Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-710/2021 29.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh İmanova Züleyxa Rəşid qızına qarşı “icarə müqaviləsi üzrə öhdəliyin icrası və dəymiş maddi ziyan ödənilməsi” tələbinə dair ilkin iddiası, iddiaçı İmanova Züleyxa Rəşid qızının cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “icarə müqaviləsinin ləğv edilməsi və maddi ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddiasına dair iş üzrə QƏRARDAD Açar sözlər: kassasiya şikayətinin icraata qəbulundan imtina Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Bəhman Qəribov, Qəribov Bəhman Fərhad oğlunun sədrliyi, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 22 sentyabr tarixli 2-2(103)-811/2021 saylı qətnaməsindən iddiaçı "xxxx" MMC tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək MÜƏYYƏN ETDİ
1. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra – MMC) cavabdeh İmanova Züleyxa Rəşid qızına (bundan sonra – Z.İmanova) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daha sonra iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, MMC ilə Z.İmanova arasında bağlanmış 2019-cu il 16 may tarixli icarə müqaviləsinin şərtlərinə əməl edilməsi, cavabdehin qanunsuz hərəkətləri nəticəsində Cəmiyyətə dəymiş 110.000 manat maddi zərərin və Cəmiyyətə əldən çıxmış fayda şəklində vurulmuş 150.000 manat maddi zə rər olmaqla ümumilikdə 260.000 manat pul vəsaitinin cavabdehdən MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Həmçinin cavabdeh Z.İmanova qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daha sonra qarşılıqlı iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, MMC-dən 2019-cu il 16 may tarixində bağlanmış icarə müqaviləsinin ləğv edilməsi, icarə üzrə 38.333 manat, qazdan istifadəyə görə 14.497.2 manat, işıqdan istifadəyə görə isə 3762 manat və dəymiş zərərə görə 1330 manat borcun, cəmi 57.922 manat borcun tutularaq iddiaçı Z.İmanovanın xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
3. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 7 aprel tarixli e-2-2(113)-136/2021 saylı qətnaməsi ilə ilk iddia rədd edilmiş, qarşılıqlı i ddia qismən təmin edilərək MMC ilə Z.İmanova arasında bağlanmış 2019-cu il 16 may tarixli icarə müqaviləsi ləğv edilmiş, MMC-dən icarə haqqı üzrə 15.000 manatın tutularaq Z.İmanovanın xeyrinə ödənilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur.
4. MMC həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsini xahiş etmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin 2021-ci il 22 sentyabr tarixli, 2-2(103)-811/2021 saylı qətnaməsi ilə şikayət təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
6. İddiaçının nümayəndəsi Heydərov Rövşən Rzaqulu oğlu qətnaməni 2021-ci il 14 oktyabr tarixində almış, daha sonra 2021-ci il 8 dekabr tarixində MMC tərəfindən həmin qətnaməd ən elektron qaydada kassasiya şikayəti verilmişdir.
7. Kassasiya şikayətinin mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, MMC tərəfindən 2021-ci il 8 dekabr tarixində verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə (2021-ci il 1 oktyabr tarixindən qüvvəyə minmiş redaksiyası) müəyyən edilmiş formada (3 saylı Əlavə) (bundan sonra – MPM) tərtib olunmamışdır.
8. Belə ki, bu Məcəllənin 407.1-ci maddəsində kassasiya şikayətinin məhz bu Məcəllə ilə müəyyən edilmiş formada tərtib olunmaqla verilməsi nəzərdə tutulmuş, həmin forma isə MPM-ə “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” 9 iyul 2021-ci il tarixli, № 363-VİQD saylı Qanunu ilə əlavə edilmiş "xxxx"də göstərilmişdir (eyni zamanda işdən görünür ki, MMC-nin kass asiya şikayətinə həmçinin onun qanuni təmsilçisi Qanuni nümayəndə adından verilmiş kassasiya şikayəti əlavə olunmuşdur. Bununla əlaqədar məhkəmə qeyd edir ki, MMC tərəfindən verilmiş şikayətdə maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişdir).
10. MPM-nin 408.1, 408.1.1 və 408.1.5-ci maddələrinə əsasən kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.
11. Göstərilənlərə əsasən MMC tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsindən imti na edilməli və onun qaytarılması məsələsinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir.
12. Qeyd olunanları nəzərə alaraq və MPM-nin 407-408-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin 2021-ci il 22 sentyabr tarixli, 2-2(103)-811/2021 saylı qətnaməsindən iddiaçı "xxxx" MMC tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbulundan imtina edilsin və iş kassasiya şikayətinin qaytarılması məsələsinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin.