Məhkəmə qərarları › İş №2-2(102)-700/2022

Ali Məhkəmə Qərardad — İş №2-2(102)-700/2022

29.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-700/2022 29.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı "xxxx" MMC-nin Cavabdeh İB-yə qarşı iş üzrə QƏRARDAD Açar sözlər: kassasiya şikayətinin icraata qəbulundan imtina Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Abiyeva Kəmalə Nəbi qızının sədrliyi və məruzəsi ilə, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 13 iyun tarixli, 2-2(103)-411/2022 saylı qətnaməsindən Cavabdeh İB tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC (bundan sonra mətndə-“iddiaçı“) cavabdeh İB-yə (bundan sonra mətndə-“ca vabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2015, 2016, 2017 və 2018-ci ilin may ayından avqust ayına qədər cavabdeh tərəfindən ona hesablanmış 43.413 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 4 dekabr tarixli 2-2(82)104/2019 saylı qətnaməsi ilə iddia təmin edilmişdir (hakim X.İmanov). Həmin qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, onun ləğv edilib, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2020-ci il 11 iyun tarixli 22(103)-179/2020 saylı qətnaməsi ilə (hakimlər C.A.Yusifov (sədrlik edən və məruzəçi), R.Ə.Qurbanov və V.Ə.Baxışova) apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibat i-İqtisadi Məhkəməsinin 2019-cu il 4 dekabr tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən cavabdeh tərəfindən kassasiya şikayəti verilərək, iş üzrə iddia tələbinin rədd edilməsi, apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya Kollegiyasının 2020-ci il 3 noyabr tarixli 2-2(102)- 327/2020 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2020-ci il 11 iyun tarixli qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir (sədrlik edən hakim A.Hüseynov, hakimlər İ.Dadaşov və Ə.Seyidov). Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2021-ci il 25 avqust tarixli 2-2(103)-370/2021 saylı qətnaməsi ilə apellyasiya şi kayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 4 dekabr tarixli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia təmin edilməmiş, aparılmış ekspertiza tədqiqatının dəyəri 200 manatın iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir (hakimlər E.Nağıyeva (sədrlik edən və məruzəçi), H.Həmidov və İ.İbrahimli). İddiaçı tərəfindən həmin qətnamədən kassasiya şikayəti verilmiş, qətnamənin ləğv edilərək, işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya Kollegiyasının 2022-ci il 15 fevral tarixli 2-2(102)-112/2022 saylı qərarı ilə kassasiya şikayəti təmin edi lmiş, Bakı Apellyasiya Məhkəməsinin 2021-ci il 25 avqust tarixli qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir (hakimlər B.Məmmədli (sədrlik edənməruzəçi), B.Qəribov və A.Abbasov). Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2022-ci il 13 iyun tarixli, 22(103)-411/2022 saylı qətnaməsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)104/2019 saylı 04 dekabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddianın qismən təmin edilməsi, iddiaçıya hesablanmış 11.100,35 manat (on bir min yüz manat otuz beş qəpik) məbləğdə borcun silinməsinin cavabdehə həvalə edilməsi qət edilmişdir (sədrlik edən hakim-V.Məmmədov, hakimlər-E.Mehdiyev və A.Oruczadə). Qətnamə 2022-ci il 28 iyun tarixində tərəflərin “Elektron m əhkəmə” informasiya sistemində mövcud olan elektron kabinetinə yerləşdirilmişdir. 2022-ci il 26 avqust tarixində cavabdeh tərəfindən həmin qətnamədən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətinin mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, «Elektron məhkəmə» İnformasiya Sistemindən göründüyü kimi, şikayəti elektron qaydada cavabdehin adından nümayəndə kimi X1 imzalamışdır. Lakin cavabdeh tərəfindən V.Abdullayevə verilmiş etibarnamənin müddəti 2021-ci il 31 dekabr tarixində bitmişdir (İİ cild i.v. 35). Bu isə cavabdeh tərəfindən verilmiş kassasiya şikayətini imzalayan şəxsin onu nümayəndə kimi təmsil etmək səlahiyyətinin olmaması qənaətinə gəlməyə əsas verir. Azərbaycan Respublikası MPM-in 407.3-cü maddəsinə əsasən, şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayən dəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. Həmin Məcəllənin 408.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilməli və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Bak ı Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 407-408-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 13 iyun tarixli, 2-2(103)-411/2022 saylı qətnaməsindən Cavabdeh İB tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbulundan imtina edilsin və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: V.T.Həsənov E.Y.Şamayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar