Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-7/2025 17.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı x1 Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: icarə müqaviləsi, icarə haqqı tələbi, öhdəliyin pozulması (və ya lazımınca icra edilməməsi), öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi, sübutetmə vəzifəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, iddiaçı x1 Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Cavabdehnə qarşı icarə ha qqı və maddi ziyanın ödənilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 4 iyul tarixli 2-2(103)-42/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. İcraçı x1 Azərbaycan Respublikasındakı Nümayəndəliyi ilə sifarişçi Cavabdeh arasında 2021-ci il 10 iyun tarixində xidmətlərin göstərilməsi barədə müqavilə bağlanmış, müqavilədə onun 2021-ci il 31 dekabr tarixinədək qüvvədə olması nəzərdə tutulmuşdur. Həmin müqaviləyə əsasən, 10 ədəd skip və 3 ədəd tor örtüyü Cavabdeh MMC-yə icarəyə verilmişdir. Həmin müqavilənin: - 1.1-ci bəndinə əsasən sifarişçi sifariş verir, icraçı isə hazırkı müqaviləyə əlavədə göstərilən qiymətlərlə xidmətlərin göstərilməsi üzrə öhdəliyi öz üzə rinə götürür; - 5.1-ci bəndinə əsasən icraçı və sifarişçi hazırkı müqavilə üzrə öz öhdəliklərinin yerinə yetirilməməsi, yaxud səhlənkar yerinə yetirməsi üçün Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyır.
2. Müqavilə tərəfləri arasında müqaviləyə 2021-ci il 10 iyun tarixində 1 nömrəli əlavə, 2021-ci il 16 iyun tarixində 2 nömrəli əlavə, 2021-ci il 30 iyun tarixində 3 nömrəli əlavə, 2021-ci il 27 dekabr tarixində 4 nömrəli əlavə imzalanmışdır.
3. Müqaviləyə 1 nömrəli əlavə ilə skip itdiyi və ya sıradan çıxdığı halda sifarişçi Cavabdeh skipin dəyərini, yəni 8.500 manatı, tor örtüyü itdiyi və zədələndiyi halda 125 manat pulu ödəməyi öhdəsinə götürmüşdür.
4. Müqaviləyə 3 nömrəli əlavə ilə Cavabdeh Kompaniyasının Azərbaycan Respublikasındakı nümayəndəliyindən icarə yə götürdüyü skiplərin sınaq, sertifikasiya işləri və ondan irəli gələn bütün məsuliyyətlərdən azad olunmuş, sifarişçiyə müddətli icarəyə verilmiş skiplərin vacib testlərin edilməsi və sertifikatlaşdırılması xərclərinin sifarişçi tərəfindən ödənilməsinə zəmanət verilmişdir.
5. Müqaviləyə 4 nömrəli əlavə ilə müqavilənin müddəti 2022-ci il 31 dekabr tarixinədək uzadılmışdır. 6. x1 Azərbaycan Respublikasındakı Nümayəndəliyi Cavabdehnə 2022-ci il 3 noyabr tarixində pretenziya göndərərək 8 aylıq icarə haqqı 18.390,30 manatın, skiplərin bərpasına görə 13.050 manatın, 1 dədə skip və tor örtüyünün geri qaytarılmamasına görə 8.875 manat vəsaitin, skiplərin testi və sertifikatlaşdırılması üçün 2.500 manat, cəmi 42.815,30 manat pulun tutulmasını xahiş etmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci inst ansiya məhkəməsindəki icraat
7. İddiaçı x1 Azərbaycan Respublikasındakı Nümayəndəliyi (bundan sonra“iddiaçı”) Cavabdehnə (bundan sonra-“cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2021-ci il 10 iyun tarixli xidmət müqaviləsi üzrə ödənilməmiş 8 aylıq icarə haqqı-18.390,30 manat, skiplərin bərpasına görə-13.050 manat, 1 ədəd skip və 3 ədəd tor örtüyünün geri qaytarılmamasına görə-8.875 manat, skiplərin testi və sertifikatlaşdırılması üçün 2.500 manat olmaqla, cəmi 42.815,30 manat pulun cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2021-ci il 10 iyun tarixində cavabdeh ilə müqavilə imzalamış və 2021-ci il 10 iyun tarixində təhvil-təslim aktı ilə iddiaçıya məxsus 10 əd əd skip və 3 ədəd tor örtüyü cavabdehə təhvil verilmişdir. Müqavilə şərtlərinə və müqaviləyə edilmiş əlavələrə əsasən, skipin itdiyi və ya sıradan çıxdığı halda cavabdeh skipin dəyərini, yəni 8.500 manat, skip üçün nəzərdə tutulan tor örtüyü itdiyi və ya zədələndiyi halda 125 manat iddiaçıya ödənilməlidir. Cavabdeh icarəyə götürdüyü skiplərin sınaq, sertifikatlaşma işlərini öz üzərinə götürmüşdür. 2021-ci il 10 iyun tarixli xidmət müqaviləsinin müddəti 2021-ci il 27 dekabr tarixindən 2022-ci il 31 dekabr tarixinədək uzadılmışdır. 2022-ci il 1 sentyabr tarixində 9 ədəd skip iddiaçının Sahil qəsəbəsi ərazisində yol kənarında aşkar edilmiş, cavabdeh ilə əlaqə saxlandıqda onlar bu skipləri kiməsə tapşırdıqlarını və bir neçə günə geri qaytaracaqlarını bildirmişlər. Cavabdehin adından danışan bir nəfər 2022-ci il 7 sentyabr tarixində 9 ədəd skip iddiaçının Sahil qəsəbəsi ərazisində yerləşən bazasına təhvil-təslim sənədi olmadan gətirmiş, lakin skiplərin vəziyyətləri qənaətbəxş olmadığından və geri qaytarma sənədləri olmadığına görə, skipləri ərazidə qoyub məsləhətləşmək üçün ərazini tərk etmişdir. 2022ci il 11 sentyabr tarixində Maykl Ottevell bir neçə dəfə cavabdehin direktoru Vüqar Həmidov və Rəşad Guzanov ilə əlaqə yaratmaga çalışmış, lakin telefonları bağlı olduğundan əlaqə mümkün olmamışdır. Maykl Ottevell icarə olunan sonuncu skip və 3 ədəd tor örtüyünün harada olduğu və 6 aylıq icarə haqqının nə vaxt ödəniləcəyini bildirməyi xahiş etmişdir. Digər tərəfdən, skiplərin yararsız hala salındığını, müqaviləyə uyğun heç bir test və sertifikatlaşma olmadığını, müqavilə şərtlərin in pozulduğunu cavabdeh rəhbərlərinin nəzərinə çatdırmış, Azərbaycan Respublikasının “İcarə haqqında” Qanun və digər qanunlarında irəli gələn qanun pozuntuları barədə məhkəməyə müraciət edəcəyini bildirmişdir.
9. Məhkəmə tərəfindən təyin olunmuş məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 2023-cü il 5 may tarixli rəydə 9 ədəd skipin təmiri üçün tələb edilən məbləğin ümumi miqdarının nəzəri qaydada təxminən 13.050 manat müəyyən edildiyi qeyd olunmuşdur.
10. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 10 iyul tarixli e-2-2(113)-363/2023 nömrəli qətnaməsi iddia qismən təmin olunmuş, 2021-ci il 10 iyun tarixli xidmət müqaviləsi üzrə icarə haqqı borcu olaraq 13.669,71 manat, skiplərin bərpasına görə 13.050 manat, 1 ədəd skip və 3 ədəd tor örtüyünün geri qaytarılmasına görə 8.875 manat olmaqla, cəmi 35.594,71 manat pulun cavabdehdən tutularaq iddiaçıya verilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır (hakim K.Hüseynov).
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, işin müəyyən olunmuş və mübahisələndirilməyən halları ondan ibarətdir ki, tərəflər arasında 10 iyun 2021-ci il tarixində xidmətlərin göstərilməsi barədə müqavilə bağlanmışdır. Müqaviləyə əsasən 10 ədəd skip və 3 ədəd tor örtüyü Cavabdeh MMC-yə icarəyə verilmişdir. Bundan sonra tərəflər arasında 10 iyun 2021-ci il tarixində müqaviləyə 01 saylı əlavə, 16 iyun 2021-ci il tarixində 02 saylı Əlavə, 30 iyun 2021-ci il tarixdə 03 saylı əlavə və 27 dekabr 2021-ci il tarixində 04 saylı Əlavə imzalanmışdır. 12. 10 iyun 2021-ci il tarixli müqaviləyə 01 saylı Əlavədən görünür ki, skip itdiyi və ya sıradan çıxdığı halda sifarişçi skipin dəyərini, yəni 8500 manatı, tor örtüyü itdiyi və zədələndiyi halda 125 manat pul məbləği ödəməyi öhdəsinə götürmüşdür.
13. Hazırda iddiaçı ödənilməmiş icarə haqqını, skiplərə dəymiş zərəri, skip və tor örtüyü qaytarılmadığı üçün müqavilədə buna görə nəzərdə tutulmuş pulu və sertifikasiya xərclərini tələb edir.
14. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin adı xidmət müqaviləsi adlansa da, müqavilənin əsl məzmununa diqqət yetirildikdə aydın olur ki, qeyd edilmiş müqavilə icarə müqaviləsidir və ona görə də, hazırkı mübahisə icarə hüquq münasibətlərini tənzimləyən normalar baxımından həll edilməlidir.
15. Məhkəmə müəyyən etmişdir ki, 9 ədəd skip 2022-ci ilin sentyabr ayında iddiaçı tərəfindən təhvil-təslim olmadan qəbul edilmiş və 1 ədəd skip və 3 ədəd tor örtüyü isə qaytarılmamamışdır.
16. Məhkəmə iddianın skiplərin bərpası ilə bağlı 13.050 manat pulun tələb edilməsi tələbinə qiymət verərək göstərmişdir ki, iddiaçı tərəf 9 ədəd skipə zərər vurulduğunun təsdiqi olaraq 29 sentyabr 2022-ci il tarixində Caspian Limited şirkəti tərəfindən verilmiş qiymətləndirmə məktubuna istinad edir.
17. Verilmiş olan əşyaların hansı vəziyyətdə qaytarıldığını sübut etmə vəzifəsi icarəçinin üzərinə düşür. Hazırkı halda isə icarəçi, yəni cavabdeh 9 ədəd skipin tam yararlı vəziyyətdə qaytarılmasını sübut edə bilmir. Qeyd edilən hal isə 9 ədəd skipə vurulmuş olan ziyanın məhz Cavabdeh MMC tərəfindən vurulmasına dəlalət edir.
18. Məhkəmə tərəfind ən skiplərə vurulmuş ziyanın məbləğinin müəyyən edilməsi məqsədi ilə təyin edilmiş ekspertizanın 05 may 2023-cü il tarixli rəyinə əsasən 9 ədəd skipin təmiri üçün tələb edilən məbləğin ümumi miqdarı nəzəri qaydada təxminən 13.050 manat təşkil etmişdir.
19. Məhkəmə iş üzrə ekspert rəyini işdə olan digər sübutlarla birgə qiymətləndirərək belə qənaətə gəlmişdir ki, 9 ədəd skipin təmiri və bərpası üçün 13.050 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
20. Məhkəmə iddianın 1 ədəd skip və 3 ədəd tor örtüyünün geri qaytarılmamasına görə 8.875 manat pulun tələb edilməsi ilə bağlı göstərmişdir ki, işin müəyyən olunmuş hallarından da göründüyü kimi, digər 9 ədəd skip qaytarılmış olsa da, 1 ədəd skip və 3 ədəd tor örtüyü iddiaçıya geri qaytarılmamışdır.
21. İddiaçı haqlı olaraq tərəflər arasında bağlanmış olan müqavilənin 2 nömrəli əlavəsinə istinad etməklə qeyd olunmuş əşyaların pulunu tələb etmişdir. Belə ki, əgər cavabdeh tərəf qeyd edilmiş əşyaları həqiqətən də, qaytarmaq istəyi olsa idi, artıq bu müddət ərzində qaytarmış olar və ya saxlanca vermiş olardı. Ona görə də, məhkəmə 1 ədəd skip və 3 ədəd tor örtüyünün geri qaytarılmaması görə 8.875 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması qənaətinə gəlmişdir.
22. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 21.1, 21.2, 390.1, 390.4, 443.1, 675, 697.2, 700.1-700.3 və 705-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra“MPM”) 14.1, 14.2, 77.1 və 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
23. Cavabdeh tərəfində n həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin qismən-“skiplərin bərpasına görə 13.050 manat tutulması, 1 ədəd skip və 3 ədəd tor örtüyünün geri qaytarılmasına görə 8.875 manatın cavabdehdən tutulması” hissələrində ləğv edilərək həmin hissədə iddianın təmin olunmaması xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
24. Apellyasiya məhkəməsi cavabdehin vəsatətinə əsasən iddiaçıya qaytarılmış 9 ədəd skipdə mövcud olan qüsurlar və bu qüsurların aradan qaldırılması üçün (görüləcək işlərin və mal-materialın dəyəri ayrı-ayrılıqda qeyd edilməklə) nə qədər vəsait tələb olunması, iddiaçıya qaytarılmayan və hazırda cavabdehdə olan 1 ədəd skip və 3 ədəd tor örtüyündə hazırda hansı qüsurlar mövcud olması və onların aradan qaldırılması üçün nə qədər vəsait tələb olun masının müəyyənləşdirilməsi üçün iş üzrə təkrar məhkəmə əmtəəşünaslıq ekspertizası təyin etmişdir.
25. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2024-cü il 16 may tarixli rəyində qeyd edilmişdir ki, “OEG” Caspian Limited şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin əməkdaşı Ruslan Tuayev adlı şəxsin 2022-ci il 22 sentyabr tarixli məktubuna əsasən nəzəri qaydada hesablanmaqla 9 ədəd skipin təmiri üçün təxminən 13.050 manat (1 ədəd üçün 1.450 manat), 1 ədəd skipin itdiyi və sıradan çıxdığı halda 8.500, 3 ədəd tor örtüyünə görə 360 manat (3 ədəd x 125 manat) vəsait tələb olunur.
26. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 4 iyul tarixli 2-2(103)-42/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci in stansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edənməruzəçi hakim V.Baxışova, hakimlər R.Qurbanov və Z.Şirinov).
27. Mübahisələndirilən hissədə məhkəmə aktını yoxlayan apellyasiya məhkəməsi qeyd etmişdir ki, iş üzrə iddiaçı xarici hüquqi şəxs olduğundan ilk öncə Bakı Kommersiya Məhkəməsinin hazırkı mübahisəyə baxmağa beynəlxalq səlahiyyəti olub-olmadığına hüquqi qiymət verilməlidir. Tərəflər arasında bağlanmış müqavilənin 9.2-ci bəndində qeyd edilmişdir ki, tərəflər öz aralarında razılığa gələ bilməzlərsə, mübahisənin həll olunması Azərbaycan Respublikası iqtisad məhkəməsinə verilir. Azərbaycan Respublikasında hazırda iqtisad məhkəməsinin funksiyalarını kommersiya məhkəməsi icra etdiyindən müəyyən olunur ki, tərəflər arasında bağlanmış yazılı sazişə əsasən Bakı K ommersiya Məhkəməsi mübahisəyə baxmağa səlahiyyətli olmuşdur.
28. Mübahisə milli qanunvericilik normaları əsasında həll olunmuşdur. Tərəflər arasında bağlanmış müqavilədə mübahisənin hansı tərəfin aid olduğu ölkənin qanunları əsasında həll edilməsi nəzərdə tutulmamışdır. “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1.3-cü maddəsində qeyd olunur ki, müqavilə tərəfləri arasında həmin müqaviləyə tətbiq edilməli hüquq barədə razılıq olmadığı halda, müqaviləyə əmlak kirayəsi müqaviləsində - kirayə verənin və ya kirayəçinin təsis olunduğu, yaşadığı və ya əsasən fəaliyyət göstərdiyi ölkənin hüququ tətbiq edilir.
29. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” 2023-cü il 14 dekabr tarixli qərarının 5.10-cu bəndində qeyd olunmuşdur ki, tərəflər arasında konkret mübahisəyə xarici hüququn tətbiqinə dair müqavilənin və ya müqavilə şərtinin mövcudluğuna baxmayaraq, tərəflərdən biri mübahisəyə Azərbaycan Respublikası qanununun tətbiqini məhkəmədən xahiş edirsə və qarşı tərəfin etirazı yoxdursa, həmin hal nəzərə alınaraq mübahisəyə Azərbaycan Respublikasının maddi hüquq normaları tətbiq olunmalıdır. Hazırkı halda iddiaçı iddia ərizəsində tələbin qanuni əsası kimi Azərbaycan Respublikasının qanunvericiliyinə istinad etdiyindən və cavabdeh tərəf buna etiraz etmədiyindən, mübahisənin milli qanunvericilik əsasında həll edilməsində hər hansı pozuntu müəyyən olunmamışdır.
30. Mübahisənin mahiyyəti ilə bağlı birinci instansiya məhkəməsi düzgün olaraq müəyyən etmişdir ki, tərəflər arasında bağlanmış 2021-ci il 10 iyun tarixli müqavilə xidmət müqaviləsi adlansa da, müqavilə məzmununa (tərəflərin hüququ və öhdəliklərinə görə) görə icarəyə uyğun olduğundan mübahisə icarə hüquq münasibətlərini tənzimləyən normalar tətbiq olunmaqla həll edilməlidir.
31. Cavabdeh tərəfindən icarə haqqı borcunun tutulması ilə bağlı hissədə qətnamə mübahisələndirilməmiş, mübahisələndirilən hissə icarəçi tərəfindən geri qaytarılmış icarə predmeti olan əmlaka vurulmuş ziyanın, 1 ədəd geri qaytarılmamış skip və 3 ədəd tor üçün tələb edilən məbləğlə bağlı olmuşdur.
32. Cavabdehin vəkili apellyasiya məhkəməsinin təyin edilmiş ekspertiza rəyi ilə razı olmadığını bildirsə də, nə birinci instansiya, nə də apellyasiya məhkəməsinə cavabdeh tərəfindən ekspertizaya göndərilməsi üçün digər mü təxəssis rəyi təqdim olunmamışdır. Halbuki, ekspertiza təyin edilməsi barədə apellyasiya məhkəməsinin 2023-cü il 25 oktyabr tarixli qərardadında məhkəmə tərəfindən bu sahədə zəruri biliyə malik mütəxəssislə müqavilə bağlanması və mütəxəssisin ekspertiza tədqiqatı zamanı iştirakının təmin edilməsi iddiaçı ilə yanaşı, eyni zamanda cavabdehə həvalə olunmuşdur.
33. Məhkəmə işdə cavabdehin iddiaya etirazının dəlillərinin əsaslılığını, geri qaytarılmış skiplərdə yalnız adi istifadə nəticəsində cüzi deformasiya olduğunu, həmin qüsurların aradan qaldırılması üçün daha az məbləğ tələb olunduğunu təsdiqləyən sübutlar olmadığından, geri qaytarılmış skiplərin təmiri və bərpa xərclərinə görə 13.050 manat pulun cavabdehdən tutulması hissəsində qətnaməni qanuni və əsaslı hesab etmişdir.
34. Məhkəmə qeyd etmişdir ki, icarəyə verənə geri qaytarılmamış 1 ədəd skip və 3 ədəd tora görə ödənilməli olan məbləğ müqaviləyə 1 nömrəli əlavə ilə müəyyən edildiyindən, bu hissədə dəymiş ziyanın məbləğinin müəyyənləşdirilməsi üçün ekspert rəyi zəruri hesab olunmamışdır. Belə ki, skip itdiyi və ya sıradan çıxdığı halda sifarişçi cavabdeh skipin dəyərini, yəni 8.500 manatı, tor örtüyü itdiyi və zədələndiyi halda 125 manat pul məbləği ödəməyi öhdəsinə götürmüşdür. Müqavilədə itmə və zədələnmə hallarında bu məbləğlərin ödənilməsi nəzərdə tutulsa da, məhkəmə hesab etmişdir ki, bu şərt əmlakların icarəyə verənə üzrlü və ya üzrsüz səbəbdən qaytarılmadığı bütün hallara aiddir.
35. İddiaçının qaytarılmamış icarə predmetinin dəyərinin ödənilməsi barədə tələbinin qanuni əsasını MM-in 705-ci maddəsi təşkil etmişd ir. Həmin normada qeyd olunur ki, icarə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü obyekti qaytarmırsa, icarəyə verən obyektin saxlandığı müddət üçün həm aylıq icarə haqqı məbləğində kompensasiya, həm də digər zərərin əvəzinin ödənilməsi tələb edilə bilər. Digər zərərə eyni zamanda qaytarılmayan əmlakın dəyəri də aid edilə bilər.
36. Cavabdehin apellyasiya şikayətinin “dəyəri tələb edilən skipi və 3 ədəd toru qaytarmaq istəsələr də cavabdehin qəbul etməməsi” dəlili ilə bağlı məhkəmə qeyd etmişdir ki, işdə iddia qaldırılanadək cavabdehin həmin əmlakların qaytarılması üçün iddiaçıya müraciət etdiyini təsdiq edən hər hansı sübut mövcud olmamışdır. Belə olan halda iddiaçının müqavilə şərtlərinə və MM-nin 75-ci maddəsinə əsasən ona dəymiş zərərin tutulmasını tə ləb etmək hüququ yarandığından, iddianın bu hissədə rədd edilməsi üçün qanuni əsaslar mövcud olmamışdır.
37. Məhkəmə bu qənaətə gələrkən eyni zamanda nəzərə almışdır ki, işə apellyasiya qaydasında baxılarkən cavabdehə 1 ədəd skipin və 3 ədəd torun iddiaçıya qaytarılması və bu hissədə mübahisənin həll olunması üçün vaxt verilsə də, cavabdeh yalnız qarşı tərəfə məktubla müraciət etmiş, 1 ədəd skipin digərləri kimi geri qaytarılması üçün aktiv hərəkət etməmişdir. İddia qaldırılanadək qaytarılmayan əmlakın özünün qaytarılması və ya dəyərinin ödənilməsi barədə tələblərdən birini irəli sürmək hüququ iddiaçıya aid olduğundan və hazırkı halda iddiaçı zərərin əvəzinin ödənilməsini tələb etdiyindən, birinci instansiya mərhələsində cavabdehin mübahisəni barışıqla tamamlamaq təklifinin qəbul edilməməs i iddianın rədd olunması və ya iş üzrə icraata xitam verilməsi üçün əsas ola bilməz.
38. Göstərilənlərə əsasən, məhkəmə belə qənaətə gəlmişdir ki, mübahisələndirilən qətnamənin ləğv olunması üçün əsas yoxdur.
39. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-nin 21.1, 21.2, 390.1, 443.1, 675, 697.2, 700.1-700.3 və 705-ci maddələrinə, MPM-nin 439.1, 440.1, 440.2 və 450.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
40. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin “skiplərin bərpasına görə 13.050 manat, 1 ədəd skip və 3 ədəd tor örtüyünün geri qaytarılmasına görə 8.875 manat pulun cavabdehdən tutulması” hissələrində ləğv edilərək, həmin hissələrdə iddianın təmin olunmaması xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kass asiya şikayətinin dəlilləri
41. MM-nin 6 və 10-cu maddələri üzrə - 1 ildən artıq müddətdə cavabdeh tərəfindən istismarda olan skiplərdə cüzi şəkildə deformasiya halları ola bilərdi. Lakin iddiaçının iddia etdiyi miqyasda zərərin olması heç bir məntiqə sığmır, yalnız qərəzli xarakter daşıyır. Belə ki, bu sahədə təşəkkül tapmış işgüzar münasibətlərdə (adətlərdə) şirkətlər arasında bu kimi hallar normal qəbul olunur, əşyanın müvafiq istismar müddətinə uyğun olaraq təbii olaraq heç bir mübahisə predmetinə çevrilmir. Məhkəmə iş materiallarında olan icarə müqaviləsinin 1 nömrəli əlavəsində göstərilən tərəflərin iradə ifadəsinə zidd olmaqla, yəni skipin itməməyinə və ya məhv olmamasına baxmayaraq, müqavilə şərtlərini nəzərə almadan tam əsassız mövqe bildirmişdir.
42. MM-nin 682-ci maddəsi üzrə-ki rayəçi kirayəyə götürdüyü əşyanın müqavilə üzrə istifadəsi nəticəsində dəyişməsi və ya pisləşməsi üçün məsuliyyət daşımır. Təsadüfi deyil ki, MM-nin 700-cü maddəsinin 3-cü bəndinə əsasən, əgər MM-nin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə MM-nin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Belə ki, MM-in 682-ci maddəsinə əsasən, kirayəçi kirayəyə götürdüyü əşyanın müqavilə üzrə istifadəsi nəticəsində dəyişməsi və ya pisləşməsi üçün məsuliyyət daşımır.
43. MPM-nin 77, 101 və 102-ci maddələri üzrə-ümumiyyətlə, skiplərə zərərin nə vaxt və kim tərəfindən vurulması faktının sübutetmə vəzifəsi iddiaçının üzərinə düşsə də, məhkəmə bu halı düzgün qiymətləndirməmişdir. İşin materiallarında olan ekspert rəyi tam formal xar akter daşımaqla, iddiaçı tərəfindən dəvət edilmiş mütəxəssisin verdiyi rəyi əsaslandırma olmadan təsdiq etməkdən ibarət olmuşdur. Bu isə həmin ekspert rəyinin mötəbərliyini ciddi şəkildə şübhə altına alır. Məhkəmə prosesindən əvvəl iddiaçının maddi vəsaiti hesabına cəlb olunmuş mütəxəssisin (iddiaçıdan maddi asılı olan) rəyi mötəbər sübut hesab oluna bilməz.
44. Apellyasiya instansiyası məhkəməsi 1 ədəd skip və 3 ədəd tor örtüyünün geri qaytarılmasına görə 8.875 manat pulun cavabdehdən tutulmasını qət edən birinci instansiya məhkəməsinin qərarını ləğv etməməklə tam yanlış qərara gəlmişdir. Belə ki, iş materiallarında olan icarə müqaviləsinin 1 nömrəli əlavəsindən də görünür ki, “... skip itdiyi və ya sıradan çıxdığı halda” 8.500 manatın verilməsi nəzərdə tutulmuşdur. Tərəflərin qarşılıqlı iradə ifadəsi onu göstərir ki, 8.500 manatın verilməsi üçün 2 hal olmalı idi: 1) skip itməli idi və ya 2) skip tamamilə məhv olmalı idi. Cavabdehin işdə bu 2 halın heç biri olmadığı təqdirdə, məhkəmə əsassız olaraq belə qərar vermişdir. Əksinə, həm iddiaçıya yazılmış rəsmi yazışmalarda, həm də məhkəmə iclasında cavabdeh tərəfindən skipin qaytarılmasını bildirilsə də, iddiaçı heç bir əsas olmadan skipi təhvil-almaqdan imtina edir. Bu xüsusatı iddiaçının nümayəndəsi məhkəmə iclası zamanı özü də bildirmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
45. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Kassasiya baxışının hədləri
46. Hazırkı icraat çərçivəsində isə apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-nin 40 3 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.
47. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
48. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona v urulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür....” “Maddə
390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər....” “Maddə
443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ö dənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....” “Maddə
675. Əmlak kirayəsi müqaviləsi Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.” “Maddə
697. Kirayə hüquq münasibətlərinə xitam verilməsinin nəticələri... 697.2. Əgər kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra kirayəçi kirayəyə götürdüyü əşyanı qaytarmırsa, kirayəyə verən kompensasiya olaraq əşyanın saxlandığı müddət üçün müəyyənləşdirilmiş kirayə haqqının verilməsini tələb edə bilər; otaqların kirayəsi üzrə hüquq münasibətlərində bunun əvəzinə kompensasiya kimi o, həmin ərazidə bu cür otaqların kirayəsi üçün adətən tutulan məbləğdə kirayə haqqı verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ da istisna edilmir. Lakin yaşayış otaqlarını kirayəyə verən digər zərərin əvəzinin ödənilməsini yalnız o halda tələb edə bilər ki, əşya kirayəçinin cavabdeh olduğu halların nəticəsində qaytarılmasın; zərərin əvəzi yalnız həmin şəraitdə haqqədalətin tələb etdiyi dərəcədə ödənilir. Əgər kirayəçi ləğvetməyə dair bildiriş verərsə, bu müddəa tətbiq edilmir....” “Maddə
700. İcarə müqaviləsi 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da ve rir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.” “Maddə
705. İcarəyə verilmiş əşyanın qaytarılmasının gecikdirilməsi Əgər icarə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü obyekti qaytarmırsa, icarəyə verən obyektin saxlandığı müddət üçün kompensasiya kimi müəyyənləşdirilmiş illik icarə haqqından icarəçinin həmin il ərzində əldə etdiyi və ya əldə edə biləcəyi icarə faydaları hissəsinə uyğun olan hissənin verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsi barədə iddia da istisna edilmir.” 49. “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
25. Tərəflərin razılığının olmadığı halda müqaviləyə tətbiq olunan hüququn seçilməsi 25.1. Müqavilə tərəfləri arasında həmin müqaviləyə tətbiq edilməli hüquq barədə razılıq olmadığı halda, müqaviləyə aşağıda göstərilən tərəflərin təsis olunduğu, yaşadığı və ya əsasən fəaliyyət göstərdiyi ölkənin hüququ tətbiq edilir: 25.1.1. alqı-satqı müqaviləsində - satıcının; 25.1.2. bağışlama müqaviləsində - hədiyyə edənin; 25.1.3. əmlak kirayəsi müqaviləsində - kirayə verənin və ya kirayəçinin;
50. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Xarici elementli kommersiya mübahisələrində qanun vericiliyin tətbiqi təcrübəsi haqqında” 2023-cü il 14 dekabr tarixli qərarında müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “5. Xarici elementli mübahisələrdə tətbiq edilməli maddi hüququn seçilməsi, həmin mübahisələrdə tətbiq edilən xarici maddi hüququn məzmununun məhkəmələr tərəfindən müəyyən edilməsi... 5.10. Bu baxımdan, tərəflər arasında konkret mübahisəyə xarici hüququn tətbiqinə dair müqavilənin və ya müqavilə şərtinin mövcudluğuna baxmayaraq, tərəflərdən biri mübahisəyə Azərbaycan Respublikası qanununun tətbiqini məhkəmədən xahiş edirsə və qarşı tərəfin etirazı yoxdursa, həmin hal nəzərə alınaraq mübahisəyə Azərbaycan Respublikasının maddi hüquq normaları tətbiq edilməlidir....”
51. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
450. Müqavilə aidiyyəti 450.1. Azərbaycan Respublikasının məhkəməsi bu bölməyə uyğun olaraq səlahiyyətli olmamasına baxmayaraq, tərəflər Azərbaycan Respublikası məhkəməsinin beynəlxalq səlahiyyətləri barə də razılığa gələ bilərlər. Belə razılıq yazılı şəkildə olmalıdır....” Kassasiya instansiya məhkəməsinin mövqeyi
52. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi). 53. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundament al prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).
54. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas hesab etmir və apellyasiya şikayəti ilə eyni məzmunlu dəlillərinə münasibətdə apellyasiya instansiyası məhkəməsinin tam hüquqlu məhkəmə kimi mahiyy əti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə ilə razılaşır (bax § 31-37). Kollegiya hesab edir ki, cavabdehin icarəsinə verilmiş 1 ədəd skip və 3 ədəd torun qaytarılmamasına görə dəyərinin tutulması barədə gəlinən nəticə MM-nin 705-ci maddəsinin tələbinə uyğun olmuş (mətni üçün bax § 48), habelə tərəflər arasında bağlanmış müqaviləyə 1 nömrəli Əlavənin şərtəri ilə ziddiyyət təşkil etməmişdir.
55. Tərəflər arasında bağlanmış müqavilə üzrə cavabdehin geri qaytardığı skiplərin təmiri və bərpasına görə 13.050 manat pulun tutulmasına gəldikdə, işə apellyasiya qaydasında baxılarkən məhz cavabdeh tərəfin vsəatətinə əsasən təkrar məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmiş və müvafiq rəy alınmışdır (bax §24-25).
56. Cavabdeh hazırda kassasiya şikayətində rəyin mötəbərliyini mübahisələndirsə də, işə mahiyyəti üzrə baxılarkən bununla bağlı zəruri sübutları məhkəməyə təqdim etməmişdir.
57. Nəzərə alınmalıdır ki, iş üzrə tərəfin ekspert rəyi ilə razı olmaması özü-özlüyündə həmin rəyin şübhə altına alınmasına əsas vermir. Tərəf hansı səbəbdən ekspert rəyi ilə razı olmamasını əsaslandırmalı və həmin rəyin mötəbərliyini şübhə altına alan zəruri sübutları işin faktiki hallarını araşdıran və sübutları qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələrə təqdim etməlidir.
58. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iş üzrə gəlinən nəticə MPM-in 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuşdur. Məhkəmə tərəfindən işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş, mübahis əli hüquq münasibətinə maddi hüquq normaları düzgün tətbiq edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından, iş üzrə qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
59. MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 4 iyul tarixli 2-2(103)-42/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.