Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-690/2024 05.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ İş № 2-2(102)-690/2024 Bakı şəhəri Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması, öhdəliyin lazımi qaydada icrası Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Şamayev Elşad Yaquboviçin məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 11 iyun tarixli, 22(103)-521/2024 nömrəli qətnamə sindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. Cavabdeh1 MMC tərəfindən 2020-ci il 13 iyul tarixində bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun 2020-ci il 27 yanvar tarixli 1.0.2 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə OnGTC-02309LE/2019 nömrəli ümumi şərtlər toplusu qəbul etməsi barədə razılaşma ilə həmin MMC razılaşmanı imzalamaqla, bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun bankın rəsmi internet səhifəsində https://www.pashabank.az/gsa_addendum/lang,az/link üzrə yerləşdirilən 2020-ci il 27 yanvar tarixli 1.0.2 nömrəli versiyasının şərtlərini diqqətlə oxuduğunu, onun bütün müddəalarını başa düşdüyünü, müqavilə üzrə müəyyən edilən xidmətlərin istifadəsinə dair öz öhdəliyi nə düşən şərtlərə riayət olunmasına görə məsuliyyət daşıdığını və əks halda yaranan hər hansı maddi zərər və ya məsuliyyəti birbaşa olaraq öz hesabına daşıdığını qəbul etmişdir. 2. 2021-ci il 3 noyabr tarixində DC00250811-04 nömrəli maliyyələşdirmə üçün ərizə imzalanmış, İddiaçı ASC tərəfindən borcalan Cavabdeh1 MMC-yə 2023-cü il 3 noyabr tarixinədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 12.000 manat mal alışı məqsədi ilə birdəfəlik kredit verilmişdir. 3. 2021-ci il 20 dekabr tarixində DC00250811-05 nömrəli maliyyələşdirmə üçün ərizə imzalanmış və İddiaçı ASC tərəfindən borcalan Cavabdeh1 MMC-yə 2023-cü il 20 dekabr tarixinədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 12.000 manat mal alışı məqsədi ilə birdəfəlik kredit verilmişdir; 4. 2022-ci il 21 yanvar tarixində DC00250811-07 nömrəli maliyyələşdirmə üçün ərizə imzalanmış və İddiaçı ASC tərəfindən borcalan Cavabdeh1 MMC-yə 2024-cü il 21 yanvar tarixinədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 65.800 manat mal alışı məqsədi ilə birdəfəlik kredit verilmişdir.
5. Kreditor İddiaçı ASC ilə zamin Cavabdeh2 arasında DC00250811-04 nömrəli, DC00250811-05 nömrəli və DC00250811-07 nömrəli müqavilələrinin təminatı üzrə 2021-ci il 2 noyabr, 2021-ci il 20 dekabr və 2022-ci il 21 yanvar tarixli zaminlik müqavilələri bağlanmışdır. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı ASC MMC Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı iddia ərizəsi ilə və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən birgə qaydada: - DC00250811-04 nömrəli maliyyələşdirmə üçün ərizəyə əsasən 6.010,87 manat əsas borc, 791,93 manat faiz borcu, 257,95 manat cərimə borcu olmaqla, cəmi 7.060,75 manat borcun; - DC00250811-05 nömrəli maliyyələşdirmə üçün ərizəyə əsasən 5.259,38 manat əsas borc, 207,74 manat faiz borcu, 82,14 manat cərimə borcu olmaqla, cəmi 5.549,26 manat borcun; - DC00250811-07 nömrəli maliyyələşdirmə üçün ərizəyə əsasən 40.976,25 manat əsas borc, 5.669,53 manat faiz borcu, 1.466,25 manat cərimə borcu olmaqla, cəmi 48.112,03 manat borcun və mediasiya prosesi üzrə ödənilmiş 400 manat xidmət haqqının tutularaq iddiaçının xeyrinə ödənilmə si barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
7. İddia onunla əsaslandırılmışdır ki, cavabdehlər müqavilənin şərtini pozaraq ödəməli оlduğu kreditin, kredit faizi və cərimə faizinin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra еtməmişdir.
8. Birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş məhkəmə-mühasibatlıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2023-cü il 22 noyabr tarixli rəyində aşağıdakılar göstərilmişdir: - 2021-ci il 3 noyabr tarixli DC00250811-04 nömrəli maliyyələşdirmə üçün ərizə üzrə 2023-cü il 18 avqust tarixinə əsas borc 6.011.54 manat, faiz borcu 709,70 manat, cərimə borcu 216,38 manat, 2023-cü il 13 sentyabr tarixinə əsas borc 6.011,54 manat, faiz borcu 780,67 manat, cərimə borcu 257,95 manat; - 2021-ci il 20 dekabr tarixli DC00250811-05 nömrəli maliyyələşdirmə üçün ərizə üzrə 2023-cü il 18 avqust tarixinə əsas borc 5.212,03 manat, faiz borcu 140,32 manat, cərimə borcu 54,96 manat, 13 sentyabr 2023-cü il tarixinə əsas borc 5.212,03 manat, faiz borcu 201,86 manat, cərimə borcu 82,14 manat; - 2022-ci il 21 fevral tarixli DC00250811-07 nömrəli maliyyələşdirmə üçün ərizə üzrə 2023-cü il 18 avqust tarixinə əsas borc 40.976,25 manat, faiz borcu 5.243,83 manat, cərimə borcu 1.233,41 manat, 13 sentyabr 2023-cü il tarixinə əsas borc 40.976,25 manat, faiz borcu 5.669,53 manat, cərimə borcu 1.466,25 manat müəyyən edilmişdir.
9. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 12 fevral tarixli, e-2-2(113)233/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlərdən müştərək qaydada DC0 0250811-04 nömrəli maliyyələşdirmə üçün ərizəyə əsasən 6,010.87 manat əsas borc, 780,67 manat faiz borcu, 257.95 manat dəbbə pulu olmaqla, cəmi 7.049,49 manat borcun; DC00250811-05 nömrəli maliyyələşdirmə üçün ərizəyə əsasən 5.212,03 manat əsas borc, 201,86 manat faiz borcu, 82.14 manat dəbbə pulu olmaqla, cəmi 5.496,03 manat borcun; DC00250811-07 nömrəli maliyyələşdirmə üçün ərizəyə əsasən 40,976.25 manat əsas borc, 5,669.53 manat faiz borcu, 1,466.25 manat dəbbə pulu olmaqla, cəmi 48.112,03 manat borcun və mediasiya xərcinin əvəzi olaraq 400 manat tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir (hakim G.Namazova).
10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının maliyyə arayışlarında göstərilən tarixlərə yaranmış borc tutularkən 2021-ci il 3 noyabr tarixli DC00250811-04 nömrəli maliyyələşdirmə üçün ərizələr nəzərə alınmaqla, cavabdeh MMC-nin ekspert rəyində göstərilən əsas borc iddia tələbindən daha çox olduğundan - iddiada göstərilən məbləğdə, faiz məbləği isə tələbdən daha az olduğu üçün – rəydə göstərilən məbləğdə (cərimə məbləği isə tələbdə və ekspert rəyində eynilik təşkil edir); 2021-ci il 20 dekabr tarixli DC00250811-05 nömrəli maliyyələşdirmə üçün ərizələr nəzərə alınmaqla cavabdeh MMC-nin ekspert rəyində göstərilən əsas və faiz borcları iddia tələbindən daha az hesablandığı üçün – ekspert rəyində göstərilən məbləğlərdə (cərimə məbləği isə tələbdə və ekspert rəyində eynilik təşkil edir) müəyyən olunaraq, cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. 2022-ci il 21 yanvar tarixli DC00250811-07 nömrəli maliyyələşdi rmə üçün ərizə üzrə isə iddia tələbində və ekspert rəyində göstərilən məbləğlər eynilik təşkil etmişdir.
11. Cavabdehlərin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit və zaminlik müqavilələrindən irəli gəlmişdir. Cavabdehlərin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilələr və mülki qanunvericiliyin normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermiş, iddiaçı maliyyələşdirmə üçün ərizələr üzrə əsas borcun ödəniş qrafikinə uyğun qaytarılmadığına görə 2021-ci il 3 noyabr tarixli DC00250811-04 nömrəli, 2021-ci il 20 dekabr tarixli DC00250811-05 nömrəli və 2022-ci il 21 yanvar tarixli DC00250811-07 nömrəli maliyyələşdirmə üçün ərizələrə əsasən cərimə pullarının cavabdehlərdən müştərək tutulması tələbini də irəli sür müşdür.
12. Cavabdehlərin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin halları ilə müəyyən olunduğundan, cavabdehlər tərəfindən də təkzib olunmadığından və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan, iddiaçı cavabdehlərdən cərimənin ödənilməsini tələb etməkdə haqlı olmuşdur.
13. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab etmişdir ki, cavabdehdən tutulması tələb olunan cərimə pulları hər 3 ərizə üzrə ekspert rəyi ilə eynilik təşkil etdiyindən və tələb olunan məbləğlər tənasübsüz surətdə yüksək olmadığından, 2021-ci il 3 noyabr tarixli DC00250811-04 nömrəli maliyyələşdirmə üçün ərizə üzrə 257,95 manat, 2021-ci il 20 dekabr tarixli DC00250811-05 nömrəli maliyyələşdirmə üçün ərizə 82,14 manat və 2022-ci il 21 yanvar tarixli DC00250811-07 nömrəli maliyyələşdirmə üçün ərizə üzrə isə 1.466,25 cərimə pulları cavabdehlərdən tutulmalıdır.
14. Məhkəmə qanunvericilik normalarını, eləcə də cavabdehlərin maliyyələşdirmə üçün ərizələrə və zaminlik müqavilələrinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiklərini, nəticədə kredit müqaviləsi üzrə iddiaçıya borclarının yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehlərdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq, iddianın qismən təmin edilməsi qənaətinə gəlmişdir.
15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 399.1, 442, 462.1, 467, 470.1, 472.1, 472.2, 739.1, 739.2, 74 1-ci, Mülki Prosessual Məcəllənin 14.1, 14.2, 77.1 və 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. Cavabdeh2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
17. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 11 iyun tarixli, 2-2(103)-521/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim R.Qurbanov, hakimlər Z.Şirinov və V.Baxışova).
18. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, əsas və faiz borcunun və dəbbə pulunun tutulması barədə iddia tələblərinin qanuni əsasını Mülki Məcəll ənin 462.1, 739.1 və 741-ci maddələri təşkil etmiş, hazırkı işdə də qeyd olunan maddələrin dispozisiya şərtləri mövcud olmuşdur.
19. Kollegiya qeyd olunanları, o cümlədən kredit borcunun hesablanması barədə maliyyə arayışı və ekspert rəyini araşdıraraq, əsas və faiz borcuna, həmçinin dəbbə puluna aid hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab etmişdir.
20. Tərəflər arasında bağlanılmış zaminlik müqavilələrində MM-in 470.1, 472.1 və 472.2-ci normalarından fərqli müddəalar müəyyən edilmədiyindən, apellyasiya kollegiyası iddiaçı qarşısında zamin olan Cavabdeh2 borclu olan MMC ilə birgə məsuliyyət daşıdığı qənaətinə gəlmişdir. Bu baxımdan, həmin borcun Cavabdeh2 tutulması barədə nəticə də düzgün olmuşdur.
21. Apellyasiya şikayətinin dəlilləri isə əsassız ol muşdur. Belə ki, cavabdeh məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, üzrlü səbəbdən iştirak etməməsi barədə hər hansı sübut təqdim edə bilməmişdir. Cavabdehin birinci instansiya məhkəməsində istinad etmədiyi yeni faktlara istinad etməsi mülki prosessual qanunvericiliyin tələblərinə zidd olmuşdur. Bundan əlavə, cavabdehin istinad etdiyi dəlilər özlüyündə əsassız olmuşdur. Belə ki, işin mübahisəsiz hallarına görə kredit müqavilələri (maliyyələşdirmə üçün ərizələr) elektron imza ilə imzalanmış və həmin müqavilələr üzrə verilməli olan kredit məbləğləri borcalan MMC-nin hesabına köçürülmüşdür. Sonradan həmin məbləğlərin MMC-nin mühasibi və ya digər əməkdaşı tərəfindən mənimsənilməsi mübahisənin həlli baxımından hər hansı əhəmiyyət daşımamışdır. Çünki bu hallar borcal an MMC-nin iddiaçı qarşısında olan öhdəliklərinin xitamına səbəb olmamışdır.
22. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 462.1, 470.1, 472.1, 472.2, 739.1 və 741-ci maddələrinə, MPM-in 77.1, 185.1, 185.5, 209.3 və 372.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
23. Cavabdeh2 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iş üzrə xüsusi qərardad qəbul olunmaqla, X1 işə və məsuliyyətə cəlb edilməsini, həmçinin işin yenidən araşdırılması üçün apellyasiya məhkəməsinə göndərilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir.
24. Kassasiya şikayətinə görə, apellyasiya instansiyası məhkəməsi tərəfindən aşağıdakı maddi və prosessual hüquq normalar ı pozulmuşdur: 24.1. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsi və 127-ci maddəsinin İİ hissələri üzrə - apellyasiya məhkəməsi həqiqəti müəyyən etmək əvəzinə, qanunvericiliyin tələblərini və cavabdeh tərəfin hüquqlarını pozaraq yekun nəticəyə gəlmişdir. İddiaçı hüquqdan sui-istifadə edərək, əsassız iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, faizə-faiz hesablamalar edərək, Cavabdeh2 əsassız pul tələb etmiş, işin faktiki halları ilə bağlı isə məhkəməyə məlumat verməmişdir. Cavabdeh2 MMCnin direktoru və nümayəndəsidir. Hüquqi şirkətlərin müvafiq işlərinin aparılması "xxxx" ilə olur. MMC-nin isə "xxxx"sı həmin şirkətin əməkdaşı X1 istifadəsində olmuşdur. MMC tərəfindən kredit götürülməsi üçün ilk olaraq kiçik məbləğlərə dair iddiaçıya müraciət olunmuş, lakin sonra dan şirkətin əməkdaşı tərəfindən həmin məbləğlər artırılmışdır. Müqavilələrdə qeyd olunan məbləğlər - kreditlər tərəflərindən heç vaxt götürülməmiş, iddiaçıya heç vaxt elə məbləğdə borcları olmamışdır. MMC-nin "xxxx" ilə iddiaçıya müraciət edən X3 öz maraqları üçün şirkət adından iddiaçıdan külli miqdarda borc götürmüşdür. Hazırda həmin borc və əsassız faiz borclarını iddiaçı cavabdehdən tələb edir. Bu isə cavabdeh tərəfi əlverişsiz vəziyyətə salır. Apellyasiya məhkəməsi qətnamə qəbul edərkən, maddi normaları düzgün tətbiq etməmiş, iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmamış, iddiaçı tərəfindən təqdim olunan müqavilələrin kim tərəfindən imzalandığını, həmin müqavilələrin həqiqəti əks etdirib-etdirmədiyini yoxlamadan və iddiaçı tərəfindən digər əsaslı sübutun təqdim olunmadığına baxmayaraq nəticəyə gəlmişdir. Bu səbəbdən, mübahisələndirilən qətnamənin ləğv edilməsi zəruridir. Qətnamə əsassız və qanunsuz olduğundan cavabdehin tərəfinin hüquqlarını pozur. 24.2. Mülki Prosessual Məcəllənin 9.3-cü maddəsi üzrə - apellyasiya məhkəməsi maddi və prosessual normaları tətbiq etməmiş, iş üzrə heç bir araşdırma aparmadan, birinci instansiya məhkəməsinin əsaslandığı hissələrə hüquqi qiymət verməmiş, eyni zamanda iddiaçının etiraz məqsədli qeydləri əsas tutaraq qətnamə qəbul etmişdir. Bununla da məhkəmə baxışının çəkişmə və digər prinsiplərini pozulmuşdur. Cavabdeh tərəfin heç vaxt göstərilən məbləğdə iddiaçıya borcu olmamış, tərəflərindən götürülən kredit iddiaçıya ödənilmişdir. X3 hətta cavabdehə də hər ay bununla bağlı saxta qəbzlər və ödəniş cədvəli də təqdim etmişdir. İd diaçının hazırda cavabdeh tərəfdən tələb etdiyi məbləğlər onların deyil, şirkətin keçmiş əməkdaşı X2 aid olmuşdur. O, inamdan sui-istifadə edərək, şirkətin şəxsi məlumatlarından istifadə etmiş və cavabdehin adına xələl gətirərək adlarından kreditə pullar götürülmüşdür. Kassasiya məhkəməsi tərəfindən qeyd olunan hallar araşdırılmalı və düzgün hüquqi qiymət verilməlidir. 24.3. Mülki Prosessual Məcəllənin 265.4-cü maddəsi üzrə - Cavabdeh2 apellyasiya instansiyasında icraatı zamanı qeyd etdiyi kimi, tərəflərindən tələb olunan məbləğdə heç vaxt kreditə pul götürülməmişdir. Həmin vaxt şirkətin əməkdaşı X3 inamdan sui-istifadə edərək, öz maraqları üçün şirkətin "xxxx"sı ilə özünə kredit xətləri açmışdır. Apellyasiya məhkəməsinin qətnaməsində isə qeyd olunmuşdur ki, Cavabdeh2 istinad etdiyi dəlill ər özlüyündə əsassızdır. Halbuki, Cavabdeh2 qeyd olunan halları sübuta yetirəcək kifayət qədər sübutları, hətta yuxarıda adı çəkilən şəxsin özünün bu əməli etməsinə dair könüllü ərizəsi də mövcuddur. Həmin ərizə cavabdeh tərəfindən məhkəməyə təqdim olunsa da, apellyasiya məhkəməsi sübutlara hüquqi qiymət verməmişdir. Məhkəmə MPM-in 265.4-cü maddəsinin tələblərini nəzərə almadan, həmin şəxsi işə və eyni zamanda məsuliyyətə cəlb etmək əvəzinə işi qısa şəkildə yekunlaşdırmağa çalışmışdır. X3 dəfələrlə cavabdeh tərəfə qarşı yalan vədlər verərək, borcunu ödəyəcəyini bildirsə də, bu günədək banka heç bir ödəniş etməmişdir. Hazırda Cavabdeh2 həmin şəxsə qarşı şikayət ərizəsi ilə hüquq mühafizə orqanlarına müraciət etmişdir və şikayət Bakı şəhəri Binəqədi rayon Prokurorluğunun icraatındadır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. İddiaçı kassasiya şikayətinə etiraz verərək, təmin edilməməsi və apellyasiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
26. Etiraz onunla əsaslandırılmışdır ki, iş materialları ətraflı araşdırılmaqla, mövcud vəziyyət düzgün qiymətləndirməklə, qanunvericiliyin bütün aidiyyəti normaları nəzərə alınmaqla qətnamə qəbul edilmişdir. Bu səbəbdən, tərəflər arasında bağlanmış zaminlik müqavilələrində qeyd olunan maddi hüquq normalarından fərqli müddəalar müəyyən edilmədiyindən, iddiaçı qarşısında zamin olan Cavabdeh2 borclu MMC ilə birgə məsuliyyət daşıyır. Cavabdehin birinci instansiya məhkəməsində istinad etmədiyi faktlara kassasiya şikayətində istinad etməsi MPM-in 209.3 və 372.2-ci maddələrinin tələblərinə ziddir. B undan əlavə, həmin dəlilər özlüyündə əsassızdır. Belə ki, işin mübahisəsiz hallarına görə kredit müqavilələri (maliyyələşdirmə üçün ərizələr) elektron imza ilə imzalanmış və həmin müqavilələr üzrə verilməli olan kredit məbləğləri borcalan MMC-nin hesabına köçürülmüşdür. Bundan başqa, məbləğlərin MMC-nin mühasibi və ya digər əməkdaşı tərəfindən mənimsənilməsi cavabdehin iddiaları ilə bağlı hər hansı formada hüquq mühafizə orqanlarına müraciət edilməsinə dair faktlar da mövcud deyil. Bu da özlüyündə bildirilənlərin doğru olmadığını təsdiq edir. Digər tərəfdən, hüquq mühafizə orqanlarına belə müraciət olsa belə, bu məsələ hazırkı mübahisənin həlli baxımından hər hansı əhəmiyyət daşımır. Çünki bu hallar borcalan MMC-nin iddiaçı qarşısında olan öhdəliklərinin xitamına səbəb olmur. Kassasiya bax ışının hədləri
27. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
28. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırkı kassasiya baxışının predmetini apellyasiya məhkəməsinin qətnaməsinin qanuniliyinin kassatorun şikayətinin dəlillərinə uyğun olaraq tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq
29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi hall arı istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqd a və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi is tinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüqu q pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişd irilməsi üçün əsas yoxdur.
32. Kassasiya şikayətinin dəlilləri formal xarakter daşıyır və qətnamənin ləğvi üçün əsas ola bilməz.
33. Belə ki, birinci instansiya məhkəməsi cavabdehin iddiaya etirazının dəlilləri üzrə yoxlama apararaq iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası keçirmiş və əsaslı olaraq ekspert rəyi ilə müəyyən olunan məbləğdə borcu cavabdehlərdən iddiaçının xeyrinə tutmuşdur.
34. İş materiallarında olan ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, ekspertiza tədqiqatı bank tərəfindən təqdim olunmuş hesabdan çıxarış məlumatları və kredit müqaviləsinin şərtləri əsasında keçirilmiş, alınmış rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. O cümlədən cavabdeh borcun düzgün hesablanmaması ilə bağlı işin faktiki hallarını araşdıran məhkəmələrə hər han sı sübutu (etdiyi, lakin ekspert tərəfindən nəzərə almadığı ödənişlə bağlı maliyyə sənədləri, alternativ ekspert rəyi və s.) təqdim etməmişdir.
35. Digər tərəfdən alınan kreditin cavabdehin əməkdaşı (X3 adlı mühasibi) tərəfindən mənimsəməsi cavabdehin iddiaçı qarşısında öhdəliyindən azad edilməsi üçün əsas ola bilməz. Cavabdeh MMC öz işçisinin hərəkətlərinə görə üçüncü şəxslər qarşısında məsuliyyət daşımaqla yanaşı, onun müvafiq hüquq-mühafizə orqanlarına müraciət etmək və vurulmuş ziyanın tutulması ilə bağlı həmin işçiyə qarşı məhkəmədə iddia qaldırmaq hüququ vardır.
36. Beləliklə, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arası ndakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün qanuni əsas deyildir.
37. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 11 iyun tarixli, 2-2(103)-521/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.