Məhkəmə qərarları › İş №2-2(102)-710/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-710/2025

26.12.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-710/2025 26.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRAR 2-2(102)-710/2025 Açar sözlər: Öhdəliyin icra edilməməsi, borcun qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qurbanov Raqib Əliddin oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pulun tutulması tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 23 iyul tarixli 2-2(104)-147/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1.İdd iaçı ilə Cavabdeh arasında bağlanmış 2024-cü il 15 avqust tarixli borcun hissəhissə ödənilməsi barədə sazişlə tərəflər təsdiq etmişdir ki, sazişin imzalandığı tarixə sifarişçinin icraçıya QSZX 37/0422 saylı, 2022-ci il 11 aprel tarixli xidmət müqaviləsi üzrə qalıq borcu ümumilikdə 70300 manat təşkil edir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat 2.İddiaçı (bundan sonra – “iddiaçı”) Cavabdeh MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 65.300 manat pulun və ödənilmiş 295 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 3.İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehdən 81.000 manat əsas borcun, 9.549 manat faiz borcunun və 333.50 manat ödənilmiş dövlət rüsumunun tutularaq ona ödənilməsini xahiş etmişdir. Daha sonra cavabdeh məhkəmədən kənar saziş imzalamaqla ona borcun hissə-hissə qaytaracağını bildirmişdir. 2024-cü il 15 avqust tarixində tərəflər arasında borcun hissə-hissə ödənilməsi ilə bağlı saziş imzalanmışdır. Sazişin imzalandığı tarixdə cavabdehin 2022-ci il 11 aprel tarixli müqavilə üzrə qalıq borcu ümumilikdə 70.300 manat təşkil etmişdir. Məhkəmə 2024-cü il 22 avqust tarixli qərardadla ərizələri baxılmamış saxlamışdır. Saziş üzrə cavabdeh ümumi 70.300 manat borcdan yalnız 5.000 manatını ödəyərək qalan 65.300 manat məbləği ödəməmişdir. 4.Cavabdeh birinci instansiya məhkəməsində iştirak etməmişdir. 5.Gəncə Kommersiya Məhkəməsinin 2025-ci il 17 aprel tarixli e-2-2(115)-75 3/2025 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir (hakim – R.Qələndərzadə). 6.Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə müqavilədə nəzərdə tutulmuş xidmət göstərilmiş, cavabdeh isə müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və borcun hissə-hissə ödənilməsi barədə sazişlə borcunu etiraf etmişdir. Həmin borcdan isə cəmi 5000 manat ödəniş etmişdir. Nəticədə cavabdehin 65.300 manat borcu yaranmışdır. 7.Məhkəmə bildirmişdir ki, cavabdehin qeyd olunan məbləğdə borcunun olması tərəflər arasında bağlanmış sazişlə öz təsdiqini tapır. 8.Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 386.1, 389.1, 442, 445.2, 448.1, 448.2, 882.1, 882.2-ci maddələrinə, M PM-in 14.1, 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. 9.Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. a) Apellyasiya instansiya məhkəməsindəki icraat 10.Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 9 iyul tarixli, 2-2(104)-147/2025 nömrəli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – T.Əli, hakimlər – Ş.Rzaquliyev, G.Cavadova).

11. Məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmış və əlavə olaraq apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd etmişdir ki, tərəflər arasında bağlanmış sazişin şərtlərinə görə, cavabdeh 2024-cü ilin sentyabr ayından başlayaraq 2025-ci ilin sentyabr ayının sonunadək hər ay 5.000 manat, qalan 5.300 manatı isə 2025-ci ilin oktyabr ayının sonunadək ödəməyi öhdəsinə götürmüşdür. Buna baxmayaraq, bu müddət ərzində saziş üzrə yalnız 5.000 manat ödəniş edilmişdir.

12. Məhkəmə gəldiyi nəticəni MM-in 421.3, 442, 742.5, 742.5.2-ci maddələrinə, MPM-in 14.2, 77.1, 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

13. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

14. MM-in 427.1, 432.1-ci maddələri üzrə - sazişə əsasən, cavabdeh iddiaçıya olan borcunu hissə-hissə olmaqla, 2024-cü ilin sentyabr ayından başlayaraq 2025-ci il sentyabr ayının sonunadək hər ay 5000 manat, qalan 5300 manatı isə 2025-ci ilin oktyabr ayının sonunadək ödəməyi öhdəsinə götürmüşdür. Yəni, cavabdeh sazişdə göstərilən borcunu həmin müddətin sonunadək ödəyə bilər. Digər tərəfdən, sazişdə borc ödənilmədiyi halda, iddiaçının borc məbləğini tam şəkildə tələb etmək hüququ əks olunmamışdır. Bu mənada cavabdeh tərəfindən borc ödənilmədiyi halda, iddiaçı 2025-ci ilin oktyabr ayının sonunadək gözləməli, yalnız bundan sonra məhkəmə müdafiəsindən istifadə edə bilərdi. Apellyasiya instansiya məhkəməsi işin qeyd olunan hallarını nəzərə almamış, işin hallarına uyğun tətbiq etməli olduğu maddi hüquq normasını tətbiq etməmiş, bununla da hüquq normasının pozuntusuna yo l vermişdir.

15. MPM-in 9.1, 9.3, 88-ci maddələri üzrə - apellyasiya məhkəməsi işdə olan sübutlara obyektiv və qərəzsiz baxmaqla, müvafiq hüquq normalarına uyğun qiymət verməli olduğu halda, yalnız özünün subyektiv mülahizəsinə əsasən qiymət vermiş, bununla da prosessual hüquq normasının pozuntusuna yol verməklə, düzgün olmayan məhkəmə aktı qəbul etmişdir. Apellyasiya məhkəməsi cavabdehin nümayəndəsinin məhkəmə iclaslarında iştirakını təmin etməmiş, bununla da çəkişmə prinsipinin pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri

17. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslı lığı MPM-in 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində ifadə olunmuş dəlillər üzrə tam yoxlanılacaqdır. Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

421. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.” “Maddə

427. Öhdəliyin icrası müddəti 427.1. Əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər.” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilmə məsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə

882. Mövcud borcun etirafı haqqında mücərrəd müqavilə 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. 882.2. Bu Məcəllədə nəzərdə tu tulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. 882.3. Bu zaman bu Məcəllənin 881.5-ci maddəsi tətbiq olunur. 882.4. Bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. 882.5. Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir.”

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

9. Ədalət mühakiməsinin çəkişmə, tərəflərin bər abərliyi və faktlar əsasında həyata keçirilməsi 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.2. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə birbirlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz.” “Maddə

47. İşdə iştirak edən şəxslərin hüquq və vəzifələri 47.1. İşdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiya məhkəməsinin mövqeyi

20. Məhkəm ə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir.

21. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir.

22. Kassasiya şikayətində qeyd edilən maddi və prosessual hüquq normalarının pozulması barədə dəlillər isə əsaslı hesab edilə bilməz.

23. Belə ki, aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış 2024-cü il 15 avqust tarixli sazişin şərtlərinə əsasən, cavabdeh 2024cü ilin sentyabr ayından başlayaraq 2025-ci ilin sentyabr ayının sonunadək hər ay 5.000 manat, qalan 5.300 manatı isə 2025-ci ilin oktyabr ayının sonunadək ödəməyi öhdəsinə götürsə də, bu müddət ərzində saziş üzrə yalnız 5. 000 manat ödəniş etmişdir.

24. Apellyasiya məhkəməsi cavabdehin qeyd olunan hərəkətlərini MM-in 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi kimi qiymətləndirmiş və bu səbəbə görə belə nəticəyə gəlmişdir ki, MM-in 421.3-cü maddəsinə əsasən iddiaçının müqavilədən birtərəfli imtina hüququ yaranmışdır.

25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi müəyyən etdiyi hallar üzrə düzgün hüquqi dəyərləndirmə aparmış və kassasiya şikayətində qeyd edilən maddi hüquq normalarının tələblərinin pozuntusuna yol verməmişdir.

26. Eyni zamanda, kollegiya qeyd edir ki, tərəflər arasında bağlanmış sazişin şərtlərinə görə öhdəliyin son icra vaxtı (2025-ci ilin sentyabr ayının sonunadək) hazırkı iş üzrə kassasiya baxışı zamanı başa çatmışdır. Ona görə də, cavabdehin kassasiya şikayətində qeyd edilən dəlillərə istinad etməsi MPM-in 47.1-ci maddəsinə zidd olmaqla prosessual hüquqlardan sui-istifadə kimi qiymətləndirilir.

27. Cavabdehin prosessual hüquqlarının pozulması barədə dəlillərinə gəldikdə, iş materialları ilə müəyyən olunur ki, cavabdeh məhkəmə baxışı barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilmişdir. Cavabdehin məhkəmə iclaslarında iştirak etməməsi onun öz prosessual davranışının nəticəsi olmuşdur. Bu isə MPM-in 9-cu maddəsində təsbit olunmuş çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilə bilməz.

28. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Ona görə də, iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

29. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 23 iyul tarixli 2-2(104)-147/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar