Məhkəmə qərarları › İş №2-2(102)-7/2020

Ali Məhkəmə Qərar — İş №2-2(102)-7/2020

08.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-7/2020 08.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası Ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi “Əmanətlərin Sığortalanması Fondu” Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRAR Açar sözlər: (kredit müqaviləsi, kredit məbləğinin real verilməsi, sübutetmə vasitəsi). GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, iddiaçının vəkili Vəkil iştirakı ilə iddiaçı ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi “Əmanətlərin Sığortalanması Fondu”n un (bundan sonra mətndə iddiaçı) Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə (bundan sonra mətndə cavabdeh) qarşı borc tələbinə dair iqtisadi iş üzrə Gəncə Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 22(104)-53/2019 saylı xx xxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, xx xxxxxx 2020-ci il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Cavabdeh-dən 365.000 manat məbləğində əsas borc, 57.729,39 manat məbləğində faiz məbləği olmaqla, cəmi 422.729,39 manat məbləğində borcun, 31 manat dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onun la əsaslandırmışdır ki, xx xxxx 2013-cü il tarixdə tərəflər arasında 016 nömrəli kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Bank tərəfindən borcluya illik 12 faiz ödənilməsi şərti ilə 60 ay müddətinə, 24 aylıq güzəştlə 365.000 manat məbləğində borc pul verilmişdir. Lakin borclu öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin xx xxxxx 2018-ci il tarixə banka 365.000 manat məbləğində əsas borc, 57.729,39 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 422.729,39 manat məbləğində borcu qalmışdır. Cavabdehə borcun ödənilməsi barədə pretenziyalar göndərilsə də borc məbləği ödənilməmişdir. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2-2(83)-574/2018 saylı qətnaməsi ilə (hakim: R.Z.Mamedov) iddia təmin edilərək, cavabdehdən xx xxxx 2013-cü il tarixli, 016 nömrəli müqavilə üzrə 365.000 manat məbləğində əsas borc, 57.729,39 manat məbləğində faiz borcu olmaqla ümumilikdə 422.729,39 manat məbləğində pul vəsaiti və 31 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdeh tərəfindən apelyasiya şikayəti verilmiş, Gəncə Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2-2(104)-53/2019 saylı qətnaməsi ilə (sədrlik edən: A.H.Hüseynzadə, hakimlər: L.S.Süleymanov və İ.Ə.Şəfiyev) Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2-2(83)-574/2018 saylı qətnaməsi ləğv edilmiş, iddia təmin edilməmişdir. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən iddiaçı kassasiya şikayəti verərək Gəncə Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2-2(104)-53/2019 saylı qətnaməsinin ləğv edilməsini və işin yenidən araşdırılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, apelyasiya instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən əsassız və qanunsuzdur. Belə ki, məhkəmə qətnamə qəbul edərkən yalnız Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiya ilə Mübarizə Baş İdarəsi tərəfindən cavablandırılmış sorğuya əsaslanmış və qətnamənin ləğv edilməli olduğu qənaətinə gəlmişdir.Lakin məhkəmə burada bir xüsusatı diqqətdən qaçırmış, bununla da heç bir maddi hüquq normalarına əsaslanmayan səh v qətnamə elan etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə çıxışlarında cavabdehin möhürünün daim onda olduğu və möhürü heç kimə vermədiyini bildirmişdir. Bundan başqa, məhkəmədə iş üçün əhəmiyyətli olan məhkəmə-xətşünaslıq ekspertizası təyin edilməmiş və müqavilələrdə qeyd olunmuş imza və möhür araşdırılmamışdır. Mübahisə olunan müqavilələr “xxxx” ASC ilə hüquqi şəxs olan Cavabdeh arasında bağlanmışdır və müqavilələrdəki möhürlər Cavabdeh-yə məxsusdur, qeyd edilən işdə ən başlıca dəlil budur. Lakin məhkəmə buna diqqət etməmiş və sonda hüququn tətbiqində yol verilmiş səhv nəticəsində, həmçinin tətbiq edilməli olan qanun və normativ aktların tətbiq edilməməsi nəticəsində belə bir qətnamə elan etmişdir. İşin ətraflı və ədalətli araşdırılması üçün məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməs i zəruridir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, Gəncə Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2-2(104)-53/2019 saylı qətnaməsinin ləğv edilməsini və işin yenidən araşdırılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə icl asına gəlməməsi işə baxılmasına mane olmur. (MPM-nin 415.3-cü maddəsi). ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına əsasən, hazırkı ləğv prosesində olan “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2013-cü il tarixli 016 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı bank tərəfindən Cavabdeh-yə 24 aylıq güzəştlə, 60 ay müddətinə, illik 12 faiz ödənilməsi şərt i 365.000 manat borc pul verilməsi nəzərdə tutulmuş, qeyd olunan pul məbləği Cavabdeh-nin iddiaçı bankda olmuş bank hesabına köçürülmüşdür. İş materiallarında olan Cavabdeh-nin hesabından çıxarışla 365.000 manat pul vəsaitinin xx xxxx 2013-cü il tarixdə hesabdan nəğd vəsait kimi çıxarılması müəyyən edilsə də, pulun götürülməsini təsdiq edən kassa məxaric orderi iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Cavabdeh-nin nümayəndəsi kredit müqaviləsi üzrə pul vəsaitinin Cavabdeh-nin hesabına köçürülməsindən məlumatı olmadığını və həmin hesabdan Cavabdeh tərəfindən pul vəsaitinin götürülmədiyini iddia etmişdir ki, iddiaçı bank da sübutetmə vəzifəsinə uyğun olaraq pul vəsaitinin Cavabdeh tərəfindən alınmasını təsdiq edən hər hansı bir sənədi məhkəməyə təqdim edə bilməmişdir. İddiaçının nüm ayəndəsi bağlanmış kredit müqaviləsinin və bununla bağlı digər sənədlərin Azərbaycan Respublikasının Prokurorluğu Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən götürüldüyünü əsas gətirərək həmin sənədlərin onlarda olmadığını iddia etmişdir. Buna görə də məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikasının Prokurorluğu Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindən alınmış cavabda “xxxx” ASC-nin fəaliyyəti dövründə Cavabdeh-yə 365.000 manat məbləğində kredit verilməsi ilə əlaqədar kredit qovluğunda pulun götürülməsini təsdiq edən sənəd, ödənişlərə dair qəbz və ya digər sənədlərin mövcud olmadığı qeyd olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən, öhdəliyə görə bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti et məlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. (maddə 385.1) Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. (maddə 442) Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qay tarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. (maddə 739) İddiaçının kassasiya şikayətinin başlıca dəlili tərəflər arasında etibarlı kredit müqaviləsinin mövcudluğu ilə bağlıdır. MPM-in 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qeyd olunmalıdır ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi, həmin müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi, o cümlədən pul məbləğinin verilməsini təsdiq edən sübut kimi qiymətləndirilə bilməz. Beləliklə, məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, “xxxx” ASC ilə Cavabdeh arasında xx xxxx 2013-cü il tarixdə 365.000 manat borc məbləğinin verilməsinə dair kredit müqaviləsinin bağlanması öz təsdiqini tapsa da, iddiaçı bank kredit müqaviləsi üzrə öhdəliyini icra edərək, qeyd olunan borc məbləğini Cavabdeh-yə verməsini sübut edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Göründüyü kimi, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. MPM-in 88-ci maddəsinin tələbinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217.1-ci maddəsinə əsasən, məhkəmə qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən sübutlar düzgün qiymətləndirilmiş, maddi və prosessual hüquq normaları pozulmamışdır. İddianın təmin edilməməsi barədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Nəticə hissəsi: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Gəncə Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(104)-53/2019 saylı xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar