Məhkəmə qərarları › İş №2-2(102)-711/2022

Ali Məhkəmə Qərar — İş №2-2(102)-711/2022

06.12.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-711/2022 06.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Kommersiya Kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər cavabdeh 1 və cavabdeh2-yə qarşı iş üzrə Açar sözlər: sənədlərin təqdim edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Qəribov Bəhman Fərhad oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Dadaşov İlqar Ağababaş oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər cavabdeh 1 və cavabdeh 2-yə qarşı “sənədlərin təqdim edilməsi” tələbinə dair kommersiya işi üzrə İddiaçı1 və cavabdeh 2 tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 10 mart tarixli 2-2(103)163/2022 saylı q ətnaməsindən verilmiş kassasiya şikayətlərinə yazılı icraat qaydasında baxmışdır. İ. İŞİN HALLARİ

1. İş materiallarından görünür ki, iddiaçılar 2005-ci ildən cavabdeh2-nin səhmdarlarıdırlar. İddiaçıların həmin ASC-də ümumilikdə 14810 ədəd səhmləri vardır. Həmin səhmlərdən 7230 ədədi İddiaçı1, 5800 ədədi İddiaçı2, 1780 ədədi isə İddiaçı3-ün adınadır.

2. İş materiallarına əlavə edilmiş 2020-ci il 2 dekabr tarixli cavabdeh1 tərəfindən verilmiş məktubdan görünür ki, depozitar sistemində saxlanılan qiymətli kağız mülkiyyətçiləri barədə məlumatlar konfidensial statusu daşıyır. Belə ki, qiymətli kağız mülkiyyətçiləri yalnız özlərinə məxsus qiymətli kağızlara dair məlumatları onların saxlandığı depo hesabından çıxarış əsasında əldə edə bilərlər. Səhmdar cəmiyyətin reyestri isə emitentə (onun səlah iyyətli nümayəndəsinə) təqdim edilə bilər.

3. Eyni zamanda cavabdeh1-in məktubunda iddiaçının nəzərinə çatdırılmışdır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 106-2.3-cü maddəsinə əsasən, səhmdar ildə bir dəfə cəmiyyətin icra orqanından səhmdarların reyestrinin ona təqdim edilməsini tələb edə bilər. İddiaçının müraciətdə qeyd olunan digər sənədlər; "xxxx" ASC-nin Nizamnaməsi, bank rekvizitləri, dövlət qeydiyyatı haqqında şəhadətnamə, VÖEN, depozitar sistemində emitentiar üçün hesab açılarkən cavabdeh 1 tərəfindən tələb olunan və hesabların formalaşdırılması üçün qeydiyyat xarakteri daşıyan sənədlərdir. Qeyd olunan sənədləri əldə etmək üçün cəmiyyətin dövlət qeydiyyatına alındığı müvafiq icra hakimiyyəti orqanına və ya səhmdar cəmiyyətinə müraciət edilməsi tövsiyyə olunmuşdur.

4. İ ddiaçı tərəfin vəsatəti əsasında cavabdeh1-ə ünvanlanmış məhkəmə sorğusuna cavab olaraq bildirilmişdir ki, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, mərkəzi depozitarın (cavabdeh1) vəzifələri qiymətli kağızların saxlanması və uçotunun aparılması, qiymətli kağız mülkiyyətçilərinin uçotunun aparılması, qiymətli kağız mülkiyyətçilərinin reyestrinin aparılması, qiymətli kağızların öhdəliklərlə yüklənməsinin qeydiyyatı, müştərilərin sorğusu əsasında hesablarından çıxarışların və aparılmış əməliyyatlar haqqında məlumatların verilməsi və bu vəzifələrlə əlaqədar öz üzvlərinə, emitentlərə, fond birjalarına və klirinq təşkilatlarına xidmətlərin göstərilməsindən ibarətdir.

5. Tələb edilən sənədlərə münasibətdə bildirilmişdir ki, ASC-nin son 10 ildə keçirilmiş ümu mi yığıncaqlarının protokolunu cəmiyyətə müraciət etməklə əldə oluna bilər. Eyni zamanda Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən, səhmdarın tələbi ilə səhmdarların ümumi yığıncağının protokolunun surəti ona təqdim edilməlidir. “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununa(bundan sonra-“Qiymətli kağızlar bazarı haqqında” Qanun) müvafiq olaraq, emissiya prospekti emitent (burda səhmdar cəmiyyət) tərəfindən maliyyə bazarlarına nəzarət orqanına təqdim edilir. Cəmiyyətin yerləşdiyi torpaq sahəsinin plan-cizgisinin və Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın verilməsi isə cavabdeh1-in fəaliyyət dairəsinə aid olmadığından, həmin sənədlərin əldə edilməsi məqsədilə aidiyyəti qurumlara müraciət edilməsi tövsiyə olunur. Belə ki, cavabdeh1nin fəaliyyətinə ya lnız müştərilərin sorğusu əsasında onların hesablarından çıxarışların verilməsi səlahiyyəti daxildir. Bundan əlavə, səhmdar cəmiyyətinin bağladığı müqavilələr, əqdlər, kontraktlar və icarə müqavilələrinin saxlanılması cavabdeh1 tərəfindən həyata keçirilmədiyindən, bu barədə məlumatların əldə edilməsi üçün müvafiq cəmiyyətə müraciət məqsədəuyğun hesab edilir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, sorğuda tələb edilən sənədlərin təqdim edilməsi mümkün olmadığı bildirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 (bundan sonra-“iddiaçılar” və ya “İddiaçı1”, “İddiaçı2”, “İddiaçı3”) 2021-ci il 13 yanvar tarixində cavabdehlər Azərbaycan Respublikasının cavabdeh1nə və “cavabdeh 2” ASC-yə (bundan sonra müvafi q olaraq -“cavabdeh1”, "xxxx") qarşı iddia ərizəsi ilə Bakı Kommersiya məhkəməsinə müraciət edərək, ASC-yə dair sənədlərin təsdiq olunmuş surətlərinin iddiaçılara təqdim edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia tələbini onunla əsaslandırılmışdır ki, iddiaçılar 2005-ci ildən ASC-nin səhmdarlarıdırlar. İddiaçıların ümumilikdə həmin ASC-də 14810 ədəd səhmləri vardır. Həmin səhmlərdən 7230 ədədi İddiaçı1, 5800 ədədi İddiaçı2, 1780 ədədi isə İddiaçı3 adınadır. Lakin həmin vaxtdan bu günə kimi ASC tərəfindən divident ödənilməmiş, eyni zamanda ASC-nin fəaliyyəti barədə illik hesabatlar da təqdim edilməmişdir. Dəfələrlə həmin ASC-yə müraciət edilməsinə baxmayaraq bir məlumat verilməmişdir. Hətta poçt vasitəsi ilə sonuncu göndərilmiş məktubun qəbul edilməsindən iddiaçı tərəfə məlum olmayan səbəbdən imtina edilmiş və bu səbəbdən də məktub geri qaytarılmışdır. Bundan əvvəl iddiaçı tərəfindən cavabdehə göndərilmiş məktubların geri qaytarılmasına səbəb olaraq ASC-nin yerləşdiyi binanın sökülməsi göstərilmişdir. İddiaçı1 dəfələrlə Ucar şəhərində ASC-nin yerləşdiyi binada və müəssisənin ərazisində olaraq görmüşdür ki, müəssisənin əmlakı sökülərək dağıdılmış, materialları da aparılmışdır. İddiaçı1 ASC-nin idarə heyyətinin sədri Qanuni nümayəndə(bundan sonra-“Qanuni nümayəndə”) ilə telefon əlaqəsi saxlamışdır. Həmin şəxs eyni zamanda uzun müddətdir ki, həm də Göyçay Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsində işləyir və ASC-nin bütün işlərinə faktiki rəhbərliyi həyata keçirir. O, Göyçay Rayon İHB-nin müavini olduğu üçün onunla iddiaçının şəxsən görüşməsi mümk ün olmamışdır. Telefon danışığı zamanı isə bildirmişdir ki, guya onda ASC-yə aid heç bir sənəd yoxdur. Lakin Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya qurumunun Dövlət Reyesterindən Çıxarışda göstərilir ki, ASC 2005-ci il 28 yanvar tarixində Dövlət qeydiyyatına alınmışdır. Dövlət Qeydiyyat (VÖEN **********), Qanuni təmsilçi Qanuni nümayəndə olmuşdur. Göründüyü kimi, Qanuni nümayəndə boyun qaçırmasına baxmayaraq, o hazırda da həmin ASC-nin qanuni təmsilçisidir. Lakin Qanuni nümayəndə hansısa səbəbdən həmin qurumun qanuni təmsilçisi olmağını və onda olan quruma aid sənədləri gizlədərək iddiaçıya vermək istəmir. ASC-yə aid zəruri sənədlərin və məlumatların iddiaçıya verilməsinə dair cavabdeh1nə 2020-ci il 16 noyabr tarixli müraciət edilmişdir. Buna 2020-ci il 2 dekabr tarixli xx/x x-13444 saylı məktubla cavab verilərək bildirilmişdir ki, depozitar sistemində saxlanılan qiymətli kağız mülkiyyətçiləri barədə məlumatlar konfidensial status daşıyır. Belə ki, qiymətli kağız mülkiyyətçiləri yalnız özlərinə məxsus qiymətli kağızlara dair məlumatları onların saxlandığı depo hesabından çıxarış əsasında əldə edə bilərlər. Səhmdar cəmiyyətin reyesteri isə emitentə təqdim edilə bilər. Cavabda eyni zamanda iddiaçıya məktubda qeyd olunan sənədlərin surətini almaq üçün ASC-nin Dövlət qeydiyyatına alındığı orqandan tələb olunmasını məsləhət görmüşdür. Cavabdeh cavabdeh1nin bu cavabı iddiaçının qanunla qorunan hüquqlarını pozduğu üçün qanunsuzdur və buna görə də cavabdehdə saxlanılan və iddiaçının hüquqlarının bərpa olunmasına təminat verən sənədlərin məhkəmə qaydasında verilməsi və zifəsi ona həvalə edilməlidir. Belə ki, iddiaçı həmin sənədləri digər cavabdehdən ala bilmədiyi üçün reyester saxlayıcı funksiyasını yerinə yetirən cavabdeh1 həmin sənədləri verməyə borcludur. cavabdeh1nin iddiaçıya verməli olduğu sənədlər: ASC-yə aid Bank rekvizitləri, Nizamnaməsi, Dövlət Qeydiyyatı haqqında Şəhadətnamə, VÖEN, İdarə Heyyətinin Direktorlar Şurasının, Təftiş Komissiyasının seçilmələri haqqında Protokollar (edilmiş dəyişikliklərlə birlikdə) və Qiymətli Kağızların Səhmdarlarına dair Reyesterinin təsdiq olunmuş surətlərinin təqdim edilməsi məhkəmədən xahiş olunur. Bundan başqa ASC-nin iddiaçılara təqdim etməli olduğu sənədlər isə cavabdeh1nin iddiaçıya vermədiyi ASC-yə aid sənədlər; Son 10 ildə keçirilən Səhmdarların ümumi yığıncaqlarının Protokollarının təsdiq olunmuş surət ləri; Son 10 ilin hesabatlarının təsdiq olunmuş surətləri; Son 10 ilin «Mühasibat uçotu haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 10.1.1 və 10.1.2-ci maddələrinə uyğun formada tərtib olunmuş: mühasibat balanslarının; balansa əlavələr olan mənfəət və zərər haqqında hesabatın (xərclərin funksiyaları üzrə); kapitalda dəyişikliklər haqqında hesabatların; pul vəsaitlərinin hərəkəti haqqında hesabatın; uçot siyasəti və izahlı qeydlərin; xərclərin xüsusiyyətləri üzrə təsnifat əsasında əməliyyat xərcləri haqqında məlumatların təsdiq edilmiş surətləri; Son 10 il üzrə auditor yoxlaması zamanı tərtib olunmuş auditor rəylərininin və aktlarının təsdiq olunmuş surətləri; Son 10 il üzrə mənfəət vergisinin bəyannamələrinin və onların əlavələrinin, əmlak vergisinin bəyannamələrinin və on ların əlavələri və torpaq vergisinin bəyannamələrinin təsdiq edilmiş surətləri; Son 10 il üzrə əsas vəsaitlərin və mal-materiallarınm inventarizasiya aktlarının təsdiq olunmuş surətləri; Son 10 ildə bağlanmış əqdlər, kontraktlar, müqavilələr və icarə müqavilələrinin təsdiq olunmuş surətləri; Cəmiyyətin yerləşdiyi torpaq sahəsinin plan-cizgisinin, Emissiya Prospektinin və ASC-nin Daşınmaz Əmlakın Dövlət Reyesterindən Çıxarışının təsdiq olunmuş surəti; Cəmiyyətin ilk və son təhvil-təslim aktlarının təsdiq olunmuş surətlərinin ASC-dən alınması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

8. Tələbdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin(bundan sonra-“MPM”) 4.1, 36.1-36.12-ci maddələrinə istinad edilmişdir. 9. 2021-ci il 15 mart tarixində məhkəməyə ASC-nin təsisçisi Qanu ni nümayəndə tərəfindən iddia ərizəsinə yazılı etiraz daxil olmuşdur.

10. Etiraz onunla əsaslandırılmışdır ki, Qanuni nümayəndə hazırda ASC-də direktor vəzifəsində işləmir, müəssisə ilə 2006-cı ildən bəri heç bir əlaqəsi olmayıb, həmin müəssisə uzun illərdir ki, fəaliyyət göstərmir, müəssisənin təsisçiləri Azərbaycan Respublikasının ərazisində yaşamırlar.

11. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 22 aprel tarixli e-2-2(113)-957/2021 saylı qətnaməsi ilə iddia rədd edilmişdir(hakim- S.Nuriyeva).

12. Birinci instansiya məhkəməsinin iş üzrə mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçılar səhmdarı olduqları ASC-nin ilkin hesabat sənədləri və cəmiyyətin fəaliyyəti ilə əlaqədar digər sənədlərin cavabdehlər tərəfindən təqdim olunması ilə bağlı müraciət etsələr də, qeyd olunan sənədlər onlara təqdim edilməmişdir. İddiaçının ASC-yə yönəlmiş müraciətinin cavabsız qalmasına səbəb göndərilən ünvan üzrə cavabdehin olmamasıdır. Lakin digər cavabdeh cavabdeh1nə iddiaçı tərəfindən ünvanlanmış müraciətin təmin edilməməsinə səbəb tələb olunan sənədlərin iddiaçıya verilməsinə dair səlahiyyətin olmaması olmuşdur. Bütün bunlarla razılaşmayan iddiaçı ASC-yə məxsus sənədlərin təqdim edilməsi üçün məhkəməyə müraciət etmişdir.

13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin(bundan sonra-"xxxx") 99.1, 99.2, 99.3 maddələrinin tələblərindən görünür ki, ASC-nin öz fəaliyyətinə dair sənədləri payçılara və ya təsisçilərə göndərməsinə dair vəzifəsinin olmasını müəyyən edilməmişdir. Maddi hüquq normasında sadalanan sənədlər iddiaçıların tələbinin əsasını təşkil etməsinə baxmayaraq, həmin hüquq normasında da q eyd olunan sənədlərin dərc edilməsi vəzifə olaraq ASC-nin üzərinə qoyulmuşdur.

14. Göründüyü kimi iddia tələbi iki cavabdehə qarşı yönəlmişdir. cavabdeh1nə münasibətdə qeyd edilməlidir ki, iddiaçılar tərəfindən ünvanlanmış sənədlərin təqdim edilməsi tələbi cavabdehin səlahiyyətlərinə aid edilməmişdir. Bu isə cavabdehin üzərinə belə bir vəzifənin qoyulmasını qeyri mümkün edir. İş üzrə cavabdeh cavabdeh1 məhkəmənin sorğusuna cavab olaraq ünvanlanmış məktubda hüquq və vəzifələri barədə məlumatları təqdim etmişdir.

15. Yuxarıda qeyd olunan hər iki cavabdehə qarşı iddiaçılar tərəfindən irəli sürülmüş tələbləri təsdiq edəcək, habelə məhkəmə araşdırması zamanı müəyyən edilmiş faktları təkzib edəcək sübutlar iddiaçılar tərəfindən məhkəməyə təqdim edilməmişdir.

16. İddiaçı tərəfindən iddia tələbini n yuxarıda qeyd olunan hissələrinə dair sübutlar təqdim edilməmişdir.

17. Halbuki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alındığında isə bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.

18. İddia tələbi əsassız olduğundan iddiaçıların cavabdehlər cavabdeh1nə və ASC-yə qarşı ASC-yə dair sənədlərin təsdiq olunmuş surətlərinin iddiaçılara təqdim edilməsi barədə iddiası təmin edilmə məlidir.

19. Məhkəmə öz qətnaməsini MM-in 99.1, 99.2, 99.3-cü, MPM-in 76.1, 76.2, 77.1, 80, 81, 89.1, 119.1, 124.2, 217.4, 218.3-cü maddələrinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 2007-ci il 26 iyul tarixli qərarına, “Qavazov Bolqarıstana qarşı” iş üzrə 2008-ci il 6 mart tarixli qərarına istinad etməklə əsaslandırmışdır.

20. İddiaçılar apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişlər. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

21. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 10 mart tarixli 22(103)-163/2022 saylı qətnaməsi ilə iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni ASC-yə aid hissədə ləğv edilmiş və həmin hissədə iddia qismən təmin edilmiş, ASC tərəfindən həmin ASC-nin səhmdarlarının reyestri, son 10 il üçün illik hesabatlar, maliyyə hesabatları və ümumi yığıncaqlarının protokollarının surətlərinin iddiaçılara təqdim edilməsi, həmin cavabdehə münasibətdə iddianın qalan hissəsinin təmin olunmaması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir(sədrlik edən – R.Qurbanov, hakimlər – V.Məmmədov və V.Sadıqov).

22. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddia qismən əsaslıdır.

23. ASC-nin Nizamnaməsinin 5.1-ci bəndinə əsasən səhmdarların ümumi yığıncağında səsvermə hüququ ilə iştirak etmək və onun protokolunun surətini tələb etmək hüququ vardır.

24. Həmin Nizamnamənin 5.3-cü bəndinə əsasən səhmdarların yazılı əriz əsinə əsasən ildə bir dəfə səhmdarların reyestrinin ona təqdim edilməsini tələb etmək hüququ vardır.

25. Hazırki işdə də iddiaçılar ASC-nin səhmdarları kimi iddia ərizəsində adları sadalanan və cəmiyyətin fəaliyyətinə dair sənədlərin onlara təqdim edilməsini xahiş etmiş, lakin həmin sənədlər onlara təqdim edilməmişdir.

26. Bu baxımdan iddiaçılar ASC-nin səhmdarların reyestrinin, son 10 il üçün illik hesabatlar, maliyyə hesabatları və ümumi yığıncaqların protokollarının surətlərinin onlara təqdim edilməsini tələb etməkdə haqlıdır.

27. Bununla yanaşı iddia ərizəsində adları sadalanan digər sənədlərin təqdim edilməsi və digər cavabdeh cavabdeh1nə aid hissədə iddia təmin edilə bilməz.

28. Belə ki, MM-in 106-1.3.2, 106-1.3.5, 106-2.3, 107-5.3, 107-6.3-cü maddələrinə görə səhmdarın yalnız səhmda r cəmiyyətindən onun reyestrinin, illik hesabatlarının, maliyyə hesabatları və ümumi yığıncaqların protokollarının surətlərinin ona təqdim edilməsini tələb etmək hüququ vardır.

29. İddia ərizəsində adları sadalanan digər sənədlərin səhmdara verilməsi isə nə mülki qanunvericilikdə, nə də cəmiyyətin Nizamnaməsində birbaşa olaraq göstərilməmişdir.

30. Ona görə də həmin hissədə iddia təmin edilə bilməz. Eyni zamanda iddia ərizəsində adları sadalanan digər sənədlər cəmiyyətin həm illik, həm də maliyyə hesabatlarında öz əksini tapacaqdır.

31. Məhkəmə öz qətnaməsini MM-in 106-1.3.2, 106-1.3.5, 106-2.3, 107-5.3, 107-6.3-cü, MPM-in 385.1.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

32. Qətnamə 2022-ci il 17 mart tarixində tərəflərin elektron kabinetinə yerləşdirilmişdir.

33. İddiaçı1 apellyas iya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və onun iddia ərizəsinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

34. Cavabdeh ASC apellyasiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri b) İddiaçı1 kassasiya şikayətinin dəlilləri

35. MM-in 1077.1-ci maddəsi üzrə: Məhkəmə ümumiyyətlə səhm və səhmdar anlayışını bazar iqtisadiyyatı prizmasından yox, sanki bir işçinin işlədiyi şirkətdən hər-hansı sənədin tələb edilməsi kimi qiymətləndirmişdir. Həmçinin ASC təşkilatı-hüquqi formasını seçən hüquqi şəxslər öz məsuliyyətini nəinki səhmdarları arasında həm də potens ial investorlar arasında da dərk etməlidirlər. Belə ki, Səhmdar bir başa olaraq qanunvericilikdə səhmdar cəmiyyətinin idarəçiliyində iştirak etmək hüququna malikdir və səhmdar Cəmiyyətə aid olan sənədləri tələb edə bilər.

36. İnformasiya əldə etmək haqqında Azərbaycan Respublikası Qanununun 14-cü, MM-in 106-1.3.2-ci maddələri üzrə: Səhmdarların hüquqları ilə bağlı MM-in 106-1.3.2-ci maddəsi həm məhkəmə, həm də cavabdeh tərəfindən düzgün qiymətləndirilməmişdir.Belə ki, həmin maddədə olan “Cəmiyyətin fəaliyyətinə aid olan məlumat” Sözləri səhmdara Cəmiyyətin fəaliyyəti ilə bağlı məlumat almaq hüququnu verir. İnformasiya əldə etmək haqqında Qanunun 14-cü maddəsinə nəzərə yetirsək məlumatların əldə edilməsi məhz sənədin tələb edilməsi ilə bağlıdır. Digər tərəfdən mahiyyət etibarı ilə səhmdar c əmiyyətin mülkiyyətçilərindən biridir. İcra orqanı yalnız səhmdarların qərarlarını icra etmək üçün orada fəaliyyət göstərir. İcra orqanı tərəfindən Cəmiyyətin fəaliyyəti ilə bağlı hər hansı sənədin verilməməsi Azərbaycanda investisiya mühitinin olmamasından xəbər verir.

37. Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı üzrə: İnvestisiya mühitinin yaradılması üçün, müstəqil məhkəmə institutunun möhkəmləndirilməsi, qanunun aliliyinin təmin edilməsi mülkiyyət hüquqlarının qorunmasının başlıca şərtidir. Bu istiqamətdə islahatların sürətləndirilməsi hazırkı və potensial investorlarda investisiyalarının qorunmasına, sərmayə müqabilində gəlir götürəcəklərinə olan inamı yüksəldə bilər. Gös tərilən normalardan göründüyü kimi, məhkəmə bu işə baxan zaman səhmdarı investor qismində ümumiyyətlə qiymətləndirməmişdir. Belə olan halda, Azərbaycan Respublikasında investisiya mühitinin yaradılması böyük sual altında qalır. Belə ki, hər bir investor onun hüquqlarının məhkəmə müstəvisində qorunmasına əmin olmalıdır. Məhkəmə bu cür işlərə baxarkən ən birincisi səhmdarın statusu ilə icra orqanın hərəkətlərini müqayisə etməlidir. c) cavabdeh ASC-nin kassasiya şikayətinin dəlilləri

38. MM-in 99.2-ci maddəsi üzrə: Maddənin tələbinə görə ASC illik hesabatını və mühasibat balansını, habelə hesabat dövrü üzrə maliyyə göstəricilərini, aidiyyəti şəxslərlə bağlanılmış və xüsusi əhəmiyyətli əqdləri, cəlb edilmiş maliyyə vəsaitlərini, idarəetmə orqanları və vəzifəli şəxslər, onların əsas və əlavə iş yerləri, idarəetmə strukturu, inkişaf siyasəti, səhmdar kapitalının gəlirliyi və dividend siyasəti, idarəetmə orqanlarının üzvlərinə verilən ödənişlər, investisiyaların həcmi və mənbəyi, cəmiyyətin qiymətli kağızlarının dövriyyəsi və gəlirliyi, ictimai layihələrini hamının tanış ola bilməsi üçün hər il dərc etməyə borcludur. Lakin apellyasiya instansiyası məhkəməsi sözügedən maddi hüquq normasını mübahisənin həllinə tətbiq etməmiş, bu səbəbdən də ASC-nin «son 10 il üçün illik hesabatlarının, maliyyə hesabatlarının iddiaçılara təqdim edilməsini» əsassız və qanunsuz olaraq qət etmişdir. Halbuki sözügedən maddədə ASC-nin üzərinə illik hesabatların, maliyyə hesabatlarının səhmdarlara təqdim edilməsi kimi bir öhdəliyin qoyulmuş olduğu nəzərdə tutulmamışdır.

39. MM-in 106-1.3.2-ci maddəsi üzrə: Maddənin tələbinə görə ASC-nin səhmdarı qanunvericiliklə müəyyən edilmiş qaydada cəmiyyətin fəaliyyətinə dair məlumatlar almaq, ildə bir dəfə onun illik hesabatı və mühasibat balansı ilə tanış olmaq hüququna malikdir. Göründüyü kimi sözügedən maddədə də ASC-nin üzərinə illik hesabatların, maliyyə hesabatlarının səhmdarlara təqdim edilməsi kimi bir öhdəliyin qoyulmuş olduğu nəzərdə tutulmamışdır. Apellyasiya instansiyası məhkəməsi mübahisəyə MM-in 99.2-ci maddəsini tətbiq etməli olduğu halda tətbiq etməmiş, 106-1.3.2-ci maddəsini isə düzgün tətbiq etməmiş, nəticədə iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir. d) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

40. Kassasiya şikayətlərinə qarşı etiraz təqdim edilməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

41. Kassasiya şikayətləri vaxtında verilmiş, kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayətlər mümkün hesab edilmişdir.

42. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

43. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

44. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

99. Açıq səhmdar cəmiyyəti 9.1. Səhmdar cəmiyyətinin iştirakçıları onlara mənsub səhmləri digər səhmdarların razılığı olmadan özgəninkiləşdirə bildikdə, o, açıq səhmdar cəmiyyəti sayılır. Bu cür səhmdar cəmiyyəti buraxdığı səhmlərə açıq abunə yazılışını və onların sərbəst satışını həyata keçirə bilər. 99.2. Açıq səhmdar cəmiyyəti illik hesabatını və maliyyə hesabatlarını (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla), habelə aşağıdakı məlumatları hamının tanış olması üçün hər il dərc etməyə borcludur: 99.2.1. hesabat dövrü üzrə maliyyə göstəriciləri; 99.2.2. aidiyyəti şəxslər lə bağlanılmış və xüsusi əhəmiyyətli əqdlər; 99.2.3. cəlb edilmiş maliyyə vəsaitləri; 99.2.4. idarəetmə orqanları və vəzifəli şəxslər, onların əsas və əlavə iş yerləri;... 99.3. Açıq səhmdar cəmiyyətinin xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan əqd xüsusi əhəmiyyətli əqd hesab edilir. Xüsusi əhəmiyyətli əqdin bağlanılması barədə qərar səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağında qəbul edilir və bu barədə məlumat açıqlanır. Bu məlumatın açıqlanması qaydası səhmdar cəmiyyətinin nizamnaməsində nəzərdə tutulmalıdır. Bu maddənin tələbləri banklara və xarici bankların yerli filiallarına şamil edilmir. “Maddə 106-1. Səhmdar cəmiyyətinin səhmdarları... 106-1.3. Səhmdar cəmiyyətinin adi səhminin sahibi olan səhmdarının qanunvericiliklə müəyyən edilmiş qaydad a aşağıdakı hüquqları vardır:... 106-1.3.2. qanunvericiliklə müəyyən edilmiş qaydada, cəmiyyətin fəaliyyətinə dair məlumatlar almaq, ildə bir dəfə onun illik hesabatı və maliyyə hesabatları ilə tanış olmaq;... 106-1.3.5. cəmiyyətin səhmdarlarının ümumi yığıncağında səsvermə hüququ ilə iştirak etmək (bu Məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla) və onun protokolunun surətini tələb etmək; “Maddə 106-2. Səhmdar cəmiyyətinin səhmdarlarının reyestri... 106-2.3. Səhmdar ildə bir dəfə cəmiyyətin icra orqanından səhmdarların reyestrinin ona təqdim edilməsini tələb edə bilər. Bu halda səhmdar cəmiyyətinin icra orqanı səhmdarların reyestrini beş gün ərzində həmin səhmdara təqdim etməlidir. “Maddə 107-5. Səhmdarların ümumi yığıncağının qərarı... 107- 5.3. Səhmdarların ümumi yığıncağı tərəfindən qəbul edilmiş qərarlar on beş təqvim günündən gec olmayaraq səhmdarlara elan edilməlidir....” “Maddə 107-6. Səhmdarların ümumi yığıncağının protokolu... 107-6.3. Səhmdarın tələbi ilə protokolun surəti ona təqdim edilməlidir. 45. “İnformasiya əldə etmək ” haqqında Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə

9. İnformasiya sahibləri 9.1. Aşağıdakılar informasiya sahibləri sayılır: 9.1.1. dövlət orqanları və bələdiyyələr; 9.1.2. ictimai funksiyaları yerinə yetirən hüquqi şəxslər (o cümlədən publik hüquqi şəxslər), həmçinin normativ hüquqi aktlarla və ya müqavilə əsasında təhsil, səhiyyə, mədəniyyət və sosial sahələrdə xidmət göstərən özəl hüquqi şəxslər və fiziki şəxslər. 9.2. Bu Qanunun 9.1.2 -ci maddəsində təsbit olunan hüquqi və fiziki şəxslərə informasiya sahiblərinin bu Qanunla müəyyənləşdirilmiş vəzifələri yalnız ictimai funksiyaların yerinə yetirilməsi, yaxud normativ hüquqi aktlarla və ya müqavilə əsasında təhsil, səhiyyə, mədəniyyət və sosial sahələrdə göstərilən xidmət nəticəsində yaranan və ya əldə edilən informasiyalar üzrə şamil olunur. 9.3. Aşağıdakılar informasiya sahiblərinə bərabər tutulur: 9.3.1. əmtəə bazarında hökmran mövqe tutan, xüsusi və ya müstəsna hüquqa, yaxud təbii inhisara malik olan hüquqi şəxslər - malların və xidmətlərin təklif edilməsi şərtlərinə və onların qiymətlərinə, həmin şərtlərdə və qiymətlərdə dəyişikliklərə aid informasiyalar üzrə; 9.3.2. tamamilə və ya qismən dövlət mülkiyyətində, yaxud asılılığında olan qeyri-kommersiya təşkilatları, bü dcədənkənar fondlar, həmçinin dövlətin üzvü olduğu və ya iştirak etdiyi kommersiya birlikləri - dövlət büdcəsindən verilmiş vəsaitdən və ya onlara ayrılmış əmlakdan istifadəyə aid informasiyalar üzrə. “Maddə

14. İnformasiya əldə etmənin formaları 14.1. Sorğuçu yazılı sorğunun aşağıdakı formalardan birində və ya mövcud olan digər formalarda təmin edilməsini tələb edə bilər: 14.1.1. sənədlə tanış olmaq üçün ayrılmış yerə daxil olma; 14.1.2. sənədin üzünün köçürülməsi; 14.1.3. informasiya sahibinin texniki imkanlarından istifadə etməklə sənədin surətinin çıxarılması və ya sənədin təsdiqlənmiş surətinin verilməsi; 14.1.4. sorğuçunun öz texniki imkanlarından istifadə etməklə sənədin surətinin çıxarılması; 14.1.5. stenoqramların və ya digər formada kodlaşdırılmış sənədlərin oxunmaq üçün yararl ı vəziyyətdə təqdim edilməsi; 14.1.6. sənədin tərcümə olunması; 14.1.7. sənədin surətinin elektron daşıyıcılara köçürülməsi və s. 14.2. İnformasiyanın əldə olunmasının hüquqi formaları aşağıdakılardır: 14.2.1. bu Qanunun tələblərinə uyğun olaraq mütləq qaydada təqdim olunan informasiyalar; 14.2.2. müqavilə yolu ilə təqdim olunan informasiyalar. 14.3. Bu Qanunun 14.2.1-ci maddəsində göstərilən hallarda informasiyaların əldə olunması ödənişsiz, haqqı ödənilməklə və ya güzəştli şərtlərlə həyata keçirilir. 14.4. Bu Qanunun 14.2.2-ci maddəsində göstərilən hallarda informasiyanın təqdim olunma müddəti informasiya sahibi ilə sorğuçunun qarşılıqlı razılığı əsasında müəyyənləşdirilir. 14.5. İnformasiya sahibi informasiya sorğusunun bu sorğuda göstərilən formada icrasından aşağıdakı hallarda imtina edə bilər: 14.5.1. texniki imkanlar olmadıqda; 14.5.2. informasiya daşıyıcısının növü ilə əlaqədar icrası mümkün deyilsə; 14.5.3. şifahi sorğu əsasında verilməli olan informasiya böyük vaxt tələb etdiyindən informasiya sahibinin əsas vəzifələrinin yerinə yetirilməsinə maneələr yaradırsa. 14.6. Bu Qanunun 14.5.1. və 14.5.2-ci maddələrində göstərilən hallarda sorğunun təmin olunmasının münasib formasını informasiya sahibi özü seçir və sorğuda göstərilən əlaqə məlumatları imkan verirsə, bu məsələ sorğuçu ilə müzakirə olunur. 14.7. Vəzifəli şəxsin şifahi cavabı sorğuçunu qane etmədikdə və ya bu Qanunun 14.5.3-cü maddəsində nəzərdə tutulan hallarda sorğuçuya yazılı şəkildə müraciət etməsi təklif olunur. 14.8. İnformasiyanın təqdim edilmə forması sorğudan aydın olmursa və bunu sorğunun icrası üç ün nəzərdə tutulmuş müddət ərzində dəqiqləşdirmək mümkün deyilsə, o zaman sorğunun icrası informasiya sahibinin seçdiyi formada təmin olunur

46. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur. “Maddə

76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir....” “Maddə

77. Sübut etmə vəzif əsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

80. Sübutların aid edilməsi Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. “Maddə

81. Sübutların mümkünlüyü Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. “Maddə

89. Yazılı sübutlar 89.1. Yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır....” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, habelə qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyindən və kassasiya şikayətlərinin dəlilləri əsassız olduğundan iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 10 mart tarixli, 2-2(103)163/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri təmin edilməməlidir.

48. İşə baxan apellyasiya instansiyası məhkəməsi ASC-nin nizamnaməsinin 5.1 və 5.3-cü bəndlərinə istinad edərək bildirmişdir ki, səhmdarların ümumi yığıncağında səsvermə hüququ ilə iştirak etmək və onun protokolunun surətini tələb etmək hüququ, həmçinin səhmdarların yazılı ərizəsinə əs asən ildə bir dəfə səhmdarların reyestrinin ona təqdim edilməsini tələb etmək hüququ vardır.

49. MM-in 106-1.3.2-ci maddəsinə (bax § 44) görə qanunvericiliklə müəyyən edilmiş qaydada, cəmiyyətin fəaliyyətinə dair məlumatlar almaq, ildə bir dəfə onun illik hesabatı və maliyyə hesabatları ilə tanış olmaq səhmdar cəmiyyətinin adi səhminin sahibi olan səhmdarın hüququdur.

50. MM-in 106-2.3-cü maddəsinə (bax § 44) görə səhmdar ildə bir dəfə cəmiyyətin icra orqanından səhmdarların reyestrinin ona təqdim edilməsini tələb edə bilər. Bu halda səhmdar cəmiyyətinin icra orqanı səhmdarların reyestrini beş gün ərzində həmin səhmdara təqdim etməlidir.

51. Apellyasiya instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, iddiaçılar ASC-nin səhmdarlarının reyestrinin, son 10 il üçün illik hesabatlar, maliy yə hesabatları və ümumi yığıncaqlarının protokollarının surətlərinin onlara təqdim edilməsini tələb etməkdə haqlı olmuşlar.

52. Məhkəmə kollegiyası hesab edir ki, ona görə də apellyasiya instansiya məhkəməsi düzgün olaraq mülki qanunvericiliyə istinad etməklə iddianı qismən təmin etmiş, yalnız qanunvericilikdə nəzərdə tutulmuş sənədlərin iddiaçılara verilməsində haqlı olmuşdur.

53. Məhkəmə kollegiyası qeyd edir ki, iddia ərizəsində adları sadalanan digər sənədlərin səhmdara verilməsi nə mülki qanunvericilikdə, nə də ASC-nin nizamnaməsində birbaşa olaraq göstərilməmişdir.

54. Belə olan halda nəzərə alsaq ki, iddiaçılar ASC-nin səhmdarlarıdır iddia ərizəsində adları sadalanan digər sənədlər rəsmi və işgüzar qaydada cavabdeh ASC-dən tələb edilə bilər.

55. Apellyasiya instansiya məhkəməsi haql ı olaraq onu da vurğulamışdır ki, iddia ərizəsi cavabdeh1nə aid hissədə iddia təmin edilə bilməz. 56. “Qiymətli kağızlar bazarı” haqqında Qanununa 17-ci maddəsinə əsasən, mərkəzi depozitarın (cavabdeh1) vəzifələri qiymətli kağızların saxlanması və uçotunun aparılması, qiymətli kağız mülkiyyətçilərinin uçotunun aparılması, qiymətli kağız mülkiyyətçilərinin reyestrinin aparılması, qiymətli kağızların öhdəliklərlə yüklənməsinin qeydiyyatı, müştərilərin sorğusu əsasında hesablarından çıxarışların və aparılmış əməliyyatlar haqqında məlumatların verilməsi və bu vəzifələrlə əlaqədar öz üzvlərinə, emitentlərə, fond birjalarına və klirinq təşkilatlarına xidmətlərin göstərilməsindən ibarətdir.

57. İddiaçının kassasiya şikayətində MM-in 106-1.3.2-ci maddəsinə istinadən “cəmiyyətin fəaliyyətinə aid ol an məlumatlar” sözlərinin səhmdara Cəmiyyətin fəaliyyəti ilə bağlı məlumat almaq hüququnun verdiyini, həmçinin bunun “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin müddəaları baxımından da sənədin tələb edilməsi ilə bağlı olmasına dair dəlili ilə əlaqədar Məhkəmə kollegiyası vurğulayır ki,Səhimdar Cəmiyyətin adi səhminin sahibi(səhmdar) MM-in yuxarıda sadalanan maddələrində göstərilən hüdudlar çərçivəsində müəyyənləşdirilmiş hüquqlara malikdirlər.

58. O da qeyd edilməlidir ki, belə hüquqların dairəsi, həmçinin Səhmdar Cəmiyyətin Nizamnaməsi ilə də müəyyənləşdirilə bilər.

59. Belə olan təqdirdə səhmdarın Cəmiyyətlə davranışının həddi və həcmi məhz müəyyənləşdirilmiş belə hüquqlardan törənir.

60. Hazırki iş üzrə də səhmdara mənsub olan və dairəsi qanu nvericiliklə müəyyənləşdirilən hüquqlar apellyasiya instansiya məhkəməsi tərəfindən onun qətnaməsində bilavasitə öz əksini tapmışdır.

61. Qanunla nizamlanmış hüquqlardan hər hansı kənarlaşma iddiaçının kassasiya şikayətində göstərdiyi MM-in 106-cı maddəsinin məzmunu baxımından da məqbul hesab edilə bilməz.

62. Belə ki, həmin maddənin bilavasitə özündə Cəmiyyətin fəaliyyətinə dair məlumatlar almaq hüququ qanunvericiliklə müəyyən edilmiş qayda ilə məhdudlaşdırılmışdır.

63. Bu baxımdan səhmdarın səlahiyyətinin həcminin geniş mənada təfsiri elə həmin bu normanın özü ilə ziddiyyətin yaranmasına gətirib çıxarardı.

64. Məhkəmə kollegiyasıl həmçinin onu da vurğulayır ki, iddiaçının “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə istinad edilməklə ASC-nin fəaliyy əti ilə bağlı məlumat almaq hüququnun, məlumatların əldə edilməsinin məhz sənədin tələb edilməsi ilə bağlı olmasına dair dəlili adı çəkilən Qanunun 9-cu maddəsindəki informasiya sahiblərinin dairəsi baxımından hazır ki iş üzrə ASC-yə münasibətdə məqbul sayıla bilməz.

65. Məhkəmə kollegiyası ASC-nin kassasiya şikayətinin dəlili ilə bağlı qeyd edir ki, apellyasiya instansiya məhkəməsi qətnamədə göstərdiyi məlumatların ASC tərəfindən qanunla müəyyən edilmiş müddətlərdə iddiaçıya təqdim edilməsi və ya onun hüquqlarının həyata keçirilməsinə hər hansı şərait yaradılmasını sübut etməməsi baxımından apellyasiya instansiya məhkəməsinin qətnaməsi düzgün olmuşdur.

66. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud olmamışdır. Kassasiya şikayətlərinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 10 mart tarixli, 2-2(103)-163/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

67. Yuxarıda göstərilənlərə və MPM-in 416, 417, 419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı1 kassasiya şikayəti təmin olunmasın. Cavabdeh “cavabdeh 2” ASC-nin kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 10 mart tarixli, 22(103)-163/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar