Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-689/2022 29.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 qarşı iş üzrə QƏRAR Açar sözlər: borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Qəribov Bəhman Fərhad oğlunun sədrliyi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu, Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələblərinə da ir iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 13 iyun tarixli, 2-2(103)155/2022 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ
1. İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında bağlanmış 2017-ci il 31 oktyabr tarixli, 01XZBK saylı kredit müqaviləsinə əsasən, kredit verən kredit alana 48 ay müddətinə illik 20 faizlə 200.000 manat kredit verməyi, kredit alan isə krediti qəbul edib ondan müqavilənin 1.2-ci bəndi ilə müəyyən olunan məqsəd üçün istifadə etməyi, müqavilə ilə müəyyən olunan qaydada və şərtlərlə krediti qaytarmağı, ona hesablanmış faizləri kredit verənə ödəməyi öhdəsinə götürür.
2. İddiaçı ASC ilə Cavabdeh2 MMC-nin direktoru Cavabdeh1 arasında bağlanmış 2017-ci il 31 oktyabr tarix li ipoteka müqaviləsinə əsasən, kredit alan Cavabdeh2 MMC-nin ipoteka saxlayan qarşısında olan pul öhdəliyinin icrasının təmin edilməsi məqsədilə ipoteka qoyan Cavabdeh1 Bakı şəhəri Nizami rayonu 4085-ci məhəllə, 8-ci km yaşayış sahəsi, 1-ci Şərq küçəsində xüsusi mülkiyyətində olan 0,098 ha torpaq sahəsində yerləşən 571.63 kv.m. ümumi sahədən, 205.75 kv.m. yaşayış sahəsindən, 365.88 kv.m yardımçı sahədən ibarət 8 otaqlı, 81 nömrəli fərdi yaşayış evi ipoteka predmetini təşkil edir. İpotekanın predmeti 1.349.400 manat məbləğində qiymətləndirilmişdir. Həmin Müqavilənin 4.1.10-cu maddəsinə əsasən, 2-ci maddə ilə müəyyən olunan ipoteka ilə təmin olunan öhdəlik “ipoteka qoyan” tərəfindən icra edilmədikdə və ya lazımınca icra edilmədikdə, habelə 5.1-ci bəndi ilə müəyyənləşdirilən hallarda ipoteka predmetinin 5.2-ci maddəsi ilə nəzərdə tutulan qaydada satışı həyata keçirilir. “İpoteka saxlayan” məhkəməyə müraciət etmədən ipoteka predmetinə qanunvericiliklə müəyyənləşdirilən qaydada tutma yönəltməyə haqlıdır (müqavilənin 5.2-ci bəndi).
3. Cavabdehə məxsus hesabdan çıxarışdan məlum olur ki, 2017-ci il 1 noyabr – 2020-ci il 13 yanvar tarixləri üçün Cavabdeh2 MMC-nin dövrün sonuna 56.989,82 manat qalıq borcu qalmışdır.
4. Cavabdeh4 tərəfindən notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, o, X1 məxsus olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi və mülkiyyətdə olan 0,098 ha həyətyanı torpaq sahəsinin İddiaçı ASC-yə ipoteka qoyulmasına razı olmuş, ipoteka qoyulmuş əmlaka gələcəkdə tutma yönəldikdə və ya həmin əmlak satıldıqda onu qeydşərtsiz tərk etməyi və həmin ünvandan qeydiy yatdan çıxmağı öz öhdəsinə götürmüşdür.
5. Cavabdeh1 tərəfindən notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, o, ona məxsus olan ünvan 1 ünvanda yerləşən mənzili ipoteka qoyarkən subay olduğunu və heç kəslə nigahda olmadığını qeyd etmiş, gələcəkdə bununla bağlı mübahisə yaranarsa həllini öz üzərinə götürmüş, həmin ipoteka predmetinə tutma yönələrsə 3 gün müddətinə oranı tərk etməyi öhdəsinə götürmüşdür.
6. İddiaçı ASC tərəfindən Cavabdeh2 MMC-yə ünvanlanmış 2019-cu il 24 yanvar tarixli, XZF 21-00028 nömrəli bildirişin surətinə əsasən, iddiaçı tərəfindən İddiaçı ASC cavabdehdən kredit müqaviləsi üzrə yaranmış borcunu 3 iş günü müddətində ödəməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barəsindən xəbərdarlıq edilmişdir.
7. İddiaçı ASC tərəfindən Cavabdeh2 MMC-yə ünvan lanmış 2020-ci il 16 yanvar tarixli xəbərdarlıq məktubuna əsasən, cavabdehdən kredit müqaviləsi üzrə yaranmış 96.431,17 manat borcunu 3 iş günü müddətində ödəməsini tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barəsindən xəbərdarlıq edilmişdir.
8. İddiaçı ASC tərəfindən məhkəməyə təqdim edilmiş 2021-ci il 17 mart tarixli, **********912 saylı arayışdan məlum olur ki, İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında bağlanmış 2017-ci il 1 noyabr tarixli, 01 XZBK saylı kredit müqaviləsi üzrə 2021-ci il 1 mart tarixinə yaranmış əsas borc 125.610 manat, faiz borc 44.771,93 manat, cərimə borcu 1.681,48 manat, ümumi 172.063,41 manat təşkil edir.
9. İddiaçı ASC tərəfindən Cavabdeh1 ünvanlanmış 2021-ci il 17 mart tarixli, **********935 nömrəli ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bil dirişə əsasən, kredit müqaviləsi üzrə götürülmüş öhdəliyin borclu tərəfindən lazımınca icra edilmədiyi və müqavilə üzrə əsas borc 125.610 manat, faiz borcu 44.771,93 manat, cərimə borcu 1.681,48 manat, umumi 172.063,41 manat məbləğində borcun yarandığı bildirilmiş, borcun ipoteka predmetinə yönəldilməsi üçün bank tərəfindən məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.
10. İddiaçı ASC tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhəri Ərazi İdarəsinə ünvanlanmış 2021-ci il 30 mart tarixli, **********016 nömrəli kredit borcunun ödənilməsinə və ipoteka predmetinə tutma yönəldilməsinə dair bildirişin qeydiyyata alınması barədə ərizəyə əsasən, bildirişin qeydiyyata alınması xahiş olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
11. İddiaçı ləğv prosesində olan İddiaçı ASC (bundan sonra –“iddiaçı”) 2021-ci il 14 iyun tarixində cavabdehlər Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 MMC-yə (bundan sonra – “MMC”) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, cəmi 172.063,41 manat pulun - bundan 125.610 manat əsas, 44.771,93 manat faiz borcu, 1.681,48 manat cərimə borcu və iş üzrə ödənilmiş 60 manat dövlət rüsumu olmaqla MMCdən tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus ünvan 3 ünvanda yerləşən 8 otaqlı, 81 nömrəli fərdi yaşayış evinə 0,098 ha torpaq sahəsi ilə birlikdə yönəldilməsi, yuxarıdakı əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi, həmin əmlakın açıq hərracda satılma sı, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin MMC-dən tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldildikdə və əmlak satıldıqdan sonra həmin evin boşaldılaraq, ona təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
12. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının Xəzər filialı ilə MMC arasında bağlanmış 2017-ci il 31 oktyabr tarixli, 01XZBK saylı kredit müqaviləsinə əsasən, 48 ay müddətinə illik 20 faiz dərəcəsi ilə 200.000 manat məbləğində kredit verilmişdir. Tərəflərin razılığı ilə verilmiş kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2011-ci il 17 avqust, tarixli MA seriyalı, ******* nömrəli çıxa rışına əsasən, tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus Bakı şəhəri, Nizami rayonu, 4085-ci məhəllə, 8-ci km y/sahəsi, 1-ci şərq küçəsi, 81 saylı fərdi yaşayış evi 0,098 ha torpaq sahəsi ilə birlikdə ipotekaya qoyulmuşdur. Evin ipoteka qoyulması barədə iddiaçı ilə Cavabdeh1 arasında 2017-ci il 31 oktyabr tarixli ipoteka müqaviləsi bağlanmışdır. Bu müqavilə notarial qaydada təsdiq olunduqdan sonra fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 2017-ci il 6 noyabr tarixli, RX seriyalı, ******* saylı çıxarış verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən, cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və iddiaçıya olan k redit üzrə borcunu ödəməmişdir. Həmin müqavilənin şərtlərinə əsasən, borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə iddiaçının hüququ vardır. İddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə 2020-ci il 16 yanvar tarixli, NF00078 saylı, 2021-ci il 17 mart tarixli, **********935 saylı bildirişlərin göndərilməsinə baxmayaraq, cavabdeh cavab verməmiş və kredit borcunun iddiaçıya qaytarılmasını təmin etməmişlər. İddiaçı müqavilənin şərtlərinə əsasən, üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni iddiaçının fəaliyyət göstərdiyi dövrə təsadüf etmişdir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, iddiaçı öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi.
13. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 269.1, 269.7, 295, 317.1, 319.1, 385.1, 442, 445, 449.1, 449.4, 465, 739.1, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1.3, 36.2, 39.3, 59.3.1-ci maddələrinə istinad olunmuşdur.
14. İddia ərizəsinə qarşı y azılı etiraz təqdim olunmamışdır.
15. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 23 iyul tarixli, e-2-2(113)-3165/2021 saylı qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq və məhkəmə-mühasibatlıq ekspertizaları təyin edilmiş, məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi "xxxx" MMC-yə həvalə olunmuş, məhkəmə-mühasibatlıq ekspertizanın aparılması və qanunla müəyyən olunmuş müddətdə rəy verilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır. "xxxx" MMC tərəfindən verilmiş 2021-ci il 13 avqust tarixli, MB 14/1003 saylı Qiymətləndirmə Hesabatının nəticə hissəsində qeyd olunmuşdur ki, Bakı şəhəri, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin 2021-ci il 13 avqust tarixinə hesablanmış bazar dəyəri 910.000 manat, likvid dəyəri isə 819.000 manat təşkil ed ir.
16. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə məhkəmə-mühasibatlıq ekspertizasının 2021-ci il 29 sentyabr tarixli, 9/5513 saylı rəyinin nəticə hissəsində qeyd olunmuşdur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, MMC tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və 2017-ci il 31 oktyabr tarixli, 01 XZBK nömrəli kredit müqaviləsinin şərtlərinə müvafiq olaraq MMC-nin 2021-ci il 1 mart tarixinə (arayışda göstərilən tarixə) iddiaçıya olan borcu 163.156,83 manat məbləğində müəyyən olunur, o cümlədən, əsas borc üzrə 125.610 manat, faiz borcu üzrə 37.546,83 manat təşkil edir.
17. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 3 noyabr tarixli, e-2-2(113)-3165/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, MMC-dən 2017-ci il 31 oktyabr tarixli, 01 XZBK nömrəli kredit müqaviləsi üzrə 125.610 manat əsas borc, ona hesablanmış 37.546,83 manat məbləğində faiz borcu, 500 yüz manat cərimə, ümumilikdə 163.656,83 manat məbləğində pul və dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 60 manat pulun tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, tələb Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, 4085-ci məhəllə, 8-ci km yaşayış sahəsi, 1-ci Şərq küçəsi, 0.098 ha torpaq sahəsi və üzərində yerləşən 81 nömrəli fərdi yaşayış evinə yönəldilmiş, ipoteka predmetinin likvid dəyəri 819.000 manat müəyyən olunmaqla açıq hərracda satılması qət edilmiş, göstərilən əmlakın satılmasından əldə olunmuş məbləğdən 125.610 manat əsas borc, ona hesablanmış 37.546,83 manat məbləğində faiz borcu, 500 yüz manat cərimə, ümumilikdə 163.656,83 manat məbləğində pul və dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 60 manat pulun tutularaq iddiaçıya ödənilməsi, satışdan artıq qalan məbləğ Cavabdeh1 qaytarılması, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ cavabdeh MMC-dən alınaraq iddiaçıya ödənilməsi qət edilmiş, aparılmış ekspertiza ilə bağlı 40 manat və 250 manat, cəmi 290 manat ekspertiza xərcinin MMC-dən tutularaq müvafiq olaraq 40 manatla bağlı hissədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına, 250 manatla bağlı hissədə isə "xxxx" MMC-nin hesabına ödənilməsi, aparılmış ekspertiza ilə bağlı 10 manat və 50 manat, cəmi 60 manat ekspertiza xərcinin iddiaçıdan tutularaq müvafiq olaraq 10 manatla bağlı his sədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına, 50 manatla bağlı hissədə isə "xxxx" MMC-nin hesabına ödənilməsi qət olunmuş, iddia tələbi qalan hissədə təmin edilməmişdir (hakim – Ü.Həsənova).
18. Məhkəmə qeyd etmişdir ki, cavabdehlərin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit və ipoteka müqavilələrindən irəli gəlmişdir. Cavabdehlərin öhdəliyini lazımınca icra etməməsi iddiaçıya kredit və ipoteka müqavilələri və MM-in normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Məhkəmə kredit ödənişi kimi banka ödənilmiş və vergi orqanını sərəncamı üzrə silinmiş 100.000 manat vəsaitin kredit müqaviləsi üzrə ödənilməli olan borca nəzərə alınmalı olması barədə cavabdehlərin dəlili ilə razılaşm amışdır. MM-in 965.2-ci maddəsinə əsasən, “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununda başqa hal nəzərdə tutulmayıbsa, hesabdakı pul vəsaiti müştərinin sərəncamlarını və ona qarşı irəli sürülmüş bütün tələbləri yerinə yetirməyə kifayət etmədikdə hesabdan pul vəsaiti məcəllə müəyyən edilmiş ardıcıllıqla silinir.
19. Hesabdan çıxarışlardan, ödəniş tapşırığı və kassa-mədaxil qəbzindən görünür ki, cavabdeh tərəfindən iddiaçının xeyrinə 2019-cu il 6 sentyabr tarixində hesabın möhkəmləndirilməsi (kredit ödənişi) kimi 100.000 manat məbləğində pul köçürülmüşdür, İddiaçının nümayəndəsi həmin vəsaitin banka daxil olmuş vergi orqanının sərəncamları əsasında silindiyini bildirmiş, həmin sərəncamları məhkəməyə təqdim etmişdir.
20. İddiaçı öz üzərinə düşən öhdəliyi icra etmi ş, qanunvericiliyin yuxarıda göstərilən tələblərinə riayət edərək göstərilən ardıcıllıqla hesabda olan vəsaiti silmişdir. Bununla yanaşı, iddia ərizəsindən görünür ki, iddiaçı cavabdehlərdən faiz borcu üzrə 44.771,93 manat məbləğində pulun ödənilməsini tələb etsə də, ekspert rəyinə əsasən, cavabdehin 2017-ci il 31 oktyabr tarixli, 01 XZBK nömrəli kredit müqaviləsi üzrə 2020-ci il 24 mart tarixinədək banka olan faiz borcu 37.546,83 manat məbləğində müəyyən olunmuşdur. İddia tələbi bu hissədə qismən əsaslı olduğundan cavabdehlərdən tutulacaq faiz borcu ekspert rəyinə uyğun müəyyən edilməlidir.
21. Bununla yanaşı, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə 1.681,48 manat məbləğində dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Məhkəmə hesab etmişdir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlı olmuşdur. Digər tərəfdən MM-in 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 500 manat məbləğində müəyyən edilməlidir.
22. Məhkəmə iddia ərizəsinin ipoteka predmeti olan əmlaklara tutma yönəldikdən və əmlaklar satıldıqdan sonra həmin fərdi yaşayış evinin boşaldılaraq, iddiaçıya təhvil verilməsinə dair hissəsi ilə razılaşmayaraq qeyd edir ki, iddiaçı qeyd olunan tələbləri irəli sürmək hüququna malik olmadığından iddia tələbi həmin hissədə təmin edilməməlidir.
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə ödənilmiş 60 manat dövlət rüsumu iddiaçıya aid olunmalıdır. Hazırkı iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xərclərinə dair bildirişdən görünür ki, keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil etmişdir. Ekspertiza xərcinin 40 manat hissəs i cavabdehdən, 10 manat hissəsi isə iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə keçirilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının xərclərinə dair bildirişdən görünür ki, keçirilmiş ekspertiza tədqiqatının dəyəri 300 manat təşkil etmişdir. Ekspertiza xərcinin 250 manat hissəsi cavabdehdən, 50 manat hissəsi isə iddiaçıdan tutularaq "xxxx" MMC-nin hesabına köçürülməlidir.
24. Məhkəmə gəldiyi nəticəni MM-in 385.1, 399.1, 442, 462.1, 739.1, 739.2, 741, 965.2.1, 965.2.2, 965.2.3, 965.2.4, 965.2.4, 965.2.6,, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 4.1, 34, 39.3, 41.2, 59.3, 59.4, MPM-in 77.1, 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
25. İddiaçı həmin qətnamədən 2022-ci il 1 dekabr tari xində apellyasiya şikayəti verərək onun qismən ləğv olunması, 2017-ci il 31 oktyabr tarixli, 01 XZBK saylı kredit müqaviləsi üzrə 44.771.93 manat faiz və 1.681.48 manat cərimə borcunun tam təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir
26. Cavabdeh1 həmin qətnamədən 2022-ci il 3 dekabr tarixində apellyasiya şikayəti verərək onun ödənilmiş 100.000 manat vəsaitin kredit ödənişi kimi nəzərə alınmaması və bunun nəticəsində də hesablanmış faizlər hissəsində ləğv olunaraq iddia tələbinin də həmin hissədə rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
27. Cavabdeh1 vəsatətlə Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək, məhkəmə-mühasibatlıq ekspertizasının təyin olunmasını xahiş etmiş, Bakı Apellyasiya Məhkəməsin in Kommersiya Kollegiyasının 2022-ci il 1 fevral tarixli, 2-2(103)-155/2022 saylı qərardadı ilə iş üzrə əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmuş, ekspertizanın aparılması və qanunla müəyyən edilmiş müddətdə rəy verilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 2022-ci il 8 aprel tarixli, 9/1379 saylı rəyinin nəticə hissəsində qeyd olunmuşdur ki: - rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, MMC tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və 2017-ci il 31 oktyabr tarixli, 01 XZBK nömrəli kredit müqaviləsinin şərtlərinə müvafiq olaraq MMC-nin 2021-ci il 1 mart tar ixinə (arayışda göstərilən tarixə) iddiaçıya olan borcu 163.156,83 AZN məbləğdə müəyyən olunur, o cümlədən: əsas borc üzrə 125.610 AZN, faiz borcu üzrə 37.546,83 AZN. - Həmçinin, iş materiallarının 1-ci cildinin 110-cu vərəqində olan hesabdan çıxarış məlumatlarında əks olunan 2020-ci il 23 yanvar tarixində silinmiş 28.494,91 AZN, 22.932,56 AZN və 5.562,35 AZN məbləğləri 2017-ci il 31 oktyabr tarixli, 01 XZBK nömrəli kredit müqaviləsi üzrə borc ödənişləridir. Hesabdan çıxarış məlumatlarına əsasən, həmin məbləğlər iş materiallarının 1-ci cildinin 71-ci vərəqində olan maliyyə arayışında göstərilən əsas və faizə silinmə kimi nəzərə alınmışdır. - Təqdim olunmuş hesabdan çıxarış məlumatlarına əsasən, 2017-ci il 31 oktyabr tarixli, 01 XZBK nömrəli kredit müqaviləsi üzrə kredit ödənişlərinin gecik dirilməsinə görə bank tərəfindən cərimə hesablanmamış və kredit ödənişlərindən cərimələrə silinmə aparılmamışdır. Göstərilənlərə əsasən, hazırkı tədqiqatla kredit ödənişlərinin gecikdirilməsinə dair cərimə hesablanmadı.
28. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 13 iyun tarixli, 2-2(103)-155/2022 saylı qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişdirilmiş, qətnamənin nəticə hissəsində “500” rəqəmi “1.681,48” rəqəmi ilə, “163.656,83” rəqəmi “164.838,31” rəqəmi ilə əvəz olunmuş, qətnamə yoxlanılan qalan hissədə dəyişdirilmədən saxlanılmış, iddiaçının apellyasiya şikayəti qismən təmin olunmuş, Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, ekspertiza tədqiqatının dəyəri 50 manat iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyy ə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir (sədrlik edən hakim – V.Məmmədov, hakimlər – V.Baxışova və R.Qurbanov).
29. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya şikayətləri ilə qətnamənin qismən ləğvi xahiş edildiyi, mübahisənin predmeti isə bölünən olduğu üçün birinci instansiya məhkəməsinin qətnaməsinə tərəflərin ləğvini istəmədiyi hissədə hüquqi müdaxilə dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilə bilər. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığına onun düzünə mübahisələndirilən hissədə-apellyasiya şikayətləri həddində hüquqi qiymət verilməli, qalan hissə tərəflər arasında mübahisəsiz olduğu, həmçinin, qətnamə bütövlükdə prosessual hüquq normalarına riayət olunmaqla qəbul edildiyi üç ün, qətnamənin mübahisələndirilməyən hissəsinə toxunulmamalı, qətnamə 37.546,83 manat məbləğdə faiz borcu, 500 manat məbləğdə cərimə borcu hissədə və apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmalıdır.
30. Kredit müqaviləsinə əsasən, alınan pulların qaytarılması ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan MMC müqavilə üzrə iddiaçıya olan bütün borclarını, o cümlədən faiz və dəbbə pulu borclarını ödəməlidir.
31. Bu mənada məhkəmə kollegiyası Cavabdeh1 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmamışdır. Hesabdan çıxarışlar, ödəniş tapşırığı və kassa-mədaxil qəbzindən görünür ki, cavabdeh tərəfindən iddiaç ının xeyrinə 2019-cu il 6 sentyabr tarixində hesabın möhkəmləndirilməsi (kredit ödənişi) kimi 100.000 manat məbləğdə pul köçürülmüş, iddiaçı həmin vəsaitin banka daxil olmuş vergi orqanının sərəncamları əsasında silindiyini bildirmiş, sərəncamlar məhkəməyə təqdim edilmiş, bununla da məlum olmuşdur ki, iddiaçı MM-in 965-ci maddəsi ilə müəyyən olunmuş vəzifələri icra etmiş, qanunun tələblərinə riayət edərək, hesabda olan vəsaiti ardıcıllıqla silmişdir.
32. Cavabdehin apellyasiya şikayətinin MM-in 440.1 və 440.2-ci maddələrinə istinad edən dəlilləri isə qanunun səhv təfsirinin nəticəsi olmuşdur. Həmin normalarda bir borclunun eyni bir kreditor qarşında müxtəlif öhdəliklərdən irəli gələn bir neçə oxşar icra üzrə borcların ödənilməsi qaydası tənzimlənmişdir. Lakin hazırkı işdə mübahisəli 100.00 0 manat həm iddiaçının, həm də dövlət büdcəsinin tələblərinin ödənilməsinə yönəldilmişdir.
33. İddiaçının apellyasiya şikayətinin kredit müqaviləsi üzrə faiz borcunun 37.546,83 manat təşkil etməsinin düzgün olmaması barədə dəlili əsassız olmuşdur. Birinci instansiya məhkəməsinin təyin etdiyi ekspertiza üzrə alınmış 9/5513 nömrəli rəylə razılaşmayan iddiaçının vəsatətinə əsasən, məhkəmə kollegiyası tərəfindən təyin olunmuş 9/1379 nömrəli ekspert rəyində də eyni nəticə təkrarlanmışdır, sonuncu rəydə aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verildiyi üçün həmin rəyin mötəbər sübut olaraq qəbul edilməməsi üçün əsas mövcud olmamışdır.
34. İddiaçının apellyasiya şikayətinin 125.610 manat əsas bor ca 500 manat dəbbə pulunun 4 il ərzində hesablanmasının tənasübsüz yüksək kimi qiymətləndirilə bilməməsinə dair dəlili isə əsaslı olmuşdur. Birinci instansiya məhkəməsi qətnaməsində bununla bağlı MM-in 467-ci maddəsinə istinad etsə də, yüksək tənasübsüzlüyün nədən ibarət olmasını əsaslandırmamışdır. Odur ki, 125.610 manat əsas borca 1.681,48 manat dəbbə pulu tənasübsüz surətdə yüksək olmadığı üçün onun məbləğinin azaldılmasına da zərurət olmamışdır.
35. İddiaçının apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə qismən təsdiq olunmaqla, qətnamənin dəbbə pulunun, ona müvafiq olaraq da cəmi borc məbləğinin tutulması hissəsində dəyişdirilməsinə əsas vermiş, birinci instansiya məhkəməsinin iddianın həmin hissədə qismən təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə qanuni və əsas lı olmamışdır.
36. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 399.1, 427.3, 440.1, 440.2, 442, 448.1, 448.2, 462.1, 467, 739.1, 739.2, 741, 965.1, 965.2, 965.3, MPM-in 14.2, 77.1, 88, 101.6, 103.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
37. Apellyasiya məhkəməsinin qətnaməsi 2022-ci il 24 iyun tarixində iddiaçı, Cavabdeh1 nümayəndəsinə məxsus şəxsi elektron kabinetlərdə yerləşdirilmişdir.
38. Cavabdeh1 həmin qətnamədən 2022-ci il 24 avqust tarixində kassasiya şikayəti verərək onun ləğv edilərək, işin apellyasiya instansiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
39. MM-in 425.1 və 425.2-ci maddələrinin tələbləri pozulmuşdur. 2019-cu il 6 sentyabr tarixində tərəfimizdən kredit ödənişi olaraq 100.000 manat ödənilsə də, iddiaçı tərəfindən izahı məlum olmayan səbəblərə görə təyinatı üzrə istifadə olunmayaraq 50 gün sonra vergi orqanının sərəncamına silməsi öhdəliyin icrasını təhlükəyə atan hərəkət kimi qiymətləndirilməlidir.
40. MM-in 440.1 və 440.2-ci maddələrinin tələbləri pozulmuşdur. Əgər 2019-cu il 6 sentyabr tarixinə vergi orqanının sərəncamı olsa belə, borcların ödənilməsi üçün ilk olaraq borclunun seçdiyi öhdəlik ödənilir. Ödənilmiş 100.000 manatın təyinatı isə kredit ödənişi olmuşdur.
41. MM-in 965-ci maddəsinin tələbi pozulmuşdur. Məhkəmə yanlış olaraq MM-in 965-ci maddəsinə istinad etməklə səhv qənaətə gəlmişdir. Həmin maddədə hesabdan pul vəsaitinin silinməsinin növbəliyi qeyd olunmuşdur. İndiki halda isə hesabda vəsait ol mamışdır. Hesabda vəsait kimi görünən isə kredit ödənişi olaraq ödənmiş 100.000 manat vəsait idi. Onun da iddiaçı tərəfdən hansı səbəbdən təyinatı üzrə yönəldilmədiyi və hansı əsasla şirkətin kredit öhdəliyi olduğu halda hesabda saxlamaları sual olunur.
42. MPM-in 88-ci maddəsinin tələbi pozulmuşdur. 2019-cu il 6 sentyabr tarixində təyinatı kredit ödənişi olan 100.000 manat vəsaitin ödənilməsi sübut olunsa da məhkəmə bu fakta qiymət verməmişdir.
43. MM-in 97.1, 97.4 və 102.1-ci maddələrinin tələbləri pozulmuşdur. Ekspert qarşısında qoyulan suallar arasında 2019-cu il 6 sentyabr tarixində 100.000 manatın ödənilməsinin nəzərə alınması halında əsas borcun və faizlərin hesablanmasına dair sual qoyulmamış, bu səbəbdən istinad olunan ekspert rəyləri tam və aydın olmamışdır.
44. Cavabdeh1 apellya siya şikayətin dəlillərindən birinci instansiya məhkəməsi tərəfindən yalnız ekspert rəyinə istinad olunaraq qətnamə qəbul etmişdir. Həmçinin iddiaçının da təkrar ekspertiza keçirilməsinə dair vəsatətini təmin edən məhkəmə əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin etmişdir. Lakin ekspert qarşısında qoyulan suallar Cavabdeh1 irəli sürdüyü dəlillərin araşdırılması üçün kifayət edə bilməzdi. Belə ki, ekspert qarşısında qoyulan (ödənilən 100.000 manat puldan sərəncama görə çıxılan məbləğdən sonra yerdə qalan 28.494,91 manat, 22.932,56 manat və 5.562,35 manat məbləğləri borc ödənişləridirmi?) sual özü-özlüyündə Cavabdeh1 irəli sürdüyü dəlilərin araşdırılmasına cavab vermir.
45. Belə ki, 2019-cu il 6 sentyabr tarixində təyinatı kredit ödənişi olan 100.000 manat pul vəsaiti iddiaçıya ödənilsə də, məhkəmədə iddiaçı həmin məbləğin vergi orqanının sərəncamı əsasında silindiyini bildirmişdir. Lakin məhkəmə bu fakta qiymət verərkən nəzərə almamışdır ki, iddiaçıya 100.000 manat ödənildikdən 50 gün sonra vergi orqanı tərəfindən sərəncam qoyulmuşdur. Ödənilən 100.000 manat pulun dərhal təyinatı üzrə kredit öhdəliyinin icrasına hansı səbəbdən yönəldilməməsi və hansı səbəbdən həmin vəsaitin 50 gün vergi orqanının sərəncamını gözləməsi, həmçinin əgər kredit ödənişinin bir hissəsi sərəncama çıxılırdısa, qalan məbləği təyinatı üzrə borcun silinməsinə hansı səbəbdən faktiki olaraq 4 aydan sonra yönəldilməsi və bu müddət ərzində hesablanmış faizlərin hansı hüquqi əsas olduğu sual olunur. İddiaçı bilərəkdən kredit ödənişini təyinatı üzrə gecikmə ilə yönəltməklə, əlavə faizlərin hesablanmasına nail olur.
46. Mübahisələndirilən qətnamənin 7-ci vərəqin 3-сü abzasında vergi MM-in 440.1 və 440.2-ci maddələrinə göstərilənlərlə razılaşmayaraq, vergi orqanının sərəncamı əsasında 100.000 manat vəsaitin kredit müqaviləsi üzrə ödənilməli olan borca nəzərə alınmalı olması barədə cavabdehlərin dəlili ilə bağlı mövqe bildirən məhkəmə hazırkı işdə mübahisəli 100.000 manat həm iddiaçının, həm də dövlət büdcəsinin tələblərinin ödənilməsinə yönəldiyini bildirmişdir. Lakin qeyd olunan maddəyə əsasən, bu borclunun seçiminə əsasən aparılmalı olan ödəniş olduğu halda, iddiaçı öz seçiminə uyğun addım atmışdır. Bu isə MM-in 440-cı maddəsinin tələblərinə ziddir.
47. Həmçinin MM-in 965-ci maddəsinə istinad edərək iddiaçının doğru olaraq 2019cu il 6 sentyabr tarixində cavabdeh tərəfindən təyinatı kredit ödənişi olan 100.000 manat məbləğində ödənişi ilk olaraq vergi orqanının sərəncamına yönəltməsini qeyd etmişdir. Faktiki olaraq məhkəmə mübahisələndirilən qətnamədə yalnız bir abzasla cavabdehin gətirdiyi dəlillərə qiymət verməklə kifayətlənmişdir. Lakin məhkəmə vergi orqanının sərəncamı cavabdeh tərəfindən ödəniş aparıldıqdan 50 gün sonra qoyulması və hansı səbəbdən iddiaçının 50 gün müddətində ödənilmiş vəsaiti kredit ödənişinə yönəldilməməsinə qiymət verməmişdir.
48. Məhkəmənin istinad etdiyi ekspertiza rəyinə nəzər saldıqda, ekspert qarşısında tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə 2021-ci il 1 mart tarixinə əsas, faiz və cərimə borcunun məbləğlərinin ayrı-ayrılıqda nə qədər olması sualı qoyulmuşdur. Lakin ekspert qarşısında ödənilmiş 100.000 manat vəsaitin hesablanacağı təqdirdə borc öhdəliyinin nə qədər ola biləcəyinə dair sual qoyulmamışdır. Həmçinin ekspertiza rəyində istinad olunan kredit müqaviləsi üzrə ödəniş qrafikinə nəzər saldıqda görünür ki, 2019-cu il 6 sentyabr tarixində təyinatı kredit ödənişi olan 100.000 manat vəsaitin ödənilməsi öz əksini tapmamışdır.
49. Vergi ödəyicisinin şəxsi kabinetinə nəzər saldıqda 2019-cu il 20 sentyabr tarixinə 4.559,31 manat vergilər üzrə əlavə ödənişin olduğunu görünür. Belə olan halda təyinatı kredit ödənişi olan 100.000 manatın vergi orqanının sərəncamına silinməsi doğru olmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
50. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
51. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
52. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq yoxlanılacaqdır.
53. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki halları na istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
54. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
399. Müqavilənin qüvvəsi 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur....” “Maddə
427. Öhdəliyin icrası müddəti... 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir....” “Maddə
440. Pul öhdəliklərinin ödənilməsi növbəliyi 440.1. Əgər kreditorun xeyrinə olaraq borcluya müxtəlif öhdəliklərdən irəli gələn bir neçə oxşar icra həvalə edilmişdirsə və icra edilənlər bütün bor cların ödənilməsi üçün yetərli deyildirsə, borclunun icra zamanı seçdiyi öhdəlik ödənilir, borclu seçmədikdə isə ödəniş müddəti birinci çatan borc ödənilir. 440.2. Əgər tələblərin icra müddətləri eyni vaxtda çatarsa, icrası borclu üçün daha ağır olan tələb birinci növbədə ödənilməlidir....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilm ədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz....” “Maddə
462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir....” “Maddə
467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.” “Maddə
739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğu l olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.” “Maddə
741. Borc üzrə faizlər Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.” “Maddə
965. Hesabdan pul vəsaitinin silinməsinin növbəliyi 965.1. Hesabdakı pul vəsaitinin məbləği hesaba qarşı irəli sürülən bütün tələbləri ödəməyə kifayət etdikdə hesabdan bu vəsaitin silinməsi müştərinin sərəncamlarının və hesabdan silməyə dair digər sənədlərin daxil olduğu ardıcıllıqla (təqvim ardıcıllığı) həyata keçirilir, bu şərtlə ki, qanunda ayrı qayda nəzərdə tutulmasın. 965.2. “Daşınar əmlakın yüklülüyü haqqında” A zərbaycan Respublikasının Qanununda başqa hal nəzərdə tutulmayıbsa, hesabdakı pul vəsaiti müştərinin sərəncamlarını və ona qarşı irəli sürülmüş bütün tələbləri yerinə yetirməyə kifayət etmədikdə hesabdan pul vəsaiti aşağıdakı ardıcıllıqla silinir: 965.2.1. birinci növbədə həyata və ya sağlamlığa vurulmuş zərərin ödənilməsi haqqında tələblərin, habelə alimentlərin tutulması haqqında tələblərin yerinə yetirilməsi üçün hesabdan pul vəsaitinin köçürülməsini və ya verilməsini nəzərdə tutan sənədlər və yaxud bu sənədlər əsasında verilən icra sənədi üzrə hesabdan silmə həyata keçirilir; 965.2.2. ikinci növbədə əmək müqaviləsi ilə işləyən şəxslərə işdənçıxma müavinətlərinin və əmək haqqının ödənilməsi üzrə və müəlliflik müqaviləsinə görə haqların ödənilməsi üzrə hesablaşmalar üçün pul vəsaitinin k öçürülməsini və ya verilməsini nəzərdə tutan sənədlər və yaxud bu sənədlər əsasında verilən icra sənədi üzrə hesabdan silmə, habelə bu məqsədlər üçün verilmiş bank kreditlərinin hesabdan silinməsi həyata keçirilir; 965.2.3. üçüncü növbədə dövlət büdcəsinə, məcburi dövlət sosial sığorta haqları və işsizlikdən sığorta haqları üzrə büdcədənkənar dövlət fonduna, icbari tibbi sığorta haqları üzrə icbari tibbi sığorta fonduna və bələdiyyələrin büdcələrinə ödənişləri nəzərdə tutan ödəniş sənədləri üzrə hesabdan silmə həyata keçirilir; 965.2.4. dördüncü növbədə verilmiş kreditlər üzrə bankın tələblərinin yerinə yetirilməsini nəzərdə tutan ödəniş sənədləri üzrə hesabdan silmə həyata keçirilir; 965.2.5. beşinci növbədə başqa pul tələblərinin yerinə yetirilməsini nəzərdə tutan icra sənədi üzrə hesabd an silmə həyata keçirilir; 965.2.6. altıncı növbədə təqvim ardıcıllığı qaydasında digər ödəniş sənədləri üzrə hesabdan silmə həyata keçirilir. 965.3. “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununda başqa hal nəzərdə tutulmayıbsa, bir növbəyə aid tələblər üzrə vəsait sənədlərin daxil olmasının təqvim ardıcıllığı qaydasında hesabdan silinir."
55. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə 8
8. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
56. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyindən və kassasiya şikayətinin dəlilləri əsassız olduğundan kassasiya şikayəti təmin edilməməli, iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 13 iyun tarixli, 2-2(103)-155/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
57. Məhkəmə kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır və ilkin olaraq qeyd edir ki, kredit müqaviləsinə əsasən, alınan pullar ın qaytarılması ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan MMC müqavilə üzrə iddiaçıya olan bütün borclarını ödəməlidir.
58. Məhkəmə kollegiyası kredit ödənişi kimi banka ödənilmiş və vergi orqanının sərəncamı üzrə silinmiş vəsaitin kredit müqaviləsi üzrə ödənilməli olan borca nəzərə alınmalı olması barədə kassasiya şikayətinin dəlili ilə razılaşmır. MM-in 965.2-ci maddəsinə əsasən, “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununda başqa hal nəzərdə tutulmayıbsa, hesabdakı pul vəsaiti müştərinin sərəncamlarını və ona qarşı irəli sürülmüş bütün tələbləri yerinə yetirməyə kifayət etmədikdə hesabdan pul vəsaiti bu maddədə müəyyən edilmiş ardıcıllıqla silinir.
59. Hesabdan çıxarışlar, ödəniş tapşırığı və kassa-mədaxil qəbzindən görünür ki, cavabdeh tərəfindən 2019-cu il 6 sentyabr tarixində hesabın möhkəmləndirilməsi (kredit ödənişi) kimi 100.000 manat məbləğdə pul köçürülmüş, iddiaçı həmin vəsaitin banka daxil olmuş vergi orqanının sərəncamları əsasında silindiyini bildirmiş və sərəncamlar məhkəməyə təqdim edilmişdir. 2019-cu il 6 sentyabr tarixli qəbzdən (İ cild, i.v.154) görünür ki, hesaba köçürülən pulun təyinatını hesabın möhkəmləndirilməsi təşkil etmiş, kredit ödənişi ifadəsi həmin möhkəmləndirmə ifadəsindən sonra qeyd olunmuşdur. Bununla da həmin məbləğin təyinatının birbaşa kredit ödənişi ilə bağlı olması kimi qəbul edilməsi yolverilməzdir. İddiaçı isə öz növbəsində M M-in 965-ci maddəsi ilə müəyyən olunmuş vəzifələri icra etmiş, qanunun tələblərinə riayət edərək, hesabda olan vəsaiti ardıcıllıqla silmişdir.
60. Digər tərəfdən, kassasiya şikayətinin 100.000 manat ödənildikdən 50 gün sonra vergi orqanı tərəfindən sərəncam qoyulması barədə dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, işin materialları ilə müəyyən olunanlara əsasən, müvafiq 2019-cu il 22 iyul tarixli, **********6A nömrəli; 2019-cu il 22 iyul tarixli, **********8D nömrəli və.s sərəncamlar həmin məbləğin hesaba köçürülməsindən əvvəlki tarixlərə aid olmuş, bu səbəbdən bank tərəfindən vergi orqanının sərəncamları icra olunmayaraq vəsaitlərin silinməsinin istisna edilməsi qeyri-mümkün olmuşdur. Bu baxımdan şikayətin sözügedən dəlili də əsaslı olmamışdır.
61. Bundan b aşqa, kassasiya şikayətinin MM-in 440.1 və 440.2-ci maddələrinə istinad edən dəlilləri isə qanunun səhv təfsirinin nəticəsi olmuşdur. Həmin normalarda bir borclunun eyni bir kreditor qarşında müxtəlif öhdəliklərdən irəli gələn bir neçə oxşar icra üzrə borcların ödənilməsi qaydası tənzimlənmişdir. Lakin hazırkı işdə mübahisəli 100.000 manat həm iddiaçının, həm də dövlət büdcəsinin tələblərinin ödənilməsinə yönəldilmişdir.
62. Kassasiya şikayətinin digər dəlilləri əsasən apellyasiya şikayətinin dəlilləri ilə eynidir. Həmin dəlillər məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır. MPM-nin 385-ci maddəsinin tələbinə görə belə dəlillər apellyasiya qaydasında məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsasdır. Bundan fərqli olaraq, hazırkı icr aat çərçivəsində məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması, işin hallarının sübut olmaması ilə bağlı dəlillər üzrə araşdırma aparılmır və onlara qiymət verilmir. Məhkəmə kollegiyası cavabdehin dəlillərinə apellyasiya instansiyası məhkəməsinin tam hüquqlu məhkəmə kimi mahiyyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə ilə razılaşır.
63. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud olmamışdır. Kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 13 iyun tarixli, 2-2(103)-155/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
64. Yuxarıda göstərilənlərə və MPM-in 416, 417, 419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 13 iyun tarixli, 2-2(103)-155/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.