Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5795/2025 15.12.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 Şirkətinin Azərbaycan Respublikasındakı filialına və "xxxx" ASC-yə qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə (müstəqil tələb irəli sürməyən şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti olmaqla) dair kommersiya mübahisəsi (açar sözlər: maneələrin aradan qaldırılması, elektrik dirəklərin çıxarılması) Məhkəmənin hakimi Namazova Günay Rüstəm qızının sədrliyi, Süleymanova Ləman Çingiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndələri X7 və X3, Müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X12 iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 Şirkətinin Azərbaycan Respublikasındakı filialı və "xxxx" ASC-yə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti olmaqla) qarşı “elektrik dirəklərin çıxarılması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I.Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** nömrəli çıxarışa əsasən "xxxx" MMC-yə məxsus Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində 1,1133 ha torpaq sahəsində yerləşən 4 (dörd) ədəd elektrik dirəyinin Cavabdeh1 Şirkətinin Azərbaycan Respublikasındakı filialı və "xxxx" ASC tərəfindən həmin torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixli, AN-İ № ******* saylı notarial qaydada bağlanmış alqı-satqı müqaviləsinə əsasən satıcı X17 Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində yerləşən **********28 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə 0,2 ha torpaq sahəsini alıcı "xxxx" MMC-nin (bundan sonra - MMC) mülkiyyətinə vermişdir. xx.xx.2021-ci il tarixli, AN-İ № ******* saylı notarial qaydada bağlanmış alğı-satqı müqaviləsinə əsasən satıcı X16 Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində yerləşən **********29 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə 0,8933 ha torpaq sahəsini alıcı MMC-nin mülkiyyətinə vermişdir. xx.xx.2021-ci il tarixli, AN-İ № ******* saylı notarial qaydada bağlanmış alqı-satqı müqaviləsinə əsasən satıcı X18 Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində yerləşən **********67 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə 0,02 ha torpaq sahəsini alıcı MMC-nin mülkiyyətinə vermişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** nömrəli çıxarışa (bundan sonra - Çıxarış) əsasən Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində yerləşən 1,1133 ha torpaq sahəsi (bundan sonra – Torpaq sahəsi) xüsusi mülkiyyət hüququ üzrə MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci ildə qeydiyyata alınmışdır. Diqqətinizə çatdırırıq ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin müvafiq göstərişləri əsasında iqtisadiyyatın sahələri üzrə müəyyən edilən prioritet istiqamətlər üzrə MMC xüsusi mülkiyyətində olan Torpaq sahəsində nəşriyyat-poliqrafiya sahəsi üzrə yeni iş yerlərinin açılması üçün yeni istehsalat sahəsinin tikintisinə başlanılmış, müvafiq icazələrin alınması proseduru başa çatmışdır.. Cavabdehlərə bununla bağlı şifahi və yazılı müraciət edilməsinsə baxmayaraq, müsbət cavab alınmadığından müvafiq tikintiyə başlamaq üçün MMC-nin mülkiyyətində olan Torpaq sahəsində yerləşən elektrik dirəklərinin məhkəmə qaydasında həmin ərazidən çıxarılması zərurəti yaranmışdır.
3. Cavabdeh "xxxx" ASC-nin iddiaya etirazı onunla əsaslandırılmışdır ki, İddiaçı MMC məhkəməyə iddia tələbi ilə müraciət edərək Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** nömrəli çıxarışa əsasən "xxxx" MMC-yə məxsus Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində 1,1133 ha torpaq sahəsində yerləşən 4 (dörd) ədəd elektrik dirəyinin cavabdeh "X26" Şirkıtinin Azərbaycan Respublikasındakı Filialı və “Azərişıq" AÇİQ SƏHMDAR CƏMİYYƏTİ tərəfindən həmin torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbindən, hətta iş üzrə digər cavabdeh "X26" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən verilmiş imtina məktubundan da göründüyü kimi iddia tələbinin "xxxx" ASC-yə aiddiyyəti yoxdur. Qeyd edilən torpaq sahəsi Cəmiyyət tərəfindən zəbt edilməyib və ya Cəmiyyətə məxsus deyil, həmçinin çıxarılması tələb edilən 2 ədəd dirəklər "xxxx"ASC-nin balansında deyildir. Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 47.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər işin materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək və surət çıxarmaq, etirazlar vermək, sübutlar təqdim etmək və onların tədqiqində iştirak etmək, işdə iştirak edən digər şəxslərə, şahidlərə, ekspertlərə və mütəxəssislərə suallar vermək, vəsatətlər, o cümlədən də əlavə sübutların tələb edilməsi barədə vəsatətlər vermək, məhkəməyə şifahi və yazılı izahatlar vermək, məhkəmə prosesinin gedişi vaxtı ortaya çıxan bütün məsələlər barədə dəlillər gətirmək, işdə iştirak edən digər şəxslərin vəsatət və dəlillərinə etiraz etmək, məhkəmə qərarlarından şikayət etmək və mülki məhkəmə icraatı barədə qanunvericilikdə verilən digər prosessual hüquqlardan istifadə etmək hüququna malikdirlər.
4. Cavabdeh1 Şirkətinin Azərbaycan Respublikasındakı filialn;n iddiaya etirazı onunla əsaslandırılmışdır ki, iddiaçının torpaq sahəsində yerləşən 4 ədəd elektrik dirəyin cavabdehlər tərəfindən həmin torpaq sahəsindən çıxarılması barədə iddia tələbi məhkəmə tərəfindən təmin edilməyərək, rədd edilməlidir. Diqqətə çatdırlar ki, mübahisəli tikilinin yerləşdiyi torpaq sahəsi hələ, məlum “X24 haqqında” saziş və “Birgə Əməliyyat” sazişi imzalanmamışdan da öncə, Dövlət mülkiyyətində olan, sənaye təyinatlı torpaqlar kateqoriyasına aid edilən torpaq sahələrinin hüdudları daxilində olmaqla, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin qanuni istifadəsində olmuş və məlum Saziş əsasında neft-qaz əməliyyatlarının aparılması məqsədilə Cavabdeh1 şirkətinin qanuni istifadəsinə verilmişdir. Belə ki, 29 sentyabr 2004-cü il tarixində “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və X24 haqqında” Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (“ARDNŞ”), X33 Bi.Vi. və ARDNŞ-in Ortaq Şirkəti (“Podratçılar”) arasında Saziş (“Saziş”) imzalanmış və 29 aprel 2005-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin imzaladığı 901- İİQD saylı Qanuna əsasən Saziş qanun statusunu almışdır. Qeyd olunan Qanunun 4-cü bəndinə əsasən, bu Qanun qüvvəyə mindikdən sonra Saziş, Hökümət təminatı və Əlavələr Qanun olurlar. Sazişdə konkret surətdə başqa hallar göstərilməyibsə, Saziş, Hökümət təminatı və Əlavələr Sazişin qüvvədə olduğu müddət ərzində bu Sazişə, Hökümət təminatına və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstün tutulur. Həmin Qanunun 5-ci bəndinə əsasən, bu Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin, Hökümət təminatının və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində Sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verir. Eyni zamanda yuxarıda qeyd olunan Qanunda “Qanun”un Azərbaycan Respublikasının Konstitusiyasına tam uyğun olduğunun nəzərə alınması xüsusi vurğulanır. Sazişin 4-cü bəndinə əsasən, Bu Sazişin məqsədləri baxımından Kontrakt sahəsi dedikdə, bu Sazişə 2-ci Əlavədə verilmiş coğrafi koordinatlar perimetri daxilində qalan, ARDNŞ-in balansında olan sahələr, habelə həmin perimetr hüdudlarında şaquli yeraltı formasiya, yeraltı lay və horizontlar, Qüvvəyə minmə tarixənədək ARDNŞ-in kəşf etdiyi Karbohidrogen ehtiyatları həmçinin, bu Sazişin həyata keçirilməsi nəticəsində kəşf edilə biləcək bütün Karbohidrogen ehtiyatları başa düşülür. Yuxarıda qeyd olunanların məzmunundan aydın olur ki, iddiaçının onun mülkiyyətində olduğunu iddia etdiyi torpaq sahəsi ARDNŞ-nin balansında olmuş, sonradan “X24 haqqında” Saziş əsasında Şirkətin qanuni sahiblik və istifadəsinə təqdim edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 oktyabr 2004-cü il tarixli, 150 saylı qərarı ilə Saziş üzrə verilən Təminat və öhdəliklərin 1 (e) bəndində Saziş ərazisi üzərindəki hüquqların qəsb edilməsinin qadağan olunması qeyd olunur. Müvafiq torpaq sahəsi üzərində mülkiyyət hüququnun “Çaşıoğlu ELM-lstehsalat’’ MMC adma daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması isə Şirkətin hüquq və təminatlarının - istifadə hüququnun pozulması kimi dəyərləndirilir. Məhkəmənin diqqətinə çatdırırıq ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2024-cü il tarixli, 201 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları”nm 1,4-ci bəndinə əsasən torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin (bundan sonra - Nazirlər Kabineti) qərarı ilə həyata keçirilir. İddiaçı öz ərizəsində, maddi sübüt kimi DƏDRX-in hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** saylı çxarışı, xx.xx.2021-ci il tarixli AN-İ ******* saylı, xx.xx.2021-ci ıl tarixli AN-İ ******* saylı və xx.xx.2021-ci il tarixli AN-İ ******* saylı notarial qaydada bağlanmış alqı-satqı müqavilələri qoşmaya əlavə etmişdir və bütünqeyd olunanlara əsasən iddiaçı tərəfimizdən torpaq sahəsini boşaldılması barədə qətnamə çıxarılmasını tələb edir. Lakin qeyd olunan işdə maddi sübut kimi əlavə olunan çıxarış və alqı-satqı müqavilələri tamamilə qanunsuz inzibati aktlardır. Diqqətinizə çatdırırıq ki, iddiaçı tərəfindən təqdim olunmuş qoşmada qeyd olunan sənədlərin həqiqiliyi sübut olunsa belə etibarsız inzibati aktdır. Belə ki, iddiaçının tərəfindən verilmiş çıxarış və alqı-satqı müqavilələri Sazişin qüvvəyə mindiyi 15 may 2005-ci il tarixdən sonra qəbul edildiyi üçün qanunsuzdur. Məhkəmə Kollegiyasının diqqətinə çatdırırıq ki, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 29 noyabr tarixli 1708-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin 18 dekabr 2019-cu il tarixli Sərəncamına əsasən, 01 mart 2020-ci il tarixdən qüvvəyə minmiş Qanunun tələblərinə görə, vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsinin təmin edilməsini nəzərdə tutur. Məhkəmənin nəzərinə çatdırırıq ki, analoji iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin qanuni qüvvəsini almış Qərarı mövcuddur. X32 Məhkəmə nəticəyə gəlmişdir ki, Saziş qüvvəyə mindiyi tarixdən etibarən Saziş ərazisi ilə bağlı Qanunun qüvvəyə minməsindən əvvəl və sonra verilmiş bütün inzibati sərəncamlar qüvvədən düşmüşdür. Ali Məhkəmənin 2-l(102)- 1233/15 saylı, 10 noyabr 2015-ci il tarixli Qərarı ilə (sədrlik edən hakim Nigar Rəsulbəyova, hakimlər Rahib Nəbizadə, İlqar Hüseynovdan ibarət tərkibdə) Bakı Apellyasiya Məhkəməsinin 2-l(103)-l 105/15 saylı, 03 iyul 2015-ci il tarixli qərarı ləğv edilmiş və Şirkətin Binəqədi rayon İcra Hakimiyyətinə qarşı (X2 üçüncü şəxs olmaqla) “Binəqədi rayon İcra Hakimiyyətinin X1 istifadəsinə torpaq sahəsinin ayrılmasına dair 1377 saylı, 12 yanvar 2001-ci il tarixli sərəncamının ləğv edilməsi tələbinə dair” iddiası mümkünsüz sayılmışdır. Kollegiya öz qərarını aşağıdakı kimi əsaslandırmışdır: “... Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və X24 haqqında” (xx.xx.2005-ci il tarixli 901-İİQD M-li) Azərbaycan Respublikası Qanununun 4-cü bəndində göstərilir ki, bu Qanun qüvvəyə mindikdən sonra Saziş, Hökümət təminatı və Əlavələr Qanun olurlar. Sazişdə konkret surətdə başqa hallar göstərilməyibsə, Saziş, Hökümət təminatı və Əlavələr qüvvədə olduğu müddət ərzində bu Sazişə, Kökümət təminatına və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstün tutulur. Həmin qanunun 5-ci bəndinə əsasən isə Bu Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, habeləbu Qanun qüvvəyə mindikdən sonra Sazişin, Hökumət təminatının və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində Sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verilir. Beləliklə sözügedən Saziş qanuni qüvvəsini aldığı 15 may 2005-c‘ı il tarixindən Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilən bilən bütün hüquq və vəzifələr ləğv edilir. Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2001-ci il tarixdə qəbul edilmiş sərəncamı artıq öz qüvvəsini xx.xx.2005-ci il tarixdən itirmişdir. Şirkətin iddia tələblərindən biri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2261/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarında Məhkəmə Kollegiyasının mövqeyi aşağıdakı kimi olmuşdur: “Belə ki, Azərbaycan Respublkasının 901-İİQD saylı, 29 aprel 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və X24 haqqında Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, X33 Bi. Vi. və ARDNŞ-nin Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” Saziş 15 may 2005-ci il tarixində qanuni qüvvəyə minmişdir. Sözügedən Sazişin qanuni qüvvəsini aldığı 15 may 2005-ci il tarixdən Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən digər hüquq və vəzifələr ləğv edilmişdir. Odur ki, Bakı səhəri Biləcəri Bələdiyyəsinin mülkiyyətində olmayan həmin torpaq sahəsinə dair qərar qəbul etmək və alqı-satqı həyata keçirmək səlahiyyəti olmadığından, həmçinin Bakı səhəri Biləcəri Bələdiyyəsinin 07 sentyabr 2007-ci il tarixli, 825 nömrəli qərarı Sazişin qanuni qüvvəsini aldığı 15 may 2005-ci il tarixdən sonra qəbul edildiyindən, adı çəkilən bələdiyyə qərarının hər hansı hüquqi qüvvəsi olmamışdır” (2(102)-2261/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarın surəti əlavə olunur). Qeyd olunanlardan əlavə olaraq Məhkəmə Kollegiyasının diqqətinə çatdırırıq ki, məlum olduğu kimi eyni torpaq sahəsi barəsində Şirkətin mülki iddialarına baxan məhkəmələr tərəfindən obyektiv və qəti qərarların qəbul edilməsi, həmin torpaqlarla bağlı Şirkətin inzibati iddia tələblərinə baxan məhkəmələrin qəbul etdiyi qərarların nəticəsindən asılıdır. Belə ki, bugünki, gün Şikətin inzibati iddia tələblərinin məhkəmələr tərəfindən mümkünsüz hesab edilməsi, Şirkətin mülki iddia tələblərinin də təmin edilməməsinə səbəb olur. Bu isə, Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 1-8-5/2-1837/2023 saylı məktubunda qeyd olunmuş tövsiyələrə zidd olmaqla, Şirkət tərəfindən verilmiş qanuni mülki iddialarının rədd edilməsi ilə nəticələnir (məktubun surəti əlavə olunur). Əlavə olaraq nəzərinizə çatdırırıq ki, vətəndaş "xxxx" MMC-nin 4 ədəd elektrik dirəyin cavabdehlər tərəfindən həmin torpaq sahəsindən çıxarılması barədə iddia etdiyi torpaq sahəsi 1 saylı mədənin 6-cı sahəsində yerləşən 162607 (ara məsafəsi 62 metr). 162683 (ara məsafəsi 30 metr), 162602 (ara məsafəsi 94 metr) və 162603 (ara məsafəsi 119 metr)saylı neft quyularının mühafizə zolağı daxilində yerləşir. Həmçinin qeyd etmək istəyirik ki, ərazidə PPN 114 yüksək təzyiqli nefti xətti, 945 NYM 6 KV elektrik xətti və Lep 6 KV 947 NYM3 elektrik xətti tikilinin üzərindən keçir. Əlavə olaraq, torpaq sahəsinin yaxınlığından 2 m məsafədə neft xətti, texniki su xətti 6 (6 metr məsafədə), 945 tp-p c3 0,4 kv eletrik xətti, PPN 168 yüksək təzyiqli neft xətti, qazılması planlaşdırılan 385 saylı (torpaq sahəsinin daxilində yerləşir) və 945 tp-p ldıc 3 0,4 kv eletrik xətti (ara məsafəsi 7 metr) keçir. Bununla bağlı, məhkəmənin diqqətinəistəyirik ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 fevral 2017-ci il tarixli 31 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nm 3.3-cü bəndinə əsasən, şəxsi tikililərlə quyular, separatorlar, qızdırıcı avadanlıq, neft rezervuarları və nasos avadanlığı arasında minimum məsafə 300 metr olmalıdır və şəxsi tikililərin sözügedən obyektlərin mühafizə zonaları daxilində inşa edilməsi qadağan edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 9-cu maddəsinin 3-cü bəndinin tələbinə əsasən, sənaye təyinatlı torpaq sahəsi yaşayış məntəqələrinin torpaq sahəsi təyinatına dəyişilməklə “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsinin müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı (Nazirlər Kabineti) tərəfindən həyata keçirilməsi”nə dair qanunun tələbləri pozulmuşdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borclu olduqları halda, neft təhlükəsizliyi qaydalarına riayət edilməmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinin 1-ci və 2-ci bəndlərinin tələbinə əsasən, dövlət obyektlərinin — dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar Dövlətin müstəsna mülkiyyətində olan torpaqlara aid olmasına baxmayaraq, bu torpaq sahəsi qeyri-qanuni özgəniıtkiləşdirilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48-ci maddəsinin 4cü bəndinin tələbinə görə, torpaq mülkiyyətçisinə, istifadəçisinə və icarəçisinə torpaq sahəsi həmin sahə üçün müəyyən edilmiş məqsədli təyinatına və hüquqi statusuna uyğun olaraq verilməli olduğu halda, həmin torpaq sahəsi zəbt olunmaqla öz təyinatına və hüquqi statusuna uyğun olaraq istifadə edilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 62-ci maddəsinin 1-ci bəndinin tələbinə əsasən, mühafizə zonaları altındakı torpaq sahələri onların mülkiyyətçilərinin, istifadəçilərinin razılığı ilə yalnız bostan və tərəvəz becərilməsi habelə örüş və ot çalım məqsədləri üçün qısamüddətli istifadəyə və icarəyə verilə bilər. Lakin, cavabdeh tərəfindən belə bir icazə alınmamış və torpaq bu bənddə qeyd edilən məqsədlər üçün istifadə edilməmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin 6-cı bəndinin tələbinə görə, torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin satılması barədə müqavilənin ayırlmaz hissəsidir. Lakin, belə bir plan müvafiq icra hakimiyyəti orqanında hazırlanmamış və torpaq alqı-satqı müqaviləsinə əlavə edilməmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinin tələbinə əsasən, torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanuvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Buna baxmayaraq, zəbt edilmiş torpaq sahəsinə dair belə bir rəsmiləşdinlmə aparılmamışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Lakin, Qanunun bu imperativ tələbpozularaq, torpaq sahəsi zəbt olunmaqla nə alqı-satqı qaydasında əldə edilməmiş, nə də ki, torpağa dair hüquqlar dövlət qeydiyyatına alınmamışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48-ci maddəsinin 4-cü bəndinin tələbinə görə, torpaq mülkiyyətçisinə, istifadəçisinə və icarəçisinə torpaq sahəsi həmin sahə üçün müəyyən edilmiş məqsədli təyinatına və hüquqi statusuna uyğun olaraq verilməli olduğu halda, həmin torpaq sahəsi zəbt olunmaqla öz təyinatına və hüquqi statusuna uyğun olaraq istifadə edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
II. Tərəflərin mövqeləri:
5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun çıxış edərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, bildirir ki, iddiaçıya məxsus torpaq sahəsi ətrafında evlər çoxdur, çoxusu qanunsuz tikilidir və çıxarışı yoxdur. Onlar öz hesablarına, heç kimə maddi sıxıntı çəktirmədən 2 elektrik dirəyinin çıxartmağa hazırdırlar. İddiaçı tərəf 4 ildir ki, həmin elektrik dirəklərə görə öz ərazisində tikinti işlərini apara bilmir. İddiaçı tərəfin tikintiyə icazəsi vardır, tək əngəl elektrik dirəkləridir. Şəxs öz çıxarışı olan mülkiyyətindən istifadə edə bilmir. Dirək çıxarılsa naqil də ordan keçəcək. Ərazidə 2 dirəkdir, məhkəmənin iddia tələbini qismən təmin etməsinə etiraz etmirlər. Cavabdeh1 Şirkətinin Azərbaycan Respublikasındakı filialının rəhbərinin imzası ilə iddiaçıya işlə bağlı 2 məktub göndərilmişdir, məsələdən çoxdan məlumatları var. "xxxx" ASC tərəfindən də əraziyə baxış keçirilmişdir.
6. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 Şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi X13 bildirdi ki, həmin videoda göstərilməyən hissədə neft anbarı var və 2 xətt həmin ərazidən keçir, işləkdir, bununla bağlı sənəd də mövcuddur. Həmin xəttləri çölə çıxardıqda yaşayış evlərində yaşayanlar etiraz edəcəkdir. O elektrik dirəklərinin çıxarılıb-çıxarılmaması barədə fikir deyə bilmədiyini, onun səlahiyyətinə aid olmadığını bildirir.
7. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 Şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi X19 etiraz ərizəsinin məzmununa uyğun çıxış edərək iddia tələbinin rədd edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçının onun mülkiyyətində olduğunu iddia etdiyi torpaq sahəsi ARDNŞ-nin balansında olmuş, sonradan “X24 haqqında” Saziş əsasında Şirkətin qanuni sahiblik və istifadəsinə təqdim edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 oktyabr 2004-cü il tarixli, 150 saylı qərarı ilə Saziş üzrə verilən Təminat və öhdəliklərin 1 (e) bəndində Saziş ərazisi üzərindəki hüquqların qəsb edilməsinin qadağan olunması qeyd olunur. Müvafiq torpaq sahəsi üzərində mülkiyyət hüququnun “Çaşıoğlu ELM-lstehsalat’’ MMC adma daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması isə Şirkətin hüquq və təminatlarının - istifadə hüququnun pozulması kimi dəyərləndirilir. İşıq dirəkləri Filialın balansındadır. Ərazidə ümumiyyətlə məskunlaşmanın özü qanunsuzdur. Dirəklər A kateqoriyalı dirəklərdir, neft anbarlarını, neft quyularını qidalandırır, ona görə də strateji əhəmiyyəti vardır. Mövqeyləri eynidir, iddia tələbinə etiraz edirlər.
8. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi bildirdi ki, ən optimal yol Cavabdeh1 Şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndəsinin iddiaçının mövqeyini, yəni elektrik dirəklərini öz hesabına çıxartması barədə rəhbərliyə bildirsin və tərəflər arasında razılaşma aparılsın. Əgər tərəflər arasında razılaşma yoxdursa 3-cü şəxs olaraq onlar Cavabdeh1 Şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndəsinin çıxışını dəstəkləyirlər.
9. Məhkəmə iclasının vaxtı və yeri barədə digər cavabdehə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir.
10. Məhkəmə AR MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
11. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
12. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Komitəsinin xx.xx.2021-ci il tarixli çıxarışına əsasən Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi ünvünında yerləşən sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı 1.1133 ha torpaqlar üzərində mülkiyyət hüquqları "xxxx" MMC-nin adına hüquqi qeydiyyata alınmışdır.
13. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin "xxxx" MMC-yə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Xocahəsən qəsəbəsində 1.1133 ha torpaq sahəsi Binəqədi rayon Xocahəsən Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 4/16 nömrəli qərarına, torpaq sahəsinin yerləşdiyi ərazinin cizgisinə əsasən xx.xx.2016-cı il tarixində X8 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 9 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş, xx.xx.2016-cı ıl tarixli, 4Ə-226 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən xx.xx.2016-cı il tarixində X5 adına qeydiyyatdan keçmişdir. Sözügedən torpaq sahəsinin 0.02 ha hissəsi Bakı şəhəri, 19 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş, xx.xx.2016-cı il tarixli, 4Ə-368 reyestr nömrəli, daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən xx.xx.2016-cı il tarixində X4 adına, 1.0933 ha hissəsi xx.xx.2016-cı ıl tarixində X5 adına qeydiyyatdan keçmişdir. Sözügedən torpaq sahəsinin X6 məxsus olan hissəsi -0.02 ha torpaq sahəsi Abşeron rayonu 1 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş. xx.xx.2019-cu il tarixli, 4Ə-2830 reyestr nömrəli daşınmaz əmiakın alqı-satqı muqaviləsinə əsasən xx.xx.2019-cu il tarixində X9 adına qeydiyyata keçmişdir. (**********67 reyestr nömrəli, ********** qeydiyyat nömrəliçıxarış). Lakin sözügedən torpaq sahəsi Bakı şəhəri 53 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş, xx.xx.2021-ci il tarixli, 4Ə-2463 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixində “Çaşıoğlu Elm-istehsalat" MMC-nin adına qeydiyyatdan keçmişdir. Sözügedən torpaq sahəsinin X10 məxsus olan 1.0933 ha hissəsindən, 0.20 ha hissəsi Bakı şəhəri 12 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş, xx.xx.2018-ci il tarixli, 4Ə-32 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə, Bakı şəhəri 9 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş, xx.xx.2018-ci il tarixli, 7E-3619 reyestr nömrəli bölgü sxeminə əsasən xx.xx.2018-ci il tarixində X11 adına (**********28 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış), 0.8933 ha hissəsi xx.xx.2018-ci il tarixində X5 adına qeydiyyatdan keçmişdir (**********29 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış). Sözügedən torpaq sahəsinin X14 məxsus olan hissəsi Bakı şəhəri 53 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş, xx.xx.2021-ci il tarixli, 4Ə-2461 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixində "xxxx" MMC-nin adına qeydiyyatdan keçmişdir. Sözügedən torpaq sahəsinin X10 məxsus olan hissəsi şəhəri 53 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş, xx.xx.2021 -ci il tarixli, 4Ə-2462 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixində "xxxx" MMC-nin adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri, Binəqədi rayonu, Xocahəsən qəsəbəsində 1.1133 ha torpaq sahəsinə dair ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli; ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli; ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixi çıxarış əsasında “Çaşıoğlu Elm-İstehsalat" MMC-nin adına qeydiyyatdan keçmişdir.
14. Cavabdeh1 Şirkətinin Azərbaycan Respublikasındakı filialının "xxxx" MMC-yə ünvanladığı xx.xx.2022-ci il tarixli cavab məktubunda qeyd etmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində yerləşən "xxxx" Elmi-İstehsalat MMC-yə məxsus ərazidə mövcud olan Şirkətə aid 4 ədəd elektrik dirəyinin qısa müddət ərzində ərazidən çıxarılmasını xahiş edilmişdir. Şirkətin aidiyyəti əməkdaşları tərəfindən sözügedən əraziyə baxış keçirilərək həmin ərazinin plan-xəritə hazırlanmışdır. Baxış zamanı müəyyən edilmişdir ki, qeyd edilən ərazi (torpaq sahəsi) 29 sentyabr 2004-cü il tarixli “X24 haqqında” sazişə və “X25”-nə (bundan sonra “Saziş”) əsasən neft-qaz əməliyyatlarının aparılması məqsədilə Şirkətin qanuni istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları daxilində yerləşir. Sözügedən ərazi hələ məlum Sazişlər imzalanmamışdan öncə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin daimi istifadəsində olmuş və Sazişlər imzalandıqdan sonra Şirkətin uzunmüddətli qanuni istifadəsinə verilmişdir. Həmçinin araşdırma nəticəsində məlum olmuşdur ki, qeyd olunan ərazidə 1956-cı ildən inşa edilib istismara verilmiş, 947 saylı yarımstansiya ilə Neftyığma məntəqəsini birləşdirən 6 kv-luq elektrik verilişi xətti və 1938-ci ildən inşa edilib istismara verilmiş, 945 saylı yarımstansiya ilə Neftyığma məntəqəsini birləşdirən 6 kv-luq elektrik verilişi xətti yerləşir və həmin xətlər hazırda Şirkətə məxsus istehsalat obyektlərini elektrik enerjisi ilə qidalandırır. Qeyd olunanlardan əlavə olaraq göstərilən ərazi Şirkətə məxsus 362607, 360727, 322683, 360451, 360466, 360823, 360766, 362603, 362602 saylı quyuların mühafizə zolağında yerləşir, eyni zamanda ərazinin daxilindən 114 mm-lik işlək və 168 mm-lik qeyri-işlək neft kollektoru keçir. Bundan başqa, ərazinin hasarının lap yaxınlığından 88 mm-lik və 60 mm-lik işlək neft kollektoru, 273 mm-lik, 168 mm-lik və 60 mm-lik qeyri-işlək texniki su xətləri, eləcə də 108 mm-lik qeyri-işlək neft xətti keçir. Göstərilən ərazidə yerləşən elektrik dirəklərinin yerindən çıxarılmasına Şirkət etiraz edir.
15. "xxxx" ASC-nin "xxxx" MMC-yə ünvanladığı xx.xx.2025-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində yerləşən xüsusi mülkiyyət hüququ əsasında qeydiyyata alınmış "Çaşıoğlu Elm-İstehsalat” MMC-yə məxsus 1,1133 ha torpaq sahəsində mövcud elektrik veriliş xəttinin ərazidən köçürülməsi ilə bağlı müraciətə "xxxx" ASC-də baxılmışdır. Qeyd olunan ərazidə "xxxx" ASC-yə məxsus elektrik veriliş xətləri mövcud deyildir. Ərazidən keçən 6 kV-luq elektrik veriliş xətti “Binəqədi OiL Company” şirkətinin balansındadır. Bununla əlaqədar olaraq, göstərilən elektrik veriliş xəttinin köçürülməsi barədə həmin xəttin mülkiyyətçisinə müraciət olunmalıdır.
16. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.
17. İddiaçı cavabdehlərə qarşı iddia tələbində Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində 1,1133 ha torpaq sahəsində yerləşən 4 (dörd) ədəd elektrik dirəyinin cavabdehlər tərəfindən çıxarılmasını xahiş etmişdir.
18. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, əgər uzlaşmırsa iddia rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
19. Hazırkı işdə mübahisənin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsi təşkil edir.
20. Mülki qanunvericilikdə sahiblikdən məhrum etmə ilə bağlı olmayan pozuntuların aradan qaldırılması haqqında iddia – neqator iddia vəsitəsilə mülkiyyət hüququnun müdafiəsi nəzərdə tutulmuşdur. Həmin normaya görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Neqator iddia dedikdə, əşyaya sahiblik edən mülkiyyətçinin, əmlaka sahiblik, ondan istifadə və ona sərəncam səlahiyyətlərinin həyata keçirilməsində maneələrin aradan qaldırılması haqqında üçüncü şəxsə yönəlmiş tələb başa düşülür. Neqator iddia mülkiyyətçi və üçüncü şəxsin mübahisəli əşya üzrə bir-biri ilə müqavilə münasibətlərində olmadığı və hüquq pozuntusunun subyektiv mülkiyyət hüququnun xitamına gətirmədiyi hallarda irəli sürülür. Neqator iddia irəli sürmək hüququna mülkiyyətçi, habelə titul sahibi malikdir. Cavabdeh qismində isə öz hüquqa zidd davranışı ilə mülkiyyət hüququnun (titul sahibliyinin) normal həyata keçirilməsinə maneçilik yaradan şəxs çıxış edir.
21. Maddənin məzmunundan da görünür ki, neqator iddianın təmin edilməsi üçün bir neçə şərt mövcud olmalıdır:
22. 1. Mübahisəli əmlak mülkiyyətçinin (iddiaçının) sahibliyində olmalı;
23. 2. Cavabdeh həmin əmlakdan istifadə, sahiblik və ya onun barəsində sərəncam vermək səlahiyyətlərinin həyata keçirilməsinə maneə olan hərəkətlər etməli;
24. 3. Həmin hərəkətlər hüquqazidd olmalıdır.
25. Hazırkı işdə də hər üç şərt mövcuddur.
26. Mülki Məcəllənin 139.3-cü maddəsinə əsasən Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
27. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən Reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
28. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.
29. Həmin Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
30. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, iddiaçı 2021-ci ildən Binəqədi rayonu, Xocəsən qəsəbəsi ünvünında yerləşən sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı 1.1133 ha torpaq üzərində mülkiyyət hüququnu əldə etmişdir (Daşınmaz Əmlakın Dövlət Reyestri Komitəsinin dövlət reyestrindən çıxarış iş materiallarına əlavə edilmişdir). Həmin torpaq sahəsində iddiaçı tikinti işlərinin həyata keçirilməsi üçün müvafiq dövlət qurumlarından icazə alsa da, ərazidə mövcüd olan elektrik dirəklərə görə öz mülkiyyətindən təyinatı üzrə istifadə edə bilmir. Cavabdeh "xxxx" ASC iddia tələbinə etiraz edərək bildirmişdir ki, həmin işıq dirəkləri ASC-nin deyil, Cavabdeh1 Şirkətinin balansında olduğu üçün ASC-yə qarşı iddia təmin edilə bilməz. İş üzrə ikinci cavabdeh - Cavabdeh1 Şirkətinin Filialının nümayəndəsi isə bildirir ki, həqiqətən də elektrik dirəklər Filialın balansındadır və həmin elektrik dirəklər neft şirkətinə xidmət edir, iddianın təmin edilməsinə etiraz edir. Belə ki, iddiaçının onun mülkiyyətində olduğunu iddia etdiyi torpaq sahəsi ARDNŞ-nin balansında olmuş, sonradan “X24 haqqında” Saziş əsasında Şirkətin qanuni sahiblik və istifadəsinə təqdim edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 oktyabr 2004-cü il tarixli, 150 saylı qərarı ilə Saziş üzrə verilən Təminat və öhdəliklərin 1 (e) bəndində Saziş ərazisi üzərindəki hüquqların qəsb edilməsinin qadağan olunması qeyd olunur. Müvafiq torpaq sahəsi üzərində mülkiyyət hüququnun “Çaşıoğlu ELM-lstehsalat’’ MMC adma daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması isə Şirkətin hüquq və təminatlarının - istifadə hüququnun pozulması kimi dəyərləndirilir.
31. Əvvəla məhkəmə qeyd edir ki, iddiaçının nümayəndəsinin məhkəməyə təqdim etdiyi video-görüntüdən və nümayəndənin izahatından müəyyən edilir ki, iddiaçıya məxsus ərazidə dörd ədəd deyil, cəmi iki ədəd elektrik dirək mövcüddur (iddianın cəmi iki dirəyə münasibətdə təmin edilməsinə etiraz etmədiyini də bildirdi). O ki qaldı cavabdehin iddiaçının mülkiyyət hüququna dair etirazına məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin "xxxx" MMC-yə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Xocahəsən qəsəbəsində 1.1133 ha torpaq sahəsi Binəqədi rayon Xocahəsən Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 4/16 nömrəli qərarına, torpaq sahəsinin yerləşdiyi ərazinin cizgisinə əsasən xx.xx.2016-cı il tarixində X8 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 9 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş, xx.xx.2016-cı ıl tarixli, 4Ə-226 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən xx.xx.2016-cı il tarixində X5 adına qeydiyyatdan keçmişdir. Sözügedən torpaq sahəsinin 0.02 ha hissəsi Bakı şəhəri, 19 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş, xx.xx.2016-cı il tarixli, 4Ə-368 reyestr nömrəli, daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən xx.xx.2016-cı il tarixində X4 adına, 1.0933 ha hissəsi xx.xx.2016-cı ıl tarixində X5 adına qeydiyyatdan keçmişdir. Sözügedən torpaq sahəsinin X6 məxsus olan hissəsi -0.02 ha torpaq sahəsi Abşeron rayonu 1 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş. xx.xx.2019cu il tarixli, 4Ə-2830 reyestr nömrəli daşınmaz əmiakın alqı-satqı muqaviləsinə əsasən xx.xx.2019-cu il tarixində X9 adına qeydiyyata keçmişdir. (**********67 reyestr nömrəli, ********** qeydiyyat nömrəliçıxarış). Lakin sözügedən torpaq sahəsi Bakı şəhəri 53 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş, xx.xx.2021-ci il tarixli, 4Ə-2463 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixində “Çaşıoğlu Elmistehsalat" MMC-nin adına qeydiyyatdan keçmişdir. Sözügedən torpaq sahəsinin X10 məxsus olan 1.0933 ha hissəsindən, 0.20 ha hissəsi Bakı şəhəri 12 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş, xx.xx.2018-ci il tarixli, 4Ə-32 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə, Bakı şəhəri 9 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş, xx.xx.2018-ci il tarixli, 7E-3619 reyestr nömrəli bölgü sxeminə əsasən xx.xx.2018-ci il tarixində X11 adına (**********28 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış), 0.8933 ha hissəsi xx.xx.2018-ci il tarixində X5 adına qeydiyyatdan keçmişdir (**********29 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış). Sözügedən torpaq sahəsinin X14 məxsus olan hissəsi Bakı şəhəri 53 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş, xx.xx.2021ci il tarixli, 4Ə-2461 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixində "xxxx" MMC-nin adına qeydiyyatdan keçmişdir. Sözügedən torpaq sahəsinin X10 məxsus olan hissəsi şəhəri 53 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş, xx.xx.2021 -ci il tarixli, 4Ə-2462 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixində "xxxx" MMC-nin adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri, Binəqədi rayonu, Xocahəsən qəsəbəsində 1.1133 ha torpaq sahəsinə dair ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli; ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli; ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixi çıxarış əsasında “Çaşıoğlu Elm-İstehsalat" MMC-nin adına qeydiyyatdan keçmişdir.
32. Yəni, mübahisəli torpaq sahəsi iddiaçı MMC-nin mülkiyyətinə keçməmişdən qabaq bir neçə fiziki şəxslərin mülkiyyətində olub və sonda “Çaşıoğlu Elm-İstehsalat" MMC-yə keçmişdir və bugün də iddiaçı MMC-nin adına olan daşınmaz əmlaka (torpaq sahəsinə) dair dövlət reyestrindən çıxarış qüvvədədir (heç kim, həmçinin Cavabdeh1 Şirkətinin Filialı tərəfindən mübahisələndirilməmişdir).
33. Beləliklə, bütün yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, mülkiyyətçinin torpaq sahəsindən istifadəyə yaradılan maneələr aradan qaldırılmalı, iddia qismən təmin edilməli, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** nömrəli çıxarışa əsasən "xxxx" MMC-yə məxsus Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində 1,1133 ha torpaq sahəsində yerləşən 2 (iki) ədəd elektrik dirəklər Cavabdeh1 Şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən çıxarılmalıdır.
34. İddianın təmin edilməyən hissələrinə (iki elektrik dirəyə və "xxxx" ASC-yə münasibətdə) dair məhkəmə qeyd edir ki, iddiada 4 elektrik dirəyin çıxarılması tələb edilsə də, məhkəmə araşdırılması zamanı iddiaçıya məxsus ərazidə cəmi iki ədəd elektrik dirəyin mövcüdluğu müəyyən edildi. Və mövcüd olan elektrik dirəklər "xxxx" ASC-nin balansında olmadığı üçün iddia ona qarşı təmin edilə bilməz.
35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
36. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
39. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
40. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
V. Nəticə:
41. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** nömrəli çıxarışa əsasən "xxxx" MMC-yə məxsus Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində 1,1133 ha torpaq sahəsində yerləşən 2 (iki) ədəd elektrik dirəklər Cavabdeh1 Şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən çıxarılsın. Dövlət rüsumunun əvəzi olaraq 100 manat məbləğində pul vəsaiti Cavabdeh1 Şirkətinin Azərbaycan Respublikasındakı filialından tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Günay Namazova