Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-2(4-12)-294/2026 06.02.2026 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə X1 və Dağ-Mədən Nəzarəti dövlət Agentliyinə qarşı “mülkiyyət hüququnun tanınması” tələbinə dair kommersiya mübahisəsi üzrə (açar sözlər: daşınar əşyaya mülkiyyət hüququnun əldə edilməsi, daşınar əşyanın rəsmi reyestrdə qeydiyyata alınması) Hakim Səfərli Xədicə Əlicabbar qızı İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə X1 və Dağ-Mədən Nəzarəti dövlət Agentliyinə qarşı “mülkiyyət hüququnun tanınması” tələbinə dair məhkəməyə daxil olmuş iddia ərizəsinin məhkəmə icraatına götürülməsinin mümkünlüyünə baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. I. İddia tələbi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə X1 və Dağ-Mədən Nəzarəti dövlət Agentliyinə qarşı “mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1 ədəd Hyundai 770-9s markalı 2013-cü il buraxılışlı HHKHLK05ED0000058 ban nömrəli yükləyiciyə (kon), 1 ədəd Hitachi ZX markalı 2008-ci il buraxılışlı HCM1V700V00055927 ban nömrəli ekskovatora, 1 ədəd Hyundai 320LC 7 markalı 2017-cİ il buraxılışlı N90111230 ban nömrəli ekskovatora, 1 ədəd Hyundai 290 LC 7a markalı 2014-cü il buraxılışlı HHİHN807CB000966 ban nömrəli ekskovatora İddiaçı MMC-nin mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin balansında olan və gips yatağında istifadə olunan dörd ədəd xüsusi təyinatlı texnika – yükqaldırıcı və ekskavatorlar uzun illərdir ki, İddiaçı MMC-nin faktiki sahibliyində və istifadəsindədir. Həmin texnoloji nəqliyyat vasitələrinin qeydiyyata alınması üçün Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Sənayedə X1 və X3 Agentliyinə rəsmi olaraq etdiyi müraciətə baxılmış, 19 dekabr 2025-ci il tarixli məktubla imtina verilmişdir. Bildirir ki, sözügedən xüsusi təyinatlı texnikalar 10 ildən artıq müddətdir ki, İddiaçı MMC-nin aşıq və fasiləsiz istifadəsindədir. Həmin texnikaların saxlanması və təmiri ilə bağlı bütün xərclər daimi olaraq İddiaçıMMC tərəfindən təmin edilmişdir. Vaxtaşırı olaraq ehtiyyat hissələrinin təmir və dəyişməsinə sərf olunan xərclər də, həmçinin, İddiaçı MMC tərəfindən qarşılanmışdır. Qeyd olunan halları həmin texnikaların təmirini illərdir həyata keçirən usta mexaniklər, həmin texnikaları idarə edən işçilər vöz ifadələri ilə təsdiq edirlər. Bundan əlavə, sözügedən texnikaların təmir xərclərini təsdiq edən sənədlər, ehtiyyat hissələrinin alqı-satqı müqavilələri də texnikaların uzun illərdir İddiaçı MMC-nin balansında və istifadəsində olmasını təsdiq edir.
3. İddiaçı MMC tərəfindən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə X1 və Dağ-Mədən Nəzarəti dövlət Agentliyinə ünvanlanmış xx.xx.2025-ci il tarixli, XS 020/25 B nömrəli məktubdan görünür ki, 1 ədəd Hyundai 770-9s markalı 2013cü il buraxılışlı HHKHLK05ED0000058 ban nömrəli yükləyicinin (kon), 1 ədəd Hitachi ZX markalı 2008-ci il buraxılışlı HCM1V700V00055927 ban nömrəli ekskovatorun, 1 ədəd Hyundai 320LC 7 markalı 2017-cİ il buraxılışlı N90111230 ban nömrəli ekskovatorun, 1 ədəd Hyundai 290 LC 7a markalı 2014-cü il buraxılışlı HHİHN807CB000966 ban nömrəli ekskovatorun dövlət qeydiyyatına alınması xahiş olunmuşdur.
4. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə X1 və Dağ- Mədən Nəzarəti dövlət Agentliyi tərəfindən İddiaçı MMC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-18-3/2-12197/2025 nömrəli məktubdan görünür ki, 4 ədəd texnoloji nəqliyyat vasitəsinin qeydiyyata alınması ilə bağlı 24 noyabr 2025-ci il tarixli XS 020/25 B nömrəli müraciətə Agentlikdə baxılmışdır. Məlumat üçün bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamə”nin 2.8-ci bəndində göstərilən sənədlər təqdim edildikdən, 2.6-1-ci bəndinə əsasən müayinə və texniki baxış keçirildikdən sonra texnikalar qeydiyyata alınacaqdır.
II. Tətbiq edilən hüquq
5. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 135.1. Bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. 135.5. Daşınmaz əşyalara aid edilə bilməyən bütün əşyalar daşınar əşyalar sayılır. Başqa şəxslərə verilə bilən və ya sahibinə maddi fayda və ya başqa şəxslərdən nəyi isə tələb etmək hüququ vermək üçün nəzərdə tutulan tələblər və hüquqlar qeyri-maddi əmlak nemətləridir. Qeyri-maddi əmlak nemətləri (tələblər və hüquqlar) ilə bağlı münasibətlər onların hər birinə aid olan xüsusi qanunvericiliyin müddəalarına müvafiq olaraq tənzimlənir. 166.1. Daşınar əşyanın sahibi haqqında ehtimal edilir ki, o əşyaya mülkiyyətçi hüququ ilə sahiblik edir. Hər hansı əvvəlki sahib haqqında ehtimal edilir ki, öz sahibliyi zamanı o, mülkiyyətçi olmuşdur. 181.1. Daşınar əşyaya mülkiyyət hüququnun əldə edənə verilməsi üçün mülkiyyətçi əşyaya sahibliyi həqiqi hüquq əsasında ona verməlidir.
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 153. İddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina 153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. Ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə. 153.3.Hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. 153.4. Ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. 153.5. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. 153.6. İddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir.
7. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir.
8. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 3.1. Bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur.
9. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 11 aprel tarixli 564 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınar əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması” Qaydalarına 2 saylı Əlavə olan “Daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan əmlak növlərinin və onların qeydiyyatını aparan inzibati orqanların siyahısı:
5. Texnoloji nəqliyyat vasitələri, habelə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin İİ hissəsinin 1-ci və 3-cü bəndlərində göstərilən nəqliyyat vasitələri istisna olmaqla, siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən digər mexaniki nəqliyyat vasitələrinin əmlakın rəsmi reyestrlərini Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi aparır.
10. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların təsnifatı” 19.1.6. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə X1 və Dağ- Mədən Nəzarəti dövlət Agentliyi inzibati orqandır.
11. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şərh edilməsinə dair” 28 mart 2013-cü il tarixli qərarı “İnzibati mübahisə hüquqi təbiətinə görə mülki və iqtisadi mübahisələrdən fərqlənir. İnzibati hüquqi mübahisələr inzibati orqanla (müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr və s.) fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul olunması, ləğv olunması, dəyişdirilməsi, eləcə də inzibati orqanın hərəkət və ya hərəkətsizliyi ilə bağlı yaranan mübahisələri nəzərdə tutur. İnzibati mübahisələr bir qayda olaraq, inzibati aktların qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, icra edilməsi, icra edilməməsi və ya ləğv edilməsi, həmçinin inzibati aktın qanunsuzluğunun tanınması, inzibati orqanın faktiki xarakterli hərəkətləri və s. ilə bağlıdır. İnzibati mübahisənin aşağıdakı əsas əlamətləri vardır: • ictimai-hüquqi mübahisədə xüsusi subyektin mövcudluğu; • ictimai-hüquqi mübahisənin qanunla müəyyən edilmiş qaydada hakimiyyət idarəçiliyi funksiyasının həyata keçirilməsi ilə əlaqədar olması. Məhkəmə aidiyyəti məsələsi həll edilərkən həm mübahisənin tərəfləri, həm də mübahisənin predmeti və münasibətlərin xarakteri dəqiq müəyyənləşdirilməlidir. Mübahisənin predmeti aydınlaşdırılarkən yalnız hüquq münasibətlərinin mahiyyətinə və tərəflərin subyektiv tərkibinə deyil, həmçinin mübahisənin yarandığı səbəblərə də nəzər yetirilməlidir. Ümumi məhkəmələr və inzibati-iqtisadi məhkəmələr arasında aidiyyət məsələsi həll edilərkən əsas amil olaraq mübahisəli hüquq münasibətlərinin mahiyyəti və predmeti, bu münasibətlərin subyektiv tərkibi və hüquq sahəsinin prinsipləri rəhbər tutulmalıdır”.
III. Məhkəmənin mövqeyi
12. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddiaçı tərəfindən xahiş olunan tələbə mülki məhkəmə qaydasında baxılması qeyrimümkün olduğuna görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunmalıdır.
13. Hazırkı iş üzrə iddiaçı cavabdehə qarşı iddia ərizəsiylə məhkəməyə müraciət edərək, mübahisəli nəqliyyat vasitələrinə mülkiyyət hüququnun tanınmasını xahiş etmiş, sözügedən daşınar əşyaların uzun müddətli sahiblik və istifadələrində olması ilə tələbini əsaslandırmışdır. Nəzərə alınmalıdır ki, mülkiyyətçinin daşınar əşyaya sahibliyi həqiqi hüquq əsasında verməsiylə daşınar əşyaya mülkiyyət hüququ yaranır. Bununla yanaşı, hazırkı iş üzrə cavabdehə yönəlmiş tələb “mülkiyyət hüququnun tanınması” olaraq qeyd edilsə də, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin məzmunundan aydın olur ki, iddiaçı istifadəsində olan nəqliyyat vasitələrinin dövlət qeydiyyatına alınması üçün cavabdehə müraciət etmiş, sonuncu isə müvafiq sənədlərin təqdim olunmamasına əsaslanaraq həmin ərizənin icrasından imtina etmişdir. Hazırda iddiaçı həmin nəqliyyat vasitələrinə hüququnun qeydiyyyata alınması məqsədiylə cavabdehə qarşı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Halbuki, belə qeydiyyata alınmadan inzibati orqan olan cavabdehin imtinası ilə razılaşmadıqda iddiaçının müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ vardır.
IV. Məhkəmənin gəldiyi nəticə
14. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə X1 və Dağ-Mədən Nəzarəti dövlət Agentliyinə qarşı “mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir.
15. Məhkəmə qeyd edir ki, iddiaçılar eyni tələblə müvafiq inzibati məhkəməyə müraciət edə bilərlər.
16. Bundan başqa, məhkəmə xx.xx.2026-cı il tarixli qəbzə əsasən müəyyən edir ki, 99.6 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən məhkəmənin hesabına ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edildiyindən həmin dövlət rüsumu da qaytarılmalıdır.
17. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1, 263- 264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə,
qərara aldı :
İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə X1 və Dağ-Mədən Nəzarəti dövlət Agentliyinə qarşı “mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. Ödənilmiş 99 (doxsan doqquz) manat 60 (altmış) qəpik dövlət rüsumu İddiaçınə qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Xədicə Səfərli