Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-71/2024 06.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı iş üzrə QƏRAR Açar sözlər: tapşırıq müqaviləsi, stansiya xidmətlərinə görə borcun ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri Qəribov Bəhman Fərhad oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı pul tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 11 oktyabr tarixli 2-2(103)-745/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətin ə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. 2021-ci il 17 may tarixində "xxxx" QSC tərəfindən Cavabdeh MMC-yə aprel ayında göstərilmiş xidmətlərə görə 2021-ci il 30 aprel tarixli 297 saylı hesab əsasında 32.670,32 manatlıq elektron qaimə göndərilmişdir. Həmin hesab və onun əsasında göndərilmiş elektron qaiməyə görə Cavabdeh MMC tərəfindən 2021-ci il 14 iyun tarixində 2 dəfə 560 manat və 100,8 manat məbləğində pul "xxxx" QSC-yə ödənilmiş, həmin qaimə üzrə ödənilməmiş 32.009,52 (32.670,33-660,8) manat pul qalmışdır. 2. 2021-ci il 16 iyun tarixində may ayında göstərilmiş xidmətlərə görə "xxxx" QSC tərəfindən Cavabdeh MMC-yə 2021-ci il 28 may tarixli 378 saylı hesab əsasında 1.071,15 manatlıq elektron qaimə göndərilmişdir. Həmin hesab və onun əsasında göndərilmiş elektron qaiməyə g örə Cavabdeh MMC tərəfindən 2021-ci il 9 iyun tarixində 2 dəfə 907,76 manat və 163,4 manat məbləğində pul "xxxx" QSC-yə ödənilmiş, həmin qaimə üzrə ödənilməmiş pul qalmamışdır (907,76+163,4=1.071,16). 3. 2021-ci il 16 iyul tarixində iyun ayında göstərilmiş xidmətlərə görə "xxxx" QSC tərəfindən Cavabdeh MMC-yə 2021-ci il 30 iyun tarixli 476 saylı hesab əsasında 878,92 manatlıq elektron qaimə göndərilmişdir. Həmin hesab və onun əsasında göndərilmiş elektron qaiməyə görə Cavabdeh MMC tərəfindən 2021-ci il 1 iyul tarixində 2 dəfə 744,85 manat və 134,07 manat məbləğində pul "xxxx" QSC-yə ödənilmiş, həmin qaimə üzrə ödənilməmiş pul qalmamışdır (744,85 +134,07 =878,92). 4. 2021-ci il 6 avqust tarixində iyul ayında göstərilmiş xidmətlərə görə "xxxx" QSC tərəfindən Cavabdeh MMC-yə 2021-ci il 31 iyu l tarixli 492 saylı hesab əsasında 3.030,41 manatlıq elektron qaimə, 2021-ci il 16 avqust tarixində iyul ayında göstərilmiş xidmətlərə görə 2021-ci il 23 iyul tarixli 490 saylı hesab əsasında 1.527,8 manatlıq elektron qaimə göndərilmişdir. Həmin 490 və 492 saylı hesab (hər iki hesabda göstərilmiş məbləğlərin cəmi 4.558,22 manat təşkil edir) əsasında Cavabdeh MMC tərəfindən 2021-ci il 2 avqust tarixində 2 dəfə 3.862,89 manat və 695,32 manat məbləğində pul "xxxx" QSC-yə ödənilmiş, həmin qaimə üzrə ödənilməmiş pul qalmamışdır (3.862,89+695,32=4.558,21). 5. 2021-ci il 18 oktyabr tarixində sentyabr ayında göstərilmiş xidmətlərə görə "xxxx" QSC tərəfindən Cavabdeh MMC-yə 2.771,35 manatlıq elektron qaimə göndərilmişdir. Qeyd edilən elektron qaiməyə dair “Forma 869” adlı hesab işə əlavə edilməsə d ə, 2021-ci il 25 noyabr tarixli 2.190,61 manatlıq və 2021-ci il 26 noyabr tarixli 394,31 manatlıq ödəniş qəbzlərindən görünür ki, cəmi ödənilmiş 2.584,92 manat pul 2021-ci il 30 sentyabr tarixli 513 saylı hesaba əsasən köçürülmüşdür. Göndərilmiş elektron qaimədə isə qaimənin sentyabr ayında göstərilmiş xidmətlərə aid olması ona dəlalət edir ki, 2021-ci il 18 oktyabr tarixli elektron qaimə 2021-ci il 30 sentyabr tarixli 513 saylı hesab əsasında verilmiş və edilmiş ödənişlərdə məhz qeyd edilən qaiməyə aiddir. Həmin qaimə üzrə ödənilməmiş 186,43 (2.771,35- 2.584,92) pul qalmışdır. 6. 2021-ci il 18 noyabr tarixində oktyabr ayında göstərilmiş xidmətlərə görə "xxxx" QSC tərəfindən Cavabdeh MMC-yə 886,47 manatlıq elektron qaimə göndərilmişdir. Qeyd edilən elektron qaiməyə dair “Forma 869” adlı he sab işə əlavə edilməsə də, 2021-ci il 3 noyabr tarixində 2 dəfə ödənilmiş 751,25 manatlıq və 135,23 manatlıq ödəniş qəbzlərindən görünür ki, cəmi ödənilmiş 886,48 manat pul 2021-ci il 31 oktyabr tarixli 524 saylı hesaba əsasən köçürülmüşdür. Göndərilmiş elektron qaimədə isə qaimənin oktyabr ayında göstərilmiş xidmətlərə aid olması ona dəlalət edir ki, 2021-ci il 18 noyabr tarixli elektron qaimə 2021-ci il 31 oktyabr tarixli 524 saylı hesab əsasında verilmiş və edilmiş ödənişlərdə məhz qeyd edilən qaiməyə aiddir. Həmin qaimə üzrə ödənilməmiş pul qalmamışdır. 7. 2021-ci il 20 dekabr tarixində noyabr ayında göstərilmiş xidmətlərə görə "xxxx" QSC tərəfindən Cavabdeh MMC-yə 2021-ci il 30 iyun tarixli 543 saylı hesab əsasında 1.801,43 manatlıq elektron qaimə göndərilmişdir. Həmin hesab və onun əsasında göndərilmiş elektron qaiməyə görə Cavabdeh MMC tərəfindən 2021-ci il 6 dekabr tarixində 2 dəfə 274,8 manat və 1.526,64 manat məbləğində pul "xxxx" QSC-yə ödənilmiş, həmin qaimə üzrə ödənilməmiş pul qalmamışdır (274,8+1.526,64=1.801,44). 8. 2022-ci il 3 mart tarixdə fevral ayında göstərilmiş xidmətlərə görə "xxxx" QSC tərəfindən Cavabdeh MMC-yə 2022-ci il 28 fevral tarixli 36 və 37 saylı hesab əsasında 3.421,93 manatlıq elektron qaimə göndərilmişdir. Həmin hesab və onun əsasında göndərilmiş elektron qaiməyə görə Cavabdeh MMC tərəfindən 2021-ci il 2 mart tarixində 2 dəfə 3.149,2 manat və 272,74 manat məbləğində pul "xxxx" QSC-yə ödənilmiş, həmin qaimə üzrə ödənilməmiş pul qalmamışdır (3.149,2+272,74=3.421,94). İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində ki icraat
9. İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra – “iddiaçı”) Cavabdehnə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, iddiaçı tərəfindən 2021-ci il 1 aprel tarixindən 2022-ci il 1 fevral tarixinə kimi cavabdehə göstərilmiş stansiya xidmətlərinə görə hesablanmış 43.043,63 manat və 220 manat ödənilmiş dövlət rüsumu, cəmi 43.263,63 manatın cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən 2021-ci il 1 aprel tarixindən 2022-ci il 1 fevral tarixinə kimi cavabdehə Xırdalan və Şabran stansiyalarında göstərilmiş stansiya xidmətlərinə (“vaqonların dalan yoluna verilib-götürülməsi”, “dalan yolundan istifadə”, “iddiaçıya məxsus v aqonun istifadəsi” və s.) görə cavabdehə 43.043,63 manat yığım hesablanmış, bununla bağlı cavabdehə 2021-ci il 22 iyul tarixində pretenziya ünvanlanmış, lakin pretenziya tələbi icra edilməmişdir.
11. Cavabdeh tərəfindən iddia tələbinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
12. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 22 iyul tarixli e-2-2(113)-2077/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, iddiaçı tərəfindən 2021-ci il 1 aprel tarixindən 2022-ci il fevral tarixinə kimi cavabdehə göstərilmiş stansiya xidmətlərinə görə 32.195,95 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat, mediasiya xərcinin əvəzi olaraq 200 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim – K.Hüseynov).
13. Birinci i nstansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, taxıl, qarğıdalı kimi məhsulların gətirilməsi üçün iddiaçı tərəfindən cavabdehə stansiya xidmətləri (vaqonların verilib götürülməsi, vaqonlardan istifadə haqqı, mühafizə haqqı, oxa görə qoruma, manevra işi və s.) göstərilmişdir. Cavabdeh iddiaya etiraz etmiş və xidmətlərin göstərildiyini, ancaq həmin xidmətlərin heç bir zərurət olmadan edildiyini bildirmişdir.
14. Tərəflər arasında olan münasibətlərə xidmət müqaviləsindən irəli gələn münasibət kimi qiymət verilməlidir. Belə ki, cavabdeh tərəfindən mallar Azərbaycana gətirilən zaman iddiaçı tərəfindən müvafiq stansiya xidmətləri göstərilmişdir. Lakin mülki qanunvericilikdə xidmət müqaviləsi münasibətlərini tənzimləyən hər hansı müddəa mövcud deyildir. Ona görə də Azərbaycan Respu blikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 13.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla, hazırkı mübahisə Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) tapşırıq müqaviləsinə aid müddəalarının qaydalarına uyğun araşdırılmalıdır.
15. Hazırkı mübahisənin predmetini iddia ərizəsindən də göründüyü kimi, 2021-ci il 1 aprel tarixindən 2022-ci il 1 fevral tarixinə kimi göstərilmiş xidmətlərə görə tələb edilən xidmət haqqı təşkil edir. Ona görə də həmin tarixləri əhatə etməyən dövrə aid olan sənədlərə münasibət bildirilməli deyildir.
16. İşin hallarından görünür ki, cavabdeh tərəf iddiaçı tərəfindən göstərilmiş olan stansiya xidmətlərini qəbul etmiş və göndərilmiş elektron qaimələrdən bir hissəsini (bax yuxarıda §§ 2-4 və §§ yuxarıda 6-8) tam ödəmiş, digər ik isində (bax yuxarıda §§ 1 və 5) isə qismən ödəniş etmişdir. Belə olan halda, yəni cavabdeh verilmiş hesab (forma 869) və onun əsasında göndərilmiş elektron qaimələrdə göstərilmiş məbləği qismən ödəməklə, həmin xidmətlərin iddiaçı tərəfindən göstərilməsini qəbul etmişdir. Göstərilmiş xidmətlərə görə cavabdehin iddiaçıya ödənilməmiş 32.195,95 (32.009,52+186,43) manat borcu qalmışdır. İddiaçı tərəf isə iddiasında göstərmiş olduğu məbləğin necə hesablandığını və başqa hansı xidmətin göstərilməsini və bu xidmətlərin göstərilməsinə dair sübutları təqdim edə bilməmişdir.
17. Məhkəmə həmçinin hazırkı mübahisənin predmetinə aid olmadığı üçün iddiaçı tərəfindən işə əlavə edilmiş 2021-ci ilin yanvar, fevral və mart ayı üçün göstərilmiş xidmətlərə görə göndərilmiş elektron qaimələrə münasibət bildirmə mişdir. Ona görə də iddia qismən 32.195,95 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində əsaslıdır.
18. İlkin mediasiya sessiyasının keçirilməsi zamanı iddiaçı tərəfindən ödənilmiş 200 manat məbləğində pul da cavabdehdən iddiaçının xeyrinə ödənilməlidir. Ödənilmiş dövlət rüsumunun əvəzi qismində 20 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
19. Məhkəmə öz mövqeyini MM-in 11.1, 777.1, 783.2-ci, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci, MPM-in 13.4, 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
20. Cavabdeh tərəf apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddia tələbinin rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiya məhkəməsindəki birinci icr aat
21. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 21 noyabr tarixli 2-2(103)-899/2022 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın qismən təmin edilmiş hissəsində və məhkəmə xərclərinin cavabdehə aid edilməsi hissəsində ləğv edilmiş, iddia həmin hissədə təmin edilməmiş, iddia ərizəsinin verilməsinə görə tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilmişdir (sədrlik edən – R.Qurbanov, hakimlər – V.Məmmədov və V.Baxışova).
22. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə, tərəflər arasındakı münasibətlər dalan dəmir yolunda xidmətlərin göstərilməsindən ibarətdir. Lakin mülki qanunvericilikdə xidmət müqaviləsi münasibətlərini tənzimləyən hər hansı müddəa mövcud deyil. Ona g örə də MPM-in 13.4-cü maddəsi və MM-in 11.1-ci maddəsinin tələbləri nəzərə alınmadan iş üzrə nəticəyə gəlmək düzgün deyildir. Hazırkı mübahisə MM-in tapşırıq müqaviləsinə aid müddəalarının qaydalarına uyğun araşdırılmalıdır.
23. Bu əsaslarla iddia tələblərinin qanuni əsasını MM-in 783.2-ci maddəsi təşkil edir. Lakin hazırkı işdə qeyd olunan maddənin dispozisiya şərtləri mövcud deyildir. Belə ki, qeyd olunan maddədən də görünür ki, tapşırıq müqaviləsi üzrə öhdəlik ilk növbədə vəkalət alanın üzərinə düşür və o, yalnız müqavilədə nəzərdə tutulan işi icra etdikdən sonra vəkalət verənin muzd ödəmək öhdəliyi yaranır.
24. İş materiallarında olan 2021-ci il 1 aprel tarixindən 2022-ci il 1 fevral tarixinədək iddiaçı tərəfindən cavabdehə göstərilmiş stansiya xidmətlərinə görə tətbiq olunmuş yığımlar dan yaranan debitor borc barədə arayışdan görünür ki, iddiaçı digər xərclərlə (yüklərin mühafizəsinə görə yığım və s.) yanaşı, məhz ona məxsus vaqonların (konteynerlərin) istifadəsinə görə yığım məbləğləri hesablamışdır.
25. Eyni zamanda, iş materiallarında olan 2021-ci il 30 aprel tarixli 297 saylı hesaba əsasən müəyyən olunur ki, iddiaçı 95778737, 95778411, 95824868, 95824710, 95824769, 95824546, 95822425, 95824470 nömrəli vaqonların verilib-götürülməsi, vaqonlardan istifadə haqqı, manevra işi, mühafizə haqqı, oxa görə qoruma üçün ümumilikdə ƏDV daxil 32.670,32 manat hesablamış və 2021-ci il 17 may tarixli 711083 saylı elektron qaimə əsasında cavabdehdən ödənilməsini tələb etmişdir. Cavabdeh tərəfindən 2021-ci il 14 iyun tarixində ayrı-ayrılıqda 560 manat və 100,8 manat məbləğində iddi açıya pul ödənilmişdir. Həmin qaimə üzrə ödənilməmiş məbləğ 32.009,52 manat (32.670,33- 660,8) təşkil edir (i/v 72-75).
26. Cavabdeh buna etiraz etmiş və bildirmişdir ki, yuxarıda nömrələri sadalanan həmin 8 ədəd vaqon iddiaçıya məxsus deyildir. Ona görə də iddiaçı vaqonlardan istifadə haqqı və oxa görə qoruma üçün yığım haqqını ondan tələb edə bilməz. Vaqonlardan istifadə ilə bağlı olmayan digər xərclər isə onun tərəfindən tam ödənilmişdir.
27. Göründüyü kimi, cavabdeh mübahisə predmeti olan vaqonların iddiaçıya aid olmasını mübahisələndirir. İddiaçı da məhz ona məxsus vaqonların (konteynerlərin) istifadəsinə və onların oxuna görə qoruma ilə bağlı yığım məbləğlərini cavabdehdən tələb etdiyinə görə həmin halı, yəni sadalanan vaqonların ona məxsus olduğunu sübutetmə vəzifəsi onun üzərinə dü şür. Lakin iddiaçı bunu təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmiş və üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Bunun əksinə, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, yuxarıda nömrələri sadalanan 8 ədəd vaqon Rusiya Federasiyasında fəaliyyət göstərən başqa şirkətə (АГРОС ООО) məxsusdur (i/v 49). Bu baxımdan, 2021-ci il 17 may tarixli 711083 saylı elektron qaimə üzrə ödənilməyən 32.009,52 manat pulun tutulması hissəsində iddia rədd edilməlidir.
28. Hazırda mübahisələndirilən digər hissə isə 2021-ci il 18 oktyabr tarixli elektron qaimə üzrə ödənilməmiş 186,43 manat pulun tutulması ilə bağlıdır. Həmin hissədə də iddia rədd edilməlidir. Belə ki, həmin elektron qaiməyə dair “Forma 869” adlı hesab iş materiallarına əlavə edilməsə də, 2021-ci il 25 noyabr tarixli 2.190,61 manatlıq və 2021-ci il 26 noyabr tarixli 394,31 manatlıq ödəniş qəbzlərindən görünür ki, cəmi ödənilmiş 2.584,92 manat pul 2021-ci il 30 sentyabr tarixli 513 saylı hesaba əsasən köçürülmüşdür.
29. Göndərilmiş elektron qaimədə isə qaimənin sentyabr ayında göstərilmiş xidmətlərə aid olması ona dəlalət edir ki, 2021-ci il 18 oktyabr tarixli elekton qaimə 2021-ci il 30 sentyabr tarixli 513 saylı hesab əsasında verilmiş və edilmiş ödənişlər də məhz qeyd edilən qaiməyə aiddir. Göründüyü kimi, adı çəkilən qaimə üzrə ödənilməmiş 186,43 manat (2.771,35- 2.584,92) pul qalmışdır. Həmin qaimə üzrə cavabdeh tərəfindən ödənişlərin bir hissəsinin həyata keçirilməsi, qaimədə göstərilən xidmətlərin hər birinin iddiaçı tərəfindən həyata keçirilməsi mənasına gəlmir və bu qaimə üzrə borcun etirafı kimi qiymətləndirilə bilməz.
30. Belə ki, işin yuxarıdakı hallarından müəyyən olunur ki, cavabdeh 2021-ci il 17 may tarixli 711083 saylı elektron qaimə üzrə ödənişlərin bir qismini həyata keçirmiş, digər hissəsini isə haqlı olaraq iddiaçı ona xidmət göstərmədiyi üçün etməmişdir. Qeyd olunan faktlar isə təsdiq edir ki, tərəflər arasında işgüzar münasibətlər bu şəkildə də həyata keçirilmiş, yəni qaimə üzrə ödəniş tam tələb olunsa da, xidmət qismən göstərildiyi halda ödəniş də qismən həyata keçirilmişdir.
31. Qeyd olunan halları və MM-in 404.1 və 404.2-ci maddələrinin tələblərini nəzərə alaraq apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, 2021-ci il 18 oktyabr tarixli elekton qaimə üzrə cavabdeh tərəfindən ödənişlərin bir hissəsinin həyata keçirilməsi, qai mədə göstərilən xidmətlərin hər birinin iddiaçı tərəfindən həyata keçirilməsi mənasına gəlmir və bu həmin borcun etirafı kimi qiymətləndirilə bilməz. Belə olan halda isə iddiaçı tərəf sübut etməlidir ki, o, cavabdehə həm də 186,43 manat məbləğində xidmətlər göstərmişdir. Lakin o, bunu təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmiş və üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.
32. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini MM-in 11.1, 404.1, 404.2, 777.1, 783.2-ci, MPM-in 13.4, 77.1, 372.2-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarının 2.6cı bəndinə istinad etməklə əsaslandırmışdır.
33. İddiaçı tərəf kassasiya şikayəti verərək apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
34. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 5 iyul tarixli 2-2(102)-328/2023 nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 21 noyabr tarixli 2-2(103)-899/2022 nömrəli qətnaməsi ləğv edilərək, iş yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır (sədrlik edən – B.Məmmədli, hakimlər – İ.Dadaşov və Ə.Əhmədov).
35. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, apellyasiya instansiyası məhkə məsinin istinad etdiyi məktubdan (i/v 49) nömrələri sadalanan 8 ədəd vaqonun Rusiya Federasiyasında fəaliyyət göstərən başqa şirkətə (АГРОС ООО) məxsus olması barədə birmənalı nəticəyə gəlmək mümkün deyildir. İş materiallarında isə belə məxsusluğu təsdiq edən hər hansı digər mötəbər sənəd ümumiyyətlə mövcud deyildir. Digər tərəfdən, əgər həqiqətən də mübahisəli vaqonlar başqa şirkətə məxsus olmuşdursa, sözügedən vaqonlara iddiaçının göstərdiyi xidmətlərə görə cavabdeh tərəfindən hansı səbəb(lər)dən və hansı əsaslarla qismən (660,8 manat) ödəniş edildiyi apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən aydın olmur. Belə olan halda, hazırkı vəziyyətdə həmin vaqonların hansı şirkətin mülkiyyətində, hansı şirkətin isə faktiki istifadəsində olması barədə birmənalı nəticəyə gəlmək mümkün deyi ldir.
36. Bundan başqa, cavabdeh 2021-ci il 17 may tarixli elektron qaimədə qeyd olunmuş 32.009,52 manat məbləğində xidmətlərin haqqının ondan tələb edilməsini əsassız hesab edirdisə, qanunvericiliklə müəyyən edilmiş qaydada öz etirazlarını qarşı tərəfə bildirməli və düzgün tərtib olunmuş yeni elektron qaimənin təqdim olunmasını tələb etməli idi. Lakin cavabdeh tərəfindən belə etirazların mövcudluğu işə baxan məhkəmələr tərəfindən müəyyən edilməmişdir.
37. Məhkəmə kollegiyası həmçinin hesab etmişdir ki, cavabdeh 2021-ci il 18 oktyabr tarixli elektron qaimədə qeyd olunmuş 186,43 manat məbləğində xidmətlərin əslində mövcud olmadığını hesab edirdisə, qanunvericiliklə müəyyən edilmiş qaydada öz etirazlarını qarşı tərəfə bildirməli və düzgün tərtib olunmuş yeni elektron qaimənin təqdim olunması nı tələb etməli idi. Lakin 2021-ci il 18 oktyabr tarixli elektron qaimə üzrə də cavabdeh tərəfindən belə etirazların mövcudluğu işə baxan məhkəmələr tərəfindən müəyyən edilməmişdir. Belə olan halda, cavabdehin elektron qaimədə qeyd olunmuş bir sıra xidmətlər üzrə ödənişlər etməsi, digər xidmətlər ilə bağlı isə qarşı tərəfə öz etirazlarını bildirməməsinə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" MMC-nin direktorunun şikayəti üzrə qəbul etdiyi 2022-ci il 20 aprel tarixli Qərarında formalaşdırılmış hüquqi mövqelərə uyğun olaraq, apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün qiymət verilməmişdir.
38. Yeni apellyasiya baxışı zamanı məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmalı, o cümlədən: 1) 2021-ci il 17 may tarixli elektron qaimə üzrə mübahisəli vaqonların ha nsı şirkətin mülkiyyətində, hansı şirkətin isə faktiki istifadəsində olmasını; 2) cavabdeh tərəfindən hansı səbəb(lər)dən və hansı əsaslarla sözügedən vaqonlara iddiaçının göstərdiyi xidmətlərə görə qismən ödəniş edildiyini (əgər həqiqətən də vaqonlar başqa şirkətin mülkiyyətində və ya faktiki istifadəsindədirsə); 3) habelə həm sözügedən elektron qaimə, həm də 2021-ci il 18 oktyabr tarixli elektron qaimə üzrə cavabdehin əsassız hesab etdiyi məbləğlərlə bağlı həmin qaimələrə qanunvericiliklə müəyyən edilmiş qaydada etiraz etməməsinin səbəblərini aydınlaşdırmalı, bu zaman Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda istinad olunmuş hüquqi mövqelərini nəzərə almalı, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etməlidir. ç) Apellyasiya instansiya məhkəməsindəki ikinci icraat
39. Bakı Apellyasiya Mə hkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 11 oktyabr tarixli 2-2(103)-745/2023 saylı qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən – 32.009,52 manat pulun və məhkəmə xərclərinin cavabdehə aid edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia həmin hissədə təmin edilməmiş, qətnamə mübahisələndirilən qalan – iddianın 2021-ci il 18 oktyabr tarixli elektron qaimə üzrə ödənilməmiş 186,43 manat pulun tutulmasının təmin edilən hissəsində dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – X.Sarıyev, hakimlər – F.Abdıyev və F.Qasımov).
40. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, hazırkı apellyasiya araşdırması zamanı dax il olmuş Rusiya Federasiyası АГРОС ООО-nun 2023cü il 4 sentyabr tarixli məktubuna əsasən, 5778737, 95778411, 95824868, 95824710, 95824769, 95824546, 95822425, 95824470 nömrəli vaqonlarının mülkiyyətçisi АГРОС ООО-dur (RF, Stavropol vilayəti, Kirov rayonu, Komsomolçu prospekti, Oktyabr küçəsi, ev 45, ИНН **********). Qeyd olunan vaqonlar АГРОС ООО-nun balansındadır.
41. Göründüyü kimi, tədqiq olunmuş sübutlarla müəyyən olunur ki, 5778737, 95778411, 95824868, 95824710, 95824769, 95824546, 95822425, 95824470 nömrəli vaqonlarının mülkiyyətçisi АГРОС ООО-dur.
42. Kollegiya hesab etmişdir ki, 32.009,52 manat pulun tutulması ilə bağlı 2021-ci il 17 may tarixli 711083 nömrəli elektron qaimənin göndərilməsi, vaqonlardan istifadə haqqı və oxa görə qoruma üçün yığım haqqının göstərilməsini birbaşa tə sdiq etmir. Qeyd olunan faktlar isə təsdiq edir ki, tərəflər arasında işgüzar münasibətlər bu şəkildə də həyata keçirilmiş, yəni qaimə üzrə ödəniş tam tələb olunsa da, xidmət qismən göstərildiyi halda ödəniş də qismən həyata keçirilmişdir.
43. Odur ki, iddiaçı vaqonlardan istifadə haqqı və oxa görə qoruma üçün yığım haqqını cavabdehdən tələb edə bilməz. Vaqonlardan istifadə ilə bağlı olmayan digər xərclər isə cavabdeh tərəfindən tam ödənilmişdir. Bu baxımdan, 2021-ci il 17 may tarixli 711083 nömrəli elektron qaimə üzrə ödənilməyən 32.009,52 manat pulun tutulması hissəsində iddia rədd edilməlidir.
44. Cavabdeh tərəfindən mübahisələndirilən digər hissə 2021-ci il 18 oktyabr tarixli elektron qaimə üzrə ödənilməmiş 186,43 manat pulun tutulması ilə bağlıdır. 2021-ci il 18 oktyabr tarixində sent yabr ayında göstərilmiş xidmətlərə görə "xxxx" QSC tərəfindən Cavabdeh MMC-yə 2.771,35 manatlıq elektron qaimə göndərilmişdir. Həmin elektron qaiməyə dair “Forma 869” adlı hesab işə əlavə edilməsə də, 2021-ci il 25 noyabr tarixli 2.190,61 manatlıq və 2021-ci il 26 noyabr tarixli 394,31 manatlıq ödəniş qəbzlərindən görünür ki, cəmi ödənilmiş 2.584,92 manat pul 2021-ci il 30 sentyabr tarixli 513 saylı hesaba əsasən köçürülmüşdür. Göndərilmiş elektron qaimədə isə qaimənin sentyabr ayında göstərilmiş xidmətlərə aid olması ona dəlalət edir ki, 2021-ci il 18 oktyabr tarixli elektron qaimə 2021-ci il 30 sentyabr tarixli 513 saylı hesab əsasında verilmiş və edilmiş ödənişlərdə məhz qeyd edilən qaiməyə aiddir. Həmin qaimə üzrə ödənilməmiş 186,43 (2.771,35-2.584,92) pul qalmışdır. Göründüyü kimi, ca vabdeh tərəf iddiaçı tərəfindən göstərilmiş olan stansiya xidmətlərini qəbul etmiş və göndərilmiş elektron qaimələrdən bir hissəsini tam ödəmiş, digər hissədə qismən ödəniş etmişdir. Belə olan halda, yəni cavabdeh verilmiş hesab (forma 869) və onun əsasında göndərilmiş elektron qaimələrdə göstərilmiş məbləği qismən ödəməklə, ödənilməyən hissənin hansı səbəbdən ödənilməməsini əsaslandırmamış və bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmiş, bununla da, həmin xidmətlərin iddiaçı tərəfindən göstərilməsini qəbul etmişdir. Buna görə də, kollegiya 2021-ci il 18 oktyabr tarixli elektron qaimə üzrə ödənilməmiş 186,43 manat pulun tutulması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyini nəticəni əsaslı hesab etmişdir.
45. Kollegiya həmçinin qeyd etmişdir ki, iddianın 0,43%-i təmin olun duğundan qətnamə məhkəmə xərclərinin cavabdehə aid edilməsi hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, iddia həmin hissədə təmin edilməməlidir.
46. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini MM-in 11.1, 404.1, 404.2, 777.1, 783.2-ci, MPM-in 13.4, 77.1, 88, 119.1-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarının 2.6cı bəndinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" MMCnin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 9 fevral tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanun larına uyğunluğunun yoxlanılmasına dair” 2022-ci il 20 aprel tarixli Qərarına istinad etməklə əsaslandırmışdır.
47. İddiaçı kassasiya şikayəti verərək apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri:
48. MM-in 385-ci maddəsinin və “Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 3.3-cü bəndinin tələbləri pozulmuşdur. Stansiya xidmətlərinin göstərilməsi iddiaçının təbii inhisar fəaliyyətidir. Ölkə ərazisində bu xidməti göstərən alternativ bir qurum yoxdur. Hazırkı mübahisə ilə bağlı tərəflər arasında yaz ılı müqavilə mövcud olmasa da, şifahi xidmət müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibəti yaranmışdır. Stansiya xidmətlərinin göstərilməsi iş materiallarında olan kifayət qədər əsaslı sübutlarla təsdiq olunur. Müqaviləyə əsasən iddiaçı öz üzərinə düşən öhdəlikləri yerinə yetirsə də, cavabdeh tərəf xidmət müqabilində yaranmış borcunu ödəməmişdir. İddiaçı tərəfindən cavabdehə 2021-ci ilin aprel ayında göstərilmiş stansiya xidmətlərinə görə 2021-ci il 17 may tarixdə 32.670,32 manat məbləğində elektron qaimə ünvanlanmışdır. Sözügedən elektron qaimə üzrə cavabdeh tərəfindən 660,80 manat məbləğində pul vəsaiti ödənilmişdir. Cavabdeh həmin qaimədə qeyd olunan xidmətlərin ona göstərilmədiyi təqdirdə onu qəbul etməməli və ya düzəliş edilməsi üçün geri qaytarmalı idi. Lakin buna baxmayaraq ca vabdeh nəinki qaiməni düzəliş üçün geri göndərməmiş, hətta qeyd edilən elektron qaimədə göstərilən borc məbləğini qismən ödəmişdir. Bununla da cavabdeh həmin qaiməni qəbul edərək borcu etiraf etməsini göstərən hərəkətlər etmişdir.
49. MPM-in 88-ci maddəsinin tələbləri pozulmuşdur. İddiaçı tərəfindən cavabdehə göstərilən stansiya xidmətləri müqabilində hesablanmış yığımlara əsasən aprel ayı üzrə 32.670,32 manat məbləğində elektron qaimə göndərilmişdir. Lakin mövcud mübahisədə elektron qaimə iddiaçı tərəfindən cavabdehə göstərilən stansiya xidmətlərini təsdiq edən yeganə sübut deyil. Cavabdehin iştirakı və imzası ilə tərtib edilən əlavə yığımlar üçün yığım vərəqələri (Forma FDU-92) stansiya xidmətlərinin göstərilməsini təsdiq edən başlıca sənədlərdir. Bundan əlavə, cavabdehə olduğu kimi, idd iaçı tərəfindən bir çox hüquqi şəxslərə şifahi razılaşma əsasında stansiya xidmətləri göstərilmiş və bu uzun müddətdir həyata keçirilən davamlı xidmət olduğundan digər müəssisələr və iddiaçı arasında işgüzar adətə çevrilmişdir. Bu hal cavabdeh üçün də keçərlidir. Belə ki, cavabdehə daha əvvəllər də stansiya xidməti göstərilmiş və bunun müqabilində cavabdeh tərəfindən ödəniş edilməsi barədə qəbzlər tərəflər arasında uzunmüddətli formalaşmış praktikanı sübut edir.
50. Həmçinin qeyd etmək lazımdır ki, kassasiya instansiyası məhkəməsi apellyasiya məhkəməsinə aydınlaşdırılması üçün üç göstəriş vermişdir. Lakin apellyasiya instansiyası məhkəməsi işi araşdırarkən bu tövsiyələri nəzərə almamışdır. Apellyasiya məhkəməsi müəyyən etmişdir ki, qeyd olunan vaqonlar АГРОС ООО-nun balansındadır. Lakin fa ktiki kimin istifadəsində olduğunu araşdırmamış, həmçinin АГРОС ООО ilə cavabdeh arasında hər hansı bir əlaqənin olub-olmamasını araşdırmamışdır. Vaqonların başqasının balansında olması onların istifadəsinə məhdudiyyətin qoyulması anlamına gəlmir. Kassasiya məhkəməsinin ikinci göstərişi də apellyasiya məhkəməsi tərəfindən nəzərə alınmamışdır. Belə ki, cavabdeh nə təqdim etdiyi etirazda, nə də çıxışlarında dəqiq izahını verə bilməmişdir ki, göstərdiyi hansı xidmətlərə görə iddiaçının hesabına qismən ödəniş etmişdir. Həmçinin məhkəmə iddiaçı tərəfindən təqdim olunmuş 2020-ci il 14 dekabr tarixli hüq 871 nömrəli dalan dəmir yolunda xidmətlərin göstərilməsinə dair müqaviləni də nəzərə almamışdır. Qeyd olunan müqavilədə cavabdehin direktoru istifadəçi qismində imza atıb möhür vurmuşdur. Kassa siya məhkəməsinin üçuncü göstərişi də apellyasiya məhkəməsi tərəfindən diqqətə alınmamışdır. Belə ki, cavabdehin əsassız hesab etdiyi məbləğlərlə bağlı həmin qaimələrə qanunvericiliklə müəyyən edilmiş qaydada etiraz etməməsinin səbəbləri ümumiyyətlə araşdırılmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
51. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri
52. Kassasiya şikayətinin tələb hissəsində apellyasiya məhkəməsinin qətnaməsinin ləğv və iddia tələbinin tam təmin edilməsi xahiş edilsə də, şikayətin dəlillərindən görünür ki, o yalnız iddia tələbinin təmin edilməyən 32.009,52 manat pulun tutulması hissəsində mübahisələndirilmişdir. Odur ki, MPM-in 403 və 416-cı maddələrinin tələblərini və kassasiya şikayətinin dəlillərini nəzərə alaraq koll egiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslığı qismən, yəni 32.009,52 manat pulun tutulması barədə iddia tələblərinin rədd edilməsi hissəsində yoxlanılacaqdır.
53. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
54. MM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
11. Mülki qanunveric iliyin analogiya üzrə tətbiqi 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası)....” “Maddə
14. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi... 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər.... 14.2.8. Fiziki və hüquqi şəxslərin digər hərəkətləri....” “Maddə
386. Öhdəliklərin əmələ g əlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə
404. Müqavilənin təfsiri 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır....” “Maddə
405. Müqavilənin mühüm şərtlə ri barəsində razılaşma 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 405.2. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. “Maddə
777. Tapşırıq müqaviləsi 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən i cra etməyi öhdəsinə götürür....” “Maddə
783. Vəkalət alanın xərclərinin əvəzinin ödənilməsi və muzdu... 783.2. Vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir....” 55. “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
5. Təbii inhisar subyektlərinin fəaliyyət sahələri
1. Təbii inhisar subyektlərinin fəaliyyət sahələri aşağıdakılardır:... 1.4. Magistral və yerli dəmir yolu xətlərinin, yol qurğu və tikililərin istismarı, hərəkəti idarəetmə və hərəkət təhlükəsizliyi fəaliyyəti, dəmir yolu stansiyaları və sərnişin v ağzalları xidmətləri;...” 56. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikasının Prezidentinin 2009-cu il 20 iyul tarixli 383 Sərəncamında dəyişikliklər edilməsi və Səhmdar Cəmiyyətinin fəaliyyətinin təkminləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikasının Prezidentinin 2015-ci il 18 sentyabr tarixli 622 nömrəli Fərmanında aşağıdakılar nəzərdə tutulur: “3. Müəyyən edilsin ki:... 3.4. dəmir yolu daşımalarında, o cümlədən beynəlxalq yükdaşımalarda göstərilən xidmətlərin tarifləri, yığımlar, habelə tariflər üzrə güzəştlər Cəmiyyət tərəfindən müəyyən edilir. Cəmiyyətin gəlirləri faktiki daxilolmalar əsasında tariflərə tətbiq olunan güzəştlər nəzərə alınmaqla hesablanır;...”
57. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "xxxx" Qa palı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” 2010-cu il 15 fevral tarixli, 36 nömrəli Qərarı ilə təsdiq edilmiş "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsində aşağıdakılar nəzərdə tutulur: “3.2. Cəmiyyət bu məqsədlərə uyğun olaraq aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir:... 3.2.29. dəmir yolu daşımalarında (ölkədaxili və beynəlxalq yük və sərnişin daşımaları) göstərilən xidmətlərin tariflərinin, yığımların, habelə tariflər üzrə güzəştlərin müəyyən edilməsi;...” 58. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin 24 aprel 2017-ci il tarixli 44/S nömrəli əmri ilə təsdiq edilmiş “Yük daşımaları üzrə xidmətlərə görə yığımların hesablanması və tətbiqi Qaydaları”nda aşağıdakılar nəzərdə tutulur: “7.1. Dəmir yoluna məxsus olmayan dalan yoluna yük əməliyyatı üçün verilən vaqon və konteynerlərə istifadəyə görə yığım tətbiq edilir, vaqon və konteynerlərin istifadə haqqının qiymətləri, onların qruppasından və istifadə vaxtının intervalından asılı olaraq diferensiallaşır.... 7.3. Dəmir yoluna məxsus olmayan dalan yoluna yükləmə-boşaltma əməliyyatı üçün verilən məxsusluğundan asılı olmayaraq bütün vaqon və konteynerlərin (dalan yolu sahibinin ünvanına daxil olmuş özəl və icarə vaqonlar, konteynerlər istisna olmaqla) dalan yolunda boşdayanmasına görə istifadə haqqı cədvəl № 8 və cədvəl № 9-da verilmiş qiymətlərə görə hesablansın. 7.4. Vaqonların (konteynerlərin) dəmir yoluna məxsus olmayan dalan yolunda boşdayanması uzun müddət davam edərsə, Cəmiyyət rəhbərliyi tərəfindən vaqonlardan (konteynerlərdən) istifadəyə görə yığım yükalanı (dalan yolu sahibini, yükgöndərəni) yazılı formada məlumatlandırdıqdan 24 saat sonra 5 dəfəyə qədər artırıla bilər....”
59. Azərbaycan Respublikasının da qoşulduğu 1951-ci il 1 noyabr tarixli “X1 Yük Daşımaları haqqında” Sazişin 2-ci maddəsi: - Daşıma ödənişlərinin anlayışında nəzərdə tutulmuş normada, həmçinin əlavə yığımlar da müəyyənləşdirilmişdir.
60. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" MMC-nin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 9 fevral tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2022-ci il 20 aprel tarixli Qərarında müəyyən edilmişdir ki: “...lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.”
61. MPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmal ıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
62. MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır.
63. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.
64. Kassasiya şikayətinin §§ 48-50-də göstərilmiş dəlilləri ilə bağlı iş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən, yəni iddianın qismən 32.009,52 manat pulun və məhkəmə xərclərinin cavabdehdən tutulmasının təmin olunmadığı hissədə ləğv edilməli və həmin hissədə yeni qərar qəbul edilərək iddia təmin edilməlidir.
65. Belə ki, apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə vaqonların mülkiyyətçisi iddiaçı deyil, Rusiya Federasiyasında fəaliyyət göstərən АГРОС ООО adlı şirkət olduğuna görə birinci, vaqonlardan istifadə haqqı və oxa görə qoruma üçün yığım haqqını cavabdehdən tələb edə bilməz.
66. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə aşağıda göstərilənlərə əsasən razılaşmadığını bildi rir.
67. Belə ki, iş materiallarına əlavə edilmiş Rusiya Federasiyası АГРОС ООО-dan daxil olmuş 2023-cü il 4 sentyabr tarixli məktubunda qeyd olunmuşdur ki, 5778737, 95778411, 95824868, 95824710, 95824769, 95824546, 95822425, 95824470 nömrəli vaqonlarının mülkiyyətçisi АГРОС ООО-dur (RF, Stavropol vilayəti, Kirov rayonu, Komsomolçu prospekti, Oktyabr küçəsi, ev 45, ИНН **********). Qeyd olunan vaqonlar АГРОС ООО-nun balansındadır.
68. Göründüyü kimi həqiqətən də mübahisəli vaqonlar iddiaçıya deyil, xarici şirkətə məxsusdur.
69. Bununla belə, aşağıda qeyd olunanlara əsasən məxsusluğundan asılı olmayaraq dalan yoluna yükləmə-boşaltma əməliyyatı üçün verilən bütün vaqon və konteynerlərin boşdayanmasına, həmçinin onların dalan yolunda verilib-götürülməsi və s. görə istifadə haqqı nəzərdə tutul muşdur.
70. Belə ki, iş materiallarından görünür ki, icraçı "xxxx" QSC ilə sifarişçi "xxxx" MMC arasında dalan dəmir yolunda xidmətlərin göstərilməsinə dair 2020-ci il 14 dekabr tarixli müqavilə bağlanmışdır. Həmin müqaviləyə görə dalan dəmir yolunda yük əməliyyatlarının aparılması üçün istifadəçi Cavabdeh MMC və digərləri sifarişçi ilə dalan dəmir yolunun istifadəsi ilə bağlı razılığa gəlmişlər. Müqavilə Cavabdeh MMC tərəfindən də təsdiq edilmişdir.
71. Həmin müqavilənin 1-ci bəndində də nəzərdə tutulmuşdur ki, icraçı Xırdalan stansiyasında (stansiya) məntəqəsi (ünvanı) sifarişçiyə məxsus olan dalan dəmir yolunun yükləmə-boşaltma sahəsinə vaqonun verilib-götürülməsini və dalan dəmir yolunda digər əlavə manevr işlərinin (zərurət yarandığı təqdirdə sifarişçinin müraciəti əsasında eyni vaxtd a verilib-götürülən vaqonların ayrı-ayrı yükləmə və boşaltma sahələrinə verilməsi və götürülməsi, yükləmə və boşaltma yerində vaqonların yerinin dəyişdirilməsi, lokomotiv qoşulu vəziyyətdə yük əməliyyatının aparılması vaqonların bir yükləmə-boşaltma yerindən digər yükləmə-boşaltma yerinə verilməsi və götürülməsi, vaqonların tərəziyə verilməsi və götürülməsi və s. həyata keçirilməsi xidmətini, sifarişçi isə bu müqavilə ilə müəyyən edilmiş qaydada göstərilmiş xidmət müqabilində icraçıya xidmət haqqı ödəməyi öhdəsinə götürür.
72. Eyni zamanda Cavabdeh MMC istifadəçi kimi müqavilə üzrə xidmətlərdən yararlanmış və bunun müqabilində ödənişləri həyata keçirməklə həmin müqavilənin tərəflərindən biri olduğunu təsdiq etmişdir.
73. Bu müqavilənin 2.6-cı bəndində isə qeyd olunmuşdur ki, dalan dəmir yo lunun istismarı göstərilən normativ tələblərlə, icraçının aşağıdakı daxili hüquqi sənədlərinə və müqavilənin predmetini təşkil edən sahəyə aid daxili aktlarına, eləcə də dəmir yol daşımaları və onlarla əlaqəli digər işgüzar qayda və sənədlərə uyğun olaraq aparılır (“Qaydalar” və ya “Təlimatlar") və tərəflər bu Müqaviləni imzalamaqla həmin Qaydalarda və Təlimatlarda təsbit edilmiş müddəalarla tanış olduğunu qəbul (bəyan) edir.
74. Adı çəkilən Qaydalara həm də "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin 24 aprel 2017ci il tarixli 44/S nömrəli əmri ilə təsdiq edilmiş “Yük daşımaları üzrə xidmətlərə görə yığımların hesablanması və tətbiqi Qaydaları” aid edilmişdir (2.6.6-cı bənd).
75. Həmin Qaydaların: - 7.1-ci bəndinə əsasən dəmir yoluna məxsus olmayan dalan yoluna yük əməliyyatı üçün verilən vaqon və konteynerlərə istifadəyə görə yığım tətbiq edilir, vaqon və konteynerlərin istifadə haqqının qiymətləri, onların qruppasından və istifadə vaxtının intervalından asılı olaraq diferensiallaşır. - 7.3-cü bəndinə görə dəmir yoluna məxsus olmayan dalan yoluna yükləmə-boşaltma əməliyyatı üçün verilən məxsusluğundan asılı olmayaraq bütün vaqon və konteynerlərin (dalan yolu sahibinin ünvanına daxil olmuş özəl və icarə vaqonlar, konteynerlər istisna olmaqla) dalan yolunda boşdayanmasına görə istifadə haqqı cədvəl № 8 və cədvəl № 9-da verilmiş qiymətlərə görə hesablansın. - 7.4-cü bəndində isə təsbit olunmuşdur ki, vaqonların (konteynerlərin) dəmir yoluna məxsus olmayan dalan yolunda boşdayanması uzun müddət davam edərsə, Cəmiyyət rəhbərliyi tərəfindən vaqonlardan (konteynerlərdən) istifadəyə gö rə yığım yükalanı (dalan yolu sahibini, yükgöndərəni) yazılı formada məlumatlandırdıqdan 24 saat sonra 5 dəfəyə qədər artırıla bilər.
76. Göründüyü kimi qeyd olunan bəndlərin birgə təfsirindən müəyyən olunur ki, hazırki münasibətə birbaşa tətbiq edilməli olan və yuxarıda istinad olunan qaydalarda dəmir yoluna məxsus olmayan dalan yoluna yük əməliyyatı üçün verilən vaqon və konteynerlərə istifadəyə, o cümlədən məxsusluğundan asılı olmayaraq bütün vaqon və konteynerlərin dalan yolunda boşdayanmasına görə dalan yolu sahibinin ünvanına daxil olmuş özəl və icarə vaqonlar, konteynerlər istisna olmaqla (adıçəkilən müqavilənin preambulasının “A” hissəsi və predmetinin B bölməsi) yığım hesablanması nəzərdə tutulmuşdur. Eyni zamanda Cavabdeh MMC bu qaydalarla tanış olmuş və müqaviləni təsdiq etmişdi r.
77. Bu mənada kollegiya hesab edir ki, yuxarıda istinad olunan müqavilə şərtlərinin və qaydaların tələblərinə uyğun olaraq vaqonlardan istifadəyə görə yığımların cavabdehdən tutulmasını tələb etməkdə haqlı olmuşdur.
78. Əlavə olaraq məhkəmə kollegiyası vurğulamağı zəruri hesab edir ki, iddiaçı Azərbaycan Respublikasının ərazisində təbii inhisar subyektidir. Belə olan təqdirdə, cavabdehin Azərbaycan Respublikasının ərazisindən yüklərinin keçirilməsi zamanı iddiaçıya məxsus stansiyalarda stansiya xidmətlərindən istifadə etməsi labüd və qaçılmazdır. Belə vəziyyət isə göstərilmiş stansiya xidmətlərinə görə cavabdeh tərəfindən ödənişlərin həyata keçirilməsini də ehtiva edir.
79. Bu vəzifə Azərbaycan Respublikasının qoşulduğu Beynəlxalq Sazişin, Azərbaycan Respublikasının Prezidentinin Fərman ının, Nazirlər Kabinetinin təsdiq etdiyi Əsasnamənin müvafiq normalarında müəyyənləşdirilmiş qaydaların tələblərindən irəli gəlir (bax yuxarıda - (§§ 32-34). İş materiallarındakı sənədlərdən də aydın olur ki, tərəflər arasında münasibətlər əvvəlki tarixləri də əhatə edir. Belə olan təqdirdə, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırki iş üzrə kassasiya instansiya məhkəməsinin ilk qərarındakı göstərişlərindən yalnız biri nəzərə alınaraq, vaqonların mülkiyyətçisinin АГРОС ООО olması əsasına görə iddiaçı tərəfindən göstərilmiş xidmətlərə görə xidmət haqlarının cavabdehdən tutulmaması qənaətinə gəlməsi anlaşılan deyil.
80. Digər tərəfdən nəzərə alınmalıdır ki, cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsində qeyd edilən xidmətlərin göstərildiyini, ancaq həmin xidmətlərin heç bi r zərurət olmadan edildiyini bildirmiş, o cümlədən əlavə olaraq izahatında vaqonlardan istifadə haqqını rəhbərliklə razılaşdırıb ödəyə biləcəklərini qeyd etmişdir (cild 1, i/v 108).
81. Həmçinin cavabdeh bir tərəfdən (apellyasiya baxışı zamanı) vaqonların iddiaçıya məxsus olmadığı faktına istinad etsə də, iş materiallarından görünür ki, o, sözügedən vaqonlara iddiaçının göstərdiyi xidmətlərə görə qismən (660,8 manat) ödəniş etmişdir. Bunun hansı səbəb(lər)dən və əsaslardan edildiyi isə Ali Məhkəmənin göstərişlərinə uyğun apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmamışdır.
82. Bundan başqa iş materiallarında mövcud olan və 2021-ci ilin fevral-may aylarını əhatə edən 4 ədəd elektron qaimədən görünür ki, həmin qaimələr qeyd olunan tarixlər üzrə iddiaçı tərəfindən cavabdehə stansi ya xidmətlərinin göstərilməsi ilə bağlı tərtib edilmişdir. Bu baxımdan göstərilən tarixlər üzrə müəyyən dövri ardıcıllıqla tərəflər arasında mövcud münasibətlərdən irəli gəlməklə yerinə yetirilmiş xidmətlərin dəyərinin ödənilməsi ilə bağlı iddiaçı tərəfindən qanunvericiliyə uyğun hərəkətlər edilmişdir. Lakin cavabdeh tərəfindən mütəmadilik baxımından müəyyən dövri ardıcıllıqla göndərilmiş həmin qaimələrdən hər hansı biri, o cümlədən 2021-ci il 17 may tarixli elektron qaimədə qeyd olunmuş 32.009,52 manat barəsində etiraz edilməsi və ya dəyişdirilməsi ilə bağlı görülmüş tədbirləri təsdiq edən heç bir sübut iş materiallarında mövcud deyildir.
83. Digər tərəfdən, məhkəmə kollegiyası onu da vurğulayır ki, iş materiallarında birinci instansiya məhkəməsinə təqdim olunmuş (1-ci cild, iş v. 14-17) 2021-ci ilin fevral-may aylarını əhatə edən “əlavə yığımlar üçün yığım vərəqələri” mövcuddur. Həmin yığım vərəqələr”ində ödəyici kimi cavabdeh qeyd edilir.
84. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən müəyyən olundu ki, iddiaçı cavabdehin özünə məxsus olmasa belə, vaqonlardan istifadəyə görə yığımların tutulmasını ondan tələb etməkdə haqlı olmuşdur.
85. Həmin yığımların məbləği isə aşağı instansiya məhkəmələrində müəyyən edilən və mübahisə olunmayan 2021-ci il 17 may tarixdə aprel ayında göstərilmiş xidmətlərə görə iddiaçı tərəfindən cavabdehə göndərilmiş 297 saylı hesab və onun əsasında göndərilmiş 32.670,32 manatlıq elektron qaimə əsasında təsdiq edilməlidir. Həmin qaimə ilə bağlı cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə 2 dəfə 560 manat və 100,8 manat pul iddiaçıya ödənilmişdir. Göründüyü kimi, adı çəkilən qaimə üzrə ödənilməmiş məbləğ 32.009,52 (32.670,33-660,8) manat təşkil edir.
86. Bu baxımdan kollegiya hesab edir ki, həmin hissədə iddia təmin edilməli və 32.009,52 manat pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməli, o cümlədən MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri cavabdehə aid edilməlidir.
87. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə 2015-ci il 11 fevral tarixli və F.Şirinovun şikayəti üzrə 2016-cı il 16 noyabr tarixli Qərarlarında göstərilmişdir ki, məhkəmə tərəfindən həqiqətə nail olunması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununl a da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır.
88. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2006-cı il 31 may tarixli, 2018-ci il 11 iyun tarixli qərarlarında sübutların qiymətləndirilməsi ilə bağlı məsələyə qiymət verilərkən göstərilmişdir ki, “məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutu, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsin in səbəbləri aydın göstərilməlidir”. “Məhkəmə, sübutların qiymətləndirilməsinin nəticələrini öz qərarlarında ətraflı və aydın şəkildə əks etdirməlidir. Məhkəmə prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş bütün sübutların qəbul edilməsinin və ya edilməməsinin motivləri, o cümlədən qərarın əsaslandırılması üçün hər hansı sübutların əsas götürülməsi və digər sübutların rədd olunmasının əsasları, həmçinin bir sübuta münasibətdə digər sübuta üstünlük verilməsinin əsasları aydın göstərilməlidir.”
89. MPM-in 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutla r hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (76.2-ci maddə).
90. MPM-in 77.3-cü maddəsinə görə, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.
91. MPM-nin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
92. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli Qərarında göstərilmişdir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
93. Buradan göründüyü kimi, məhkəmənin qətnaməsi o halda əsaslı sayılır ki, məhkəmənin iş üzrə gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki hallar aydınlaşdırılsın, məhkəmə tərəfindən müəyyən edilmiş və iş üçün əhəmiyyətli olan hallar sübut olunsun, qətnamədə göstərilən nəticələr işin faktiki hallarına uyğun gəlsin.
94. Məhkəmə kollegiyası vurğulayır ki, sübutların lazımi qiymətləndirilməsi, iş üzrə bütün faktiki halların araşdırılması əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət kəsb edir. Məhkəmə qərarlarında sübutların qi ymətləndirilməsinin nəticələri geniş şəkildə əks olunmalı, sübutların qəbul edilməsinin və ya rədd olunmasının səbəbləri və əsasları göstərilməli, əldə edilən nəticə bilavasitəlik prinsipinin tələblərinə cavab verməlidir. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması məhkəmə qətnaməsinin ləğv olunması üçün əsasdır.
95. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi həqiqətə nail olmaq üçün tam, hərtərəfli və obyektiv araşdırma aparmamış, sübutların qiymətləndirilməsi ilə bağlı qanunvericiliklə məhkəmələrə verilmiş səlahiyyətlərindən lazımi həcmdə istifadə etməmişdir.
96. MPM-in 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
97. MPM-in 417.1.4-cü maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər.
98. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 11 oktyabr tarixli 22(103)-745/2023 nömrəli qətnaməsi qismən, yəni iddianın qismən - 32.009,52 manat pulun və məhkəmə xərclərinin cavabdeh "xxxx" MMC-dən tutulmasının təmin olunmadığı hissədə ləğv edilməli, həmin hissədə yeni qərar qəbul edi lərək iddia qismən - 32.009,52 manat pulun cavabdehdən tutulması və 220 manat məhkəmə xərclərinin cavabdehə aid edilməsi hissəsində təmin edilməli, qalan hissədə isə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
99. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 11 oktyabr tarixli 2-2(103)-745/2023 nömrəli qətnaməsi qismən - iddianın qismən - 32.009,52 manat pulun və məhkəmə xərclərinin cavabdeh "xxxx" MMC-dən tutulmasının təmin olunmadığı hissədə ləğv edilsin və həmin hissədə yeni qərar qəbul edilərək iddia qismən - 32.009,52 manat pulun cavabdehdən tutulması və 220 manat məhkəmə xərclərin in cavabdehə aid edilməsi hissəsində təmin edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.