Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-69/2021 10.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı MMC-in Cavabdeh MMC-ə qarşı əsas borcun və dəbbə pulunun tutulması tələbinə dair, Cavabdeh MMC-in İddiaçı MMC-ə qarşı qabaqcadan ödənilmiş vəsaitin qaytarılması barədə qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRAR Açar sözlər: alqı-satqı müqaviləsi üzrə əsas borcun və dəbbə pulunun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Qəribov Bəhman Fərhad oğlunun sədrliyi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlundan və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, məhkəmə iclasının katibi Nəcəfzadə Nigar Zəfər qızının iştirakı ilə, tərəflərin iştirakı olmadan, Ca vabdeh MMC tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 26 avqust tarixli 2-2(103)-375/2020 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. İ. İŞİN HALLARİ 1. “İcraçı” adlandırılacaq “xxxx” MMC ilə “Sifarişçi" adlandırılacaq Cavabdeh MMC arasında “Malgöndərən” tərəfindən “EPOCON SP 980 Y” beton əlavələrinin “Alıcıya göndərilməsi ilə bağlı xxx tarixli, xxx nömrəli müqavilə imzalanmışdır.
2. Müqavilənin 2.2-ci bəndində göstərilir ki, müqavilə çərçivəsində göndərilən mal Malgöndərənin xüsusi mülkiyyətidir və üzərində üçüncü şəxslərin hüququ yoxdur.
3. Müqavilənin 5.1-ci bəndinə əsasən bu müqavilənin qiyməti təhvil verilmiş mallara uyğun tərtib edilən qaimə-fakturalar əsasında müəyyənləşəcək.
4. Həmin müqavilənin 5.2-ci b əndinə əsasən 1 kq “EPOCON SP 980 Y”-nin qiyməti ƏDV-siz 1,00 manat müəyyən olunmuşdur.
5. Müqavilənin 5.3-cü bəndinə əsasən göndərilən “mal”ı “Malgöndərən” qaimə faktura, sertifikat və digər müşayiət edən sənədlərlə birgə “Alıcı”ya müvafiq qaydada təhvil verməlidir.
6. Həmin müqavilənin 5.4-cü bəndinə əsasən göndərilən “mal”ın qiymətinin ödənilməsi mal təhvil alındıqdan sonra bank köçürmə yolu ilə və ya nağd qaydada 5 (beş) bank günü ərzində aparılır.
7. Müqavilə şərtlərinə əsasən “mal” təhvil verildikdən sonra onun dəyəri ödənilməlidir.
8. İddiaçı tərəfindən xxx tarixli alqı-satqı müqaviləsinə əsasən xxx tarixində həmin tarixli elektron hesab fakturası ilə 28.120 kq olan “EPOCON SP 980 Y” markalı mal Cavabdeh MMC-ə təqdim edilmişdir. 9. 2017-ci il 22 sentyabr tarixli Kommersiya qurumunun Dövlət Reyestrindən çıxarışa görə “xxxx” MMC-in adı dəyişdirilərək, İddiaçı MMC adlandırılmışdır.
10. Tərəflər arasında bağlanmış xxx tarixli müqavilənin 5.2-ci bəndinə əsasən 1 kq “EPOCON SP 980 Y”-nin qiyməti ƏDV-siz 1,00 manat müəyyən olunsa da, ödəniş tapşırıqlarına, qaimə-fakturalara, elektron vergi hesab fakturalarına görə 2015-ci il 14 aprel tarixindən etibarən, 1 kq qiyməti (ƏDV-siz) 1,27 manat göstərilməklə, “EPOCON SP 980 Y” markalı mal cavabdehə təqdim olunmuşdur.
11. Keçən müddət ərzində cavabdeh tərəfindən hər hansı pretenziya olunmadan 1 kq “EPOCON SP 980 Y”-nin dəyəri 1,27 manat qəbul edilməklə, dəyəri tamamilə ödənilmiş, sonuncu dəfə 2017-ci il 27 dekabr tarixində təqdim olunmuş 28.120 kq malın dəyəri ödənilməmiş (28.120 x 1,27=35712,4 manat), 28.120 kq olan “EPOCON SP 980 Y” markalı malın ilkin iddia üzrə cavabdehə Cavabdeh MMC-ə təqdim olunmuşdur (ƏDV ilə birlikdə 42.140 manat). İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
12. İddiaçı MMC Cavabdeh MMC-ə qarşı tərəflər arasında bağlanmış müqavilə üzrə 42.140 manat alqı-satqı müqaviləsi üzrə əsas borcun, 2.107 manat dəbbə pulunun tutulması barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir.
13. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC xxx tarixində Cavabdeh MMC ilə (onun direktorunun şəxsində) xxx saylı müqavilə bağlamışdır. Müqavilə əsasında cavabdehə 2017-ci il 27 dekabr tarixində 42.140 manat məbləğində “EPOCON SP 980 Y” adlı mal göndərilmişdir. Müqavilənin şərtlərində alıcıya mal göndərildikdən sonra 5 iş günü ər zində malın dəyəri bank köçürmə yolu ilə və ya nağd qaydada iddiaçıya ödənilməsi nəzərdə tutulsa da, cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-Mülki Məcəllə) 21.2-ci, 425-ci, 442-ci, 443-cü, 445.7-ci, 448.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 149-cu, 150-ci, 151-ci, 216-220-ci maddələrinə əsaslanaraq, tərəflər arasında bağlanmış müqavilə üzrə 42.140 manat malın dəyərinin, 2.107 manat dəbbə pulunun və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunur.
14. Cavabdeh MMC İddiaçı MMC-ə qarşı müqavilə üzrə gətirilməmiş 85.938 kq məhsula dair qabaqcadan ödənilmiş 85.938 manat pul vəsaitinin alınaraq Cavabdeh MMC-ə ödənilməsi barədə qarşılıqlı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir.
15. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xxx tarixində CMTİ808/1 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən İddiaçı MMC “Cavabdeh“ MMC-ə 1 kq ƏDV-siz 1 manat dəyərində “EPOCON SP 980 Y” markalı beton qatqısı ilə təmin etməyi öhdəsinə götürür. “Cavabdeh“ MMC hər kq 1 manat olmaqla alınmış malın dəyərini ödəməyi üzərinə götürür. Malın dəyəri satıcının bank hesabına köçürülmə yolu ilə ödənilir. İddiaçı MMC tərəfindən gətirilmiş beton qatqısının dəyəri tam ödənilmişdir. Bundan başqa İddiaçı MMC şirkəti müqavilə üzrə gətirməli olduqları beton qatqısı 85.938 kq gətirilməmişdir. Lakin “Cavabde h“ MMC həmin malın dəyərini qabaqcadan ödəmişdir. Cavabdeh MMC müqavilə öhdəliyinin yerinə yetirməsini xahiş etsə də, hal-hazırki vaxta qədər müqavilə üzrə gətirilməli olan beton qatqısını və ya ödənilmiş olan artıq məbləğ geri qaytarmamışdır. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-ə 2014-cü ildən, yəni müqavilə bağlandığı vaxtdan hal-hazırki vaxtadək gətirilmiş 584.900 kq məhsulun dəyəri 1 manatdan 584.900 manat, ödənilmiş məbləğ isə 670.837,80 manat təşkil edir. İddiaçı MMC-dən gətirilməmiş məhsul 85.938 kq təşkil edir. Gətirilməmiş məhsula dair qabaqcadan ödənilmiş pul şirkətdən geri istənilsə də, hal-hazırki vaxtadək ödənilməmiş qalmışdır. Qarşılıqlı iddia üzrə iddiaçı göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 25ci, 71-ci, 127-ci maddələrinə, MPM-in 9-cu, 14-cü, 77-ci, 8 8-ci, 149-cu, 150-ci, 217-ci maddələrinə, Mülki Məcəllənin 385-ci, 386-cı, 389-cu, 425-ci, 443-cü maddələrinə əsaslanaraq, İddiaçı MMC-dən müqavilə üzrə gətirilməmiş 85.938 kq məhsula dair qabaqcadan ödənilmiş 85.938 manat pul vəsaitinin alınaraq Cavabdeh MMC-ə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. 16. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 28 fevral tarixli, 2-2(82)394/2019 saylı qətnaməsi ilə ilk iddia üzrə Cavabdeh MMC-dən tərəflər arasında bağlanmış müqavilə üzrə malın dəyəri kimi 42.140 manat, dəbbə pulu qismində 2.107 manat və iddia qaldırılarkən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat, ümumilikdə 44.277 manat pul vəsaiti tutularaq ilk iddia üzrə İddiaçı MMC-ə ödənilməsi, qarşılıqlı iddia təmin olunmamış, qarşılıqlı iddia qaldırıl arkən ödənilmiş 30 manat dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-ə aid edilmişdir (hakim-Rüstəm Kərimli).
17. Məhkəmə mövqeyi bundan ibarət olmuşdur ki,xxx tarixli xxx nömrəli, xx xxxxxx xx-cı il tarixli xxx nömrəli və xx xxxxxx xxx tarixli xxx nömrəli qaimə fakturalarda İddiaçı MMC tərəfindən dəyəri 1 manat olmaqla 10.900 kq (3.900 +7.000) “epocan antifreeze” adlı malın və dəyəri 1,27 manat olmaqla 72.620 kq (15.160 + 21.160+ 36.300) “epocan” 980 k, 980, SP 980 Y adlı malın Cavabdeh MMC-ə təhvil verilməsi öz təsdiqini tapmışdır. Qaimə-fakturalar hər iki tərəfin möhür və vəzifəli şəxslərinin imzası ilə təsdiqlənmişdir. Müqavilə üzrə qiymətin dəyişməsi (1 manatdan 1,27 manata dəyişməsi) məsələsinə gəldikdə isə qaimə-fakturalar yeni qiymətlə iki tərəfli təsdiqləndiyi halda, satıcının təklifi, yəni ofertası alıcı tərəfindən qəbul edilmiş, yəni aksept olunmuş sayılır. Bu isə o deməkdir ki, tərəflər malın kq üçün 1,27 manat qiymətlə bağlı razılığa gəlmişlər.Bununla da, hazırki məhkəmə icraatında ilkin iddia üzrə İddiaçı MMC tərəflər arasında bağlanmış xxx tarixində bağlanmış müqavilə üzrə öz öhdəliyini yerinə yetirdiyi isbat edir, ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh MMC öz qarşılıqlı iddiasının əsası kimi gətirdiyi dəlili təsdiqləyən, həm də iddiaçının dəlilini inkar edən heç bir tutarlı sübutu məhkəməyə təqdim etməmişdir. Odur ki, məhkəmə qarşılıqlı iddianı əsaslı saymır.
18. Məhkəmə bu qənaətini Mülki Məcəllənin 14.1.2, 21.1, 21.2, 385.1, 386.1, 389.1, 389.3, 405.2, 407.1, 408.1, 408.3, 409.1, 409.4, 421.1, 421.2, 422.1, 422.2, 422.4, 424, 430.1, 442, 443.1, 448.2, 462.1, 463.1, 463.2, 467, 567, 568.1, 568.2, 578.1, 882.1-ci maddələrinə və MPM-in 14.2, 77.1, 78.1, 80, 107, 119.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
19. İlkin iddia üzrə Cavabdeh MMC 2019-cu il 19 iyun tarixində həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və qarşılıqlı iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiya məhkəməsində birinci icraat
20. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 1 oktyabr tarixli, e-2-2(103)-556/2019 saylı qətnaməsi ilə ilkin iddia üzrə Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 28 fevral tarixli, 2- 2(82)-394/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət olunmuşdur (sədrlik edən – K.Abiyeva, hakimlər – M.Tağızadə və Ü.Mayılov).
21. Məhkəmə hesab etmişdir ki, Cavabdeh MMC-in “EPOCON SP 980 Y” markalı malın qaimə-fakturada müəyyən olunan dəyərinə (1,27 manat) etirazının olması işin materiallarından müəyyən edilmir. Bununla əlaqədar 1 kiloqramın dəyəri 1,27 manat olan “EPOCON SP 980 Y” markalı malın verilməsini təsdiq edən qaimə-fakturalar hər iki tərəfin möhür və vəzifəli şəxslərinin imzası ilə təsdiqlənmişdir. Müqavilə üzrə qiymətin dəyişməsi ( 1 manatdan 1,27 manata dəyişməsi) məsələsinə gəldikdə isə, qaimə-fakturalar yeni qiymətlə iki tərəfli təsdiqləndiyi halda, satıcının təklifi, yəni ofertası alıcı tərəfindən qəbul edilmiş, yəni aksept olunmuş sayılır. Bu isə o deməkdir ki, tərəflər malın kiloqram üçün 1,27 manat qiymətlə bağlı razılığa gəlmişlər. Bununla da, hazırki məhkəmə icraatında ilkin iddia üzrə İddiaçı MMC tərəflər arasında bağlanmış xxx tarixində bağlanmış müqavilə üzrə öz öhdəliyini yerinə yetirdiyi sübut olunur. İlkin iddia üzrə Cavabdeh MMC öz qarşılıqlı iddiasının əsası kimi gətirdiyi dəlili təsdiqləyən, həm də iddiaçının dəlilini inkar edən heç bir tutarlı sübutu məhkəməyə təqdim etməmişdir.
22. Bu məhkəmə daha sonra qeyd etmişdir ki, müqavilə şərtlərinə əsasən mal təhvil verildikdən sonra onun dəyəri ödənilməlidir. Cavabdeh tərəf müqavilə şərtlərinə baxmayaraq, qarşılıqlı iddia ilə iddia olunan 85938 kq malın dəyərinin əvvəlcədən ödənilməsinin səbəblərinə dair məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Cavabdehin nümayəndəsi hər iki tərəfin rəhbərliyinin qabaqcadan ödənişlə bağlı şifahi razılığın olmasını bildirmiş, bu barədə yazılı heç bir sübut təqdim etməmişdir. İlkin iddia üzrə iddiaçının 2.107 manat dəbbə pulunun tutulması tələbinə gəldikdə, iddia ərizəsində dəbbə pulu kimi göstərilsə də, iddiaçı həmin məbləği Mülki Məcəllənin 445.7-ci maddəsinə müvafiq olaraq tələb etmişdir (ümumi tələb olunan 42.140 x 5%=2.107 manat)
23. Məhkəmə bu qənaətini Mülki Məcəllənin 385.1, 442, 445.7, 448.1-ci maddələrinə və MPM-in 14.2, 77.1, 384.0.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
24. Məhkəmənin qətnaməsi tərəflərə 2019-cu il 8 oktyabr tarixində göndərilmiş və cavabdehin kassasiya şikayəti 2019-cu il 20 avqust tarixində Bakı Apellyasiya Məhkəməsinə daxil olmuşdur.
25. İlkin iddia üzrə Cavabdeh MMC həmin qətnamə dən kassasiya şikayəti vermiş, qətnamənin ləğv olunması və işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
26. İlkin iddia üzrə İddiaçı MMC kassasiya şikayətinə etiraz vermiş, kassasiya şikayətinin təmin olunmaması və apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. c) kassasiya instansiya məhkəməsində birinci icraat
27. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 4 mart tarixli, e-2-2(102)-56/2020 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2019-cu il 1 oktyabr tarixli, 2-2(103)-556/2019 saylı qətnaməsi ləğv edilmiş, iş yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, Cavabdeh MMC-in kassasi ya şikayəti təmin edilmişdir (sədrlik edən–İ.Dadaşov, hakimlər – A.Hüseynov və R.Nəbizadə).
28. Bununla əlaqədar əsaslandırma ondan ibarət olmuşdur ki, müqavilənin 5.1-ci bəndinə əsasən bu müqavilənin qiyməti təhvil verilmiş mallara uyğun tərtib olunan qaiməfakturalar əsasında müəyyənləşəcək, müqavilənin 5.2-ci bəndinə əsasən isə 1 kq “EPOCON SP 980 Y”-nin qiyməti ƏDV-siz qəti olaraq 1,00 manat müəyyən olunmuş, müqavilənin 5.3-cü bəndinə əsasən göndərilən “mal”ı “Malgöndərən” qaimə faktura, sertifikat və digər müşayiət edən sənədlərlə birgə “Alıcı”ya müvafiq qaydada təhvil verməlidir, iş materiallarından isə malın qiymətinin dəyşməsi barədə tərəflər arasında hər hansı yazılı razılaşmanın mövcudluğu təsdiq olunmur və işə baxmış məhkəmələr tərəfindən də malın dəyərinin sonradan hansı səbəblə rdən dəyişdirilməsinə dair müvafiq araşdırma aparılmamış, bununla da cavabdehin qarşılıqlı iddiasının, apellyasiya şikayətinin iş üçün mühüm əhəmiyyət daşıyan dəlilləri məhkəmə qiymətləndirilməsindən kənarda qalmışdır. İşə apellyasiya qaydasında baxılarkən təqdim edilmiş “xxxx” MMC-in xxx tarixli, xxx saylı arayışına əsasən isə beton qatqısının topdan satış qiymətləri 2015-ci ildə 0,70 manat, 2016-2017-ci illərdə isə 0,85 manat olmuş, apellyasiya məhkəməsi tərəfindən isə bu sənədin hansı səbəbdən qəbul edilmədiyi qətnamədə əsaslandırılmamışdır.
29. Bu məhkəmə kollegiyası daha sonra bildirmişdir ki, MPM-in 152.1.4-cü maddəsinə əsasən kommersiya mübahisələriüzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim olunmadıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İş materiallarından da göründüyü kimi İddiaçı MMC-in iddia ərizəsinə qoşmada yalnız “icarəmüqaviləsinin və cavabdehə göndərilmiş məktubun surətləri və dövlət rüsumu qəbzinin əlavə edildiyi qeyd olunmuş, iddia ərizəsinə cavabdeh tərəfindən iddia ərizəsinin alınmasına dair isə hər hansı sübut əlavə olunmamışdır, poçt bildirişi isə iddiaçının da qeyd etdiyinə görə cavabdehə hansısa məktubun göndərilməsi barədədir. İşdə həmçinin iddiaçının hüquqi şəxs statusunu təsdiq edən müvafiq nizamnamə və kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarış, apellyasiya məhkəməsinin istinad etdiyi “xxxx” MMC-in adının dəyişdirilərək, İddiaçı MMC adlandırılması barədə 2017-ci il 22 sentyabr tarixli Kommersiya qurumunun Dövlət Reyestrindən çıxarış da yoxdur və bu sənədlər məhkəmələr tərəfindən tələb edilərək iş materiallarına əlavə olunmamış, beləliklə, işə baxılarkən iddiaçının hüquqi statusu dəqiq müəyyən edilməmişdir.
30. Bu məhkəmə daha sonra qeyd etmişdir ki, 2016-cı il tarixli qaimə fakturaların əsli təqdim edilsə də, iddia tələbinin əsasını təşkil edən xxx tarixlixxx saylı elektron vergi hesabfakturası və xxx tarixli müqavilə və bank ödəniş sənədləri kserosurət olmaqla onlara sübut qismində istinad edilməsi istisna olunur. Bundan əlavə, xxx tarixli müqavilənin 6.1 və 6.2-ci bəndlərinə əsasən müqavilə imzalandığı andan qüvvəyə minir və 2014-cü il 31 dekabr tarixinədək qüvvədədir. Müqavilə müddətinin başa çatmasına ən azı 30 gün qalanadək tərəflərdən hər hansı biri müqaviləyə xitam verilməsi barədə digər tərəfi xəbərdar etməzsə, müqavilə tə rəflər arasında eyni müddətə uzadılmış hesab edilir. Beləliklə, iddiaçı tərəfindən cavabdehə yeni qiymətlərlə məhsul göndərilərkən qeyd edilən bəndlər nəzərə alınmaqla tərəflər arasında qüvvədə olan müqavilə mövcud olmuş, bu zaman tərəflər arasında hər hansı yeni müqavilənin bağlanmasına dair təklif və ona müvafiq cavab verilməsinə də zərurət olmamışdır. Hazırki halda isə mübahisə müqavilə şərtlərinin birtərəfli qaydada dəyişdirilməsi və bu dəyişikliyin mülki qanunvericiliyin tələblərinə uyğun olub-olmamasından ibarətdir ki, iş materiallarından da göründüyü kimi işə baxmış məhkəmələr işin həmin hallarını düzgün qiymətləndirməmiş, bu isə öz növbəsində səhv məhkəmə qərarının qəbul olunması ilə nəticələnmişdir.
31. Məhkəmə qərarında öz qənaətini Mülki Məcəllənin 385.1, 407.1, 408.1, 423.1, 44 5.7, 462, 467-ci maddələrinə və MPM-in 88, 89.3, 152.1.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
32. Məhkəmənin qətnaməsi tərəflərə 2020-ci il 18 mart tarixində göndərilmişdir. ç) apellyasiya instansiya məhkəməsində ikinci icraat
33. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 26 avqust tarixli e-2-2(103)-375/2020 saylı qətnaməsi ilə Cavabdeh MMC-in apellyasiya şikayəti qismən təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 28 fevral tarixli, 2-2(82)394/2019 saylı qətnaməsi dəbbə pulu qismində Cavabdeh MMC-dən 2.107 manat tutulması hissəsində dəyişdirilmiş, ilkin iddia üzrə Cavabdeh MMC-dən ilkin iddia üzrə İddiaçı MMC-in xeyrinə pul öhdəliyinin icrasının gecikdirilməsinə görə 1.930,5 manat faiz tutulmuş, qətnamənin qalan hissədə də yişdirilmədən saxlanılması qət olunmuşdur (sədrlik edən – V.Baxışova, hakimlər – R.Qurbanov və C.Yusifov).
34. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, İddiaçı MMC tərəfindən xxx tarixli xxx saylı elektron qaimə üzrə Cavabdeh MMC-ə təqdim olunmuş 28120 kq malın dəyəri 2018-ci il yanvar ayının əvvəlində ödənilməli idi. İddiaçının hazırki iddia ərizəsi ilə məhkəməyə 2018-ci il 27 noyabr tarixində müraciət etdiyi nəzərə alınarsa həmin tarixədək ödənişin gecikdirildiyi müddət bir il deyil, 11 ay təşkil edir.Tələb olunan 42.140 manat əsas borc məbləğinə Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş qaydada illik 5% hesabı ilə 11 ay üçün faiz hesablandıqda müəyyən olunur ki, iddia qaldırılan tarixədək öhdəliyin icrasının gecikdirilməsinə görə Cavabdeh MMC-dən iddiaçının xeyrinə 1.930,5 manat (42.140 x 5% = 2.107:12 ay = 175,5x11 ay = 1.930,5) faiz tutulmalıdır.
35. Bu məhkəmə daha sonra qeyd etmişdir ki, işə apellyasiya qaydasında baxılarkən Cavabdeh MMC tərəfindən təqdim olunmuş “xxxx” KMİ MMC-in 2019-cu il 25 sentyabr tarixli beton qatqılarının 2015-2017-ci illərdə topdan satış qiymətlərinə dair arayış birinci instansiya mərhələsində təqdim edilmədiyindən sübut kimi qəbul olunmasıMPM-in 372.2-ci maddəsinin tələbinə ziddir. Həmin normaya əsasən, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
36. Bununla yanaşı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, həmin sübut hətta birinci instansiya məhkəm əsinə təqdim edilmiş olsaydı belə, tərəflər arasında bağlanmış müqavilədə satılan malın dəyərinin qaimə-fakturalar əsasında müəyyənləşdirilməli olduğu nəzərdə tutulduğundan həmin malın topdan satış qiyməti və ya digər şirkətlər tərəfindən təklif olunan qiyməti hazırki mübahisənin həlli üçün əhəmiyyətli deyil. Eyni zamanda “xxxx” KMİ MMC-in xxx tarixli arayışındakı qiymətlərin məhz “EPOCON SP 980 Y”-nin məhsulunun qiyməti olduğu qeyd olunmamışdır.
37. Bununla əlaqədar əsaslandırma ondan ibarət olmuşdur ki, tərəflər arasında xxx tarixindəyazılı alqı-satqı müqaviləsinin bağlanması, cavabdeh tərəfindən həyata keçirilmiş ödənişlərin məbləği, xxx tarixli xxx saylı sonuncu elektron qaimə üzrə cavabdehə malın təqdim olunması mübahisələndirilmədiyindən məhkəmə kserosurətləri təqdim edilmiş sə nədlərin əsillərinin tələb olunaraq işə əlavə olunmasını zəruri hesab etməmişdir. Ali Məhkəmənin iş üzrə qəbul edilmiş qərarında iddia ərizəsinə əlavə olunmuş Zaman Ekspress sürətli poçt xidmətinin qəbzinə əsasənİddiaçı MMC tərəfindən Cavabdeh MMC-ə 2018-ci il 5 noyabr tarixində göndərilmiş sənədin iddia ərizəsi olub-olmamasının araşdırılması barədə göstəriş verilmiş, iddiaçının nümayəndəsi və vəkili 2020-ci il 12 avqust tarixli məhkəmə iclasında qeyd edilən tarixdə cavabdehə göndərilmiş sənədin iddia ərizəsi olduğunu, cavabdehin iddia ərizəsinin göndərilməməsi ilə bağlı işə birinci instansiya qaydasında baxılarkən hər hansı irad və ya etirazının olmadığını bildirmişdir.
38. Məhkəmə qətnaməsində öz qənaətini Mülki Məcəllənin 404.1, 404.2, 445.7, 567, 597.1-ci maddələrinə, MPM-in 372.2- ci maddəsinə istinad etməklə əsaslandırmışdır.
39. Məhkəmənin qətnaməsi tərəflərə 2020-ci il 3 sentyabr tarixində göndərilmiş, ilkin iddia üzrə cavabdehin kassasiya şikayəti 2020-ci il 29 oktyabr tarixində Bakı Apellyasiya Məhkəməsinə daxil olmuşdur.
40. İlkin iddia üzrə cavabdeh həmin qətnamədən kassasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsini və işdə olan sübutları qiymətləndirərək yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri
41. Müqaviləyə əsasən İddiaçı MMC “Cavabdeh“ MMC-ə 1 kq ƏDV-siz 1 manat dəyərində “EPOCON SP 980 Y” markalı beton qatqısı ilə təmin etməyi öhdəsinə götürür. 42. “Cavabdeh“ MMC hər kq 1 manat olmaqla alınmış malın dəyərini ödəməyi üzərinə götürür.
43. İddiaçı MMC şirkətlər ar asında əldə olunmuş şifahi razılaşmaya görə ödənilmiş razılaşma ilə gətirilməli olduqları beton qatqısını gətirməmişdir.
44. Bakı Apellyasiya Məhkəməsinin 2020-ci il 3 sentyabr, 2-2(103)-375/2020 saylı qətnaməsində İddiaçı MMC-in iddiası üzrə pul öhdəliyi tələbi üzrə birinci instansiya məhkəməsinin 2019-cu il 28 fevral tarixli qətnaməsi yalnız dəbbə pulu hissədə 2.107 manat məbləğdən 1.930,5 manat məbləğə dəyişdirilmişdir.
45. Belə ki, tərəflər arasındakı xxx tarixli müqavilənin 5.2-ci bəndində beton qatqının qiyməti 1.00 manat müəyyən olunmuşdur.
46. Mülki Məcəllənin 398-ci maddəsində qeyd olunur ki, müqavilənin icrası tərəflərin razılaşdırılması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir.
47. Həmin məhkəmə "İddiaçı" MMC-in iddiasını təmin edərkən və Cavabdeh MMC-in qarşılıqlı iddiasın ı təmin etməməkdə tərəflər arasında xxx tarixli müqavilənin "5.1 bu müqavilənin qiyməti təhvil verilmiş mallara uyğun tərtib edilən qaimə-fakturalar əsasında müəyyənləşəcək" bəndini əsaslardan sayır.
48. Mülki Məcəllənin 404-cü maddəsində göstərilir ki, müqavilə şərtlərini təfsir edilərkən məhkəmə tərəflərin iradə ifadəsinin həqiqi mənasını müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
49. Mübahisələndirilən müqaviləyə qədər tərəflər eyni malları 5.2-ci bəndlə müəyyənləşdirilən qiymətlə alqı-satqı aparıblar.
50. Bu onu göstərir ki, müqavilənin 5.1-ci bəndi daha çox qiyməti deyil, malların təhviltəslimi üzrə qaimə-faktura sənəd üsulunu müəyyənləşdirir.
51. Müqavilənin 5.2- ci bəndində qiymət tərəflər üçün məcburi qüvvəli bənd olduğu üçün qaimə-faktura əsasən göndərilən malın təhvil verilmə üzrə müşayiətedici sənədi sayılır.
52. Belə ki, digər halda satıcı malın qiymətinin artırılması və ya azaldılması haqqında hər hansı xəbərdarlıq edici sənədi verməməklə alıcının hüquqlarını pozmuşdur.
53. Adətlərə həmişəki formalaşmış ticarət praktikasına uyğun malların qiyməti daimi bir manatla hesablandığı üçün məhz daha hüquqi qüvvəli sənəd sayılan müqavilənin 5.2-ci bəndi əsas götürülməlidir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Tərəflərin izahatları
54. İddiaçı MMC Cavabdeh MMC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiya sının iclasında iştirak etməmişlər.
55. Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur.
56. Məhkəmə kollegiyası iddiaçı və cavabdehin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiklərini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
57. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407 -ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
58. Cavabdeh tərəf apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
59. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib- etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətl əndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....”. Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....”. Maddə
390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilə lərin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər....”. Maddə
404. Müqavilənin təfsiri 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır....”. Maddə
445. Borclunun icranı gecikdirməsi... 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir....”. Maddə
567. Alqı-satqı müqaviləsi Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə
597. Satılan əşyanın qiyməti 597.1. Alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borclud ur....”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə
372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri... 372.2. Əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın....”. İV. Ali MƏHKƏMƏNİN MÖVQEYİ
60. Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessu al hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır.
61. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.
62. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
63. Məhkəmə kollegiyası ilkin iddia üzrə Cavabdeh MMC-in kassasiya şikayətində satıcı malın qiymətinin artırılması və ya azaldılması haqqında hər hansı xəbərdarlıq edici sənədi verməməklə alıcının hüquqlarını pozması dəlili ilə bağlı vurğulayır ki, MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
64. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
65. Mülki Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
66. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər.
67. Hazırki iş üzrə tərəflər arasında bağlanmış xxx tarixli müqavilə imzalandığı andan qüvvəyə minmiş, onun qüvvədə olma müddəti 2014-cü il 31 dekabr tarixinədək nəzərdə tutulmuşdur. Müddətin başa çatmasına ən azı 30 gün qalanadək tərəflərdən hər hansı biri müqaviləyə xitam verilməsi barədə digər tərəfi xəbərdar etməzsə, onun tərəflər arasında eyni müddətə uzadılmış hesab olunması müəyyənləşdirilmişdir (qeyd olunan müqavilənin 6.1 və 6.2-ci bəndləri).
68. Həmin müqavilənin 5.2-ci bəndində 1 kq Epocon SP 980 Y-nin qiyməti ƏDV-siz 1 manat müəyyən olunur.
69. Müqavilənin 5.1-ci bəndində isə bu müqavilənin qiyməti təhvil verilmiş mallara uyğun tərtib edilən qaimə-fakturalar əsasında müəyyənləşdiriləcəyi göstərilir.
70. Mülki Məcəllənin 597.1-ci maddəsinə görə alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələb lərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.
71. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə 2020-ci il 26 avqust tarixli qətnaməsinin ləğv edilməsilə bağlı göstərilən dəlil bu məhkəmənin mübahisəni həll edərkən tərəflər arasında bağlanmış xxx tarixli müqavilənin 5.2-ci bəndinin deyil, onun 5.1-ci bəndi əsas götürülməklə səhv qərar qəbul edilməsi ilə bağlı olduğundan şikayətə Mülki Məcəllənin 404-cü maddəsi baxımından qiymət verilməlidir.
72. Belə ki, Mülki Məcəllənin 404.1-ci maddəyə görə müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi məna sının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
73. Həmin Məcəllənin 404.2-ci maddəsinə görə bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
74. İşin faktiki hallartından görünür ki, 2017-ci il 27 dekabr tarixli sonuncu elektron qaimə üzrə göndərilmiş mallar istisna olmaqla Cavabdeh MMC aldığı malların dəyərini müqavilənin 5.1-ci bəndində müəyyənləşdirilmiş qaydada yerinə yetirmişdir.
75. Bu qaimələrdəki qiymətlərin, müqavilədəki qiymətdən əhəmiyyətli dərəcədə fərqləndiyini əsas götürməklə satıcıya hər hansı etiraz bildirməmişdir.
76. Belə olan təqdirdə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh həmin qiymətlə razılaşmış, onu müqavilə şərtlərinə uyğun olmaqla birtərəfli qaydada dəyişdirilmə kimi dəyərləndirməmişdir.
77. Bu baxımından iddiaçının müqavilədə təhvil verilmiş malların dəyərinin onlara uyğun tərtib edilən qaimə -faktura ilə müəyyənləşdirilməsi, təqdim edilmiş həmin əmtəənin qaimə-fakturalarda göstərilən qiymətlərlə ödənilməli olması yuxarıda göstərilən müqavilə şərtlərindən birtərəfli qaydada kənarlaşma kimi qiymətləndirilə bilməz.
78. Mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Müqavilənin mahiyyəti onda ifadə olunur ki, belə razılaşmada hər iki tərəfin mənafeyi qorunur. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir.
79. Beləliklə, məhkəmə kollegiyası hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, c avabdeh tərəfindən verilmiş kassasiya şikayətində göstərilən digər dəlillər Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 26 avqust tarixli e-2-2(103)-375/2020 saylı qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz.
80. MPM-in 418.1ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulmasıapellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
81. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin Kommersiy a Kollegiyasının 2020-ci il 26 avqust tarixli e-2-2(103)-375/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.