Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-71/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı "X Bank" ASC-nin cavabdeh "Y" MMC-yə qarşı iş üzrə QƏRARI Açar sözlər: kredit borcunun ödənilməsi 23.02.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Məmmədli Bəhram Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Hüeynova Sevda Əziz qızı, Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Cəfərli Aminə Əliəsgər qızının iştirakı ilə, İddiaçı "X Bank " ASC cavabdeh "Y" MMC-yə qarşı “kredit borcu” tələbinə dair kommersiya işi üzrə iddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 23 sentyabr tarixli 2-2(103)-B AM/2020 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. İ. İŞİN HALLARİ
1. İddiaçı "X Bank" ASC-nin (bundan sonra – “Bank”) N saylı filialı və cavabdeh "Y" MMC (bundan sonra - “MMC”) arasında bağlanmış 2014-cü 6 noyabr il tarixli 03 saylı kredit müqaviləsinin (bundan sonra – “03 saylı müqavilə”) təsdiq edilmiş surətindən görünür ki, Bank MMC-yə dövriyyə vəsaitlərinin artırılması məqsədilə müəyyən müddətə, məqsədli istifadə, qaytarılmaq, faizlər ödənilmək və təminatlılıq şərti ilə 2.100.000 manat məbləğində kredit verilməsini öhdəsinə götürmüşdür.
2. Müqaviləyə görə, kredit 3 ay müddətinə verilir, müddət kreditin faktiki verildiyi tarixdən hesablanır (1.4-cü bənd), kreditdən istifadəyə görə MMC illik 13% ödəməyi öhdəsinə götürür (1.7-ci bənd). 3. 03 say lı müqaviləyə əlavədən görünür ki, 2014-cu il 8 dekabr tarixində 24.266,67 manat ödəniş məbləği, 24.266,67 manat faiz ödənişi, 2015-ci il 6 yanvar tarixində 21.233,33 manat ödəniş məbləği, 21.233,33 manat faiz ödənişi və 2015-ci il 6 fevral tarixində 2.122.750 manat ödəniş məbləği, 22.750 faiz ödənişi olmaqla, cəmi 2.168.250 manat MMC tərəfindən Banka ödənilməli idi. 4. 03 saylı müqaviləyə 2015-ci il 4 avqust tarixli 1 nömrəli əlavədən görünür ki, kredit müqaviləsinin müddəti uzadılaraq 18 ay müəyyən edilmişdir.
5. Həmin razılaşmanın 1.5-ci bəndinə əsasən, MMC-yə verilmiş kredit məbləği 1.899.694,73 manat olmuş və cari günə hesablanmış cərimə faizi müəyyən edilmişdir.
6. Həmin razılaşmanın 1.11-ci bəndinə əsasən, aylıq 213.000 manat məbləğində vəsaitin ilk növbədə MMC-nin kredit borcunun ö dənilməsinə yönəldilməsi, 2015-ci il 30 sentyabr tarixinədək kreditin illik faizin 13% hesabı ilə ödənilməsi, əgər 2015-ci il 1 oktyabr tarixinə müştəri tərəfindən 1.500.000 manat məbləğində vəsait ödənilməzsə, bu tarixdən kredit üzrə illik faiz 16% həcmində müəyyən edilmişdir.
7. Bank tərəfindən MMC-yə göndərilmiş 2017-ci il 29 dekabr tarixli 1701/6628 saylı bildirişdən görünür ki, 03 saylı müqavilə üzrə 2017-ci il 27 dekabr tarixinə olan 1.397.767,89 manat əsas, 658.865,86 faiz borcunun 7 gün ərzində ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.
8. Bankın 2018-ci il 31 yanvar tarixli 1701/87 nömrəli maliyyə arayışından görünür ki, 03 saylı müqavilə üzrə 2018-ci il 29 yanvar tarixinə MMC-nin Banka 1.397.767,89 manat əsas, 684.957,52 manat faiz borcu var.
9. Bankın 2018-ci il 27 mart tarixli 1701/1291 nömrəli maliyyə arayışından görünür ki, 03 saylı müqavilə üzrə 2018-ci il 27 mart tarixə MMC-nin Banka 1.397.767,89 manat əsas, 343.787,40 manat faiz borcu və kredit müqaviləsinin müdətinin başa çatdığı tarixdən illik 5 faizlə hesablanmış əldən çıxmış fayda isə 83.607,49 manat təşkil edir. 10. 2015-ci il 6 oktyabr və 10 noyabr, 2017-ci il 6 mart və 10 noyabr, 2018-ci il 31 yanvar və 2017-ci il 19 oktyabr tarixli ödəniş qəbzlərindən görünür ki, tərəflər arasında imzalanmış 2015-ci il 4 avqust tarixli 1.899.694,7 manat kredit borcu üzrə razılaşmadan sonra MMC tərəfindən Banka əsas borc üzrə 595.437,1 manat, faiz borcu üzrə 46.494,87 manat olmaqla cəmi 641.932 manat ödəniş edilmişdir.
11. Bankın 2019-cu il 12 iyun tarixli 135000/1860 nömrəli maliyyə arayı şından görünür ki, 03 saylı müqavilə üzrə 2019-cu il 10 iyun tarixinə MMC-nin banka 1.375.267,89 manat əsas, kredit müqaviləsinin müdətinin başa çatdığı 2017-ci il 4 fevral tarixinə 343.787,40 manat faiz borcu və kredit müqaviləsinin müdətinin başa çatdığı tarixdən illik 5 faizlə hesablanmış əldən çıxmış fayda isə 167.651,64 manat təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat 12. 2018-ci il 5 fevral tarixində Bank MMC-yə qarşı “kredit borcu” tələbinə dair iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək (iddia tələbi 2020-ci il 2 iyun tarixində ərizə ilə dəqiqləşdirilmişdir) 03 saylı müqaviləyə əsasən, 1.375.267,89 manat əsas borc, kredit müqaviləsinin müdətinin başa çatdığı 2017-ci il 4 fevral tarixinə 343.787,4 ma nat faiz borcu, müqavilənin bitdiyi tarixdən sonra illik 5 faizlə hesablanmış 235.651 manat əldən çıxmış fayda və 30 manat dövlət rüsumunun MMC-dən Bankın xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
13. İddia tələbi yuxarıda §§ 1-11-də göstərilmiş hallarla əsaslandırılmış və iddiaçı iddia ərizəsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 445, 448.2, 739.1-ci maddələrinə istinad etməklə tərtib etmişdir.
14. İşə birinci instansiya qaydasında baxılarkən birinci dəfə məhkəmənin təşəbbüsü ilə, ikinci dəfə Bankın vəsatəti əsasında, üçüncü dəfə isə MMC-nin vəsatəti əsasında iş üzrə məhkəmə mühasibatlıq ekspertizaları təyin edilmişdir.
15. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2019-cu il 17 aprel tarixli 13 779 nömrəli məhkəmə mühasibatlıq ekspertizasının rəyindən (bundan sonra – “13779 nömrəli rəy”) görünmüşdür ki, iş materiallarında olan sənədlərə (bank tərəfindən tərtib olunmuş hesabdan çıxarış, kredit müqaviləsi, ödəniş qrafiki və s.) əsasən 03 saylı müqavilə və həmin müqaviləyə dəyişiklik edilməsinə dair 2015-ci il 4 avqust tarixində imzalanmış razılaşmanın şərtləri, 2018-ci il 31 yanvar tarixinədək edilmiş ödənişlər nəzərə alınmaqla MMC-nin Banka olan əsas borcu 1.304.527,62 manat, faiz borcu 261.929,36 manat olmaqla ümumilikdə 1.566.186,98 manat təşkil edir. Eyni zamanda, təqdim edilmiş materiallarda olan Bank tərəfindən tərtib edilmiş çıxarış məlumatlarında istifadə edilmiş kredit məbləği 1.972.081,08 manat göstərilsə də, iş materiallarında həmin məbləği təsdiq edən sənədlər öz əksini tapmamışdır.
16. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2019-cu il 20 dekabr tarixli 20750 nömrəli məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən (bundan sonra – “20750 nömrəli rəy”) görünmüşdür ki, iş materiallarında olan sənədlərə (bank tərəfindən tərtib olunmuş hesabdan çıxarış, kredit müqaviləsi, ödəniş qrafiki və s.) əsasən 03 saylı müqavilə və həmin müqaviləyə dəyişiklik edilməsinə dair 2015-ci il 4 avqust tarixində imzalanmış razılaşmanın şərtləri (o cümlədən 1.11-ci bəndi) və eyni zamanda, 2018-ci il 31 yanvar tarixinədək edilən ödənişlər nəzərə alınmaqla MMC-nin Banka olan əsas borcu 1.305.966,12 manat, faiz borcu 322.732,24 manat olmaqla ümumilikdə 1.628.698,36 manat təşkil edir. Eyni zamanda, təqdim edilmiş materiallarda olan bank tərəfindən tərtib edilmiş çıxarış məlumatlarında istifadə edilmiş kredit məbləği 1.972.081.08 manat göstərilsə də, iş materiallarında həmin məbləği təsdiq edən sənədlər öz əksini tapmamışdır.
17. Azərbaycan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2020-ci il 22 aprel tarixli 9/184 nömrəli məhkəmə-mühasibatlıq ekspertizasının rəyində (bundan sonra – “9/184 nömrəli rəy”) 03 saylı müqavilə üzrə MMC-nin kredit borcunun ümumilikdə 1.628.698,36 manat (əsas borc – 1.305.966,12 manat, faiz borcu – 322.732,24 manat) təşkil etdiyi bir daha qeyd edilmiş, eyni zamanda məhkəmənin ekspert qarşısında qoyulmuş 2-ci, 3-cü və 4-cü suallar üzrə bildirilmişdir ki, təqdim edilmiş iş materiallarında olan çıxarış məlumatlarında 2015-ci il 12 avqust tarixində Bank tərəfindən MMC-nin kredit h esabının debet hissəsində görünən vəsaiti təsdiq edən kassa mədaxil qəbzlərinin təqdim edilməsi ilə bağlı, sonuncu ekspert rəyindən də göründüyü kimi, vəsatət verilmiş, həmin vəsatətə cavab olaraq qeyd edilən MMC-nin kredit hesabının debet hissəsində görünən 1.899.694,73 manat məbləği özündə əks etdirən ödəniş qəbzləri (kassa mədaxil qəbzləri) təqdim edilməmişdir. İş materiallarında olan çıxarış məlumatlarında 2015-ci il 12 avqust tarixində Bank tərəfindən MMC-nin kredit hesabının debet hissəsində görünən məbləğin təyinatının konkret olaraq 03 saylı müqavilə və həmin müqaviləyə dəyişiklik edilməsinə dair 2015-ci il 4 avqust tarixində imzalanmış razılaşma üzrə olub-olmadığı, eyni zamanda, hansı əsaslarla həmin hesaba köçürüldüyü və Bank tərəfindən həmin debet hesaba köçürülmüş vəsaitin hara silindiyini sənədlər olmadığından tədqiqatla müəyyən etmək mümkün olmamışdır. Bundan başqa, təqdim edilmiş materiallarda olan bank tərəfindən tərtib edilmiş çıxarış məlumatlarında istifadə edilmiş kredit məbləği 1.972.081,08 manat göstərilsə də, iş materiallarında həmin məbləği təsdiq edən sənədlər (əlavə razılaşma) öz əksini tapmamışdır.
18. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 11 iyun tarixli 2-2(113)-BKM/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, MMC-dən 1.305.966,12 manat əsas borc, 322.732,24 manat faiz borcu, müqavilənin müddəti bitdikdən sonra illik 5%-lə hesablanmış 235.651 manat əldən çıxmış fayda və 30 manat dövlət rüsumu olmaqla ümumilikdə 1.864.379,36 manat pulun tutularaq Bankın xeyrinə ödənilməsi, MMC-dən 350 manat ekspertiza xərcinin tutularaq aidiyyəti hesaba ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir (hakim – S.N).
19. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış 03 saylı müqavilə üzrə MMC öhdəliklərini tam icra etməmiş və Banka borcu qalmışdır. İş üzrə təyin edilmiş ekspert rəyinə əsasən, MMC-nin Banka əsas borcu 1.305.966,12 manat, faiz borcu 322.732,24 manat olmaqla ümumilikdə 1.628.698,36 manat təşkil edir.
20. Məhkəmə hesab etmişdir ki, Bank tərəfindən təqdim edilmiş sübutlarla, habelə iş üzrə təyin edilmiş məhkəmə ekspertizasının nəticələrindən MMC-nin əsas kredit borcu üzrə faiz borcunun 343.787,4 manat olmasını təsdiq edilməmişdir. Odur ki, məhkəmə MMC-nin kredit borcu üzrə faiz borcunun ekspet rəyində göstərilən 322.732,24 manat olması qənaətinə gəlmişdir.
21. Məhkəmə bu qənaətini Azərbaycan Respu blikası Konstitusiyasının (bundan sonra – “ARK”) 60-cı maddəsinin İ hissəsinə, MM-nin 6.2, 385.1, 386.1, 442, 448.1, 448.2, 739.1, 739.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 77.1, 88, 119.1, 101.7, 217.4, 218.3-cü maddələrinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “İHAM”) “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 2007-ci il 26 iyul tarixli, “Qavazov Bolqarıstana qarşı” iş üzrə 2008-ci il 6 mart tarixli qərarlarına istinad etməklə əsaslandırmışdır.
22. MMC 2020-ci il 3 iyul tarixində həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia təbinin rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
23. Bank 2020-ci il 29 iyul tarixində həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamən in əsas və faiz borcu hissəsində ləğv edilməsini, iddia təbinin tam təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
24. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2020-ci il 23 sentyabr tarixli 22(103)-BAM/2020 saylı qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 11 iyun tarixli 2-2(113)-BKM/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – V.B, hakimlər – C.Y və R.Q).
25. Kollegiya qeyd etmişdir ki, Bank apellyasiya şikayətində məhkəmə qətnaməsini əsas borc və faiz borcu hissəsində mübahisələndirsə də, 20750 nömrəli ekspert rəyi ilə məhkəmənin razılaşmaması üçün hər hansı mötəbər dəlil irəli sürməmişdir.
26. Məhkəmə hesab etmişdir ki, 20750 nömrəli r əy ilə MMC-nin qalıq kredit borcu həm kredit müqaviləsi, həm də əlavə razılaşmanın şərtləri nəzərə alınmaqla hesablandığından və hesablama aparılarkən MMC-nin mədaxil qəbzləri ilə təsdiq edilən bütün ödənişləri nəzərə alındığından (cəmi 641.931,98 manat) birinci instansiya məhkəməsi tərəfindən əsas və faiz borcunun məbləğinin həmin rəy əsasında müəyyən edilməsi düzgün olmuşdur.
27. Kollegiya onu da qeyd etmişdir ki, MMC apellyasiya şikayətində 03 saylı müqavilə üzrə borcun 2015-ci il 12 avqust tarixində tam bağlandığını bildirsə də, həmin tarixdə tərəflərindən nağd və ya köçürmə yolu ilə banka pul ödənilməsi barədə hər hansı sübut təqdim edə bilməmişdir. MMC tərəfindən təqdim edilmiş bank hesabından çıxarışda qeyd edilən tarixdə hesabın debet hissəsində 1.972.081,08 manat məbləğin əks olun ması hesaba vəsaitin MMC tərəfindən mədaxil edildiyi təsdiq olunmadan ödəniş kimi nəzərə alına bilməz.
28. Belə ki, apellyasiya şikayətində, tələb edilən kredit borcunun 03 saylı müqavilədən irəli gəlmədiyi qeyd edilsə də, MMC-nin nümayəndəsi işə apellyasiya qaydasında baxılarkən 2015-ci il 12 avqust tarixində (1.972.081,08 manatın kredit hesabının debet hissəsində qeyd edildiyi tarixdə) tərəflər arasında yeni kredit müqaviləsi bağlanmadığını bildirmişdir. Bankın nümayəndəsi 2015-ci il 12 avqust tarixində 1.972.081,08 manat vəsaitin kredit hesabının debet hissəsində qeyd edilməsi ilə bağlı bildirmişdir ki, həmin tarixdə MMC tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün bu barədə hər hansı sübut təqdim olunmur. Həmin tarixdə MMC-nin qalıq kredit borcu kapitallaşdırılmış və sistemdə te xniki səhv baş verərək kapitallaşdırılan 1.972.081,08 manat məbləğ debetə düşmüşdür. MMC-yə təqdim edilmiş hesabdan çıxarışlarda əks olunmuş və Bank tərəfindən kredit reyestrinə verilmiş məlumatların bu səbəbdən düzgün olmadığı müəyyən olunur.
29. Məhkəmə hesab etmişdir ki, MMC-nin 03 saylı müqavilə üzrə qalıq borcunun 2015-ci il 12 avqust tarixində tam ödənilməsi barədə iddiaya etirazı və apellyasiya şikayətinin dəlilləri işin faktiki hallarına uyğun deyil. Qeyd edilən tarixdə MMC-nin kredit hesabının debet hissəsində 1.972.081,08 manat görünsə də, iş materiallarında bu məbləğin qeyd edilən tarixdə Banka MMC tərəfindən ödənilməsi barədə iş materiallarında hər hansı sübut mövcud deyil. Bundan əlavə, iş materiallarından görünür ki, MMC tərəfindən qeyd edilən tarixdən sonra Banka sözügedən kredit müqaviləsi üzrə 641.932 manat ödəniş edilmiş, mədaxil qəbzlərində ödənişin təyinatı hissəsində xxxxyə istinad edilmişdir.
30. Bundan əlavə, MMC-nin Banka ünvanlandığı 2018-ci il 17 yanvar tarixli məktubda Banka kredit borcunun mövcudluğu təsdiq edilərək yaxın vaxtlarda ödəniləcəyi bildirilmişdir. İşə apellyasiya qaydasında baxılarkən MMC-nin nümayəndəsi və vəkili həmin məktubda 03 saylı müqavilə üzrə borcun nəzərdə tutulmadığını bildirsə də, tərəflər arasında 2015-ci il 12 avqust tarixində yeni kredit müqaviləsinin bağlandığını qəbul etməmişdir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, MMC-nin apellyasiya şikayətində istinad etdiyi Azərbaycan Kredit Bürosundan çıxarışda öz əksini tapan məlumatların həqiqətə uyğun olmadığı müəyyən edilməli və həmin sənəd iş üzrə mötəbər sübut hesab ed ilməməlidir.
31. Apellyasiya instansiyası məhkəməsi öz qətnaməsini birinci instansiya məhkəməsinin istinad etdiyi qanunvericilik aktlarından başqa MPM-nin 14.2, 81-ci maddələrinə istinad etməklə əsaslandırmış, onun gəldiyi nəticələrlə razılaşmışdır (bax yuxarıda §§ 19-21).
32. Bank həmin qətnamədən 2020-ci il 27 oktyabr tarixində kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri
33. Məhkəmə əsas və faiz borcunun ekspert tərəfindən hansı əsaslarla azaldılmasını tam araşdırmamışdır. Əsas və faiz borcu ekspert tərəfindən düzgün hesablanmamışdır. Çünki qətnamədə qeyd edilir ki, 2014-cü il 6 noyabr tarixli kredit müqaviləsi üzrə borc müəyyən edilmişdir, halb uki borcun müəyyən edilməsi 2015-ci il 4 avqust tarixli kredit müqaviləsinə Əlavə razılaşma üzrə həyata keçirilməli idi. Nəticədə əvvəlki kredit müqaviləsi üzrə ödənişlər də Əlavə razılaşma əsasında verilən 1.899.694,73 manat kredit məbləğindən çıxılmış və bu səbəbdən də əsas və faiz borcu üzrə (müqavilə müddətinə hesablanmış faiz borcu) azalma ilə bağlı ekspert rəyi verilmişdir. Hər bir halda iddia tələbi üzrə yaranmış borc məbləği, kredit üzrə ödənişlər 1.899.694,73 manat kredit məbləğindən çıxılmalı idi, belə olan halda əsas borcun 1.305.966.12 manat olması öz təsdiqini tapmır. Məhkəmə qətnamədə ekspert rəyinə sübut qismində münasibət bildirsə də, Bankın təqdim etdiyi sübutlara qiymət verməmişdir.
34. Kassasiya şikayəti MPM-nin 14, 88, 103.1, 416, 417, 418.1-ci maddələrinə, Azərbaycan R espublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hisəəsinin Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli, “S.Əliyevanın şikayəti üzrə” 2006-cı il 31 may tarixli qərarlarına istinad etməklə əsaslandırmışdır. b) kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
35. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
36. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iştirak edən olmadı. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
37. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müdd ətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
38. İş üzrə iddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-nin 403 və 416-cı maddələri).
39. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edibetməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
40. ARK-nın müvafiq maddəsində aşağıdakılar nəzərdə tutulur: “ Maddə
60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.”
41. MM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
6. Mülki qanunvericiliyin prinsipləri... 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər....” “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəli yə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəy yənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz....” “Maddə
739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvaf iq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.”
42. MPM-nin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
81. Sübutların mümkünlüyü Qanuna və y a digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
101. Ekspert rəyi... 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir....” “Maddə
119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir....” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı... 217.4. Məhkəmə (hakim) öz qətnam əsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə
218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər... 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.”
43. İHAM “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 2007-ci il 26 iyul tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
44. İHAM “Qavazov Bolqarıstana qarşı” iş üzrə 2008-ci il 6 mart tarixli qərarında qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
45. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq, tərəflərin izahatlarını dinləyərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ədalətli və əsaslı, kassasiya şikayətinin dəlillərini isə əsassız hesab edir.
46. Məhkəmə kollegiyası apellyasiya baxışının da predmeti olmuş kassatorun dəlili (bax yuxarıda § 33) ilə razılaşmır və bununla bağlı apellyasiya instansiyası məhkəməsinin mövqeyini (bax yuxarıda §§ 25-31) əsaslı hesab edir.
47. İşin materiallarından görünür ki, xüsusi bilik tələb edən borcun məbləğinin hesablanması bir neçə dəfə aparılmış ekspert tədqiqatlarında işin materi allarında olan maliyyə sənədləri əsasında həm kredit müqaviləsi, həm də əlavə razılaşmanın şərtləri nəzərə alınmaqla həyata keçirilmişdir. 48. 2019-cu il tarixli 20 dekabr 20750 nömrəli ekspert rəyində MMC-nin ASC-yə olan əsas borcunun 1.305.966,12 manat, faiz borcunun 322.732,24 manat olmaqla ümumilikdə 1.628.698,36 manat təşkil etdiyi qeyd edilmişdir.
49. İş üzrə son 2020-ci il 22 aprel tarixli ekspert rəyində də 2014-cü il 6 noyabr tarixli 03 saylı kredit müqaviləsi və həmin müqaviləyə dəyişiklik edilməsinə dair tərəflər arasında 2015-ci il 4 avqust tarixində imzalanmış razılaşmanın şərtləri, eyni zamanda 2018-ci il 31 yanvar tarixinədək edilən ödənişlər də nəzərə alınmaqla ümumilikdə borcun, o cümlədən əsas və faiz borcunun məbləği bir daha eyni həcmdə (ümumilikdə borc – 1.628.698,36 manat, o cümlədən əsas borc – 1.305.966,12 manat, faiz borcu – 322.732,24 manat) müəyyən edilmişdir.
50. İşə baxan məhkəmələr də iş üzrə qərar qəbul edərkən məhz həmin ekspert rəyinə istinad etmiş, bununla bağlı hər hansı maddi və prosessual hüquq pozuntusuna yol verməmişlər.
51. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası işin faktiki halları ilə bağlı olan eyni məsələnin bir daha araşdırılmasına lüzum görmür.
52. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 23 sentyabr tarixli 2-2(103)-BAM/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.