Məhkəmə qərarları › İş №2-2(102)-702/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-702/2025

26.12.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-702/2025 26.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iş üzrə QƏRAR 2-2(102)-702/2025 Açar sözlər: Hüquqi şəxsin səhmdarları ilə hüquqi şəxs arasında olan mübahisələr Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı sənədlərin təqdim edilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 4 iyul tarixli, 22(103)-643/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiy a şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İ. İŞİN HALLARİ

1. Kommersiya Qurumlarının dövlət reyestrindən çıxarışa əsasən cavabdeh ASC 2004-cü il 30 yanvar tarixdə dövlət qeydiyyatına alınmışdır. 2. 2024-cü 4 aprel tarixli depo hesabından çıxarışa əsasən, "xxxx" ASC (emitent) tərəfindən ******* ədəd adi adlı səhm buraxılmış, İddiaçı ASC-nin 5757 ədəd səhmə malik olan səhmdarıdır.

3. ASC-nin Nizamnaməsinin (2024-cü il tarixli sonuncu redaksiyası) 5.1-ci bəndinə əsasən ASC-nin fəaliyyətinə dair məlumat almaq, ildə bir dəfə onun mühasibat kitabları və digər sənədləri ilə tanış olmaq səhmdarların hüquqlarıdır. Həmin nizamnanənin: - 5.6-cı bəndinə əsasən cəmiyyətin fəaliyyətinə dair məlumat almaq hər bir səhmdarın hüququdur.

4. ASC-nin 2024-cü il 30 sentyabr tarixli X2 əsasən ASC-nin He sablama Komissiyasının, Müşahidə Şurasının üzvləri seçilmiş, cəmiyyətin yeni hüquqi ünvanı müəyyən edilmiş, yeni redaksiyada nizamnamə təsdiq edilmişdir.

5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 2025-ci il 6 mart tarixli, 3-21-3-30/2-9290/2025 nömrəli məktuba əsasən, "xxxx" ASC-nin adına qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmiş, “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq keçmiş İqtisadi İnkişaf Nazirliyinin Dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi departamenti 2003-cü il 22 dekabr tarixli, 337 nömrəli sərəncamı ilə Dövlət Neft Şirkətinin "Magistral nef t kəmərləri" X1 İstehsalat Xidməti Bazasının əsasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış və səhmləri tam özəlləşdirilərək mülkiyyətçisi dəyişmişdir.

6. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 2025-ci il 11 mart tarixli, 3-21-3-30/2-10034/2025 nömrəli məktuba əsasən, "xxxx" ASC-nin adına qeydiyyatdan keçmiş daşınmaz əmlak, həmçinin ASC-nin hüquqi ünvanı olan ünvan 1miş daşınmaz əmlak aşkar edilməmiş, “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq keçmiş İqtisadi İnkişaf Nazirliyinin Dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi departamenti 2003-cü il 22 dekabr tarixl i, 337 nömrəli sərəncamı ilə Dövlət Neft Şirkətinin "Magistral neft kəmərləri" X1 İstehsalat Xidməti Bazasının əsasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış və səhmləri tam özəlləşdirilərək mülkiyyətçisi dəyişmişdir. ASC-nin emissiya prospekti və digər tələb olunan sənədlər cəmiyyət özəlləşdirilərkən idarəetmə orqanlarına təqdim edilmişdir.

7. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2021-ci il 29 aprel tarixli, 3(008)1225/2021 saylı qərarına əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 6000 manat məbləğində inzibati qaydada cərimə edilmişdir.

8. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2024-cü il 26 fevral tarixli, 3(008)1214/2024 saylı qərarına əsasən "xxxx" Açıq S əhmdar Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 1500 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat

9. İddiaçı (bundan sonra – “iddiaçı”) cavabdeh "xxxx" ASC-yə (bundan sonra – “cavabdeh”) qarşı sənədlərin təqdim edilməsi tələbi ilə məhkəməyə müraciət edərək, cavabdehin nizamnaməsinin, 2021–2024-cü illər üzrə Qiymətli Kağız Mülkiyyətçilərinin Reyestrinin surətlərinin, 2020–2024-cü illərdə fiziki və digər şəxslərlə bağlanmış icarə müqavilələrinin şərtləri ilə birlikdə surətlərinin, Emissiya prospektinin surətinin, 2020–2024cü illərin yekunlarına dair keçirilmiş səhmdarların ümumi yığıncaqlarının protok ollarının surətlərinin, cavabdehin əsas vəsaitlərinin, bina və tikililərinin kimlər tərəfindən və hansı səbəbdən sökülüb dağıdılması barədə sənədlərin surətlərinin, cavabdehin yerləşdiyi torpaq sahəsinin kimə məxsus olması haqqında yazılı arayışın ona verilməsini, təqdim ediləcək bütün sənəd surətlərinin hər səhifəsinin “əsli ilə düzdür” ştampı və ya möhürlə təsdiq olunmasını, həmçinin ödənilmiş 100 manat dövlət rüsumunun cavabdeh tərəfindən ona qaytarılmasını xahiş etmişdir.

10. İddia ərizəsi işin hallarına istinadən onunla əsaslandırılmışdır ki, cavabdehə müraciətini poçt vasitəsilə göndərməyinə baxmayaraq cavabdeh müraciəti qəbul etməkdən imtina etmişdir. 2024-cü il 13 may tarixdə onlayn kargüzarlıq vasitəsilə cavabdehə yenidən müraciət edilmişdir. Cavabdehə müraciət edilməsinə baxmayar aq səhmdar cəmiyyəti müraciətiə cavab verməmiş və qanunvericiliyə əsasən səhmdar cəmiyyətinin ona təqdim etməli olduğu müraciətdə səhmdar cəmiyyətindən tələb etdiyi sənədlər iddiaçıya təqdim edilməmişdir.

11. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il 3 aprel tarixli, e-2-2(113)-994/2025 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçıya cavabdehin emissiya prospektinin təsdiq edilmiş surətinin verilməsi öhdəliyi cavabdehə həvalə edilmiş, cavabdehdən 100 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim – Ü.Həsənova).

12. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı səhmdarı olduğu cavabdehdən iddia ərizəsində göstərilən sənədlərin surətlərinin ona verilməsi ilə bağlı bir neçə dəfə cavabdeh ASC-yə müraciətlər etsə də, həmin sənədlər ona təqdim edilməmiş, müraciətləri ümumiyyətlə cavablandırılmamışdır.

13. Məhkəmə iddianı cavabdehin Emissiya prospektinin surətinin təqdim edilməsi hissəsində əsaslı hesab etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 2025-ci il 6 mart tarixli və 2025-ci il 11 mart tarixli məktublarına əsasən “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq keçmiş İqtisadi İnkişaf Nazirliyinin Dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi departamenti 2003-cü il 22 dekabr tarixli, 337 nömrəli sərəncamı ilə Dövlət Neft Şirkətinin "Magistral neft kəmərləri" X1 İstehsalat Xidməti Bazasının əsasında cavabdeh ASC yaradılmış və səhmləri tam özəlləşdirilərək mülkiyyətçisi dəyişmişdir. ASC-nin emissiya prospekti və digər tələb olunan sənədlər cəmiyyət özəlləşdirilərkən idarəetmə orqanlarına təqdim edilmişdir.

14. Bundan əlavə məhkəmə qeyd etmişdir ki, iddiaçının vəsatəti əsasında göndərilmiş məhkəmənin müvafiq sorğularına əsasən iddiaçı tərəfindən verilməsi tələb edilən sənədlərin bir qismi, ASC-nin 2024-cü il tarixli qiymətli kağız sahiblərinin reyestri, 2024-cü ilin yekunlarına dair ümumi yığıncağın protokolu, ASC-nin nizamnamələri (əvvəlki və yeni redaksiyada), habelə nizamnamələrə edilmiş əlavə və dəyişikliklər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən təqdim edilmişdir. Təqdim edilmiş həmin sənədlərin surətləri cavabdeh tərəfindən ASC-nin möhürü vurulmaqla təsdiq edilmiş, məhkəmə icraatı gedişində iddiaçıya rəsmi qaydada təqdim edilmiş, iddiaçı 2025-ci il 11 aprel tarixli məhkəmə iclasındakı izahatında artıq həmin sənədlərin ona təqdim edilməsi ilə bağlı hər hansı tələbinin olmadığını göstərmişdir.

15. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, ASC-nin nizamnaməsinin, ASC-nin 2024-cü il tarixli qiymətli kağız sahiblərinin reyestrinin, 2024-cü ilin yekunlarına dair ümumi yığıncağın protokolunun surətinin verilməsi barədə iddia tələbi təmin edilməməlidir.

16. Məhkəmə iddianı cavabdeh ASC-nin 2021-2023-cü illər üzrə qiymətli kağız sahiblərinin reyestrinin surətlərinin verilməsi hissəsində əsassız hesab etmişdir.

17. Belə ki, ASC-nin nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında verdiyi izahatında həmin il lərdə ASC-nin səhm və səhmdarları ilə bağlı hər hansı dəyişiklik olmaması səbəbindən qeyd olunan illər üzrə qiymətli kağız sahiblərinin reyestrlərinin olmadığını bildirmiş, iddiaçı tərəfindən məhkəməyə verilməsini tələb etdiyi həmin sənədlərin mövcudluğu barədə hər hansı sübut təqdim edilməmişdir.

18. Məhkəmə iddianı cavabdeh ASC-nin 2020-2024-cü illərdə fiziki və digər şəxslərlə bağlanmış icarə müqaviləsinin şərtləri ilə birlikdə surətlərinin, ASC-nin əsas vəsaitlərinin, bina və tikililərinin kimlər tərəfindən nə səbəbdən sökülüb dağıdılması barədə olan sənədlərin surətlərinin, ASC-nin yerləşdiyi torpaq sahəsinin kimə (fiziki və ya hüquqi şəxslərə) aid olması haqqında yazılı arayışın təqdim edilməsi hissəsində də əsassız hesab etmişdir.

19. Belə ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Rey estri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 2025-ci il 6 mart tarixli, 2025-ci il 11 mart tarixli məktublardan görünür ki, ASC-nin mülkiyyətində hər hansı əmlak mövcud deyildir.

20. Məhkəmə iddianı qalan, ASC-nin 2020-2023-cü illərin yekunlarına dair keçirilmiş səhmdarların ümumi yığıncağının protokollarının surətlərinin təqdim edilməsi hissəsində də əsassız hesab etmişdir.

21. Belə ki, ASC həmin illərdə səhmdarların ümumi yığıncağının iclaslarının keçirilmədiyini bildirmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən təqdim edilmiş sənədlərdə də həmin illərə dair ümumi yığıncağının iclaslarının protokolları aşkar edilməmiş, iddiaçı tərəfindən məhkə məyə təqdim edilməsini tələb etdiyi həmin sənədlərin mövcud olması, habelə həmin illərdə ümumiyyətlə ümumi yığıncağın keçirilməsi barədə hər hansı sübut (yığıncağın vaxtı və yeri barədə bildiriş, elan və sairə) məhkəməyə təqdim edilməmişdir.

22. Həmçinin məhkəmə §7-8-də göstərilən məhkəmə qərarlarına istinadən qeyd etmişdir ki, cavabdeh 2020 və 2022-ci illərin yekunlarına dair ümumi yığıncağın iclaslarınının protokollarını təqdim edə bilmədiyi üçün inzibati qaydada məsuliyyətə də cəlb edilmişdir.

23. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 43.1, 98.1, 99.1, 106-1.1, 106-1.3.2, 106-2.3-cü maddələrinə, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikası Qanununun 5.1, 7.2-ci maddələrinə, Azərbaycan Respublikası Mü lki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.1, 14.2, 76.1, 76.2, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır.

24. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiya məhkəməsindəki icraat

25. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 4 iyul tarixli, 2-2(103)-643/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – L.Əliyeva, hakimlər – T.Mahmudova, Z.Şirinov).

26. Kollegiya ilk növbədə qeyd etmişdir ki, MM-in 106-1.3.2-ci maddəsinin tələblərinə əsasən adi səhm mülkiyyətçiləri (adi səhmdarlar) cəmiyyətin fəaliyyətinə dair məlumatlar a lmaq hüququna malikdirdir.

27. Digər tərəfdən məhkəmə onu da qeyd etmişdir ki, hazırda səhmdara təqdim edilməsi tələb edilən qiymətli kağızların emissiya prospekti dedikdə qiymətli kağızların emissiyasını həyata keçirən hüquqi şəxs (emitent) barəsində, o cümlədən emitentin fəaliyyəti və maliyyə vəziyyəti barəsində, eləcə də buraxılması nəzərdə tutulan qiymətli kağızlar (hazırkı halda səhmlər) barədə məlumatları əks etdirən rəsmi sənəd başa düşülür. Dövlət müəssisələrinin özəlləşdirilməsi prosesində yaradılan səhmdar cəmiyyətlərinin səhmlərinin satılması ilə bağlı tərtib edilən emissiya prospekti isə yuxarıda göstərilən məlumatlarla yanaşı özəlləşdirilməsi nəzərdə tutulan müəssisənin əmlaklarının siyahısını və maliyyə vəziyyəti barədə potensial investorlar üçün zəruri olan digər məlumatla rı əks etdirir.

28. Bununla yanaşı emissiya prospektləri həm cavabdehin səhmlərinin özəlləşdirilməsi həyata keçirilərkən qüvvədə olmuş “Qiymətli kağızlar bazarında investorların hüquqlarının müdafiəsi haqqında” qanunun tələblərinə əsasən investora tələbi ilə ona təqdim edilməli olan, hazırda qüvvədə olan “Qiymətli kağızlar bazarı haqqında” AR qanununun tələblərinə əsasən vahid məlumat resursunda, fond birjasının və emitentin internet səhifəsində (olduqda) dərc edilməli olan ictimaiyyətə açıq sənəddir.

29. Məhkəmə bildirmişdir ki, emissiya prospekti səhmdar cəmiyyətinin fəaliyyəti barəsində məlumatları əks etdirən sənəd olmaqla həmin prospektdə əks olunan məlumatlar açıqlanması cəmiyyətə zərər vura biləcək konfidensial məlumatlar deyillər. Cavabdehin səhmdarı olan iddiaçı MM-in 106-1.3.2-ci maddəsinin tələbləri baxımından həmin sənədin təqdim edilməsini tələb etmək hüququna malikdir.

30. Emissiya prospektinin cəmiyyətdə olmaması barədə cavabdehin dəlillərinə münasibətdə məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 2025-ci il 6 mart tarixli və 2025-ci il 11 mart tarixli məktublarına əsasən müəyyən edilmişdir ki, ASC-nin emissiya prospekti və digər tələb olunan sənədlər cəmiyyət özəlləşdirilərkən idarəetmə orqanlarına təqdim edilmişdir. Belə olan halda cavabdehin sözügedən dəlilinin əsassız olması açıqaşkardır.

31. Məhkəmə gəldiyi nəticəni MM-in 43.1, 98.1, 99.1, 106-1.1, 106-1.3.2-ci maddələrinə istinadla əsaslandırmışdır.

32. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən araşdırılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri:

33. MM-in 106-1-ci maddəsi üzrə - Səhmdar cəmiyyətinin səhmdar hüquqları Azərbaycan Respublikası Mülki Məcəlləsinin 106-1-ci maddəsində müəyyən edilmişdir və həmin maddədə səhmdarın emissiya prospektini tələb etmək hüququ nəzərdə tutulmamışdır. Qanunvericilik açıq səhmdar cəmiyyətinə emissiya prospektini təsdiqləyərək səhmdarlara təqdim etmək öhdəliyi də qoymur. Məhkəmə qətnaməsində Mülki Məcəllənin 106-1.3.2-ci maddəsinə istinad edilərək adi səhm sahiblərinin cəmiyyətin fəaliyyətinə dair məlumat almaq hüququ olduğu göstərilsə də, emissiya prospekti bu maddənin əhatə etdiyi məlumat anlayışına daxil deyil və ASC-nin fəaliyyətini xarakterizə edən məlumat sənədi hesab oluna bilməz. Həmçinin “Qiymətli kağızlar bazarı haqqında” Qanuna istinad da əsassızdır, çünki həmin qanunda nəzərdə tutulan emissiya prospekti açıq səhmdar cəmiyyətlərə şamil edilmir. ASC-lər üzrə hüquqmüəyyənedici əsas sənəd “qiymətli kağız mülkiyyətçilərinin reyestrindən çıxarış”dır və bu sənədin son versiyası iddiaçıya vaxtında təqdim edilmişdir.

34. MPM-in 77, 88, 218.1-ci maddələri üzrə - apellyasiya məhkəməsi emissiya prospektinin ümumiyyətlə mövcud olub-olmaması məsələsini araşdırmadan yalnız 1 saylı Bakı Ərazi İdarəsinin 2025-ci il 6 mart və 2025-ci il 11 mart tarixli məktublarına istinad etməklə cavabde hin dəlilini əsassız hesab etmişdir. Halbuki həmin məktublarda sadəcə olaraq 2003-cü ildə özəlləşdirmə zamanı sənədlərin cəmiyyətə təhvil verildiyi göstərilir; sənədin hazırkı dövrdə faktiki mövcudluğu, saxlanma yeri və cəmiyyət tərəfindən idarə olunub-olunmadığı barədə heç bir məlumat yoxdur. Həmçinin ASC 22 ildir özəlləşdirilib, son 15 ildə faktiki fəaliyyətsiz qalıb, son 8 ildə ümumi yığıncaq keçirilməyib, idarə heyəti isə uzun müddət təyin edilmədiyindən səlahiyyətsiz vəziyyətdə olub. Yeni direktor yalnız 2024-cü ilin sentyabrında seçilmiş və ona heç bir sənəd təhvil verilməmişdir ki, bu da emissiya prospektinin hazırda cəmiyyətdə olmamasını göstərir. Bu şəraitdə məhkəmə ilkin olaraq sənədin ümumiyyətlə mövcud olub-olmadığını, mövcuddursa hansı dövlət orqanında qeydiyyatdan keçdiyini, həmin orqandan surətin niyə təqdim edilmədiyini araşdırmalı idi. Zəruri halda Mərkəzi Banka da sorğu verilməli idi. Məhkəmə qiymətli kağız mülkiyyətçilərinin reyestrindən çıxarışın hüquqmüəyyənedici sənəd olduğunu, emissiya prospektinin isə hazırkı hüquqi vəziyyətdə hansı funksiyanı daşıdığını aydınlaşdırmadan, faktiki mövcudluğu sübuta yetirilməmiş sənədin təqdim edilməsini tələb etmişdir. Beləliklə, birinci instansiya məhkəməsinin iddianı bu hissədə təmin etməsi real icrası mümkün olmayan nəticəyə əsaslanır və MPM-in 77, 88 və 218.1-ci maddələrinin tələblərinə uyğun deyil. Apellyasiya məhkəməsi isə göstərilən halları araşdırmadan şikayəti təmin etməmişdir. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

35. İddiaçı kassasiya şikayətinə etiraz ünvanlayaraq, şikayət əsassız olduğu üçün rədd edilməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

36. İş üzrə apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

37. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətlənd irilməməlidir. TƏTBİQ EDİLƏN HÜQUQ

38. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

43. Hüquqi şəxs anlayışı və onun növləri 43.1. Hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır....” “Maddə

98. Səhmdar cəmiyyəti 98.1. Nizamnamə kapitalı müəyyən sayda səhmlərə bölünmüş cəmiyyət səhmdar cəmiyyəti sayılır....” “Maddə

99. Açıq səhmdar cəmiyyəti 99.1. Səhmdar cəmiyyətinin iştirakçıları onlar a mənsub səhmləri digər səhmdarların razılığı olmadan özgəninkiləşdirə bildikdə, o, açıq səhmdar cəmiyyəti sayılır. Bu cür səhmdar cəmiyyəti buraxdığı səhmlərə açıq abunə yazılışını və onların sərbəst satışını həyata keçirə bilər....” “Maddə 106-1. Səhmdar cəmiyyətinin səhmdarları 106-1.1. Səhmdar cəmiyyətinin səhmdarı cəmiyyətin bir və ya daha çox sayda səhmlərinin bu Məcəllə ilə müəyyən edilmiş qaydada mülkiyyətçisi olan fiziki və (və ya) hüquqi şəxsdir.... 106-1.3. Səhmdar cəmiyyətinin adi səhminin mülkiyyətçisinin qanunvericiliklə müəyyən edilmiş qaydada aşağıdakı hüquqları vardır:... 106-1.3.2. qanunvericiliklə müəyyən edilmiş qaydada, cəmiyyətin fəaliyyətinə dair məlumatlar almaq, ildə bir dəfə onun illik hesabatı və maliyyə hesabatları ilə tanış olmaq;...”

39. Azərbaycan Respub likası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya ş ikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

40. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi). 41. “K assasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).

42. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas hesab etmir və onu da bildirir ki, şikayətin dəlilləri apellyasiya şikayəti ilə eynilik təşkil edir və göstərilən hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir. Kollegiya həmin hüquqi qiymətləndirmə və apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır, eyni qiymətləndirmənin təkrarlanmasına zərurət görmür.

43. Kassasiya şikayətinin prosessual hüquq normalarının pozuntusuna dair dəlillərinə gəldikdə qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmaya n qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-in 418.3-cü maddəsi). Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş, mübahisəli hüquq münasibətinə maddi hüquq norması düzgün tətbiq edilmişdir.

44. Kollegiya onu da qeyd edir ki, məhkəmə kollegiyasının hazırkı mövqeyi iddiaçı tərəfdən verilmiş kassasiya şikayətinə qarşı etirazın dəlillərini də əhatə etdiyindən onların əlavə qiymətləndirilməsinə zərurət yoxdur.

45. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

46. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara Aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 4 iyul tarixli, 2-2(103)-643/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar