Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-71/2025 31.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: iş üzrə icraata xitam verilməsi, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “əldən çıxmış fayda” tələbinə dair iş ü zrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 26 noyabr tarixli 2-2(103)-1167/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 23 avqust tarixli e-2-2(113)-3182/2021 nömrəli qətnaməsi ilə İddiaçı ASC-nin cavabdeh "xxxx" MMC-yə iddiası qismən təmin olunmuş, 2012-ci il 23 noyabr tarixli kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 361.668,39 manat məbləğində əldən çıxmış faydanın "xxxx" MMC-dən tutularaq İddiaçı ASC-yə ödənilməsi qət edilmiş, iddia qalan hissədə rədd olunmuşdur.
2. Bakı Apellyasiya Məhkəməsinin 2021-ci il 21 dekabr tarixli 2-2(103)-1273/2021 nömrəli qətnaməsi ilə "xxxx" MMC tərəfindən verilmiş apellya siya şikayəti təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 23 avqust tarixli e-2-2(113)-3182/2021 nömrəli qətnaməsi ləğv olunmuş, İddiaçı ASC-nin "xxxx" MMC-yə qarşı cavabdehdən iddiaçının xeyrinə 2012-ci il 23 noyabr tarixli kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 424.543,19 manat məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 424.543,19 manat borcun tutulması barədə iddiası rədd edilmişdir.
3. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2022-ci il 17 may tarixli 2-2(102)282/2022 nömrəli qərarı ilə İddiaçı ASC-nin kassasiya şikayəti təmin olunmamış, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 21 dekabr tarixli 22(103)-1273/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə məhkəmə icraatı a) Birinci instans iya məhkəməsindəki icraat
4. İddiaçı ASC (bundan sonra-“iddiaçı”) cavabdeh "xxxx" MMC-yə (bundan sonra“cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 2012-ci il 23 noyabr tarixli kredit müqaviləsi üzrə banka gecikdirilmiş vaxt üçün 2016-ci il 31 oktyabr tarixindən 2018-ci il 7 dekabr tarixinədək illik 5 faizlə hesablanmış 104.636,05 manat əldən çıxmış fayda və 394,64 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
5. Cavabdeh tərəf məhkəməyə vəsatət verərək bildirmişdir ki, iddiaçının hazırkı iddia tələbinə baxılmışdır. Hazırkı tələblə bağlı Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəsini almış qətnaməsi və Ali Məhkəmənin qərarı mövcuddur. Cavabdeh bu səbəbdən iş üzrə icraata xitam verilməsini xahiş etm işdir.
6. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 17 oktyabr tarixli e-2-2(113)6691/2024 nömrəli qərardadı ilə iddia ərizəsi üzrə icraata xitam verilmişdir (hakim G.Namazova).
7. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, hazırki iş üzrə iddiaçı cavabdehə qarşı 2021-ci ildə məhkəməyə müraciət edərək, 2012-ci il 23 noyabr tarixli kredit müqaviləsi üzrə 2015-ci il 30 yanvar tarixindən 2021-ci il 7 may tarixinə kimi illik 5 faizlə hesablanmış əldən çıxmış faydanın cavabdehdən tutulmasını xahiş etmişdir. Həmin iddiaya baxılmış, apellyasiya instansiya məhkəməsinin qətnaməsi ilə iddia rədd olunmuş, həmin qətnamə Ali Məhkəmə tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Hazırki iddia ilə iddiaçı yenidən məhkəməyə müraciət edərək, 2016-ci il 31 oktyabr tarixindən 2018-ci il 7 deka br tarixinədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 104.636,05 manat əldən çıxmış faydanı tələb etmişdir.
8. Məhkəmə belə qənaətə gəlmişdir ki, hazırki iddia ilə tələb edilən əldən çıxmış faydanın dövrü (31 oktyabr 2016-ci il tarixdən 07 dekabr 2018-ci il tarixədək) üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarında (30 yanvar 2015-ci il tarixindən 07 may 2021-ci il tarixinə) qiymət verildiyi üçün, hazırki iş üzrə icraata xitam verilməlidir
9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-“MPM”) 170.1 və 261.0.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
10. Həmin qərardaddan iddiaçı tərəfindən verilmiş şikayətdə qərardadın ləğv edilməsi və iddia tələbi üzrə məhkəmə icraatının davam etdirilməsi barədə qərardad qəbul olunması xahiş edilmişdir.
11. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 30 oktyabr tarixli e-2-2(113)6691/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin işlə birlikdə apellyasiya məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim G.Namazova). b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 26 noyabr tarixli 2-2(103)-1167/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim L.Əliyeva, hakimlər T.Mahmudova və Z.Şirinov).
13. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, 2021ci ildə İddiaçı ASC cavabdeh "xxxx" MMC-yə qarşı məhkəməyə müraciət edərək 23 noyabr 2012-ci il tarixli kredit müqavilə si üzrə pul öhdəliyinin icrasının gecikdirilməsinə görə 30 yanvar 2015-ci il tarixindən 07 may 2021-ci il tarixinə kimi illik 5 faizlə hesablanmış əldən çıxmış faydanın cavabdehdən tutulmasını xahiş etmişdir. Həmin iddiaya baxılmış, apellyasiya instansiya məhkəməsinin qətnaməsi ilə iddia rədd edilmiş, həmin qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmışdır.
14. Bundan sonra iddiaçı hazırki iddia ilə yenidən məhkəməyə müraciət edərək eyni pul öhdəliyinin icra edilməsinin gecikdirilməsinə görə xx.xx.2016-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan müddət üçün illik 5 faizlə hesablanmış 104636,05 manat əldən çıxmış faydanın tutulmasını tələb etmişdir.
15. Məhkəmə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq göstərmişdir ki, hazırki i ddia ilə tələb edilən dövr üzrə (31 oktyabr 2016-ci il tarixindən 07 dekabr 2018-ci il tarixədək) illik 5 faizlə əldən çıxmış faydanın tutulması tələbinə qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə (30 yanvar 2015-ci il tarixindən 07 may 2021-ci il tarixinə) qiymət verildiyi üçün, hazırki iş üzrə icraata MPM-in 261.0.2-ci maddəsinə əsasən xitam verilməlidir.
16. Ona görə də, məhkəmə belə qənaətə gəlmişdir ki, iş üzrə icraata xitam verilməsinə dair birinci instansiya məhkəməsinin qərardadından iddiaçı tərəfindən verilmiş şikayət əsassız olmaqla həmin qərardadın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz.
17. İddiaçı tərəfindən həmin qərardaddan verilmiş kassasiya şikayətində qərardadın ləğv edilməsi və işin baxılması üçün Bakı Kommersiya Məhkəməsinə qaytarılması xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
18. MPM-nin 261.0.2 və 418.1-ci maddələri üzrə-məhkəmənin qeyd olunan normada göstərilən əsasla iş üzrə icraata xitam verməsi işin faktiki və hüquqi hallarına zidd olmuşdur. Belə ki, əvvəlki iddiada tələb olunan əldən çıxmış faydanın hesablanmağa başlandığı və bitdiyi dövrün daxilində - hazırkı iddiada tələb olunan əldən çıxmış faydanın hesablanmağa başlandığı və bitdiyi dövrü əhatə etməsi iş üzrə icraata xitam verilməsi üçün əsas olmamalı idi. Məhkəmə iddia tələbində əldən çıxmış faydanın hesablanmağa başlandığı və bitdiyi tarixlərin iş üzrə xüsusi əhəmiyyət kəsb etdiyi üçün, həmin tarixlər ərzində qətnamənin icra olunmamasının səbəblərini araşdırmadan, sadəcə sözügedən dövrü əhatə edən məhkəmə qərarı nın olmasına əsaslanaraq, qanunazidd nəticəyə gəlmişdir. Qeyd olunan halların araşdırılmaması, yuxarıda qeyd olunan prosessual hüquq normasının pozulmasına gətirib çıxarmışdır. Apellyasiya məhkəməsi tərəfindən iş üzrə heç bir araşdırma aparılmadan prosessual hüquq normalarının pozulması ilə nəticələn məhkəmə aktı qəbul olunmuşdur. Belə olan halda iddiaçı tərəfin məhkəmə müdafiəsi hüququ və eləcə də bankların verdiyi kreditlər üzrə gəlir əldə etmə üsulu kimi faizlərin alınması hüququndan məhrum edilməsinə gətirib çıxarmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Kassasiya baxışının hədləri
20. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyindən, onun qanuniliyi və əsas lılığı MPM-nin 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır. Tətbiq edilən hüquq
21. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
261. İcraata xitam verilmə əsasları 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir:... 261.0.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa;...” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həd dində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1ci maddəsi). 23. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).
24. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qərardadının ləğv edilməsi üçün əsas hesab etmir və qeyd edilməsini zəruri hesab edir ki, iddiaçı tərəfindən qaldırılan hazırki iddia tələbi üzrə qanuni qüvvədə olan məhkəmə aktlarının olması səbəbindən, həmin tələbə yenidən baxılmasının mümkünsüzlüyünə apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-nin 261.0.2-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilmişdir (bax yuxarıda § 13-16, 21 ).
25. Belə ki, mülki məhkəmə icraatı qaydasında baxılan işin MPM-nin 261.0.2-ci maddəsinə əsasən xitam verilməsi üçün tələb olunur ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı mövcud olsun.
26. Həmin maddənin dispozisiya şərtlərinə görə iddianın elementlərinə aid hər üç komponent, yəni həm tərəflər, həm iddianın predmeti, həm də iddianın əsası eyni olmalıdır və yalnız onların hamısı mövcud olduğu halda MPM-nin 261.0.2-ci maddəsində göstərilən əsasa görə iş üzrə icraata xitam verilə bilər.
27. Hazırki iş üzrə məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, eyni tərəflər arasında eyni predmet və əsas üzrə qanuni qüvvədə olan məhkəmə aktları mövcuddur (bax yuxarıda §1-3). Məhkəmələrin gəldiyi nəticəni mübahisələndirən iddiaçının kassasiya şikayətində MPM-nin 261.0.2-ci maddəsinin tətbiqini istisna edən tutarlı dəlillər qeyd olunmamışdır.
28. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından, iş üzrə qərardad dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
29. MPM-in 417 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 26 noyabr tarixli, 22(103)-1167/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəy