Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-710/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçının cavabdehə qarşı iş üzrə QƏRARİ Açar sözlər: Pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, 29.11.2022 hakim Məmmədli Bəhram Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu, Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı ASC-nin cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair ilk iddia; MMC-nin İddiaçı ASC-yə qarşı “zərərin əvəzinin ödənilməsi” barədə qarşılıqlı iddia tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 2022-ci il 30 iyun tarixli 2-2(103)-25/2022 saylı qətnaməsindən MMC tərəfindən verilmiş kassasiya şikayətinə yazıl ı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ
1. İddiaçı ASC (satıcı) ilə MMC (alıcı) arasında 2017-ci ilin noyabr ayında nisyə alqısatqı müqaviləsi bağlanmış və müqaviləyə əsasən, satıcı alıcıya cəmi 133.954 manat dəyərində mərmər daşlarının satılması öhdəliyini, alıcı isə götürdüyü malların tam dəyərini ödəməyi öz öhdələrinə götürmüşlər.
2. MMC-nin direktoru Hasan Kaya tərəfindən İddiaçı ASC-yə ünvanlanmış ödənişlərin vəziyyəti barədə 2018-ci il 15 iyul tarixli iltizama əsasən, MMC-nin ASC ilə alqı-satqı münasibətlərindən irəli gələn borcu həmin tarixə 75.954 manat təşkil edir və MMC həmin borcu tam olaraq 2018-ci ilin avqust ayında ödəcəyini vəd edir.
3. MMC tərəfindən İddiaçı ASC-yə 2018-ci il 27 iyul tarixində 15.000 manat, 1 sentyabr tarixində 3.000 manat, 3 sentyabr tarixində 20. 000 manat, 13 sentyabr tarixində 7.000 manat, cəmi 45.000 manat məbləğində ödəniş edilmiş, 2019-cu il 24 sentyabr tarixinə cavabdehin iddiaçıya ödənilməmiş borcu 30.954 manat təşkil etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı ASC (bundan sonra – “iddiaçı”) 2019-cu il 22 avqust tarixində MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə 2 saylı İnzibati-İqtisadi Məhkəməyə müraciət edərək 30.954 manat və iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçının hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında olan razılaşmaya əsasən, cavabdeh iddiaçıya məxsus sa tış mağazasından 133.954 manat dəyərində mal götürmüş, götürdüyü malın tam dəyərini işlər yekunlaşdıqdan sonra ödəyəcəyini bildirmiş, lakin üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməmiş, 30.954 manat borcunu ödəməkdən müxtəlif bəhanələrlə yayınmışdır.
6. Cavabdeh təşkilatın baş direktoru X3 2018-ci il 15 iyul tarixli iddiaçının sədr müavini Oruc Məmmədova verdiyi iltizamda da borcun ödəyəcəyini bildirmişdir.
7. Cavabdeh borcun ödənilməməsi üçün rəsmi məktubla bildirmişdir ki: “...müştərimizin obyektində sizdən alınan mərmərlər quraşdırılmış və çox qısa bir müddət ərzində həmin mərmərlərin birləşmə yerlərində və orta yerlərində sarı ləkələrin yaranması müşahidə olunmuşdur. Bu səbəbdən də, müştərimiz bu halı əsas tutaraq bütün mərmərlərin dəyişdirilməsini tələb edir və ödəməli olduğu 45.0 00 ABŞ dolları məbləğindəki vəsaiti ödəməkdən boyun qaçırır”.
8. Bundan sonra, iddiaçının nümayəndəsi ilə birlikdə həmin obyektə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, ucuz başa gəlməsi üçün ağ mərmər daşlar rəngli kontakt, yəni, birləşdirici kleylə birləşdirilmişdir. Halbuki bu zaman ağ sementdən və Master Tile (R) NTS 26 markalı yapışdırıcıdan istifadə olunmalı idi. Bu yapışqan məhz ağ mərmər işləmələrdə istifadə olunur. Həmin yapışqanın təlimatının “Avantajları” bölməsinin 7-ci bəndində türk dilində qeyd olunmuşdur: “Beyaz mermerle kullandıkda ve döşeme işlemi yağlama (yüzdürme yöntemi ile yapıldığında, haricin yol açdığı lekelenme yaşanmaz)”. Cavabdeh isə məişətdə işlədilən sarı yapışqandan istifadə edib ki, bunun da nəticəsi göz qabağındadır.
9. İddiaçı tələbinin hüquqi əsası kim i Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 425.1, 427.1, 445.2.1, 445.7, 448.2, 449.1, 600-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 35-ci maddələrinə istinad edilmişdir.
10. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 45.000 ABŞ dolları məbləğində pul vəsaitinin Azərbaycan manatına olan məzənnəsi ilə hesablanaraq 30.954 manat vəsait çıxılmaqla qalan məbləğin iddiaçıdan tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehə lazımi keyfiyyətdə malları təhvil verməmiş, bununla da sonuncunu xidmət göstərdiyi müştəriləri qarşısında çətin vəziyyətə salmışdır. Belə ki, cavabdeh memarlıq fəaliyyəti ilə məşğuldur və iddiaçı dan aldığı mərmərləri öz müştərilərinə göstərdiyi xidmət zamanı təmir işlərində istifadə etmişdir. Lakin əldə edilmiş mərmərlərin birləşmə və orta yerlərində qısa müddət ərzində sarı ləkələrin yaranması müşahidə olunmuşdur. Buna görə də cavabdehin xidmət göstərdiyi müştəri bu halı əsas tutaraq mərmərlərin dəyişdirilməsini tələb etmiş və ödəməli olduğu 45.000 ABŞ dolları məbləğində vəsaiti ödəməkdən boyun qaçırmışdır.
12. Cavabdeh tələbinin hüquqi əsası kimi MM-in 581.1, 581.2, 587.1-ci, MPM-in 155.1, 156.1, 156.1.1, 156.1.2, 156.1.3-cü maddələrinə istinad etmişdir.
13. İddiaçı qarşılıqlı iddiaya etiraz verərək qeyd etmişdir ki, cavabdehin direktoru Hasan Kaya tərəfindən 2018-ci il 15 iyul tarixində iddiaçıya verilmiş iltizam üzrə iddiaçıdan 2018ci ilin fevral ayından etibarən mal götürməyə başlanılmış, hazırda (2018-ci ilin iyul ayıdır) işlər yekunlaşmaq ərəfəsindədir. Tam məbləğ isə 2018-ci ilin avqust ayı ərzində ödənilməlidir. Hasan Kayanın iltizamındanda görünür ki, işlər yekunlaşmaq ərəfəsində belə, iddiaçıdan aldığı mərmər materialların keyfiyyəti barədə hər hansı bir iradı olmamışdır. Həmin vaxtdan 1 il 4 ay keçdikdən sonra, iddiaçı borcunu tələb etdikdə cavabdeh borcunu ödəməkdən yayınmaq üçün götürdüyü malın keyfiyyət problemini ortaya atmışdır.
14. Cavabdehin direktoru iltizamında göstərdiyi 75.954 manat qalıq borcunun 2018-ci il 27 iyul tarixində 15.000 manat, 2018-ci il 1 sentyabr tarixdə 3.000 manat, 2018-ci il 3 sentyabr tarixində 20.000 manat, 2018-ci il 13 sentyabr tarixdə 7.000 manat ödəniş etmiş, nəticədə 30.954 manat cavabdehin borcu qalmışdır. İddiaçı bu məbləğin ödənilməsini tələb edir. Lakin cavabdeh borcunu ödəməklə bağlı ona 2019-cu il 7 iyun tarixli 98 saylı məktubla müraciət etdikdən sonra borcunu ödəmək istəməmiş, iddiaçıdan aldığı mərməri quraşdırarkən mərmərin birləşmə yerində sarı ləkənin yarandığına istinad edərək borcunu ödəməkdən boyun qaçırmışdır. İddiaçının nümayəndəsi cavabdehdə olmuş və sübut olunmuşdur ki, yaranmış problem mərmər ilə əlaqədar deyil, sadəcə cavabdehin işçiləri yapışqanı düzgün seçməmişlər. Bu barədə nümayəndə Fuad Tağızadə onlara iradını bildirmişdir. Onlar, ən azından, Master TİLL FLX-24 yapışqandan (qiyməti 24 manatdır) və Master TİLE NTS-26 markalı yapışqandan (qiyməti 77 manatdır) istifadə etməli idilər. Yapışqanın seçiminə isə cavabdeh öhdəlik daşıyır.
15. Digər tərəfdən, cavabdeh yalnız 2019-cu il 7 iyun tarixli 98 saylı məktubuna cavab olaraq bildirmişdir ki, mərmər qurarşdırılarkən, birləşmə yerlərində sarı ləkələr yaranması müşahidə edilib. Bu, bir daha onu sübut edir ki, alıcı öz təqsiri üzündən baş vermiş problemi satıcının üzərinə qoymaq istəyir. Borcun ödənilməsinə dair müraciətdən sonra, borcu ödəməkdən yayınmaq məqsədi ilə cavabdeh keyfiyyət məsələsini ortaya atmışdır. MM-nin 595.2-ci maddəsinə əsasən, iddiaçı haqlı olduğunu sübut edir. İddiaçı sübut üçün bildirmişdir ki, cavabdeh istifadə etdiyi mərmər işləməsi zamanı lazım olan yapışdırıcıdan istifadə etməmiş, beləliklə də həmin mərmərin istifadəsi və saxlanılması qaydalarını pozmuşdur. Master TİLE NTS 26 markalı yapışqanın “Avantajları” (üstünlükləri) bölməsində, türk dilində göstərilir ki: “Beyaz mermerlə kullandığında v ə döşəmə işləmi yağlama (yüzdürme yönetimi ilə yapıldığından, haricin yol açdığı lekelenmə yaşanmaz)”. Məhz cavabdeh buna əməl etməmişdir. Bunu təqdim etdilən şəkillər də təsdiq edir. Həmçinin cavabdehə verilən “THASSOS” mərmər daşların sertifikatı da iddiaçının haqlı olduğunu təsdiq edir.
16. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 11 mart tarixli e-2-2(113)-415/2020 saylı qətnaməsi ilə ilkin iddianın təmin edilməsi, 30.954 manat və dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq, iddiaçının hesabına köçürülməsi, qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir (hakim – F.Qasımov).
17. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, alınmış malların dəyərinin tam ödənilməməsi, iddia tələbində göstərilən əsas borc məbləğinin 3 0.954 manat təşkil etməsi cavabdeh tərəfindən mübahisələndirilmədiyindən, ilkin iddianın təmin olunması üçün əsaslar mövcuddur.
18. İlkin iddiaya etirazın və qarşılıqlı iddianın əsası kimi göstərilən hal ondan ibarətdir ki, iddiaçı cavabdehə lazımi keyfiyyətdə malları təhvil verməmiş, alınmış mərmərlərin birləşmə və orta yerlərində qısa müddət ərzində sarı ləkələrin yaranması müşahidə olunmuş, buna görə də cavabdehin xidmət göstərdiyi müştəri bu halı əsas tutaraq mərmərlərin dəyişdirilməsini tələb etmiş və ödəməli olduğu 45.000 ABŞ dolları məbləğində vəsaiti ödəməkdən boyun qaçırmışdır.
19. MM-in 588.1-ci maddəsinin məzmunundan görünür ki, əşyanın qüsurlarının verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirmək vəzifəsi alıcının üzərinə düşür. Lakin cavabdeh tərəfindən məhkəməyə əşyanın qüsurlarının verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini, müştəri ilə 45.000 ABŞ dolları məbləğində müqavilə bağlandığını, həmin məbləğin ona ödənilmədiyini təsdiq edən hər hansı bir sübut təqdim edilməmişdir. Yəni, hazırkı vəziyyətdə cavabdeh tərəfindən, ən azı, zərərin mövcud olduğunu təsdiq edən sübut təqdim olunmalı idi ki, məhkəmə zərərin yaranma səbəbini araşdırsın.
20. Beləliklə, qarşılıqlı iddianın əsasını təşkil edən hallar təsdiq edə biləcək hər hansı sübut məhkəməyə təqdim olunmadığına görə qarşılıqlı iddia rədd olunmalıdır.
21. Məhkəmə bu qənaətini MM-in 567, 600.1, 588.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7 -ci hissəsinin Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair “ 2019-cu il 18 mart tarixli qərarına istinad edərək əsaslandırmışdır.
22. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini, ilkin iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat
23. Bakı Apellyasiya Məhkəməsinin 2020-ci il 20 avqust tarixli 2-2(103)-400/2020 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin e-22(113)-415/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 2020-ci il 11 mart tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – R.Qurbanov, hakimlər – V.Baxışova, C.Yusifov).
24. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər arasında alqı-satqı müqaviləsi bağlanılmış, əşyanın dəyərinin hissə-hissə ödənilməsi razılaşdırılmış, satılmış əşyalar cavabdehə verilmiş, cavabdeh isə həmin əşyaların qiymətini satıcıya tam ödəməyi vəzifəsini yerinə yetirməmişdir. Ona görə də, iddiaçı MM-in 600.4-cü maddəsinə əsasən, verilmiş əşyaların ödənilməmiş dəyərlərinin ödənilməsini tələb etməkdə haqlıdır.
25. Cavabdehdən satılmış əşyaların dəyərinin qalığı olan 30.954 manat məbləğində pul vəsaiti tutularaq, iddiaçıya ödənilməlidir. Lakin cavabdeh həmin halları təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmiş və MPM-in 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.
26. Cavabdehin vəsatəti əsasında dindirilmiş şahid X1 ifadəsi isə bu halları təsdiq edən sübut kimi qəbul edilə bilməz. Belə ki, o, ifadəsində bildirmişdir ki, iddiaçı şirkətdən alınan mərmərləri cavabdeh sifarişi ilə usta kimi yapışdırmışdır. Mərmərlər alınan zaman onlarda heç bir qüsur olmamış, yalnız bir mərmərdə nöqtə şəklində ləkə olmuş, o da iddiaçı şirkətə geri qaytarılmışdır. Mərmərlər yalnız ağ mata ilə yapışdırılmış, lakin bir müddətdən sonra onlarda sarı ləkələr yaranmışdır.
27. Göründüyü kimi, cavabdehin özünün vəsatəti əsasında dindirilmiş şahidin ifadəsi ilə təsdiq olunur ki, mərmərlər təhvil verilən zaman onlarda heç bir qüsur olmamışdır. Sonradan əmələ gəlmiş sarı ləkələrin məhz mərmərlərin keyfiyyəti ilə bağlı olması isə hər hansı sübutla təsdiq olunmur. Şahidin ifadəsində göstərilən digər hal (mərmərlərin ağ mata ilə yapışdırılması) da özü-özlüyündə mərmərlərin keyfiyyətsiz olmasını təsd iq etmir. Çünki mərmərlər alıcıya təhvil verildikdən sonra onun saxlanılması və istifadəsi ilə bağlı risklər məhz alıcının üzərinə düşür. Bundan başqa, mərmərlərin məhz hansı markalı ağ mata ilə yapışdırılması ilə bağlı sədrlik edənin suallarına şahid cavab verə bilməmişdir. Halbuki mərmər daşları ilə bərabər onların keyfiyyətini təsdiq edən sertifikat da cavabdehə təhvil verilmiş (bu fakt iddia ərizəsində qeyd olunmuş və cavabdeh bunu mübahisələndirməmişdir) və həmin sertifikatda göstərilmişdir ki, Master Tile (R) NTS 26 markalı yapışdırıcıdan istifadə olunmalıdır. Həmin yapışqanın təlimatının “Avantajları” bölməsinin 7-ci bəndində türk dilində qeyd olunmuşdur ki: “beyaz mermerle kullanıldığında ve döşeme işlemi yağlama/yüzdürme yöntemi ile yapıldığında, harcın yol açtığı lekelenme yaşanm az”.
28. Məhkəmə bu qənaətini MM-in 567, 598.2, 600.4, 587.1.3, 588.1-ci, MPM-in 77.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. c) Kassasiya instansiya məhkəməsindəki birinci icraat
29. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2021-ci il 31 mart tarixli 2-2(102)125/2021 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 20 avqust tarixli 2-2(103)-400/2020 saylı qətnaməsi ləğv edilmiş, iş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilmişdir (sədrlik edən – İ.Dadaşov, hakimlər – A.Hüseynov, B.Qəribov).
30. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, cavabdehin direktoru Hasan Ataskaya gördüyü işi müştərisinə təhvil verib qalan 45.000 ABŞ dolları xidmət haqqını müştəridən almaq üçün iş yerinə getdiyi vaxt müştərisinin “vurduğunuz mərmərlərdə sarı ləkə lər əmələ gəlib, bunları dəyişin” etirazı ilə qarşılaşmış, nəticədə müştərisindən həmin 45.000 ABŞ dollarını ala bilmədiyindən, bu durumu o, mərmərləri satın aldığı iddiaçıya bildirmişdir. İddiaçının nümayəndələri, cavabdehin nümayəndələri və cavabdehin müştərisinin də iştirakı ilə həmin mərmərlərə baxış keçirilərkən mərmərlərdə həqiqətən sarı ləkələr (qüsur) əmələ gəldiyi öz təsdiqini tapmış, iddiaçı məsuliyyəti qəbul etmək əvəzinə, bütün ticarət, etik qaydaları pozaraq, cavabdehin mərmərlərin üzərində verilmiş sertifikatda (belə bir sertifikat da verilməyib) göstərilmiş Master Tile (R) NTS 26 markalı ağ yapışdırıcıdan istifadə etmədiyindən mərmərlərin saraldığını, yəni iddiaçı keyfiyyət ilə bağlı problemin olmadığını, təkcə onun yapışdırılma qaydaları pozulduğu üçün mərmərlərin saraldığı nı bildirmiş, apellyasiya məhkəməsi isə mərmərlərin hansı yapışdırıcı ilə yapışdırıldığını, həmin yapışdırıcın mərmərlərin saralmasına təsir edibetmədiyini müəyyən etmək üçün mühəndis texniki ekspertizasının keçirilməsini təmin etməsi mübahisənin ədalətli həlli üçün tək və yeganə addım olardı.
31. İş materiallarından da göründüyü kimi, cavabdehin etirazının əsasını təşkil edən satılmış mərmərlərin keyfiyyəti ilə bağlı dəlilləri məhkəmələr tərəfindən adekvat qiymətləndirilməmiş, bu dəlil konkret sübutlarla deyil, yalnız ehtimal və mülahizələrlə rədd edilmişdir ki, bu da öz növbəsində tam əsaslandırılmamış məhkəmə qətnaməsinin qəbul edilməsi ilə nəticələnmişdir.
32. MM-in 588.2-ci maddəsinin tələbləri baxımından satıcı (iddiaçı) mərmərləri alıcıya verdikdən sonra alıcı tərəfindən ondan istif adə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısı alınmaz qüvvənin təsiri ilə əşyada qüsurların əmələ gəldiyini sübuta yetirməlidir. İş materiallarından isə satıcının qanunla öhdəsinə qoyulmuş vəzifəni yerinə yetirmədiyi, mərmərlərin lazımi keyfiyyətdə olmasına dair mötəbərliyi şübhə doğurmayan sübutlar təqdim etmədiyi, yalnız cavabdehin mərmərləri yapışdırarkən düzgün yapışdırıcıdan istifadə etmədiyi barədə ehtimallarını qeyd etməklə kifayətləndiyi aydın olur. İşdə isə cavabdehə satılmış mərmərlərin həqiqətən lazımi keyfiyyətdə olmasına dair hər hansı mötəbər sübut yoxdur, mərmərlərin keyfiyyətinin müəyyən edilməsi üçün müvafiq məhkəmə ekspertizasının təyin edilməsi barədə cavabdehin vəsatəti isə apellyasiya məhkəməsi tərəfində n protokolda qeyd etməklə, faktiki olaraq isə əsaslandırılmadan rədd edilmiş, məhkəmə satılmış malların həqiqətən lazımi keyfiyyətdə olmasını müəyyən etmək, bununla da yaranmış mübahisənin bu sahədə lazımi biliklərə malik müvafiq ekspertin rəyi əldə olunmaqla qanuni və hər hansı şübhələrdən uzaq birmənalı həllini təmin etməmişdir.
33. Halbuki cavabdehə satılmış mərmərlərin keyfiyyətinin müəyyən edilməsi üçün iş üzrə məhkəmə texniki ekspertizasının təyin edilməsi mühüm əhəmiyyət daşımaqla, satılmış malların keyfiyyətinə dair cavabdehin irad və dəlillərinin adekvat qiymətləndirilməsinə xidmət etməklə, sonda obyektiv və qanuni məhkəmə qərarının qəbul edilməsinə səbəb olardı ki, hazırkı halda isə bu baş verməmişdir. Bu məsələlərin hərtərəfli araşdırılmaması və dəqiqləşdirilməməsi isə sonda tam əsaslandırılmamış məhkəmə qətnaməsinin qəbul edilməsi, cavabdehin apelyasiya şikayətinin iş üçün əhəmiyyətli dəlillərinin isə müfəssəl və adekvat qiymətləndirilməməsi ilə nəticələnmişdir.
34. Məhkəmə bu qənaətini MM-in 588.2-ci maddəsinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "OfertaPlus S.R.L. Moldovaya qarşı" 2006-cı il 19 dekabr tarixli, “Van de Hurk Niderlanda qarşı" 1994-cü il 19 aprel tarixli, "Hiro Balani İspaniyaya qarşı" 1994-cü il 9 dekabr tarixli, “Bidjiyeva Rusiyaya qarşı” 2017-ci il 5 dekabr tarixli qərarlarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun N.Əbilovun şikayəti üzrə 2008-ci il 13 iyun tarixli qərarına, “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 2004-cü il 28 dekabr tarixli qə rarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2006-cı il 31 may tarixli qərarlarına, "Məhkəmə qətnaməsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2005-ci il 24 noyabr tarixli 4 saylı qərarının 17-ci bəndinə istinad edərək əsaslandırmışdır. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
35. Yeni apellyasiya baxışı zamanı 2021-ci il 24 iyun tarixli qərardadla iş üzrə məhkəmə texniki ekspertizası təyin edilmiş, ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: - İddiaçı tərəfindən cavabdehə satılmış mərmərlər keyfiyyətli olmuşdurmu ? - Mərmərlər yapışdırılarkən hansı yapışdırıcıdan istifadə edilmişdir, həmin yapışdırıcıdan istifadə edilməsi mərmərlərin keyfiyyətinə və bir müddət sonra saralmasına təsir göstə rə bilərmi ?
36. Məhkəməyə daxil olmuş 2021-ci il 19 noyabr tarixli 6/3139-6/3533 saylı ekspert rəyində qeyd olunmuşdur ki, tədqiqata təqdim edilmiş ağ rəngli şəffaf daş lövhə qeyri-üzvi tərkibli olub təbii ağ daşdır, plastikliyi, bircinsliyi və unikal ağ rəngi ilə fərqlənir. Tərkibində kalsit kristalları var, bu kristallar sayəsində daş işıq əksetməsinə malikdir. Xırda dənəvərliliyə malik olduğu üçün ondan asan mərmər almaq mümkündür. Şaxtalı və intensiv yağış altında, daş rəngi dəyişmədən öz ilkin parlaqlığını itirir. Təqdim olunmuş nümunə fiziki xüsusiyyətlərinə və kimyəvi tərkibinə görə mərmərə uyğundur və ГОСТ 9478-un texniki şərtlərini ödəyir. Tədqiqat obyekti qismində yapışdırıcı maddənin göndərilməsi barədə ekspert vəsatəti təmin olunmadığına görə “Mərmərlər yapışdırılarkən hansı y apışdırıcıdan istifadə edilmişdir, həmin yapışdırıcıdan istifadə edilməsi mərmərlərin keyfiyyətinə və bir müddət sonra saralmasına təsir göstərə bilərmi ?” sualı cavablandırılmadı. 37. 2022-ci il 28 yanvar tarixli 2-2(103)25/2022 saylı qərardadla iş üzrə təkrar məhkəmə texniki ekspertizası təyin edilmiş, məhkəməyə daxil olmuş 2022-ci il 27 may tarixli 6/1390-6/1473 saylı ekspert rəyində qeyd olunmuşdur ki, qərarın birinci sualı üzrə 2021-ci il 24 iyun tarixli qərardadla təyin edilmiş məhkəmə kimyəvi ekspertizası üzrə 2021-ci il 19 noyabr tarixli 6/3139- 6/3533 nömrəli rəy verilmişdir. Tədqiqata təqdim olunmuş üzərində “weberkol flex granit” mətnli yazıları olan ağımtıl rəngli tozşəkilli məmulat qeyri-üzvi kimyəvi tərkibli sement əsaslı bərkidici maddədir və tərkibində saralma xüsusiyyətin ə malik maddələr müəyyən olunmadı.
38. Bakı Apellyasiya Məhkəməsinin 2022-ci il 30 iyun tarixli 2-2(103)-25/2022 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin e-22(113)-415/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 2020-ci il 11 mart tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – A.Hüseyn, hakimlər – İ.Kərimli, S.Bektaşi).
39. Apelyasiya instansiyası məhkəməsi qeyd edilmişdir ki, ekpert rəyində təqdim olunmuş nümunə fiziki xüsusiyyətlərinə və kimyəvi tərkibinə görə mərmərə uyğundur və ГОСТ 9478-un texniki şərtlərini ödəyir. Ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Hazırkı məhkəmə araşdırması zamanı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan s übutlar müəyyən edilmədiyindən, məhkəmə ekspert rəyini mötəbər sübut kimi qəbul etmişdir.
40. Bundan başqa, məhkəmə təkrar məhkəmə-texniki ekspertizası təyin edərkən, tərəflərin iştirakı ilə satılmış mərmər və həmin mərmərin yapışdırılması üçün istifadə edilən kley nümunəsinin götürülməsi ilə rəyin verilməsini tələb etsə də, ekspert tərəflərin iştirakı olmadan yalnız iddiaçı tərəfindən təqdim olunmuş mərmər və cavabdeh tərəfindən təqdim edilmiş kley nümunələri üzrə rəy vermişdir. Təqdim edilmiş mərmər nümunələrinin iddiaçı tərəfindən cavabdehə satılmış mərmər nümunələri olması, kley nümunələrinin isə məhz iddiaçı tərəfindən satılmış mərmərin yapışdırılması üçün istifadə edilmiş kley nümunəsi olduğu müəyyən edilmir.
41. Bununla yanaşı, cavabdehin baş direktoru X8 tərəfindən verilmiş 2018-ci il 15 iyul tarixli iltizamda qeyd edilmişdir ki: “...2017-ci ilin noyabr ayında Sizin şirkətlə mənim aramda olan razılaşmaya əsasən mən Sizə 50.000 manat nağd pul ödəməyim qarşılığında tərəfinizdən mənə 140.000 manata qədər məbləğdə mal verəcəkdiniz (razılaşdırılmış qiymətlər daxilində). İşlərin gedişi zamanı mən mütəmadi olaraq müəyyən məbləğlərdə pul ödəyəcəkdim, tam məbləği isə işləri bitdikdə bağlayacaqdım. 2018-ci ilin fevral ayından etibarən mal götürməyə başladım. 2018-ci ilin may ayında isə 5000 manat və 3000 manat olmaqla cəmi 8000 manat pul ödədim. Bu günə qədər 133.954 manat dəyərində mal götürmüşəm. 2018-ci il 15 iyul tarixində mənim Sizə olan borcum 75.954 manat təşkil edir. Hazırda (2018-ci ilin iyul ayı) işlər yekunlaşmaq ərəfəsindədir. Bu ayın sonuna qədər 15.000 manat - 2 0.000 manat məbləğində ödəniş edəcəyəm. Tam məbləği isə 2018-ci ilin avqust ayı ərzində ödəyəcəyəm. Əgər işlər tez yekunlaşarsa ödənişi avqustdan daha tez müddətdə edəcəyəm. Amma məndən asılı olmayan səbəblərdən işlər 10-15 gün gecikərsə dərhal Sizə yazılı olaraq məlumat verəcəm və qarşılıqlı razılıq əldə edəcəm. Yuxarıda qeyd olunanlara əsasən bildirmək istəyirəm ki, gələcəkdə də əməkdaşlığımızın yüksək səviyyədə davam etməsi üçün əlimdən gələni edəcəyəm.”
42. Cavabdeh 2017-ci ilin noyabr ayında 133.954 AZN dəyərində mal götürmüş, ilkin olaraq 50.000 manat, daha sonra isə 2018-ci ilin may ayına 8.000 manat ödəniş etmiş, mərmərlərin lazımi keyfiyyətdə olmaması ilə bağlı hər hansı narazılığı olmamış, iddiaçı şirkətlə əməkdaşlığa davam etmişdir.
43. Həmçinin cavabdeh satılmış mərmər məhsull arı ilə bağlı narazılığı olduğu halda, bununla bağlı iddiaçıya və ya iddia ərizəsi ilə məhkəməyə müraciət etməmiş, yalnız iddiaçının məhkəməyə müraciətindən sonra, cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
44. Bundan əlavə, ilkin ekspertiza zamanı kley nümunəsinin təqdim edilməməsi səbəbindən məhkəmə kollegiyası tərəfindən təkrar məhkəmə texniki ekspertizası təyin edilmiş, tərəflərin iştirakı ilə satılmış mərmər və həmin mərmərin yapışdırılması üçün istifadə edilən kley nümunələrinin götürülməsi tapşırılsa da 2022-ci il 30 iyun tarixində keçirilən məhkəmə iclasında iştirak edən cavabdehin vəkili yapışdırıcını satın aldıqları mağazadan alıb təqdim etdiklərini bildirmişdir.
45. Məhkəmə bu qənaətini MM-in 427, 567, 598.2, 600.4, 588.1, 587.1.3-ci, MPM-in 88, 101.3, 10 3.1, 420-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
46. Qətnamə 2022-ci il 19 iyul tarixində tərəflərin elektron kabinetinə yerləşdirilmişdir.
47. Cavabdeh 2022-ci il 17 sentyabr tarixində kassasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini, iş üzrə yeni qərar qəbul edilməklə, iddiaçının iddia tələbinin rədd edilməsi və ya işə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
48. MPM-in 217, 386, 418 və 420-ci maddələri üzrə 1) Bakı Apellyasiya Məhkəməsi qətnaməni qəbul edərkən Ali Məhkəmənin 2021-ci il 31 mart tarixli qərarında göstərilən məcburi göstərişlərə əməl etməmiş, bununla da MPM-in 420 və 217.1-ci maddələrinin tələblərini pozmuşdur. Bu səbəblə həmin qətnamə ləğv edilərək mühəndis-texniki ekspertizanın keçirilməsi zəruridir. Belə ki, apellyasiya məhkəməsinin keçirdiyi ekspertiza üçün cavabdeh tərəf həm mərmər nümunəsinin, həm də yapışdırıcı nümunəsinin cavabdeh tərəfindən işin icra edildiyi yerdən götürlülməli olduğunu bildirsə də, apellyasiya məhkəməsi bunu təmin etməmişdir. Verilən ekspertiza rəyindən də məlum olur ki, həm iddiaçı tərəfindən ekspertiza üçün təqdim edilmiş mərmər nümunələri, həm də cavabdeh tərəfindən təqdim edilmiş yapışdırıcı nümunələri cavabdehin işi icra etdiyi saralmanın meydana gəldiyi yerdən götürülməyib. Əksinə, iddiaçı özündə olan ən keyfiyyətli mərməri nümunə kimi ekspertə təqdim etdiyi kimi, cavabdeh də əvvəlki yapışdırıcıları aldığı mağazadan eyni markada və keyfiyyətdə yapışdırıcı alaraq ekspertizay a təqdim etdi. Həmçinin ekspert rəyindən məlum olur ki, cavabdehin ekspertizaya təqdim etdiyi yapışdırıcı saralma xüsusiyyətlərinə malik deyildir. Belə olan halda Apellyasiya Məhkəməsinin hansı sübuta əsaslanaraq cavabdehi məhkum etməsi, onun əleyhinə iddianı təmin etməsi məchuldur. Bu isə qəbul edilən qətnamənin MPM-nin 217.1-ci maddəsinə zidd olduğunu göstərir. Qeyd edilənlər əsasında hesab edirik ki, işin hərtərəfli araşdırılaraq sonda tam əsaslandırılmamış məhkəmə qətnaməsinin qəbul edilə bilməsi üçün təkrar ekspertizanın təyin edilməsi və ekspertiza üçün mərmər və yapışdırıcı nümunələrinin işin icra edildiyi yerdən götürülərək tədqiq üçün təmin edilməsi zəruridir. 2) Apellyasiya məhkəməsi işi hərtərəfli və obyektiv araşdırmadığı üçün mərmərlərin alındığı vaxt qüsurlu olduğunu sübut ed ən təkzib olunmaz dəlillərə düzgün qiymət verə bilmədi. Belə ki, bu iş üzrə verdiyimiz apellyasiya şikayətinə ilk dəfə Bakı Apellyasiya Məhkəməsində baxılarkən vəsatətimiz əsasında dindirilən həmin mərmərləri usta kimi divara vuran şahid bildirir ki: “mərmərlərin bəziləri divara vurulmadan sarı xallı olduğunu təsbit etdik və biz bu barədə Hasan bəyə məlumat verdik. O da mərmərləri aldığı yerə zəng edərək mərmərlərdən bəzilərində sarı nöqtələr olduğunu bildirdi. Bundan sonra mərmərləri satan firma (İddiaçı ASC) gəlib həmin sarı nöqtəli mərmərləri geri götürdülər”. Qeyd edək ki, bu faktı iddiaçının apellyasiya məhkəməsində dindirilən nümayəndəsi də etiraf etdi. Hətta işə yenidən Bak Apellyasiya Məhkəməsində baxılarkən də nümayəndə bunu qəbul etdi və mərmərlərin bəzilərinin qüsurlu olması sə bəbi ilə cavabdehin tələbi əsasında dəyişdirildiyini bildirdi. Hətta apellyasiya məhkəməsi bu faktı 2020-ci il 20 avqust tarixli qətnaməsində ifadə edərək bildirdi ki: “yalnız bir mərmərdə ləkə olmuş o da iddiaçı firmaya geri qaytarılmışdır”. Bundan başqa, iddiaçının nümayəndəsinin mərmərlərin bəzilərinin ləkəli (qüsurlu) olması səbəbi ilə dəyişdirildiyini məhkəmə iclasında ifadə etməsinə baxmayaraq bu barədə heç bir cümlə də qətnamədə yazılmır. Məhkəmənin bu yanaşmasını ancaq onun qərəzli olması ilə əlaqələndirmək olar. Qaldı ki, satılan mərmərlərdən bəzilərində satışdan əvvəl ləkələr (qüsur) olduğunu həmin mərmərləri geri qəbul edən iddiaçının nümayəndəsinin məhkəmə iclasındakı etirafı da sübut edir. Belə ki, o, məhkəmə iclasında mərmərlərin bəzilərində əmələ gəlmiş ləkələr (qüsur) səbəb i ilə geri götürdüyünü bildirib. Məhkəmə iclasının video çəkilişi ilə iddiaçının nümayəndəsinin bu ifadəsini təsbit etmək mümkündür. Bütün bunlara baxmayaraq Bakı Apellyasiya Məhkəməsi bu işə yeni baxışda baxarkən işi hərtərəfli və obyektiv araşdırmadığı üçün mərmərlərin alındığı vaxt qüsurlu olduğunu sübut edən qeyd edilən təkzib olunmaz dəlillərə düzgün qiymət verə bilmədi. Hətta məhkəmə öz qətnaməsində deyir ki: “cavabdeh mərmərlərin qüsurlu olması barədə vaxtında heç bir irad irəli sürməyib”. Bu durum onun göstərir ki, Bakı Apellyasiya Məhkəməsi hərtərəfli araşıdırmadan qətnamə qəbul edib. 3) Məhkəmə iddiaçının yanlış məlumatlar ilə məhkəmənin yanıltma cəhdlərinə də qiymət vermədi, bununla işi təfsilatlı araşdırmadan qətnamə qəbul etdiyi bir daha göstərdi. Belə ki, iddiaçı deyir ki: “mərmər daşları ilə birlikdə onların keyfiyyətini təsdiq edən Sertifikat da cavabdehə təhvil verilmiş (bu fakt iddia ərizəsində qeyd olunmuş cavabdeh də bunu mübahisələndirməyib) həmin sertifikatda göstərilmişdir ki, mərmərlər yapışdırılarkən Master Tile(R) NTS 26 yapışdırıcıdan istifadə olunmalıdır”. Qeyd edək ki, biz dəfələrlə həm birinci instansiya, həm də apellyasiya məhkəmələrində bizə belə bir Sertifikat verilmədiyini mübahisələndirdik. Lakin iddiaçının bu yanaşması və məhkəmənin də onun xeyrinə qətnamə qəbul etməsi Azərbaycan Respublikasında iş görən bir Türkiyə Respublikası vətəndaşı olaraq bizi dərindən sarsıtdı, Azərbaycan Respublikasının məhkəmələrinə olan inamımızı kifayət qədər azaltdı. Hesab edirik ki, bu durum məhkəmənin işi təfsilatlı araşadırmaması ilə əlaqəlidir. 4) Məhk əmə qarşılıqlı iddia ərizəsində göstərdiyimiz sübutlara baxmayaraq qarşılıqlı iddia tələbimizi də təmin etmədi. Hesab edirik ki, məhkəmənin gəldiyi bu nəticədə qanunvericiliyin maddi və prosessual normalarına ziddir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
49. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
50. Kassasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
51. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə a ktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
52. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
53. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
427. Öhdəliyin icrası müddəti... 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyib sə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur....” “Maddə
567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.” “Maddə
587. Lazımi keyfiyyətli olmayan əşyanın verilməsinin nəticələri... 587.1.3. əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi....” “Maddə
588. Satıcının cavabdeh olduğu qüsurlar 588.1. Əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. 588.2. Satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin.” “Maddə
598. Alınmış əşyanın ödənilməsi... 598.2. Əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. “Maddə
600. Nisyə satılmış əşyanın ödənilməsi... 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bi lər....”
54. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normal arına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
97. Məhkəmənin ekspertiza təyin etməsi... 97.5. Tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər.” “Maddə
101. Ekspert rəyi... 101.3. Ekspert rəy v erilməsi üçün əlavə tədqiqat materiallarının təqdim edilməsinə zərurət olduğunu müəyyən etdikdə, ekspertiza təyin edilməsi haqqında məhkəmənin qərardadının məhkəmə ekspertizası idarəsinə daxil olduğu vaxtdan 5 gündən gec olmayaraq bu barədə məhkəməyə vəsatət göndərir. Vəsatətdə tələb olunan tədqiqat materiallarının dəqiq və tam siyahısı göstərilir....” “Maddə
103. Ekspert rəyinin məhkəmə tərəfindən qiymətləndirilməsi 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir....” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şik ayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” “Maddə
420. Kassasiya məhkəməsinin göstərişlərinin məcburiliyi Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.” 55. "Məhkəmə qətnaməsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2005-ci il 24 noyabr tarixli 4 saylı qərarında nəzərdə tutulmuşdur ki: “17. Kassasiya v ə apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.”
56. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2006-cı il 31 may tarixli qərarında müəyyən edilmişdir ki: “Mülki prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi də lilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.”
57. Avropa İnsan Hüquqları Məhkəməsinin “OfertaPlus S.R.L. Moldovaya qarşı" 2006cı il 19 dekabr tarixli qərarında müəyyən edilmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur.
58. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van de Hurk Niderlanda qarşı" 1994-cü il 19 aprel tarixli qərarında müəyyən edilmişdir ki, məhkəmələr hər bir suala ətraflı cavab verməyə borclu deyillər, lakin əgər təqdim edi lmiş dəlil işin nəticələri üçün önəmlidirsə, məhkəmə həmin dəlillə bağlı mövqeyini konkret olaraq əsaslandırmalıdır.
59. Avropa İnsan Hüquqları Məhkəməsinin “Hiro Balani İspaniyaya qarşı" 1994-cü il 9 dekabr tarixli qərarında müəyyən edilmişdir ki, ərizəçi, məhkəməyə konkret yazılı dəlillər təqdim etsə də, dövlətdaxili məhkəmə həmin dəlillərə cavab vermədi və bu səbəbdən müəyyən etmək mümkün olmadı ki, məhkəmə həmin dəlillərə sadəcə olaraq əhəmiyyət verməyib, yoxsa onları rədd edib və əgər rədd edibsə, bunu hansı əsaslara görə edib; bu hal İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən 6-cı maddənin 1-ci bəndinin pozuntusu kimi qəbul edilmişdir.
60. Avropa İnsan Hüquqları Məhkəməsinin “Bidjiyeva Rusiyaya qarşı” 2017-ci il 5 dekabr tarixli qərarında qeyd edilmişdir ki, Konvensiyanın 6-c ı maddəsinin birinci paraqrafında göstərilən güman edilən zəmanətlər ədalət məhkəməsinin qərarları əsaslandırmaq öhdəliyindən ibarətdir, belə ki, tərəflərdən birinin gətirdiyi arqument icraatın nəticəsi üçün qəti xarakter daşıyır, həmin arqument öz növbəsində spesifik və aydın cavab tələb edir (X2rşı, 9 dekabr 1994-cü il, paraqraf 29- 30, seriya A no: 303-A). İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
61. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini (bax yuxarıda § 48) iş materialları ilə birgə araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 30 iyun tarixli 22(103)-25/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
62. Kassatorun dəlilləri mahiyyət etibarilə onundan ibarətdir ki, cavabdehə satılan mallar qüsu rlu olmuş, mərmərlərdən bəzilərinin ləkəli olma faktı iddiaçı tərəfindən qəbul edilmiş, lakin məhkəmə bunu nəzərə almamışdır. Cavabdeh həm mərmər nümunəsinin, həm də yapışdırıcı nümunəsinin cavabdeh tərəfindən işin icra edildiyi yerdən götürlülməli olduğunu bildirsə də, apellyasiya məhkəməsi bunu təmin etməmişdir. Məhkəmə qarşılıqlı iddia ərizəsində göstərilmiş sübutlara baxmayaraq qarşılıqlı iddia tələbini də təmin etməmişdir.
63. Malların qüsurları ilə bağlı işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından məlum olur ki, cavabdeh 2017-ci ilin noyabr ayında 133.954 manat dəyərində mal götürmüş, ilkin olaraq 50.000 manat, daha sonra isə 2018-ci ilin may ayına 8.000 manat ödəniş etmiş, mərmərlərin lazımi keyfiyyətdə olmaması ilə bağlı hər hansı narazılığı olmam ış, iddiaçı şirkətlə əməkdaşlığa davam etmişdir.
64. Bundan başqa, iş materiallarından görünür ki, cavabdeh satılmış mərmər məhsulları ilə bağlı narazılığı olduğu halda, bununla bağlı ilkin olaraq iddiaçıya və ya iddia ərizəsi ilə məhkəməyə müraciət etməmiş, yalnız iddiaçının pretenziya məktubunu aldıqdan sonra cavabdehə 45.000 ABŞ dolları zərər vurulduğunu 2019-cu il 12 iyun tarixində iddiaçı təşkilata daxil olmuş məktubla bildirmiş (İ cild, i/v 73), iddiaçının məhkəmədə iddia qaldırmasından sonra isə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
65. Satılmış bəzi qüsurlu mərmərlərin geri qaytarılmasının iddiaçı tərəfindən etiraf edilməsinin məhkəmə tərəfindən nəzərə alınmadığına gəldikdə isə, qeyd olunmalıdır ki, iş materiallarına əsasən, belə halların yalnız bir neçə mərmərə münasibətdə baş verdiyi və həmin mərmərlərin üzərindəki ləkələrin mallar satılarkən (vurulmamış) artıq mövcud olduğu və bu barədə iddiaçıya bildirildikdən sonra mübahisəsiz qaydada geri qaytarıldığı görünür. Odur ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iş üzrə nəticəyə gələrkən belə halları əsas götürməmişdir.
66. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi qeyd olunan xüsusatları nəzərə alaraq, MM-in 588-ci maddəsinə (bax yuxarıda § 53) görə, satıcının məsul olduğu qüsurların mövcudluğunun alıcı (cavabdeh) tərəfindən sübut olunmadığına dair nəticəyə gələrkən hər hansı hüquq pozuntusuna yol verməmişdir.
67. Kassator həm mərmər nümunəsinin, həm də yapışdırıcı nümunəsinin cavabdeh tərəfindən işin icra edildiyi yerdən götürlülməli olduğunu bildirsə də, apellyasiya məhkəməsinin bunu təmin etməməsinə dair dəlil də əsaslı hesab edilə bilməz.
68. Belə ki, iş materiallarında olan apellyasiya instansiyası məhkəməsinin 2022-ci il 28 yanvar tarixli iclasının protokolundan görünür ki, məhz iddiaçının nümayəndəsi kley və mərmər nümunəsinin istifadə edildiyi yerdən götürülməsini təklif etmiş, cavabdehin vəkili isə onların həmin sahəyə buraxılmadığını bildirmişdir (İİ cild, i/v 91).
69. Bundan başqa, son ekspertizanın təyin edilmişi haqqında apellyasiya instansiyası məhkəməsinin eyni tarixli qərardadında ekspert qurumuna ekspertizanın keçirilməsi zamanı tərəflərin iştirakının təmin edilməsi, tərəflərin iştirakı ilə satılmış mərmər və həmin mərmərin yapışdırılması üçün istifadə edilən kley nümunəsinin götürülməsi tapşırılmışd ır (İİ cild, i/v 95).
70. Lakin bundan sonra iddiaçının məhkəməyə ünvanlandığı 2022-ci il 14 aprel tarixli 20 saylı məktubdan və məhkəmənin ekspertiza qurumuna göndərdiyi eyni tarixli məktubdan məlum olur ki, mərmərin istifadə edildiyi evə iddiaçı tərəfin daxil olması mümkün olmamış, cavabdeh isə həmin sahəyə daxil olmaq üçün şərait yaratmamışdır (İİ cild, i/v 105-108).
71. Yenə də iddiaçının məhkəməyə ünvanlandığı 2022-ci il 28 aprel tarixli 32 saylı məktubdan görünür ki, tikinti obyektinin sahibi cavabdehi tanıyır. Nümunələrin götürülməsi ilə əlaqədar iddiaçı tərəf dəfələrlə cavabdehin nümayəndəsi ilə əlaqə saxlasa da, nəticəsi olmamışdır (İİ cild, i/v 109).
72. Nəticədə məhkəmə təkrar təqdim olunmuş ekspert rəyi ilə kifayətlənməli olmuş və bunun səbəbini öz qətnaməsində göstərmişdir.
73. MPM-in 97.5-ci maddəsinin (bax yuxarıda § 54) tələbinin məzmunu ondan ibarətdir ki, işin hallarına görə tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər.
74. Odur ki, məhkəmə kollegiyasının qənaətinə görə, apellyasiya instansiyası məhkəməsi vurulmuş mərmərin qüsurlu olmasını cavabdehin iddia etməsini, habelə mərmərin vurulduğu obyektin sahibinin məhz cavabdehi tanımasını, obyekt sahibinin icazə vermədiyi halda obyektdən ekspertiza üçün nümunələrin götürülməsinin qeyrimümkün olduğunu nəzərə alaraq, faktiki alınmış ekspert rəyi ilə kifayətlənməklə hər hansı hüquq pozuntusuna yol verməmişdir.
75. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, Ali Məhkəmənin iş üzrə qəbul etdiyi qərarda məhkəmə texniki ekspertizasının təyin edilməsinə dair verilmiş göstərişlər MPM-in 420-ci maddəsinin (bax yuxarıda § 54) tələblərinə uyğun olaraq son apellyasiya baxışında yerinə yetirilmiş sayılmalıdır.
76. Bundan başqa, birinci instansiyası məhkəməsi qarşılıqlı iddia ərizəsində göstərilən halların cavabdeh tərəfindən sübuta yetirilməməsi qənaətinə gəlmişdir. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiyası məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlayarkən qarşılıqlı iddia tələbinə münasibətdə də düzgün qərar qəbul etmişdir. Odur ki, kassatorun qarşılıqlı i ddianın məhkəmə tərəfindən əsassız olaraq təmin edilmədiyinə dair dəlili əsaslı hesab edilə bilməz.
77. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiya məhkəməsi iş üzrə nəticəyə gələrkən kassasiya şikayətindəki dəlillərdə göstərilmiş hüquq pozuntularına yol verməmiş, MPM-in 88-ci maddəsinin (bax yuxarıda § 54) tələblərinə uyğun olaraq işdə olan sübutları əlaqəli şəkildə düzgün qiymətləndirmiş, MPM-in 217.1-ci maddəsinə (bax yuxarıda § 54) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.
78. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh MMC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 30 iyun tarix li 2-2(103)-25/2022 saylı qətnaməsi həmin kassasiya şikayəti ilə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.