Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-694/2023 20.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ İş № 2-2(102)-694/2023 Açar sözlər: icarə müqaviləsi üzrə borcun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Dadaşov İlqar Ağababaş oğlu və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “icarə müqaviləsi üzrə borcun tutulması tələbi”nə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 31 iyul tarixli 2-2(103)-634/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazı lı icraat qaydasında baxılmışdır. I.İşin halları 1. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (mülkiyyətçi qismində) ilə İddiaçı MMC (idarə edən qismində) 2018-ci il 29 mart tarixində AZV-29/04/18-328 nömrəli daşınmaz əmlakın icarə və idarəetməyə verilməsi haqqında bağlanmış müqavilənin 1-ci hissəsinə əsasən, idarə edən binanı və yaxud onun hər hansı bir hissəsini üçüncü şəxslərə icarə, subicarə (ikinci əldən icarəyə) və ya idarəetməyə vermək, yaxud binanı birgə istifadə etmək hüququna malikdir (1.1). İdarə edən binanın saxlanılması və xidmət göstərilməsi məqsədilə ixtisaslaşmış hüquqi və ya fiziki şəxslərlə müqavilələr bağlaya bilər (1.2). Binanın bütövlükdə və ya müvafiq hissələri icarəçilərə və ya subicarəçilərə ikinci əldən icarəyə, idarəetməyə verilərkən mülkiyyətçinin razılığı tələb olunm ur (1.4).
2. İddiaçı MMC (icarəyə verən qismində) ilə Cavabdeh MMC (icarəçi qismində) 2022-ci il 3 fevral tarixində 22/039 nömrəli qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında bağlanmış müqavilənin 1.1-ci hissəsinə əsasən, bu müqaviləyə əsasən icarəyə verən icarə və idarəetmə hüququ əsasında istifadəsində olan, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 152 ünvanında yerləşən qeyri-yaşayış binasında (“Çinar Plaza” İş Mərkəzi) aşağıdakı qeyri-yaşayış sahəsini icarəçiyə icarəyə və istifadəyə verməyi, icarəçi isə icarəyə verilən əmlakı qəbul edib, icarə haqqını və digər ödənişləri bu müqavilə ilə müəyyən olunmuş şərtlərlə həyata keçirməyi öhdəsinə götürmüşdür. - Həmin müqavilənin 3.1.1-ci bəndinə əsasən, müqavilə üzrə icarə haqqı və digər ödənişlər Başlama Tarixindən (25 fevra l 2022-ci il) etibarən aşağıda göstərilən qaydada və məbləğdə ödəniləcəkdir: bu müqavilənin 1.1.1-ci yarımbəndində nəzərdə tutulmuş icarəyə verilən əmlakın hər kv.m-i üçün ƏDV xaric 12.00 manat olmaqla, ümumilikdə ƏDV xaric 1,344.00 AZN manat məbləğində aylıq icarə haqqı; - Həmin müqavilənin 3.1.2-ci bəndinə əsasən icarəyə verən tərəfindən bu müqavilənin 2, 3 və 5 saylı Əlavələrində nəzərdə tutulmuş təmizlik və texniki xidmətlərin göstərilməsinə görə bu Müqavilənin 1.1.1-ci yarımbəndində nəzərdə tutulmuş icarəyə verilən əmlakın hər kv.m-i üçün ƏDV xaric 5.70 manat olmaqla, ümumilikdə ƏDV xaric 638.40 manat məbləğində aylıq haqq; - Həmin müqavilənin 3.1.3-cü bəndinə əsasən icarəyə verən tərəfindən bu Müqavilənin 4 saylı Əlavəsində nəzərdə tutulmuş mühafizə xidmətlərinin göstərilməsinə görə bu Müqavilənin 1.1.1-ci yarımbəndində nəzərdə tutulmuş icarəyə verilən əmlakın hər kv.m-i üçün ƏDV xaric 1.30 manat olmaqla, ümumilikdə ƏDV xaric 145.60 manat məbləğində aylıq haqq. - Həmin müqavilənin 7.2-ci bəndinə əsasən icarəçi icarə haqqının və ya müqavilədən irəli gələn digər ödənişlərin həyata keçirilməsində gecikməyə yol verərsə, icarəyə verən hər gecikmə gününə görə gecikdirilmiş ümumi ödəniş məbləğinin 0,1 faiz məbləğində icarəçiyə dəbbə pulu tətbiq etmək hüququnu özündə saxlayır. - Həmin müqavilənin 8.6 və 8.7-ci bəndinə əsasən, qarşılıqlı razılıq əsasında tərəflər istənilən vaxt bu müqaviləni ləğv edə bilərlər. Bu müqaviləyə hər hansı əsasla xitam verilməsi icarəçini icarə haqqının və müqavilə üzrə digər ödənişlərin həyata keçirilməsi daxil olmaqla, lazımınca yerinə yetirilməmi ş öhdəliklərinin icrasından azad etmir.
3. İddiaçı MMC və Cavabdeh MMC tərəfindən təsdiq edilmiş “qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında 2022-ci il 3 fevral tarixli 22/039 nömrəli müqaviləyə xitam verilməsi barədə” 2022-ci il 29 iyun tarixində bağlanmış razılaşmaya əsasən, tərəflərin qarşılıqlı razılığına əsasən icarə müqaviləsinə 2022-ci il 30 iyun tarixində xitam veriləcək. İcarəçi icarə müqaviləsinin şərtlərinə uyğun olaraq icarəyə verilən əmlakın icarəyə verənə təhvil verildiyi xitam tarixinədək yerinə yetirməli olduğu bütün öhdəlikləri, o cümlədən icarə haqqının və icarə müqaviləsində nəzərdə tutulmuş digər ödənişlərin həyata keçirilməsini təmin etməlidir. Tərəflər təsdiq edirlər ki, 2022-ci il 17 iyun tarixindən xitam tarixinə kimi olan dövr ərzində icarəçi tərəfindən i stehlak edilmiş icarə müqaviləsinin 3.2-ci bəndində göstərilmiş kommunal xidmətlər üzrə borc istisna olmaqla, icarəçinin xitam tarixinədək icarə müqaviləsi üzrə icarəyə verənə ödəməli olduğu ümumi borcu ƏDV daxil 9.969,52 manat təşkil edir. İcarə müqaviləsinin 3.2-ci bəndində sadalanan kommunal xidmətlər üzrə hesab icarəçi tərəfindən ayrıca olaraq ödəniləcəkdir. Həmçinin icarə müqaviləsinin 7.2-ci bəndinə əsasən icarəçiyə icarə haqqının və ya müqavilədən irəli gələn digər ödənişlərin ödənilməsində gecikməyə yol verdiyi üçün xitam tarixinə tətbiq edilən dəbbə pulu üzrə icarəçi tərəfindən təmin edilməli olan məbləğ ƏDV xaric 431,07 manat təşkil edir və həmin məbləğin ödənişi ayrıca olaraq həyata keçirilir. İcarə müqaviləsinə xitam verilməsi icarəçini icarə müqaviləsi üzrə lazımınca yerinə ye tirilməmiş öhdəliklərinin icrasından azad etmir (Bu Müqavilənin müvafiq olaraq 1, 2, 3 və 4-cü bəndləri). II. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) Cavabdeh MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı 2023-cü il 22 fevral tarixində iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış 03 fevral 2022-ci il tarixli icarə müqaviləsi üzrə xitam tarixinə yığılmış 9969,52 (ƏDV daxil) manat əsas borcun, 431,07 manat dəbbə pulunun və 210 manat mediasiya xərci olmaqla ümumilikdə 10.610,59 manat məbləğində vəsaitin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh a rasında Azərbaycan Respublikası, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 152 ünvanında yerləşən qeyri-yaşayış binasının 2-ci mərtəbəsində, ümumi sahəsi 112 kv.m təşkil edən ofis sahəsinin icarəyə verilməsi haqqında 2022-ci il 3 fevral tarixində 22/039 nömrəli müqavilə bağlanmışdır. Həmin müqaviləyə uyğun olaraq başlama tarixi kimi göstərilmiş 2022-ci il 25 fevral tarixindən etibarən müqavilənin qüvvədə olduğu müddət ərzində ƏDV xaric icarə obyekti üçün 1.344 manat icarə haqqı, 638,40 manat təmizlik, texniki xidmətlərə görə haqq və 145,60 manat mühafizə xidmətlərinə görə haqq olmaqla, ümumilikdə 2.128 manat aylıq haqqın cavabdeh tərəfindən ödənilməsi razılaşdırılmışdır. Tərəflərin qarşılıqlı razılığı ilə icarə müqaviləsinə 2022-ci il 30 iyun tarixində xitam verilmişdir. Xitam r azılaşmasında cavabdehin icarə müqaviləsinin şərtlərinə uyğun olaraq icarə obyektinin iddiaçıya təhvil verildiyi tarixədək yerinə yetirməli olduğu bütün öhdəlikləri, o cümlədən icarə haqqının və icarə müqaviləsində nəzərdə tutulmuş digər ödənişlərin həyata keçirilməsini təmin etməli olması nəzərdə tutulmuşdur. Həmin razılaşma üzrə cavabdehin xitam tarixinədək icarə müqaviləsi üzrə iddiaçıya ödəməli olduğu əsas borcu ƏDV daxil 9.969,52 manat, dəbbə pulu isə ƏDV xaric 431,07 manat təşkil etmişdir. Mübahisənin məhkəməyə qədər könüllü olaraq həll olunmasına nail olmaq məqsədilə cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilmiş, o cümlədən 2022-ci il 10 noyabr tarixində borc məbləğinin ödənilməsinin təmin edilməsi haqqında FMG01/22/345 nömrəli pretenziya bildirişi göndərilmişdir. Lakin c avabdeh sözügedən pretenziya bildirişinə məhəl qoymamış və xitam tarixindən 8 aya yaxın bir müddətin keçməsinə baxmayaraq, müvafiq borc məbləğinin ödənilməsi istiqamətində heç bir addım atmamışdır. Tərəflər arasında keçirilən ilkin mediasiya sessiyası da hər hansı nəticə verməmişdir.
6. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 399.4, 425.1, 427.3, 443.1, 445.1, 445.3, 445.7, 462.3, 463.1, 465.2-ci maddələrinə istinad etmişdir.
7. Cavabdeh tərəfindən iddia tələbinə dair etiraz təqdim olunmamışdır.
8. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 13 aprel tarixli e-2-2(113)1678/2023 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir (hakim – N.Əhmədova).
9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, 2022-ci il 3 fevral ta rixində 22/039 nömrəli tərəflər arasında bağlanmış müqavilə müxtəlif müqavilələrin ünsürlərini əhatə edən qarışıq müqavilə olmuşdur. Belə ki, qeyd edilən müqavilə özündə icarə müqaviləsinin və xidmət göstərilməsinə dair öhdəlik hüquq münasibətlərinin ünsürlərini ehtiva etmişdir. İddiaçı tərəfindən tələb olunan məbləğə isə özündə icarə haqqı və xidmətlərin göstərilməsinə görə haqlar daxildir. Müqavilədə tərəflər hüquqlarını və hər bir tərəfin icra etməli olduğu öhdəliklərini müəyyən etmiş, beləliklə müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri tərəflərin razılaşması ilə birbaşa tənzimlənmişdir. Tərəflər arasında bağlanmış “qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında 2022-ci il 3 fevral tarixli 22/039 nömrəli müqaviləyə xitam verilməsi barədə” 2022-ci il 29 iyun tarixində olan razılaşma tərəflər arasında bağlanmış 2022-ci il 3 fevral tarixli 22/039 nömrəli müqaviləyə xitam verilməsi ilə bağlı razılaşmanı, eyni zamanda 2022-ci il 3 fevral tarixində bağlanmış müqavilə üzrə mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin müddəalarını özündə əks etmişdir.
10. Cavabdeh razılaşma yolu ilə 2022-ci il 3 fevral tarixində 22/039 nömrəli bağlanmış icarə müqaviləsi üzrə borcunu etiraf etmiş, həmin borcun tam və ya qismən ödənildiyini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Belə olan halda, məhkəmə prosessual qənaət prinsipindən çıxış edərək, digər sübutların (icarə müqaviləsi üzrə həmin borc məbləğini təsdiq edən hesabfakturalar və elektron qaimələr) tədqiqinə ehtiyac duymamışdır. Məhkəmə cavabdehin 2022-ci il 3 fevral tarixində olan müqavilə üzrə borc unu 2022-ci il 29 iyun tarixində bağlanmış razılaşma ilə etiraf etdiyini, həmin borcun tam və ya qismən ödənildiyini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etmədiyini nəzərə alaraq, tələb olunan borcun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qeyd olunmuşdur.
11. Məhkəmə öz mövqeyini MM-in 385.1, 386.1, 390.1, 390.4, 404.1, 425, 442, 448.1, 448.2, 462.1, 700.1, 700.2, 882.1, 882.2, 882.4-cü maddələrinə, “Bakovska Polşaya qarşı” və “Zubak Xorvatiyaya qarşı” işləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Qərarlarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.1, 14.2, 77.1, 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
12. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin tamamilə ləğv edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 31 iyul tarixli 2-2(103)-634/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – A.Hüseyn, hakimlər – F.Qasımov və R.Qurbanov).
14. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, tərəflər arasında bağlanmış “qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında 2022-ci il 3 fevral tarixli 22/039 nömrəli müqaviləyə xitam verilməsi barədə” 2022-ci il 29 iyun tarixində olan razılaşmada tərəflər arasında bağlanmış 2022-ci il 3 fevral tarixli 22/039 nömrəli müqaviləyə xitam verilməsi ilə bağlı razılaşmanın, eyni zamanda 2022-ci il 3 fevral tarixində bağlanmış müqavilə üzrə mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin müddəaları öz əksini tapmışdır. Cərimənin tətbiq edilməsi imkanı tərəflər arasında bağlanmış müqavilənin 7.2-ci bəndində öz əksini tapmışdır. Birinci instansiya məhkəməsinin 431,07 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə gəldiyi nəticə qanuni və ədalətli olmuşdur.
15. Apellyasiya instansiya məhkəməsinin istinad etdiyi maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsinin istinad etmiş olduğu hüquq normaları ilə eynilik təşkil etmişdir.
16. Cavabdeh kassasiya şikayəti verərək, həmin qətnamənin tamamilə ləğv olunmasını, işə yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. III. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlil ləri a) Kassasiya şikayətinin dəlilləri
17. MM-in 385.1-ci maddəsinin tələbi pozulmuşdur. Belə ki, məhkəmə qeyd olunan maddi hüquq normasının tələbinə qətnamə qəbul edərkən düzgün hüquqi qiymət verməmişdir.
18. MPM-in 77.1, 388-ci maddələrinin tələbləri pozulmuşdur. Qeyd olunan prosessual normada göstərilən tələblərə məhkəmə tərəfindən obyektiv və hüquqi qiymət verilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. IV. Kassasiya baxışının hədləri
20. Apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
21. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxla nılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. V. Tətbiq edilən hüquq
22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kredi torun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə
390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.... 390.4. Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin ma hiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir....” “Maddə
404. Müqavilənin təfsiri 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır....” “Maddə
425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələb lər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı q ayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz....” “Maddə
462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir....” “Maddə
700. İcarə müqaviləsi 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər....” “Maddə
882. Mövcud borcun etirafı haqqında mücərrəd müqavilə 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcud luğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. 882.2. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz.... 882.4. Bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir....”
23. Azərbaycan Respublikası Mülki-Prosessual müddəalarında aşağıdakılar nəzərdə tutulur: M əcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər... 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri. 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hü quq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. VI. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdırmaqla apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, həmin məhkəmə tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan pozuntulara yol verilməmişdir.
25. Belə ki, tərəflər arasında bağlanmış qeyri-yaşayış sahəsinin icarəyə verilməsi h aqqında 2022-ci il 3 fevral tarixli 22/039 nömrəli müqaviləyə xitam verilməsi barədə 2022-ci il 29 iyun tarixli razılaşmada tərəflər arasında bağlanmış müqaviləyə xitam verilməsi ilə bağlı razılaşmanın, eyni zamanda müqavilə üzrə mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin müddəaları öz əksini tapmışdır.
26. MM-in 882.1-ci maddəsinə əsasən, borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir.
27. Həmin Məcəllənin 882.4-cü maddəsinə əsasən, bu Məcəllənin 882.1-882.3cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir.
28. Bundan başqa, tərəflər arasında bağlanmış müqavilənin 7.2-ci bəndində cərimənin tətbiq edilməsi imkanı da nəzərdə tutulmuşdur ki, məhkəmə kollegiyasının qənaətinə görə dəbbə pulunun 431,07 manat məbləğində müəyyən edilməsi işin halları baxımından qanuni cavabdehə münasibətdə isə ədalətli olmuşdur.
29. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində MM-in 385.1-ci maddəsinə istinad olunsa da, maddi hüquq normalarının tələblərinin apellyasiya instansiyası mə hkəməsi tərəfindən hansı formada pozulması və ya düzgün tətbiq olunmamasına dair hüquqi əsaslandırma aparılmamışdır.
30. Kassasiya şikayətinin prosessual hüquq normalarının pozulmasına dair dəlillərinə gəldikdə qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-nin 418.3-cü maddəsi). Kollegiya hesab edir ki, işin apellyasiya baxışı zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən işdə olan sübutlar mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq ətraflı araşdırılmış, hüquqi qiymət verilmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
31. Qeyd edilənləri nəzərə almaqla məhkəmə kolleg iyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarına qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilmiş, düzgün nəticəyə gəlinmişdir və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində göstərilən dəlillər Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 31 iyul tarixli 2-2(103)-634/2023 saylı qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz.
32. MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
33. Şərh edilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiy a Kollegiyasının 2023-cü il 31 iyul tarixli 2-2(103)-634/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.