Məhkəmə qərarları › İş №2-2(102)-702/2022

Ali Məhkəmə Qərar — İş №2-2(102)-702/2022

22.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-702/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun qaytarılması 22.11.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Məmmədli Bəhram Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı "əsas kredit borcunun, kredit borcuna görə hesablanmış faizlərin və dəbbə pulunun ödənilməsi" tələbinə dair kommersiya işi üzrə iddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiy a Kollegiyasının 2022-ci il 5 iyul tarixli 2-2(103)-607/2022 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. İ. İŞİN HALLARİ

1. Cavabdeh bank hesabının çıxarışdan görünür ki, 2015-ci il 18 sentyabr tarixində onun hesabına 15.000 manat İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən kredit verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – “iddiaçı”) 2022-ci il 5 yanvar tarixində iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, cəmi 13.726,55 manat - bundan 10.319,57 manat əsas, 1.100,80 manat faiz, 899,06 manat cərimə borcu, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2014-cü il 24 dekabr tarixli Plenum qərarına əsasən hesablanmış 1.407,12 manat və iş üzrə ilkin mediasiya sessiyasın keçirilməsi ilə bağlı ödənilmiş 200 manat məbləğində xərcin Cavabdeh (bundan sonra – “cavabdeh”) tutularaq, iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 2015-ci il 18 sentyabr tarixli ******************** nömrəli kredit müqaviləsinə (bundan sonra - “******************** nömrəli kredit müqaviləsi”) əsasən cavabdehə 36 ay müddətinə illik 6% hesablanmaqla 15.000 manat məbləğində kredit verilmişdir. Cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi tam yerinə yetirməmişdir. İddiaçı tərəfindən cavabdehə ******************** saylı kredit müqaviləsi üzrə borcu üzrə yaranmış borc məbləğinin geri qaytarılması və məhkəmə mübahisəsi olmadan qısa müddət ərzində barışıq sazişinin bağlanılması üçün mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmişdir. Cavabdeh təklifə cavab vermədiyi üçün iddiaçı tərəfindən Mediasiya Şurasına yaranmış borc məbləğinin geri qaytarılması və məhkəmə mübahisəsi olmadan qısa müddət ərzində barışıq sazişinin bağlanılması üçün müraciət olunmuşdur. Təyin olunan mediator tərəfindən iddiaçıya və cavabdehə mediasiya dəvət məktubu göndərilmişdir. Cavabdehə ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə əvvəlcədən faktiki yaşadığı ünvana məktub göndərilmişdir. İddiaçı tərəfindən ilkin mediasiya sessiyasına iştirak edilmiş, 200 manat məbləğində mediasiya xərci ödənilmiş, bu barədə mediator tərəfindən müvafiq ar ayış verilmişdir. 2021-ci il 27 may tarixinə cavabdehin kredit üzrə cəmi borcu 13.726,55 manat təşkil edir. Bundan 10.319,57 manat əsas, 1.100,80 manat faiz, 899,06 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2014-cü il 24 dekabr tarixli Plenum qərarına əsasən hesablanmış 1.407,12 manat faiz borcu təşkil edir. İddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və 2021-ci il 18 iyun tarixli **********98 saylı bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh iddiaçıya heç bir cavab verməmiş və kredit borcunun iddiaçıya qaytarılmasını təmin etməmişdir. Cavabdehin bank hesabının çıxarışdan görünür ki, 2015-ci il 18 sentyabr tarixində onun hesabına 15.000 manat bank tərəfindən kredit verilib. Həmin çıxarışdan görünür ki, cavabdeh mütəmadi olaraq kredit üzrə ödənişlər edir (qəbzər əlavə edilmişdir). Bundan başqa Azərbaycan Respublikası Mərkəzi Bankının Problemli kredit məlumatlarının sorğulanması saytından (pk.cbar.az) əldə olunmuş məlumata əsasən cavabdehə 15.000 manat məbləğində bank tərəfindən kredit borcunun əsas qalıq borcu (10.319,15 manat) Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 2019-cu il 28 fevral tarixli Fərmanın təsirinə düşüb və restrukturizasiya olunması üçün təklif olunan kreditlərin siyahısına daxil edilib. İddiaçı üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş qaydasının pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni iddiaçının fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi.

4. İddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra“Mülki Məcəlləsi”) 385.1, 427.3, 442, 445, 445.2.1, 445.2.2, 445.3, 445.7, 449.1, 449.4, 465-ci, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3.4, 36.5-ci maddələrinə istinad edilmişdir.

5. Cavabdehin nümayəndəsi 2022-ci il 28 fevral tarixli iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının iddia tələbinin rədd edi lməsini xahiş etmiş, eyni zamanda məhkəməyə vəsatətlə müraciət edərək, iddiaçının ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondundan (bundan sonra – “ƏSF”) ******************** saylı kredit müqaviləsini və həmin müqavilə üzrə pul vəsaitinin cavabdeh tərəfindən götürülməsini təsdiq edən sənədlərin məhkəməyə təqdim edilməsini xahiş etmişdir.

6. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 26 aprel tarixli e-2-2(113)-700/2022 saylı qətnaməsi ilə iddia rədd edilmişdir (hakim – E.Əliyev).

7. Birinci instansiya məhkəməsinin iş üzrə mövqeyi ondan ibarət olmuşdur ki, kredit təşkilatı tərəfindən müəyyən müddətə, müəyyən faiz dərəcəsi ilə 15.000 manat məbləğində pul verilərkən kredit verən və alan arasında yazılı müqavilə bağlanmalı, həmçinin hüquq və vəzifələr, bununla yanaşı öhdəliklər və sair şərtl ər razılaşdırılmalıdır.

8. Göründüyü kimi iddiaçı cavabdehə qarşı kredit müqaviləsi üzrə tələb irəli sürsə də, məhkəməyə yalnız hesabdan çıxarış təqdim etmiş, istinad etdiyi 2015-ci il 18 sentyabr tarixli ******************** nömrəli kredit müqaviləsini və 15.000 manat məbləğində pulun cavabdehə verilməsini əks etdirən kassa məxaric orderini məhkəməyə təqdim etməmişdir. Bu isə o deməkdir ki, iddiaçı tələbində kredit müqaviləsinə əsasən cavabdehə 2015-ci il 18 sentyabr tarixində 36 ay müddətinə illik 6% ilə 15.000 manat məbləğində kredit verilməsini qeyd etsə də, həmin şərtlərlə öhdəliklərin yaranmasını və sözügedən məbləğdə vəsaitin cavabdeh tərəfindən almasını əks etdirən heç bir mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir.

9. İddia müddətini təqbiq etmək üçün kredit müqavilənin bağlandı ğı tarix və qüvvədə olma müddəti bəlli olmalıdır, halbuki hazırki iş üzrə sözügedən müddətləri əks etdirən mötəbər sübut olan müqavilə iddiaçı tərəfindən təqdim edilməmişdir.

10. İddiaçı tərəfindən tələbin əsasını təşkil edən hallar sübuta yetirilmədiyindən (kredit müqaviləsi və kassa məxaric orderi təqdim edilməyib) iddia rədd edilməlidir.

11. Məhkəmə öz qətnaməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 389.1, 405.1, 406.3-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

12. İddiaçı 2022-ci il 23 may tarixində apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddia tələbinin tam təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 5 iyul tarixli 2-2(103)607/2022 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – R.Qurbanov, hakimlər – V.Məmmədov və V.Baxışova).

14. Apellyasiya instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, iddiaçı öz tələblərinin əsası kimi 18 sentyabr 2015-ci il tarixli ******************** nömrəli kredit müqaviləsinə istinad etmiş, lakin həmin müqaviləni, o cümlədən 15.000 manat məbləğində pulun cavabdehə verilməsini əks etdirən sənədləri (kassa məxaric orderi, qəbz, ödəniş tapşırığı və s.) məhkəməyə təqdim etməmişdir.

15. Eyni zamanda, cavabdeh də bildirir ki, onunla belə bir kredit müqaviləsi bağlanmamış v ə həmin müqavilədə göstərilən 15.000 manat məbləğində kredit verilməmişdir.

16. Göründüyü kimi, bu halı sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür və o, kredit müqaviləsinin bağlandığına istinad etdiyi üçün həmin müqaviləni, o cümlədən 15.000 manat məbləğində pulun cavabdehə verilməsini təsdiq edən sübutu məhkəməyə təqdim etməli idi.

17. Lakin iddiaçı həmin sənədləri məhkəməyə təqdim etməmiş və MPM-in 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.

18. Belə ki, iddiaçının təqdim etdiyi hesabdan çıxarış və kassa mədaxil orderləri 15.000 manat pulun cavabdehə verilməsi halını təsdiq edən sübut kimi qiymətləndirilə bilməz.

19. Hesabdan çıxarış iddiaçının özü tərəfindən birtərəfli qaydada tərtib edilən sənəddir. Həmçinin nə hesabdan çıxarışda, nə də kassa mədaxil orderlərində iddiaçının istinad etdiyi 2015-ci il 18 sentyabr tarixli ******************** nömrəli kredit müqaviləsinə istinad edilmişdir. Eyni zamanda, həmin kassa mədaxil orderlərindən görünür ki, ödənişləri cavabdeh yox, başqa şəxs həyata keçirmişdir.

20. Həmin sənədlər tərəflər arasında kredit müqaviləsinin bağlanması və 15.000 manat kreditin cavabdehə verilməsini təsdiq edən dolayı sübutlar kimi qəbul edilə bilməz.

21. Tərəflər arasında kredit müqaviləsinin bağlanılması və cavabdehə 15.000 manat məbləğində borcun verilməsi sübut olunmadığına görə tərəflər arasında MM-in 386.1-ci maddəsinin tələbləri baxımından öhdəlik münasibətlərinin yaranması öz təsdiqini tapmır. Belə olan halda isə iddia təmin edilə bilməz.

22. Eyni zamanda, iddia əsassız olduğu üçün cavabdeh tərəfindən ver ilmiş iddia müddətinin tətbiq edilməsi barədə ərizəyə qiymət verilməsinə lüzum yoxdur. İddia müddəti yalnız pozulmuş hüquqların bərpa edilməsi üçün qanunla müəyyən edilən müddətdir. Hüquqların pozulması müəyyən edilmədiyi təqdirdə isə müddətin axımının başlanması, hesablanması, bitməsini müəyyən etmək və ümumiyyətlə iddia müddətinin tətbiq etmək mümkün deyil.

23. Həmçinin cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə ərizənin verilməsi kredit müqaviləsinin bağlanmasının etirafı kimi qəbul edilə bilməz. Çünki cavabdehin iddiaya qarşı verdiyi etirazda kredit müqaviləsinin bağlanması və pulun verilməsi halları aydın şəkildə mübahisələndirilmiş, habelə həmin halları təsdiq edən sənədlərin təqdim edilməsi barədə vəsatət verilmişdir. İddia müddətinin tətbiq edilməsi barədə ərizədə isə tərəflər arasında kredit müqaviləsinin bağlanması deyil, iddia ərizəsində kredit müqaviləsinin bağlanmasının qeyd edildiyi göstərilmişdir.

24. Məhkəmə öz qətnaməsini MM-in 372, 375, 377, 739.1, 739.2-ci, MPM-in 77.1-ci maddələrinə, Azərbaycan Respublikası Mərkəzi Bankının “Banklarda Kreditlərin verilməsi Qaydaları”nın 4.1.17-ci bəndinə istinad etməklə əsaslandırmışdır.

25. Qətnamə 2022-ci il 15 iyul tarixində tərəflərin elektron kabinetinə yerləşdirilmişdir.

26. ƏSF 2022-ci il 15 sentyabr tarixində kassasiya şikayəti verərək apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri 27. “Azərbaycan Respublikası X2 vəsaiti he sabına güzəştli kreditlərin verilməsi Qaydası” üzrə - ƏSF 2016-cı il 24 iyul tarixindən ASC-nin Ləğvedicisi təyin edilmiş, 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2016-cı il 19 sentyabr tarixli Qərarı ilə ASC-nin iflas proseduruna başlanmışdır. Bu səbəbdən də Bank ilə cavabdeh arasında bağlanmış 2015-ci il 18 sentyabr tarixli ******************** nömrəli kredit müqaviləsi və kassa məxaric orderinin bankın arxivindən tapılmasında çətinlik olduğundan məhkəməyə təqdim edilməsi mümkün olmamışdır. Lakin qeyd olunan kredit müqaviləsi üzrə ayrılan 15.000 manat məbləğ cavabdehə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında X2 vəsaiti hesabına güzəştli şərtlərlə verilmişdir. Belə ki, cavabdehə kredit məbləğinin verilməsini təsdiq edən sənədlər və kredit müqaviləsi üzrə ödəniş cədvə li iddiaçı tərəfindən sorğu ilə müraciət olunaraq X1 əldə edilmişdir. Apellyasiya instansiyasında qeyd olunan sənədlərin X1 əldə edilməsi üçün məhkəmədən vaxt istəsək də tələbimiz nəzərə alınmamışdır və nəticədə dövlətin maliyyələşdirdiyi kredit vəsaitinin geri qaytarılması üçün müraciət olunan iddia tələbi rədd edilmişdir.

28. MM-in 739-cu maddəsi üzrə - İş materiallarında olan hesabdan çıxarış məlumatlarından da görünür ki, 2015-ci il 18 sentyabr tarixində Bank tərəfindən cavabdehin hesabına 15.000 manat məbləğində köçürülmşüdür. Həmçinin hesabdan çıxarışdan görünür ki, cavabdeh mütəmadi olaraq kredit üzrə ödənişlər edir. Bundan başqa, cavabdehin nümayəndəsi qeyd edilən ödənişlərin cavabdeh tərəfindən edilmədiyini və kredit məbləğinin götürülmədiyini bildirsə də, cavabdehin özü heç bir m əhkəmə iclasında iştirak etməmişdir. Həmçinin cavabdehin qardaşı X3 fəaliyyət göstərdiyi müddət ərzində Bankın İnam filialında filial müdiri vəzifəsində işləmiş, Bank ləğv prosesinə keçdikdən sonra Bankın İcra Şöbəsinə baş mütəxəssis vəzifəsinə keçmiş, 2018-ci il 27 avqust tarixində öz ərizəsinə əsasən Bankın İcra şöbəsinin baş mütəxəssisi vəzifəsindən azad edilmişdir. Bu hallar məhkəmə prosesində bildirilsə də, qətnamədə işin bu halına heç bir münasibət bildirilməmişdir.

29. MM-in 405-ci maddəsi üzrə - Kredit müqaviləsi iddiaçı tərəfindən məhkəməyə təqdim oluna bilməsə də, işin faktiki hallarından da görünür ki, tərəflər arasında kredit müqaviləsi üzrə münasibətlər əmələ gəlmiş və həmin müqavilə üzrə cavabdehə kredit verilmişdir. İş materiallarında olan hesabdan çıxarışdan görünür ki, 201 5-ci il 30 yanvar tarixindən - 2019-cu il 27 fevral tarixinədək olan dövrdə cavabdeh tərəfindən kredit müqaviləsi üzrə müvafiq ödənişlər həyata keçirilmişdir. Sonuncu ödəniş isə 2019-cu il 27 fevral tarixli ödəniş qəbzinə əsasən həmin tarixdə həyata keçirilmişdir. Cavabdeh tərəf qəbzdə olan imzanın ona məxsus olmadığını iddia edərək, həmin ödənişin onun tərəfindən həyata keçirilmədiyini bildirir. Məhkəmə tərəfindən qeyd olunan məsələyə aydınlıq gətirilməsi məqsədilə dəfələrlə cavabdehə məhkəmə iclasına gəlməsi təklif olunsa da, o buna heç bir məhəl qoymamış, bütün məhkəmə iclaslarında cavabdehin nümayəndəsi iştirak etmişdir. Qeyd edilən hal isə cavabdehin öz mövqeyini lazımi səviyyədə əsaslandıra bilməməsi ilə nəticələnmiş və onun mövqeyinin əsaslılığını şübhə altına almışdır. Bakı Apellya siya Məhkəməsi qeyd olunan mübahisəli halları araşdırmadan və hüquqi qiymət vermədən iddianı rədd etmiş, iddiaçının pozulmuş hüquqlarının məhkəmə müdafiəsini həyata keçirməmiş, qeyd olunan məlumatlar Bakı Apellyasiya Məhkəməsi tərəfindən araşdırılmamış və bu hissədə məhkəmə qətnaməsində heç bir hüquqi münasibət bildirilməmişdir. Nəticədə dövlət vəsaiti hesabına maliyyələşən kredit müqaviləsi üzrə ayrılan kredit məbləğinin tutulması tələbinin rədd olunması ilə yekunlaşan əsassız qərar qəbul olunmuşdur.

30. MM-in 88-ci maddəsi üzrə - Bakı Apellyasiya Məhkəməsi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş və işi obyektiv araşdırmamışdır.

31. MM-in 217-ci maddəsi üzrə - Bakı Apellyasiya Məhkəməs inin iş üzrə qəbul etdiyi qətnaməsi qanuni və əsaslı deyildir. Belə ki, məhkəmə qətnaməsinə münasibət bildirərkən prosessual baxımdan da səhvə yol vermişdir.

32. MM-in 265.4-cü maddəsi üzrə - İşin faktiki hallarından da göründüyü kimi, 2015-ci il 18 sentyabr tarixli ******************** nömrəli kredit müqaviləsinin arxivdən tapılmasında çətinlik yarandığına görə Bank tərəfindən məhkəməyə təqdim oluna bilinməmişdir. Qeyd olunan kredit müqaviləsi imzalanarkən həmin kredit məbləğinin rəsmiləşdirildiyi İnam filialının müdiri elə cavabdehin qardaşı X8 olmuşdur. Belə ki, əlavə olunan sənədlərdən də görünür ki, X1 15.000 manat kredit məbləği ayrılmış və bu barədə bildirişə Cavabdeh tərəfindən imza edilmişdir. Lakin bu gün məhkəməyə müraciət olunan zaman ləğv prosesində olan Bankın arxivindən həmi n kredit müqaviləsi və kassa məxaric orderinin tapılmasında çətinlik yaranır. Həmçinin 2015-ci il 18 sentyabr tarixində Bankın İnam filialı ilə həm cavabdehə, həm də qardaşı X6 eyni təyinat üzrə X4 vasitəsilə hər birinə ayrılıqda 15.000 manat məbləğində kredit ayrılmışdır. Hazırda həm cavabdehə, həm də qardaşı X6 verilən kredit müqaviləsinə dair sənədlərin arxivdə tapılmasında çətinlik yaranmaqdadır. Hesab edirik ki, işin qeyd olunan halları Bakı Apellyasiya Məhkəməsi tərəfindən nəzərə alınmalı və həmin hissənin araşdırılması üçün xüsusi qərardad çıxarılaraq prokurora məlumat verməli idi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

33. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim etmiş, etirazını apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslandırıcı hissəsində göstər ilənlərlə əsaslandırmış və əlavə olaraq bildirmişdir ki, iddiaçının tələbinin əsası kimi istinad edilən sübutlar siyahısında tərəflər arasında müqavilə öhdəliklərinin şərtlərini müəyyən edən 2015-ci il 18 sentyabr tarixli kredit müqaviləsi yoxdur. Həmçinin iddiaçı cavabdehin iddia tələbində qeyd edilmiş pul vəsaitini götürməsini təsdiq edən sənədlər təqdim etməmişdir. İddiaçı yalnız hesabdan çıxarış, cavabdehin 2016-cı il ərzində edilən ödənişlərinin qəbzlərini təqdim etməklə kifayətlənmişdir.

34. Bu iş üzrə kredit müqaviləsinin olmaması qeyri-müəyyənlik yaratmaqla, pul vəsaitinin nə qədər olması, hansı müddətdə götürülməsi, hansı şərtlərlə qaytarılması, faizlərin miqdarı, dərəcəsi və tərəflər arasında razılaşdırılmış digər məsələlərin müəyyən edilməsində çətinlik yaradır.

35. İddiaçının i ddia tələbinin əsasını təşkil edən kredit müqaviləsini təqdim etməməklə pul vəsaitinin götürülməsində tərəflərin hansı mülki hüquq və vəzifələr daşımasını müəyyən etmək mümkün olmur. Əgər müqavilə yoxdursa, deməli, tərəflər arasında hüquq və vəzifələrin müəyyənləşdirilməsində razılıq da yoxdur.

36. Eyni zamanda, iddiaçının kassasiya şikayətinin dəlillərində Cavabdeh qardaşı X5 "xxxx" ASC-nin fəaliyyət göstərdiyi müddət ərzində Bankın İnam filialının müdiri vəzifəsində işləməsi, bank ləğv prosesinə keçdikdən sonra Bankın icra şöbəsinə baş mütəxəssis vəzifəsinə keçməsi, 2018-ci il 27 avqust tarixində öz ərizəsinə əsasən LPO "xxxx" ASC-nin İcra şöbəsinin baş mütəxəssisi vəzifəsindən azad edilməsi və bu halların məhkəmə prosesində bildirilsə də qətnamədə işin bu halına heç bir münasibət bildir ilməməsinə dair mövqeyi barədə qeyd edilməlidir ki, göstərilən xüsusatlar işin faktiki hallarına aiddir və bu halları sübut edəcək dəlillər apellyasiya instansiya məhkəməsində təqdim edilməmişdir. Bundan əlavə qeyd edilməlidir ki, kassasiya instansiya məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının pozulub-pozulmamasına baxır. Bu baxımdan iddiaçının kassasiya şikayətini bu dəlilləri də əsassız hesab edilməlidir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

37. Kassasiya şikayəti vaxtında verilmiş, kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

38. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəs ində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

39. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

40. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara ob yektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....”

41. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Babayevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 25 fevral 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2011-ci il 28 dekabr tarixli qərarında müəyyən edilmişdir ki: “Konstitusiya Məhkəməsi Plenumunun bu məsələ ilə bağlı hüquqi mövqeyi ondan ibarətdir ki, konstitusiya hüququnun doktrinası hüquqi müəyyənl ik prinsipini Konstitusiyanın Preambulasında öz əksini tapan qanunun aliliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı, ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli Qərarı).”

42. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkə mə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli 4 nömrəli Qərarının müvafiq müddəalarında müəyyən edilmişdir ki: “... 2.4. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun....

17. Kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər....”

43. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Van de Huk Niderlanda qarşı” iş üzrə 1994-cü il 19 apr el tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.

44. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Kraska İsveçrəyə qarşı” iş üzrə 1993-cü il 19 aprel tarixli qərarında məhkəmə araşdırmasının ədalətli aparılıb-aparılmamasının müəyyənləşdirilməsi ilə bağlı formalaşdırdığı hüquqi mövqeyinə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı “məhkəmə” üçün öhdəlik yaradır ki, o, öz qərarına aid olub-olmam asına dair qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırsın (§ 30).

45. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında qeyd edilmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir; ərizəçinin dəlillərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığından, məhkəmə tərəfindən belə dəlillərin rədd edilməsinə dair nəticənin əsaslandırılmamasına dəlalət edir (“Hiro Balani İspaniyaya qarşı” iş üzrə 1994-cü il 9 dekabr, “Kuznetsov və digərləri Rusiyaya qarşı” iş üzrə 200 7-ci il 21 yanvar tarixli Qərarları). İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

46. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini (bax yuxarıda §§ 27-32) iş materialları ilə birgə araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 5 iyul tarixli 2-2(103)-607/2022 saylı qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır.

47. Apellyasiya instansiyası məhkəməsi öz qətnaməsində qeyd etmişdir ki, hesabdan çıxarış iddiaçının özü tərəfindən birtərəfli qaydada tərtib edilən sənəddir. Həmçinin nə hesabdan çıxarışda, nə də kassa mədaxil orderlərində iddiaçının istinad etdiyi 2015-ci il 18 sentyabr tarixli ******************** nömrəli kredit müqaviləsinə istinad edilməmişdir. Eyni zamanda, həmin kassa mədaxil orderlərindən görünür ki, ödənişləri cavabdeh yox, başqa şəxs həyata keçirmişdir. Qeyd olunanlara əsasən, həmin sənədlər tərəflər arasında kredit müqaviləsinin bağlanması və 15.000 manat kreditin cavabdehə verilməsini təsdiq edən dolayı sübutlar kimi qəbul edilə bilməz.

48. Lakin apellyasiya instansiyası məhkəməsi MPM-in 88-ci maddəsinin (bax yuxarıda § 40) tələblərini pozaraq, öz qətnaməsində iddiaçı tərəfindən “Elektron Məhkəmə” informasiya sisteminə iş hələ birinci instansiya məhkəməsində olarkən – 2022-ci il 5 yanvar tarixində yüklənmiş Azərbaycan Respublikasının Mərkəzi Bankının Problemli kredit məlumatlarının sorğulanması portalından (pk.cbar.az) çıxarılmış məlumata ümumiyyətlə istinad etməmiş və qiymət verməmiş, o cümlədən həmin portalın fəaliyyətinə məsul olan m üvafiq dövlət qurumuna iddiaçı tərəfindən mübahisə predmeti olan müqavilənin təqdim edilib-edilməməsini aydınlaşdırmamışdır.

49. Halbuki iddiaçının iddia ərizəsində, habelə apellyasiya şikayətində bununla bağlı konkret dəlillər irəli sürülümüşdür (i/v 2, 58 və 60).

50. Həmin elektron dövlət portalı məlumatından aydın şəkildə görünür ki, cavabdehə verilmiş kredit üzrə restrukturizasiya olunmalı məbləğ 10.319,56 manat göstərilmişdir.

51. Hazırkı iş üzrə verilmiş iddia ərizəsində də məhz həmin məbləğ mübahisə predmeti olan kredit üzrə əsas borc kimi göstərilmşdir.

52. Belə olan halda isə iş üzrə birmənalı nəticəyə gəlmək qeyri-mümkündür.

53. Bundan başqa, məhkəmə kollegiyasının mövqeyinə görə, apellyasiya şikayətinin dəlilinə məhkəmə tərəfindən qiymət verilməməsi iş üzrə əsassız nəticəyə gəli nməsinə səbəb olmaqla yanaşı, həm də hüquqi müəyyənlik prinsipinə, bununla bağlı Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun, Ali Məhkəməsi Plenumunun, eləcə də Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdıqları hüquqi mövqelərə ziddir.

54. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun bu məsələ ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, qanunun aliliyinin əsas elementlərindən biri kimi, hüquqi müəyyənlik prinsipi ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmə qərarlarında həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalı, işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququn a təsir göstərən müddəalar olmamalıdır (bax yuxarıda § 41).

55. Ali Məhkəmə Plenumunun mövqeyinə görə, qətnamədə iş üçün əhəmiyyətli olan, işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmədikdə, məhkəmənin qəti nəticəsi şərh edilmədikdə, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olmadıqda, qətnamə əsaslı hesab edilə bilməz; kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər (bax yuxarıda § 42).

56. Avropa İnsan Hüquqları Məhkəməsinin də mövqeyi ondan ibarətdir ki, məhkəmənin vəzifəsi öz qərarına aid olub-olmamasına dair qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaqdır. Məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir, ərizəçinin dəlillərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığından, məhkəmə tərəfindən belə dəlillərin rədd edilməsinə dair nəticənin əsaslandırılmamasına dəlalət edir (bax yuxarıda § 43-45).

57. Bu tələblərdən irəli gələrək, qətnamədə işin məhkəmə tərəfindən müəyyən edilən halları, məhkəmənin həmin halları əsaslandırdığı sübutlar, bu və ya digər sübutları, işdə iştirak edən şəxslərin istinad etdiyi hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə qətnamə çıxararkən rəhbər tutduğu hüquq normaları göstərilməlidir. Bununla yanaşı, məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, qəbul etdiyi hər bir sübutun məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəblərini aydın göstərməlidir.

58. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi MPM-in 217.1-ci maddəsinə (bax yuxarıda § 40) zidd olaraq əsassız qətnamə qəbul etmişdir. Odur ki, həmin qətnamə ləğv edilməlidir.

59. Yeni apellyasiya baxışı zamanı məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmalı, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etməlidir.

60. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiy ası QƏRARA ALİR: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 5 iyul tarixli 2-2(103)607/2022 saylı qətnaməsi ləğv edilsin. İş yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar