Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-696/2023 06.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya kollegiyasının İddiaçı ASC-nin Cavabdeh1 MMC-yə qarşı “kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 MMC-yə qarşı “kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi barədə ilk, Cavabdeh2 MMC-nin İddiaçı ASC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbi barədə qarşılıqlı, Cavabdeh1 MMC-nin İddiaçı ASC və Cavabdeh2 MMC-yə qarşı “ipoteka müqaviləsinə xitam verilməsi” tələbi barədə qarşılıqlı iddialara dair iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin mümkünlüyü, dövlə t rüsumunun məbləği) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası, hakimlər Qəribov Bəhman Fərhad oğlu (məruzəçi), Dadaşov İlqar Ağababaş oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Bakı Apellyasiyas Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-460/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 2023-cü il 18 avqust tarixli qətnaməsindən Cavabdeh2 MMC tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyü məsələsinə baxaraq müəyyən etdi İ. İşin halları
1. İddiaçı ASC Cavabdeh1 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə 2012-ci il 18 may tarixdə tranşla verilmiş 4.500.000 manat məbləğli kredit üzrə onun banka 2023-cü il 21 fevral tarixə əsas borcu 735.871,92 manat, kredit müqaviləsinin bitdiyi 2023-cü il 21 fevral tarixə faiz borcu üzr ə 500,79 manat, kredit müqaviləsinin bitdiyi 2022-ci il 10 fevral tarixə gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış dəbbə pulu (cərimə) üzrə 500,79 manat, 2022-ci il 10 fevral tarixdən sonra borclunun icranın gecikdirməsi nəticəsində əsas borc üzrə banka vurulmuş zərər ümumilikdə (MM-nin 445.7-ci maddəsinin tələbləri qaydasında – illik 5% olmaqla) 38.531,07 manat, cəmi 775.404,57 manat, 2012-ci il 1 iyun tarixdə tranşla verilmiş 2.500.000 manat məbləğli kredit üzrə onun Banka 2023-cü il 22 fevral tarixə banka əsas borcu 256.860,47 manat, kredit müqaviləsinin bitdiyi 2022-ci il 10 fevral tarixə faiz borcu üzrə 174,80 manat, kredit müqaviləsinin bitdiyi 2022-ci il 10 fevral tarixə gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış dəbbə pulu (cərimə) üzrə 174,80 manat, 2022-ci il 10 fevral tarixdən sonra borclunun icranın gecikdirməsi nəticəsində 256.860,47 manat əsas borc üzrə banka vurulmuş zərər ümumilikdə (MM-nin 445.7-ci maddəsinin tələbləri qaydasında – illik 5% olmaqla 13.449,50 manat) cəmi 270.659,57 manat, ümumilikdə 1.046.064,14 manatın, 1551,46 manat məbləğində dövlət rüsumunun və 130 manat məbləğində digər xərclərin (ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 10 manat dövlət rüsumu və 120 manat xidmət haqqı) tutulması; cavabdehə məxsus, 2015-ci il 13 avqust tarixli ipoteka müqaviləsinə əsasən Bankın ipoteka hüquqları ilə yüklü edilmiş Qəbələ rayonu, Vəndam kəndi ünvanında yerləşən ümümi səhasi 20 ha olan əmlak kompleksi kimi müəssisəyə tutma yönəldilməsi, onun açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına iddiaçıya olan ümumilikdə 1.046.064,14 manatın, 1551,46 manat məbləğində dövlət rüsumunun və 130 manat məbləğində digər xərclərin ödənilməsi; cavabdehə məxsus 13 avqust 2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən girov qoyulmuş Qəbələ rayonu, Vəndam kəndi ünvanında yerləşən ümumi sahəsi 20 ha olan əmlak kompleksi kimi müəssisənin məcburi boşaldılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-135/2023 nömrəli 2023-cü il 24 fevral tarixli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh1 MMC-dən 2012-ci il 18 may tarixdə tranşla verilmiş kredit üzrə 735.871,92 manat əsas borc, 500,79 manat faiz borcu, 500,79 manat dəbbə pulu, illik 5 faizlə hesablanmış 38.531,07 manat faiz borcu; 2012-ci il 1. iyun tarixdə tranşla verilm iş kredit üzrə 256.860,47 manat əsas borc, 174,80 manat faiz borcu, 174,80 manat cərimə, illik 5 faizlə hesablanmış 13.449,50 manat faiz borcu; ümumilikdə 1.046.064,14 manat məbləğində pul və ödənilmiş 1551,46 manat məbləğində dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 130 manat pulun tutularaq İddiaçı ASC-yə ödənilməsi, tələbin ipoteka predmeti olan Cavabdeh1 MMC-yə məxsus olan Qəbələ rayonu, Vəndam kəndi ünvanında yerləşən ümümi sahəsi 20 ha olan əmlak kompleksi kimi müəssisəyə yönəldilməsi, Cavabdeh1 MMC-yə məxsus olan Qəbələ rayonu, Vəndam kəndi ünvanında yerləşən ümümi sahəsi 20 ha olan əmlak kompleksinin ilkin satış qiymətinin 43.000.000 manat müəyyən edilməklə açıq hərracda satılması və satışdan ə ldə olunmuş pul vəsaiti hesabına ümumilikdə 1.046.064,14 manat məbləğində pul və ödənilmiş 1551,46 manat məbləğində dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 130 manat pulun tutularaq İddiaçı ASCyə ödənilməsi, satışdan artıq qalan vəsaitin Cavabdeh1 MMC-yə qaytarılması, ipoteka predmeti olan cavabdeh "X1” MMC-yə məxsus 2015-ci il 13 avqust tarixli ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş Qəbələ rayonu Vəndam kəndində yerləşən ümumi sahəsi 20 ha olan əmlak kompleksi kimi müəssisə açıq hərracda satıldıqdan sonra Cavabdeh1 MMC tərəfindən məcburi boşaldılması qət edilmişdir.
3. İddiaçı ASC apellyasiya şikayəti verərək, həmin qətnamənin qiymətləndirilməyə aid hissədə dəyişdirilməsi, "X1" MMC-yə mə xsus olan Qəbələ rayonu, Vəndam kəndi ünvanında yerləşən ümumi sahəsi 20 ha olan əmlak kompleksi kimi Müəssisənin ilkin satiş qiymətinin 17.200.000 manat müəyyən edilməklə açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı ASC cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 MMC-yə qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 MMC-dən 2012-ci il 18 may tarixdə tranşla verilmiş 5.000.000 manat məbləğli kredit üzrə 2022-ci il 18 oktyabr tarixə banka əsas borcu 4.550.813,27, 2019-cu il 18 may tarixə faiz borcu üzrə 390.567,92 manat, 2019-cu il 18 may tarixə gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış dəbbə pulu üzrə 229.109,62 manat, 2019-cu il 18 may tarixdən sonra borclunun icranın gecikdirməsi nəticəsində Banka vur ulmuş zərər (MM-nin 445.7-ci maddəsinin tələbləri qaydasında - illik 5%) olmaqla 789.439,69, cəmi 5.959.930,5 manat pulun, Cavabdeh2 MMC-yə 2012-ci il 1 iyun tarixdə tranşla verilmiş 2.000.000 manat məbləğli kredit üzrə 2022ci il 18 oktyabr tarixə banka əsas borcu 1.664.122,27 manat, 2019-cu il 18 may tarixə faiz borcu üzrə 134.091,44 manat, 2019-cu il 18 may tarixə gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış dəbbə pulu üzrə 77.721,04 manat, kredit müqaviləsinin bitdiyi tarixdən yəni xx.xx.2019-cu il tarixdən sonra borclunun icranın gecikdirməsi nəticəsində Banka vurulmuş zərər (MM-nin 445.7-ci maddəsinin tələbləri qaydasında - illik 5% olmaqla) 288.678,99 manat, cəmi 2.164.613,74 manat, hər iki tranş üzrə ümumilikdə 8.124.544,24 manat məbləğində kredit borcunun, 4.922,88 manat məbl əğində dövlət rüsumunun, 400 manat mediasiya xərcinin və 130 manat məbləğində digər xərclərin (ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 10 manat dövlət rüsumu və 120 manat xidmət haqqı) tutulması, Cavabdeh1 MMC-yə məxsus, 13 avqust 2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən Bankın ipoteka hüquqları ilə yüklü edilmiş Qəbələ rayonu, Vəndam kəndi ünvanında yerləşən ümümi səhəsi 20 ha olan əmlak kompleksi kimi müəssisəyə tutmanın yönəldilməsi, onun açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-yə olan 8.124.544,24 manat məbləğində borcun, 4922.88 manat məbləğində dövlət rüsumunun və 130 manat məbləğində digər xərclərin ödənilməsi, Cavabdeh1 MMC-yə məxsus 2015-ci il 13 avqust tarixli ipoteka müqaviləsin ə əsasən girov qoyulmuş ünvan 3i ünvanında yerləşən ümümi səhasi 20 ha olan əmlak kompleksi kimi müəssisənin məcburi boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Eyni zamanda Cavabdeh2 MMC ilk iddia ilə birlikdə baxılmaq üçün cavabdeh İddiaçı ASC-yə qarşı qarşılıqlı iddia qaldıraraq, İddiaçı ASC və Cavabdeh2 MMC arasında bağlanmış 2012-ci il 18 may tarixli 27747-1/SKMF nömrəli kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
6. Həmçinin, Cavabdeh1 MMC ilk iddia ilə birlikdə baxılmaq üçün cavabdehlər İddiaçı ASC və Cavabdeh2 MMC-yə qarşı qarşılıqlı iddia ərizəsi üzrə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh1 MMC və Cavabdeh2 MMC arasında bağlanmış 2015-ci il 13 avqust tarixli ipoteka müqaviləsinə xitam verilməsi ba rədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 15 mart tarixli e-2-2(113)-65/2021 nömrəli qətnaməsi ilə ilkin iddianın qismən təmin edilməsi, İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında bağlanmış 2012-ci il 18 may tarixli, 27747-1/SKMF saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 6.215.471,11 manat, faiz borcu üzrə 499.136,86 manat, cərimə borcu üzrə 300.000 manat, cəmi 7.014.607,97 manat məbləğində pulun Cavabdeh2ndən tutularaq İddiaçı ASCyə ödənilməsi, İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında bağlanmış 2012-ci il 18 may tarixli, 27747-1/SKMF saylı kredit müqaviləsi üzrə əsas borca illik 5 faiz hesablanmaqla 1.061.809,65 manat, məbləğində pulun Cavabdeh2 MMC-dən tutularaq İddiaçı ASC-yə ödənilməsi, İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında bağlanmış 2012-ci il 18 may tarixli, 27747-1/SKMF saylı kredit müqaviləsi üzrə tutmanın ilkin satış qiyməti 17.200.000 manat müəyyən edilməklə Cavabdeh1 MMC-yə məxsus olan Qəbələ rayonu, Vəndam kəndi ünvanında yerləşən ümumi sahəsi 20 ha olan əmlak kompleksi kimi müəssisəyə yönəldilərək açıq hərracda satılması, satışdan əldə olunan vəsaitin İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında bağlanmış 2012-ci il 18 may tarixli, 27747-1/SKMF saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 6.215.471,11 manat, faiz borcu üzrə 499.136,86 manat, cərimə borcu üzrə 300.000 manat, cəmi 7.014.607,97 manat və əsas borca illik 5 faiz hesablanmaqla 1.061.809,65 manat məbləğində pula, yəni ümumilikdə 8.076.417,62 manat məbləğində pulun ödənilməsinə yönəldilməsi, daşınmaz əmlaklara tutma yönəldildikdən və satıldıqdan sonra ipoteka qoyan Cavabdeh1 MMC tərəfindən Qəbələ rayonu, Vəndam kəndi ünvanında yerləşən ümumi sahəsi 20 ha olan əmlak kompleksi kimi müəssisəni ən geci bir ay ərzində boşaldılması, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 400 manat məbləğində pulun Cavabdeh2 MMC-dən tutularaq İddiaçı ASC-yə ödənilməsi, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 4.523 manat məbləğində pulun Cavabdeh2 MMC-dən tutularaq İddiaçı ASC-yə ödənilməsi, ilk iddianın qalan hissədə təmin olunmaması və qarşılıqlı iddiaların rədd olunması qət edilmişdir.
8. Cavabdeh1 MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin qismən - ilk iddianın təmin və qarşılıqlı iddianın rədd edilməsi hissələrində ləğvi, ilk iddianın tamamilə rədd, Cavabdeh1 MMC-nin qarşılıqlı iddiasının təmin olunmasını xahiş etmişdir.
9. Cavabdeh2 MMC də apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv, ilk iddianın rədd, Cavabdeh2 MMC-nin qarşılıqlı iddiasının təmin olunmasını xahiş etmişdir.
10. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 8 iyun tarixli qərardadı ilə həmin kommersiya mübahisələri bir icraatda birləşdirilmişdir.
11. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 18 avqust tarixli 2-2(103)-460/2023 nömrəli qətnaməsi ilə cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 MMC tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-65/2023 nömrəli kommersiya mübahisəsi üzrə qəbul etdiyi 2023-cü il 15 mart tarixli qətnaməsi iddianın qismən təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılmış, İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-135/2023 nömrəli kommersiya mübahisəsi üzrə qəbul etdiyi 2023-cü il 24 fevral tarixli qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hisəsində dəyişdirilmiş və ipotekanın ilkin satış qiyməti 17.200.000 manat müəyyən edilmişdir.
12. Apellyasiya məhkəməsinin qətnaməsindən Cavabdeh1 MMC kassasiya şikayəti verərək onun tam ləğvini və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.
13. Qətnamədən həmçinin Cavabdeh2 MMC də kassasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və işin yenidən baxılmaq üçün apellyasiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir. İİ. Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) müvafiq maddələrində aşağıdakı müddəalar əks etdirilir: “Maddə
406. Kassasiya şikayəti vermə qaydası 406.1. Kassasiya şikayəti yazılı formada apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir....” “Maddə
407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər... 407.4. Şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur.” “Maddə
408. Kassasiya şikayətinin qaytarılması 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 408.1.1. kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə; 408.1.3. kass asiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə;... 408.5. Bu Məcəllənin 408.1.1—408.1.5 və 408.1.7-ci maddələrində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra, şikayəti verən şəxs yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər...” “Maddə
409. İşin kassasiya instansiyası məhkəməsinə göndərilməsi Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir.” 15. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun müvafiq müddəalarında nəzərdə tutulmuşdur: Maddə
1. Dövlət rüsumu anlayışı “1.1. Dövlət rüsumu - dövlət orqanları və müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumlar tərəfindən hakimiyyət səlahiyyətlərinin icrası zamanı göstərilən və hüquqi nəticələrin yaranmasına səbəb olan xidmətlərə və hüquqi hərəkətlərə görə (sənədlərin tərtibi, qeydiyyatı, razılıqların verilməsi və s.) ödənilən haqdır (ödənişdir)....” “Maddə
8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri... 8.1.5. iddia qiyməti 1.000.000 manatdan çox olduqda 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox o lmamaqla)...” İİİ. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
16. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh2 MMC tərəfindən verilmiş kassasiya şikayəti nəzərdən keçirilərkən onun kassasiya şikayətlərinin MPM-lə müəyyən olunmuş mümkünlük şərtlərinə cavab vermədiyi müəyyən edilmişdir.
17. Belə ki, 407.4-cü maddəsinə əsasən, kassasiya şikayətinə dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur. 18. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 1.1-ci maddəsinə əsasən, dövlət rüsumu - dövlət orqanları və müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumlar tərəfindən hakimiyyət səlahiyyətlərinin icrası zamanı göstərilən və hüquqi nəticələrin yaranmasına səbəb olan xidmətlərə və hüquqi hərəkətlərə görə (sənədlərin tərtibi, qeydiyyatı, razılıqların verilməsi və s.) ö dənilən haqdır (ödənişdir).
19. Həmin Qanunun 8.1.5-ci maddəsinə əsasən, iddia qiyməti 1.000.000 manatdan çox olduqda 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) məbləğində dövlət rüsumu tutulmalıdır.
20. Hazırkı halda işdən göründüyü kimi apellyasiya instansiyası məhkəməsinin cavabdehlərin mübahisələndirdiyi qətnaməsi ilə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)65/2023 nömrəli kommersiya mübahisəsi üzrə qəbul etdiyi 2023-cü il 15 mart tarixli qətnaməsi iddianın qismən təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılmışır ki, həmin qətnamə ilə isə Cavabdeh2 MMC-dən ümumilikdə 8.076.417,62 manat vəsaitin ipoteka predmetinə yönəldilməklə tutulması qət edilmişdir. Yəni, apellyasiya və kassasiya şikayətləri ilə mübahisə ləndirilən məbləğ 1.000.000 manatdan çox olmuşdur ki, bu zaman şikayətlərin verilməsi ilə bağlı dövlət rüsumu ödənilərkən “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.5-ci maddəsinin tələbi nəzərə alınmalı idi.
21. Hazırkı halda isə, cavabdeh tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verilərkən 2462 manat dövlət rüsumu ödəməsinə baxmayaraq, apellyasiya instansiyası məhkəməsinin birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlayan qətnaməsindən kassasiya şikayəti verərkən cəmi 50 manat dövlət rüsumu ödəmişdir. Bu məbləğ isə, mübahisələndirilən məbləğ üzrə dövlət rüsumunun §19-da göstərilən hesablanma qaydasına uyğun olaraq ödənilməli olan məbləğdən dəfələrlə azdır.
22. Kassasiya şikayətinin geri qaytarılmasına dair nəticə elektro n məhkəmə informasiya sisteminə yerləşdirildikdən sonra cavabdeh 2023-cü il 7 dekabr tarixdə məhkəməyə elektron sistem vasitəsi ilə “məlumat” göndərərək dövlət rüsumunun tərəflər arasında olan razılaşmaya əsasən "X1" MMC tərəfindən ödənilmiş olduğunu bildirmişdir. Məhkəmə kollegiyası bununla bağlı vurğulamağı zəruri hesab edir ki, apellyasiya məhkəməsinin qətnaməsindən də cavabdehlər tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsindən “ayrı-ayrılıqda” apellyasiya şikayətlərinin verildiyi göstərilmiş, hazırkı halda da apellyasiya məhkəməsinin qətnaməsindən kassasiya şikayətləri ayrı-ayrılıqda verilmişdir. Göstərilən hal, cavabdehlərin apellyasiya şikayətlərində hər birinin özünün qarşılıqlı iddia tələbinin təmin olunmasına dair xahişlərinin əks olunması ilə də təsdiqini tapır (bax §8,9 ).
23. Bununla yanaşı, kassasiya şikayətləri məhkəməyə göndərilərkən dövlət rüsumunun tərəflərin qarşılıqlı razılığı əsasında cavabdeh "X1" MMC tərəfindən ödənilməsinə dair məlumat verilməmiş, tərəflərin belə bir qarşılıqlı razılığına dair hər hansı sənəd də əlavə olunmamışdır.
24. Məhkəmə kollegiyası hesab edir ki, göstərilənlərə əsasən Cavabdeh2 MMC tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul olunmasından imtina edilməli və iş həmin kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Apellyasiya məhkəməsi tərəfindən §22-də göstərilən xüsusatlar da yoxlanılmalı və işin apellyasiya məhkəməsinə yalnız Cavabdeh2 MMC tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlük məsələsi ilə bağlı göndərildiyi nəzərə alınmal ıdır.
25. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 407.4, 408.1, 408.3-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 18 avqust tarixli 22(103)-460/2023 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbulundan imtina edilsin və iş həmin kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.