Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-709/2022 11.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRAR Açar sözlər: kassasiya şikayətinin verilməsi müddətinin bərpası Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Abiyeva Kəmalə Nəbi qızının sədrliyi, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 25 avqust tarixli, 2-2(103)-27/2021 saylı qərardadından Cavabdeh1 (hazırda "xxxx" MMC) tərəfindən verilmiş kassasiya şikayət inə yazılı icraat qaydasında baxılmışdır. İŞİN HALLARİ, İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı (bundan sonra-“iddiaçı”) Cavabdeh1nə (bundan sonra-“cavabdeh”) qarşı 286.949 manat məbləğində əsas borc və 172.169 manat məbləğində əldən çıxmış faydanın cavabdehdən tulularaq ona ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Daha sonra iddiaçının nümayəndəsi Vəkil1 ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 işə cavabdeh qismində cəlb edilməsi və 286.949 manat məbləğində əsas borcun, 172.169 manat məbləğində əldən çıxmış faydanın cavabdehlərdən müştərək qaydada tutulmasını xahiş etmişdir.
3. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 18 mart tarixli, e-2-2(113)-394/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilm əmiş, iddia verilərkən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıya aid edilmiş, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 186,52 manat (yüz səksən altı manat əlli iki qəpik) pul məbləğinin iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir (hakim Z.Axundova).
4. Həmin məhkəmənin eyni tarixli, e-2-2(113)-394/2020 saylı qərardadı ilə cavabdehin adından ünvanlanmış məktublarda möhürün və imzanın saxtalaşdırılması faktı üzrə əməllərdə cinayət tərkibi əlamətlərinin olması ilə bağlı araşdırma aparılması və cinayət işinin başlanması məsələsinə baxılması üçün xüsusi qərardad Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmişdir (hakim- Z.Axundova).
5. İddiaçı tərəfindən həmin qətnamədən ver ilmiş apellyasiya şikayətində, qətnamənin ləğv edilməsi və iddia tələblərinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
6. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 13 aprel tarixli, 2-2(103)-27/2021 saylı qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi ləğv edilmiş, iddia qismən təmin edilmiş, cavabdehdən 286.949 manat məbləğində pul vəsaiti və ödənilmiş 45 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir (sədrlik edən-məruzəçi hakim R.Qurbanov, hakimlər C.Yusifov, V.Baxışova).
7. Qətnamə 2021-ci il 22 aprel tarixində tərəflərin elektron kabinetlər inə yerləşdirilmişdir.
8. Cavabdeh1 2021-ci il 14 sentyabr tarixində kassasiya şikayəti verərək, onun ləğv edilməsini, yeni qərar qəbul edilərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 16 sentyabr tarixli, 2-2(103)-27/2021 saylı qərardadı ilə kassasiya şikayəti geri qaytarılmışdır (sədrlik edən-məruzəçi hakim R.Qurbanov, hakimlər V.Məmmədov, V.Baxışova).
10. Cavabdeh1 2021-ci il 30 sentyabr tarixində kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini, Bakı Apellyasiya Məhkəməsinin 2021-ci il 13 aprel tarixli, 2-2(103)-27/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
11. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyas ının 2021-ci il 7 oktyabr tarixli, 2-2(103)27/2021 saylı qərardadı ilə kassasiya şikayəti geri qaytarılmışdır (sədrlik edən-məruzəçi hakim R.Qurbanov, hakimlər V.Məmmədov, V.Baxışova).
12. Cavabdeh1 2021-ci il 20 oktyabr tarixində kassasiya şikayəti verərək 2021-ci il 16 sentyabr, 2021-ci il 7 oktyabr tarixli qərardadların ləğv edilməsini, Bakı Apellyasiya Məhkəməsinin 2021-ci il 13 aprel tarixli, 2-2(103)-27/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
13. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 12 noyabr tarixli, 2-2(102)-635/2021 saylı qərardadı ilə kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilmiş, iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Bak ı Apellyasiya Məhkəməsinə göndərilmişdir (sədrlik edən-məruzəçi hakim B.Məmmədli)
14. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 16 dekabr tarixli, 2-2(103)27/2021 saylı qərardadı ilə kassasiya şikayəti geri qaytarılmışdır (sədrlik edən-məruzəçi hakim R.Qurbanov, hakimlər V.Məmmədov, V.Baxışova).
15. Cavabdeh1 2021-ci il 27 dekabr tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin 2021-ci il 16 sentyabr tarixli 2-2(103)-27/2021 saylı qərardadının, 2021-ci il 7 oktyabr tarixli, 2-2(103)-27/2021 saylı qərardadının ləğv edilməsi və həmin məhkəmənin 2021-ci il 13 aprel tarixli, 2-2(103)-27/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə baxılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
16. Bakı Apellyasiya Məhkəməsinin 2022-ci il 5 yanvar ta rixli, 2-2(103)-27/2021 saylı qərardadı ilə kassasiya şikayəti geri qaytarılmışdır (sədrlik edən-məruzəçi hakim R.Qurbanov, hakimlər V.Məmmədov, V.Baxışova).
17. Cavabdeh 2022-ci il 17 yanvar tarixində ərizə (mətnində kassasiya şikayəti) verərək Bakı Apellyasiya Məhkəməsinin 2021-ci il 16 sentyabr tarixli, 2-2(103)-27/2021 saylı qərardadının, 2021-ci il 7 oktyabr tarixli qərardadının, 2022-ci il 5 yanvar tarixli qərardadının ləğv edilməsi və həmin məhkəmənin 2-2(103)-27/2021 saylı, 2021-ci il 13 aprel tarixli qətnaməsindən verilmiş kassasiya şikayətinə baxılmasını xahiş etmişdir.
18. Bakı Apellyasiya Məhkəməsinin 2022-ci il 19 yanvar tarixli, 2-2(103)-27/2021 saylı qərardadı ilə ərizə (mətnində kassasiya şikayəti) geri qaytarılmışdır (sədrlik edən-məruzəçi hakim R.Qurbanov, hakimlər V.Məmm ədov, V.Baxışova).
19. Cavabdeh1 2022-ci il 19 yanvar tarixində kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin 2021-ci il 16 sentyabr tarixli, 2-2(103)-27/2021 saylı qərardadının, 2021-ci il 7 oktyabr tarixli qərardadının, 2022-ci il 5 yanvar tarixli qərardadının ləğv edilməsini və həmin məhkəmənin 2021-ci il 13 aprel tarixli, 2-2(103)-27/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə baxılmasını xahiş etmişdir.
20. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2022-ci il 1 mart tarixli, 2-2(102)180/2022 saylı qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 5 yanvar, 2021-ci il 7 oktyabr tarixli, 2021-ci il 16 sentyabr tarixli 2-2(103)-27/2021 saylı qərardadları dəyişdirilmədən saxl anılmışdır (sədrlik edən-məruzəçi hakim B.Məmmədli, hakimlər İ.Dadaşov, B.Qəribov).
21. Cavabdeh2 Əflatun oğlu 2022-ci il 14 aprel tarixində müddətin bərpa edilməsinə dair vəsatət və kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin 2021-ci il 13 aprel tarixli, 2-2(103)-27/2021 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
22. Bakı Apellyasiya Məhkəməsinin 2022-ci il 20 aprel tarixli, 2-2(103)-27/2021 saylı qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin 2021-ci il 13 aprel tarixli, 2-2(102)-27/2021 saylı qətnaməsindən kassasiya şikayəti verilməsi üçün ötürülmüş müddətin bərpası barədə ərizə baxılmadan kassasiya şikayəti ilə birlikdə geri qaytarılmışdır (sədrlik edən-məruzəçi hakim R.Qurbanov, hakimlər V.Məmmədov, V.Baxışova).
23. Cavabdeh 2022-ci il 4 may tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-27/2021 saylı, 2022-ci il 20 aprel tarixli qərardadının ləğv edilməsini və 2021-ci il 13 aprel tarixli qətnaməsindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
24. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2022-ci il 14 iyun tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 20 aprel tarixli, 2-2(103)27/2021 saylı qərardadının həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır (sədrlik edən-məruzəçi hakim – B.Məmmədli, hakimlər B.Qəribov, İ.Dadaşov).
25. Cavabdeh 2022-ci il 12 avqust tarixində müddətin bərpa edilməsinə dair ərizə və kassasiya ş ikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-27/2021 saylı, 2021-ci il 13 aprel tarixli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
26. Bakı Apellyasiya Məhkəməsinin 2022-ci il 25 avqust tarixli, 2-2(103)-27/2021 saylı qərardadı ilə cavabdehin Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-27/2021 kommersiya mübahisəsi üzrə qəbul etdiyi 2021-ci il 13 aprel tarixli qətnaməsindən kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpasına dair ərizəsi təmin edilməmiş və kassasiya şikayəti geri qaytarılmışdır (sədrlik edən-məruzəçi hakim R.Həsənov, hakimlər M.Məmmədov, E.Həsənov).
27. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, üzrlü səbəblər müvafiq prosessual hərəkətin vaxtında edilməsini qey ri-mümkün edən elə hallardır ki, onların mövcudluğu tərəfə nəzərdə tutduğu prosessual hərəkəti etməyə imkan vermir və ya əhəmiyyətli dərəcədə çətinləşdirir. Odur ki, elə obyektiv və ya subyektiv halların mövcudluğu üzrlü səbəblər kimi qəbul edilə bilər ki, onların mövcudluğu şəxsə müvafiq prosessual hərəkəti etməyə mane olsun. Hazırda cavabdeh kassasiya şikayəti vermək üçün müddətin buraxılmasının üzrlü səbəbi kimi onları təmsil etmiş vəkilin xəstə olması, sonradan əməliyyat olunması və daha sonra Covid-19 virusuna yoluxması səbəbindən şikayəti vaxtında təqdim edə bilməmələri ilə izah etmişdir. Bu dəlilin təsdiqi olaraq tərəf məhkəməyə Vəkil3 aid olan tibbi sənədlər təqdim etmişdir. Həmin sənədlərin təhlili göstərir ki, Vəkil3 2021-ci il 16 iyun tarixdən başlayaraq 6 həftə ərzində ambulato r müalicədə olmuş, 2021-ci il 23 avqust tarixdə isə Covid-19 virusuna yoluxması ilə əlaqədar əmək qabiliyyətini müvəqqəti itirmişdir. İşin materiallarında olan sənədlərdən müəyyən edilir ki, cavabdehin nümayəndəsi və vəkili 2021-ci il 30 sentyabr tarixdən başlayaraq 2022-ci il 1 mart tarixədək olan müddət ərzində cavabdeh şirkəti məhkəmə proseslərində təmsil etmiş, onun adından ayrı-ayrı tarixlərdə ərizə və şikayətlər vermişdir. Deməli, qeyd edilən müddət ərzində cavabdehin vəkili və nümayəndəsi sağlam olmuş və onu təmsil etməkdə davam etmişdir.
28. Məhkəmə gəldiyi nəticəni əsaslandırmaq üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-“MPM”) 130.1, 133.1, 408.1.4-cü maddələrinə istinad etmişdir.
29. Həmin qərardaddan cavabdeh tərəfindən verilmiş kassasiya şikayətin də apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi, iş üzrə 2021-ci il 13 aprel tarixli qətnamədən kassasiya şikayətinin verilməsi üçün ötürülmüş müddətin bərpa edilərək, şikayətə baxılması xahiş edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
30. MPM-in 133.1-ci maddəsinin tələbi pozulmuşdur-müddətin bərpası haqqında ərizədə göstərilən çoxsaylı dəlillər, mülki işdə olan çoxsaylı dəlillər və nəhayət qətnaməni aldıqdan sonra ondan vaxtında verilən kassasiya şikayətinə məhkəmə qiymət verməmiş, əsassız qərardad qəbul etmişdir. Belə ki, qətnamə 2022-ci il 2 may tarixində qəbul edilsə də, ondan kassasiya şikayəti qanunla müəyyən edilmiş müddət ərzində poçt xidmətinə təhvil verilsə də, poçt xidməti tərəfindən məhkəməyə vaxtınd a çatdırılmadan saxlanılmışdır. Vəkil3 isə ilk əvvəl 2021-ci ilin may ayında cərrahiyyə əməliyyatı, sonradan 2021-ci il 10 iyun tarixində Travmatologiya və Ortopediya İnstitutunda immobilizasiya əməliyyatı olunmuşdur. Daha sonra vəkil 2021-ci il 23 avqust tarixində Covid-19 virusuna yoluxmuşdur. Bu səbəblərdən o üzrlü olaraq qətnamədən verilmiş kassasiya şikayətinin poçt xidməti tərəfindən məhkəməyə çatdırılıb-çatdırılmamasına nəzarət edə bilməmişdir.
31. MPM-in 76.1-ci maddəsinin tələbi pozulmuşdur-apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti qətnaməni aldıqdan sonra 2 aylıq müddəti ötürmədən verilmişdir. Hazırkı məhkəmə təcrübəsi ondan ibarətdir ki, məhkəmələr bəzən şikayət verilməsə belə, qəbzə əsasən dövlət rüsumunun ödənilməsini müəyyən etməklə də müddəti b ərpa edir ki, tərəf qətnamə ilə razılaşmamasını rüsum ödəməklə bildirmişdir. Yəni tərəfin rüsum ödəməsi şikayət vermək niyyətinin göstəricisidir. Məhkəmə işdə olan dövlət rüsumunun ödəniş qəbzi ilə müəyyən edə bilərdi ki, qətnaməni aldıqdan sonra rüsum ödənilmişdir. Kommersiya işi ilə müəyyən edilir ki, vəkil 2021-ci il 10 iyun tarixində Travmatologiya və Ortopediya İnstitutunda immobilizasiya əməliyyatı olunmuş və bu haqda 2021-ci il 16 iyun tarixli arayış vermişdir. Vəkil 2021-ci il 23 may tarixində travma alması ilə bağlı İnstitutun təcili yardım bölməsində əməliyyat olunmuş və bir sıra digər tibbi prosedurlar həyata keçirilmişdir. Bununla bağlı çoxsaylı arayışlar işdə var.
32. Bununla yanaşı nəzərə alınmamışdır ki, kommersiya işi digər Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən Ali Məhkəmədə olmuş və 2022-ci ilin avqust ayında Bakı Apelyasiya Məhkəməsinə qaytarıldığı üçün müddətin bərpa edilməsi barədə daha əvvəl vəsatətə baxılması mümkünsüz olmuşdur. Daha əvvəl isə iş üzrə bir neçə qərardaddan verilən kassasiya şikayətləri ilə əlaqədar iş Ali Məhkəmədə olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
33. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. I. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
34. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qərardadının verildiyi tarixdən 10 gün müddətində verilmiş (MPM-in 405.0.2-ci maddəsi), kassasiya şikayətlərinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
35. Hazırkı icraat çərçivəsində mə hkəmə aktının qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinin tələbləri baxımından yoxlanılacaqdır.
36. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. TƏTBİQ EDİLƏN HÜQUQ
37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə
76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazları nı əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur....” “Maddə
130. Prosessual müddətlərin buraxılmasının nəticələri 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur....” “Maddə
133. Prosessual müddətlərin bərpası 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir....” “Maddə
408. Kassasiya şikayətinin qaytarılması... 408.1.4. kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və bur axılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa....” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1ci maddəsi).
39. Cavabdehin kassasiya şikayətinin dəlili ondan ibarətdir ki, qətnamədən kassasiya şikayəti qanunla müəyyən edilmiş müddətdə poçt xidmətinə təhvil verilmiş, lakin poçt xidməti tərəfindən şikayət məhkəməyə vaxtında çatdırılmamış, cavabdehin vəkili isə xəstəliyi ilə əlaqədar şikayətin məhkəməyə çatdırılıb-çatdırılmamasını nəzarətdə saxlaya bilməmişdir.
40. Cavabdehin ötürülmüş müddətin bərpası haqqında vəsatətinin analoji dəlilinə qiymət verərkən apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-27/2021 saylı 13 aprel 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən kassasiya şikayətinin verilməsi müddətinin nümayəndənin xəstəliyi ilə əlaqədar 2021-ci ilin iyun-avqust aylarında üzrlü səbəbdən ötürülməsi ehtimal edilsə belə, bu şikayətlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin 2022-ci il 1 mart tarixli qərarından keçən 6 aya yaxın müddət ərzində kassasiya şikayətinin verilməməsinin hər hansı bir ağlabatan izahı yoxdur. Odur ki, cavabdeh tərəfindən qətnamədən kassasiya şikayəti vermə müddətinin ötürülməsi üzrlü səbəbdən baş verməmişdir.
41. İşə kassasiya qa ydasında baxan məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin bu mövqeyi ilə razılaşaraq qeyd edir ki, 2021-ci ilin iyun-avqust aylarına dair tibbi arayışlarda göstərilənlər, kassasiya instansiyası məhkəməsinin iş üzrə çıxarılmış 2022-ci il 1 mart tarixli qərarından ötən müddət ərzində kassasiya şikayəti verməmiş və bununla əlaqədar heç bir üzrlü dəlil göstərməmiş cavabdeh tərəfindən ötürülmüş müddətin bərpası üçün əsas ola bilməz. Məhkəmə kollegiyası bu zaman onu da nəzərə alır ki, digər kassasiya şikayətləri ilə əlaqədar işə kassasiya instansiyası məhkəməsində baxılması, cavabdehin zəruri sübutları əlavə etməklə prosessual müddətin bərpasına dair ərizə vermək hüququnu məhdudlaşdırmamışdır.
42. Cavabdeh kassasiya şikayətinin § 31 göstərilən dəlilləri ilə bağlı məhkəmə kollegiya sı qeyd edir ki, kassasiya şikayətinin verilməsi üçün qanunla müəyyənləşdirilmiş prosessual tələblərdən hər hansı birinin yerinə yetirilməsi kassasiya şikayətinin verilməsi kimi qiymətləndirilə və prosessual müddətin bərpası üçün əsas ola bilməz.
43. Qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz s əbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2008-ci il 8 may tarixli Qərarı).
44. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərardadı qəbul edilərkən, onun ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Gəlinən nəticə MPM-nin 133-cü maddəsinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2008-ci il 8 may tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə uyğun olduğundan qərardad dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti isə təmin edlməməlidir.
45. Məhkəmə kollegiyası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin 2022-ci il 25 avqust tarixli, 2-2(103)-27/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: V.T.Həsənov E.Y.Şamayev