Məhkəmə qərarları › İş №2-2(102)-698/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-698/2024

27.11.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-698/2024 27.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının İddiaçı Cavabdehnə ("xxxx" ASC iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla) qarşı iş üzrə QƏRARİ Açar sözlər: apellyasiyanın mümkünlük əsasları Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 18 oktyabr tarixli 2-2(103)-1057/2024 nömrəli qərardadından Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İş üzrə məhkəmə ic raatı a) Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı MMC (bundan sonra-iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC-dən (bundan sonra- cavabdeh) iddiaçının xeyrinə 143.640 manat, dövlət rüsumu olaraq ödənilmiş 433,64 manat, cəmi 144073,64 manat pul məbləğinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 11 sentyabr tarixli, e-2-2(113)3204/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, cavabdehdən 143.640 manat pul məbləği və dövlət rüsumunun əvəzi olaraq 433,64 manatın tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir (hakim Günay Namazova).

3. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi xahiş edilmişdir. b) Apellyasiya instansiyası mə hkəməsindəki icraat

4. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 18 oktyabr tarixli 2-2(103)-1057/2024 nömrəli qərardadı ilə (hakimlər: T.Mahmudova – sədrlik edən və məruzəçi, L.Əliyeva və Z.Şirinov) apellyasiya şikayəti qeyri-mümkün hesab edilərək mülki işin birinci instansiya məkəməsinə göndərilməsi qərara alınmışdır.

5. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, cavabdeh apellyasiya şikayətini qanunla müəyyən edilmiş formaya (Mülki Prosessual Məcəllənin 2021-ci il 1 oktyabrdan qüvvəyə minmiş redaksiyasında 2 saylı Əlavədə göstərilən) riayət etmədən vermiş, birinci instansiya məhkəməsi isə şikayətin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunu tam yoxlamamışdır.

6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mü lki Prosessual Məcəlləsinin 361.1, 363.1.1-1-ci maddələrinə istinadla əsaslandırmışdır.

7. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində həmin qərardadın ləğv edilməsi və işin mahiyyəti üzrə baxılması üçün apellyasiya məhkəməsinə tapşırıq verilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

8. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsi üzrə-hər bir şəxs öz hüquq və azadlıqlarının müdafiəsi üçün məhkəməyə müraciət edə bilər. Apellyasiya şikayətinin formal səbəblərə əsaslanaraq rədd edilməsi isə bu hüququn pozulması ilə nəticələnir və ədalətli məhkəmə baxışının təmin olunmasına mane olur.

9. İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 6-cı maddəsi üzrə-sözügedən maddə hər bir şəxs in ədalətli məhkəmə hüququnu təsbit edir. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarının konteksti göstərir ki, məhkəmə qərarlarının əsasən forma yox, mahiyyət üzrə qiymətləndirilməsi tələb olunur.

10. Mülki Prosessual Məcəllənin 361.1-ci maddəsi üzrə-Apellyasiya şikayətinin forma və məzmun tələbləri prosessual hüquqların qorunması və işin ədalətli baxılması prinsipinə zidd olmamalıdır. Şikayətin formal tələblərə uyğun olmaması əsas göstərilərək rədd edilməsi işin mahiyyətinin araşdırılmaması ilə nəticələnir və məhkəməyə olan inamı zəiflədir.

11. Mülki Prosessual Məcəllənin 363.1 və 363.1.1-1-ci maddələri üzrə-birinci instansiya məhkəməsi şikayətin bu maddələrdə nəzərdə tutulmuş qaydalara uyğun olmadığını bilə-bilə onu apellyasiya instansiyasına göndərmişdir. Apellyasiya mə hkəməsi isə prosessual hüquqları bərpa etmək üçün müvafiq tədbirlər görmək əvəzinə şikayəti sadəcə formal tələblərə əsaslanaraq qəbul etməmişdir. Bu, prosessual hüquqların pozulmasına və ədalətli məhkəmə prinsipinə ziddir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri

13. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.

14. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətlə ndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

361. Apellyasiya şikayətinin məzmunu 361.1. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: 361.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 361.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; 361.1.3. barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; 361.1.4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; 361.1.5. şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; 361.1.6. şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; 361.1.7. şikayətə əlavə edilən sənədlərin siyahısı...” “Maddə

363. Apellyasiya şikayətinin qaytarılması... 363.1.1-1. Apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır....” “Maddə

366. Apellyasiya mümkünlüyünün yoxlanılması 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 366.4. Apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər”. “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

16. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən kassaiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərardadının ləğvi üçün əsas hesab etmir.

17. Belə ki, məhkəmə aktlarından verilən apellyasiya şikayətinin formasını müəyyən edən «2 saylı Əlavə» «Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında» Azərbaycan Respublikasının 2021-ci il 09 iyul tarixli Qanunu ilə təsdiq edilmiş və MPM-ə daxil edilmişdir.

18. Bundan əlavə, apellyasiya şikayətinin sözügedən 2 saylı Əlavədə nəzərdə tutulmuş formada verilməsi, məhz MPM-nin 361.1-ci maddəsinin tələbidir. Həmin normada MPM ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətinə dair tələblər göstərilmiş, Məcəllənin digər 363-cü maddəsi isə 361.1-ci maddəsinin tələblərinə cavab verməyən apellyasiya şikayətinin geri qaytarılmalı olduğunu müəyyən etmişdir.

19. Həmin formanın tələbi ondan ibarətdir ki, məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün MPM-nin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslarına uyğun olaraq, (formanın 6-10-cu bəndləri) birinci instansiya məhkəməsi tərəfindən məhkəmə aktı qəbul edilərkən yol verilən pozuntuların nədən ibarət olması barədə dəlillər təqdim olunmalıdır. Bu zaman şikayəti verən tərəfin seçimi ilə həmin formanın 6-10-cu bəndlərinin hamısı və ya biri (bir neçəsi) üzrə dəlillər təqdim oluna bilər.

20. Apellyasiya şikayətini n maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər olduqda isə, şikayət olunan qətnamə çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi və ya prosessual hüquq norması sıralanmaqla göstərilməlidir. Göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. Nəzərə alınmalıdır ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır (MPM-nin 372.7-ci maddəsi).

21. Göstərilənlərə əsasən məhkəmə kollegiyası cavabdehin iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsindən verdiyi apellyasiya şikayətinin MPM-nin 2021-ci il 1 oktyabr tarixindən qüvvəyə minmiş redaksiyası ilə müəyyən edilmiş formada (2 saylı Əlavə) tərtib edilmədiyini nəzərə alaraq, apellyasiya instansiyası məhkəməsinin həmin apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi barədə qənaətini MPM-nin 363.1 və 363.1.1-1-ci maddələrinin tələblərinə uyğun hesab edir. Kollegiya eyni zamanda qeyd edilməsini zəruri hesab edir ki, MPM-nin 363.4-cü maddəsinə əsasən bu Məcəllənin 363.1.1 və 363.1.2ci maddələrində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra, şikayəti vermiş yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər.

22. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

23. Məhkəmə kollegiyası MPM-in 416 -419-cu maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 18 oktyabr tarixli 2-2(103)-1057/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar