Məhkəmə qərarları › İş №2-2(102)-711/2024

Ali Məhkəmə Qərardad — İş №2-2(102)-711/2024

26.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-711/2024 26.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası QƏRARDAD iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı ilk, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı qarşılıqlı tələblərinə dair iş üzrə Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi X1 məruzəsi ilə, hakimlər X2 və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 1 avqust tarixli, 2-2(107)-80/2023 nömrəli qətnaməsindən Cavabdeh MMC və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" MMC tərəfindən ayrıayrılıqda verilmiş kassasiya şikayətlərini nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC (bundan sonra – “iddiaçı”) cavabdeh X4” MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən icarə müqaviləsi əsasında fevral ayı üçün 26.714 manat, mart ayı üçün 45.667 manat, aprel ayı üçün 45.667 manat, may ayı üçün 45.667 manat, iyun ayı üçün 45.667 manat, iyul ayı üçün 45.667 manat, avqust ayı üçün 45.667 manat olmaqla, ümumilikdə 300.716 manat pulun, 400 manat mediasiya xərci və 191 manat dövlət rüsumunun alınaraq onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda, cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının təqdim etdiyi icarə müqaviləsinə 2023-cü il 10 fevral ta rixli 1 nömrəli əlavə və həmin tarixli aktın etibarsız hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin 2023-cü il 8 avqust tarixli e-2-2(117)-654/2023 nömrəli qətnaməsi ilə ilk iddia təmin, qarşılıqlı iddia isə rədd olunmuşdur (hakim R.Məcidov). Cavabdeh və üçüncü şəxs ayrı-ayrılıqda apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, ilk iddianın rədd və qarşılıqlı iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 21 dekabr tarixli 2-2(107)-86/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunaraq, iş üzrə yeni qətnamə qəbul edilmiş, ilk iddia rədd olunmuş, qarşılıqlı iddia isə təmin olun muşdur (sədrlik edən-məruzəçi hakim E.Hüseynov, hakimlər V.Məlikov və G.Cavadova). İddiaçı həmin qətnamədən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, ilk iddianın təmin və qarşılıqlı iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 17 may tarixli, 2-2(102)-242/2024 nömrəli qərarı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, qətnamə ləğv edilərək iş yeni apellyasiya baxışına qaytarılmışdır (sədrlik edən-məruzəçi hakim K.Abiyeva, hakimlər B.Qəribov və M.Əhmədova). Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 1 avqust tarixli, 2-2(107)-80/2023 nömrəli qətnaməsi ilə apelyasiya şikayətləri təmin edilməmiş, Şəki Kommersiya Məhkəməsinin 20 23-cü il 8 avqust tarixli e-2-2(117)-654/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim N.Quliyev, hakimlər Ə.Məcidov və M.Əsəsdli). Həmin qətnamədən cavabdeh və üçüncü şəxs ayrı-ayrılıqda kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, ilk iddianın rədd və qarşılıqlı iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2024-cü il 25 oktyabr tarixli 2-2(102)671/2024 nömrəli qərardadı ilə hər iki kassasiya şikayəti üzrə dövlət rüsumu düzgün məbləğdə ödənilmədiyinə görə şikayətlər qeyri-mümkün hesab edilərək, iş kassasiya şikayətlərinin geri qaytarılması məsələsinə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Bundan sonra, cavabdeh və üçüncü şəxs 2024-cü il 25 oktyabr tarixində dövlət rüsumunun çatışmayan hissəsini ödəyərək, qəbzləri elektron sistemə yükləmiş və Şəki Apellyasiya Məhkəməsinə ərizə ilə müraciət edərək, Azərbaycan Respublikası Ali Məhkəməsinin kassasiya şikayətinin geri qaytarılması məlumatını gördükdən dərhal sonra 100 manat əlavə dövlət rüsumu ödənildiyi qeyd etmişlər, bu səbəbdən də kassasiya şikayətlərinin və ona əlavə olunmuş sənədlərin baxılması üçün Azərbaycan Republikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına göndərilməsini xahiş etmişlər. Şəki Аpellyаsiyа Məhkəməsinin Kommersiya Kоllegiyаsının 2024-cü il 06 noyabr tarixli, 2-2(107)-80/2023 nömrəli qərardadı ilə Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 1 avqust 2024-cü il tarixli, 2-2(107)-80/2024 nömrəli qətnaməsindən Cavabdeh MMC-nin və müstəqil tələb irəli sürməyən üçü ncü şəxs "xxxx" MMC-nin nümayəndəsi, həmçinin vəkili Nümayəndə3 tərəfindən verilmiş kassasiya şikayətlərinin uyğun hesab edilməsi və kassasiya şikayətlərinin baxılması üçün kommersiya mübahisəsinə dair işlə birlikdə Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası hesab edir ki, işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar mövcud deyil. Belə ki, kassasiya şikayətinin geri qaytarılması üçün əsas olan hallar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 408.1-ci maddəsində göstərilmişdir. Həmin halların mövcud olması kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi əsası kimi də çıxış edir. Belə ki, MPM-in 404-1.2-ci maddəsində kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi əsasları konkret göstərilməmiş və ümumi qaydada müəyyən edilmişdir ki, işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. Beləliklə, MPM-in 408.1-ci maddəsində göstərilən hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən aşkar edildiyi halda kassasiya şikayəti həmin məhkəmə tərəfindən geri qaytarılır, həmin hallar kassasiya instansiyası məhkəməsi tərəfindən aşkar edildikdə isə kassasiya şikayəti qeyri-mümkün hesab edilir və bu barədə qərara əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən geri qaytarılır. Eyni zamanda, MPM-in 420-ci maddəsinə əsasən, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Qeyd edilən müddəalar, habelə MPM-in 402.2.2-ci maddəsinə əsasən, kassasiya şikayəti verilə bilən apellyasiya instansiyası məhkəməsinin qərardadları sırasından kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən kassasiya şikayətinin qaytarılması hallarının istisna olunması belə qənaətə gəlmək üçün əsas verir ki, Ali Məhkəmə tərəfindən kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardadı qətidir və burada əks etdirilmiş göstərişlər apellyasiya instansiyası məhkəməsi tərəfindən birmənalı şəkildə icra edilməlidir. Belə olan halda, Ali Məhkəmə tərəfindən kassasiya şikayətinin qeyri-mümkün hesab edilərək geri qaytarılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərardaddan sonra apellyasiya instansiyası tərəfindən kassasiya şikayətinin geri qaytarılması barədə qərar dadı əsasən formal xarakter daşıyır. Çünki kassasiya şikayətinin qeyri-mümkünlüyünə dair Ali Məhkəmənin qərardadında şikayətin geri qaytarılması barədə birbaşa və açıq göstəriş verildiyi üçün, apellyasiya instansiya məhkəməsinin həmin şikayəti müvafiq tərəfə qaytarmaqdan başqa hər hansı prosessual hərəkətin etməsi mümkün deyil. Eyni zamanda, MPM-in 408.5-ci maddəsində nəzərdə tutulur ki, Məcəllənin 408.1.1-408.1.5 və 408.1.7-ci maddələrində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra, şikayəti verən şəxs yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər. Bu müddəanın mənasına görə, kassasiya şikayəti verildiyi anda onun verilməsinə dair prosessual hərəkət bitmiş hesab olunur, onun müvafiq apellyasiya instansiyası məhkəməsinə təqdim edilməsi anınadək tamlığı təmin edilməl i, kassasiya şikayətinin verilməsi ilə bağlı hər hansı nöqsanlar onun verilməsi üçün nəzərə tutulmuş müddətdə aradan qaldırıla bilər. Kassasiya şikayəti müvafiq əlavələrlə birlikdə Ali Məhkəməyə göndərildikdən sonra, onun formasına, məzmununa və əlavə edilən sənədlərə hər hansı düzəliş edilməsinə yol verilmir. Ali Məhkəmə tərəfindən kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi barədə qərardadın qəbul edilməsi məqamında, həmin kassasiya şikayəti ilə bağlı məhkəmə icraatına yekun vurulur, həmin kassasiya şikayətinin hər hansı prosessual dəyəri sıfıra enir və bundan sonra şikayəti verən şəxs yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər. Bununla belə, hazırkı iş üzrə cavabdeh və üçüncü şəxs kassasiya şikayətlərinin qeyri-mümkün hesab edilməsi barədə Ali Məhkəmənin qər ardadı elan edildikdən sonra əlavə məbləğdə dövlət rüsumunu ödəmişlər. X6 Məhkəməsinin kommersiya kollegiyası mülki prosessual qanunvericiliyin bu aydın normasına əməl etməyərək, apellyasiya instansiya məhkəməsinə təqdim edilmiş qəbzi nöqsanın aradan qaldırılması kimi qəbul etmiş, kassasiya şikayətlərini cavabdeh və üçüncü şəxsə qaytarmaq və onlara yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət etmək hüququna malik olduğunu izah etmək əvəzinə, Ali Məhkəmənin məcburi göstərişini icra etməkdən imtina edərək, artıq hüquqi əhəmiyyəti olmayan, yəni prosessual baxımından mövcud olmayan kassasiya şikayətlərini Ali Məhkəməyə geri qaytarmış və heç bir qanuni əsas olmadan 2024-cü il 06 noyabr tarixli, 2-2(107)-80/2023 nömrəli qərardadında qeyd etmişdir ki, kassasiya şikayətinin geri qaytarılm asına səbəb olan əsaslar aradan qaldırıldığı üçün kassasiya şikayətlərinin Şəki Apellyasiya Məhkəməsi tərəfindən kassatorlara geri qaytarılması əlavə vaxt itkisinə səbəb ola bilər. Şəki Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasının istinad etdiyi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408.5-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2024-cü il tarixli qərarında da göstərilmişdir ki, kassasiya şikayətinin Mülki Prosessual Məcəllənin 405-ci maddəsi ilə nəzərdə tutulmuş müddət (2 ay) keçdikdən sonra və ya bu müddətin keçməsinə az vaxt qala geri qaytarıldığı halda, şikayətdəki nöqsanların aradan qaldırılmasından sonra yenidən məhkəməyə müraciət edilə biləcəyi prosessual müddət qanunvericiliklə müəyyən edilməmişdir. B u isə bəzən şəxsin təqsiri olmadan, obyektiv səbəblərdən məhkəməyə şikayət verməklə bağlı qanunvericiliklə müəyyənləşdirilmiş müddətlərin ötürülməsi ilə nəticələnir, lakin belə hallar məhkəmələr tərəfindən üzürlü səbəb olaraq qiymətləndirilmir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 133.1-ci maddəsinə uyğun olaraq məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Nəticədə şəxs şikayətin qaytarılmasına səbəb olan çatışmazlıqları aradan qaldırdıqdan sonra təkrarən məhkəməyə müraciət etmək hüququndan məhrum olur ki, bu da məhkəmə müdafiəsi hüququnun konstitusion mahiyyəti və təyinatı ilə uzlaşmır. Göstərilənlər baxımından Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, məhkəmələr tərəfindən şikayət verən şəxsin kassasiya şikayətinin qaytarılmasına səbəb olan nöqsanları aradan qaldıraraq yenidən məhkəməyə müraciət etməsi üçün müvafiq müddətin qanunvericilik qaydasında müəyyən edilməsi məqsədəmüvafiq olar. Bu, şəxslərin Konstitusiyanın 60-cı maddəsinin İ hissəsində və Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi baxımından zəruridir. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu nəticəyə gəlmişdir ki, Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelərə əsasən, məsələ qanunvericilik qaydasında həll edilənədək şəxsin kassasiya şikayətinin qaytarılmasına səbəb olan nöqsanları aradan qaldıraraq yenidən məhkəməyə müraciət edə biləcəy i ağlabatan müddət hakim tərəfindən müəyyən edilməlidir. Göründüyü kimi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan Qərarında əks olunmuş hüquqi mövqeyə görə də kassasiya şikayətində olan nöqsanlar aradan qaldırıldıqdan sonra kassasiya şikayəti verən şəxs yenidən məhkəməyə müraciət etməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırda işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar mövcud deyil. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 404-1.2, 408-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 1 avqust tarixli, 2-2(107)-80/2023 nömrəli qətnaməsindən Cavabdeh MMC və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməy ən üçüncü şəxs "xxxx" MMC tərəfindən ayrıayrılıqda verilmiş kassasiya şikayətləri qeyri-mümkün hesab edilsin və iş materialları Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 25 oktyabr tarixli 2-2(102)-671/2024 nömrəli qərardadının icra edilməsi üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar