Məhkəmə qərarları › İş №2-2(102)-697/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-697/2025

11.12.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-697/2025 11.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Mənzil Tikinti Kooperativinin Cavabdeh1nə qarşı ilk və Cavabdeh1 cavabdehlər İddiaçı Mənzil Tikinti Kooperativinə və X1rşı qarşılıqlı iddia tələblərinə dair iş üzrə QƏRARİ Açar sözlər: müqavilənin şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə bağlı ləğvinə dair, müqavilənin etibarsızlığı Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, ilkin iddia üzrə İddiaçı MTK-nin ilkin iddia üzrə Cavabdeh1nə qarşı müqavilənin ləğv edilməsi tələbi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı MTK-ya və X1rşı müqavilənin etibarsız hesab edilməsi və qeyri-yaşayış sahəsinin təhvil verilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 24 iyun tarixli 2-2(103)-520/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. İddiaçı MTK ilə Cavabdeh1 ŞİKŞ arasında bağlanmış 2020-ci il 8 iyun tarixli müqaviləə əsasən MTK Bakı şəhəri Nəsimi rayonu, 741-ci məhəllə, V.Plotnikov, C.Hacıbəyli və R.Axundov küçələrinin kəsişməsində yerləşən mövcud yaşayış binalarının sökülərək yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin həyata keçirilməsi və Şirkət isə mülkiyyətində olan qeyri-ya şayış sahəsinin (zirzəmi və yarımzirzəmi) boşaltdırılaraq sökülməsi və müvafiq dövlət qeydiyyatının əvəzləşməsi barədə razılığa gəlmişlər. Həmin müqavilənin: -1.2-ci bəndinə əsasən MTK Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin 614 saylı 2014-cü il 24 dekabr tarixli sərəncamın əsasən ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, eyni zamanda qanunvericiliyin tələblərinə uyğun olaraq binaların sökülməsindən sonra yeni yaşayış binası tikilənədək və tam təmir edilib, təhvil verilənədək cavabdehə kirayə edilmiş qeyri-yaşayış sahəsində yerləşdirilməsi üçün təhvil veriləcək qeyri-yaşayış obyektinin təhvil-təslim aktının iki tərəfin imzaladığı günədək aylıq 5.000 manat kompensasiya (kirayə haqqını) ödəmək barədə şərtləşmişlər; -1.3-cü bəndinə əsasən MTK Bakı şəhəri Nəsimi r ayon İcra Hakimiyyətinin 614 saylı 24 dekabr 2014-cü il tarixli sərəncamına və Şirkətin razılığına əsasən ********** qeydiyyat nömrəli, Seriya MH ******* saylı, 2007-ci il 12 dekabr tarixli, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********57-05101-083001 olan Çıxarışa əsasən onun mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsində istifadədə olan 0.08 ha torpaq sahəsində yerləşən 20 nömrəli binanın yarımzirzəmi və zirzəmisində 365.1 kv.m ümumi, 225.0 kv.m əsas, 140.1 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahənin sökülərək, əvəzinə sözügedən sahənin ümumi sahəsinə əlavə olaraq 134.9 kv.m qeyri-yaşayış sahəsi əlavə gəlməklə, binanın bünövrəsinin qazıntısına başladıqdan sonra 18 ay tikinti-inşaat işlərinin bitməsi, 6 ay təmir işlərinin bitməsi olmaqla ümum ilikdə 24 təqvim ayı ərzində ünvan 1 ünvanında inşa ediləcək 12 mərtəbəli yaşayış kompleksində yol ilə eyni səviyyədə 1-ci mərtəbədə 500 kv.m ibərət qeyri-yaşayış sahəni tam təmir edib təhvil verməyi öz üzərinə götürmüşdür; -1.4-cü bəndinə əsasən cavabdehin əldə etdiyi qeyri-yaşayış sahəsinin yerləşdiyi binanın idarə olunması, nəzarətdə saxlanılması və ona texniki xidmətlərin göstərilməsi iddiaçı tərəfindən və ya iddiaçının təyin etdiyi digər şirkətlər tərəfindən həyata keçirilir, qeyri-yaşayış sahəsi təhvil verildikdən sonra xidmət müqaviləsi imzalanır və kommunal haqqı ödənilməsi şərtləşdirilmişdir; -2.1-ci bəndinə əsasən müqavilədə qeyd edilən qeyri-yaşayış sahəsi sökülərək, əvəzinə yeni inşa ediləcək yaşayış binasında, təmirli qeyri-yaşayış sahəsinin verilməsi Azərbaycan Respublikası N azirlər Kabinetinin 2016-cı il 25 fevral tarixli “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 86 saylı Qərarı və Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin 614 saylı 2014-cü il 24 dekabr tarixli sərəncamı ilə tənzimləndiyindən dəyişdirilmiş mənzillərin dəyəri bir-birinə bərabər tutulur.

2. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 2014-cü il 24 dekabr tarixli 614 saylı “Yaşayış binasının tikintisinin layihələndirilməsinə icazə verilməsi haqqında” Sərəncamına əsasən İddiaçı MTK-nın 2014-cü il 17 dekabr tarixli, 1 saylı müraciəti nəzərə alınaraq, Nəsimi rayonu, V.Plotnikov, C.Hacıbəyli və R.Axundov küçələrinin kəsişməsindəki 741 saylı məhəllədə yaşayış bin asının tikintisinin layihələndirilməsi üçün həmin Kooperativə icazə verilməsi qərara alınmışdır.

3. İddiaçı MTK (MTK) ilə Cavabdeh2 (Payçı) arasında bağlanmış 2021-ci il 6 yanvar tarixli müqaviləyə əsasən “MTK” pay qismində çıxış edən ünvan 1 ünvanında tikilməkdə olan “A” bloku, 1-ci mərtəbə, ümümi sahəsi 260 kv.m olan qeyri-yaşayış sahəsini tikib və “Payçı”nın mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür, “Payçı” bu müqaviləyə əsasən pay qismində çıxış edən ünvan 1 ünvanında tikilməkdə olan “A” bloku, 1-ci mərtəbə, ümümi sahəsi 260 kv.m olan qeyri-yaşayış sahəsini təmirsiz qəbul etməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada qeyri-yaşayış sahəsi üzrə tələb olunan bütün ödənişlərin “MTK”-ya ödənilməsini və həmçinin, İddiaçınə məxsus yaşayış kompelksində xidmət göstərəcək şirkətə kommu nal və digər xidmət ödənişini etməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci maddəsinə əsasən “Payçı” “MTK”-ya aldığı qeyri-yaşayış sahəsi üçün aşağıda müəyyənləşdirilmiş qaydada ümumilikdə 512356 manat ödəməyi şərtləşdirmişdir. Müqavilənin 3.2-ci maddəsinə əsasən “Payçı” “MTK”nə aldığı qeyri-yaşayış sahəsinin 1 kv.m üçün 1970,60 manat ödəməyi şərtləşdirmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı MTK (bundan sonra-“iddiaçı”) Cavabdeh1nə (bundan sonra-“cavabdeh”) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, aralarında bağlanmış 2020-ci il 8 iyun tarixli müqavilənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin 614 saylı, 2014-cü il 24 dek abr tarixli sərəncamına əsasən, iddiaçıya Bakı şəhəri, Nəsimi rayonu, 741-ci məhəllə, V.Plotnikov, C.Hacıbəyli və R.Axundov küçələrinin kəsişməsində yerləşən mövcud binaların sökülərək yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinə icazə verilmişdir. İddiaçı da həmin sərəncamdan irəli gələn məsələlərin həlli məqsədi ilə sərəncamda qeyd olunan ərazidə, yəni Bakı şəhəri, Nəsimi rayonu, 741-ci məhəllə, V.Plotnikov, C.Hacıbəyli və R.Axundov küçələrinin kəsişməsində yerləşən mövcud yaşayış və qeyri-yaşayış sahələrinin mülkiyyətçiləri, qanuni sahibləri ilə danışıqlar aparılmış, sökütüsü planlaşdırılan yaşayış və qeyri-yaşayış sahələrinin əvəzinə MTK-nın həmin ərazidə inşa edəcəyi binalarda razılaşdırılmış ölçülərdə yaşayış və qeyri-yaşayış sahələrinin verilmə si barədə mülkiyyətçilərlə ayrı-ayrı müqavilələr bağlanmışdır. Həmin müqavilələrin biri də 2020-ci il 8 iyun tarixində Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsində istifadədə olan 0,08 ha torpaq sahəsində yerləşən 20 nömrəli binanın yarımzirzəmi və zirzəmisində 365.1 kv.m əsas, 140.1 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahənin mülkiyyətçisi, hazırki iş üzrə cavabdeh ilə bağlanmışdır. Həmin müqavilənin 1.3-cü maddəsinə görə, iddiaçı cavabdehin mülkiyyətində olan və Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsində istifadədə olan 0,08 ha torpaq sahəsində yerləşən 20 nömrəli binanın yarımzirzəmi və zirzəmisində 365.1 kv.m əsas, 140.1 kv.m köməkçi sahədən ibarət qeyriyaşayış sahənin sökülərək, əvəzinə sözügedən sahənin ümumi sahəsinə əlavə olaraq 134.9 kv.m qeyri-ya şayış sahəsi əlavə gəlməklə, ünvan 2 ünvanında inşa ediləcək 12 mərtəbəli yaşayış kompleksində yol ilə eyni səviyyədə 1-ci mərtəbədə 500 kv.m ibarət qeyri-yaşayış sahəsini tam təmir edib cavabdehə təhvil verməyi öhdəsinə götürmüşdür. Bundan başqa, müqavilənin 1.3-cü maddəsinə görə, iddiaçı tərəfindən yuxarıda qeyd olunan qeyri-yaşayış sahəsini cavabdehə təhvil verməsinin müddəti binanın bünövrəsinin qazıntısına başladıqdan sonra ümumilikdə 24 ay (18 ay tikinti-inşaat işlərinin bitməsi, 6 ay təmir işlərinin bitməsi) müəyyən edilmişdir. İddiaçı inşasına başlamaq istədiyi çoxmərtəbəli yaşayış binasının fundamentinin qazılması məqsədilə cavabdehə məxsus və ünvan 3 ünvanda yerləşən binanın yarımzirzəmi və zirzəmisində 365.1 kv.m əsas, 140.1 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahənin cüzi bir hissəsini zədələmişdir. Lakin sonradan cavabdehə aid əmlakla bağlı iddiaçının hər hansı hərəkət etməsinə, o cümlədən sökülməsinə zərurət qalmamışdır. Belə ki, cavabdehə aid əmlakın yerləşdiyi yerdə çoxmənzilli yaşayış binasının tikintisinə iddiaçıya icazə verilməmişdir. İddiaçının inşasına icazə verilən çoxmənzilli yaşayış binasının bünövrəsi isə cavabdehə aid qeyri-yaşayış sahəsindən kənara salınmış, qeyri-yaşayış sahəsi ilə bina arasında 15 metr ara məsafəsi yaranmışdır. İddiaçı cavabdehə məxsus zirzəmi və yarımzirzəmini sökməməsinə baxmayaraq, ünvan 2 ünvanında inşa etdiyi çoxmərtəbəli binanın inşası başa çatdıqdan sonra, MTK razılaşdırıldığı kimi, binanın R.Axundov və V.Plotnikov küçələrinin kəsişməsində yol ilə eyni səviyyədə binanın 1-ci mərtəbəsində yerləşən 500 kv.m ibarət q eyri-yaşayış sahəsinin təmirli vəziyyətdə təhvil almasını cavabdehə təklif etmişdir. Lakin cavabdeh həmin sahəni qəbul etməkdən imtina etmişdir. MTK tərəfindən cavabdehə dəfələrlə şifahi və 2023-cü il 2 aprel və 2023-cü il 1 may və sair tarixlərdə yazılı qaydada müraciətlər ünvanlanaraq, müqavilə predmeti olan qeyri-yaşayış sahəsinin tam təmirli vəziyyətdə hazır olması bildirilmiş və təhvil-təslim üçün MTK-nın ofisinə yaxınlaşması təklif olunmuşdur. Lakin cavabdeh bu müraciətlərə məhəl qoymamış, əsassız bəhanələr gətirərək qeyri-yaşayış sahəsini qəbul etməkdən imtina etmişdir. Cavabdeh hüquqdan suiistifadə edərək ona C.Hacıbəyli və V.Plotnikov küçələrinin kəsişməsində yerləşən qeyriyaşayış sahəsinin ona verilməsini cavabdehdən tələb etmişdir. Halbuki, tərəflər arasında bağlanmış müqaviləni n şərtlərinə görə, iddiaçı tərəfindən cavabdeh təhvil veriləcək qeyriyaşayış sahəsinin yerləşdiyi binanın ünvanı, mərtəbəsi və hətta yer səviyyəsi (yol ilə eyni səviyyədə) dəqiq göstərilmişdir (maddə 1.3). Həmin müqavilədə təhvil veriləcək qeyriyaşayış sahəsinin məhz C.Hacıbəyli və V.Plotnikov küçələrinin kəsişməsində yerləşməsi barədə şərt nəzərdə tutulmamışdır. İddiaçı, cavabdehə məxsus yarımzirzəmi və zirzəmisində 365.1 kv.m əsas, 140.1 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahənin zədələnmiş cüzi bir hissəsini sonradan bərpa etmiş, həmin hissəni əvvəlki vəziyyətindən daha da yaxşı vəziyyətə gətirmişdir. Göründüyü kimi iddiaçı və cavabdeh arasında 2020-ci il 8 iyun tarixdə müqavilə bağlanmasının məqsədi, MTK tərəfindən inşa ediləcək çoxmərtəbəli binanın bünövrəsinin (yerləşmə yeri) cavabdehə məxsus qeyri-yaşayış sahəsinin olduğu əraziyə düşməsi olmuşdur. Lakin sonradan həmin yerdə binanın tikintisinə icazə verilməmiş, yeni inşa ediləcək binanın bünövəsinin yeri isə cavabehə aid qeyri-yaşayış sahəsindən 15 metr aralıda müəyyən edilmişdir. Qeyd olunan bu dəyişikliklərin aparılmasına iddiaçının iradə ifadəsi olmamışdır. İddiaçı bütün bu dəyişmələrin olacağını əvvəlcədən bilsəydi, o cavabdeh ilə müqaviləni heç bağlamazdı. İddiaçı artıq çoxmərtəbəli binanın inşasını başa çatdırmışdır. Cavabdehə məxsus 365.1 kv.m əsas, 140.1 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsi (yarımzirzəmi və zirzəmi) isə tərəflər arasında müqavilə bağlandığı tarixə (2020-ci il 8 iyun) olan vəziyyətdə hazırda da mövcuddur. İddiaçı həmin əmlakın zədələnmiş cüzi bir hissəsini bərpa etmişdir. Qe yri-yaşayış sahəsi texniki pasportunda göstərilən ölçülərdə və vəziyyətdədir. Həmin qeyri-yaşayış sahəsi iddiaçının mülkiyyətinə keçməmişdir. Daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış cavabdehin əmlak üzərində qeydə alınmış mülkiyyət hüququ bu gün qüvvədədir. İddiaçı tərəfindən cavabdehə hər hansı formada zərər vurulmamışdır. İddiaçı 2023-cü il 7 sentyabr, 2023-cü il 16 oktyabr və 2023-cü il 19 oktyabr tarixlərdə pretenziya məktubu ilə müraciət edərək, tərəflər arasında bağlanmış 2020-ci il 8 iyun tarixli müqavilənin 3 gün ərzində ləğv edilməsini və cavabdehə məxsus, ünvan 3 ünvanda yerləşən binanın yarımzirzəmi və zirzəmisində 365.1 kv.m əsas, 140.1 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinin iddiaçı tərəfindən sökülmüş cüzi bir hissəsinə görə razılaşacaqları məbləğdə komp ensasiyanın qəbul edilməsini xahiş etmişdir. Cavabdeh bütün bu təkliflərdən də imtina etmişdir

6. Həmçinin cavabdeh iddiaçıya qarşı qarşılıqlı iddia ərizəsi, ərizəyə əlavə və iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, iddiaçı ilə digər Cavabdeh2 (bundan sonra-“Cavabdeh2”) arasında ünvan 4 ünvanında tikilməkdə olan A bloku, 1-ci mərtəbə, ümumi sahəsi 260 kv.m. olan qeyri-yaşayış sahəsinin tikib təhvil verilməsinə dair 2021-ci il 6 yanvar tarixli müqavilənin etibarsız hesab edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, C.Hacıbəyli küçəsi (Ceyhun Hacıbəyli küçəsi ilə Vladislav Plotnikov küçəsinin kəsişməsində) 21 və 23 ünvanında inşa edilən 12 mərtəbəli yaşayış komleksinin 1-ci mərtəbəsində yol ilə eyni səviyyədə yerləşən 500 kv.m tam təmirli qeyri-yaşayış sahəsinin iddiaçıdan alına raq onlara təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Qarşılıqlı iddia tələbi onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanan 2020-ci il 8 iyun tarixli müqavilənin 1.3-cü bəndinə görə, cavabdeh, iddiaçının mülkiyyətində olan və Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsində istifadədə olan 0,08 ha torpaq sahəsində yerləşən 20 nömrəli binanın yarımzirzəmi və zirzəmisində 365.1 kv.m. əsas, 140.1 kv.m. köməkçi sahədən ibarət qeyri-yaşayış sahənin sökülərək, əvəzinə sözügedən sahənin ümumi sahəsinə əlavə olaraq 134.9 kv.m qeyri-yaşayış sahəsi əlavə gəlməklə, ünvan 2 ünvanında inşa ediləcək 12 mərtəbəli yaşayış komleksində yol ilə eyni səviyyədə 1-ci mərtəbədə 500 kv.m ibarət qeyri-yaşayış sahəsini tam təmir edib cavabdehə təhvil verməyi öh dəsinə götürmüşdür. Göründüyü kimi tərəflər arasında bağlanan müqaviləyə əsasən, iddiaçı öz mülkiyyətində olan sahəni iddiaçının istifadəsinə və sərəncamına verməyi, cavabdeh isə bütövlükdə bu sahəni qəbul edib orada hündürmərtəbəli bina inşa etdikdən sonra ünvan 2 ünvanında inşa ediləcək 12 mərtəbəli yaşayış komleksində yol ilə eyni səviyyədə 1-ci mərtəbədə 500 kv.m ibarət qeyri-yaşayış sahəsini tam təmir edib bizə təhvil verməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirərək, öz mülkiyyətində olan sahənin sökülməsinə razılıq vermiş, lakin iddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişdir. Mülki qanunvericiliyin normalarından da görünür ki, tərəflər öz öhdəliklərini vicdanla yerinə yetirməli və bu öhdəliklərin yerinə yetirilməsi üçün zər uri tədbirləri görməlidirlər. Hazırki mübahisədən isə o aydın olur ki, müqavilə tərəfi olaraq onlar öz öhdəliklərini yerinə yetirsələr də, qarşı tərəf vicdanlılığın tələb etdiyi qaydada hərəkət etməmiş, öz öhdəliklərini yerinə yetirmək əvəzinə onlar təklif etdiyi sahəni tikib hazır vəziyyətə gətirsə də, bu sahəni təhvil verməkdən yayınmağa çalışmaqdadır. Mülkiyyətlərində olan sahəni təhvil almaq üçün iddiaçı ünvan 2 ünvanında inşa ediləcək 12 mərtəbəli yaşayış komleksində yol ilə eyni səviyyədə 1-ci mərtəbədə 500 kv.m ibarət qeyri-yaşayış sahəsinin harada yerləşəcəyini onlara bildirmiş, həmin sahəni də tikib tam təmir edib hazır vəziyyətə gətirmiş, lakin sonradan bu sahənin dəyərini əldə etmək niyyəti ilə iddia qaldırıb müqavilənin ləğvinə nail olmaq fikrinə düşmüşdür. Nəticədə öhdəlikləri n lazımınca icra edilməməsi səbəbindən cavabdehə zərər dəyməkdədir. Mülki qanunvericiliyin normalarına əsasən hər bir tərəf öz öhdəliyini icra etməməyə görə məsuliyyət daşımalıdır. Hazırda müqavilələri qüvvəsində olmasına baxmayaraq təəssüflər olsun ki, cavabdeh hələ də öz öhdəliklərini yerinə yetirməməkdədir. Bunun üçün onlar pretenziya ilə cavabdehə müraciət etmiş və müqavilə üzrə öhdəlikləri xatırladılmaqla öhdəliklərin icrası tələb edilmişdir. Hətta mübahisənin məhkəmədən kənar həlli üçün nümayəndə vasitəsi ilə cavabdehin məsul şəxsi ilə görüş də təşkil edilmiş, lakin bu tədbirlər heç bir müsbət nəticə verməmişdir. Bütün bu tədbirlərdən sonra məlum olur ki, cavabdeh öz öhdəliklərindən yayınmaqla yanaşı, onlara zərərin də vurulmasında maraqlıdır. Belə ki, tərəflərindən müvəqqəti təminat tədbirinin görülməsinə dair Bakı Kommersiya Məhkəməsinə ərizə təqdim edilmiş və Bakı Kommersiya Məhkəməsinin e-16(113)-484/2024 saylı qərardadı ilə ərizələri təmin edilmişdir. Həmin qərardad icrada olarkən onlara məlum olmuşdur ki, onlara təklif edilən 500 kv.m. sahəsi olan qeyri-yaşayış sahəsi üç yerə bölünməklə ayrı-ayrı şəxslərə satılmışdır. Təəssüflər olsun ki, bu üç sahənin alıcısından yalnız birinin adını müəyyən etmək mümkün olmuşdur ki, həmin şəxsin vəkili yuxarıda qeyd edilən qərardadın onların hüquqlarına toxunduğunu bəhanə gətirərək məhkəmə qərardadından şikayət vermişdir. Hazırki iddia ərizəsinə surəti əlavə edilən 2021-ci il 6 yanvar tarixli müqavilədən də görünür ki, cavabdeh onlara təklif etdiyi qeyri-yaşayış sahəsinin bir hissəsini adını sonradan dəqiqləşdirdikləri və hazı rki ərizələri ilə cavabdeh kimi qoyduqları Cavabdeh2 satmışdır. Hazırda həmin sahə məhz bu xanımın istifadəsində və sahibliyindədir. Məhz bunu nəzərə alaraq, onlar hazırki məqamda iddianın həcminin artırılması və həmin xanımın da cavabdeh qismində cəlb edilməsi qərarına gəlmişlər. Düşünürlər ki, iddiaçı Cavabdeh2 arasında ünvan 4 ünvanında tikilməkdə olan A bloku, 1-ci mərtəbə, ümumi sahəsi 260 kv.m. olan qeyri-yaşayış sahəsinə görə bağlanan 2021-ci il 6 yanvar tarixli müqavilə etibarsız hesab edilməlidir. Qanunvericiliyin tələbləri və işin hallarından bir daha təsdiq edilir ki, N.Cavabdeh2 ilə 2021-ci il tarixdə müqavilə bağlayan zaman, artıq 2020-ci il tarixli müqavilə ilə bu sahəni iddiaçıya verdiyini bilmiş, lakin 2021-ci il tarixli müqaviləni bağlamaqla Cavabdeh2 aldadaraq pulunu al mağı qarşısına məqsəd qoymuşdur. Bu səbəbdən də belə hesab edirlər ki, Müqavilə etibarsız hesab edilməli, iddiaçı müqavilə üzrə öhdəliklərindən yayınmasını dayandırmalı və onlara vəd edilən daşınmaz əmlakın onlara təhvil verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

8. İddiaçının nümayəndəsi qarşılıqlı iddia tələbinə dair, ilkin iddia ərizəsi ilə eyni məzmunlu etiraz təqdim etmişdir.

9. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il 12 fevral tarixli e-2-2(113)-478/2025 nömrəli qətnaməsi ilə ilkin iddianın təmin edilməsi, tərəflər bağlanmış 2020-ci il 8 iyun tarixli müqavilənin ləğv edilməsi, qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir (hakim K.Hüseynov).

10. İlkin iddiaya münasibətdə məhkəmə qeyd etmişdir ki, iddiaçı cavabdehin əmlakını sökərək yerində hündür mərtəbəli bina tikmək məqsədi ilə sonuncunun 365,1 kv.m. əmlakının əvəzində tikiləcək binanın 1-ci mərtəbəsindən yer səviyyəsində 500 kv.m. təmirli əmlak verməyi öhdəsinə götürsə də, sonradan binanın həmin ərazidə tikilməsinə müvafiq orqanlar tərəfindən icazə verilməmişdir. Buna görə də iddiaçı cavabdehin əmlakını tam deyil, yalnız bir hissəsini sökdükdən sonra dayanmışdır.

11. Məhkəmə tərəfindən yerində müayinə aparılarkən tikilmiş kompleksin yerləşdiyi relyefin enişli və yoxuşlu olduğu, həmin binada yer səviyyəsində 500 kv.m. sahəsi olan 1-ci mərtəbənin olmadığı, N.Məcidovanın əmlakının sahəsinin 500 kv.m. olmadığı vizual olaraq aşkar görünmüşdür.

12. Məhkəmə iddiaçının müqavilə şərtlərinə nisbətən uyğun gələn, təklif etdiyi 500 kv.m. sahəni isə cavabdehin qəbul etməməsini də nəzərə alaraq hesab etmişdir ki, iddiaçı öz iradəsindən asılı olmayan səbəblərdən müqavilə üzrə nəzərdə tutulmuş vəzifələrini həyata keçirə bilmədiyindən, onun 2020-ci il 8 iyun tarixli müqavilənin ləğv edilməsi ilə bağlı tələbində haqlı olmuşdur.

13. Belə ki, müqavilənin ləğv üçün səbəb ilk növbədə şəraitin iddiaçı üçün əhəmiyyətli dərəcədə dəyişməsi halı ilə bağlıdır. Çünki iddiaçı müqaviləni bağlayarkən gələcəkdə tikiləcək kompleksin cavabdehin əmlakının yerində tikilməyəcəyini ağlabatan şəkildə əvvəlcədən görə bilsəydi, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə bağlamazdı. Bu hal iddiaçının özünün iradəsi ilə baş verməmiş, hərəkətləri nəticəsində yaranmamış, sadəcə müvafiq orqanlar tərəfindən ona həmin ərazidə bina tikilməsinə icazə verilməmişdir. İddiaçının müqavilənin əsasında du rmuş təsəvvürlərinin yanlış çıxması, artıq şəraitin əhəmiyyətli dərəcədə dəyişməsinə bərabər tutulmalıdır.

14. Qarşılıqlı iddiaya münasibətdə məhkəmə hesab etmişdir ki, ilkin iddia təmin olunaraq tərəflər arasındakı müqavilə ləğv ediləcəyindən qarşılıqlı iddia təmin olunmamalıdır. Çünki həmin müqavilə ləğv edildikdən sonra iddiaçının cavabdeh qarşısında hər hansı öhdəliyi qalmayacaqdır. Belə olan halda isə 2020-ci il 8 iyun tarixli müqavilədən irəli gələn öhdəliyin icrasını tələb edə bilməz. Cavabdeh iddiaçıdan əmlakına dəymiş ziyanın ödənilməsini tələb edə bilər.

15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 324.1, 324.4, 337, 385.1, 389.1, 389.2, 404.1, 404.2, 421.1, 421.2, 422.1, 423.2, 424.2 və 424.3-cü maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2023-cü il 29 mart tarixli Qərarına, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-“MPM”) 14.2, 77.1, 107, 119.1, 217.1 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

16. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi, yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

17. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 24 iyun tarixli 2-2(103)-520/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim L.Əliyeva, hakimlər T.Mahmudova və Z.Şirinov).

18. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyə n edilmişdir ki, tərəflər arasında imzalanmış 2020-ci il 8 iyun tarixli müqaviləyə əsasən iddiaçı cavabdehin mülkiyyətində olan və Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsində istifadədə olan 0,08 ha torpaq sahəsində yerləşən 20 nömrəli binanın yarımzirzəmi və zirzəmisində 365.1 kv.m. ümumi, 225 kv.m. əsas, 140.1 kv.m. köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinin sökülərək, əvəzinə sözügedən sahənin ümumi sahəsinə əlavə olaraq 134.9 kv.m. qeyri-yaşayış sahəsi əlavə gəlməklə, ünvan 2 ünvanında inşa ediləcək 12 mərtəbəli yaşayış komleksində yol ilə eyni səviyyədə 1-ci mərtəbədə 500 kv.m ibarət qeyri-yaşayış sahəsini tam təmir edib cavabdehə təhvil verməyi öhdəsinə götürmüşdür.

19. Digər tərəfdən, iddiaçı ilə N.Məcidova arasında bağlanmış müqaviləyə əsasən “MTK” pay qismində çı xış edən, ünvan 1 ünvanında tikilməkdə olan “A” bloku, 1-ci mərtəbə, ümumi sahəsi 260 kv.m olan qeyri-yaşayış sahəsini tikib X3 təhvil verilməsini öhdəsinə götürmüş, həmin qeyri-yaşayış sahəsi N.Məcidovaya təhvil verilmiş və hazırda sonuncunun sahibliyindədir (market kimi istifadə olunur).

20. Məhkəmə kollegiyası ilkin iddia tələbinə münasibətdə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış 2020-ci il 8 iyun tarixli müqavilənin bağlanmasında ilkin iddiaçı MTKnın məqsədi Bakı şəhər İcra Hakimiyyətinin sərəncamı ilə bina tikintisi üçün onlara ayrılmış torpaq sahəsində çoxmərtəbəli yaşayış binası komöpleksinin inşasının başa çatdırılması üçün həmin torpaq sahəsinin hüdudları daxilində yerləşən ilkin iddia üzrə cavabdehin mülkiyyətində olan qeyri-yaşayış sahəsinin sökülməsindən ibarət olmuşdur.

21. Cavabdehə məxsus mübahisəli qeyri-yaşayış sahəsi ikimərtəbəli yaşayış binanın zirzəmisində (yarımzirzəmisində) yerləşir. Həmin binanın sakinləri ilə MTK arasında binada yerləşən qeyri-yaşayış və yaşayış sahələrinin sökülməsi barədə razılıq əldə edilmədiyindən, MTK tərəfindən həmin binanın sökülməsi (o cümlədən mübahisəli qeyriyaşayış sahəsinin) mümkün deyildir. Eyni zamanda ilkin iddia üzrə iddiaçı tərəfindən həmin ərazidə inşa edilən yaşayış kompleksinin tikintisi artıq başa çatmışdır. Kompleks ilkin iddia üzrə cavabdehə məxsus qeyri-yaşayış sahəsindən xeyli aralıda yerləşməklə, həmin qeyriyaşayış sahəsinin yerində hər hansı tikinti işlərinin aparılması planlaşdırılmır.

22. Məhkəmə kollegiyasının qənaətinə görə inşa edilmiş yaşayış kompleksinin layihəsində dəfələrlə dəyişiklik edilm əsi (işin materiallarında 2018, 2019 və 2021-ci il tarixli layihələr mövcuddur), eləcə də cavabdehə məxsus qeyri-yaşayış sahəsinin yerləşdiyi bina sakinlərinin MTK ilə razılığa gəlməməsi səbəbindən MTK-nın ilkin iddia üzrə cavabdehə məxsus qeyri-yaşayış sahəsini əldə etməyə dair hər hansı iqtisadi marağı qalmamışdır.

23. Birinci instansiya məhkəməsi göstərilən halları müqavilə bağlandıqdan sonra baş vermiş şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kimi qiymətləndirməklə və göstərilən əsasla müqavilənin ləğv edilməli olması barədə nəticəyə gəlməkdə haqlı olmuşdur.

24. Bundan əlavə, ilkin iddiaçı qeyri-yaşayış sahəsini əldə etməsinə dair hər hansı marağının qalmamasına baxmayaraq, müqavilə şərtlərinə uyğun olaraq cavabdehə tikinti yaşayış kompleksinin birinci mərtəbəsində qeyri-yaşayış sahəsi təklif etmiş, lakin ilkin cavabdeh həmin qeyri-yaşayış sahəsini qəbul etməkdən imtina etmişdir.

25. Müqaviləyə əsasən 12 mərtəbəli yaşayış binasında birinci mərtəbəsində yol ilə eyni səviyyədə yerləşən qeyri-yaşayış sahəsinin verilməli olduğu halda onlara təklif edilən qeyri-yaşayış sahəsinin zirzəmi mərtəbəsində yerləşməklə 8 mərtəbəli binada yerləşməsi və yol ilə eyni səviyyədə olmaması barədə dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, birincisi, müqavilədə cavabdehə məxsus qeyri-yaşayış sahəsinin əvəzində verilməli olan qeyri-yaşayış sahəsinin 12 mərtəbəli yaşayış binasında deyil, “12 mərtəbəli yaşayış kompleksində” yerləşməsi nəzərdə tutulmuşdur ki, bu da həmin qeyriyaşayış sahəsinin kompleksin səkkizmərtəbə olan hissəsində yerləşməsi imkanını istisna etmir. Bununla yanaşı işin materiallarına əlavə edilmiş layihələrdən görünür ki, binanın zirzəmi mərtəbələrində (-1, -2) qarajlar və texniki sahələr yerləşməklə həmin mərtəbələrdə qeyri-yaşayış sahələri nəzərdə tutulmamışdır.

26. Digər tərəfdən, yerində müayinə zamanı inşa edilmiş binanın birinci mərtəbəsində yol ilə eyni səviyyədə yaşayış sahəsinin olmaması, həm ilkin iddia üzrə cavabdehə cavabdehə təklif edilən sahənin, həm də cavabdehin ona verilməsini tələb etdiyi sahənin (X2 sahibliyində olan sahə də daxil olmaqla) yol səviyyəsindən hündürdə yerləşməsi müəyyən edilmişdir. Göründüyü kimi, ilkin iddia üzrə cavabdeh müqaviləyə əsasən ilkin iddiaçı tərəfindən təklif edilmiş sahədən əsassız olaraq imtina etmişdir.

27. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdehin istinad etdiyi mübahisəli müqavilə m ahiyyət etibarilə dəyişmə müqaviləsi olduğundan həmin müqaviləyə alqı-satqı müqaviləsinə dair qaydalar tətbiq edilməlidir. Odur ki, hazırkı halda ilkin iddia üzrə cavabdeh müqaviləni pozaraq əşyanın qəbulundan imtina etdiyindən iddiaçı MM-in 596.3cü maddəsinə əsasən də müqavilənin icrasından imtina etməkdə haqlı olmuşdur.

28. Qarşılıqlı iddiaya münasibətdə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab etmişdir ki, tərəflər arasında bağlanmış müqavilə ləğv edilməklə tərəflərin müqavilə üzrə öhdəliklərinə xitam verildiyindən, qarşılıqlı iddiaçı həmin müqaviləyə əsaslanaraq qeyri-yaşayış sahəsinin ona verilməsini tələb etməkdə haqlı deyildir. Eləcə də iddiaçının mübahisəli qeyri-yaşayış sahəsi üzərində hər hansı əmlak hüququnun (əşya və ya tələb hüqu qunun) mövcud olması işin materialları ilə öz təsdiqini tapmadığından cavabdehin həmin qeyri-yaşayış sahəsinə dair MTK ilə N.Məcidova arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsini tələb etməyə dair subyektiv hüququ yoxdur.

29. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi ilə razılaşaraq qeyd etmişdir ki, cavabdeh iddiaçı tərəfindən onun əmlakına zərər vurulduğunu hesab etdiyi halda dəymiş ziyanın ödənilməsini tələb edə bilər.

30. Apellyasiya instansyiası məhkəməsi gəldiyi nəticəni MM-in 337.1, 422.1, 422.2, 424.2, 437.2, 596.1, 596.3 və 662.2-ci maddələrinə və MPM-in 77.1-ci maddəsinə istinadla əsaslandırmışdır.

31. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi, işin yenidən apellyasiya baxışına qaytarılması barədə qərar qəbul olunması xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

32. MM-in 422.1, 425.1, 425.2-ci maddələri üzrə-hazırki iş üzrə iddiaçı vicdanlılıqdan irəli gələn hərəkətləri icra etmək əvəzinə, öz öhdəliklərindən “yan keçmək” üçün dəfələrlə cəhd etmiş ilk cəhdi olan iş üzrə keçirilən ekspertiza bu niyyətlərinə nail olmağa imkan verməmişdir. Məhkəmə müqaviləni ləğv edərkən şəraitin əhəmiyyətli dərəcədə dəyişməsinə istinad edərək göstərir ki, guya layihələr üzrə binanın yeri bir neçə dəfə dəyişdirilmiş, ilkin iddia üzrə cavabdehə məxsus olan daşınmaz əmlakın üst qonşuları tərəfindən MTK ilə müqavilə bağlamaqdan imtina edilmişdir. Maraqlıdır ki, nə layihədə binanın yeri dəyişdirilmiş, nə də ki digər sakinlərin müqavilə bağlamamağı iddiaçı t ərəfindən gözlənilməz olmuşdur. Sadəcə olaraq iddiaçı layihələrdə həmin yerə bina sakinləri üçün istirahət zonası saldırmış, sonradan isə bu sahəni yaratmaqdan vaz keçərək bina sakinlərinə məxsus sahələri almaqdan imtina etmişdir.

33. MPM-in 88-ci maddəsi üzrə-məhkəmə işdəki sübutları (xüsusilə layihələri) lazımi araşdırmamış, 2023-cü il tarixli (müqavilədən 3 il sonra) və hələ təsdiq edilməmiş bir layihəyə əsaslanaraq, 2020-ci il müqaviləsinin şərtlərini müəyyən etməyə cəhd göstərmişdir. Eyni zamanda, MTK-nin şifahi “sahə təklifi” ilə bağlı heç bir yazılı sübut olmamasına baxmayaraq, məhkəmə bu ifadəni təkzib edilməz fakt kimi qəbul etmişdir. Tərəflər arasında müqavilə 2020-ci il tarixdə bağlansa da, məhkəmənin istinad etdiyi və 8 mərtəbəli kompleksində təklif edildiyi iddia edilən sahə y alnız 2023-cü il tarixli layihədə, yəni, müqavilədən 3 il sonra mübahisənin getdiyi dövrdə hazırlanan amma hələ də təsdiq edilməyən layihədə 1-ci mərtəbə kimi qeyd edilmişdir. Məhkəmə isə həmin sübutu qəbul edərək ona əsaslanan qətnamə çıxarmışdır. 34. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya məhkəməsi Plenumunun 2018-ci il 7 sentyabr tarixli qərarında şəraitin dəyişməsi müəyyən şərtlərlə məhdudlaşdırılmışdır.

1. Tərəflərin əvvəlcədən görə biləcəyi dəyişikliklər (binanın hər üç layihədə eyni yerdə olması) bu anlayışa daxil edilmir.

2. Müqavilə risklərinin (sakinlərin müqavilə bağlamamaq riski hər zaman olmuşdur) normal təzahürü 422.1-ci maddəyə əsas ola bilməz. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

35. İddiaçı tərəfindən kassasiya şikayətinə qarşı təqdim edilmiş etirazda göstərilmişdir ki, binanın sözügedən ərazidə tikilməsi müvafiq orqanlar tərəfindən icazə verilmədiyinə görə, iddiaçı cavabdehin əmlakını tam deyil, yalnız bir hissəsini sökdükdən sonra dayanmışdır. Sonradan həmin sökülmüş cüzi hissə də bərpa olunmuş və hal-hazırda cavabdehə aid həmin əmlak tərəflər arasında müqavilə bağlanmamışdan əvvəlki vəziyyətdədir. Qeyd olunan bu fakt birinci instansiya məhkəməsi tərəfindən yerində müayinə aparılarkən də öz təsdiqini tapmışdır. İddiaçı, cavabdehə məxsus zirzəmi və yarımzirzəmini sökməməsinə, ona hər hansı zərər vurmamasına baxmayaraq, ünvan 2 ünvanında inşa etdiyi çoxmərtəbəli binanın inşası başa çatdıqdan sonra, MTK razılaşdırıldığı kimi, binanın R.Axundov və V.Plotnikov küçəl ərinin kəsişməsində yol ilə eyni səviyyədə binanın 1-ci mərtəbəsində yerləşən 500 kv.m ibarət qeyri-yaşayış sahəsinin təmirli vəziyyətdə təhvil almasını cavabdehə təklif etmişdir. Lakin cavabdeh həmin sahəni qəbul etməkdən imtina etmişdir. Cavabdeh müqavilə şərtlərini və öhdəliyini pozmuş, öhdəliklərini yerinə yetirməmiş, həm də əsassız olaraq ayrı-ayrı orqanlara MTK-dan əsassız şikayətlər verməklə MTK-nın fəaliyyətinə və nüfuzuna ziyan yetirmişdir. Göründüyü kimi, iddiaçı, yarımzirzəmi və zirzəmidə yerləşən ümumi sahəsi 365.1 kv.m. qeyri-yaşayış sahəsinin zədəlnmiş, lakin sonra əvvəlki vəziyyətindən də yaxşı vəziyyətə gətirilmiş cüzi hissəsinin əvəzinə yeni inşa edilmiş binanın 1-ci mərtəbəsində, 500 kv.m ölçüdə qeyriyaşayış sahəsini tam təmirli vəziyyətdə cavabdehə təhvil verməyə cəhd gö stərsə də, cavabdeh həmin əmlakın qəbulundan əsassız olaraq imtina etmişdir. Bununla da cavabdeh, onunla iddiaçı arasında bağlanmış müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri pozmuşdur. Bundan başqa, iddiaçı, müqavilə predmeti olan qeyri-yaşayış sahəsinin əvəzinə cavabdehə razılaşdırılmış məbləğdə kompensasiya ödənilməsini də təklif etmiş, lakin cavabdeh bu təklifi də rədd etmişdir.

36. Həmin ərazidə olan yaşayış və qeyri-yaşayış sahələrinin sahibləri, mülkiyyətçiləri öz əmlaklarına görə iddiaçıdan əmlakların real bazar dəyərindən qat-qat artıq pul tələb etmişlər. Bundan başqa, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən əvvəl yüksəkmərtəbəli binanın inşasına icazə verilsə də, sonradan mərtəbələrin sayı azaldılmışdır. İddiaçı tərəfindən binanın inşasına zərurət aradan qalxmış, hə min ərazidə bina tikilməmişdir. Cavabdehə məxsus qeyri-yaşayış sahəsi də sökülməmişdir ki, bu hal da məhkəmənin keçirdiyi yerli baxış zamanı öz təsdiqini tapmışdır. Göründüyü kimi, iddiaçı cavabdeh ilə müqaviləni bağlayarkən gələcəkdə tikiləcək kompleksin cavabdehin əmlakının yerində tikilməyəcəyini ağlabatan şəkildə əvvəlcədən görə bilsəydi, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə bağlamazdı. Bu hal iddiaçının özünün iradəsi ilə baş verməmiş, hərəkətləri nəticəsində yaranmamış, sadəcə müvafiq dövlət orqanları tərəfindən ona həmin ərazidə bina tikilməsinə icazə verilməmişdir. İddiaçının müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması, artıq şəraitin əhəmiyyətli dərəcədə dəyişməsinə bərabər tutulur. Kassasiya baxışının hədləri

37. Hazırkı ic raat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.

38. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

39. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq m üddəalarında “Maddə

337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.” “Maddə

404. Müqavilənin təfsiri 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflər in qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 404.3. Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır. 404.4. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir. 404.5. Qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir.” “Maddə

421. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.” “Maddə

422. Şəraitin əhəmiyyətli dərəcədə d əyişməsi ilə əlaqədar müqavilənin dəyişdirilməsi və ləğv edilməsi 422.1. Tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. 422.2. Əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr, eyni zamanda aş ağıdakı şərtlər olduqda müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər, 422.4-cü maddədə nəzərdə tutulan əsaslar olduqda isə dəyişdirilə bilər: 422.2.1. müqavilənin bağlandığı məqamda tərəflər şəraitin bu dərəcədə dəyişməyəcəyini əsas götürmüşlər; 422.2.2. şəraitin dəyişməsini doğuran elə səbəblərdir ki, əmələ gəldikdən sonra bu səbəbləri maraqlı tərəf müqavilənin xarakterinə və dövriyyənin şərtlərinə görə ondan tələb edilən qayğı və ehtiyatla aradan qaldıra bilməz; 422.2.3. müqavilənin şərtləri dəyişdirilmədən onun icra edilməsi tərəflərin müqaviləyə uyğun əmlak mənafeləri nisbətini o dərəcədə pozar və maraqlı tərəfə o qədər zərər vurardı ki, o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olardı; 422.2.4. işgüzar adətlərdən və ya müqav ilənin mahiyyətindən şəraitin dəyişməsi riskini maraqlı tərəfin daşıdığı irəli gəlmir. 422.3. Əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə görə müqavilə ləğv edilərkən tərəflərdən hər hansı birinin tələbi ilə məhkəmə müqavilənin icrası ilə əlaqədar çəkilmiş xərclərin tərəflər arasında ədalətli bölüşdürülməsi zərurətini əsas götürərək, müqavilənin ləğv edilməsi nəticələrini müəyyənləşdirir. 422.4. Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin dəyişdirilməsinə müqavilənin ləğvinin ictimai mənafelərə zidd olduğu və ya tərəflərə müqavilənin məhkəmə tərəfindən dəyişdirilmiş şərtlərlə icrası üçün zəruri məsrəflərdən xeyli çox olan zərər vuracağı müstəsna hallarda məhkəmənin qərarı ilə yol verilir.” “Maddə

596. Alıcının əşyanı qəbul etmək vəzifəsi... 596.3. Alıcı alqı-satqı müqaviləs ini pozaraq əşyanı qəbul etmədikdə və ya onun qəbulundan imtina etdikdə satıcı alıcıdan əşyanı qəbul etməyi tələb edə bilər və ya müqavilənin icrasından imtina edə bilər.”

40. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “ Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

78. Sübutların təqdim edilməsi və tələb olunması 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmi n sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır....” “Maddə

218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər... 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. L akin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.” Kassasiya instansiya məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi).

42. Cavabdehin kassasiya şikayətində qeyd edilən dəlillər, qarşılıqlı iddia tələbinin və apellyasiya şikayətinin əsaslandırılması üçün irəli sürdüyü dəlillərlə eyniyyət təşkil edir.

43. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas hesa b etmir və işin müəyyən edilmiş faktiki hallarını nəzərə alaraq hesab edir ki, şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün qiymət verilmişdir.

44. Kollegiya həmin hüquqi qiymətləndirmə və apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, məhkəmə tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından, iş üzrə qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

45. MPM-in 417 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 24 iyun tarixli 2-2(103)-520/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar