Məhkəmə qərarları › İş №2-2(102)-706/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-706/2025

26.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-706/2025 26.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: yükdaşıma xidmətlərinin göstərilməsi müqaviləsi, daşıyıcı, ekspeditor, daşıma zamanı yaranan məsuliyyətin həddi, sübutetmə daşıma müqaviləsi üzrə öhdəliyin pozulması nəticəsində dəyən zərərdən irəli gələn mübahisələr, real zərər Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya Kollegiyasının hakimi Qurbanov Raqib Əliddin oğlunun məruzəsi ilə, hakimlər Abbasov Aqil Əzizağa oğlu və Məmmədli Bəhram Məmməd oğlundan tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 qarşı iş üzrə Bakı Apellyasiya M əhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 18 iyul tarixli 2-2(103)602/2025 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. İddiaçı (sifarişçi) ilə Cavabdeh3 (icraçı) arasında 2024-cü il 8 yanvar tarixdə 1 nömrəli “Nəqliyyat xidmətlərinin göstərilməsi haqqında” müqavilə bağlanmışdır. Müqaviləyə görə sifarişçi, nəqliyyat daşıma xidmətlərinin göstərilməsini sifariş verib icraçıya razılaşdırılmış xidmət haqqı ödəməyi, icraçı isə sifarişçinin müəyyən etdiyi qaydada normal və ya soyuduculu yükdaşıma nəqliyyatları vasitəsi ilə beynəlxalq və ölkə daxili daşıma xidmətləri göstərməyi öhdəsinə götürmüşdür.

2. İddiaçı dəyərini “Resurs Yuq” şirkətinə ödəyərək əldə etdiyi 1.975.500 rubl dəyərində, hər biri 5 litr olmaqla 4500 ədəd qutuda cəmləşdirilən (21.705 kq) bitki yağı Azərbaycan Respublikasına daşınması üçün sürücü X2 (Cavabdeh2 tərəfindən verilmiş etibarnamə əsasında) idarə etdiyi, Cavabdeh2 mülkiyyətində olan ** NY *** dövlət qeydiyyat nişanlı dartıcıya qoşulan Cavabdeh4 mülkiyyətində olan ** YE *** dövlət qeydiyyat nişanlı yarımqoşquya yüklənmişdir. 3. 2024-cu il 30 oktyabr tarixdə Rusiya Federasiyasının ərazisində X2 idarə etdiyi ** NY *** dövlət qeydiyyat nişanlı dartıcıya qoşulan ** YE *** dövlət qeydiyyat nişanlı yarımqoşquda yanğın baş vermiş, nəticədə yanmqoşquda yerləşdirilmiş 4600 ədəd hər biri 5 litr həcmli (21.705 kq) plastik qutu yanaraq məhv olmuşdur.

4. Həmin yanğın hadisəsi ilə bağlı Rusiya Federasiyasının Dağıstan Respublikası üzrə Bİ-nin Yujno-Suxokumsk şəhəri, Noqay və Tarumovski rayonları üzrə 9 saylı Nəzarət və Profilaktik İşlər İdarəsinin müstəntiqinin “Cinayət işinin başlanmasından imtina haqqında” 2025-ci il 28 fevral tarixli qərarında göstərilmişdir ki, “...Federal Yanğın Xidmətinin X1 Məhkəmə Ekspertizası Müəssisəsinin gəldiyi nəticəyə görə,... Dağıstan Respublikası, Koçubey-Minvodı Federal magistral yolu, 32-ci kilometr ünvanında ** NY *** dövlət nişanlı “MAN” yarımqoşqusunda baş vermiş yanğının ən çox ehtimal edilən səbəbi təkərin sürtünmə nəticəsində yanması olub”. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı (bundan sonra – “iddiaçı”) cavabdehlər Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 (bundan sonra birlikdə – “cavabdehlər”, ayrı-ayrılıqda müvafiq olaraq – “Cavabdeh4”, “Cavabdeh3” və “Cavabdeh2”) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya vurulmuş maddi zərərin əvəzinin ödənilməsi məqsədilə 4500 ədəd balon bitki yağının alınması üçün ödənilmiş 35.600 manatın, malın gətirilməsi üçün çəkilən daşıma xərci, gömrük xərcləri və 18% əlavə dəyər vergisi nəzərə almaqla 9.200 manatın, əldən çıxmış fayda olaraq 15.725 manatın və 5400 manatın, hazırkı iddianın məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumun əvəzi olaraq 286,2 manat, hüquqi xidmət göstərilməsi ilə bağlı çəkilmiş xərcin əvəzi olaraq 1000 manat, iddiaçının məhkəmədən vəkillə təmsil olunması üçün çəkilmiş xərcin əvəzi olaraq 320 manat, cəmi isə 67531,2 manat məbləğində pulun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia onunla əsasla ndırılmışdır ki, iddiaçının sifarişi ilə ona məxsus malların daşınması xidmətinin göstərilməsi ilə bağlı onunla Cavabdeh3 arasında işgüzar münasibətlər yaranmış, yükdaşıma ilə əlaqədar onların arasında şərtləri razılaşdırılmış müqavilə şifahi formada olmuşdur. Cavabdeh3 yükdaşıma xidmətini göstərmiş, iddiaçı malları təhvil aldıqdan sonra xidmətin razılaşdırılmış dəyərini ona ödəmişdir. Bu fakt Cavabdeh3 özü tərəfindən də məhkəmə iclasında verdiyi izahatda təsdiq olunmuşdur. 2024-cü ilin əvvəlində isə iddiaçı və Cavabdeh3 daşıma xidmətlərinin göstərilməsi ilə bağlı müqavilənin yazılı formada bağlanması barədə razılığa gəlmiş, iddiaçı (sifarişçi) və Cavabdeh3 (icraçı) arasında 2024-cü il 8 yanvar tarixdə yazılı formada “Nəqliyyat (daşıma) xidmətlərinin göstərilməsi haqqında” 1 №-li müqavil ə bağlanmışdır. Həmin müqavilənin 5.1-ci bəndinə görə, icraçı xidmətin vaxtında və lazımınca icra edilməməsi üçün məsuliyyət daşıyır, 5.2-ci bəndinə əsasən, icraçının təqsiri nəticəsində təsadüfən xidmət göstərməsi nəticəsində sifarişçinin əmlakının məhv olması və ya zədələnməsi riski icranın sifarişçiyə təhvil verildiyi vaxtadək icraçının üzərinə düşür, 5.3-cü bəndinə görə, icraçı sifarişçinin əmlakı barəsində diqqətsizlik üzündən həmin əmlakın məhv olması və ya zədələnməsi üçün məsuliyyət daşıyır. İddiaçı və Cavabdeh3 arasında 2024-cü il 8 yanvar tarixdə bağlanmış bu müqavilə əsasında iddiaçıya məxsus malların Rusiya Federasiyasından Azərbaycana gətirilməsi barədə iddiaçının verdiyi sifariş Cavabdeh3 tərəfindən icra edilmiş, mallar gətirilərək iddiaçıya təhvil verilmiş, bununla bağlı tər əflər arasında hər hansı mübahisə yaranmamışdır. 2024-cü il 29 oktyabr tarixdə iddiaçı Rusiya Federasiyasının Stavropol vilayətinin Nevinnomısk şəhərində fəaliyyət göstərən "xxxx" MMCdən 21.705 kq həcmində, 1.975.500 rubl dəyərində bitki yağı məhsulu əldə etmiş və həmin malın Azərbaycana gətirilməsi barədə Cavabdeh3 sifariş vermişdir. Sifarişi qəbul edən Cavabdeh3 həmin yükdaşımanı həyata keçirmək üçün əvvəllər də tanıdığı Cavabdeh2 müraciət etmişdir, Cavabdeh2 malların daşınması üçün özünə və Cavabdeh4 məxsus nəqliyyat vasitələri (dartıcı və yarımqoşqu) barədə məlumatı Cavabdeh3 ötürmüşdür. Cavabdeh3 özünün seçimi ilə müəyyən etdiyi sürücülərin məlumatlarını iddiaçıya göndərmiş, sonuncu həmin sürücülərə etibarnamə vermişdir. İddiaçı və ya onun nümayəndəsi Elmar həmin sürücülərlə bilavasit ə görüşməmiş, onlara daşıma ilə bağlı hər hansı göstəriş verməmişlər. Sürücülər malların daşınması barədə bütün göstərişləri Cavabdeh3 almış, onun göstərişlərini yerinə yetirmişlər. Beləliklə, iddiaçının dəyərini “Resurs" MMC-yə ödəyərək əldə etdiyi 1.975.500 rubl dəyərində, hər biri 5 litr olmaqla 4500 ədəd qutuda cəmləşdirilən (21.705 kq) bitki yağı sürücü X2 (bundan sonra – “M.Qasımov”) idarə etdiyi, Cavabdeh2 məxsus ** NY *** dövlət qeydiyyat nişanlı dartıcıya qoşulan, Cavabdeh4 aid ** YE *** dövlət qeydiyyat nişanlı yarımqoşquya yüklənmiş, malın Azərbaycana gətirilməsi üçün nəqliyyat vasitəsi yola çıxmışdır. 2024-cu il 30 oktyabr tarixdə Rusiya Federasiyasının ərazisində M.Qasımovun idarə eldiyi ** NY *** dövlət qeydiyyat nişanlı dartıcıya qoşulan ** YE *** dövlət qeydiyyat nişanlı ya rımqoşquda yanğın baş vermiş, nəticədə yanmqoşquda yerləşdirilmiş 4600 ədəd hər biri 5 litr həcmli (21.705 kq) plastik qutu yanaraq məhv olmuşdur. Baş vermiş yanğın barədə Cavabdeh3 məlumat verilmiş, o isə öz növbəsində bu barədə mal sahibi iddiaçının övladı (eyni zamanda nümayəndəsi) Elmar Cəbrini məlumatlandırmış, yanğını əks etdirən videogörüntünü də whatsap vasitəsilə Elmara göndərmişdir. Cavabdeh3, iddiaçının əldə etdiyi malların tam və təhlükəsiz qaydada Rusiya Federasiyasından Azərbaycana gətirilməsi və iddiaçıya təhvil verilməsi barədə üzərinə öhdəlik götürmüş, lakin müqavilə üzrə öhdəliklərini pozmuş, öhdəliklərini lazımınca icra etməmiş, iddiaçının ona verdiyi sifarişi yerinə yetirməmiş, iddiaçıya məxsus malların sonuncuya təhvil verilməsini təmin etməmişdir. Nəticədə iddiaçı mad di zərərə uğramışdır ki, həmin zərərin məbləği 60.000 manat təşkil edir. İddiaçıya məxsus malların daşınmasını təmin edən nəqliyyat vasitələri Cavabdeh2 və Cavabdeh4 məxsus olmuş, məhz sonuncular həmin nəqliyyat vasitələrinin malların tam və təhlükəsiz təyinat yerinə çatdırılması üçün istifadəyə yararlılığına görə cavabdehlik daşımışlar. Bu baxımdan, iddiaçıya dəymiş maddi zərərə görə məsuliyyət Cavabdeh3 ilə yanaşı, həm də Cavabdeh2 və Cavabdeh4 üzərinə qoyulmalıdır. Bunlardan başqa, iddiaçının sahibkarlıq fəaliyyətinin bir qolu da mütamadi olaraq Rusiya Federasiyasından əldə edərək Azərbaycana gətirdiyi bitki yağını restoran, kafe və pitseriyalara topdan və pərakəndə satmaqdan ibarətdir. İddiaçının məhkəməyə təqdim etdiyi elektron qaimələrdən görünür ki, onun tərəfindən 2024-cü il 2 deka br tarixdə "xxxx" MMC-yə 389,99 manat dəyərində, 2024cü il 4 dekabr tarixdə X3 1369,9991 manat dəyərində, 2024-cü il 6 dekabr tarixdə X3 77,99 manat dəyərində, 2024-cü il 11 dekabr tarixdə "xxxx" ASC-yə 51,99 manat dəyərində bitki yağı (günəbaxan yağı) satılmışdır. Qeyd olunan qaimə-fakturalardan da göründüyü kimi, bitki yağının 1 qutusunun (5 litr) satış qiyməti ƏDV daxil 13,5 manat təşkil etmişdir. İddiaçının 2024-cü il 29 oktyabr tarixdə əldə etdiyi, lakin cavabdehlərin üzərinə götürdüyü öhdəliklərin lazımınca icra edilməməsi nəticəsində ona çatdırılmayan bitki yağının həcmi 4500 qutu olmuşdur. İddiaçının hər bir qutunun sonradan realizəsi nəticəsində əldə edəcəyi gəlir 60.000 manat təşkil edir. Göründüyü kimi, cavabdehlərin təqsiri üzündən iddiaçıya maddi zərər vururmuşdur, bu zərəri n məbləği 60.525 manat təşkil edir. Bundan başqa, iddiaçı cavabdehlərin təqsiri üzündən 5400 manat məbləğində əldə edə biləcəyi faydadan da məhrum olmuşdur, həmin məbləğ də cavabdehlər tərəfindən qarşılanmalıdır. Bunlardan başqa, iddiaçı hazırki mübahisə ilə bağlı hüquqi yardım almaq üçün "xxxx" MMC ilə müqavilə bağlamış, MMC-yə 1000 manat, vəkilə isə 320 manat ödəmişdir. Bundan əlavə, iddiaçı iddia ərizəsini məhkəməyə verərkən 286,2 manat dövlət rüsumu ödəmişdir.

7. Cavabdeh3 iddiaya etiraz etmiş və bildirmişdir ki, iddiaçı özü ondan yazılı müqavilə bağlamağı xahiş etmiş, o, həmin müqaviləni oxumadan qol çəkmişdir. Belə ki, malları daşıyan sürücülər iddiaçı tərəfindən vəsaitin birbaşa onlara köçməsini istəmədikləri üçün o, iddiaçı ilə sürücülər arasında vasitəçi rolunu oynamış, iddiaçıdan sifarişi aldıqdan sonra malları daşıya biləcək olan uyğun maşın və sürücü tapmış, mallar çatdırıldıqdan sonra öz adından iddiaçıya elektron qaimə vermiş, ödənişlər ona ödənildikdən sonra o, həmin vəsaitdən özünə çatası az bir məbləği götürdükdən sonra qalan pulu sürücülərə ödəmişdir. Hesab edir ki, hazırkı iddia tələbi ona qarşı verilə bilməz. Belə ki, hazırkı iddia sürücü M.Qasımova, habelə nəqliyyat vasitələrinin mülkiyyətçilərinə qarşı qaldırılmalıdır. Belə ki, nəqliyyat vasitələrinin mülkiyyətçiləri daşıma başlanmazdan əvvəl maşınların sazlığını yoxlamalı idilər. Hesab edir ki, maşının yük hissəsində olan nöqsan səbəbindən yanğın çıxmış, yük alışaraq tam məhv olmuşdur, ona hadisəni görmüş sürücülər yanğının maşında olan nasazlıq səbəbindən çıxmasını bildirmişlər. Bundan əlavə, Rusiya Federasiyasında həmin ay bir neçə maşın kənar qüvvənin təsirindən xəsarət almış, yanmışdır.

8. Əlavə olaraq Cavabdeh3 nümayəndə və vəkili də bildirmişdir ki, iddiaçı ilə Cavabdeh3 arasında bağlanmış müqavilə etibarsızdır, cavabdeh həmin müqaviləni formal olaraq imza etmiş, oxumamış, şərtləri ilə tanış olmamış, iddiaçı ilə daşıyıcılar arasında sadəcə vasitəçi rolunu oynamışdır.

9. Cavabdeh4 iddiaya etiraz etmiş və iddianın ona aid hissədə rədd edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, nəqliyyat vasitəsində hər hansı nasazlıq olmamış, sürücü M.Qasımova etibarnamə verilmiş, yanğın hadisəsi nəticəsində maşının içərisində olan mal yanaraq məhv olsa da, bunda Cavabdeh4 hər hansı təqsiri yoxdur.

10. Cavabdeh2 iddiaya etiraz etmiş və iddianın ona aid hissədə rədd edilməsini xahiş et mişdir. Əlavə olaraq bildirmişdir ki, nəqliyyat vasitəsində hər hansı nasazlıq olmamış, sürücü M.Qasımova etibarnamə verilmiş, yanğın hadisəsi nəticəsində maşının içərisində olan mal yanaraq məhv olsa da, bunda Cavabdeh2 hər hansı təqsiri yoxdur. Maşının sürücüsü hər hansı məsuliyyətə cəlb edilməmişdir.

11. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il 10 mart tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh3 35.600 manatın, 196,80 manat dövlət rüsumunun, 320 manat hüquqi yardıma görə xərcin, ümumilikdə 36.116,80 (otuz altı min bir yüz on altı manat səksən qəpik) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, qalan məhkəmə xərclərinin (1000 manat hüquqi yardıma görə xərc və 92,20 manat dövlət rüsumu) iddiaçının özünə aid edilməsi qət olunmuşdur (hakim-Ü.Həsənova).

12. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh3 qarşı yönəlmiş iddia tələbi tərəflər arasında bağlanmış 2024-cü il 8 yanvar tarixli 1 nömrəli yük daşınması müqaviləsindən irəli gəlir.

13. İddiaçı özünə məxsus olan dəyəri 35.600 manat təşkil edən malların daşınmasını ekspeditor Cavabdeh3 həvalə etdiyini, sonuncunun özünün tapdığı daşıycı və sürücülər vasitəsilə malların daşınmasını həyata keçirdiyini, lakin sonuncu daşıma zamanı malların Rusiya Federasiyası ərazisində daşıma prosesi gedişində yanaraq məhv olması səbəbindən ona zərər dəydiyini iddia edir.

14. Cavabdeh3 müqavilənin etibarlılığını mübahisələndirsə də, məhkəmə hesab etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 14-cü fəslində müəyyən edilmiş əqdlərin etibar sızlığının əsasları hazırkı iş üzrə müəyyən edilməmişdir.

15. Bundan əlavə, həmin müqavilə üzrə tərəflər arasında daha əvvəl də mütəmadi olaraq yük daşınmalarının həyata keçirildiyi, daşınmaların təhvili ilə bağlı iddiaçı ilə Cavabdeh3 arasında təhvil aktlarının imzalandığı, daşıma haqlarının Cavabdeh3 təqdim etdiyi fakturalar əsasında iddiaçı tərəfindən ödənildiyi, iddiaçının sifarişlərini məhz Cavabdeh3 qəbul etdiyi, malları daşıyacaq nəqliyyat vasitələrinin, habelə sürücülərin Cavabdeh3 tərəfindən daşınmaya cəlb edildiyi məhkəmə araşdırması zamanı müəyyən edilmişdir.

16. Bu səbəbdən məhkəmə Cavabdeh3 müqavilənin etibarsız hesab edilməli olması barədə arqumentini əsassız hesab etmiş və yaranmış məsuliyyətdən yayınma cəhdi kimi qiymətləndirmişdir.

17. Məhkəmə müəyyən etmişdir ki, iddiaç ı dəyəri 35.600 manat təşkil edən, hər biri 5 litr olan 1.500 ədəd qutu (ümumi çəkisi 21.705 kq) günəbaxan yağının Rusiya Federasiyasından Azərbaycana daşınmasını ekspeditoru olan Cavabdeh3 sifariş etmiş, sonuncu malların daşınması üçün əlavə daşıyıcıları işə cəlb etmiş, mallar digər cavabdehlərin mülkiyyətində olan nəqliyyat vasitələrinə yüklənmiş, nəqliyyat vasitəsi yolda, hərəkətdə olan zaman nəqliyyat vasitəsində baş vermiş yanğın səbəbindən yük yerində olan həmin mallar yanaraq tam məhv olmuşdur.

18. Malların tam məhv olmasını Cavabdeh2 və Cavabdeh4 nümayəndələri məhkəmə iclasında təsdiq etmiş, habelə Cavabdeh3 tərəfindən iddiaçıya göndərilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş videogörüntü ilə müəyyən edilmiş, göstərilən fakt ümumiyyətlə məhkəmə araşdırması zamanı proses işirakç ıları tərəfindən mübahisələndirilməmişdir.

19. İddiaçının mülkiyyətində olan malların yanaraq məhv olması, bununla ona ümumilikdə malın dəyərini təşkil edən 35.600 manat məbləğdə zərər dəyməsi müəyyənləşdirildiyindən məhkəmə hesab etmişdir ki, iddiaçı hazırda həmin zərəri tələb etməklə haqlıdır.

20. Göstərilən zərər yalnız Cavabdeh3 tutulmalıdır. Belə ki, iddiaçı ilə müqavilə bağlayaraq onların daşınmasının həyata keçirilməsi Cavabdeh3 həvalə edilmiş, daşımaya nəqliyyat vasitələri sonuncu tərəfindən cəlb edilmişdir. Bu səbəbdən, iddiaçının ekspeditoru olan Cavabdeh3 həmin daşıyıcılar, habelə nəqliyyat vasitələrinin mülkiyyətçilərinin vurduğu zərərə görə iddiaçı qarşısında məsuliyyəti birbaşa özü daşıdığı üçün iddiaçıya dəymiş zərər Cavabdeh3 tutularaq iddiaçıya ödənilməli, iddia digər cava bdehlərə aid hissədə təmin edilməməlidir.

21. Məhkəmə iddianı ikinci, 9200 manat daşıma, vergi və gömrük xərclərinin tutulması hissəsində əsassız hesab etmişdir. Belə ki, iddiaçı tərəfindən məhkəməyə ümumiyyətlə daşıma, vergi və gömrük xərclərinin ödənilməsini təsdiq edən hər hansı sübut təqdim edilməmişdir.

22. Məhkəmə iddianı qalan, əldən çıxmış faydanın tutulması hissəsində də əsassız hesab etmişdir. Belə ki, iddiaçı iddia ərizəsində cavabdehlərin vurduğu zərərlə əlaqədar olaraq ona əldən çıxmış fayda şəklində zərər dəydiyini, malın ona vaxtında çatdırılması halında qazanc əldə edə biləcəyini bildirsə də, göstərilən halların mövcudluğunu əsaslandıra bilməmiş, həmin qazancın əldə edilməsi ilə bağlı aparılmış hazırlıq işləri ilə bağlı hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir.

23. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddia qismən təmin edilməli, Cavabdeh3 35600 manat borc tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

24. Birinci instansiya məhkəməsi bu qənaətini Mülki Məcəllənin 14.2.1, 21.1-21.3, 385.1, 390.1, 442, 445.7, 448.1, 448.2, 850.1, 851, 854.1, 858.3, 859.1-859.3, 1096.1, 1096.2, 1097.1, 1097.3, 1099.1, 1099.2-ci maddələri; “Nəqliyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1, 8-ci maddələri; “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9, 4.0.6-cı maddələri; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli 142 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması” Qaydalarının 2.1.2, 2.1.3, 3.7, 38.1-ci bəndləri; Azərbaycan Respublikası Mülki Pr osessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 107, 115.0.1, 115.0.5, 115.0.6, 119.1, 217.2, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

25. İddiaçı apellyasiya şikayəti verərək həmin qətnamənin qismən – iddianın təmin edilməməsi ilə bağlı hissədə - ləğv olunmasını və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

26. Cavabdeh3 da apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv və iddianın ona münasibətdə rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

27. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 18 iyul tarixli 2-2(103)-602/2025 nömrəli qətnaməsi ilə Cavabdeh3 apellyasiya şikayətinin təmin olunmaması, iddiaçının apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması, iş üzrə yeni qətnamənin çıxarılması, iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 zərərin əvəzi qismində 1.975.500 (bir milyon doqquz yetmiş min beş yüz) rubl (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə), dövlət rüsumunun əvəzi qismində 196,80 manat, hüquqi xidmət göstərilməsi ilə bağlı çəkilmiş xərcin əvəzi qismində 1320 manatın müştərək qaydada tutulub iddiaçıya ödənilməsi, iddia tələblərinin qalan hissələrdə təmin olunmaması qət edilmişdir (sədrlik edən – E.Həsənov, hakimlər – L.Əliyeva və T.Mahmudova).

28. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işin faktiki hallarından, iddiaçını n Cavabdeh3la 2024-cü il 8 yanvar tarixdə “Nəqliyyat (daşıma) xidmətlərinin göstərilməsi haqqında” müqavilə, həmçinin Cavabdeh3la Cavabdeh2 və Cavabdeh4 arasında daşımanın həyata keçirilməsi üçün şifahi müqavilə bağlandığı müəyyən olunur və bu baxımdan ilk növbədə sözügedən müqavilələr üzrə münasibətlərə aydınlıq gətirilməsi zəruridir. İddiaçı məhz 2024-cü il 8 yanvar tarixli müqaviləyə istinadən Cavabdeh3, ona məxsus malların daşınmasını təmin edən nəqliyyat vasitələri Cavabdeh2 və Cavabdeh4 məxsus olduğu üçün isə həm də onların daşıyıcı qismində öhdəliklər daşıdığını irəli sürmüşdür.

29. İddiaçının iddia tələbini əsaslandırdığı faktiki halların məcmusunu nəzərə alan kollegiya hesab etmişdir ki, müvafiq tələbin qanuni əsası kimi mülki qanunvericiliyin daşıma (yük daşınması) müqaviləsi ilə bağlı müddəaları nəzərdən keçirilə bilər və nəzərə alınmalıdır ki, həmin müqavilə üzrə tərəflərin məsuliyyətinin həddini müəyyənləşdirmək üçün onların hüquqi statuslarına aydınlıq gətirilməlidir.

30. Yük daşınması ilə bağlı xidmətlərin göstərilməsi barədə bağlanan müqavilənin tərəfinin “daşıyıcı” statusunda ola bilməsi üçün, onun haqq müqabilində yükü olduğu yerdən təyinat yerinə daşımağı həyata keçirməyi öhdəsinə götürməsi və mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olması şərtdir.

31. İşin müəyyən olunan hallarına görə, Cavabdeh3 müvafiq daşınmanı təmin etməyə imkan verən nəqliyyat vasitələrinə malik deyildir və o, 2024-cü il 8 yanvar tarixli müqavilə üzrə iddiaçı qarşısında götürdüyü öhdəlikləri yerinə yetirə bilmək üçün daşınmanı digər cavabdehlərə həval ə etmişdir.

32. İşin tərəflərin (nümayəndələrinin) izahatları əsasında müəyyən olunan halı həmçinin ondan ibarətdir ki, 2024-cü il 8 yanvar tarixli müqavilə üzrə bir neçə dəfə yük daşınması həyata keçirilmiş, daşınma ilə bağlı xərclər Cavabdeh3 ödənilmiş və daşımanı bilavasitə həyata keçirən şəxslərə muzd onun tərəfindən verilmiş, sonuncu dəfə daşınan yük Rusiya Federasiyası ərazsində yanıb məhv olduğu üçün tərəflər arasında mübahisə yaranmışdır.

33. Başqa sözlə, Cavabdeh3 həm əvvəllər, həm də hazırkı mübahisəyə səbəb olan daşınma prosesi zamanı daşınmanı üçüncü şəxslər (daşıyıcılar) vasitəsilə öz adından, lakin yük göndərənin hesabına təşkil edən, daşımanın dəyəri və özünün muzdu da daxil olmaqla, əvvəldən axıradək bütün daşıma xərcləri üçün muzd alan şəxs olmuşdur və bu səbəblə o, daşıyı cı deyil, ekspeditor olaraq qəbul oluna bilər.

34. Daşıyıcılarla münasibətlərdə yük göndərənin hüquq və vəzifələrinə malik olan və daşıyıcıları öz məsuliyyəti ilə seçən ekspeditor daşınma prosesi ilə bağlı yaranan zərərə görə o halda cavabdehlik daşıyır ki, yük göndərənin göstərişlərindən kənara çıxmış olsun və daşıyıcıları seçərkən lazımi vicdanlılıq göstərdiyini sübuta yetirə bilməsin; əks halda o, daşıyıcıların təqsiri üçün də məsuliyyət daşıyacaqdır.

35. İşin hallarından müəyyən edilən odur ki, daşınma prosesinin təşkili ilə bağlı yük göndərənin Cavabdeh3 hər hansı göstərişi olmasa da, Cavabdeh3 daşıyıcıları seçərkən lazımi vicdanlılıq göstərdiyini sübuta yetirə bilməmişdir.

36. Belə ki, onun özünün bildirdiyinə görə daşımanı həyata keçirəcək şəxs(lər)i əvvəldən tanımamış, onların va sitəsilə daha əvvəl yük daşıtdırmamış, Cavabdeh2 özünün də daxil olduğu WhatsApp sürücü qrupuna yazaraq həmin qrupdan tapmış və onunla daşıma barədə razılaşmış, tanımadığı sürücü Muradı daşımaya Cavabdeh2 cəlb etmişdir.

37. Göründüyü kimi Cavabdeh3, beynəlxalq yük daşınmasını həyata keçirəcək daşıyıcını müəyyənləşdirərkən heç bir xüsusi araşdırma (həmin şəxslərin əvvəllər beynəlxalq daşıma həyata keçirib-keçirmədikləri, bazarda formalaşan imicləri, sürücünün şəxsi keyfiyyətləri, o cümlədən peşəkarlıq dərəcəsi və s.) aparmamış, beləliklə də, daşınma prosesi ilə bağlı yaranan zərərə görə ekspeditor qismində cavabdehlik daşımasına zəmin yaratmışdır.

38. Başqa sözlə, iddiaçıya dəymiş ziyan, aşağıda şərh olunanlar nəzərə alınmaqla ekspeditor qismində həm də Cavabdeh3 tutulmalıdır.

39. İşin hall arından görünür ki, daşınmanın həyata keçirildiyi nəqliyyat vasitələri ərarvad olan Cavabdeh2 və Cavabdeh4 məxsus olmuş, Cavabdeh2 tərəfindən nəqliyyat vasitəsinin idarə olunması üçün M.Qasımova etibarnamə verilmiş, müvafiq daşıma sənədlərində daşıyıcının məhz M.Qasımov olduğu göstərilmişdir.

40. Yük itirildiyi və ya məhv olduğu halda daşıyıcı onun tam dəyərini ödəməlidir, bundan başqa o, çatdırmanın gecikdirilməsi və ya yükün zədələnməsi və ya qismən məhv olması ilə bağlı bütün zərər üçün məsuliyyət daşıyır. Yükün itirilməsinə və ya məhvinə görə daşıyıcının məsuliyyəti o halda istisna olunur ki, yükün xarakteri və ya nəqliyyat vasitəsinin birbaşa təyinatı itirilmə və ya məhv olma riskini proqnozlaşdırıla bilən etsin; itirilməyə və ya məhv olmaya yük göndərənin və ya yük alanın təqsiri və ya göstərişi səbəb olsun; itirilmə və ya məhv olma daşıyıcının lazımi vicdanlılığı şəraitində qarşısı alınması mümkün olmayan hallar nəticəsində baş versin.

41. İşin hallarından görünən odur ki, yükün xarakteri və ya nəqliyyat vasitəsinin birbaşa təyinatı baxımından yükün məhv olma riski olmamış, hadisəyə yük göndərənin və ya yük alanın təqsiri və ya göstərişi səbəbiyyət verməmişdir; belə olan halda, daşıyıcının (iş üzrə digər cavabdehlərin) məsuliyyət daşıyıb-daşımadıqları, yanğının onların “lazımi vicdanlılığı şəraitində qarşısı alınması mümkün olmayan hallar nəticəsində” baş verib-vermədiyinin müəyyənləşdirilməsindən asılıdır.

42. Daşınan malın məhvi ilə nəticələnən yanğının səbəbi barədə tam dəqiq məlumat olmasa da, iddiaçının nümayəndəsinin ehtimalına görə yanğın qoşqunun təkərindəki sürtünmədən, Cavabdeh4 nümayəndəsinin (vəkilinin) bildirməsinə görə isə daşınan yağ və onun qutusu arasındakı sürtünmədən. Rusiya Federasiyasında həmin yanğınla bağlı araşdırma aparan müstəntiqin qərarında da “ən çox ehtimal edilən səbəb kimi təkərin sürtünmə nəticəsində yanması” göstərilmişdir.

43. Kollegiya hesab etmişdir ki, əgər yanğın qoşqunun təkərindəki sürtünmədən yaranmışdırsa, bu, daşıyıcının avtomobilinin lazımi keyfiyyətdə olmadığı, yaxud avtomobilə vaxtında qulluq göstərilmədiyi qənaətinə gəlməyə əsas yaradır - belə hal isə “lazımi vicdanlılıq şəraitində qarşısı alınması mümkün olmayan hal” olaraq qiymətləndirilə bilməz.

44. Əgər yanğın daşınan yağ və onun qutusu arasındakı sürtünmədən yaranmışdırsa, bu o deməkdir ki, yük lazımınca qablaşdırılmamışdır – belə olan halda da daşı yıcı, yükü daşımaya qeyd-şərtsiz qəbul edərkən mövcud olmuş həmin çatışmazlığın nəticələri üçün məsuliyyət daşıyır – çünkü şübhəsizdir ki, daşıyıcı lazımi vicdanlılıq göstərsəydi, qablaşdırmanın lazımi qaydada aparılmasını təmin edə bilərdi.

45. Beləliklə, iddiaçıya məxsus yükün məhvinə görə daşıyıcının məsuliyyətini istisna edən hallar mövcud deyildir və digər cavabdehlərə qarşı iddia tələbini rədd etməklə birinci instansiya məhkəməsi işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir.

46. Göstərilənlərə əsasən kollegiya hesab etmişdir ki, daşınma zamanı məhv olmuş malın dəyəri qismində 1.975.500 rubl (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə) Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 tutulub iddiaçıya ödənilməli dir.

47. İddiaçının “malın gətirilməsi üçün çəkilən daşıma xərci, gömrük xərcləri və 18% əlavə dəyər vergisi nəzərə alınmaqla 9200 manatın xeyrinə tutulması” tələbini kollegiya əsassız hesab etmişdir.

48. Belə ki, iddiaçı daşıma xərci ödədiyinə dair hər hansı sübut təqdim etməmiş, daşınan yük Azərbaycan Respublikasına gətirilmədiyi (Rusiya ərazisində məhv olduğu) üçün gömrük rüsumları, eləcə də ƏDV ödəməmişdir.

49. İddiaçının “əldən çıxmış fayda olaraq 15.725 manatın və 5.400 manatın xeyrinə tutulması” tələbi də əsaslı hesab olunmamışdır. Belə ki, o, “15 725 manatın tutulması” tələbini bitki yağının 1 qutusunun (5 litr) satış qiymətinin ƏDV daxil 13,5 manat təşkil etdiyi, ona çatdırılmayan bitki yağının həcminin 4500 qutu olduğu, buna görə də göstərilən məbləğdə fayda itirdiyi; “5400 manat ın tutulması” tələbini isə “əldə edəcəyi gəliri depozit hesabına qoymaq imkanından məhrum edildiyi” arqumentləri ilə əsaslandırmışdır.

50. Kollegiyanın qənaətinə görə, bu tələblər kifayət qədər əsaslandırma aparılmadan və zəruri aydınlıq gətirilmədən, mal iddiaçıya çatdırılmış olsaydı qazanacağı məbləğin əldə olunması üçün apardığı hazırlıq işləri barədə sübutlar təqdim edilmədən irəli sürülmüşdür, eyni zamanda daşıyıcının özünün də müvafiq daşıma zamanı zərərə məruz qaldığı (avtomobilin yanması) və həm daşıyıcının, həm də ekspeditorun heç bir qazanc əldə etmədikləri nəzərə alındığında, təmin olunmamalıdır.

51. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 5.3, 13, 14.2.1, 385.1, 385.2, 386.1, 390.1, 390.5, 390.6, 398.1, 399.1, 404.1, 404.2, 425.1, 442, 445.2.1, 448.1, 449.1, 4 49.2, 449.4, 850.1, 850.2, 851, 852.1 - 852.5, 855.1, 855.2, 859.1-859.5, 861.1, 861.2-ci, MPM-in 14.2, 77.1, 88, 217.3, 385, 385.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

52. Cavabdeh3 kassasiya şikayəti verərək, həmin qətnamənin ona aid hissədə ləğv edilməsi və həmin hissədə iddianın rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

53. Cavabdeh2 da kassasiya şikayəti verərək, həmin qətnamənin ona aid hissədə ləğv edilməsi və həmin hissədə iddianın rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

54. Cavabdeh4 da kassasiya şikayəti verərək, həmin qətnamənin ona aid hissədə ləğv edilməsi və həmin hissədə iddianın rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Cavabdeh3 kassasiya şikay ətinin dəlilləri

55. MM-in 852.5-ci maddəsi üzrə - istinad edilən maddi hüquq normasının mənasına görə ekspeditor daşınma prosesi ilə bağlı yaranan zərərə görə o halda cavabdehlik daşıyır ki, yük göndərənin göstərişlərindən kənara çıxmış olsun və daşıyıcıları seçərkən lazımi vicdanlılıq göstərdiyini sübuta yetirə bilməsin; əks halda o, daşıyıcıların təqsiri üçün də məsuliyyət daşıyacaqdır. Lakin apellyasiya instansiya məhkəməsi daşınma prosesinin təşkili ilə bağlı yük göndərənin Cavabdeh3 hər hansı göstərişinin olmamasına və onun göstərişlərindən kənara çıxmamasına istinad etsə də, işdə hər hansı sübut olmadığı halda Cavabdeh3 daşıyıcıları seçərkən lazımi vicdanlılıq göstərdiyi nəticəsinə gəlməsi qanuni və əsaslı hesab edilə bilməz. Belə ki, apelyasiya instansiya məhkəməsinin gəldiyi nətic ə hər hansı sübuta deyil, məhkəmənin mülahizələrinə əsaslanmışdır. Digər tərəfdən, işin halları ilə müəyyən olunur ki, iddiaçı daşıyıcılar Cavabdeh4 və Cavabdeh2 ilə və onların etibarnamə verməklə seçdiyi sürücü M.Qasımovla şifahi tapşırıq müqaviləsi bağlamış və eyni zamanda sürücü M.Qasımova etibarnamə vermişdir. Bununla yanaşı, işin hallarından o da müəyyən olunur ki, yanğın daşıyıcılar Cavabdeh4 və Cavabdeh2 məxsus nəqliyyat vasitəsinin hərəkətdə olarkən qoşqusunda baş vermişdir. Bu hal onu deməyə əsas vermir ki, Cavabdeh3 beynəlxalq yük daşınmasını həyata keçirəcək daşıyıcını müəyyənləşdirərkən heç bir xüsusi araşdırma aparmamış, həmin şəxslərin əvvəllər beynəlxalq daşıma həyata keçiribkeçirmədikləri, sürücünün şəxsi keyfiyyətləri, o cümlədən peşəkarlıq dərəcəsi və s. halları araşdır mamışdır. Daşıyıcılar Cavabdeh4 və Cavabdeh2 məxsus nəqliyyat vasitəsinin qoşqusunda yanğının nəqliyyat vasitəsinin hərəkəti zamanı baş verməsi işin mübahisəsiz halıdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 3-cü bəndinə görə sürücü yola düşməzdən qabaq nəqliyyat vasitələrinin istismara buraxılmasına dair bu Qanunun 1 saylı əlavəsinə uyğun olaraq, nəqliyyat vasitəsinin texniki cəhətdən sazlığını yoxlamalı və onu yol boyu təmin etməlidir. Göründüyü kimi belə olan halda sürücü M.Qasımovun həmin normanın tələblərinə riayət etməməsinə görə Cavabdeh3 üzərinə sürücünün hərəkətsizliyinə görə məsuliyyət qoyula bilməz. Çünki, Cavabdeh3 sürücü M.Qasımovun yol hərəkəti və nəqliyyat vasitəsinin istismarı qaydalarına riayət edibetməyəcəyini qabaqcadan görə və qarşıs ını ala bilməzdi. Beləliklə, işin yuxarıda istinad edilən hallarına əsasən apellyasiya instansiya məhkəməsi Cavabdeh3 münasibətdə MM-in 852.5-ci maddəsini düzgün tətbiq etməmişdir.

56. MPM-in 14.2, 80, 88, 217-ci maddələri üzrə - apellyasiya instansiya məhkəməsi MPM-in 9.3-cü maddəsinə zidd olaraq prosesin çəkişmə prinsipini təmin etməmiş, tərəflərə bərabər şərait yaratmamış, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalı olduğu halda, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmışdır. Bundan başqa, onun təqdim etdiyi sübutlar araşdırılmamış, işin faktiki hallarının müəyyən edilməsinə yönəlmiş vəsatətlərinə baxılmalı olduğu halda baxılmamışdır. Bunlarla yanaşı, a pellyasiya instansiya məhkəməsi təqdim edilmiş sübutları tam araşdırmamış və onlara düzgün qiymət verməmişdir. Beləliklə, apellyasiya instansiya məhkəməsi qətnaməni istinad edilən maddi və prosessual hüquq normalarının tələblərini pozmaqla qəbul etmişdir. b) Cavabdeh2 kassasiya şikayətinin dəlilləri

57. MM-in 851-ci maddəsi üzrə - daşıyıcı müqavilə əsasında və haqq müqabilində yükün olduğu yerdən təyinat yerinə daşınmasını həyata keçirən və mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan fiziki və ya hüquqi şəxsdir. İşin mübahisəsiz halıdır ki, məhv olmuş malları M.Qasımov bir təyinat nöqtəsindən digərinə çatdırmaqla mükəlləf imiş, yəni MM-in yük daşınması ilə bağlı müddəalarına görə bu işdə “Daşıyıcı” qismində iştirak edirdi. Cavabdeh4 və Cavabdeh2 isə sadəcə bu daşınmanın həyata keçirildiyi müvafiq olaraq nəqliyyat vasitəsinin və qoşqunun mülkiyyətçiləridir. Cavabdeh4 və Cavabdeh2 ilə nə iddiaçı (yükgöndərən), nə də Cavabdeh3 (ekspeditor) arasında müqavilə mövcud olmamışdır.

58. MM-in 852.5-ci maddəsi üzrə - həmin maddənin tələbləri baxımından iddia Cavabdeh4 və Cavabdeh2 barəsində təmin edilməməli idi. Belə ki, şərti olaraq Cavabdeh4 və Cavabdeh2 bu iş üzrə “Daşıyıcı” kimi qəbul edilsə belə, Cavabdeh3, yəni ekspeditor onların təqsiri üçün də iddiaçı (yükgöndərən) qarşısında məsuliyyət daşıyır. MM-in 852.5-ci maddəsində ekspeditorun daşıyıcıların təqsiri üçün də məsuliyyət daşımaması üçün 1 istisna hal müəyyən edilib - daşıyıcıları seçərkən lazımi vicdanlılıq göstərdiyini sübuta yetirməsi. Bu hal isə Bakı Apellyasiya Məhkəməsinin qətnaməsində qeyd olunmuşdur. Belə ki, apellyasiya icraatı zamanı Cavabdeh3 hakimlərin ona ünvanladığı suallara cavab verərkən həmçinin bildirmişdir ki, Cavabdeh4 və Cavabdeh2 əvvəllər tanımamış, onların vasitəsilə daha əvvəl yük daşıtdırmamış, özünün də daxil olduğu WhatsApp sürücü qrupuna yazaraq Cavabdeh2 həmin qrupdan tapmış və onunla daşıma barədə razılaşmış, sürücü M.Qasımovu isə daşımaya Cavabdeh2 özü cəlb etmişdir. Qətnamədə də qeyd olunmuşdur ki, daşınma prosesinin təşkili ilə bağlı yük göndərənin Cavabdeh3 hər hansı göstərişi olmasa da, Cavabdeh3 daşıyıcıları seçərkən lazımi vicdanlılıq göstərdiyini sübuta yetirə bilməmişdir. Qətnamədə daha sonra qeyd olunmuşdur ki, göründüyü kimi Cavabdeh3, beynəlxalq yük daşınmasını həyata keçirəcək daşıyıcını müəyyənləşdirərkən heç bir xüsusi araşdırma ( həmin şəxslərin əvvəllər beynəlxalq daşıma həyata keçirib-keçirmədikləri, bazarda formalaşan imicləri, sürücünün şəxsi keyfiyyətləri, o cümlədən peşəkarlıq dərəcəsi və s.) aparmamış, beləliklə də, daşınma prosesi ilə bağlı yaranan zərərə görə ekspeditor qismində cavabdehlik daşımasına zəmin yaratmışdır. Bakı Apellyasiya Məhkəməsinin bu halları qətnamədə sadalasa da öz əsaslandırması ilə tamamilə ziddiyyətli qərar qəbul etmişdir. Belə ki, qətnamənin əsaslandırıcı hissəsi ilə nəticə hissəsi bir-birinə ziddir.

59. MPM-in 97-ci maddəsi – məhkəmə əcnəbi dövlətin müstəntiqinin fərziyyəsini sanki mütləq həqiqət kimi qəbul etmişdir. Halbuki, müstəntiqin xüsusi bilik tələb edən məsələyə fikri heç zaman məhkəmə üçün mötəbər mənbə hesab edilə bilməz. Yanğının baş vermə səbəbi xüsusi bilik tələb edən məsələdir və yalnız ekspert rəyi bu nüans üzrə mötəbər hesab edilə bilər. Bundan savayı, ona məxsus yük maşınının qoşqu hissəsi (yük yeri hissəsi) tamamilə yanıb yararsız hala düşdüyündən ona külli miqdarda maddi ziyan dəymişdir, habelə daşınmaya görə ona heç bir ödəniş edilməmişdir. c) Cavabdeh4 kassasiya şikayətinin dəlilləri

60. Cavabdeh4 kassasiya şikayəti Cavabdeh2 kassasiya şikayəti ilə eyni qaydada əsaslandırılmış və əlavə olaraq qeyd olunmuşdur ki, işin mübahisəsiz hallarına görə yanğın qoşquda (yük yerində) əmələ gəlmişdir. Cavabdeh4 isə qoşqunun deyil, nəqliyyat vasitəsinin (dartıcının) mülkiyyətçisidir. Təkcə bu hal qətnamənin ləğvi üçün kifayətdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

61. Kassasiya şikayətinə qarşı iddiaçı tərəfindən etiraz təqdim edilmişdir. Etiraz iddia ərizəsi ilə eyni qaydada əsaslandırılmış və əlavə olaraq qeyd olunmuşdur ki, cavabdehlərin kassasiya şikayətlərinin dəlilləri əsassızdır və işdə olan sübutlarla təsdiq olunmur. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi isə qanuni və əsaslıdır. Kassasiya baxışının hədləri

62. Kassasiya şikayətlərində iddia tələblərinin təmin olunmuş hissəsi mübahisələndirildiyi üçün apellyasiya məhkəməsinin qətnaməsi yalnız həmin hissələrdə və MPM-in 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətlərində ifadə olunmuş dəlillər üzrə yoxlanılacaqdır. Tətbiq edilən hüquq

63. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

850. Yük daşınması müqaviləsi 850.1. Yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müq abilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür.” “Maddə

851. Yük göndərən, yük alan və daşıyıcı 851.1. Yük göndərən daşımanın təşəbbüsçüsü olan və adından yük göndərilməsi rəsmiləşdirilən fiziki və ya hüquqi şəxsdir. Yük göndərən həm yükün daşımadan əvvəl olduğu şəxs, həm də yükün göndərildiyi şəxs (yük alan) ola bilər. Yük alan əqd əsasında yüklərin alınmasına səlahiyyətli fiziki və ya hüquqi şəxsdir. Daşıyıcı yük daşınması müqaviləsi əsasında və haqq müqabilində baqaj, yük və ya poçt daşımalarını yerinə yetirən, mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan hüquqi şəxs və ya fərdi sahibkardır.” “Maddə

852. Ekspeditor. Nəqliyyat komisyonçu su 852.1. Ekspeditor üçüncü şəxslər (daşıyıcılar) vasitəsilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin yük göndərənin hesabına təşkil edən şəxsdir. 852.2. Daşıyıcılar ilə münasibətlərdə ekspeditor yük göndərənin hüquq və vəzifələrinə malikdir. 852.3. Ekspeditor yük göndərənin göstərişlərinə əməl etməlidir. O, daşıyıcıları öz məsuliyyəti ilə seçir. Əgər ekspeditor daşımanı tamamilə və ya qismən özü həyata keçirirsə, daşıyıcının hüquq və vəzifələrinə malik olur. Əgər bir neçə yük göndərinin əşyalarının aralıq və son təyinat yerləri eynidirsə, ekspeditor bu əşyaları qruplaşdıraraq yığma nəqliyyat təşkil edə bilər. Bütün hallarda o, yük göndərənin mənafelərini qorumalı və göstərişlərinə əməl etməlidir. O, qarşıya çıxan bütün çətinliklər barəsində yük göndərənə məluma t verməlidir. 852.4. Ekspeditorun öz xidmətləri üçün muzd almaq və yük göndərən üçün çəkdiyi xərclərin əvəzinin ödənilməsi hüququ vardır. Ekspeditorun muzdu xüsusən aşağıdakılardan ibarət ola bilər: 852.4.1. daşıyıcıların muzdlarının məbləğindən faiz dərəcəsi (komisyon muzdu); 852.4.2. və (və ya) daşımanın dəyəri və ekspeditorun muzdu da daxil olmaqla, əvvəldən axıradək bütün daşıma xərcləri üçün muzd. 852.5. Ekspeditor yük göndərənin göstərişlərindən bütün kənaraçıxmalar üçün onun qarşısında məsuliyyət daşıyır. Ekspeditor daşıyıcıların təqsiri üçün də məsuliyyət daşıyır, amma daşıyıcıları seçərkən lazımi vicdanlılıq göstərdiyini sübuta yetirdiyi hallar istisna təşkil edir.” “Maddə

859. Yük daşıyıcısının məsuliyyəti 859.1. Yükün itirildiyi və ya məhv olduğu halda daşıyıcı onun tam dəyərini ödəyir. Əgər yük daşıyıcı tərəfindən daşımaya qəbul edildikdən sonra üç ay ərzində çatdırılmazsa, əksi sübut edilənədək itirilmiş sayılır. 859.2. Bundan başqa, daşıyıcı çatdırmanın gecikdirilməsi və ya yükün zədələnməsi və ya qismən məhv olması ilə bağlı bütün zərər üçün məsuliyyət daşıyır. 859.3. Əgər daşıyıcı yükün itirilməsinin və ya məhvinin aşağıdakılar nəticəsində baş verdiyini sübuta yetirərsə, bu Məcəllənin 859.1-859.2-ci maddələrində nəzərdə tutulan məsuliyyət tətbiq edilmir: 859.3.1. risk məlum olsa da, yükün xarakteri və ya nəqliyyat vasitəsinin birbaşa təyinatı; 859.3.2. yük göndərənin və ya yük alanın təqsiri və ya göstərişi; 859.3.3. daşıyıcının lazımi vicdanlılığı şəraitində qarşısı alınması mümkün olmayan hallar. 859.4. Daşıyıcı daşımanı tamamilə və ya qismən başqa daşıyıc ının vasitəsilə həyata keçirdiyi halda da məsuliyyət daşıyır. Onun daşıma üçün yükü verdiyi daşıyıcıya qarşı reqres hüququ saxlanılır.”

64. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

386. Maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.” “Maddə

392. Apellyasiya instansiyası məhkəməsi qətnaməsinin məzmunu 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur.” “Maddə

407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” “Maddə

417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.4. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər; 417.2.Bu Məcəllənin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş qərar yalnız o halda qəbul edilir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş olsun.” “Maddə

418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya q ərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. 418.2. Bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

65. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh4 və Cavabdeh2 kassasiya şikayətləri təmin edilməli, apellyasiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli, iddia tələbi onlara aid hissədə rədd edilməli, Cavabdeh3 kassasiya şikayəti təmin edilməməli, qətnamə ona aid hissədə dəyişdirilmədən saxlanılmalıdır.

66. Belə ki, apellyasiya məhkəməsinin müəyyən etdiyi hallara görə, iddiaçı ilə bağlanmış müqaviləyə əsasən yüklərin daşınmasının təşkili və həyata keçirilməsi Cavabdeh3 həvalə edilmiş, daşımada istifadə olunmuş nəqliyyat vasitələri məhz onun tərəfindən cəlb edilmişdir. Bu isə Cavabdeh3 mübahisəli münasibətlərdə ekspeditor qismində çıxış etdiyini təsdiq edir.

67. Kollegiya qeyd edir ki, MM-in “Daşıma” adlı 46-cı fəslinin “Yük daşınması” adlı 2-ci paraqrafına aid 850-852-ci maddələrinə görə, yük daşınması müqaviləsinin tərəfləri kimi yük göndərən, yük alan, daşıyıcı və ekspeditor çıxış edə bilər.

68. Daşıyıcı müqavilə əsasında və haqq müqabilində bilavasitə yükün daşınmasını həyata keçirən şəxsdir.

69. Ekspeditor isə daşıyıcılar vasitəsilə yükün daşınmasını öz adından, lakin yük göndərənin h esabına təşkil edən şəxsdir. Eyni zamanda, daşıyıcılar ilə münasibətlərdə ekspeditor yük göndərənin hüquq və vəzifələrinə malikdir.

70. MM-in 859-cu maddəsində daşıyıcının məsuliyyəti müəyyən edilərək qeyd edilir ki, yükün itirildiyi və ya məhv olmasına görə məsuliyyət daşıyıcının üzərinə düşür (859.1).

71. MM-in 852.5-ci maddəsində isə müəyyən edilmişdir ki, ekspeditor daşıyıcıların təqsiri üçün də məsuliyyət daşıyır, amma daşıyıcıları seçərkən lazımi vicdanlılıq göstərdiyini sübuta yetirdiyi hallar istisna təşkil edir.

72. Beləliklə, MM-in 850, 852, 859-cu maddələrinin birgə təhlilindən görünür ki, yük daşımanı ekspeditor təşkil etmədikdə və müqavilə münasibətləri bilavasitə yük göndərənlə daşıyıcılar arasında olduqda yükün itirildiyi və ya məhv olmasına görə məsuliyyəti daşıyıcı daşıyır. Yük daşımanı ekspeditor təşkil etdikdə və bu zaman müqavilə münasibətləri yük göndərənlə ekspeditor, habelə ekspeditorla bilavasitə daşıyıcı arasında olduqda isə yükün itirildiyi və ya məhv olmasına görə məsuliyyəti ekspeditor daşıyır.

73. Əks yanaşma həm MM-in 852.2 və 852.5-ci maddələrinin tələblərinə, həm də yük daşımada ekspeditor anlayışının mahiyyətinə və ekspeditorun malik olduğu hüquq və vəzifələrinə ziddir.

74. Bundan əlavə, qeyd olunan hüquqi mövqe yalnız qanunun tələblərindən deyil, eyni zamanda mübahisəli münasibətlərin hüquqi və iqtisadi mahiyyətindən də irəli gəlir.

75. Belə ki, əks yanaşmanın qəbul edilməsi halında yük göndərən birbaşa müqavilə münasibətlərində olmadığı, tanımadığı və öz seçimi ilə cəlb etmədiyi daşıyıcılarla məhkəmə mübahisəsinə girmək məcburiyyətində q alardı ki, bu da müqavilə hüququnun əsas prinsiplərindən olan hüquqi müəyyənlik və etibarın qorunması prinsiplərinə ziddir.

76. Eyni zamanda, daşınmanın təşkili və icrasını üzərinə götürmüş ekspeditorun yalnız “vasitəçi” statusuna istinad etməklə faktiki olaraq qanun və müqavilə üzrə daşıdığı məsuliyyətdən azad edilməsi kommersiya dövriyyəsinin normal fəaliyyətinə xələl gətirər və müqavilə öhdəliklərinin real icrasını təmin edən məsuliyyət mexanizmini zəiflədərdi.

77. Apellyasiya instansiyası məhkəməsi isə qeyd olunanları nəzərə almamış və Cavabdeh3 münasibətdə mübahisəli hüquq münasibətlərinə düzgün qiymət versə də, digər cavabdehlərə münasibətdə maddi hüquq normalarını səhv tətbiq etmişdir.

78. Belə ki, həmin məhkəmə iddiaçı ilə Cavabdeh3 arasında ekspedisiya müqaviləsinin bağlanması və yükdaşımanı həmin cavabdeh tərəfindən təşkil edilməsi nəticəsinə gəlmiş, habelə müəyyən etmişdir ki, Cavabdeh3 daşıyıcıları seçərkən lazımi vicdanlılıq göstərdiyini sübuta yetirə bilməmiş, beləliklə də, daşınma prosesi ilə bağlı yaranan zərərə görə ekspeditor qismində cavabdehlik daşımasına zəmin yaratmışdır.

79. Kollegiya hesab edir ki, məhkəmənin müəyyən etdiyi hallara əsasən gəldiyi nəticə həm MM-in 852.2 və 852.5-ci maddələrinin tələblərinə və bununla bağlı yuxarıda qeyd edilən hüquqi mövqeyə, həm də iddiaçı ilə Cavabdeh3 arasında bağlanmış müqavilənin 5.2 və 5.3-cü bəndlərinə tələblərinə uyğun olmuşdur.

80. Bununla yanaşı, apellyasiya məhkəməsi hesab etmişdir ki, həmin cavabdehlə yanaşı yükdaşımanı həyata keçirən avtonəqliyyat vasitələrinin mülkiyyətçiləri də iddiaçı qarşısında müştər ək (birgə) məsuliyyət daşıyır.

81. Kollegiya hesab edir ki, məhkəmənin gəldiyi həmin nəticə MM-in 852.2 və 852.5-ci maddələrinin tələblərinə və bununla bağlı yuxarıda qeyd edilən hüquqi mövqeyə ziddir. Belə ki, apellyasiya məhkəməsi tərəfindən müəyyən etdiyi hallara görə müqavilə münasibətləri yük göndərən iddiaçı ilə ekspeditor Cavabdeh3, habelə sonuncu ilə digər cavabdehlər arasında olmuş və yük daşımanı ekspeditor Cavabdeh3 təşkil etmişdir. Belə olan halda isə yükün məhv olmasına görə məsuliyyəti daşımanı həyata keçirən nəqliyyat vasitələrinin mülkiyyətçiləri deyil, ekspeditor daşıyır.

82. Bundan əlavə, MM-in 500.2-ci maddəsində müəyyən edilmişdir ki, birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir.

83. Lakin MM-in yük daşınması ilə bağlı məs ələləri tənzimləyən 850-861-ci maddələrində ekspeditor və daşıyıcıların yük göndərən qarşısında birgə öhdəlik daşımalarını müəyyən edən normalar mövcüd deyildir.

84. Eyni zamanda, iddiaçı ilə Cavabdeh4 və Cavabdeh2 arasında və ya cavabdehlərin öz aralarında müqavilə bağlanılaraq cavabdehlərin iddiaçı qarşısında birgə öhdəlik daşımaları müəyyən edilməmişdir.

85. Habelə, məhkəmənin müəyyən etdiyi hallara görə müqavilə münasibətlərində iddiaçı ilə Cavabdeh3, habelə sonuncu ilə digər cavabdehlər olmuşdur. Belə olan halda isə tərəflər arasında, yəni iddiaçı ilə Cavabdeh3 və digər cavabdehlər arasında olan öhdəlik predmetinin bölünməzliyi barədə nəticəyə gəlmək üçün də əsaslar mövcud deyildir.

86. Bu baxımdan kollegiya hesab edir ki, Cavabdeh3la bərabər Cavabdeh4 və Cavabdeh2 da məsuliyyət daşım aları ilə bağlı apellyasiya məhkəməsinin gəldiyi nəticə yuxarıda qeyd edilən maddi hüquq normalarının tələblərinə uyğun deyildir və bununla bağlı Cavabdeh4 və Cavabdeh2 kassasiya şikayətlərinin dəlilləri əsaslı hesab edilməlidir. Kassasiya şikayətinin digər dəlillərinə isə qiymət verilməsinə zərurət yoxdur. Çünki həmin dəlillər işin mahiyyətinə aid olmaqla cavabdehlərin məsuliyyəti mövcud olduğu halda qiymətləndirilməsi zəruri hesab edilə bilər. Hazırkı halda isə həmin cavabdehlərə qarşı irəli sürülmüş iddia maddi hüquq normaları baxımından özü-özlüyündə əsassızdır. Ona görə də, həmin cavabdehlərin kassasiya şikayətləri təmin edilməli, onlara aid hissədə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və MPM-in 417.2-ci maddəsinə əsasən həmin hissədə yenə qərar qəbul edilər ək iddia rədd edilməlidir.

87. MM-in 852.5-ci maddəsinin tələblərinin pozulması ilə bağlı Cavabdeh3 kassasiya şikayətinin dəlilləri isə yuxarıda göstərilənlərə görə əsassızdır.

88. Həmin kassasiya şikayətində qeyd edilən sübutların düzgün qiymətləndirilməməsi və prosessual normaların pozulması barədə dəlillər də əsaslı hesab edilə bilməz.

89. Belə ki, MPM-in 407.2 və 416.1-ci maddələrinin birgə təfsirinə görə kassasiya şikayətində işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı dəlillərə istinad edilə, kassasiya instansiyası məhkəməsi isə belə dəlilləri yoxlaya bilməz.

90. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012ci il 28 fevral tarixli Qərarında da qeyd edilmişdir ki,...kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normal arı ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərarı).

91. Məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarının və sübutların qiymətləndirilməsi ilə bağlı məsələ işə mahiyyəti üzrə baxan birinci və apellyasiya instansiyaları məhkəmələrinin səlahiyyətinə aiddir. Kassasiya instansiyası məhkəməsi isə işin faktiki hallarının, habelə sübutların düzgün və səhv qiymətləndirilməsini deyil, sübutların prosessual qanunvericiliyə uyğun qaydada təqdim edilməsi və toplanması, onların tədqiq edilməsi, təqdim edilmiş sübutlara qiymət verilib- verilməməsi və s. bununla bağlı prosessual qaydalara riayət edilib-edilməməsini yoxlayır.

92. Kassasiya şikayətində qeyd olunan prosessual hüquq normalarının pozulması barədə dəlillər o vaxt əsaslı hesab edilə bilərdi ki, məhkəmələr tərəfindən MPM-in 9 və 14.1ci maddələrinin tələbləri pozulmuş olsun, həmçinin cavabdehin istinad etdiyi dəlillərə və təqdim etdiyi sübutlara qiymət verilməmiş olsun. Lakin hazırkı işdə həmin pozuntuya yol verilməmiş, habelə apellyasiya məhkəməsi tərəfindən MPM-in 392.2-ci maddəsinə uyğun olaraq cavabdehin dəlillərinə və sübutlarına qiymət verilmiş, habelə çəkişmə prinsipinin pozulmasına yol verilməmiş və tərəflərə bərabər şərait yaradılmışdır. İşin hallarına və sübutlara hansı şəkildə qiymət verilməsi isə mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya instansiya sı məhkəməsinin səlahiyyətinə aiddir və kassasiya icraatının predmetinə aid deyildir.

93. Bu baxımdan kollegiya hesab edir ki, Cavabdeh3 kassasiya şikayəti təmin edilməməli və ona aid hissədə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

94. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehlər Cavabdeh4 və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 18 iyul tarixli 2-2(103)-602/2025 nömrəli qətnaməsi qismən - cavabdehlər Cavabdeh4 və Cavabdeh2 aid hissədə ləğv edilsin və həmin cavabdehlərə qarşı irəli sürülmüş iddia rədd edilsin. Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin və qətnamə ona aid hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar