Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-69/2024 16.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: borcun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Dadaşov İlqar Ağababaş oğlunun məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun tutulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 5 oktyabr tarixli 2-2(103)-722/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 2015-ci il 3 noyabr tarixli, 2015-ci il 27 oktyabr tarixli, 10 mart 2016-cı il tarixli və 2016-cı il 4 aprel tarixlərində kredit müqavilələri imzalanmışdır: Hər bir müqavilə əsasında cavabdehə 200.000 manat olmaqla, ümumilikdə 600.000 manat məbləğində 5 il müddətinə kredit verilmişdir.
2. Hesabdan çıxarış və maliyyə arayışlarına əsasən, 2015-ci il 3 noyabr tarixli müqavilə üzrə qalıq əsas borcun 9.998,61 manat, faiz borc unun 322,90 manat, 2016-cı il 10 mart tarixli müqavilə üzrə qalıq əsas borcun 26.583,15 manat, faiz borcunun 651,49 manat, 2016-cı il 4 aprel tarixli müqavilə üzrə qalıq əsas borcun 75.277,58 manat, faiz borcunun 1.416,97 manat məbləğində olduğu qeyd edilmişdir. 3. 2022-ci il 21 dekabr tarixli 866593/01337 nömrəli ödəniş tapşırığına əsasən, 300 manat Bakı şəhəri Mərkəz Vəkil bürosunun bank hesabına köçürülmüşdür. 4. 2022-ci il 16 dekabr tarixli, MŞB/18-00154 nömrəli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilməməsi barədə arayışa əsasən, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə sessiyanın tarixi, saatı və yeri barədə 7 gün öncə məlumat verilməsinə baxmayaraq, həmin sessiyada iştirak etməmişdir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən ilkin mediasiya sessiyası üçün 400 manat məbləğində vəsait ödənmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
5. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (bundan sonra – “iddiaçı”) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (bundan sonra – “cavabdeh”) qarşı 2022-ci il 23 dekabr tarixində iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, maliyyə arayışlarının tərtib edildiyi 2022-ci il 31 iyul tarixə 2015-ci il 3 noyabr tarixli müqavilə üzrə yaranmış 22.498,61 manat əsas məbləğ üzrə borc, 518,90 manat hesablanmış faiz borcu və 20.000 manat cərimə borcunun, bundan başqa, 2016cı il 10 mart tarixli müqavilə üzrə yaranmış 39.083,15 manat əsas məbləğ üzrə borc, 696,49 mana t hesablanmış faiz borcu və 20.000 manat cərimə borcunun, eləcə də 2016-cı il 4 aprel tarixli müqavilə üzrə yaranmış 100.277,58 manat əsas məbləğ üzrə borc, 1.645,97 manat hesablanmış faiz borcu və 40.000 manat cərimə borcunun, ilkin mediasiya sessiyası üçün ödənilmiş 400 manatın, hüquqi yardımla bağlı ödənilmiş 300 manatın, cəmi 245.420,70 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında xidmətin vəsaitindən istifadə edilməsinin şərtləri haqqında 2015-ci il 3 noyabr tarixli, 2016-cı il 10 mart tarixli və 2016-cı il 4 aprel tarixli müqavilələr bağlanmışdır. Bu müqavilələr üzrə cavabdeh tərəfindən öhdəliklər lazımınca icra edilməmiş və nəticəd ə maliyyə arayışının tərtib edildiyi 2022-ci il 31 iyul tarixə 2015-ci il 3 noyabr tarixli müqavilə üzrə 22.498,61 manat əsas məbləğ üzrə borc, 518,90 manat hesablanmış faiz borcu və 20.000 manat cərimə borcu, bundan başqa, 2016-cı il 10 mart tarixli müqavilə üzrə 39.083,15 manat əsas məbləğ üzrə borc, 696,49 manat hesablanmış faiz borcu və 20.000 manat cərimə borcu, eləcə də 2016-cı il 4 aprel tarixli müqavilə üzrə 100.277,58 manat əsas məbləğ üzrə borc, 1.645,97 manat hesablanmış faiz borcu və 40.000 manat cərimə borcu yaranmışdır. Cavabdehə müvafiq pretenziya məktubu göndərilmiş, öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir.
7. Cavabdehin nümayəndəsi 2023-cü il 23 yanvar tarixli məhkəmə iclasında iddia ərizəsinə qarşı etiraz verərək bildirmişdir ki, cavabdeh tərəfindən ödənişlər olmuşdur. Lakin pandemiya başlandıqdan sonra kredit götürülmüş və pandemiya ilə bağlı vətəndaşların cavabdehə pulun qaytarılmasında problemləri yaranmışdır. Azərbaycan Respublikası Prezidentinin fərmanına əsasən cavabdeh vətəndaşlara faiz dəbbə pulu hesablaya bilməzdi, vətəndaşlara güzəştə getməli idi. İddiaçı tərəf isə cavabdehə yüksək məbləğdə dəbbə pulu müəyyən etmişdir. Hər ay olmaqla ayda 10.000 manat məbləğində ödəniş olmuşdur. Tərəflər arasında 113.000 manat məbləğində fərq yaranmışdır. Mediasiya təşkil olunduqda isə cavabdeh bildirmişdir ki, dəbbə pulu absurd qiymətdir.
8. Daha sonra iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, maliyyə aray ışının tərtib edildiyi 2022ci il 31 iyul tarixə 2015-ci il 3 noyabr tarixli müqavilə üzrə yaranmış 9.998,61 manat əsas məbləğ üzrə borc, 322,90 manat hesablanmış faiz borcu və 20.000 manat cərimə borcunun, bundan başqa, 2016-cı il 10 mart tarixli müqavilə üzrə yaranmış 26.583,15 manat əsas məbləğ üzrə borc, 651,49 manat hesablanmış faiz borcu və 20.000 manat cərimə borcunun, eləcə də 2016-cı il 4 aprel tarixli müqavilə üzrə yaranmış 75.277,58 manat əsas məbləğ üzrə borc, 1.416,97 manat hesablanmış faiz borcu və 40.000 manat cərimə borcunun, ilkin mediasiya sessiyası üçün ödənilmiş 400 manatın, hüquqi yardımla bağlı ödənilmiş 300 manatın, cəmi 194.950,70 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Bakı Kommersiya Məhkəmə sinin 2023-cü il 27 fevral tarixli e-2-2(113)607/2023 nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin olunması, cavabdehdən 2022-ci il 31 iyul tarixə 2015-ci il 3 noyabr tarixli müqavilə üzrə yaranmış 9.998,61 manat əsas borc, 322,90 manat faiz borcu, 299,9 manat cərimə, 2016-cı il 10 mart tarixli müqavilə üzrə yaranmış 26.583,15 manat əsas borc, 651,49 manat faiz borcu, 299,9 manat cərimə borcu, 2016-cı il 4 aprel tarixli müqavilə üzrə yaranmış 75.277,58 manat əsas borc, 1.416,97 manat faiz borcu, 2.258 manat cərimə borcu, ilkin mediasiya sessiyası üçün ödənilmiş 400 manat, hüquqi yardımla bağlı ödənilmiş 300 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur (hakim – A.Əliyeva).
10. Birinci instansiya məhkəməsi h esab etmişdir ki, cavabdehin müqavilə üzrə öhdəliklərini vaxtında yerinə yetirməməsi iş materialları ilə öz təsdiqini tapdığından iddiaçı hazırki iddianı irəli sürməkdə haqlı olmuşdur. Belə ki, 2015-ci il 3 noyabr tarixli müqavilənin 2.5-ci bəndinə əsasən müvəkkil kredit təşkilatı hesabına köçürülmüş kredit vəsaitinə görə iki bank günü keçdikdən sonra agentliyə illik 2 faiz hesablanır. 2016-cı il 10 mart tarixli müqavilənin və 2016-cı il 4 aprel tarixli müqavilənin 3.3-cü bəndinə əsasən müvəkkil kredit təşkilatı hesabına köçürülmüş kredit vəsaitinə görə iki bank günü keçdikdən sonra xidmətə illik 2 faiz hesablanır. 5.6-cı bəndə əsasən müvəkkil kredit təşkilatı kreditlər üzrə faiz borclarını növbəti rübdən başlamaqla hər rübün birinci ayının 5-nə kimi xidmətin hesabına köçürür. Əsas borc is ə borcalanların öhəliklərinin yerinə yetirilməsindən asılı olmayaraq güzəşt müddəti bitdikdən sonra növbəti aydan başlayaraq hər ayın 5-nə kimi bərabər hissələrlə ödənilir. 2022-ci il 31 iyul tarixə 2015-ci il 3 noyabr tarixli müqavilə üzrə 322,90 manat hesablanmış faiz borcu, 2016-cı il 10 mart tarixli müqavilə üzrə 651,49 manat hesablanmış faiz borcu, 2016-cı il 4 aprel tarixli müqavilə üzrə 1.416,97 manat hesablanmış faiz borcu cavabdehdən tutulmalıdır. Eyni zamanda iddiaçı iddia tələbində 2022-ci il 31 iyul tarixə 2015-ci il 3 noyabr tarixli müqavilə üzrə 20.000 manat cərimə borcunun, 2016-cı il 10 mart tarixli müqavilə üzrə 20.000 manat cərimə borcunun, eləcə də 2016-cı il 4 aprel tarixli müqavilə üzrə 40.000 manat cərimə borcunun da cavabdehdən tutulmasını xahiş etmişdir.
11. Məhkə mə qeyd etmişdir ki, 2015-ci il 3 noyabr tarixli müqavilənin 5.1-ci, 2016-cı il 10 mart tarixli müqavilənin və 2016-cı il 4 aprel tarixli müqavilənin 6.1-ci bəndinə əsasən müvəkkil kredit təşkilatı borcalanlar tərəfindən kreditlərin qaytarılmasından asılı olmayaraq, agentlik qarşısında olan öhdəliklərini vaxtında yerinə yetirməlidir. Müvəkkil kredit təşkilatı agentlik qarşısında gecikdirilən məbləğə görə hər gün üçün 0,1 faiz, lakin kreditin 10 faizdən çox olmamaq şərti ilə cərimə ödəyir. 2022-ci il 31 iyul tarixə 2015-ci il 3 noyabr tarixli müqavilə üzrə 299,9 manat, 2016-cı il 10 mart tarixli müqavilə üzrə 299,9 manat, 2016-cı il 4 aprel tarixli müqavilə üzrə 2.258 manat cərimə məbləği cavabdehdən tutulmasını qeyd etmişdir.
12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsi nin (bundan sonra – “MM”) 385.1, 386.1, 442, 448.1, 462.1, 467, 739.1, 739.2, 741, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 80, 217.3, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
13. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin “iddianın təmin olunan” hissəsində ləğv edilməsini, iddia tələbinin mübahisələndirilən hissədə təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 5 oktyabr tarixli 2-2(103)-722/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – V.Baxışova, hakimlər – R.Qurbanov və A.Hüseyn).
15. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh iş üzrə mühasibatlıq ekspertizası təyin edilməsini xahiş etsə də, məhkəmə cavabdehin birinci instansiya məhkəməsində əsas və faiz borcunun məbləğini mübahisələndirmədiyini və apellyasiya instansiyası mərhələsində borcun düzgün hesablanmadığını təsdiq edən hər hansı sübut təqdim edilmədiyini nəzərə alaraq ekspertiza təyin edilməsi barədə vəsatəti əsassızdır. İddiaçının iddia tələbinin həcmini azaltması, iddia ilə məhkəməyə müraciət edildikdən sonra cavabdeh tərəfindən həyata keçirilmiş ödənişlərlə bağlı olduğundan bu hal iş üzrə ekspertiza təyin edilməsi üçün əsas ola bilməz. Belə ki, hazırkı işdə iddiaçının təqdim etmiş olduğu sübutlar (kredit müqavilələri, cavabdehin kreditlə bağlı müraciətləri, hesabdan çıxarış, maliyyə arayışları) iddia tələbinin əsaslı olduğuna dair nəticəyə gəlmək üçün mötəbər sübutlar olduğu halda, cavabdeh iddianın əsassız olduğuna və borcun tam ödənildiyinə dair hər hansı sübut təqdim etməmişdir. Kredit müqaviləsi bağlanarkən tərtib olunmuş hansı sənədin mübahisənin həlli üçün əhəmiyyətli olduğu halda məhkəməyə təqdim edilmədiyi apellyasiya şikayətində qeyd olunmamışdır.
16. Tərəflər arasında bağlanmış müqavilələrin 5.1-ci bəndində nəzərdə tutulmuşdur ki, müvəkkil kredit təşkilatı xidmət qarşısında gecikdirilən məbləğə görə hər gün üçün 0.1 faiz, lakin kreditin 10 faizdən çox olmamaq şərti ilə cərimə ödəyir. Hazırda ödənişlər cavabdeh tərəfindən gecikdirildiyindən müqavilə şərtlərinə uyğun olaraq iddiaçı tərəfindən cavabdehə cərimə he sablanması qanuni və əsaslı olmuşdur. 2015-ci il 3 noyabr tarixli müqavilə üzrə yaranmış 299,9 manat cərimə, 2016-cı il 10 mart tarixli müqavilə üzrə 299,9 manat cərimə borcu, 2016-cı il 4 aprel tarixli müqavilə üzrə 2.258 manat cərimə borcu ağlabatan və əsas borca mütənasib hesab edildiyindən cərimə ilə bağlı hissədə də qətnamənin ləğv edilməsi üçün qanuni əsaslar müəyyən olunmamışdır. Cavabdeh pandemiya dövrünün bank olmayan kredit təşkilatı kimi fəaliyyətinə və gəlirlərinə hansı qaydada təsir etdiyini əsaslandırmamışdır. Həmçinin məhkəmə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilədə fors major öhdəliyin xitamı və ya icranın gecikdirilməsinə görə məsuliyyətin azaldılmasının əsası kimi nəzərdə tutulmamış, o cümlədən cavabdeh maddi hüquq normasında nəzərdə tutulmuş qaydada kredi tora fors major hala görə öhdəliyin icrasında gecikmələrə yol verəcəyi barədə bildiriş göndərməmişdir. Hazırkı halda mübahisə cavabdeh tərəfindən müqavilə öhdəliklərinin pozulması ilə əlaqədar yarandığından iddiaçı tərəfindən çəkilmiş mediasiya və hüquqi yardıma görə xərcləri tam həcmdə cavabdehdən tutmaqla məhkəmə hər hansı pozuntuya yol verməmişdir.
17. Apellyasiya instansiya məhkəməsinin istinad etdiyi maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsinin istinad etmiş olduğu hüquq normaları ilə eynilik təşkil etmişdir.
18. Cavabdeh kassasiya şikayəti verərək, həmin qətnamənin ləğv olunmasını, işə yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikay ətinin dəlilləri
19. MM-in 442, 467-ci maddələrinin tələbləri pozulmuşdur. Cavabdehin bir çox ödənişləri dəbbə pulunun silinməsinə çıxılmış, iddiaçı təşkilat əsas kredit borcundan da əlavə artıq məbləğlərdə faizlərin də ödənilməsini tələb etmiş, habelə borcun ödənilməsində pandemiya və dünyada baş verən iqtisadi vəziyyətlə bağlı gecikmələrin olmasını nəzərə almamışdır. Məhkəmə cavabdeh tərəfindən ağır vəziyyətdə olmasına baxmayaraq ödənişləri davam etməsini nəzərə alaraq cərimə borcunu tam ləğv etməli və ya ən azından simvolik məbləğdə cərimə tətbiq etməklə ədalətli qərar qəbul edə bilərdi. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmalıdır. Lakin məhkəmə bu hala münasibət bildirməmişdir. Cavabdeh tərəfindən öhdəliklərə vaxtı-vax tında əməl edilmiş, cavabdeh təşkilat ağır pandemiya dövründən çıxdıqdan sonrakı müddətdə də ödənişləri vaxtı-vaxtında yerinə yetirməyə çalışmış, buna baxmayaraq iddiaçı ödənişləri cərimə borcuna silməyə və cərimə borcunu şişirtməyə başlamışdır. Cavabdeh təşkilat götürdüyü öhdəliklərdən heç vaxt yayınmamış, hər dəfə iddiaçıya müraciət edərək pandemiya və dünyada baş verən iqtisadi vəziyyətlə bağlı güzəşt edilməsini xahiş etsə də, bunun nəticəsi olmamışdır. Hətta cavabdeh məhkəməyə iddia verilməmişdən əvvəl, eləcədə məhkəmə araşdırması dövründə də ödənişləri dayandırmamışdır ki, nəticədə iddiaçı ilkin olaraq şişirdilmiş cərimə borcu ilə birlikdə 245.420,70 manat pul vəsaitini tutulmasını xahiş etmiş olsa da, sonradan tələbini azaldaraq ümumilikdə 194.950,70 manat məbləğində borcun tutulması nı məhkəmədən xahiş etmişdir. Məhkəmələr qanunları sadalasa da, işin faktiki hallarını nəzərə almamışdır. 20. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 2004-cü il 28 dekabr tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun 2006-cı il 31 may tarixli Qərarında göstərilən hüquqi mövqe pozulmuşdur. Belə ki, birinci instansiya məhkəməsi işi ətraflı və düzgün araşdırmamış, məhkəmələr tərəfindən müəyyən edilmiş kredit borclarını hansı sənədlərlə öz təsdiqini tapması qətnamədə öz əksini tapmamış, məhkəmə yalnız tərəflər arasında bağlanmış kredit müqavilələrini sadalamış, işin obyektiv həlli ilə bağlı mühasibat lıq ekspertizası təyin olunmamış, kredit dosyelərini tələb etməmiş, cavabdehdən hansı məbləğdə ödənişlər olunmasını araşdırmamışdır. Cavabdeh peşəkar hüquqşünasla təmsil olunmadığına görə, məhkəmənin işin hallarını araşdırmaması və həqiqəti müəyyən etməməsi ziddiyyətli qətnamənin qəbul olunmasına əsas olmuşdur.
21. MPM-in 14.2, 97, 107, 119.1, 121.1, 417, 418-ci maddələrinin tələbləri pozulmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən borcun məbləğinin müəyyən edilməsi ilə əlaqədar kredit dosyeləri tələb olunmamış və iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilməmişdir. Halbuki, nümayəndə kredit müqaviləsi üzrə borcunun olmasını bildirmiş, lakin cavabdeh tərəfindən ödənişlər edildikdən sonra konkret hansı məbləğdə əsas və kredit borcunun qalmasını bilməmişdir. Cavabdehin nümayənd əsinin hüquqi savadının olmaması, işin ədalətli və obyektiv araşdırmasından imtina üçün əsas ola bilməz. Belə ki, məhkəmə tərəflərə hansı kredit müqavilələri üzrə hansı məbləğdə ödənişlər edilməsi, hansı məbləğdə borcun qalmasını araşdırmalı, sonda ədalətli və qanuni qətnamə qəbul etməli idi. Lakin iddiaçı əvvəlcə 245.420,70 manat tələb irəli sürmüş, sonradan iddia tələbini azaldaraq 194.950,70 manat istəmiş, bu zaman cavabdeh tərəfindən hansı məbləğdə əsas, faiz və cərimə borclarından silinməsi məlum olmamışdır.
22. Bu barədə apellyasiya baxışında ekspertiza təyin edilməsi barədə vəsatət əsassız olaraq təmin olunmamışdır. İddiaçı cəmi 245.420,70 manat borcun ödənilməsini tələb etmiş, məhkəmə tərəfindən iddia qismən təmin olunaraq, cəmi 117.108,5 manat kredit borcunun tutulmasını, yəni idd ia tələbinin 50 faizindən aşağı hissəsini təmin etsə də, iddiaçı tərəfindən çəkilmiş bütün məhkəmə və vəkil xərclərini cavabdehdən tam tutmaqda haqlı olmamışdır. Qanunvericiliyin tələblərinə uyğun olaraq iddia qismən təmin edildiyinə görə 400 manat rüsumu və 300 manat nümayəndəyə çəkilən xərcin 50 faizi iddiaçıya aid edilməli idi. Bu barədə apellyasiya şikayətinin əsasları da araşdırma predmeti olmamışdır. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli olduğu halda, yalnız bankın nümayəndəsinin məhkəməyə təqdim etmiş olduğu sübutları nəzərə almaqla kifayətlənmiş, iddiaçının təqdim etdiyi sübutlar məhkəmə araşdırmasında tədqiq olunmamış, cavabdehin nümayəndəsinin borc məbləği ilə bağlı fikri nəzərə alınmamış, yalnız dövlət qurumu sayılan iddiaçı nın nümayəndəsinin təqdim etdiyi sənədlər əsas götürülmüşdür. Hətta, məhkəmə baxışında iddiaçının nümayəndəsi istinad edilən sənədlərdə məbləğ fərqinin olmasını etiraf etmiş olsa da, bu halı texniki səhv olmasını bildirmişdir. Qətnamənin 8-ci vərəqində iddiaçının nümayəndəsinin yazılı ərizəsinə istinad edilərək, ərizədə texniki səhvə yol verilməsinə istinad etmişdir. Lakin bu halın məhz texniki qüsur və ya düzgün olub-olmaması araşdırma predmeti olmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri
24. Hazırkı kassasiya şikayətinin “xahiş etdi” hissəsində kassastor qətnamənin ləğv edilməsini xahiş etsə də, şikayətin dəlillərinə əsasən apellyasiya instansiya məhkəməsinin qətnaməsi iddianın təmin ed ilmiş hissəsində mübahisələndirildiyi üçün, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı yalnız həmin hissədə yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
25. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
26. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəal arında “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətl ərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.4. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kredit ora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır....” “Maddə
462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir....” “Maddə
467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.” “Maddə
739. Borc müqaviləsinin anlayışı və forması 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır....” “Maddə
741. B orc vermək və almaq öhdəliyinin birtərəfli ləğvi 741.1. Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcalanın əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi və ya borcalanın borcverənə hər hansı yanlış məlumat verməsi səbəbindən borcun vaxtında qaytarılmayacağı açıq-aşkar bəlli olduqda, yaxud borcalan borcun verilməsi üçün borc müqaviləsində nəzərdə tutulmuş öhdəliyini icra etmədikdə, o cümlədən təminat təqdim etmədikdə, borcverən borc vermək öhdəliyini tam və ya qismən icra etməkdən birtərəfli qaydada imtina edə bilər. 741.2. Borcalan borc müqaviləsi predmeti ona verilənədək borcun alınmasından tam və ya qismən birtərəfli qaydada imtina edə bilər.”
27. Azərbaycan Respublikası Mülki-Prosessual müddəalarında aşağıdakılar nəzərdə tutulur: Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə mə hkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər... 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri. 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, habelə qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyindən və kassasiya şikayətlərinin dəlilləri əsassız olduğundan iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 5 oktyabr tarixli 2-2(103)722/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
29. Kassasiya şikayətinin dəlilləri ilə əlaqədar qeyd edilməlidir ki, cavabdeh iş üzrə mühasibatlıq ekspertizası təyin edilməsini xahiş etsə də, məhkəmə cavabdehin birinci instansiya məhkəməsində əsas və faiz borcunun məbləğini mübahisələndirmədiyini və apellyasiya instansiyası mərhələsində isə borcun düzgün hesablanmadığını təsdiq edən hər hansı sübutun təqdim edilmədiyini nəzərə alaraq ekspertiza təyin edilməsi barədə vəsatəti düzgün olaraq əsassız hesab etmişdir. İddiaçının iddia tələbinin həcmini azaltması isə iddia ilə məhkəməyə müraciət edildikdən sonra cavabdeh tərəfindən həyata keçirilmiş ödənişlərlə bağlı olduğundan bu hal iş üzrə ekspertiza təyin edilməsi üçün əsas ola bilməz.
30. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, hazırkı iş üzrə iddiaçının təqdim etmiş olduğu sübutlar (kredit müqavilələri, cavabdehin kreditlə bağlı müraciətləri, hesabdan çıxarış, maliyyə arayışları) iddia tələbinin əsaslı olduğuna dair nəticəyə gəlmək üçün mötəbər sübutlar olduğu halda, cavabdeh məhkəməyə iddianın əsassız olduğuna və borcun tam ödənildiyinə dair hər hansı sübut təqdim etməmişdir. Belə ki, tərəflər arasında bağlanmış müqavilələrin 5.1-ci bəndində nəzərdə tutulmuşdur ki, müvəkkil kredit təşkilatı xidmət qarşısında gecikdirilən məbləğə görə hər gün üçün 0.1 faiz, lakin kreditin 10 faizdən çox olmamaq şərti ilə cərimə ödəyir. Göründüyü kimi müqavilənin qeyd olunan bəndinə əsasən iddiaçının cavabdehdən cərimə və faiz borcunu tələb etməkdə haqlı olmuşdur.
31. Həmçinin cavabdeh pandemiya dövrünün bank olmayan kredit təşkilatı kimi fəaliyyətinə və gəlirlərinə hansı qaydada təsir etdiyini əsaslandırmamış, tərəflər arasında bağlanmış müqavilədə isə fors major öhdəliyin xitamı və ya icranın gecikdirilməsinə görə məsuliyyətin azaldılmasının əsası kimi nəzərdə tutulmamış, o cümlədən cavabdeh qanunvericiliklə (MM-in 448.4-cü maddəsi) nəzərdə tutulmuş qaydada kreditora fors major hala görə öhdəliyin icrasında gecikmələrə yol verəcəyi barədə bildiriş göndərməmişdir. Belə olduğu halda cavabdehin pandemiya dövründə ödənişlərin gecikdirilməsi ilə bağlı dəlili əsassızdır.
32. Cavabdehin ekspertizanın keçirilməsi ilə bağlı dəlilinə gəldikdə isə bu dəlilə apellyasiya instansiya məhkəməsi tərəfindən düzgün qiymət verilmişdir.
33. Cavabdehin digər dəlili ilə bağlı qeyd olunmalıdır ki, iddiaçı tərəfində n ilkin olaraq cavabdehdən 2022-ci il 31 iyul tarixinə kimi yaranmış 245.420,70 manat məbləğində vəsaitin tutulması xahiş olunmuş, lakin cavabdeh tərəfindən həmin tarixdən, yəni 2022-ci il 31 iyul tarixindən sonra 2022-ci il 30 dekabr tarixinə qədər ödəniş olunduğundan 2015-ci il 3 noyabr tarixli müqavilə üzrə yaranmış 299,9 manat cərimə, 2016-cı il 10 mart tarixli müqavilə üzrə 299,9 manat cərimə borcu və 2016-cı il 4 aprel tarixli müqavilə üzrə 2.258 manat məbləğində cərimə borcu ağlabatan və əsas borca mütənasib hesab edildiyindən məhkəmə qətnaməsi həmin hissədə əsaslı olmuşdur.
34. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi iş materiallarında olan sübutlar əsasında hüquqi qiymətləndirməni qanunvericiliyin tələblərinə əsasən düzgün aparmış və qanunvericiliyin müddəalarını işin hallarına münasibətdə düzgün tətbiq etmiş, cavabdehin kassasiya şikayətində göstərilən dəlillər isə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz.
35. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş, kassasiya şikayətlərinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 5 oktyabr tarixli 2-2(103)-722/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
36. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: B akı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 5 oktyabr tarixli 2-2(103)-722/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.