da müəyyən edilmişdir ki, bütün bu işlər H.Əliyev prospektində aparılan abadlıq işlərinin aparılması adı altında həyata keçirilərək dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilmiş və bu məqsədlə yalnız 2022-ci ilin yanvar-oktyabr ayları ərzində podratçı kimi "xxxx" MMC-yə 546.774 manat vəsait ödənilmişdir. İddiaçı öz dəlillərini əsaslandırmaq üçün sübutları təqdim edə bilmə diyi halda, cavabdeh üzərində əks dəlilləri əsaslandırmaq üçün sübut təqdim etmək öhdəliyinin müəyyən edilməsi, ilk növbədə, tərəflərin bərabərliyi prinsipinə, ümumiyyətlə MPM-də əks etdirilmiş ədalət mühakiməsinin prinsiplərinə uyğun olmamışdır. İş materiallarında "xxxx" MMC bu iddia ilə podratçı təşkilat kimi birbaşa əlaqəsinin mövcudluğunun müəyyən edilməsinə baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən bu məsələ ümumiyyətlə müzakirə edilməmiş və qiymət verilməmişdir.

22. Kollegiya, işin məhkəmə baxışının bu mərhələsində "xxxx" MMC cavabdeh tərəfdə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb olunmasının iş üzrə düzgün nəticəyə gələ bilinməsi nöqteyi nəzərindən hər hansı əhəmiyyət daşımadığı qənaətinə gəlmişdir.

23. Həmçinin, iddiaçı, cavabd eh və "xxxx" MMC arasında həyata keçirilən işlərin əsasını öz aralarında müəyyən edilmiş və dəfələrlə tətbiq olunmuş, eyni zamanda qanunvericiliklə uyğunluq təşkil etməyən, işgüzar münasibətlə tənzimlədikləri müəyyən edilir ki, bu da tərəflərin bir-birlərinə qarşı olan iddialarının hüquqi əsası kimi qəbul edilə bilməz.

24. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 6.2, 324.2 və 329.2-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 7 iyun tarixli 228 nömrəli qərarı ilə təsdiq edilmiş “Əsas tikintidə podrat müqavilələri haqqında Qaydalar”ının 1.1 və 1.6-cı bəndlərinə istinad etməklə əsaslandırmışdır.

25. İddiaçı kassasiya şikayəti verərək həmin qətnamənin tam ləğv, iddianın isə təmin olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

26. MM-in 6, 14, 324, 329, 385, 389, 390 və 675-ci maddələri üzrə - apellyasiya məhkəməsi istinad olunan müddəalara toxunmamış və qətnamədə müəyyən olunmuşdur ki, müqavilə tərəflər arasında formal xarakter daşımışdır. Bu mövqe tam əsassız olmaqla, hüququn təməl prinsiplərinə ziddir. Belə ki, işə birinci instansiya məhkəməsində baxılarkən, həmçinin mübahisə məhkəmə müstəvisinə götürülməmişdən əvvəl, iddiaçı tərəfindən cavabdehə pretenziya qaydasında ünvanlanan məktubda, həmçinin cavabdehin cavab məktubunda, eyni zamanda cavabdehin nümayəndəsinin həm birinci instansiya məhkəməsində, həmçinin apellyasiya məhkəməsində verdiyi izahatlarından aydın olur ki, tərəflər arasında həqiqətən də müqavilə münasibətləri və müqaviləyə qədərki danışıqlar olmuşdur. Nəticə etibarı ilə tərəflərin imzaları ilə, iradə ifadələri ilə təsdiq olunmuş xidmət müqaviləsi mövcuddur. İddiaçı məhz həmin müqavilə əsasında qeyd edilən yaşayış sahəsinin (çoxmənzilli binanın) dam örtüyünün vurulması işlərini öz öhdəsinə götürmüş, daha sonra həmin müqavilə üzrə öz öhdəliyini icra etmiş və xidməti təhvil vermişdir. MM-in istinad olunan normalarının tələblərinə əsasən tərəflər arasında öhdəliklər məhz müqavilə üzrə yaranır. Məhz müqavilə üzrə hər iki tərəf də bu müqavilə üzrə qarşılıqlı öhdəliklərini icra etməyə başlamış, lakin son ödəniş üzrə (forma 2) üzrə cavabdeh öz öhdəliyini icra etməmişdir. Həmin vaxt vəziyyətdən sui-istifadə edilmiş, cavabdehin rəhbəri barəsində aparılan yoxlama və sonradan barəsində cinayət işinin başlanılması, daha sonra isə müvafiq orqanda rəhbər dəy işikliyi bu öhdəliyin icrasını mümkünsüz etmişdir. Nəticə etibarı ilə apellyasiya məhkəməsinin tərəflər arasında təsdiq olunmuş müqaviləni formal adlandırması qəbul edilən deyil. Belə ki, formal müqavilə anlayışı ümumiyyətlə MM-də mövcud deyil. Həmin əqdin uydurma və ya yalan əqd olmasını ehtiva edəcək hər hansı nüanslar da mövcud deyil. Tərəflər arasında ümumiyyətlə real müqavilə olmuş, məhz həmin müqavilə üzrə tərəflər arzu etdikləri və çatmaq istədikləri məqsədi açıq ifadə etmiş, bu məqsədi də məhz müqavilə ilə rəsmiləşdirmişlər. Həmçinin məhkəmə əqdin etibarlı olub-olmaması məsələsini qeyd etmiş, lakin bu hissədə də düzgün hüquqi mövqe nümayiş etdirməmişdir. Yuxarıda qeyd olunduğu kimi, müqavilənin (əqdin) etibarsızlığı üçün heç bir hüquqi əsas mövcud deyil. Belə ki, işə aşağı instansi ya məhkəmələrində baxılarkən, cavabdehin nümayəndəsi işlərin görüldüyünü, təhvil verildiyini etiraf etmişdir. O, birinci instansiya məhkəməsində 3 müxtəlif formada izahat vermiş, işin görüldüyün təsdiq etmiş, ancaq xidmət haqqının cavabdehi deyil, "xxxx" MMC (əvvəlki "xxxx" MMC) olduğunu qeyd etmişdir. Bir digər izahatında isə həmin məbləğin ödənilməsinin qanunvericiliyə zidd olduğunu, özəl obyektlər üçün ödənişin qanunla nəzərdə tutulmadığını, bunun Nazirlər Kabinetinin müəyyən etdiyi qaydalara zidd olduğunu qeyd etmişdir. Halbuki qeyd edilən ifadələrin hər biri tam fərqlidir. Lakin müqavilənin mövcud olması hər bir halda cavabdeh tərəfindən təsdiq edilirdi, çünki bunun inkar edilməsi mümkün deyil. Lakin cavabdehin nümayəndəsi həmin müqaviləni hazırda barəsində hökm çıxarılmış rəhbəri tər əfindən imzalandığını qeyd etmiş, bununla belə müqavilənin hüquqi şəxs tərəfindən təsdiq edildiyini unutmuşdur. Məhkəmə də bunu nəzərə almamışdır.

27. MM-in 10-cu maddəsi üzrə - həmin dövrdə bağlanılan müqavilələr üçün hər zaman Forma 2 arayışları tətbiq edilir. Bu arayışlar da məhz cavabdeh orqan tərəfindən tərtib edilir və müqavilə tərəflərinin təsdiq etməsi tələb olunurdu. Həmçinin müqavilə üzrə ödənişlərin yuxarıda qeyd olunduğu kimi "xxxx" MMC (əvvəlki adı "xxxx" MMC) tərəfindən ödənilməsi də məhz cavabdeh orqanın tələbi ilə olmuşdur. Yəni iddiaçı ilə qeyd edilən MMC arasında hər hansı müqavilə münasibətləri olmamışdır. Bu cavabdehin tələbi və dəfələrlə tətbiq etdiyi işgüzar adət olmuşdur. Yəni iddiaçı ilə cavabdeh arasında müqavilə üzrə hüquq münasibətləri yaranmışdır. Lakin apelly asiya məhkəməsi bu müqaviləni, görülmüş işləri, xidmətlərin təhvilini, cavabdehin nümayəndəsinin etirafını nəzərə almamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

28. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Kassasiya baxışının hədləri

29. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində ifadə olunmuş dəlillər üzrə tam yoxlanılacaqdır. Tətbiq edilən hüquq

30. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin məqsəd və vəzifələri 1.1. Bu Məcəllənin məqsədi üçüncü şəxslərin hüquqlarına xələl gətirmədən mülki dövriyyənin a zadlığını onun iştirakçılarının bərabərliyi əsasında təmin etməkdir. 1.2. Bu Məcəllənin vəzifələri aşağıdakılardır: mülki hüquq subyektlərinin əmlak və şəxsi qeyri-əmlak münasibətlərini tənzimləmək; mülki hüquq subyektlərinin hüquqlarını və qanuni mənafelərini müdafiə etmək; fiziki şəxslərin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu, şəxsi və ailə həyatının, şəxsi toxunulmazlığının müdafiəsi hüququnu qorumaq; mülki dövriyyəni təmin etmək; sahibkarlıq fəaliyyətini dəstəkləmək; sərbəst bazar iqtisadiyyatının inkişafına şərait yaratmaq.” “Maddə

5. Mülki hüquq münasibətlərinin subyektləri 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.” “Maddə

16. Mülki hüquqların həyata keçirilməsinin məhdudlaşdırılması 16.1. Fiziki və hüquqi şəxslər in yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir.” “Maddə

329. Əqdlərin formaları 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.” “Maddə

337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Ə qd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.” “Maddə

390. Müqavilə azadlığı 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onu n qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir.” “Maddə 404-1. Dövlət satınalmaları müqaviləsi Dövlət satınalmaları müqaviləsinə dair münasibətlər Azərbaycan Respublikasının dövlət satınalmaları haqqında qanunvericiliyinə uyğun tənzimlənir.” “Maddə

425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəf lər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.” “Maddə 1091. Əsassız varlanma anlayışı 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.” “Maddə 1092. Əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi 1092.1. Varlanmış şəxs əl də etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir.” 31.2024-cü il yanvarın 1-dək qüvvədə olan “Dövlət s atınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

1. Qanunun tətbiq dairəsi 1.1. Bu Qanun, bu Qanunun 1.2-1.7-ci maddələrinin müddəaları nəzərə alınmaqla, Azərbaycan Respublikasında dövlət müəssisə və təşkilatları (idarələri), nizamnamə fondunda dövlətin payı 30 faiz və daha çox olan müəssisə və təşkilatlar tərəfindən malların (işlərin və xidmətlərin) dövlət vəsaitləri, dövlətin aldığı və dövlət zəmanəti ilə alınmış kreditlər və qrantlar hesabına satın alınmasına şamil edilir.” “Maddə

2. Əsas anlayışlar Bu Qanunda istifadə olunan anlayışların mənası aşağıdakılardır: satınalma müqaviləsi - satınalan təşkilatla tender qalibi (qalibləri) arasında bağlanan və malların (işlərin və xidmətlərin) satın alınması ilə əlaqədar tərəfl ərin öhdəliklərini müəyyənləşdirən sənəd;” “Maddə

16. Satınalma metodları 16.1. Azərbaycan Respublikasında malların (işlərin və xidmətlərin) dövlət satınalmaları bu Qanunun 17-21-ci maddələrində qeyd olunan tətbiq şərtlərindən asılı olaraq açıq tender, ikimərhələli tender, məhdud iştiraklı və qapalı tender, təkliflər sorğusu, kotirovka sorğusu və bir mənbədən satınalma metodları ilə həyata keçirilir. Bu Qanunun 50-1-ci maddəsində nəzərdə tutulan halda dövlət satınalmaları açıq tender və ya kotirovka sorğusu metodları tətbiq edilməklə elektron satınalma vasitəsilə həyata keçirilir.”

32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıd ır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəli llərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiya məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya məhkəməsinin qətnaməsi ləğv olunmaqla iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır.

34. Belə ki, iddianın əsasını tərəflər arasında bağlanması iddia edilən 2021-ci il 26 oktyabr tarixli 02/2021 nömrəli müqavilə və həmin müqavilənin cavabdeh tərəfindən icra olunmamasından ibarət hüquqi faktlar təşkil edir.

35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarında nümayiş etdirdiyi hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəz ifəsi həmin tələbin hüquqi əsasının olubolmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində i ddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir.

36. Bu baxımdan kollegiya qeyd edir ki, ilk olaraq iddiaçının əsaslandığı 2021-ci il 26 oktyabr tarixli 02/2021 nömrəli müqavilənin etibarlılığına qiymət verilməlidir.

37. Hazırkı işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçı kommersiya hüquqi şəxsi, cavabdeh isə dövlət orqanıdır və o, həmin müqavilə üzrə dövlət vəsaiti hesabına tikinti-quraşdırma işlərinin sifarişçisi qismində çıxış etmişdir.

38. Bu bax ımdan, kollegiya qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında bağlanan 2021-ci il 26 oktyabr tarixli 02/2021 nömrəli müqavilə hüquqi mahiyyətinə görə dövlət satınalmaları müqaviləsi kimi qiymətləndirilməlidir və həmin münasibətlərə MM-in 404-1-ci maddəsinə uyğun olaraq “Dövlət satınalmaları haqqında” Qanunun tələbləri əsasında qiymət verilməlidir. 39.Eyni zamanda, tərəflər arasında hüquq münasibətləri 2021-ci il 26 oktyabr tarixində yarandığı üçün MPM-in 217.2-ci maddəsinə əsasən hazırkı mübahisə üzrə 2024-cü il yanvarın 1-dək qüvvədə olan “Dövlət satınalmaları haqqında” Qanunun tətbiq edilməlidir. 40.Həmin Qanun Azərbaycan Respublikasında dövlət satınalmalarının iqtisadi, hüquqi və təşkilati əsaslarını müəyyənləşdirir, satınalmalar zamanı dövlət vəsaitindən səmərəli və qənaətlə istifadə ed ilməsi, müsabiqə və aşkarlıq əsasında bütün malgöndərənlərə (podratçılara) bərabər rəqabət mühiti yaradılması prinsipləri və qaydalarını müəyyən edir. 41.Qeyd olunan Qanun, həmin Qanunun 1.2-1.7-ci maddələrinin müddəaları nəzərə alınmaqla, Azərbaycan Respublikasında dövlət müəssisə və təşkilatları (idarələri), nizamnamə fondunda dövlətin payı 30 faiz və daha çox olan müəssisə və təşkilatlar tərəfindən malların (işlərin və xidmətlərin) dövlət vəsaitləri, dövlətin aldığı və dövlət zəmanəti ilə alınmış kreditlər və qrantlar hesabına satın alınmasına şamil edilir (maddə 1.1). 42.Sözügedən Qanunda satınalma metodu (açıq tender, ikimərhələli tender, qapalı tender, kotirovka sorğusu və bir mənbədən satınalma metodu) və onların keçirilməsi qaydası, satınalma müqaviləsinin yazılı forması (satınalan təşkilatla tender qalibi (qalibləri) arasında bağlanan və malların (işlərin və xidmətlərin) satın alınması ilə əlaqədar tərəflərin öhdəliklərini müəyyənləşdirən sənəd) və onun bağlanması qaydası müəyyən edilmişdir. 43.MM-in 390.2-ci maddəsində isə təsbit edilmişdir ki, müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşk il edir.

44. Lakin hazırkı iş üzrə tərəflər arasında bağlanmış müqavilə qanunvericiliklə imperativ qaydada nəzərdə tutulmuş dövlət satınalmaları prosedurlarına riayət edilmədən, müsabiqə və ya digər seçim mexanizmləri keçirilmədən bağlanmışdır.

45. Kollegiya hesab edir ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun təsiri altına düşən, lakin həmin Qanunda müəyyən edilən qaydalara əməl edilmədən bağlanan müqavilə MM-in 329.1 və 337.1-ci maddələrinə əsasən etibarsız əqd kimi qiymətləndirilməlidir. 46.MM-in 337.4-cü maddəsinin tələblərinə görə isə etibarsız əqd hüquqi nəticələrə səbəb olmur və bu cür əqd bağlandığı andan etibarsızdır.

47. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçının həmin müqaviləyə əsaslanmaqla irəli sürdüyü iddia tələbləri hüquqi cəhətdən əsas sızdır.

48. Bununla yanaşı nəzərə alınmalıdır ki, məhkəmə tərəflərin istinad etdiyi hüquqi əsaslardan asılı deyil və ona görə də, iddia tələblərinin mümkün olan bütün qanuni əsaslarını yoxlamalıdır. 49.Bu baxımdan kollegiya qeyd edir ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun təsiri altına düşən, lakin həmin Qanunda müəyyən edilən qaydalara əməl edilmədən bağlanan müqavilələrə əsasən iddia irəli sürüldüyü hallarda həmin müqavilələrin tam və ya qismən icra olunub-olunmaması araşdırılmalı, belə icra olunma müəyyən olunduğu hallarda isə iddia tələblərinin mümkün olan qanuni əsasları üzrə hüquqi dəyərləndirmə aparılmalıdır. 50.Belə dəyərləndirmə zamanı nəzərə alınmalıdır ki, hazırkı mübahisə üzrə müqavilədən irəli gələn tələblər istisna edildiyi üçün, iddia tələbl ərinin qanundan irəli digər əsasları, yəni əşya hüququ, deliktlər, özgə işlərinin tapşırıqsız aparma və əsassız varlanmadan irəli gələn tələblər üzrə yoxlama aparılmalıdır. 51.Kollegiya qeyd edir ki, tərəflər arasında olan hüquq münasibətləri mülki hüquqda təsbit edilən əşya hüququ, deliktlər və özgə işlərinin tapşırıqsız aparma ilə bağlı münasibətlərin mahiyyətinə və onlara aid MM-in müvafiq maddələrinin (“Əmlak və əşya hüququ” adlı üçüncü bölmədə olan maddələr, “Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər” adlı doqquzuncu bölmədə olan maddələr və özgə işlərini tapşırıqsız aparma ilə bağlı 1087-1090-cı maddələr) dispozisiya şərtlərinə uyğun olmadığına görə qanunvericiliyin həmin əsaslara aid müddəaları hazırkı iş üzrə iddia tələblərinin qanuni əsası kimi çıxış edə bi lməz. 52.Əsassız varlanmadan irəli gələn tələblər üzrə isə qeyd olunur ki, belə iddia tələblərinin qanuni əsasını MM-in 1092.1-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

53. Qeyd olunan maddədə göstərilən “varlanmış şəxs” və “mərhum olan” anlayışları isə MM-in 1091-ci maddəsində göstərilmişdir. Həmin maddənin tələblərinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin (maddə 1091.1). Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (maddə 1091.2).

54. Beləliklə, “Dövlət satınalmaları haqqında” Qanunda müəyyən edilən qaydalara əməl edilmədən bağlanan müqavilələr tam və ya qismən icra olunduğu hallarda kimin məhrum olan və kimin varlanmış şəxs olmasına qiymət verilməlidir.

55. Belə qiymətləndirmə zamanı dövlət orqanının varlanmış şəxs, digər tərəfin mərhum olan olması müəyyən edildikdə isə aşağıdakılar nəzərə alınmalıdır.

56. Sübuta ehtiyacı olmayan hal ondan ibarətdir ki, dövlət orqanları və onların vəzifəli şəxsləri “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərindən tam məlumatlıdırlar və aydın şəkildə dərk edirlər ki, müqavilələrin həmin Qanunda müəyyən edilən qaydalara əməl edilmədən bağlanılması qanunaziddir, müqavilələr isə özü-özlüyündə etib arsızdır və hər hansı hüquqi nəticələrə səbəb olmurlar.

57. Kommersiya fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin hərəkətlərinə isə aşağıdakılar nəzərə alınmaqla qiymət verilməlidir.

58. Kollegiya qeyd edir ki, MM-in 6-cı maddəsində sadalanan mülki qanunvericiliyin prinsipləri sırasına vicdanlılıq prinsipi birbaşa göstərilməsə də, bu prinsip MM-in ayrı-ayrı normalarında mülki hüquqların həyata keçirilməsinin və müdafiəsinin hədlərini müəyyən edən qaydalarda nəzərdə tutulmuşdur (məsələn: MM-in 5.3, 16.1, 425-ci maddələri). Bu baxımdan, mülki qanunvericilik sistemində vicdanlılıq ümumi prinsip kimi mülki hüquq subyektləri üçün öz hüquq və vəzifələrini vicdanla yerinə yetirmək öhdəliyini nəzərdə tutur və istənilən mülki hüquq normasının tətbiqi zamanı bu prinsipin tələbləri nəzərə alınmalıdır. 59. “Vicdanlılıq” kimi qeyd olunan prinsip, əslində latınca “bona fides”, yəni yaxşı niyyəti ifadə edən anlayış qismində qəbul olunur. Hüquqi anlamda vicdanlılıq iki formada – subyektiv və obyektiv mənada qəbul edilir. Birincisi “qanunsuzluğu bilməmə”, ikincisi isə “dürüst davranma” formasında ifadə olunur. 60. “Dürüst davranma” hüquqi münasibətlərdə MM-in 425.1-ci maddəsində təsbit edilmiş qaydada davranışın həyata keçirilməsini ehtiva edir. 61. “Qanunsuzluğu bilməmə” isə şəxsin normal diqqət göstərdiyi halda belə qanunsuzluğu bilməməsini ifadə edir. Mülki hüquqda və məhkəmə təcrübəsində bununla bağlı şəxsin hərəkətlərinə “bilmirdi və bilə bilməzdi” və ya “bilmirdi və bilməli deyildi” ifadələrindən istifadə edilməklə qiymət verilir.

62. Mülki hüququn məhz vicdanlılıq prins ipi əsası götürülməklə MM-in 182 və 140-cı maddələrində vicdanlı əldə etmə və ya 157.5-ci maddəsində vicdanlı və vicdansız sahiblik institutları müəyyən edilmişdir. Meyarlar kimi isə şəxsin qanunsuzluğu “bildiyi və ya bilməli olduğu”, “bilirmişsə və ya bilməli idisə” anlayışları müəyyən edilmişdir.

63. Qeyd olunanlara əsasən kollegiya qeyd edir ki, “Dövlət satınalmaları haqqında” Qanunda müəyyən edilən qaydalara əməl edilmədən bağlanan müqavilələr üzrə işi icra edən şəxslərin hərəkətlərinə vicdanlılıq prinsipi baxımından qiymət verilməlidir. Bu zaman həmin şəxslərin neçə müddət fəaliyyət göstərmələri, əvvəllər dövlət orqanları ilə müqavilə münasibətlərində olub-olmamaları, fiziki şəxsin özünün və ya işçisinin, habelə hüquqi şəxsin vəzifəli şəxsləri və əməkdaşlarının “Dövlət satınalmaları h aqqında” Azərbaycan Respublikasının Qanununun tələblərindən məlumatlı olub-olmamaları və müqavilələrin həmin Qanunda müəyyən edilən qaydalara əməl edilmədən bağlanılmasının qanunazidd olmasının dərk edib-etməmələri nəzərə alınmalıdır.

64. Belə qiymətləndirmə nəticəsində onların vicdanlı hərəkət edib-etməmələri və məhz bu kriteriyadan asılı olaraq yerinə yetirilmiş işlərinin dəyəri müəyyən edilməlidir.

65. Belə ki, həmin şəxslərin müqavilələrin qanunazidd olmasını bilmədikləri, bunu bilməyə imkanlarının olmadıqları və bu baxımdan vicdanlı hərəkət etmələri müəyyən edildikdə, onlara yerinə yetirilmiş işlərin dəyəri orta bazar qiymətlərinə uyğun müəyyən edilərək dövlət orqanı tərəfindən ödənilməlidir.

66. Həmin şəxslərin qeyd olunan halları bildiyi və ya ən azı bilməli olduqları və bu baxımdan vicdanlı hərəkət etmədikləri müəyyən edildikdə isə yerinə yetirilmiş işlərin dəyəri orta bazar qiymətlərinə uyğun deyil, fərqli formada müəyyən edilməlidir. Bu zaman yerinə yetirilmiş işlərin dəyəri kimi yalnız həmin işlərin görülməsi zamanı istifadə olunmuş materialların və görülmüş işin (işçilik) dəyəri nəzərə alınmalıdır. Sonuncunun dəyəri müəyyən edildiyi zaman isə işi görən şəxsin gəlir kimi nəzərdə tutduğu məbləğlər nəzərə alınmamalıdır. Ümumiyyətlə istifadə olunmuş materialların və görülmüş işin dəyəri nəzərə alındıqda bazarda olan ən minimal qiymətlər əsas götürülməlidir.

67. Bundan əlavə, kollegiya qeyd etməyi zəruri hesab edir ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunda müəyyən edilən qaydalara əməl edilmədən bağlanması əsasına görə etibarsız olan müqa vilələrə münasibətdə MM-in 337.5-ci maddəsi tətbiq edilə bilməz. 68.Belə ki, əks yanaşma “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunun məqsəd və vəzifələrinə zidd olmaqla yanaşı dolayısı ilə həmin Qanunun pozulmasına şərait yaradır. Çünki bu halda həmin müqavilələr üzrə pul vəsaitlərinin ödənilməsi faktiki təmin edilməklə onun yalnız hüquqi əsası dəyişmiş olur.

69. Bundan əlavə, mülki qanunvericiliyin vəzifələrindən birini mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiəsi təşkil edir (MM-in 1.2-ci maddəsi). MM-in 337.5-ci maddəsinin məqsədi də məhz qanuni hüquq və mənafelərin müdafiəsindən ibarətdir. Könüllü surətdə qanunazidd olan mülki hüquq münasibətlərə daxil olan şəxslərin isə qanundan irəli gələn hüquq və mənafeləri yaranmır.

70. Göstərilə nlərə əsasən kollegiya qeyd edir ki, hazırkı iddia üzrə işin araşdırılması və hüquqi dəyərləndirməsi yuxarıda qeyd olunan şəkildə aparılmalıdır.

71. Apellyasiya instansiyası məhkəməsi isə tərəflər arasında olan hüquq münasibətlərini və dövlət satınalmaları haqqında qanunvericiliyin tələblərini nəzərə almamış, iş üzrə araşdırmanı və hüquqi dəyərləndirməni qeyd olunan şəkildə aparmamışdır.

72. Bundan əlavə, tərəflər arasında olan münasibətlərdə "xxxx" MMC-nin (əvvəlki adı "xxxx" MMC) iştirak edib-etməməsinə tam dəqiqlik gətirilməmişdir. Həmin hüquqi şəxsin iş üzrə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməsinə zərurət olmaması ilə bağlı dəlillər isə MPM-in tələbləri baxımından əsaslandırılmamışdır.

73. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyinə görə ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalıdır. İşə yenidən baxılarkən hazırkı qərarda əks olunan hüquqi mövqe nəzərə alınmaqla qanuni və əsaslı, habelə iş üzrə müəyyən edilmiş hallara uyğun əsaslandırılmış qətnamə qəbul edilməlidir.

74. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 4 iyul tarixli 2-2(108)-26/2025 nömrəli qətnaməsi ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar