Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-695/2025 26.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh X22rşı iş üzrə QƏRAR Açar sözlər: mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri almaq tələbi (vindikasiya tələbi), Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Şamayev Elşad Yaquboviçdən və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" MMC-nin X22rşı “konteynerin qaytarılması və pul” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 16 iyul tarixli 22(103)-740/2025 nömrəli qətnaməsində n iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. "xxxx" MMC tərəfindən X29 ünvanlanmış 2022-ci il 3 may, 2023-cü il 15 aprel, 2022-ci il 1 fevral tarixli məktublarda konteynerlərin qaytarılması və ya icarə haqqının ödənilməsi, əks halda hüquq mühafizə orqanlarına müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
2. Xətai RPİ-nin 37-ci PŞ-nin X9 şikayət ərizəsi üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə 2024-cü il 1 mart tarixli qərarından görünür ki, X9 müraciətində cinayət tərkibi yoxdur. Belə ki, Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» 2019-cu il 11 iyun tarixli 7 nömrəli qərarında da göstərildiyi kimi dələduzluq, yəni etibarından sui-istif adə və ya aldatma yolu ilə özgəsinin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə o halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olsun. Dələduzluq etibardan sui-istifadə etmə yolu ilə törədildikdə təqsirləndirilən şəxsin özgə əmlakını və ya əmlaka olan hüququ ələ keçirmək niyyətinin, əmlakın və ya əmlaka olan hüququn ona etibar edildiyi ana qədər yaranması sübuta yetirilməlidir. X7 ilə rəsmi müqavilə bağlayaraq onunla birlikdə iş görmüşdür. X30 4.000 manat pulu 2021-ci il 24 avqust tarixində *dan aldığını bildirsə də, həmin pulun digər işlərə görə ödənilməsini qeyd etmişdir. X2 Kurtmanın onun iştirakı ilə 10.000 manat pulu X26 verməsi bildirsə də X30 10.000 manat almadığını izahatında göstərmişdir. X4 *a məxsus konteyneri X26 verməsini izahatında göstərmişdir. Belə olan halda X9 müraciəti mülki mübahisəli məsələ olduğundan aidiyyatı üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunur. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı "xxxx" MMC (bundan sonra-“iddiaçı”) cavabdeh X28 (bundan sonra“cavabdeh”) qarşı iddia ərizəsi ilə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələrlə məhkəməyə müraciət edərək, iddiaçının mülkiyyətində olan daşınar əmlakın (konteynerin) cavabdehin qanunsuz sahibliyindən alınaraq iddiaçıya geri qaytarılması, ƏDV ilə birlikdə 16.992 manat əldən çıxmış fayda, məbləği n 5% qanuni faizi 849,60 manat olmaqla cəmi 17.841,60 manat pul vəsaitinin və 208,10 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında müxtəlif növ texnikaların icarəsi barədə biznes münasibətləri vardır. Tərəflər bir-birlərini təxminən 15 ildir tanıyırlar. Bu səbəblə aralarında güvən və inam mövcud olmuşdur. İşlərin gedişatı zamanı iddiaçı gördüyü işlərə görə Forma 2-Forma 3 əsasında ödəniş alıb, həmin aldığı ödənişdən də, cavabdehdən icarəyə götürdüyü texnikaların, kranların və sair texnikaların icarə haqqlarını ödəyib. Lakin iddiaçının gördüyü işlər dövlət proyektləri olduğundan dövlət büdcəsindən ödəniş gecikəndə və ya olmayanda iddiaçıda müəyyən maddi çətinliklər oldu və cavabdehə ödəməli olduğu icarə haqlarının sonuncularını ödəyə bilmədi. Ancaq, cavabdehin maddi vəziyyəti pis olmasın deyə, ona məcburən rəsmi qaydada yox əlbəəl pul verməli oldu. Pul verildiyini sübut edən kifayət qədər sübut vardır. Həmçinin cavabdehin mühasibi Bənövşə Qx22ova bunu vatsap mesajlarında qeyd edir. Daha sonra tərəflər arasında münasibətlər pozuldu. Cavabdeh iddiaçını məhkəməyə verdi və məhkəmə onun xeyrinə qətnamə çıxartdı. Pulların verilməsinin sübut olunması məqsədi ilə polisə müraciət olundu. 2024-cü il 1 mart tarixli HK-l-5l8 saylı material üzrə qərar verildi. Tərəflər arasında danışıqlar davam etsə də, cavabdeh aldığı pulları inkar etdiyindən və polisin qərarında qeyd edildiyi kimi, “mülki mübahisəli məsələ olduğundan aidiyyatı üzrə məhkəməyə müra ciət edilməsi tövsiyyə olundu” bu səbəblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. 2021-ci il 24 avqust tarixində 4.000 manat, 2021-ci il 7 dekabr tarixində 6.500 manat, 2022-ci il 5 mart tarixində 10.000 manat Xətai rayonu, Babək prospektində yerləşən Tarık Usta X1 iştirakı ilə verilmişdir. Cəmi 20.500 manat pulu əlbəəl vermişdir. Bundan başqa, MMC-nin öz daşınar əmlakı olan konteyneri cavabdehə 2-3 aylıq istifadəyə vermişdir. Cavabdeh həmin konteyneri 2021-ci il 31 avqust tarixində Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsində yerləşən X10 məxsus depodan götürmüşdür. Lakin 2-3 aydan sonra qaytarmalı olduğu halda konteyneri qaytarmamışdır. Məsələ ilə bağlı polis orqanına müraciət edildi. 37-ci Polis idarəsinin qərarında aşağıdaki kimi qeyd olunmuşdur; “İzahatı alınan X12 izahat ında bildirmişdir ki, o, 16 ilə yaxındır ki, * ilə birlikdə iş görmüşdür. Onun işlədiyi şirkət fasad işləri və tikinti işləri görmüşdür. Həmçinin 5000 kvlik əlavə olaraq deposu var. Həmin depoda konteynerlər saxlayır. Əlavə qazanc əldə etmədən deponu saxlanc yeri kimi tanışlarının istifadəsinə vermişdir. Cavabdehi 10 ilə yaxındır ki, tanımışdır. x22 onun işlədiyi şirkətdən texnikalar icarəyə götürmüşdür. x22 ilə münasibətin Nuriyə heç bir aidiyyəti olmamışdır. 2021-ci ildən Nuri özünə məxsus konteyneri onun iş yerində saxlamışdır. 2021-ci il 31 avqust tarixində Nuri onunla əlaqə yaradıb özünə məxsus konteyneri x22ə verməyini xahiş etmişdir. O, Nurinin əmlakını onun razılığı ilə x22ə vermişdir. x22 həmin konteyneri texnika ilə şəxsən özü Səbail rayonu, Bayıl qəsəbəsində yerləşən depodan göt ürüb aparmışdır. İzahatında göstərmişdir ki, x22in ondan təhvil aldığı konteynerin Nuriyə məxsus olmasını təsdiq edir. x22 yalan danışır. x22 şəxsən özü Səbail rayonu ərazisində yerləşən depoya gəlib oradan texnikanın vasitəsi ilə Nuriyə məxsus konteyneri götürüb aparmışdır.” Cavabdeh göstərilən daşınar əmlak üzərində qanunsuz sahiblik edərək onu geri qaytarmaqdan imtina etmişdir. Dəfələrlə geri qaytarması tələb edilməsinə baxmayaraq qaytarmamışdır. Həmin konteyner üçün əldən çıxmış fayda hesablanmalıdır. Bu səbəblə ekspertiza təyin edilməlidir. O həmin konteyneri geri götürəcəyini düşünərək həmin konteynerin icarəyə verilməsi barədə müxtəlif zamanlarda şirkətlərlə icarə müqaviləsi bağlamışdır. Konterneri geri ala bilmədiyindən həmin icarə haqqlarını almaqdan məhrum qalmışdır.
5. Cavabdeh təqdim etdiyi iddiaya qarşı etirazını onunla əsaslandırmışdır ki, tərəflər arasında 2021-ci il 19 mart tarixində xidmət göstərilməsi haqqında müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən X24 mülkiyyətində olan texnika müqavilədə müəyyən edilən şərtlər daxilində iddiaçının xidmətinə verilmişdir. Cavabdeh iddiaçıya qarşı qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Sumqayıt Kommersiya Məhkəməsi borc və mediasiya ilə əlaqədar ödənilmiş mediasiya xərci olmaqla, cəmi 62535,21 manat məbləğində pul vəsaitinin iddiaçıdan tutularaq cavabdehə barədə qətnamə qəbul etmişdir. Qətnamə qanuni qüvvəyə minmişdir. Xidmət müqaviləsinə əsasən cavabdehin mülkiyyətində olan, texniki xarakeristikası və haqqındakı digər məlumatlar xidmət formasında göstərilən texnika müqavilədə müəyyən edilən şərtlər daxilində iddiaçının xidmətinə verilmişdir. İddiaçı icarə haqlarının sonuncularını ödəyə bilməmişdir. X18 maddi zərərin müəyyən olunması ilə bağlı Polis Şöbəsinə müraciət etmişdir. PŞ-nin qərarında göstərilmiş cavabdehin ifadəsində qeyd olunduğu kimi tikinti ilə bağlı texnikaları *a müvəqqəti icarəyə vermişdir. Sonuncu 62.000 manata yaxın məbləğdə pul ödəməli olduğu halda ödəməmişdir və bununla bağlı artıq Sumqayıt Kommersiya Məhkəməsinin qüvvəyə minmiş qətnaməsi vardır. Bununla belə, iddiaçı 20.500 manat ödənilmməsi barədə məhkəməyə müraciət etmişdir. Sübut qismində isə vatsap yazışmaları xaricində heç bir əsas götürülməmiş, yetərli dəlillərə istinad olunmamışdır. Qeyd olunan iddialarla bağlı faktlar vatsap yazışmaları ilə müəyyən olunmur. İddiaçı rəsmi qaydada ödəniş edə b ilməməsi səbəbilə əldən ələ ödəniş etdiyini demiş olsa da, X5 isə şəxsən cavabdeh tərəfindən 10.000 manat pulun təhvil alındığının şahidi olduğunu qeyd etsə də, cavabdehə ödəniş edilməmişdir. 6 ildir ki, cavabdeh ilə çalışan X8 yalnız işlərlə bağlı *la əlaqə saxlamışdır və sonuncu tərəfindən ona sadəcə cavabdehə 10.000 manat pulu ödəməsi barədə mesaj yazmışdır. Lakin həmin pulun x22ə təhvil verilib-verilməməsi barədə məlumatı olmayıb. Həmçinin cavabdehin, *dan əlbəəl götürdüyü 20500 manat nağd pul, yuxarıda qeyd olunan məbləğlərin 5% qanuni faizi 1875 manat olmaqla cəmi 39367 manat ödənilməsi tələbi iddiaçı ilə əlaqəli olmayıb * tərəfindən iddia olunur və bu məsələyə məhkəmədə baxılmış, bəhs olunan qətnamədə öz əksini tapmışdır. Bu səbəbdən iddia tələbinin “Güllünün, *dan əlbəəl götürdüy ü 20500 (iyirmi min beş yüz) manat nağd pul, yuxarıda qeyd olunan məbləğlərin 5% qanuni faizi 1875 manat olmaqla cəmi 39367 manat (otuz doqquz min üç yüzaltmış yeddi) manat pul vəsaitinin tutulması” hissəsində icraata xitam verilməlidir. İddiaçı tərəfindən cavabdehə konteynerin verilməsi və göstərilən daşınar əmlakın cavabdehin qanunsuz sahibliyindən alınaraq qaytarılması barədə olan tələb ilə bağlı ilk növbədə konteynerin X24 istifadəyə verməsi faktı sübut olunmalıdır. Dəlillərə və işin hallarına baxdıqda bu iddianın əsassız olduğu və sübut edilmədiyi qənaətinə gəlirlər. Bu baxımdan iddiaçının tələbi sübuta yetirilmir. Tələb sübuta yetirilmədiyindən, əldən çıxmış faydanın ödənilməsi iddiası da sübuta yetirilmir 6. 2025-ci il 3 aprel tarixində keçirilmiş məhkəmə iclasında şahid qismində di ndirilmiş Yılmaz Gökhan ifadəsində bildirmişdir ki, Nuri bəyi tanıyır, onların köhnə işçisidir, 15 ildən artıq müddətdir ki, onlar bərabər çalışırdılar. Sonralar yeni layihələri olduqdan sonra o, ayrılaraq fəaliyyətini davam etdirməyə başladı. Nuri bəyə məxsus olan konteynerin onlara məxsus şirkətin ərazisində yerləşdirilməsi ilə bağlı aralarında razılıq mövcud olmuşdur. Şirkətləri tikinti şirkətidir və həmin konteyneri öz konteynerlərinin yanında saxlamağa razılaşmışlar. x22 bəylə tanışlıqları var idi. Lakin bu mübahisə ilə bağlı məsələdən xəbərdar deyildi və onu sonradan Nuri bəyin deməsi nəticəsində öyrənmiş oldu. Konteyneri Nuri bəyin özü tələb etdi. X16 verməyib. Nuri bəyin layihələri olur, o layihələrin icrası zamanı konteynerin istifadəsi zərurəti olduğundan, ondan istifadə edir. Ko nteynerin yerini bilmir. Sadəcə Nuri bəy ondan geri tələb etdi və ona qaytardı, digər məsələlər ona aid olmadığı üçün maralanmadı, çünki istəsə konteyneri sata bilər, istəsə başqasına da verə bilər.
7. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il 3 aprel tarixli e-2-2(113)-1227/2025 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir (hakim G.Həşimova).
8. Məhkəmə qeyd etmişdir ki, iddia tələbinin hüquqi əsası vindikasiya iddiası, yəni mülkiyyətində olan əmlakına sahibliyindən məhrum olmuş iddiaçının cavabdehə yönəlmiş əmlakının geri qaytarılması tələbinin təşkil edir.
9. Məhkəmə iddia tələbinin cavabdehdən ona məxsus konteynerin alınaraq ona verilməsi hissəsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 157.2-ci maddəsinin tələbi baxımından əsassız hesab edərək qeyd etmişdir ki, mübahisəli konteyner iddiaçıya məxsus olsa belə, həmin konteynerin cavabdehin qanunsuz sahibliyində olması halına dair heç bir sübut məhkəməyə təqdim edilmədiyindən və konteynerin cavabdehin qanunsuz sahibliyində olması sübuta yetirilmədiyindən, iddiaçı tərəfindən bununla bağlı mötəbər sübutlar məhkəməyə təqdim edilmədiyindən, həmin əmlakın cavabdehdən tələb edilməsi barədə iddia əsassızdır.
10. Belə ki məhkəmə iclasında tədqiq edilmiş şahid ifadəsindən göründüyü kimi, iddiaçının özü tərəfndən məhkəmədə şahid kimi dindirilməsi tələb olunan şahid konteynerin iddiaçıya məxsus olmasını və ona məxsus zavodun həyətində saxlanılmasını təsdiq etsə də, həmin konteynerin iddiaçının direktorunun göstərişi ilə onun həyətindən gəlib aparıldığını, cavabdehin ona məxsus ərazidən konteyner götürmədiyini qeyd etmişdir.
11. Birinci instansiya məhkəməsi iddiaçının ikinci tələbi – 16.992 manat əldən çıxmış fayda və qeyd olunan məbləğin 5% qanuni faizi 849,60 manat cərimənin ödənilməsi ilə bağlı qeyd etmişdir ki, işin halları ilə mübahisə predmeti olan konteynerin cavabdehin qanunsuz sahibliyində olması faktı öz təsdiqini tapmadığından, maddi zərərin əvəzi olaraq pulun tutulması hissəsində də iddia əsassız olmaqla rədd edilməlidir.
12. Məhkəmə gəldiyi nəticəni MM-in 21.1, 21.2, 152.1, 157.2, 157.5-ci maddələrinə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - “MPM”) 9.1, 14.2, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır.
13. İddiaçı tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qə tnamə qəbul edilməsi xahiş edilmişdir. b) Apellyasiya instansiya məhkəməsindəki icraat
14. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2025-ci il 16 iyul tarixli 2-2(103)-740/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – məruzəçi hakim T.Mahmudova, hakimlər Z.Şirinov və L.Əliyeva).
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq, qeyd etmişdir ki, hazırkı mübahisə üzrə iddiaçı mübahisə predmeti olan konteynerlərin cavabdehdə olmasını sübut etməmişdir. Məhkəmə iclasında çıxış edən şahid də bildirmişdir ki, konteynerlər cavabdehə təhvil verilməmişdir.
16. İddiaçının əmlakın qaytarılması tələbi təmin olunmadı ğından, dəymiş zərərlə bağlı tələbi də əsassızdır.
17. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 5.3, 14.2.1, 152.1, 152.2, 152.5 və 157.2-ci maddələrinə və MPM-in 14.2, 24.2, 77.1, 81 və 217.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
18. İddiaçı tərəfindən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılması xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri:
19. MM-in 152, 157-ci maddələri üzrə-işin konkret hallarından da göründüyü kimi mübahisə predmeti olan konteynerin iddiaçının mülkiyyətində olması işin mübahisəsiz halıdır. Belə ki, iş üzrə təqdim edilmiş 2024-cü il 1 mart tarixli cinayət işinin başlanmasının rədd edilməsi qərarından da göründüyü kim i izahatı alınmış Gökhan Yılmaz öz izahatında iddiaçının onunla əlaqə yaradaraq iddiaçıya məxsus konteynerin cavabdehə verilməsini xahiş etmişdir. Bu özlüyündə iddiaçının mülkiyyətində konteynerin olduğunu sübuta yetirir. Məhkəmə qeyd edilən halı nəzərə almamışdır. İşin hallarından və 2024-cü il 1 mart tarixli cinayət işinin başlanmasının rədd edilməsi qərarından da göründüyü kimi izahatı alınmış Gökhan Yılmaz öz izahatında iddiaçının razılığı ilə konteyneri cavabdehə vermişdir “x22 həmin konteyneri texnika ilə şəxsən özü Səbail rayonu, Bayıl qəsəbəsində yerləşən depodan götürüb aparmışdır”. Qeyd edilən izahat əmlakın cavabdehin qanunsuz sahibliyində olduğunun bariz təsdiqidir. Lakin nə birinci instansiya nə də apellyasiya instansiyası məhkəməsi bu halı nəzərə almamışdır.
20. MPM-in 11-ci, 88 və 106-cı maddələri üzrə-birinci instansiya məhkəməsi şahidin Türkiyə Respublikasının vətəndaşı olmasını və Azərbaycan dilini sərbəst bilməməsini nəzərə almamış və məhkəmədə tərcüməçinin iştirakı ilə dindirməmiş və polisə verdiyi izahatla hazırkı ifadəsi arasında olan ziddiyyətin nə ilə bağlı olduğunu müəyyən etməmişdir. Apellyasiya instansiya məhkəməsi də bu halı araşdırmamış və buna qiymət verməmişdir. Beləliklə, həm birinci, həm də apellyasiya instansiyası məhkəməsi kobud prosessual pozuntuya yol vermişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
21. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri
22. İş üzrə apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
23. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
24. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.... 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın....” “Maddə
157. Mülkiyyətin müdafiəsi... 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.... 157.5. Mülkiyyətçi özgəsinin qanu nsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən ə mlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir....”
25. Azərbaycan Respublikası Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə
217. Qət namənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır....” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1ci maddəsi).
27. Hazırkı iddia tələbinin qanuni əsasını kimi MM-in 157.2 və 157.5-ci maddələri təşkil etmişdir.
28. Mülkiyyətin müdafiəsini təmin edən 157.2-ci maddəsinin mənasından aydın olur ki, iddiaçının həmin tələblə çıxış edə bilməsi üçün üç şərtin gerçəkləşməsi zəruridir: iddiaçının əşyanın mülkiyyətçisi olması, əşyanın cavabdehin sahibliyində olması, cavabdehin əşyaya sahibliyinin qanunsuz olması.
29. Hazırkı işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, MM-in 157.2-ci maddəsinin dispozisiya şərtləri mövcud olmamışdır. Belə ki, müahiəsli əmlakın cavabdehin qanunsuz istifadəsində olmasına dair mötəbər sübutlar işə mahiyyəti üzrə baxılarkən təqdim olunmamışdır.
30. Bu baxımdan məhkəmə k ollegiyası hesab edir ki, gəldiyi nəticə MM-in 157.2-ci maddəsinin tələblərinə uyğun olmuş, kassasiya şikayətində istinad olunan maddi hüquq normalarının pozuntusuna yol verilməmişdir.
31. Məhkəmənin iş üzrə şahidin ziddiyyətli izahat verməsinə aydınlıq gətirməməsi ilə bağlı dəlilinə münasibətdə qeyd olunmalıdır ki, həmin şahid iddiaçı tərəfindən dəvət edildiyindən, müvafiq ziddiyyətə aydınlıq gətirilməsi üçün zəruri sübutları təqdim etmək yükü iddia edən tərəf olaraq iddiaçının üzərində olmuşdur. Lakin iddiaçı tərəfindən belə sübutların təqdim olunması müəyyən edilmir.
32. Belə ki, MPM-in 9.3-cü maddəsinin tələbləri baxımından çəkişmə prinsipinin ümumi cəhəti aşağıdakılardan ibarətdir: 1.məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutla rın təqdim edilməsi üçün şərait yaradır; tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir.
33. İşə baxılarkən dil prinsipinin pozulması, şahidin Azərbaycan dilini bilməməsinə dair kassatorun dəlillərinə gəldikdə, məhkəmə kollegiyası nəzərə alır ki, işə birinci instansiya məhkəməsində baxılarkən 2025-ci il 3 aprel tarixində keçirilən məhkəmə iclasında dindirilən şahid ** dili bildiyini və tərcüməçiyə ehtiyacının olmadığını bildirmişdir. Odur ki, işə baxılarkən MPM-nin 11-ci maddəsinin (məhkəmə icraatının aparıldığı dil) tələblərinin pozulmasına yol verilməmişdir.
34. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmişdir. Mübahisəli hüquq münasibətinə maddi hüquq normaları düzgün tətbiq edilmişdir, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından, iş üzrə qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
35. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 16 iyul tarixli 2-2(103)-740/2025 nömrə li qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.