Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-708/2024 11.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı iş üzrə QƏRARİ Açar sözlər: iş üzrə icraata xitam verilməsi, iş məhkəmədə baxılmalı deyildirsə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı pul tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 23 oktyabr tarixli 22(103)-1012/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı (bundan sonra-“iddiaçı”) 2024-cü il 19 aprel tarixində ləğv prosesində olan Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna (bundan sonra- “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 787.720 manat pul və 1.079 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 12 avqust tarixli e-2-2(113)3116/2024 nömrəli qərardadı ilə iş üzrə icraata xitam verilmiş, iddiaçıya i zah edilmişdir ki, cavabdehə qarşı tələblər yalnız “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan iflas prosesi çərçivəsində irəli sürülə bilər (hakim Z.Axundova).
3. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2023-cü il 24 oktyabr tarixli 2-3(103)54/2023 nömrəli qərarı ilə Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin müflis elan olunması qərara alınmışdır.
4. Məhkəmə, “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikasının Qanununun 18-ci maddəsinin 1-ci hissəsinə, “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2017-ci il 13 iyun tarixli Qərarına istinadla belə qənaətə gəlmişdir ki, işə məhkəmədə baxılmalı olmadığından, iş üzrə icraata xitam verilməlidir.
5. İddiaçı tərəfindən həmin qərardaddan verilmiş şikayətdə, qərardadın ləğv olunması, əks təqdirdə şikayətə baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş edilmişdir.
6. Məhkəmə gəldiyi nəticəni, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-“MPM”) 261.0.1, 261.0.8, 262.1, 262.4 və 262.5-ci ma ddələrinə istinadla əsaslandırmışdır.
7. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 9 sentyabr tarixli e-2-2(113)3116/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməmişdir (hakim Z.Axundova). b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
8. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 23 oktyabr tarixli 2-2(103)-1012/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməmişdir (sədrlik edən-məruzəçi hakim L.Əliyeva, hakimlər T.Mahmudova və Z.Şirinov).
9. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi andan banka qarşı kreditor tələblərlə bağlı məhkəmə icraatına başlanılmır və banka qarşı göstərilən tələblər yalnız “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan iflas proseduru çərçivəsind ə irəli sürülməlidir. İddia ərizəsinin məzmunundan isə görünür ki, iddia tələbi müflis elan edilmiş bankın bank fəaliyyətindən (bankın müştərisi ilə bağladığı bank hesabı barədə müqavilədən) irəli gələn tələb olmaqla ləğv prosesində olan bankın idarə edilməsinə cavabdeh olan və həmin bankın yeganə qanuni təmsilçisi olan şəxs qismində Əmanətlərin Sığortalanması Fonduna qarşı, yəni faktiki olaraq ləğv prosesində olan banka qarşı yönəldilmişdir.
10. Məhkəmə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, hazırki iş üzrə iddia tələbinin mahiyyət etibarilə ləğv prosesində olan banka qarşı yönəldilmiş kreditor tələbinin olması əsası ilə iddiaya məhkəmədə baxılmasının yolverilməz olması qənaətinə gəlmişdir.
11. Apellyasiya məhkəməsi gəldiyi nəticəni “Banklar haqqında” Azərbaycan Respub likasının Qanununun 59.5, 71.3, 72.1.3, 76.1, 77.1, 77.5, 77.6, 77.7, 77.8 və 77.9cu maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2017-ci il 13 iyun tarixli Qərarına istinadla əsaslandırmışdır.
12. İddiaçı tərəfindən həmin qərardaddan verilmiş kassasiya şikayətində qərardadın ləğv olunması və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş edilmişdir. Kassasiy a şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
13. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi və “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsi üzrə- Bankın anidən ləğv edilməsi nəticəsində cəmiyyətin bank hesabındakı məbləğini geri almaq mümkün olmamışdır. Pulun geri qaytarılmaması cəmiyyətdə maddi problemlər yaranmasına səbəb olmuşdur. Şirkətin işçi sayı 10 nəfərdir və işçilərin ümumilikdə əmək haqqı 4.912 manat təşkil edir. Həmçinin, iddiaçının Dövlət Sosial Müdafiə Fondu və vergi orqanlarına xeyli miqdarda borcu vardır. Bundan əlavə, iddiaçının kreditorları qarşısında müvafiq müqavilələr üzrə külli miqdarda borcu vardır. Həmin borc da hazırda iddiaçının hesabında olan 787.720 manat məbləğində vəsaitdən çoxdur. Lakin iddiaçı hesabındakı pulu geri ala bilmədiyindən, qeyd olunan ödənişlərin həyata keçirilməsi mümkün olmamışdır. Hazırda vergi orqanı tərəfindən iddiaçının hesabına sərəncam qoyulmuşdur. İddiaçının hesabındakı pulun qaytarılmaması nəticəsində iddiaçı həm köhnə kreditorları qarşısında öhdəliklərini yerinə yetirə bilmir, həm də vergi orqanı tərəfindən iddiaçının hesabına sərəncam qoyulması səbəbindən yeni müqavilələr bağlaya bilmir. Bütün bunların nəticəsində iddiaçı müflis olmaq ərəfəsindədir.
14. İddiaçı hesabında qalmış pulun geri qaytarılması üçün cavabdehə müraciət etmişdir. Müraciətə cavab olaraq 2023-cü il 29 dekabr tarixli **********672 nömrəli məktubda “Əmanətlərin sığortalanması haqqında” Qanunun tələblərinə əsasən hüquqi şəxslərin hesablarında qalmış vəsaitlər qorunan əmanətlərə aid edilmədiyi üçün həmin vəsaitlərin “Banklar haqqında” Qanuna uyğun olaraq kreditor tələbi kimi 2023-cü il 31 oktyabr tarixində 0021 nömrəsi ilə qeydə alındığı və növbəlilik qaydasında ödənişin həyata keçiriləcəyi” bildirilmişdir. Göründüyü kimi, aylarla cəmiyyətin hesabında qalan vəsait geri qaytarılmamışdır. Bu da öz növbəsində, cəmiyyətin artıq müflisləşməyə doğru getməsinə səbəb olmuşdur. Belə ki, həm işçilərin aylıq əmək haqqı, həm də cəmiyyətin öhdəlikləri üzrə ödəməli olduğu ödənişlərin, kreditor borcların qaytarılması mümkün deyil. Apellyasiya məhkəməsinin gəldiyi nəticə müflis olmaq ərəfəsində olan iddiaçının vəziyyətinin daha da ağırlaşmasına səbəb olmuşdur.
15. MPM-nin 88-ci maddəsi üzrə - Məhkəmə tərəfindən təqdim olunmuş sübutlara düzgün hüquqi qiymət verilməmiş, əsassız olaraq şikayət təmin edilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Kassasiya baxışının hədləri
17. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qərardadı tam mübahisələndirildiyindən, onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır. Tətbiq edilən hüquq 18. “Banklar haqqında” Azərbaycan müddəalarında aşağıdakılar nəzərdə tutulur: Respublikasının Qanununun müvafiq “Maddə
59. Məcburi ləğv... 59.5. Bankın məcburi ləğvi və ləğvedicinin təyin edilməsi haqqında məhkəmə qərarının qəbul edildiyi andan: 59.5.1. bankın idarə olunması üzrə bütün səlahiyyətlər, o cümlədən bank səhmdarlarının ümumi yığıncağının səlahiyyətləri ləğvediciyə keçir (banka müv əqqəti inzibatçı təyin olunduğu halda, müvəqqəti inzibatçının səlahiyyətlərinə bankın məcburi ləğvi barədə məhkəmə qərarı qəbul edildiyi andan Mərkəzi Bank tərəfindən xitam verilir); 59.5.2. bank inzibatçılarının və ya səhmdarlarının bank adından etdikləri hərəkətlər hüquqi qüvvəyə malik olmur; 59.5.3. bank aktivlərinin mühafizəsi və məhkəmə qərarlarının icrası məqsədilə aktivlərin üzərinə qoyulmuş bütün həbslər hüquqi qüvvəsini itirir; 59.5.4. bankın girov məbləği (ipoteka) həddində təmin etdiyi öhdəlikləri istisna olmaqla, qalan aktivlər həbsdən və ya icraatdan müdafiə edilir....” “Maddə
71. Ləğvedici... 71.3. Banka təyin edilmiş ləğvedici bankın yeganə qanuni nümayəndəsi olur və bank səhmdarlarının ümumi yığıncağının, habelə bankın digər idarəetmə orqanlarının səlahiyyətləri ləğvedici yə keçir. Banka qarşı bütün tələblər bankın ləğvedicisinə təqdim edilir....” “Maddə
72. Bankın müflis elan olunmasının nəticələri 72.1. Bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi anından:... 72.1.3. bank barəsində digər məhkəmə icraatına başlanılmır və banka qarşı bütün tələblər yalnız bu Qanunda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülür;...” “Maddə
76. Tələblərin qeydə alınması 76.1. Bu Qanunun 77.1-ci və 77.2-ci maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, müflis banka qarşı tələblər bankın müflis elan olunmasına dair məhkəmə qərarının mediada ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınmalıdır. Məhkəmə bu müddəti bütün kreditorlar üçün yalnız bir dəfə 30 təqvim günü müddətinə uzada bilər. Kr editorların sorğusu üzrə onlara tələblərinin qeydə alındığına dair qəbz verilir....” “Maddə
77. Tələblərin qəbulu 77.1. Bankın mühasibat uçotu və hesabatı sənədlərində əks etdirilmiş depozitlərlə bağlı tələblər istisna olmaqla, yalnız bu Qanunun 76-cı maddəsinə uyğun qəbul edilmiş tələblər qeydə almır. Depozitlərlə bağlı tələblər isə mühasibat uçotu sənədlərində əks etdirilmiş məbləğlərdə qəbul edilir.... 77.5. Qeydə alınmış tələblərin təhlilindən sonra ləğvedici qəbul etdiyi tələbləri qəbul edilmiş tələblər siyahısına, etiraz etdiyi tələbləri isə etirazın səbəblərini göstərməklə, etiraz edilmiş tələblər siyahısına daxil edir. Qismən etiraz edilərək qeydə alınmış tələblər müvafiq olaraq qəbul edilmiş və etiraz edilmiş hissədə hər iki siyahıya daxil edilir. Hər iki siyahıda tələbi olanı n adı və ünvanı, tələblərin məbləği və irəli sürülən tələblərin təminatı üçün sübutların mövcudluğu göstərilir. Siyahılara daxil edilən tələblər kateqoriyalar üzrə birləşdirilir və ödəniş növbəliyi qaydasında yerləşdirilir. 77.6. Hər iki siyahı tələblərin qeydiyyatı müddətinin qurtardığı gündən 30 təqvim günü ərzində tərtib edilir və məhkəmənin təsdiqinə verilir. Bundan sonra ləğvedici hər rüb təzələnən siyahıları məhkəmənin təsdiqinə verir. Həmin siyahıları təsdiq edənədək məhkəmə ləğvedici ilə razılaşdırmaqla tələbləri bir siyahıdan digərinə keçirə bilər. Məhkəmə etiraz edilmiş tələblərin təsdiqlənməsi üçün hansı sübutların zəruri olduğunu müəyyənləşdirə bilər. 77.7. Məhkəmə etiraz edilmiş tələblər siyahısını təqdim olunduğu tarixdən etibarən 60 təqvim günündən gec olmayaraq aydınlaşdırm aq məqsədilə dinləmələrin keçirilməsi tarixini müəyyən edir. Tələblərinə etiraz edilmiş kreditorlar həmin dinləmələrdə ləğvediciyə və məhkəməyə öz tələblərini təsdiqləyən sübutlar təqdim edə bilərlər. Hər dinləmənin tarixi barəsində kreditorlara poçt bildirişi və ləğvedicinin mediada dərc etdirdiyi bildirişlə məlumat verilir. Eyni bir tələb barəsində dinləmələrin başlanılmasına dair heç bir kreditora bir dəfədən artıq bildiriş göndərilmir. Dinləmələr qurtardıqda məhkəmə etiraz edilmiş tələblərin təsdiq və ya rədd olunmasına dair qərar qəbul edir. Kreditor Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada xəbərdar edildiyi dinləməyə üzürlü səbəb olmadan gəlmədikdə, onun tələbləri rədd edilir. Tələbləri rədd edilmiş kreditorlara bu barədə ləğvedici tərəfindən yazılı bildiriş göndərilir. 77.8. Məhkəmənin təsdiq etdiyi tələblər qəti xarakter daşıyır. Bu tələblər qəbul olunmuş tələblər siyahısından və ya etiraz edilmiş tələblər siyahısından çıxarılır və təsdiqlənmiş tələblər siyahısına daxil edilir. Həmin siyahı məhkəmədə və ləğvedicidə saxlanılır. Tələbləri məhkəmə tərəfindən təsdiqlənmiş kreditorlara bu barədə ləğvedici tərəfindən yazılı bildiriş göndərilir. 77.9. Ləğvedici məhkəmənin rədd etdiyi tələblərin hesabına heç bir ödənişi icra etmir. Tələbi məhkəmə tərəfindən rədd edilmiş kreditor məhkəmənin qərarından həmin qərara dair bildirişi aldığı gündən iki həftə ərzində şikayət verə bilər. Belə şikayətlərə ərizə məhkəməyə daxil olduğu gündən ən geci 7 təqvim günü müddətində baxılır və müvafiq qərar qəbul edilir. Şikayətin verilməsi tələbin rədd edilməsi barədə məhkəmə qərarının qüvvəsini dayandırmır....”
19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2017-ci il 13 iyun tarixli Qərarında aşağıdakılar nəzərdə tutulur: “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2-ci maddəsinin “dayandırma” ifadəsi bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan banka qarşı kreditor tələblərlə bağlı mülki məhkəm ə icraatında olan işlərin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254-cü maddəsində nəzərdə tutulmuş qaydada icraatının dayandırılmasını deyil, bu Məcəllənin 261.0.1-ci maddəsinə əsasən icraatına xitam verilməsini nəzərdə tutur. Həmin andan daxil olan ərizələrin qəbul edilməsindən Azərbaycan Respublikası Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən imtina olunmalıdır.”
20. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Mülki Prosessual Məcəlləsinin müvafiq “Maddə
261. İcraata xitam verilmə əsasları 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə;.....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiy ası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiya məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qərardadının ləğvi üçün əsas hesab etmir və qeyd edilməsini zəruri hesab edir ki, kassasiya şikayətində göstərilən hüquqi məsələlərə işə baxan məhkəmələr tərəfindən «Banklar haqqında» Qanunun 72.1.3c ü maddəsinin tələblərinə uyğun olaraq düzgün hüquqi qiymət vermişlər (bax yuxarıda 9-11-ci bəndlər). Gəlinən nəticə MPM-nin 261.0.1-ci maddəsinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 13 iyun 2017-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə uyğun olmuşdur.
22. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsas olmadığından iş üzrə qərardad dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
23. MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 23 oktyabr tarixli 2-2(103)-1012/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.