Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-707/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçının Cavabdehə qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun qaytarılması 22.11.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Məmmədli Bəhram Məmməd oğlunun sədrliyi ilə, hakimlər Dadaşov İlqar Ağababaş oğlu, Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, İddiaçının Cavabdehə qarşı kredit borcunun qaytarılması tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 5 iyul tarixli 2-2(103)582/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İ. İŞİN HALLARİ
1. Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra – “Bank”) 2015-ci il 30 oktyabr tarixli qəbzə əsasən, Cavabdeh1 tərəfindən 75 manat, 1 dekabr tarixli qəbzlərə əsasən, 40 manat və 75 manat, 2016-cı il 13 yanvar tarixli qəbzlərə əsasən, 125 manat, 2 fevral tarixli qəbzə əsasən, 125 manat, 2 mart tarixli qəbzə əsasən, 125 manat, 4 aprel tarixli qəbzə əsasən, 75 manat, 19 may tarixli qəbzə əsasən, 250 manat, 17 iyun tarixli qəbzə əsasən, 250 manat, 21 iyul tarixli qəbzə əsasən, 250 manat, 19 avqust tarixli qəbzlərə əsasən, 200 manat, 22 sentyabr tarixli qəbzə əsasən, 250 manat, 17 noyabr tarixli qəbzə əsasən, 250 manat, 14 dekabr tarixli qəbzə əsasən, 225 manat, 2017-ci il 18 yanvar tarixli qəbzə əsasən, 200 manat, 16 fevral tarixli qəbzə əsasən, 250 manat, 3 aprel tarixli qəbzə əsasən, 250 manat, 13 aprel tarixli qəbzə əsasən, 350 manat, 15 may tarixli qəbzə əsasən, 400 manat, 8 iyun tarixli qəbzə əsasən, 300 manat, 19 iyul tarixli qəbzə əsasən, 300 manat, 21 avqust tarixli qəbzə əsasən, 350 manat, 3 oktyabr tarixli qəbzə əsasən, 250 manat, 18 oktyabr tarixli qəbzə əsasən, 350 manat, 17 noyabr tarixli qəbzə əsasən, X3 tərəfindən 400 manat, 20 dekabr tarixli qəbzə əsasən, Əliyev Zaur tərəfindən 150 manat, 2018-ci il 15 fevral tarixli qəbzə əsasən, Cavabdeh1 tərəfindən 250 manat, 19 mart tarixli qəbzə əsasən, Cavabdeh1 tərəfindən 150 manat, 27 aprel tarixli qəbzə əsasən, Cavabdeh1 tərəfindən 150 manat, 22 may tarixli qəbzə əsasən, Cavabdeh1 tərəfindən 100 manat, 2019-cu il 27 fevral tarixli qəbzə əsasən, 50 manat məbləğində ödənişlər həyata keçirilmişdir.
2. Hesabdan çıxarışdan görünür ki, Cavabdeh1 tərəfindən kredit müqaviləsi üzrə 2015-ci il 30 oktyabr tarixindən 2019-ci il 27 fevral tarixinədək olan dövr üzrə müvafiq ödənişlər edilmiş, son olaraq 2019-cu il 27 fevral tarixində 50 manat məbləğində ödəniş həyata keçirilmişdir.
3. İddiaçı tərəfindən 2022-ci il 12 aprel tarixində təqdim edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh1 tərəfindən 2015-ci il 30 oktyabr tarixindən 2019-cu il 27 fevral tarixinədək əsas borc məbləğindən 4.680,43 manat, faiz borcundan 1.994,57 manat olmaqla, ümumilikdə 6.675 manat məbləğində ödəniş həyata keçirilmişdir.
4. İddiaçı tərəfindən 2021-ci il 14 iyun tarixində Cavabdeh1 **********198 nömrəli bildiriş ünvanlanaraq, 2015-ci il 18 sentyabr tarixli **********014710000 nömrəli kredit müqaviləsi üzrə 13.726,55 manat məbləğində borcun ödəni lməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. 5. “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” 2021-ci il 26 noyabr tarixli A:-013/2021 nömrəli Arayışdan görünür ki, Cavabdeh1 ilkin mediasiya sessiyasının tarixi, yeri və saatı barədə 9 gün əvvəlcədən poçt vasitəsilə məlumatlandırılmasına baxmayaraq, ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı 2021-ci il 20 dekabr tarixində Cavabdehə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehdən 10.319,57 manat əsas, 1.100,80 manat faiz, 899,06 manat cərimə, hesablanmış 1.407,12 manat, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 200 manat məbləğində xərc və iş üzrə ödənilmiş 31,20 manat dövlət rüsumunun, ümumilikdə 13.726,55 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bank ilə cavabdeh arasında bağlanmış 2015-ci il 18 sentyabr tarixli **********014710000 nömrəli kredit müqaviləsinə əsasən, cavabdehə 26 ay müddətinə illik 6 % hesablanmaqla 15.000 manat məbləğində kredit verilmişdir. Cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi tam yerinə yetirməmişdir. İddiaçı tərəfindən cavabdehə 2015-ci il 18 sentyabr tarixli **********014710000 saylı kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin geri qaytarılması və məhkəmə mübahisəsi olmadan qısa müddət ərzində bar ışıq sazişinin bağlanılması üçün mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmişdir. Cavabdeh təklifə cavab vermədiyi üçün iddiaçı tərəfindən Mediasiya Şurasına yaranmış borc məbləğinin geri qaytarılması və məhkəmə mübahisəsi olmadan qısa müddət ərzində barışıq sazişinin bağlanılması üçün müraciət olunmuşdur. Təyin olunan mediator tərəfindən Banka və cavabdehə mediasiya dəvət məktubu göndərilmişdir. Cavabdehə ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə əvvəlcədən faktiki yaşadığı ünvana məktub göndərilmişdir. İddiaçı tərəfindən ilkin mediasiya sessiyasında iştirak edilmiş, 200 manat məbləğində mediasiyaya dair xərc ödənilmiş və bu barədə mediator tərəfindən müvafiq arayış verilmişdir. Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə şifahi müraciətlər olunmasına və 2 021-ci il 28 iyul tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh Banka cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir. Cavabdehin bank hesabından çıxarışdan görünür ki, 2015-ci il 18 sentyabr tarixində onun hesabına 15.000 manat Bank tərəfindən kredit verilmişdir. Həmin çıxarışdan görünür ki, cavabdeh mütəmadi olaraq kredit üzrə ödənişlər edir. Bundan başqa Azərbaycan Respublikası Mərkəzi Bankın Problemli kredit məlumatlarının sorğulanması saytından əldə olunmuş məlumata əsasən, cavabdehə verilmiş 15.000 manat məbləğində kredit üzrə restrukturizasiya olunmalı və dövlət büdcəsinə hesabına kompensasiya olunmalı əsas kredit borclarına dair məlumatlar hazırda dəqiqləşdirilmə mərhələsindədir. Bank üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabde h üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi, cavabdeh tərəfindən ödəniş qaydasının pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi.
8. İddia tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 427.3, 442, 445, 449.1, 465, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 3.4, 36.5-ci maddələrinə istinad olunmuşdur.
9. Cavabdeh 2022-ci il 31 yanvar tarixində “İddia müddətinin tətbiq edilməsi barədə” ərizə verərək, iddianın təmin edilməm əsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
10. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 12 aprel tarixli e-2-2(113)-555/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 10.319,57 manat əsas borc, 1.100,80 manat faiz borcu, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 200 manat məbləğində xərc və iş üzrə ödənilmiş 31.20 manat dövlət rüsumu, ümumilikdə 11.651,57 manat pulun tutularaq iddiaçı iddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır (hakim – İ.Əhmədov).
11. Məhkəmə qeyd etmişdir ki, cavabdeh ilkin olaraq hazırki iş üzrə iddia müddətinin ötürüldüyünü, bundan əlavə onun bankdan götürdüyü kreditin məbləğinin 15.000 manat deyil, 5.000 manat və illik faiz dərəcəsinin 6%-dan az olduğunu, götürülmüş kredit məbləği üzrə ödənişlər in tam olaraq icra edildiyini və banka ödəniləcək borc məbləğinin olmadığını iddia edir.
12. İddiaçı iddia ərizəsində qeyd etdiyi 2015-ci il 18 sentyabr tarixli **********014710000 nömrəli kredit müqaviləsini məhkəməyə təqdim edə bilməsə də, işin hallarından məlum olur ki, həqiqətən də tərəflər arasında kredit müqaviləsi üzrə münasibətlər əmələ gəlmiş və həmin müqavilə üzrə cavabdehə kredit verilmişdir. İş materiallarına əlavə edilmiş ödəniş qəbzləri və hesabdan çıxarışdan görünür ki, 2015-ci il 30 yanvar - 2019-cu il 27 fevral tarixlərini əhatə edən dövrdə cavabdeh tərəfindən kredit müqaviləsi üzrə müvafiq ödənişlər həyata keçirilmişdir. Sonuncu ödəniş isə 2019-cu il 27 fevral tarixli ödəniş qəbzinə əsasən, həmin tarixdə həyata keçirilmişdir. Cavabdeh tərəf qəbzdə olan imzanın ona məxsu s olmadığını iddia edərək, 2019-cu il 27 avqust tarixində edilən ödənişin onun tərəfindən həyata keçirilmədiyini bildirmişdir. Məhkəmə qeyd edilən məsələyə aydınlıq gətirilməsi məqsədilə dəfələrlə cavabdehə məhkəmə iclasına gəlməyi təklif etsə də, o, yalnız nümayəndəsinin iştirakı ilə kifayətlənmiş, məhkəmə iclasında özünün iştirakını təmin etməmişdir. Qeyd edilən hal isə cavabdehin öz mövqeyini lazımi səviyyədə əsaslandıra bilməməsi ilə nəticələnmiş və onun mövqeyinin əsaslılığını şübhə altına almışdır.
13. Bundan əlavə, ödəniş qəbzlərindən görünür ki, ödənişlərin böyük hissəsi cavabdehin özü tərəfindən həyata keçirilmiş, ayrı-ayrı vaxtlarda X3 və Əliyev Zaur adlı şəxslər tərəfindən də ödənişlər edilərək, ödəniş qəbzləri sözügedən şəxslər tərəfindən imzalanmışdır. Cavabdeh digər ödəniş qə bzlərini deyil, yalnız sonuncu ödəniş olan qəbzi, yəni 2019-cu il 27 fevral tarixli qəbzi mübahisələndirmişdir. Halbuki həmin qəbzdə ödəniş edən şəxs qismində cavabdehin adı qeyd edilmişdir.
14. Cavabdeh müqavilədən irəli gələn vəzifəsini lazımınca icra etməmişdir. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
15. Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə sonuncu ödəniş 2019-cu il 27 fevral tarixində icra edildiyindən, iddiaçı tərəfindən isə qanunvericiliklə müəyyən olunmuş 3 il müddət ötürülmədən, yəni 2021-ci il 20 dekabr tarixində məhkəməyə müraciət olunduğundan, hazırkı iş üzrə iddia müddəti ötürülməmişdir və iddia müddətinin tətbiq edilməsi bar ədə ərizə əsassızdır.
16. Cavabdehin digər mövqeyi isə ondan ibarət olmuşdur ki, kredit müqaviləsi üzrə kredit məbləği 5.000 manat, faiz dərəcəsi ilə isə 6% dan az təşkil etmiş və bütün ödənişlər tərəfindən icra edilmişdir. Məhkəmə cavabdehin bu mövqeyi ilə də razılaşmamışdır. Hesabdan çıxarışdan məlum olmuşdur ki, cavabdehin hesabına bank tərəfindən ümumilikdə 15.000 manat məbləğində pul köçürülmüşdür. Bundan əlavə maliyyə arayışından məlum olur ki, cavabdeh tərəfindən kredit müqaviləsi üzrə ümumilikdə 6.675 manat məbləğində ödəniş həyata keçirilmişdir.
17. Beləliklə, kredit məbləği cavabdeh tərəfindən qəbul olunduğundan, kredit və faizlərin bir hissəsi cavabdeh tərəfindən ödənildiyindən, yəni cavabdeh kredit müqaviləsini bəyəndiyindən, bu bəyənmə cavabdehin kredit müqaviləsi üzrə hüquq v ə vəzifələrinin müqavilənin bağlandığı andan əmələ gəlməsinə səbəb olduğundan kredit müqaviləsi üzrə tələb edilən 10.319,57 manat məbləğində əsas borc və 1.100,80 manat məbləğində faiz borcu hissəsində iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.
18. Məhkəmə iddia tələbini 899,06 manat məbləğində cərimənin ödənilməsi hissəsində əsaslı hesab etməmişdir. Penyadan fərqli olaraq, cərimə qanunda və ya müqavilədə dəqiq müəyyən edilmiş və birdəfəlik ödənilən sabit pul məbləğidir. Və hazırkı iş üzrə iddiaçı tərəfindən tələb edilən 899,06 manat cərimə məbləğinin müqavilədə nəzərdə tutulması ilə bağlı müvafiq sübutların mövcud olmadığını nəzərə alaraq bu hissədə iddia tələbini əsassız hesab edir.
19. Məhkəmə iddia tələbini 1.407,12 manat məbləğində ödənilməsi hissəsində əsaslı hesab etməmişdir. Belə ki, iddiaçı tələbini bu hissədə MM-in 445, 449-cu maddələri ilə əsaslandırmağa çalışmışdır. Məhkəmə İddiaçının bu cür əsaslandırması ilə razılaşmır. MM-in 445, 449-cu maddələrinin hazırkı mübahisəyə tətbiqi üçün hər hansı əsas yoxdur, buna görə də iddia tələbi bu hissədə təmin edilə bilməz.
20. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya ödənilməmiş borcunun qaldığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, cavabdehdən kredit müqaviləsi üzrə 10.319,57 manat əsas borc və 1.100,80 manat faiz borcu tutularaq iddiaçıya ödənilməlidir.
21. Məhkəmə gəldiyi nətic əni MM-in 373.2, 373.3, 399.1, 405.2, 409.4, 425.1, 431.1, 442, 443.1, 445.2.1, 448.1, 448.2, 448.3, 460.1, 462.1, 462.3, 739.1, 739.2-ci, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 119.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarına istinad etməklə əsaslandırmışdır.
22. Cavabdeh 2022-ci il 26 aprel tarixində apellyasiya şikayəti verərək qətnamənin tam ləğv olunması, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
23. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 5 iyul tarixli 2-2(103)-582/2022 saylı qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş, iddiaçının cavabdehə qarşı iddia tələbi rədd edilmişdir (sədrlik edən hakim – R.Qurbanov, hakimlər – V.Məmmədov və V.Baxışova).
24. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı öz tələblərinin əsası kimi 2015-ci il 18 sentyabr tarixli **********014710000 nömrəli kredit müqaviləsinə istinad etmiş, lakin həmin müqaviləni, o cümlədən 15.000 manat məbləğində pulun cavabdehə verilməsini əks etdirən sənədləri (kassa məxaric orderini, qəbz, ödəniş tapşırığı və s.) məhkəməyə təqdim etməmişdir. Eyni zamanda, cavabdeh bildirmişdir ki, onunla belə bir kredit müqaviləsi bağlanmamış və həmin müqavilədə göstərilən 15.000 manat məbləğində kredit verilməmişdir.
25. Göründüyü kimi, bu halı sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür və o, kredit müqaviləsinin bağlandığına istinad etdiyi üçün həmin müqaviləni, o cümlədən 15.000 manat məbləğində pulun cavabdehə verilməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməli idi. Lakin iddiaçı həmin sübutları məhkəməyə təqdim etməmiş və MPM-in 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.
26. İddiaçının təqdim etdiyi hesabdan çıxarış və kassa mədaxil orderləri isə həmin halı təsdiq edən sübut kimi qiymətləndirilə bilməz. Belə ki, hesabdan çıxarış iddiaçının özü tərəfindən birtərəfli qaydada tərtib edilən sənəddir. Həmçinin nə hesabdan çıxarışda, nə də kassa mədaxil orderlərində iddiaçının istinad etdiyi 2015-ci il 18 sentyabr tarixli **********014710000 nömrəli kredit müqaviləsinə istinad edilmişdir. Cavabdeh də bildirir ki, həmin kassa mədaxil orderləri digər kredit müqaviləsi üzrə ödənişlərə aiddir. Qeyd olunanlara əsasən, həmin sənədlər tərəflər arasında kredit müqaviləsinin bağlanması və 15.000 manat kreditin cavabdehə verilməsini təsdiq edən dolayı sübutlar kimi qəbul edilə bilməz.
27. Bu baxımdan, tərəflər arasında MM-in 739.1, 739.2-ci maddələrinə və Azərbaycan Respublikası Mərkəzi Bankının “Banklarda Kreditlərin verilməsi Qaydaları”nın 4.1.17-ci bəndinə uyğun 2015-ci il 18 sentyabr tarixli ******************** nömrəli kredit müqaviləsinin bağlanılması və cavabdehə həmin kredit müqaviləsi üzrə 15.000 manat məbləğində borcun verilməsi s übut olunmadığına görə tərəflər arasında MM-in 386.1-ci maddəsinin tələbləri baxımından öhdəlik münasibətlərinin yaranması öz təsdiqini tapmır. Belə olan halda isə iddia təmin edilə bilməz.
28. Eyni zamanda, iddia əsassız olduğu üçün cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiq edilməsi barədə ərizəyə qiymət verilməsinə lüzum yoxdur. Çünki MM-in 372, 375 və 377-ci maddələrinin birgə təfsirindən müəyyən edilir ki, iddia müddəti yalnız pozulmuş hüquqların bərpa edilməsi üçün qanunla müəyyən edilən müddətdir. Hüquqların pozulması müəyyən edilmədiyi təqdirdə isə müddətin axımının başlanması, hesablanması, bitməsini müəyyən etmək və ümumiyyətlə iddia müddətinin tətbiq etmək mümkün deyil.
29. Həmçinin cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə ərizənin verilməsi kredit müqaviləsinin bağlanmasının etirafı kimi qəbul edilə bilməz. Çünki cavabdehin iddiaya qarşı verdiyi etirazda kredit müqaviləsinin bağlanması və pulun verilməsi halları aydın şəkildə mübahisələndirilmiş, habelə həmin halları təsdiq edən sənədlərin təqdim edilməsi barədə vəsatət verilmişdir. İddia müddətinin tətbiq edilməsi barədə ərizədə isə tərəflər arasında kredit müqaviləsinin bağlanması deyil, iddia ərizəsində kredit müqaviləsinin bağlanmasının qeyd edildiyi göstərilmişdir.
30. Birinci instansiya məhkəməsi isə qeyd olunanları nəzərə almamış və iddianın əsasını təşkil edən kredit müqaviləsinin bağlanmasını təsdiq edən nə birbaşa, nə də dolayı sübutların təqdim edildiyinə baxmayaraq, iddianın qismən təmin edilməsi barədə səhv nəticəyə gəlmişdir.
31. Apellyasiya instansiyası məhkəməsi gəl diyi nəticəni MM-in 372, 375, 377, 386.1, 739.1, 739.2-ci, MPM-in 77.1, 385.1.1-ci maddələrinə, Azərbaycan Respublikası Mərkəzi Bankının zamana görə qüvvədə olmuş “Banklarda Kreditlərin verilməsi Qaydaları”nın 4.1.17-ci bəndinə istinad etməklə əsaslandırmışdır.
32. Apellyasiya məhkəməsinin qətnaməsi 2022-ci il 15 iyul tarixində iddiaçı və cavabdehin nümayəndəsinə məxsus şəxsi elektron kabinetlərdə yerləşdirilmişdir.
33. İddiaçı 2022-ci il 13 sentyabr tarixində kassasiya şikayəti verərək həmin qətnamənin ləğv, iddia tələbinin isə təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri 34. “Azərbaycan Respublikası X2 vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydası” üzrə - iddiaçı 2016-cı il 24 iyul tarixindən iddiaçı təyin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2016-cı il 19 sentyabr tarixli Qərarı ilə Bankın iflas proseduruna başlanmışdır. Bu səbəbdən, Bank ilə cavabdeh arasında bağlanmış 2015-ci il 18 sentyabr tarixli **********014710000 nömrəli kredit müqaviləsi və kassa məxaric orderinin bankın arxivindən tapılmasında çətinlik olduğundan məhkəməyə təqdim olunması mümkün olmamışdır. Lakin qeyd olunan kredit müqaviləsi üzrə ayrılan 15.000 manat məbləğ cavabdehə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında X2 vəsaiti hesabına güzəştli şərtlərlə verilmişdir. Belə ki, cavabdehə kredit məbləğinin verilməsini təsdiq edən sənədlər və kredit müqaviləsi üzrə ödəniş cədvəli iddiaçı tərəfindən sorğu ilə müraciət olunaraq X1 əldə edilmişdir. Apellyasiya inst ansiyasında qeyd olunan sənədlərin X1 əldə olunması üçün iddiaçı məhkəmədən vaxt istəsə də, iddiaçının tələbi nəzərə alınmamış və nəticədə dövlətin maliyyələşdirdiyi kredit vəsaitinin geri qaytarılması üçün müraciət olunan iddia tələbi rədd edilmişdir.
35. MM-in 739-cu maddəsi üzrə - İş materiallarında olan hesabdan çıxarış məlumatlarından da görünür ki, 2015-ci il 18 sentyabr tarixində Bank tərəfindən cavabdehin hesabına 15.000 manat məbləğində vəsait köçürülmüşdür. Həmçinin hesabdan çıxarışdan görünür ki, cavabdeh mütəmadi olaraq kredit üzrə ödənişlər edir. Bundan başqa, cavabdehin nümayəndəsi tərəfindən qeyd edilən ödənişlərin cavabdeh tərəfindən edilmədiyini və kredit məbləğinin götürülmədiyini bildirsə də, cavabdehin özü heç bir məhkəmə iclasında iştirak etməmişdir. Həmçinin cavabdeh Bankın fəaliyyət göstərdiyi müddət ərzində Bankın İnam filialında filial müdiri vəzifəsində işləmiş, bank ləğv prosesinə keçdikdən sonra Bankın İcra Şöbəsinə baş mütəxəssis vəzifəsinə keçmiş, 2018-ci il 27 avqust tarixində öz ərizəsinə əsasən, Bankın İcra şöbəsinin baş mütəxəssisi vəzifəsindən azad edilmişdir. Bu hallar məhkəmə prosesində bildirilsə də, qətnamədə işin bu halına heç bir münasibət bildirilməmişdir.
36. Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 fevral tarixli Fərmanı üzrə - Azərbaycan Respublikasının Mərkəzi Bankının Problemli kredit məlumatlarının sorğulanması saytından əldə olunmuş məlumata əsasən, cavabdehə verilmiş 15.000 manat məbləğində krediti üzrə restrukturizasiya olunmalı və dövlət büdcəsinə hesabına kompensasiya olunmalı əsas kredit borclarına dair məlumatlar hazırda dəqiqləşdirilmə mərhələsindədir. Belə ki, əgər borclular tərəfindən öhdəlik götürdükləri kredit müqavilələri üzrə güzəşt olunması ilə bağlı həmin Fərmanın təsiri altına düşüb-düşməməsi ilə bağlı maliyyə bazarlarına nəzarət orqanına şikayət daxil olduqda və həmin şikayət araşdırılma mərhələsində olduqda sorğu “məlumatlar hazırda dəqiqləşdirilmə mərhələsindədir” qeyd ilə nəzarət edilir. Qeyd olunan məlumatlar məhkəmə tərəfindən araşdırılmamış və bu hissədə məhkəmə qətnaməsində heç bir hüquqi münasibət bildirilməmişdir. Nəticədə dövlət vəsaiti hesabına maliyyələşən kredit müqaviləsi üzrə ayrılan kredit məbləğinin tutulması tələbinin rədd olunması ilə yekunlaşan əsassız qərar qəbul olunmuşdur. Məhkəmə tərəfindən borcun tutulması barədə iddia tələbi rədd edilərkən iddiaçının hüquqlarının pozulması nəzərə alınmamışdır.
37. MM-in 739-cu maddəsi üzrə - 2015-ci il 18 sentyabr tarixli **********014710000 nömrəli kredit müqaviləsi iddiaçı tərəfindən məhkəməyə təqdim oluna bilməsə də, işin faktiki hallarından da görünür ki, tərəflər arasında kredit müqaviləsi üzrə münasibətlər əmələ gəlmiş və həmin müqavilə üzrə cavabdehə kredit verilmişdir. İş materiallarında olan ödəniş qəbzləri və hesabdan çıxarışdan görünür ki, 2015-ci il 20 yanvar tarixindən 2019cu il 27 fevral tarixinədək olan dövrdə cavabdeh tərəfindən kredit müqaviləsi üzrə müvafiq ödənişlər həyata keçirilmişdir. Sonuncu ödəniş isə 2019-cu il 27 fevral tarixli ödəniş qəbzinə əsasən, həmin tarixdə həyata k eçirilmişdir. Cavabdeh tərəf qəbzdə olan imzanın ona məxsus olmadığını iddia edərək, həmin ödənişin onun tərəfindən həyata keçirilmədiyini bildirir. Məhkəmə tərəfindən qeyd olunan məsələyə aydınlıq gətirilməsi məqsədilə dəfələrlə cavabdehə məhkəmə iclasına gəlməsi təklif olunsa da, o buna heç bir məhəl qoymamış, bütün məhkəmə iclaslarında cavabdehin nümayəndəsi iştirak etmişdir. Qeyd edilən hal isə cavabdehin öz mövqeyini lazımi səviyyədə əsaslandıra bilməməsi ilə nəticələnmiş və onun mövqeyinin əsaslığını şübhə altına almışdır. Həmçinin ödəniş qəbzlərindən görünür ki, ödənişlərin böyük hissəsi cavabdehin özü tərəfindən həyata keçirilmiş, ayrı-ayrı vaxtlarda X3 və Əliyev Zaur adlı şəxslər tərəfindən də ödənişlər edilərək, ödəniş qəbzləri sözügedən şəxslər tərəfindən imzalanmışdır. Cavabdeh digər ödəniş qəbzlərini deyil, yalnız sonuncu ödəniş olan qəbzi, yəni 2019-cu il 27 fevral tarixli ödəniş qəbzini mübahisələndirmişdir. Halbuki həmin qəbzdə ödəniş edən şəxs qismində cavabdehin adı qeyd edilmişdir. Lakin Bakı Apellyasiya Məhkəməsi qeyd olunan mübahisəli halları araşdırmadan və hüquqi qiymət vermədən iddianı rədd etmişdir və iddiaçının pozulmuş hüquqlarının məhkəmə müdafiəsini həyata keçirməmişdir.
38. MM-in 265.4-cü maddəsi üzrə - İşin faktiki hallarından da göründüyü kimi, 2015ci il 18 sentyabr tarixli **********014710000 nömrəli kredit müqaviləsinin arxivdən tapılmasında çətinlik yarandığına görə Bank tərəfindən məhkəməyə təqdim oluna bilinməmişdir. Qeyd olunan kredit müqaviləsi imzalanarkən həmin kredit məbləğinin rəsmiləşdirildiyi İnam filialının müdiri elə cavabdeh o lmuşdur. Belə ki, əlavə olunan sənədlərdən də görünür ki, X1 15.000 manat kredit məbləği ayrılmış və bu barədə bildirişə cavabdeh tərəfindən imza edilmişdir. Lakin bu gün məhkəməyə müraciət olunan zaman ləğv prosesində olan Bankın arxivindən həmin kredit müqaviləsi və kassa məxaric orderinin tapılmasında çətinlik yaranır. İddiaçı hesab edir ki, işin qeyd olunan halları Bakı Apellyasiya Məhkəməsi tərəfindən nəzərə alınmalı və həmin hissənin araşdırılması üçün xüsusi qərardad çıxarılaraq prokurora məlumat verməli idi.
39. MM-in 88-ci maddəsi üzrə - Bakı Apellyasiya Məhkəməsi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş və işi obyektiv araşdırmamışdır.
40. MM-in 217-ci maddəsi üzrə - Bakı Apell yasiya Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnaməsi qanuni və əsaslı deyildir. Belə ki, məhkəmə qətnaməsinə münasibət bildirərkən prosessual baxımdan da səhvə yol vermişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
41. Cavabdeh 2022-ci il 18 oktyabr tarixində kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim edərək, iddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin 2022-ci il 5 iyul tarixli 22(103)-582/2022 nömrəli qətnaməsindən verilmiş kassasiya şikayətinin təmin olunmamasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.
42. Etiraz Bakı Apellyasiya Məhkəməsinin qətnaməsinin əsaslandırıcı hissəsində göstərilənlərlə əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, iş materiallarının təhlili nəticəsində iddiaçının tələbinin əsası kimi istinad edilən sübutlar siyahısında tərəf lər arasında müqavilə öhdəliklərinin şərtlərini müəyyən edən 2015-ci il 18 sentyabr tarixli kredit müqaviləsinin mövcud olmaması, iddiaçının cavabdehin iddia tələbində qeyd edilmiş pul vəsaitini götürməsini təsdiq edən sənədlər təqdim etməməsi müəyyən olunmuş, iddiaçı yalnız hesabdan çıxarış və cavabdehin 2016-cı il ərzində edilən ödənişlərinin qəbzlərini təqdim etməklə kifayətlənmişdir. Kredit müqaviləsinin olmaması qeyri-müəyyənlik yaratmaqla, pul vəsaitinin nə qədər olması, hansı müddətdə götürülməsi, hansı şərtlərlə qaytarılması, faizlərin miqdarı, dərəcəsi və tərəflər arasında razılaşdırılmış digər məsələlərin müəyyən edilməsində çətinlik yaradır. İddiaçı iddia tələbinin əsasını təşkil edən kredit müqaviləsini təqdim etmədiyindən pul vəsaitinin götürülməsində tərəflərin hansı mülki hü quq və vəzifələri daşımasını müəyyən etmək mümkün olmur. Əgər müqavilə yoxdursa, deməli tərəflər arasında hüquq və vəzifələrin müəyyənləşdirilməsində razılıq da mövcud deyil.
43. Eyni zamanda, iddiaçının kassasiya şikayətinin dəlillərində cavabdehin Bankda fəaliyyət göstərdiyi müddət ərzində Bankın İnam filialının müdiri vəzifəsində işləməsi, bank ləğv prosesinə keçdikdən sonra Bankın icra şöbəsinə baş mütəxəssis vəzifəsinə keçməsi, 2018-ci il 27 avqust tarixində öz ərizəsinə əsasən, Bankın İcra şöbəsinin baş mütəxəssisi vəzifəsindən azad edilməsi və bu hallar məhkəmə prosesində bildirilsə də qətnamədə işin bu halına heç bir münasibət bildirilməməsinə dair mövqeyi barədə qeyd olunmalıdır ki, göstərilən xüsusatlar işin faktiki hallarına aiddir və bu halları sübut edəcək dəlillər apellyasiya instansiya məhkəməsində iddiaçı tərəfindən təqdim edilməmişdir. Bundan əlavə, kassasiya instansiya məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının pozulub-pozulmamasına baxır. Bu baxımdan iddiaçının kassasiva şikayətinin bu dəlilləri də əsassız hesab edilməlidir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
44. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
45. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanu niliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
46. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
47. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə
106. İşdə iştirak edən şəxslərin izahatları 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir....” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
48. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini (bax yuxarıda §§ 34-40) iş materialları ilə birgə araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 5 iyul tarixli 22(103)-582/2022 saylı qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə qayt arılmalıdır.
49. Apellyasiya instansiyası məhkəməsi öz qətnaməsində qeyd etmişdir ki, hesabdan çıxarış iddiaçının özü tərəfindən birtərəfli qaydada tərtib edilən sənəddir. Həmçinin nə hesabdan çıxarışda, nə də kassa mədaxil orderlərində iddiaçının istinad etdiyi 2015-ci 18 sentyabr il tarixli **********014710000 nömrəli kredit müqaviləsinə istinad edilməmişdir. Cavabdeh də bildirir ki, həmin kassa mədaxil orderləri digər kredit müqaviləsi üzrə ödənişlərə aiddir.
50. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin nəticəsi ilə aşağıdakı səbəblərdən razılaşmır və onu əsassız hesab edir.
51. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi iddiaçının təqdim etdiyi hesabdan çıxarış və kassa mədaxil orderlərini qeyri-mötəbər, cavabdehin sözlərini isə mötəbər sübut kimi qiymətl əndirmişdir.
52. Halbuki işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, cavabdeh tərəfindən banka 2015-ci il 30 oktyabr tarixindən 2019-cu il 27 fevral tarixinədək olan dövrdə əsas borc məbləğindən 4.680,43 manat, faiz borcundan 1.994,57 manat olmaqla ümumilikdə 6.675 manat məbləğində ödəniş həyata keçirilmişdir.
53. İddiaçı həmin ödənişlərin məhz hazırda mübahisə predmeti olan müqavilə üzrə həyata keçirildiyini bildirir.
54. Cavabdeh isə sözügedən ödənişlərin digər kredit müqaviləsi üzrə həyata keçirildiyini bildirsə də, onun bununla bağlı hər hansı tutarlı sənədi, o cümlədən digər kredit müqaviləsinin özünü məhkəməyə təqdim etməsi iş materialları ilə öz təsdiqini tapmır.
55. Halbuki öz dediklərini sübutetmə vəzifəsi MPM-in 77.1-ci maddəsinə (bax yuxarıda § 47) əsasə n, məhz cavabdehin üzərinə düşür.
56. Bir sözlə, cavabdeh öz dediklərini konkret sənədlərlə sübut edə bilmədiyi halda, apellyasiya instansiyası məhkəməsi sübutetmə qaydalarını, o cümlədən MPM-in 106.1-ci maddəsinin (bax yuxarıda § 47) tələblərini pozaraq onun izahatını mötəbər sübut kimi qiymətləndirmişdir.
57. Bundan başqa, hazırkı iş üzrə verilmiş iddia ərizəsindən və iddiaçı tərəfindən “Elektron Məhkəmə” informasiya sisteminə iş hələ birinci instansiya məhkəməsində olarkən – 2021-ci il 20 dekabr tarixində yüklənmiş Azərbaycan Respublikasının Mərkəzi Bankının Problemli kredit məlumatlarının sorğulanması portalından (pk.cbar.az) çıxarılmış məlumatdan görünür ki, mübahisə predmeti olan kredit üzrə restrukturizasiya olunmalı əsas borca dair məlumatlar hazırda dəqiqləşdirmə mərhələsindədir. Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən sözügedən məlumatlar dəqiqləşdirildikdən sonra portala daxil ediləcəkdir.
58. Lakin apellyasiya instansiyası məhkəməsi MPM-in 88-ci maddəsinin (bax yuxarıda § 47) tələblərini pozaraq, öz qətnaməsində həmin sənədə ümumiyyətlə istinad etməmiş və qiymət verməmiş, o cümlədən iş apellyasiya icraatında olarkən sözügedən məlumatların dəqiqləşdirilməsi prosesinin başa çatıb-çatmamasını, eləcə də bu portalın fəaliyyətinə məsul olan müvafiq dövlət qurumuna iddiaçı tərəfindən mübahisə predmeti olan müqavilənin təqdim edilib-edilməməsini aydınlaşdırmamışdır.
59. Belə olan halda isə iş üzrə birmənalı nəticəyə gəlmək qeyri-mümkündür.
60. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi MP M-in 217.1-ci maddəsinə (bax yuxarıda § 47) zidd olaraq əsassız qətnamə qəbul etmişdir. Odur ki, həmin qətnamə ləğv edilməlidir.
61. Yeni apellyasiya baxışı zamanı məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmalı, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etməlidir.
62. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı ləğv prosesində olan Cavabdeh2 ASC-nin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 5 iyul tarixli 22(103)-582/2022 saylı qətnaməsi ləğv edilsin. İş yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.