Məhkəmə qərarları › İş №2-2(102)-691/2022

Ali Məhkəmə Qərar — İş №2-2(102)-691/2022

29.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-691/2022 29.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin Cavabdeh1 qarşı iş üzrə QƏRAR Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun sədrliyi və məruzəsi, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun (bundan sonra – “iddiaçı”) Cavabdeh1 (bundan sonra – “cavabdeh”) qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ip oteka predmetinə yönəldilməsi” tələbi barədə ilkin iddiası və cavabdehin ləğv prosesində olan iddiaçıya qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və vurulmuş zərərin ödənilməsi” tələbi barədə qarşılıqlı iddiasına dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 27 may tarixli 2-2(104)-13/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ 1. 2014-cü il 1 avqust tarixli, 1**.LN.2108.010814.****1 nömrəli kredit müqaviləsindən (bundan sonra – “kredit müqaviləsi”) görünür ki, borcverən – bank 175.**0 manat məbləğində illik 22 faiz ödəmək şərti ilə kredit verməyi, borcalan – cavabdeh isə 36 ay ərzində kreditin əsas məbləğini və ona hesablanmış faizləri ödəməyi öhdələrinə gö türmüşlər. 2. 2014-cü il 1 avqust tarixli, 1**.LN.2108.010814.****1/a nömrəli ipoteka müqaviləsinin surətindən görünür ki, Bank ilə cavabdeh arasında bağlanmış 2014-cü il 1 avqust tarixli, 1**.LN.2108.010814.****1 nömrəli kredit müqaviləsinin təminatı kimi cavabdehin mülkiyyətində olan JCB JS360LCT2, şassi nömrəsi-JCBJS36CV02150268, 2014-cü il buraxılışlı TŞ NO38492, AZ 10H-997 tırtıllı ekskavator Bankın xeyrinə yüklü edilmişdir. 3. 2016-cı il 30 avqust tarixli, 06/385 nömrəli maliyyə arayışının surətindən görünür ki, 2014-cü il 1 avqust tarixli, 1**.LN.2108.010814.****1 nömrəli kredit müqaviləsi üzrə 2016cı il 30 avqust tarixə olan əsas borc 175.**0 manat, müqavilə müddəti üçün hesablanmış faiz 77.467,58 manat, gecikdirməyə görə hesablanmış cərimə borcu 21.059,82 manat təşkil etmişdir. 4. 2016-cı il 8 sentyabr tarixli, 19/8882 nömrəli bildiriş məktubundan görünür ki, borc məbləğinin ödənilmədiyi təqdirdə ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəməyə müraciət ediləcəyinə dair xəbərdarlıq edilmişdir.

5. İpoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən **0548 nömrəli, 2014-cü il 7 avqust tarixli çıxarışın surətindən görünür ki, cavabdehə məxsus JCB JS360LCT2, şassi nömrəsi JCBJS36CV02150268, 2014-cü il buraxılışlı TŞ NO38492, AZ 10H-997 tırtıllı ekskavator Bankın xeyrinə yüklü edilmişdir.

6. Cavabdehin Bankın İdarə heyətinə ünvanladığı 2014-cü il 10 dekabr tarixli ərizənin surətindən görünür ki, ipoteka ilə yüklü edilmiş əmlakın satılmasına və ya Banka təhvil verilməsinə etiraz etməmişdir.

7. Məhkəmə Ekspertiza Mərk əzinin 2018-ci il 9 mart tarixli, 35 saylı ekspert rəyində rəyində ipoteka ilə yüklü edilmiş tırtıllı ekskavatorun 2018-ci ilin fevral ayına orta bazar qiyməti 410 **0 manat təşkil etdiyi qeyd edilmişdir. 8. "xxxx" MMC tərəfindən verilmiş 2019-cu il 4 mart tarixli, **89/19/AGB saylı əmlakın qiymətləndirilməsi barədə rəydə Cavabdeh1 məxsus Az 10 U 997 dövlət qeydiyyat nişanlı tırtıllı ekskavatorun bazar dəyəri 320 **0 manat müəyyən edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat

9. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə 2016-cı il 24 oktyabr tarixdə Tərtər Rayon Məhkəməsinə müraciət edərək, kredit müqaviləsi üzrə cavabdehdən iddiaçının xeyrinə 175.**0 manat əsas, 77.467,58 manat faiz, 21.059,82 manat cərimə, 3.5** manat komissiya haqqı olmaq la, cəmi 277.027,40 manat məbləğində borcun, 30 manat məbləğində dövlət rüsumunun və sənədlərin notarial qaydada təsdiq olunması üçün 18 manat məbləğində xərcin tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş JCB JS360LCT2, şassi nömrəsi-JCBJS36CV02150268, 2014-cü il buraxılışlı TŞ NO38492, AZ 10H-997 tırtıllı ekskavatora yönəldilməsi, açıq hərracda satılması və satışdan əldə olunan pul vəsaitinin cavabdehin iddiaçıya olan borcunun ödənilməsinə yönəldilməsi, satışdan əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan məbləğin ümumi qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən cavabdehə illik faiz dərəcəsi 22 % (iyirmi iki) faiz olmaq şərti ilə 175.**0 mana t məbləğində kredit verilmişdir. Verilmiş kreditin təminatı kimi cavabdeh ilə 2014-cü il 1 avqust tarixli 1**.LN.2108.010814.****1/a nömrəli ipoteka müqaviləsi bağlanmış və JCB JS360LCT2, şassi nömrəsi-JCBJS36CV02150268, 2014-cü il buraxılışlı TŞ NO38492, AZ 10H-997 tırtıllı ekskavator ipoteka ilə yüklü edilmişdir. Lakin borclu müqavilənin şərtlərini pozmuş, üzərinə götürdüyü öhdəliklərə vaxtında əməl etməmiş, götürdüyü krediti və ona hesablanmış faizləri vaxtında qaytarmamışdır. Dəfələrlə bank tərəfindən yazılı və şifahi xəbərdarlıq edilsə də, heç bir nəticəsi olmamışdır.

11. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 295, 319, 448.2, 449.4, 460.1-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 34, 41.1-ci maddə lərinə istinad edilmişdir.

12. Cavabdeh məhkəməyə qarşılıqlı iddia ərizəsi təqdim edərək iddiaçı ilə aralarında bağlanmış 2014-cü il 1 avqust tarixli, 1**.CL.010814.****1 saylı ipoteka müqaviləsinin və onun doğurduğu hüquqi nəticələrin etibarsız hesab edilməsi, ona vurulmuş 96.**0 manat zərərin əvəzinin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, TŞ NO38492, AZ 10H-997 tırtıllı ekskavator iddiaçı tərəfindən qanunsuz yolla ondan alınmış və nəticədə həmin texnikadan fayda əldə edə bilməmiş, bu səbəbdən zərərə məruz qalmışdır.

14. Qarşılıqlı iddia tələbinin maddi hüquqi əsası kimi MM-in 21.1, 21.2, 21.3, 225.1, 307.1-307.4, 307.6, 307.7, 309.1, 309.2, 1096.1, 1096.2, 1097.1-ci maddələri, “İpoteka haqqında” Qanunun 8.1, 10.4, 10.5, 10.7, 10.8, 11.1-11.3, 12.2, 12.5, 12.6, 35.1, 35.2, 36.1-36.3, 38.1, 38.2-ci maddələri və “Notariat haqqında” Qanunun 46-cı maddəsinə istinad edilmişdir.

15. Tərtər Rayon Məhkəməsinin 2017-ci il 23 oktyabr tarixli qərardadı ilə iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir.

16. Məhkəmə əmtəəşnüaslıq ekspertizasının 2018-ci il 9 mart tarixli rəyində ipoteka ilə yüklü edilmiş tırtıllı ekskavatorun 2018-ci ilin fevral ayına orta bazar qiymətinin 410.**0 manat təşkil etdiyi qeyd edilmişdir.

17. Tərtər Rayon Məhkəməsinin 2018-ci il 30 aprel tarixli qərardadı ilə iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi "xxxx" MMC-yə həva lə edilmişdir. 18. "xxxx" MMC tərəfindən əmlakın qiymətləndirilməsi barədə rəydə Cavabdeh1 məxsus tırtıllı ekskavatorun bazar dəyəri 320.**0 manat müəyyən edilmişdir.

19. Tərtər Rayon Məhkəməsinin 2019-cu il 14 iyun tarixli 2(061)-710/2019 saylı qətnaməsi ilə ilk iddia tələbi qismən təmin edilərək, cavabdehdən 175.**0 manat əsas borc, 77.467,58 manat faiz, 1059,82 manat cərimə və 30 manat dövlət rüsumu olmaqla, cəmi 253.557,40 manat məbləğində pulun alınıb iddiaçıya ödənilməsi, qarşılıqlı iddianın qismən təmin olunaraq, tərəflər arasında bağlanmış ipoteka müqaviləsi və onun doğurduğu hüquqi nəticələrin etibarsız hesab olunması, vurulmuş zərərə görə iddiaçıdan 75.**0 manat məbləğində pulun alınıb cavabdehə ödənilməsi, ilkin və qarşılıqlı iddia tələblərinin qalan hissələrdə təmin olunmaması qət edilmişdir (hakim – M.Məmmədov).

20. Həmin qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1249/2020 nömrəli, 17 sentyabr 2020-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, iş baxılması üçün aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir.

21. Gəncə Kommersiya Məhkəməsinin 2021-ci il 20 may tarixli 2-2(115)-291/2021 saylı qətnaməsi ilə ilkin iddia qismən təmin edilərək, cavabdehdən kredit müqaviləsi üzrə 175.**0 manat əsas, 77.467,57 manat faiz, 1059,82 manat cərimə və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 253.557,40 manat məbləğində pulun alınıb iddiaçının xeyrinə ödənilməsi, ilkin iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməməsi, iş üzrə 1** manat ekspertiza xərcinin cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət olunmuşdur (hakim – K.Vəliyev).

22. Birinci instansiya məhkəməsi işin yuxarıda göstərilən hallarına istinadən gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, tərəflər arasında bağlanmış 2014-cü il 1 avqust tarixli, 1**.LN.2108.010814.****1 nömrəli kredit müqaviləsinin şərtlərinə görə cavabdehə 175.**0 manat məbləğində kredit verilmişdir. Cavabdehə borcun ödənilməsi barədə pretenziyalar göndərilsə də, cavabdeh tərəfindən borc məbləği ödənilməmişdir. Odur ki, iddiaçı borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, ipoteka predmeti olan ekskavator iddiaçı tərəfindən saxlanca götürülmüş, həmin tarixdən borclu ipoteka predmetindən istifadə etməmişdir.

23. Bundan başqa iddiaçı, cavabdehdən 21.059,82 manat məbləğində cərimənin onların xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq, maddi hüquq normalarını rəhbər tutaraq hesab etmişdir ki, iddia tələbinin cərimə (dəbbə pulu) ilə bağlı hissəsi qismən təmin edilməli, tərəflər arasında bağlanmış müqavilələrdə dəbbə pulu miqdarı müəyyən edildiyindən və razılaşdırıldığından, lakin həmin müqavilə üzrə hesablanmış dəbbə pulu mümkün zərərdən tənasübsüz şəkildə çox olduğundan dəbbə pulu azaldılmaqla, 1059,82 (min əlli doqquz manat səksən iki qəpik) manat məbləğində tutulmalıdır.

24. İddiaçı tərəfindən cavabdehə məxsus TŞ NO38492, AZ 10H-997 tırtıllı ekskavatorun qanunsuz yolla ondan alınması və bu hərəkət nəticəsində zərərə məruz qalması sübutlarla təsdiqini tapmamışdır. Odur ki, qarşılıqlı iddia təmin olunmamalıdır.

25. Məhkəmə bu qənaətini MM-in 385.1, 386.1, 389.1, 442, 443.1, 445.1, 448.1, 449.1, 449.3, 460.1, 462.1, 465.1, 465.2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 88, 119.1, 155.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

26. İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, həmin qətnamənin qismən – ilkin iddia tələbinin təmin olunmayan hissəsində ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

27. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 22 oktyabr tarixli, 2-2(104)-170/2021 saylı qərardadı ilə iddiaçının təşəbbüsü əsasında ipoteka predmetinin açıq hərracdan ilkin satış qiymətinin müəyyən edilməsi məqsədi ilə müstəqil qiymətləndirici rəyinin əldə edilməli olması əsası ilə ipoteka predmetinin ilkin satış qiymətinin müəyyənləşdirilməsi üçün müstəqil qiymətləndirici rəyi alınanadək iş üzrə icraatın dayandırılması qərara alınmışdır.

28. Məhkəmə tərəfindən 2022-ci il 13 may tarixli məktubla "xxxx" MMC-yə müraciət olunaraq 2014-cü il buraxılışlı, JCB JS-360 LC marka modelli, Az 10-U-997 dövlət qeydiyyat nişanlı ekskavatorun hazırkı likvid dəyəri ilə bağlı mütəxəssis rəyinin verilməsi xahiş olunmuşdur.

29. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 27 may tarixli, 2-2(104)-13/2022 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ilk iddianın təmin edilməmiş hissəsində ləğv edilərək, həmin hissədə yeni qətnamə qəbul edilmiş, ilk iddia həmin hissədə qismən təmin edilərək, cavabdehdən kredit müqaviləsi üzrə 175.**0 manat əsas, 77.467,57 manat faiz, 3.5** manat komissiya haqqı, 8.**0 manat cərimə, 48 manat məhkəmə xərci olmaqla, cəmi 264.015.57 manat alınaraq iddiaçıya ödənilməsi, tələbin ipoteka ilə yüklü edilmiş JCB JS360LCT2, şassi nömrəsi-JCBJS36CV02150268, 2014-cü il buraxılışlı TS NO38492, AZ 10U-997 qeydiyyat nişanlı tırtıllı ekskavatora yönəldilməsi və ipoteka predmetinin açıq hərracda satılaraq tələbin təmin edilməsi, ipoteka predmetinin ilkin satış qiyməti 167.**0 manat müəyyən edilməsi, ipoteka predmetinin qiymətləndirilməsi üçün mü təxəssis tədqiqatının dəyəri olan 4** manatın cavabdehdən alınaraq "xxxx" MMCyə ödənilməsi, ilk iddianın qalan hissədə təmin edilməməsi, apellyasiya şikayətinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır (sədrlik edən hakim – A.Hüseynzadə, hakimlər – L.Süleymanov və İ.Həsənov).

30. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işə baxan birinci instansiya məhkəməsinin ilk iddia tələbini ipoteka predmetinə yönəltmə va komissiya məbləği hissəsində hansı səbəbdən təmin etməməsi anlaşılan olmamışdır. Halbuki, tərəflər arasında bağlanmış 2014-cü il 1 avqust tarixli, 1**.LN.2108.010814.****1/a nömrəli ipoteka müqaviləsinin surətindən və 1 saylı Əlavəsindən görünür ki, tərəflər arasında bağlanmış 2014-cü il 1 avqust tarixli, 1**.LN.2108.010814.****1 nömrəli kredit müqaviləsinin təmin atı kimi ipoteka qoyan cavabdehin mülkiyyətində olan JCB JS360LCT2, sassi nömrəsiJCBJS36CV02150268, 2014-cü il buraxılışlı TS NO38492, AZ 10U-997 tıtıllı ekskavator iddiaçının xeyrinə yüklü edilmiş, ipoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən **0548 nömrəli, 2014-cü il 7 avqust tarixli çıxarışa əsasən isə yüklülük qeydə alımışdır. Həmçinin, ipoteka müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı cavabdehin qarşılıqlı iddiası da birinci instansiya məhkəməsi tərəfindən təmin edilməmişdir. Beləliklə, tələb ipoteka predmetinə yönəldilməsi hissəsində əsaslı olmuşdur. Buna görə də qətnamə həmin hissədə ləğv edilməklə, iddia təmin edilməlidir.

31. Bundan başqa məhkəmə kollegiyası qeyd etmişdir ki, ipoteka müqaviləsi ilə ipoteka predmetinin də yəri 270.**0 manat, məhkəmə əmtəəşünaslıq ekspertizasının 2018-ci il 9 mart tarixli rəyi ilə 2018-ci ilin fevral ayına orta bazar qiyməti 410.**0 manat, "xxxx" MMCnin 2019-cu il 4 mart tarixli rəyi ilə 320.**0 manat, "xxxx" MMC-nin 2022-ci il 26 may tarixli, 01/22-284 saylı rəyi ilə isə bazar dəyəri 196.**0 manat, likvid dəyəri 167.**0 manat müəyyən edilmişdir. Məhkəmə kollegiyası ipoteka predmetinin ilkin qiymətləndirməsindən 3 ildən artıq müddətin keçməsini, "xxxx" MMC-nin 2022-ci il 26 may tarixli, 01/22-284 saylı rəyi ilə likvid dəyərin müəyyən edilməsini və həmin rəydəki məbləğin ipoteka müqaviləsindəki rəyə uyğun olmasını, buna müvafiq olaraq da keçən müddət ərzində köhnəlmə ilə əlaqədar ipoteka predmetinin dəyərinin aşağı düşməsini nəzərə alaraq, ipoteka predmetinin ilkin satış qiym ətinin "xxxx" MMC-nin 2022-ci il 26 may tarixli, 01/22284 saylı rəyi ilə müəyyən edilmiş 167.**0 manat məbləğində müəyyən edilməsini əsaslı hesab etmişdir.

32. Bundan başqa məhkəmə kollegiyası qeyd etmişdir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin 2.8-ci bəndinə əsasən müqavilə imzalandığı tarixdə Borcalanın kreditin ümumi məbləğindən 1.** faiz miqdarında və hər ilin eyni tarixində həmin günə Banka olan kredit borcunun 1.** (bir) faizi miqdarında Kreditora komissiya ödənilməsi razılaşdırılmışdır ki, cavabdehdən tələb edilən 35** manat komissiya haqqı tələbi hissəsində iddia əsaslı olmuşdur.

33. Həmçinin məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi tələb olunan cərimə məbləğini həddən artıq azaltmışdır. Belə ki, iddiaçı cavabdehdən 21.059,82 manat cərimə m əbləği tələb etmiş, birinci instansiya məhkəməsi isə tələb edilən cərimə məbləğini tənasübsüz surətdə yüksək məbləğ hesab edərək, 20.**0 manat məbləğində azaldaraq, 1059,82 manat məbləğində müəyyən etmişdir ki, qeyd olunan məbləğ tələb olunan 175.**0 manat əsas, 77.467,58 faiz məbləğinə münasibətdə həddən artıq az olmuşdur. Buna görə də, qətnamə cərimə məbləğinin azaldılması hissəsində də ləğv edilərək, həmin hissədə yeni qətnamə çıxarılmalı və cərimə məbləği 8**0 manat məbləğində müəyyən edilməlidir.

34. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 317.1, 319.1, 467-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9, 39.3.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

35. Apellyasiya məhkəməsinin qətnaməsi 2022-ci il 6 iyun tarixli məktubla tərəflərə göndəri lmiş, 2022-ci il 22 iyun tarixində cavabdehə rəsmi qaydada təqdim olunmuşdur.

36. Cavabdeh tərəfindən 2022-ci il 20 avqust tarixində kassasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi, ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

37. MM-in 467-ci, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddələrinin tələbləri pozulmuşdur. Birinci instansiya məhkəməsi cərimə məbləğini 1059,82 manat müəyyənləşdirmiş, yəni 20.**0 manat azaltmışdır. Apellyasiya instansiyası məhkəməsi isə birinci instansiya məhkəməsinin cəriməni tənasübsüz azaltdığını hesab edərək, cəriməni 8**0 manat müəyyənləşdirmişdir. Lakin məhkəmə kollegiyası tənasü b müəyyənləşdirərkən bütün əsaslı mənafeləri nəzərə almamış, cərimə məbləğini artırmışdır.

38. İpoteka predmetinin satış qiyməti əvvəlki qiymətləndirmə rəylərində olan qiymətlər nəzərə alınmadan, 2022-ci il 26 may tarixli qiymətləndirmə rəyi əsasında kəskin şəkildə azaldılmışdır. Hesab edir ki, həmin qiymət ekskavatorun satış qiyməti ola bilməz.

39. MPM-in 88, 217, 388, 390-cı maddələrinin tələbləri pozulmuşdur. Məhkəmə kollegiyası ekskavatorun bazar qiymətinin iş materiallanda olan 2018-ci il 9 mart tarixli məhkəmə əmtəəşünaslıq ekspertizası rəyində 410.**0 manat, "xxxx" MMC tərəfindən aparılmış qiymətləndirmə rəyində 320.**0 manat, "xxxx" tərəfindən verilmiş rəydə 167.**0 manat müəyyənləşdirilməsinə düzgün hüquqi qiymət verməmişdir. Belə ki, məhkəmə qiymətləndirmə rəyləri arasında olan f ərqə hərtərəfli və tam hüquqi qiymət verməməklə, prosessual hüquq normalarının tələblərini pozmuşdur.

40. Məhkəmənin qətnaməsi işin hallarına və tərəflərin qarşılıqlı münasibətinə uyğun çıxarılmamışdır. Qarşılıqlı iddia tələbinə ümumiyyətlə münasibət bildirilməmişdir. Məhkəmə kollegiyası qətnaməni qəbul etdiyi zaman iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmamışdır. Məhkəmə ilkin qiymətləndirmə rəyindən 3 ildən artıq vaxt keçdiyini qeyd etsə də, bu növ texnikaların istər dünya bazarında, istərsə də daxili bazarda qiymətlərinin artması məsələsini araşdırmamışdır. Həmin texnika hazırda tam işlək vəziyyətdədir. Onun 167.**0 manata satılması yalnız ilkin iddia üzrə iddiaçının maraqlarına xidmət edir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

41. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. II. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

42. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

43. Apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

44. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüq uqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi qiymətləndirilməməlidir. III. faktiki halların yoxlanılması və araşdırılması kimi TƏTBİQ EDİLƏN HÜQUQ

45. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulmuşdur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

317. İpoteka ilə yüklü olan əşyanı satmaq tələbi 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər....” “Maddə

319. Borclunun öhdəlikləri yerinə yetirməyi gecikdirməsinin nəticələri 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipote kaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır....” “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqa vilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.” “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu t əqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 448.3. Borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır. 448.4. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal mə lumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır.” “Maddə

467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.”

46. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

76. Sübutlar 76.1. Tərəflərin təl əb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıq dan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır....” IV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

47. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

48. Cavabdehin kassasiya şikayətinin dəlillərindən biri bundan ibarət olmuşdu r ki, apellyasiya instansiyası məhkəməsi tənasüb müəyyənləşdirərkən bütün əsaslı mənafeləri nəzərə almadan cərimə məbləğini artırmışdır. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin göstərilən dəlili ilə bağlı qeyd edir ki, MM-in “məhkəmə tərəfindən dəbbə pulunun azaldılması”nı tənzimləyən 467-ci maddəsi tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı əmlak mənafelərinin nəzərə alınması şərtini nəzərdə tutur. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən təmin edilmiş 1059,82 manat məbləğində cərimə tələb olunan 175.**0 manat əsas, 77.467,58 faiz məbləğinə münasibətdə həddən artıq az olmuşdur. Odur ki, məhkəmə kollegiyası apellyasiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşaraq, cavabdehin kassasiya şikayətinin göstərilən dəlillərini əsaslı hesab etmir.

49. Bundan başqa, cavabdeh kassasiya şikayətində göstərmişdir ki, ipoteka predmetinin satış qiyməti əvvəlki qiymətləndirmə rəylərində olan qiymətlər nəzərə alınmadan, 2022-ci il 26 may tarixli qiymətləndirmə rəyi əsasında kəskin şəkildə azaldılmışdır. Məhkəmə ilkin qiymətləndirmə rəyindən 3 ildən artıq vaxt keçdiyini qeyd etsə də, bu növ texnikaların istər dünya bazarında, istərsə də daxili bazarda qiymətlərinin artması məsələsini araşdırmamışdır. Kassasiya şikayətinin qeyd edilən dəlillərinə qiymət verən məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin verdiyi hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşır və əlavə olaraq qeyd edir ki, 2019-cu il 4 mart tarixli qiymətləndirmə rəyi ilə 320.**0 manat qiymətləndirilən texnikanın ötən üç illik müddət ərzində cavabdehin sahibliyində olmaqla səmərəli istifadə olunması nəticəsində köhnəlməsi və həmin kateqoriyadan olan əsas vəsaitlər üçün qanunla müəyyən olunmuş illik amortizasiya normaları nəzərə alındıqda, sonuncu qiymətləndirmə rəyində texnikanın likvid dəyərinin 167.**0 manat müəyyənləşdirilməsi əsaslı olmuşdur. Ekskavator isə ümumiyyətlə cavabdehin sahibliyində qalmışdır.

50. Belə ki, cavabdeh iş üzrə apellyasiya instansiyası məhkəməsindəki icraat zamanı 2022-ci il 13 may tarixli məhkəmə iclası zamanı izahatında ekskavatorun onun sahibliyində olmaqla tərəfindən icarəyə verildiyi və texnikanın hazırda Cəbrayıl rayonunda olduğu bildirilmişdir.

51. Göstərilənləri nəzərə alan məhkəmə kollegiyası belə qənaətə gəlir ki, cavabdehin kassasiya şikayətində göstərilən dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas təşkil etmir. İşdə olan sübutlar mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq ətraflı araşdırılmış, hüquqi qiymət verilmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

52. İşə baxan məhkəmə kollegiyası yuxarıda qeyd edilənləri ümumiləşdirərək belə qənaətə gəlir ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində göstərilən dəlillər Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 27 may tarixli, 22(104)-13/2022 saylı qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz.

53. MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və y a qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

54. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 27 may tarixli, 2-2(104)-13/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar