Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-699/2022 07.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: kredit müqaviləsi üzrə əsas borc, faiz borcu, dəbbə pulu Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 4 iyul tarixli, 2-2(103)545/2022 saylı qətnaməsindən cavabdeh tərəf indən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ 1. 2019-cu il 26 dekabr tarixli, 1042H nömrəli müqavilədən görünür ki, İddiaçı ASC ilə Cavabdeh MMC arasında bağlanmış kredit müqaviləsinə əsasən borcalana 12 ay müddətinə illik 12 faiz dərəcəsi ilə 4.888.105 manat məbləğində borc öhdəliyinin icrası üçün kredit verilmişdir. 2. 2021-ci il 3 fevral tarixli, **********294 saylı maliyyə arayışından görünür ki, Cavabdeh MMC-nin kredit müqaviləsinə əsasən kredit üzrə 2021-ci il 25 yanvar tarixə əsas borcu 4.888.105 manat, faiz borcu 58.9831,34 manat, cərimə borcu 43.992,94 manat, kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən hesablanmış faiz borcu (5%) 19.688,10 manat olmaqla, müqavilənin tələbləri əsasında yaranan ümumi borc 5.541.617,38 manat təşkil edir.
3. Ləğv prosesində olan İddiaçı ASC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********0262 bildiriş məktubla sonuncuya 5541617,38 manat məbləğində borcun 3 gün ərzində ödənilməsi təklif edilmiş, borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin (bundan sonra – “bank”) ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (bundan sonra – “iddiaçı”) Cavabdeh MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 4.888.105 manat əsas, 589.831,34 manat faiz, 43.992,94 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2014-cü il 24 dekabr tarixli Plenum qərarına əsasən hesablanmış 19.688,10 manat faiz borcu, 12 manat notarial xərclər və iş üzrə ödənilmiş 30,40 manat dövlət rüsumunun cavabdehdən tutularaq, ləğv prosesində olan banka ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, bankla cavabdeh arasında bağlanmış 2019-cu il 26 dekabr tarixli 1042H nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 12 ay müddətinə illik 12 faiz dərəcəsi ilə 4.888.105 manat məbləğində borc öhdəliyinin icrası üçün kredit verilmişdir. Kredit müqaviləsinin 3.3-cü bəndinə əsasən cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyini yerinə yetirməmiş, onun 2021-ci il 25 yanvar tarixə kredit üzrə cəmi borcu 5.541.617,38 manat təşkil etmişdir. Bunun 4.888.105 manatını əsas, 589.831,34 manatını faiz, 43.992,94 manatını cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2014-cü il 24 dekabr tarixli Plenum qərarına əsasən hesablanmış 19.688,10 manatını faiz borcu təşkil edir. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və **********262 saylı 2021-ci il 2 fevral tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh banka heç bir cavab verməmiş və kredit borcunun qaytarılmasını təmin etməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəli kləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi, cavadeh tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi.
6. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 442, 445, 445.2.1, 445.2.2, 445.3, 448.1, 739.1, 427.3, 445.7, 445.7, 465, 449.1, 449.4-cü maddələrinə istinad olunmuşdur.
7. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim olun mamışdır.
8. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 27 may tarixli, e-2-2(113)-1766/2021 saylı qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmuşdur.
9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2021ci il 3 avqust tarixli, 9/4804 saylı ekspert rəyindən müəyyən olunur ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları, 2019-cu il 15 iyul tarixli, DSF0023H saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh MMC-nin kredit müqaviləsinin müddətinin bitdiyi tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan əsas borcu 4.888.105 manat, faiz borcu 586.572,60 manat məbləğində müəyyən edilir, Cavabdeh MMC-nin məhkəməyə müraciət olunan tarixə İddiaçı ASC-yə olan əsas borcu 4.888.105 manat, faiz borcu 636.132,55 manat məbləğind ə müəyyən edilir.
10. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 10 sentyabr tarixli, e-2-2(113)1766/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 4.888.105 manat əsas borc, 586.572,60 manat faiz, 40.000 manat cərimə, kredit müqaviləsinin müddəti bitəndən sonra 5 %-lə hesablanmış 19.688,10 manat faiz borcu, 12 manat notarial xərclər və ödənilmiş dövlət rüsumuna görə 30,40 manat olmaqla, ümumilikdə 5.534.408,1 manat məbləğində pulun ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması qət olunmuş, iddia qalan hissədə təmin edilməmişdir (hakim – Z.Axundova).
11. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn hüquq münasibətləri mövcud olmuş, bank müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabde h kredit məbləği və kredit üzrə hesablanmış faizləri müqavilədə müəyyən edilmiş müddətdə və qaydada iddiaçıya tam qaytarmamış, müqavilə üzrə öhdəliklərini pozmuş və cavabdehin banka 4.888.105 manat məbləğində əsas borcunun mövcudluğu işdə olan sübutlarla öz təsdiqini tapmışdır.
12. İddia tələbinin digər hissəsi iddia müddətinin sonuna olan 589.831,34 manat məbləğində faiz borcunun cavabdehdən tutulmasından ibarət olmuş, məhkəmə iddianın həmin hissədə qismən - iddia müddətinin sonuna olan 586.572,60 manat faiz borcunun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində təmin edilməli olması qənaətinə gəlmişdir.
13. Həmçinin, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlı olmuşdur. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq dəbbə pulunu 40.000 manat məbləğində müəyyən etmişdir.
14. İddia tələbi ilə həmçinin kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2014-cü il 24 dekabr tarixli Plenum qərarına əsasən hesablanmış 19.688,10 manat faiz borcunun cavabdehdən tutulması da xahiş olunmuşdur. Məhkəmə hesab etmişdir ki, cavabdeh pul məbləğinin ödənilməsini gecikdirdiyindən, iddiaçının cavabdehdən gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanmış məbləğin ödənilməsini tələb etmək hüququ yaranmışdır. Bu səbəbdən, iddia həmin hissədə də tam təmin olunaraq, illik beş faizlə hesablanmış 19.688,10 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
15. Gəldi yi nəticəni məhkəmə MM-in 385.1, 442, 443.1, 448.1, 445.1, 445.7, 462.1, 467-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
16. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 4 iyul tarixli, 2-2(103)-545/2022 saylı qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – V.Məmmədov, hakimlər – R.Qurbanov və V.Baxışova).
18. Məhkəmə kollegiyası apellyasiya şikayəti ilə razılaşmayaraq onun dəlillərinin əsassız olması qənaətinə gəlmişdir. Belə ki, cavabdehin qanuni təmsilçisi Qanuni nümayəndə tərəfindən İ.Məmmədova verilən 2019-cu il 25 dekabr tarixli etibarnamədə digər geniş səlahiyyətlərlə yanaşı kredit müqavilələrini bağlamaq hüququ da nəzərdə tutulmuşdur.
19. Məhkəmə kollegiyası şikayətin cavabdehin məhkəmə proseslərinin vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməməsi barədə dəlilinə münasibətdə bildirmişdir ki, işdə olan məhkəmə bildirişləri cavabdehin hüquqi ünvanı AZ1116 ünvan 1deh apellyasiya şikayətinə də işin faktiki hallarına dair heç bir sübut əlavə etməmişdir.
20. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 427.3, 442, 445.1, 445.2, 445.2.1, 445.2.2, 445.7, 448.1, 448.2, 462.1, 467, 739.1, 739.2, 741, MPM-in 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
21. Apellyasiya məhkəməsinin qətnaməsi 2022-ci il 13 iyul t arixdə iş üzrə tərəflərin nümayəndələrinə məxsus şəxsi elektron kabinetlərdə yerləşdirilmişdir.
22. Qətnamədən cavabdeh 2022-ci il 8 sentyabr tarixdə kassasiya şikayəti verərək onun ləğv olunmasını və işin yenidən tam, hərtərəfli və obyektiv araşdırılması üçün müvafiq göstərişlə apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
23. MM-in 1.1, 1.2, 462.1, 467-ci maddələrinin tələbləri pozulmuşdur. Aşağı instansiya məhkəmələri qətnamə qəbul edərkən cavabdeh hüquqi şəxsin mənafelərini nəzərə almamışdır.
24. MPM-in 8.1, 9.1-ci maddələrinin tələbləri pozulmuşdur. İşə baxan məhkəmələr iddiaçının hüquqlarını tam olaraq müdafiə etmiş, cavabdehin hüquqlarını, yəni vəziyyətini nə zərə almamış, əsas borcun, əsas borca görə hesablanmış faizlərin tutulmasını qərara almaqla yanaşı 43.992,94 manat məbləğində cərimənin, əlavə olaraq 19.688,10 manat məbləğində faizin tutulmasını da qərara almışlar. Bu isə, maddi durumu ağır olan cavabdehin vəziyyətini daha da ağırlaşdırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. II. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
26. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin verildiyi gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətlərinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
27. Apellyasiya məhkəməsinin qətnaməsi tam mübahisələndirilsə də hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinin tələbləri baxımından yoxlanılacaqdır.
28. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. III. TƏTBİQ EDİLƏN HÜQUQ
29. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulmuşdur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
427. Öhdəliyin icrası müddəti... 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin mə zmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....” “Maddə
445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır:... 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.... 445.7. Borclu pul məbləğinin ödənilməsini gecik dirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir....” “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz....” “Maddə
462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir....” “Maddə
467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.” “Maddə
739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülk iyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.” “Maddə
741. Borc üzrə faizlər Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.”
30. Azərbaycan Respublikas ının Mülki Prosessual müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş p rosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” IV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
31. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
32. Kassasiya şikayətinin dəlilləri bundan ibarət olmuşdur ki, aşağı instansiya məhkəmələri iş üzrə qətnamə qəbul edərkən yalnız iddiaçının mənafelərindən çıxış etmiş, cavabdehin mənafelərini nəzərə almamışdır.
33. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə aşağıda göstərilənlərə əsasən razılaşmadığını bildirir.
34. Hazırkı halda, işdən və apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən göründ üyü kimi, məhkəmələr iş materiallarında olan sübutları və iş üzrə əldə olunmuş cavabdehin iddiaçıya olan borcunun müəyyən edildiyi ekspert rəyini əlaqəli şəkildə təhlil edərək cavabdehin iddiaçıya kredit müqaviləsi üzrə borcunun olmasına dair əsaslandırılmış nəticəyə gəlmişlər. Habelə, məhkəmə cavabdehin də mənafeyini nəzərə alaraq, iddia ərizəsi ilə tələb olunan cərimə məbləğini də azaltmışdır. Bu səbəbdən, işdə olan sübutlar və ekspert rəyi əsasında qanuni və əsaslı qətnamə qəbul etməklə yanaşı cavabdehin mənafeyinin də nəzərə alınaraq cərimə məbləğinin azaldıldığı qətnamənin cavabdehin mənafeyinin nəzərə alınmaması dəlili ilə mübahisələndirilməsi əsassız olmuşdur.
35. Qeyd edilənləri nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində gös tərilən dəlillər Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 4 iyul tarixli, 2-2(103)-545/2022 qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz.
36. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ:
37. Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 4 iyul tarixli, 22(103)-545/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.