Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(102)-762/2025 25.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmlakın geri qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qurbanov Raqib Əliddin oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh ASC-yə qarşı “avadanlığın geri qaytarılması” tələbinə dair kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il ## #### tarixli, *-*(***)-***/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Işin halları
1. 2010-cu il ## ###### tarixində Almaniya Fedarativ Respublikasının “xxxx şirkəti tərəfindən Cavabdeh ASC-yə RA 106-6+L+T+T+L ALV2 CX UV və RA 106- 8SW4 çap avadanlığının alınması ilə bağlı təklif göndərilmişdir.
2. İddiaçıxxxx“xxxx şirkəti arasında bağlanmış 2010-cu il ## #### tarixli, ******** saylı alqı-satqı müqaviləsinə əsasən müqavilənin predmetini RA 106-6+L+T+T+L ALV2 CX UV çap avadanlığı təşkil edir. Avadanlığın dəyəri 2.250.000 avro, müqavilənin ümumi dəyəri (ixrac qablaşdırması, Bakıyadək fraxt və sığorta dəyəri, eləcə də quraşdırma, təlimatlandırma və maliyyələşdirmə dəyəri daxil edilməklə) isə 2.689.457,12 avro təşkil edir.
3. Cavabdehxxxx“xxxx şirkəti arasında bağlanmış 2010-cu il ## #### tarixli, ******** saylı alqı-satqı müqaviləsinə əsasən müqavilənin predmetini RA 106- 6+L+T+T+L ALV2 CX UV çap avadanlığı təşkil edir. Avadanlığın dəyəri 2.250.000 avro, müqavilənin ümumi dəyəri (ixrac qablaşdırması, Bakıyadək fraxt və sığorta dəyəri, eləcə də quraşdırma, təlimatlandırma və maliyyələşdirmə dəyəri daxil edilməklə) isə 2.689.457,12 avro təşkil edir.
4. 2011-ci il ## ####### tarixli qəbul sertifikatına əsasən, 2011-ci il ## ####### - 2011-ci il ## ####### tarixlərdə Cavabdeh ASC-də “Densitometrik/Spektral idarəetmə” təlimi verilmiş, avadanlıq quraşdırılaraq təlimat verilmişdir.
5. 2012-ci il üçün balansdan çıxarış və 2012-ci il üçün əmlak vergisi bəyannaməsinə əsasən, Almaniya Fedarativ Respublikasının “xxxx şirkətinin istehsalı olan RA 106-6+L+T+T+L ALV2 CX UV çap avadanlığı 2012-ci ildə Cavabdeh ASCnin balansına götürülmüşdür.
6. 2015-ci il ## ### tarixli təhvil-təslim aktına görə, İddiaçıxxxx“xxxx şirkətindən alınmış RA 106-6+L+T+T+L ALV2 CX UV çap avadanlığını və ona aid hissələri Cavabdeh ASC-nin mülkiyyətinə təhvil verdi”. Akt İddiaçı MMC-nin baş direktoru Ilqar Bənnayev və Cavabdeh ASC-nin Müşahidə şurasının sədri Abdulla Əsgərov tərəfindən imzalanmışdır.
7. xxxx ilə İddiaçı MMC arasında bağlanmış 2010-cu il # #### tarixli kredit sazişinin 2.1-ci bəndinə əsasən çank 2.589.457,12 avro dəyərində akkreditiv açmağı öhdəsinə götürmüşdür, 4.1-ci bəndinin məzmununa görə, qeyd edilmiş kredit sazişinin təminatı olaraq Bankla Cavabdeh ASC arasında ***/** saylı ipoteka müqaviləsi və ***/** saylı sonrakı girov müqaviləsi bağlanmışdır, İddiaçı MMC tərəfindən Almaniyadan alınacaq 2.689.457 avro dəyərində ofset çap maşını RA 106- 6+L+T+T+L ALV2 CX UV çap avadanlığı girov qoyulacaqdır.
8. “xxxx” ASC, İddiaçı MMC (borclu), Cavabdeh ASC (girov qoyan) arasında bağlanmış 2010-cü il # #### tarixli sonrakı girov müqaviləsinə görə, İddiaçı MMC ilə Bank arasında bağlanmış 2010-cu il # #### tarixli kredit sazişinə əsasən 2.589.457,12 avro məbləğində 93 gün müddətinə açılmış akkreditivin və ona hesablanacaq komisyon haqqının, faizlərin təminatı kimi tərəflər bu müqavilədə müəyyən edilmiş əmlakın sonrakı girovla yüklü edilməsi barədə razılığa gəlmişlər, Cavabdeh ASC-yə məxsus 40 adda daşınar əşya girovla yüklü edilmişdir.
9. xxxx ASC ilə İddiaçı MMC arasında bağlanmış olan 2015-ci il ## #### tarixli, 2010-cu il # #### tarixli kredit müqaviləsinin əlavəsinə görə, İddiaçı MMC kredit müqaviləsi üzrə 728.382,62 avro məbləğində əsas borcun 2015-ci il ## ####### tarixinədək qeyd edilmiş cədvələ uyğun olaraq qaytarmağı öhdəsinə götürmüşdür.
10. 2018-ci il ## ####### tarixli “xxxx” QSC ilə X4 arasında bağlanmış ipoteka müqaviləsinə görə, sonuncuya məxsus olan ünvan 2 ünvanında yerləşən 0,7143 ha torpaq sahəsi və üzərində olan 118,7 kv.m olan qeyri-yaşayış binası Bankla İddiaçı MMC arasında bağlanmış 2010-cu il # #### tarixli kredit müqaviləsi üzrə ipoteka ilə yüklü edilmişdir.
11. “xxxx” QSC Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, Bankla İddiaçı MMC arasında bağlanmış 2010-cu il # #### tarixli kredit müqaviləsi üzrə 768.019,30 avro məbləğində pulun İddiaçı MMC-dən tutulması, tutmanın X4 mülkiyyətində olan qeyd edilmiş əmlaka yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. “xxxx” QSC ilə X4 arasında bağlanmış 2023-cü il ## #### tarixli müqaviləyə görə, 2010-cu il # #### tarixli kredit müqaviləsi üzrə borcun 1.453.023,99 olması, X4 ipoteka ilə yüklü edilmiş əmlakın qiymətinin 1.774.000 manat müəyyən edilməsi, həmin əmlakın borc əvəzi “xxxx” QSC-yə verilməsi, əmlakın dəyəri ilə borc arasında yaranmış 300.000 manat pulun X4 qaytarılması barədə tərəflər razılığa gəlmişlər.
13. “xxxx” QSC (alıcı) ilə X4 (satıcı) arasında bağlanmış 2023-cü il ## #### tarixli alqı-satqı müqaviləsinə görə, ipoteka predmeti olan X4 məxsus olan əmlak 1.453.023,99 manat borcun əvəzi olaraq alıcının mülkiyyətinə keçmiş və qalıq 300.000 manat məbləğində pul X4 verilmişdir. Bundan sonra “xxxx” QSC və X4 ilkin və qarşılıqlı iddialarından imtina edilmiş və Bakı Kommersiya Məhkəməsinin 2023-cü il ## ##### tarixli qərardadı ilə, tərəflərin iddiadan imtina etməsi qəbul edilmiş və iş üzrə icraata xitam verilmişdir.
14. 2010-cu il ## ### tarixli, 2010-cu il ## #### tarixli, 2011-ci il ## ###### tarixli, 2011-ci il ## #### tarixli, 2011-ci il ## ######## tarixli, 2012-ci il ## ####### tarixli, 2013-cü il # #### tarixli, 2013-cü il ## #### tarixli, 2013-cü il ## #### tarixli, 2013-cü il ## ###### tarixli, 2014-cü il ## #### tarixli, 2015-ci il ## ####### tarixli ödəniş qəbzlərinə əsasən İddiaçı MMC tərəfindən “xxxx” ASC-yə 2010-cu il # #### tarixli kredit müqaviləsi üzrə ödənişlər aparılmışdır.
15. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin 2025-ci il ## #### tarixli məktubuna görə, Cavabdehxxxx“xxxx şirkəti arasında bağlanmış 2010-cu il ## #### tarixli, ******** saylı alqı-satqı müqaviləsinə əsasən alınmış avadanlıq Cavabdeh ASC tərəfindən 2012-ci ildə idxal edilmişdir.
Iş üzrə məhkəmə icraatı
a) Birinci instansiya məhkəməsindəki icraat
16. Iddiaçı İddiaçı MMC (bundan sonra – “iddiaçı”) cavabdeh Cavabdeh ASC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus 2.689.457,12 avro dəyərində RA 106- 6+L+T+T+L ALV2 CX UV çap maşının təyinatı üzrə istifadəyə yararlı vəziyyətdə cavabdehin qanunsuz sahibliyindən alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Iddia onunla əsaslandırılmışdır ki, poliqrafiya sahəsində istifadəsi zəruri olan RA 106-6+L+T+T+L ALV2 CX UV çap maşınının əldə olunması məqsədilə iddiaçı mətbəə avadanlıqlarının satışı ilə məşğul olan Almaniya Federativ Respublikasının “xxxx” şirkətinə müraciət etmişdir. xxxx sözügedən çap maşını üzrə alqı-satqı müqaviləsi bağlamağa hazır olduğunu bildirmiş və bank qarantiyası tələb etmişdir. Bununla əlaqədar iddiaçı “xxxx” ASC-yə müraciət edərək bank qarantiyasını almış və xxxx şirkətinə təqdim etmişdir. 2010-cu il ## #### tarixində tərəflər arasında ******** №-li alqı-satqı müqaviləsi bağlanmış, müqavilənin predmeti RA 106-6+L+T+T+L ALV2 CX UV çap maşını, ümumi dəyəri isə 2.689.457,12 avro (2.250.000 avro avadanlığın dəyəri, 439.457,12 avro maliyyələşmə) məbləğində müəyyən edilmişdir. Müqavilə üzrə avadanlığın dəyəri “xxxx” ASC tərəfindən xxxx şirkətinə ödənilmişdir. Eyni tarixdə, yəni 2010-cu il # #### tarixində iddiaçı ilə “xxxx” ASC-nin “Nərimanov” filialı arasında ** №-li kredit sazişi bağlanmışdır. Kredit öhdəliklərinin icrasının təminatı məqsədilə cavabdehə məxsus ünvan 1 ünvanında yerləşən 1,58208 ha torpaq sahəsi və üzərində yerləşən 6.412,1 kv.m sahəsi olan əmlak kompleksi bankın xeyrinə ipoteka ilə yüklü edilmiş və bu barədə tərəflər arasında üçtərəfli sonrakı ipoteka müqaviləsi bağlanmışdır. Bundan əlavə, həmin kredit sazişi üzrə öhdəliklərin icrasının təminatı üçün cavabdehə məxsus daşınar əmlaklar da banka girov qoyulmuşdur. Kredit sazişi üzrə öhdəliklər qismən iddiaçı, əsasən isə şirkətin təsisçisi Abdulla Əsgərov tərəfindən özünə məxsus daşınmaz əmlaklar hesabına icra edilmişdir. Nəticədə, kredit sazişi üzrə banka 768.019,30 avro (563.589,20 avro əsas borc, 204.430,10 avro faiz borcu) məbləğində borc yaranmışdır. Sonradan bu borc üzrə tələb hüququ “xxxx” QSC-yə keçmişdir. Borcun təminatı məqsədilə iddiaçının təsisçisi X4 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 0,7143 ha torpaq sahəsini və üzərindəki 118,7 kv.m sahəsi olan qeyri-yaşayış sahəsini “xxxx” QSC-nin xeyrinə ipoteka ilə yüklü etmiş və bu barədə 2018-ci il ## ####### tarixində ipoteka müqaviləsi bağlanmışdır. Ipoteka DƏDRX tərəfindən qeydiyyata alınmışdır. Daha sonra “xxxx” QSC Bakı Kommersiya Məhkəməsinə müraciət edərək əsas borcun, faizlərin və dövlət rüsumunun tutulmasını, tutmanın ipoteka predmetinə yönəldilməsini və əmlakın açıq hərracdan satılmasını xahiş etmişdir. Abdulla Əsgərov isə cavabdehlərə qarşı əqdlərin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia irəli sürmüşdür. Işə baxılarkən, 2023-cü il ## #### tarixində Abdulla Əsgərov və “xxxx” QSC arasında barışıq sazişi bağlanmış və notariat qaydasında təsdiq edilmişdir. Barışıq sazişinə əsasən, iddiaçının borc qalığı 1.453.023,99 manat olaraq müəyyən edilmiş, 1.774.000 manata qiymətləndirilmiş ipoteka predmetinin borcun əvəzi olaraq “xxxx” QSC-yə verilməsi, borc və əmlak dəyəri arasındakı 300.000 manat fərqin isə Abdulla Əsgərova ödənilməsi razılaşdırılmışdır. Bu razılaşma əsasında 2023-cü il ## #### tarixində daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmış, 300.000 manat fərq notariusun depozit hesabı vasitəsilə Abdulla Əsgərova ödənilmiş və tərəflər qarşılıqlı iddialarından imtina etmişlər. Beləliklə, mübahisə predmeti olan RA 106-6+L+T+T+L ALV2 CX UV çap maşını iddiaçı tərəfindən kredit vəsaiti hesabına əldə edilmiş, sonradan həmin kredit borcu Abdulla Əsgərova məxsus daşınmaz əmlaklar hesabına tam ödənilmişdir. Lakin iddiaçıya mülkiyyət hüququ ilə məxsus olan bu avadanlıq cavabdeh tərəfindən geri qaytarılmamış və hazırda da cavabdehə məxsus ünvan 1 ünvanında yerləşən mətbəədə qanunsuz olaraq istifadə edilməkdədir.
18. Cavabdeh iddiaya qarşı etirazında bildimişdir ki, X1 2005-ci il ## ###### tarixindən 2015-ci il ## ####### tarixədək cavabdehin direktoru işləmişdir. Eyni zamanda İ.T.Bənnayev 2009-cu il ## ###### tarixindən iddiaçı şirkətində direktor müavini işləmiş, sonradan isə direktor vəzifəsinə təyin edilmişdir. Cavabdeh mətbəə işi ilə məşğul olduğundan 2010-cu ildə yeni avadanlıq alınmasına zərurət yaranmış, 2010-cu il ## #### tarixində RA 106-6+L+T+T+L ALV2 CX UV çap avadanlığının alınmasına dair Almaniya Fedarativ Respublikasının “xxxx şirkəti ilə razılıq əldə olunaraq həmin tarixdə alqı-satqı müqaviləsi bağlanmışdır. Lakin sonradan İ.T.Bənnayev reallıqda cavabdeh üçün alınan avadanlığın rəsmləşdirilməsini özünün direktor müavini olduğu, əslində sənədləri direktor kimi imzaladığı iddiaçının adından aparmışdır. Baxmayaraq ki, nə həmin dövr, nə də sonrakı dövrlərdə iddiaçı heç vaxt mətbəə işi ilə məşğul olmamışdır. Iddiaçıya aid 2009-cu il ## ###### tarixli dövlət reyestrindən çıxarışa əsasən, qanuni təmsilçi X2r. Nizamnaməyə əsasən də qanuni təmsilçilik funksiyasını direktor həyata keçirir, əqdlərin bağlanması da onun səlahiyyətindədir. Bundan başqa 2015-ci il ## ###### tarixindən İ.T.Bənnayev iddiaçının qanuni təmsilçisi kimi çıxış etmiş və 2015-ci il ## #### tarixində cavabdehin Müşahidə Şurasının sədri Abdulla Əsgərovla akt tərtib olunmuş, həmin akta əsasən çap avadanlığı və ona aid sənədlər borcun əvəzi olaraq iddiaçıdan cavabdehin mülkiyyətinə təhvil verilmişdir. Həmçinin 2011-ci il ## ####### tarixli “Avadanlığın spektral ölçmə və idarəetmə sisteminin qəbul aktı” da cavabdehə aiddir və həmin dövrdə İ.T.Bənnayev tərəfindən təsdiq edilmişdir. Kredit sazişi üzrə bütün ödənişlər cavabdeh tərəfindən aparılsa da, İ.T.Bənnayev hər 2 şirkətdə rəhbər şəxs olmasından sui-istifadə edərək bütün ödənişləri düşünülmüş şəkildə iddiaçının adından rəsmiləşdirmişdir. Halbuki, həmin dövrdə və sonrakı dövrlərdə iddiaçının belə bir maliyyə dövriyyəsi olmamışdır. Belə ki, 2010-cu il ## ### tarixində 8.000 manat, 2010cu il ## #### tarixində 5.236 manat, 2011-ci il ## ###### tarixində 29.513 manat, 2011ci il ## #### tarixində 22.400 manat, 2011-ci il ## ######## tarixində 14.080 manat, 2012-ci il ## ####### tarixində 42.280 manat, 2013-cü il # #### tarixində 344.587 manat, 2013-cü il ## #### tarixində 14.590 manat, 2013-cü il ## #### tarixində 7.302 manat, 2013-cü il ## ###### tarixində 422.000 manat, 2014-cü il ## #### tarixində 463.078 manat və 2015-ci il ## ####### tarixində 82.920 avro iddiaçıya məxsus pul vəsaitləri onun adından rəsmiləşdirilmişdir.
19. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il ## ####### tarixli, e-*-*(***)- ****/**** nömrəli qətnaməsi ilə iddia təmin edilərək, RA 106-6+L+T+T+L ALV2 CX UV çap avadanlığı təyinatı üzrə istifadəyə yararlı vəziyyətdə cavabdehdən alınaraq iddiaçıya verilməsi qət edilmişdir (hakim – K.Hüseynov).
20. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəf RA 106-6+L+T+T+L ALV2 CX UV çap avadanlığının dəyərinin məhz xxxx ASC-nin akkreditivi üzrə ödənildiyini, habelə qeyd edilən kredit sazişi üzrə bütün ödənişlərin iddiaçı tərəfindən həyata keçirildiyini ifadə etmişdir. Iş materiallarından görünür ki, Almaniya Federativ Respublikasının “xxxx” şirkəti ilə eyni məzmunlu və eyni tarixli iki müqavilə həm iddiaçı, həm də cavabdeh ilə bağlanmışdır. Bu baxımdan, həmin alqı-satqı müqaviləsinin predmetini təşkil edən RA 106-6+L+T+T+L ALV2 CX UV çap avadanlığının dəyərinin kim tərəfindən ödənildiyinin müəyyən edilməsi zəruridir.
21. Iddiaçı tərəf xxxx ASC ilə bağlanmış 2010-cu il # #### tarixli kredit sazişi üzrə açılmış akkreditivə istinad edərək, pul vəsaitinin həmin kredit sazişi üzrə bank tərəfindən “xxxx” şirkətinə köçürüldüyünü, eləcə də kredit sazişi üzrə bütün ödənişlərin iddiaçı tərəfindən ödənildiyini əsaslandırmışdır. Cavabdeh tərəf isə pul vəsaitinin “xxxx” şirkətinə cavabdeh tərəfindən ödənilməsini və ya köçürülməsini təsdiq edən hər hansı sənədi məhkəməyə təqdim etməmişdir.
22. “xxxx” ASC ilə iddiaçı arasında bağlanmış kredit sazişinin 4.1-ci bəndinin məzmununa görə, bank tərəfindən pul məhz iddiaçı tərəfindən Almaniya Fedarativ Respublikasının “xxxx şirkətindən RA 106-6+L+T+T+L ALV2 CX UV çap avadanlığının alınması üçün ayrılmışdır. Qeyd olunan hal isə, o nəticəyə gəlmək üçün əsas vermişdir ki, həqiqətən də, Almaniya Fedarativ Respublikasının “xxxx Şirkətinə pul məhz iddiaçıya bank tərəfindən ayrılmış akkreditiv hesabına ödənilmişdir. Belə ki, sonradan bank iddiaçıdan qeyd edilmiş müqavilə üzrə pulun qaytarılmasını məhkəmə qaydasında tələb etmişdir. Beləliklə, RA 106-6+L+T+T+L ALV2 CX UV çap avadanlığının alınmasına sərf olunmuş vəsait məhz iddiaçıya aid olmuşdur.
23. Cavabdeh tərəf RA 106-6+L+T+T+L ALV2 CX UV çap avadanlığının ilk gündən cavabdehə məxsus olduğunu göstərmiş, eyni zamanda tərəflər arasında tərtib edilmiş 2015-ci il ## #### tarixli akta istinad edərək, avadanlığın borcun əvəzi olaraq iddiaçı tərəfindən cavabdehə təhvil verildiyini bildirmişdir. Qeyd edilən aktın məzmununa əsasən, iddiaçı borcun əvəzi olaraq Almaniyanın “xxxx” şirkətindən alınmış RA 106-6+L+T+T+L ALV2 CX UV çap avadanlığını və ona aid hissələri cavabdehin mülkiyyətinə təhvil vermişdir. Iddiaçı tərəf buna etiraz edərək, tərəflər arasında ümumiyyətlə hər hansı borc münasibətlərinin olmadığını və qeyd edilmiş əqdin əhəmiyyətsiz xarakter daşıdığını bildirmişdir.
24. Məhkəmə qeyd etmişdir ki, hazırlıq iclasında cavabdehin nümayəndəsindən tərəflər arasında borc münasibətlərinin olub-olmaması soruşulduqda, cavabdeh tərəf “məlumatlı deyiləm” məzmunlu cavab vermiş, sonrakı iclaslarda isə tərəflər arasında borc münasibətlərinin mövcudluğunu təsdiq edən hər hansı sənəd təqdim etməmişdir. Cavabdehin etirazının məhz akta istinad etməsi, eyni zamanda onun əvvəl irəli sürdüyü avadanlığın cavabdehə məxsus olması barədə dəlili də təkzib edir. Bu səbəbdən, tərəflər arasında bağlanmış ##.##.2015-ci il tarixli akt özü-özlüyündə etibarsız olmaqla, uydurma əqd hesab edilməlidir. Belə ki, həmin aktda borc münasibətlərinin mövcudluğuna istinad edilsə də, iş materialları ilə tərəflər arasında hər hansı borc münasibətinin mövcudluğu təsdiqini tapmamışdır.
25. “xxxx” QSC tərəfindən məhkəməyə ünvanlanmış məktub və ona qoşmalardan görünür ki, qeyd edilmiş bankla iddiaçı arasında bağlanmış 2010-cu il # #### tarixli kredit müqaviləsi üzrə tələblər “xxxx” QSC-yə güzəşt edilmişdir. X5 iddiaçının təsisçisi və payçısıdır. RA 106-6+L+T+T+L ALV2 CX UV çap avadanlığının alınması ilə bağlı bağlanmış kredit sazişi üzrə qalıq 728.382,62 avro məbləğində pul vəsaiti məhz “xxxx” MMC-nin təsisçisi X4 əmlakı hesabına ödənilmişdir. X4 tərəfindən Türkiyə Respublikasından göndərilmiş ərizədən görünür ki, ##.##.2010-cu il tarixli kredit sazişi üzrə bütün məbləğ onun şəxsi vəsaiti və əmlakları hesabına, “xxxx” MMC-nin adından ödənilmişdir. Eyni məzmunlu ərizə “xxxx” MMC-nin direktoru X1 tərəfindən də təqdim edilmişdir.
26. Cavabdeh tərəf bank hesabından çıxarışlar təqdim edərək, ##.##.2010-cu il tarixli kredit sazişi üzrə pul vəsaitlərinin Cavabdeh ASC-nin bank hesabından nağd qaydada çıxarılaraq Bənnayev Ilqara verildiyini, sonuncunun isə həmin vəsaitləri kredit sazişi üzrə ödədiyini, habelə “xxxx” MMC-nin ödəmə üçün maliyyə imkanlarının olmadığını bildirmişdir.
27. Iddiaçı tərəf isə ödənişlərin “xxxx” MMC-nin təsisçisi X4 tərəfindən şəxsi vəsaitlər hesabına həyata keçirildiyini əsaslandıraraq, X4 ilə digər şəxslər arasında bağlanmış bir sıra alqı-satqı müqavilələrini məhkəməyə təqdim etmişdir.
28. Bu xüsusda məhkəmə qeyd etmişdir ki, iş materiallarında olan xxxx ASC-yə aid hesabdan çıxarışlardan görünür ki, müştəri qismində “xxxx” MMC göstərilmiş, ödənişlərin həyata keçirildiyi tarixlərdə isə “əməliyyatın təsviri” qrafasında məhz “xxxx” MMC-nin adı qeyd edilmişdir.
29. Iş materiallarına əlavə edilmiş “xxxx” MMC ilə bank arasında bağlanmış ##.##.2010-cu il tarixli kredit müqaviləsi üzrə ##.##.2010-cu il, ##.##.2010-cu il, ##.##.2011-ci il, ##.##.2011-ci il, ##.##.2011-ci il, ##.##.2012-ci il, ##.##.2013-cü il, ##.##.2013-cü il, ##.##.2013-cü il, ##.##.2013-cü il, ##.##.2014-cü il və ##.##.2015-ci il tarixli ödəniş qəbzlərindən müştərinin adı kimi məhz “xxxx” MMC göstərilmişdir. Qeyd edilən ödəniş qəbzlərində göstərilən tarixlər cavabdeh tərəfindən təqdim edilən hesabdan çıxarışlarda nağd pulun götürülməsi tarixləri ilə müqayisə edildikdə, nağd pulun verilməsi ilə borcun ödənilməsi tarixlərinin üst-üstə düşmədiyi, əksinə, aralarında xeyli vaxt fərqinin olduğu müəyyən olunur. Bundan başqa, cavabdeh tərəfin kredit sazişi üzrə ödənişlərin guya Cavabdeh ASC-nin vəsaiti hesabına və Bənnayev Ilqar tərəfindən nağd qaydada həyata keçirilməsi barədə dəlilləri inandırıcı xarakter daşımır. Cavabdeh tərəf bu iddiaları yalnız səsləndirməklə kifayətlənmiş, onları təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir.
30. Qeyd olunanların məcmusu məhkəməyə belə qənaətə gəlməyə əsas vermişdir ki, RA 106-6+L+T+T+L ALV2 CX UV çap avadanlığının alınmasına sərf olunmuş 2.689.457,12 avro məbləğində vəsait məhz “xxxx” MMC tərəfindən ödənilmiş, qeyd edilən avadanlıq da həmin cəmiyyətə məxsus olmuşdur. Hazırda isə avadanlıq hər hansı qanuni əsas olmadan cavabdehin sərəncamındadır.
31. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 152.1, 157.2, 337.1, 337.2, 337.3 və 340.1-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.1, 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
32. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
33. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il ## #### tarixli, *-*(***)-***/**** nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddiaçının cavabdehə qarşı əmlakın qanunsuz sahiblikdən alınaraq qaytarılması tələbinə dair iddiası rədd edilmişdir (sədrlik edən – F.Qasımov, hakimlər – G.Axundova və F.Babayev).
34. Məhkəmə qeyd etmişdir ki, hazırda irəli sürülmüş iddianın MM-in 157.2-ci maddəsində nəzərdə tutulan hüquqi əsasla təmin olunması üçün göstərilən şərtlər mövcud olmalıdır – iddiaçı əmlakın mülkiyyətçisi olmalıdır; əmlak cavabdehin sahibliyində olmalıdır; cavabdehin əmlak üzərində sahibliyi qanunsuz olmalıdır. 2-ci şərtin (əmlak cavabdehin sahibliyində olmalıdır) mövcudluğu işin mübahisələndirilməyən halıdır, yəni, əmlak cavabdehin sahibliyindədir. Mübahisənin əsasını da məhz 1-ci və 3-cü şərtlər, yəni, əmlakın mülkiyyətçisinin iddiaçı və ya cavabdeh olması və cavabdehin əmlak üzərində sahibliyinin qanunsuz olub-olmaması təşkil edir.
35. Mübahisə predmeti olan daşınar əmlak alqı-satqı müqaviləsi əsasında əldə edilmişdir və alqı-satqı müqaviləsinin anlayışını özündə əks etdirən MM-in 567-ci maddəsinə əsasən bu müqaviləyə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. MM-də alqı-satqı müqaviləsinə verilən anlayışa əsasən müqavilənin icrasının başa çatması üçün göstərilən öhdəliklər icra olunmalıdır: satıcı əşyanı alıcının mülkiyyətinə verməlidir; alıcı əşyanı qəbul etməlidir; müəyyənləşdirilmiş pul məbləği (qiyməti) ödənilməlidir.
36. Iddiaçının əsaslandığı hallar ondan ibarət olmuşdur ki, müqavilə alıcı ilə onun arasında bağlanmışdır, əmlakın dəyəri bank tərəfindən ödənilmişdir, ödənilən pul vəsaitinin qaytarılması ilə bağlı öhdəliyi bank qarşısında üzərinə götürən tərəf iddiaçı olmuşdur, banka ödənilən pul vəsaiti iddiaçı tərəfindən ödənilmişdir, ödənilməyən pul vəsaitinin qaytarılması ilə bağlı bank tərəfindən iddiaçıya qarşı tələb irəli sürülmüş və həmin tələb iddiaçı hüquqi şəxsin təsisçisinin əmlakı hesabına təmin edilmişdir.
37. Banka aparılan ödənişlərin iddiaçı tərəfindən aparılması cavabdeh tərəfindən də mübahisələndirilməmişdir, bu hissədə mübahisələndirilən xüsusat yalnız həmin məbləğin cavabdehin vəsaiti hesabına ödənilməsi iddiası ilə bağlı olmuşdur, lakin bu xüsusat hazırkı mübahisə üzrə əhəmiyyət kəsb etməmiş və mübahisənin mahiyyəti əmlakın qaytarılması ilə bağlı olmuşdur.
38. Belə ki, məhkəmə araşdırma nəticəsində müəyyən etmişdir ki, satıcı Almaniya Federativ Respublikasının “xxxx” şirkəti ilə həm iddiaçı, həm də cavabdeh ilə bağlanmış eyni məzmunlu, eyni şəxs tərəfindən imzalanmış müqavilələr mövcuddur və bu səbəbdən müqavilələrin şərtləri istiqamətindən hər hansı nəticəyə gəlinməsi mümkün deyildir, müqavilə üzrə öhdəliklərin hansı hüquqi şəxsə münasibətdə icra olunması araşdırılmalıdır. Alıcı ilə tərəflərin hər ikisi arasında müqavilə imzalansa da, RA 106-6+L+T+T+L ALV2 CX UV və RA 106-8SW4 çap avadanlığının alınması ilə bağlı təklif 2010-cu il ## ###### tarixində məhz cavabdehə göndərilmiş, avadanlıq iddiaçı ilə bağlanmış müqaviləyə əsasən deyil, cavabdeh ilə Almaniya Federativ Respublikasının “xxxx” şirkəti arasında bağlanmış 2010-cu il ## #### tarixli, ******** saylı alqı-satqı müqaviləsinə əsasən cavabdeh tərəfindən 2012-ci ildə idxal edilmiş, 2011-ci il 11-14 oktyabr tarixlərdə cavabdeh şirkətində təlim keçirilmiş, avadanlıq quraşdırılaraq cavabdehə təhvil verilmiş və 2012-ci ildə cavabdehin balansına götürülmüşdür, qeyd olunan hallar iddiaçıya münasibətdə mövcud olmamışdır. Göstərilən hallar alqı-satqı müqaviləsi üzrə öhdəliklərin icrasının məhz cavabdehə münasibətdə həyata keçirildiyini, yəni, satıcının avadanlığı alıcı cavabdehin mülkiyyətinə verdiyini və sonuncunun əşyanı qəbul etdiyini təsdiq edir.
39. Məhkəmə qeyd etmişdir ki, mübahisə müqavilənin etibarsızlığı ilə bağlı olmasa da, hər iki tərəflə bağlanmış müqavilələr mövcud olduğundan bu müqavilələrə qiymət verilmiş, müqaviləyə qədərki danışıqların cavabdehlə aparıldığı, əmlakın cavabdehə təhvil verildiyi, onun tərəfindən qəbul edildiyi və bu proseslərə iddiaçı tərəfindən etiraz edilmədiyi müəyyən edilmişdir. Alqı-satqı müqaviləsinin icrasının başa çatması üçün nəzərdə tutulan iki şərt cavabdehə münasibətdə yerinə yetirilmiş, üçüncü şərt isə iddiada istinad olunan əsas hal olmuş və birinci instansiya məhkəməsi məhz bu hala istinad edərək iddianın təmin olunması nəticəsinə gəlmişdir. Birinci instansiya məhkəməsi digər şərtlərə əhəmiyyət verməyərək, alqı-satqı müqaviləsinin predmetinin pulunun kim tərəfindən ödənilməsinin müəyyən edilməli olduğu qənaətinə gəlmişdir. Banka aparılan ödənişlərin iddiaçı tərəfindən edilməsi mübahisələndirilməsə də, bu hal yalnız ödənişlərin alıcıya edildiyi təqdirdə əhəmiyyət kəsb edə bilərdi, halbuki işin halları avadanlığın dəyərinin satıcıya bank tərəfindən ödənildiyini və iddiaçı ilə alıcı arasında birbaşa ödəniş prosesinin baş vermədiyini təsdiq edir.
40. Məhkəmə hesab etmişdir ki, mübahisə predmeti olan əmlaka dair alqı-satqı müqaviləsi üzrə öhdəliklərin icrası cavabdehə münasibətdə həyata keçirildiyindən, iddiaçının əmlakın mülkiyyətçisi olması və cavabdehin sahibliyinin qanunsuzluğu şərtləri mövcud olmadığından iddia təmin edilə bilməz.
41. 2015-ci il ## ### tarixli təhvil-təslim aktı isə iddiaçının borcun əvəzi olaraq əmlakı cavabdehin mülkiyyətinə verdiyini əks etdirsə də, həmin əmlak artıq 2012-ci ildən cavabdehin balansında olmuşdur və buna görə də akt hazırkı mübahisə baxımından əhəmiyyət kəsb etməmiş, həmçinin bu akt üzrə sübutetmə yükünün cavabdehin üzərinə qoyulması əsassız hesab edilmişdir.
42. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 157.2, 567, 568.1, 568.2-ci və MPM-in 14.2 və 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
43. Iddiaçı həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
44. Azərbaycan Respublikası Konstitusiyasının 13.1 və 29-cu maddələri və MMin 152.1, 157.2, 157.5 və 567.1-ci maddələri üzrə - məhkəmə işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış, işdə olan sübutlara və işin hallarına düzgün hüquqi qiymət verməmişdir. Belə ki, məhkəmə qəbul etdiyi qətnamədə işin müəyyən edilmiş halı kimi qəbul etmişdir ki, çap maşınının dəyəri Bank tərəfindən kredit müqaviləsi əsasında ödənilmiş, daha sonra isə həmin kredit üzrə yaranmış əsas, faiz və cərimə borcları iddiaçı və onun təsisçisi Abdulla Əsgərov tərəfindən sonuncuya məxsus daşınmaz əmlaklar hesabına Banka qaytarılmışdır. Işin bu halını cavabdeh tərəf də mübahisələndirmir. Işə baxan Apellyasiya Məhkəməsi isə bu sübutlara, işin bu hallarına və bütün bu dəlillərə ümumiyyətlə heç bir hüquqi qiymət verməmiş və səhv hüquqi nəticəyə gəlmişdir. Qətnamədə qeyd edilir ki, avadanlığın dəyərinin kim tərəfindən ödənilməsi hazırkı mübahisənin həllində əhəmiyyət kəsb etmir. Hazırkı halda, alqı-satqı müqaviləsi üzrə digər 2 şərtin - əşyanın alıcıya təhvil verilməsi və əşyanın alıcı tərəfindən qəbul edilməsi şərtlərinin yerinə yetirilməsi alqı-satqı müqaviləsinin icrasının başa çatdırılması üçün zəruridir ki, bu şərtlər yalnız cavabdehə münasibətdə yerinə yetirilmişdir. Məhkəmənin bu mövqeyi də yalnışdır, çünki iş üzrə tərəflərin təsisçiləri eyni şəxslər olmaqla, eyni ünvanda – Bakı şəhəri, Aşıq Ələsgər küçəsi 17 ünvanında yerləşir. Cavabdeh tərəf məhkəməyə 2015-ci il ## ### tarixli təhvil-təslim aktı təqdim etmişdir ki, həmin akta görə, mübahisə predmeti olan çap maşını iddiaçı borcun əvəzinə çap avadanlığını cavabdehin mülkiyyətinə verir. Məhkəməsi bu akta qiymət verərək bildirmişdir ki, bu akt çap maşınının məhz cavabdehə məxsus olmasını rəsmilləşdirilməsini təsdiq edən sübut kimi qiymət verilə bilər. Məhkəmənin bu yanaşması da səhvdir. Çünki, əgər çap maşınını cavabdeh əldə etmişdirsə, o halda mülkiyyətində olan əmlakın yenidən mülkiyyətinə almasını bu formada, yəni təhvil-təslim aktı tərtib etməklə rəsmilləşdirilməsi anlaşılan deyil. 2.589.457,12 Avro dəyərində əmlakın bir hüquqi şəxsin mülkiyyətindən digər hüquqi şəxsin mülkiyyətinə keçməsi yalnız mülki qanunvericiliyin tələblərinə cavab verən mülki əqd əsasında mümkündür ki, tərəflər arasında belə bir əqd bağlanmamışdır. Digər tərəfdən iddiaçının cavabdehə hər hansı məbləğdə borcu olmamışdır. Bu borcun olmasını iddia edən cavabdeh tərəf bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Iddiaçı həmin avadanlığı əvəzsiz olaraq və ya könüllü cavabdehə verməmişdir.
45. MPM-in 4.1, 9, 76, 77, 88 və 217-ci maddələri üzrə - məhkəmə işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış, iddiaçının verdiyi sübutlara düzgün qiymət verməmiş və onları nəzərə almamışdır. Nəticədə isə iş üzrə ədalətsiz, qanunsuz və əsassız qətnamə qəbul etmişdir.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
46. Cavabdeh kassasiya şikayətinə qarşı etirazında bildirmişdir ki, iddiaçı tərəfindən hazırkı əsassız iddia ərizəsi “xxxx” şirkəti avadanlığı alıcı cavabdehin mülkiyyətinə verməsindən 12 il keçdikdən sonra verilmişdir. Iddiaçının kassasiya şikayətində istinad etdiyi kreditin götürülməsindən əvvəl və kreditin ödənilməsi üzrə bütün ödənişlər faktiki olaraq cavabdeh tərəfindən edilmişdir. X3 hər iki şirkətdə rəhbər şəxs olmasından sui istifadə edərək bütün ödənişləri düşünülmüş şəkildə cavabdehin adından deyil, iddiaçının adından rəsmiləşdirmişdir. Halbuki, həmin dövrdə və ondan sonrakı dövrlərdə iddiaçının belə bir maliyyə dövriyyəsi olmamışdır. Ümumiyyətlə, iddiaçının maliyyə vəsaiti olmamış, heç bir avadanlıqın alınması üçün zərurəti olmamış, sifarişləri olmamış və RA106-6+L+T+T+LALV2 CX UV çap avadanlığı istismar edəcək işçiləri (mütəxəssisləri) olmamışdır. Bütün qeyd olunanlar iddiaçının bütün dövr ərzində mövcud olmuş aktiv müqavilələri, işçi sayı, maliyyə dövriyyəsi, aktiv və passivlərin təhlili ilə öz təsdiqini tapmışdır. Bundan əlavə, cavabdehin müvafiq dövrü əks etdirən və məhkəməyə sübut qismində təqdim edilən bank hesablarından çıxarış sənədlərinə görə, Ilqar Bənnayevin öz adına şəxsən külli miqdarda pul vəsaitləri cavabdehin bank hesablarından məxaric edilmişdir.
Kassasiya baxışının hədləri
47. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində ifadə olunmuş dəlillər üzrə tam yoxlanılacaqdır.
Tətbiq edilən hüquq
48. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 157. Mülkiyyətin müdafiəsi 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.”
“Maddə 567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
“Maddə 568. Satıcının əşyanı vermək vəzifəsi 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 568.2. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur.
49. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.”
“Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.”
“Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.”
“Maddə 392. Apellyasiya instansiyası məhkəməsi qətnaməsinin məzmunu 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur.”
“Maddə 407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.”
“Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1.Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2.Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
50. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir.
51. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir.
52. Kassasiya şikayətində qeyd edilən maddi hüquq normalarının pozulması barədə dəlillər isə əsaslı hesab edilə bilməz.
53. Belə ki, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas hesab etmir və bildirir ki, apellyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi hallar üzrə hüquqi dəyərləndirməsi şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə tam cavab verir. Kollegiya həmin hüquqi dəyərləndirmə ilə razılaşır və təkrarlanmasına zərurət görmür.
54. Bundan əlavə, kassasiya şikayətində həmin pozuntuların nədən ibarət olmasına dair aydın şəkildə izah verilməmişdir.
55. Kassasiya şikayətində qeyd edilən maddi və prosessual hüquq normalarının pozulmasının işin hallarına və sübutlara düzgün qiymət verilməməsi ilə əlaqələndirilməsi isə əsassızdır.
56. Belə ki, MPM-in 407.2 və 416.1-ci maddələrinin birgə təfsirinə görə kassasiya şikayətində işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı dəlillərə istinad edilə, kassasiya instansiyası məhkəməsi isə belə dəlilləri yoxlaya bilməz.
57. Məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarının və sübutların araşdırılması və qiymətləndirilməsi ilə bağlı məsələ işə mahiyyəti üzrə baxan birinci və apellyasiya instansiyaları məhkəmələrinin səlahiyyətinə aiddir. Kassasiya instansiyası məhkəməsi isə işin faktiki hallarının, habelə sübutların düzgün və səhv qiymətləndirilməsini deyil, sübutların prosessual qanunvericiliyə uyğun qaydada təqdim edilməsi və toplanması, onların tədqiq edilməsi, təqdim edilmiş sübutlara qiymət verilib-verilməməsi və s. bununla bağlı prosessual qaydalara riayət edilibedilməməsini yoxlayır.
58. Apellyasiya instansiyası məhkəməsi də öz səlahiyyətləri daxilində sübutları və işin hallarını qiymətləndirmiş və müəyyən etdiyi hallara əsasən kassasiya şikayətində qeyd edilən maddi hüquq normalarının pozulmasına yol verməmişdir.
59. Kassasiya şikayətində qeyd olunan prosessual hüquq normalarının pozulması barədə dəlillər o vaxt əsaslı hesab edilə bilərdi ki, apellyasiya məhkəməsi tərəfindən MPM-in 14.1, 217.3, 218.1-ci maddələrinin tələbləri pozularaq işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmasın, iddiaçının istinad etdiyi dəlillərə və təqdim edilmiş sübutlara qiymət verilməsin, habelə məhkəmə qətnaməsi əsaslandırılmasın. Lakin hazırkı işdə həmin pozuntulara yol verilməmiş, habelə MPM-in 392.2-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edildiyini qətnamədə göstərmişdir.
60. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Ona görə də, iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
61. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il ## #### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.