Məhkəmə qərarları › İş №2-2(102)-712/2024

Ali Məhkəmə Qərardad — İş №2-2(102)-712/2024

21.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-712/2024 21.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARDADİ 2-2(102)-712/2024 Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi - müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilmədikdə, kassasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verildikdə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmadıqda Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Xıdırov Əhliman Mehman oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxs: X1) qarşı icarə müqaviləsinin ləğvi, pul və mağazanın təhvil verilməsi tələblərinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 16 avqust tarixli 22(106)-108/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyü məsələsinə baxılarkən aşağıdakılar müəyyən edilmişdir. İş üzrə məhkəmə icraatı

1. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – “cavabdeh”) ((müstəqil tələb irəli sürməyən üçüncü şəxs: X1 (bundan sonra – “üçüncü şəxs”)) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilə öhdəliklərini yerinə yetirmədiyi üçün iddiaçı ilə cavabdeh arasında Sabirabad şəhəri H.Əliyev prospektində yerləşən 190 saylı qeyri – yaşayış sahəsinə (mağaza) dair bağlanmış 2020-ci il 1 ya nvar tarixli müqavilənin ləğv edilməsini, cavabdehdən 1.680 manat məbləğində əsas borcun, 484 manat məbləğində cərimənin tutularaq İddiaçınə ödənilməsini, İddiaçınə məxsus 190 saylı qeyri – yaşayış sahəsindən (mağazadan) cavabdeh tərəfindən istifadəyə son qoyulması və mağazanın dərhal İddiaçınə təhvil verilməsini, 200 manat mediasiya xərci, 8 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Şirvan Kommersiyа Məhkəməsinin 2024-cü il 12 yanvar tarixli e-2-2(121)-52/2024 nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin olunması, iddiaçı ilə cavabdeh arasında bağlanmış 2020-ci il 1 yanvar tarixli icarə müqaviləsinin ləğv edilməsi, cavabdehdən 1.680 manat əsas borc, 50 manat cərimə borcu, 200 manat mediasiya xərci və 8 manat dövlət rüsumu olmaqla, ümumilikdə 1.938 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməsi, iddiaçıya məxsus Sabirabad rayonu, H.Əliyev prospektində yerləşən 190 saylı qeyri – yaşayış sahəsi (mağaza) cavabdeh tərəfindən iddiaçıya təhvil verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur (hakim – E.Abdullayev).

3. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

4. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 16 avqust tarixli 2-2(106)-108/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – P.Əhmədov, hakimlər – C.İmanov və T.Kəri mov).

5. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv olunması və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Tətbiq edilən hüquq

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonar – “MPM”) müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

133. Prosessual müddətlərin bərpası 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. 133.2. Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. 133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). 133.4. Buraxılmış prosessual müddətin bərpası məhkəmənin qətnaməsində, qərardadında və qərarında göstərilməlidir. 133.5. Müddətin bərpasından imtina barədə qərardad çıxarılır. 133.6. Prosessual müddətlərə dair məsələ üzrə qərardaddan işdə iştirak edən şəxslər şikayət verə bilər.” “Maddə

135. Məhkəmə sənədlərinin çatdırılması və rəsmi qaydada verilməsi... 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.... 135.8. Kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri o nların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.” “Maddə 404-1. Kassasiya şikayətinin mümkünlüyünün yoxlanılması 404-1.1. Kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir. 404-1.2. işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir....” “Maddə

405. Kassasiya şikayəti vermə müddəti...

405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində;...” “Maddə

408. Kassasiya şikayətinin qaytarılması 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır:... 408.1.3. kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə 408.1.4. kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa;... 408.3. Kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır....” 7. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə

8. Məhkəməyə iddia ərizəsinin, digər ər izənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri... 8.2. Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə: 100 manat... 8.6. Apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə: bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

8. Aşağıda göstərilənlərə əsasən kassasiya şikayətinin icraata qəbulundan imtina edilməlidir.

9. Belə ki, kassasiya şikayətinin mümkünlüyü yoxlanılarkən “Məhkəmə sənədlərinin proses iştirakçılarının Ele ktron kabinetinə yerləşdirilməsinə dair” 2024-cü il 22 avqust tarixli çıxarışdan (İİ cild, iş/v 56) müəyyən edilmişdir ki, Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 16 avqust tarixli 2-2(106)-108/2024 nömrəli qətnaməsi cavabdehin vəkili Vəkil2 (bundan sonra – “vəkil”) elektron kabinetinə 2024-cü il 22 avqust tarixində yerləşdirilmişdir. Həmin çıxarışa əsasən, Vəkil2 təsdiq edilmiş elektron ünvanı (e-mail) vardır (mailto:vekil_salman@mail.ruElektron ünvan ). Vəkil2 apellyasiya instansiyası məhkəməsində cavabdehi təmsil etmə səlahiyyətinə malik olmasına dair müvafiq etibarnamə və orderi iş materiallarına əlavə edilmiş, həmçinin kassasiya şikayəti verilərkən də onun səlahiyyətli olmasını təsdiq edən etibarnamə və orderi şikayətə əlavə olunmuşdur.

10. Bu o anlama gəl ir ki, cavabdehin vəkilinə münasibətdə MPM-in 135.8-ci maddəsinin (bax § 6) yalnız birinci dispozisiya şərti (qərardadın “elektron kabinet”də yerləşdirilməsi) deyil, həm də ikinci dispozisiya şərti (ona bu barədə həmin sistem üzərindən elektron poçt vasitəsilə məlumat çatdırılması) yerinə yetirilmişdir.

11. Belə ki, “Elektron məhkəmə” informasiya sistemi şəxs elektron kabinet yaradarkən təsdiq edilmiş elektron ünvanını (e-mail) qeyd etdiyi halda, elektron kabinetdə məhkəmə sənədlərinin yerləşdirilməsi barədə həmin şəxsə təsdiq edilmiş elektron poçt vasitəsilə məlumat çatdırmaq funksionallığına malikdir.

12. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehin vəkilinə 2024-cü il 22 avqust tarixində MPM-in 135.5 və 135.8-ci maddələrinin tələblərinə uyğun olaraq lazımi qay dada çatdırılmışdır.

13. Odur ki, kassasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş 2 aylıq müddətin axımı 2024-cü il 23 avqust tarixində başlayaraq iş günü olan 22 oktyabr tarixində bitmiş olurdu.

14. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 16 avqust tarixli 2-2(106)-108/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti isə “Elektron məhkəmə” informasiya sisteminə 2024-cü il 30 oktyabr tarixində, yəni cavabdehin vəkili qətnaməni aldıqdan 2 ay 8 gün sonra imzalanaraq daxil edilmiş, beləliklə də apellyasiya məhkəməsinin qətnaməsindən kassasiya şikayətinin verilməsi üçün MPMin 405-ci maddəsində nəzərdə tutulmuş 2 aylıq müddət ötürülmüş, müddətin bərpasına dair ərizə isə verilməmişdir.

15. Digər tərəfdən cavabdeh tərəfindən kass asiya şikayəti verilərkən dövlət rüsumu da qanunvericiliklə müəyyən olunmuş məbləğdə ödənilməmişdir. Belə ki, cavabdeh tərəfindən yalnız iddia tələbinin məbləğlə bağlı (qiymətləndirilən) hissəsinə münasibətdə 22 manat dövlət rüsumu ödənilmişdir.

16. Halbuki, iddia tələbində 2.164 manat məbləğdən savayı, tərəflər arasında 2020ci il 1 yanvar tarixində bağlanmış müqavilənin ləğvi və həmin müqavilədə qeyd olunan qeyri – yaşayış sahəsindən istifadəyə son qoyularaq iddiaçıya təhvil verilməsi tələbləri də irəli sürülmüşdür. Belə olan halda, “Dövlət rüsumu haqqında” Qanunun 8.2-ci maddəsinin tələbinə əsasən, cavabdeh tərəfindən apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayətinin verilməsi üçün ödənilməli olan dövlət rüsumunun ümumi məbləği (iddianın qiymətləndirilən və qiymət ləndirilməyən hissəslərinə münasibətdə) 70 manat (20 manat + 50 manat) təşkil etməli idi.

17. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin verilməsi müddətinin ötürülmüş olmasından əlavə olaraq bu hal da yuxarıda istinad olunan normaların tələbləri baxımından kassasiya şikayətinin geri qaytarılması üçün əsas olmuşdur.

18. Apellyasiya instansiyası məhkəməsi isə MPM-in 408.1 və 408.1.3-cü maddələrinin tələblərinə uyğun olaraq kassasiya şikayətini geri qaytarmalı olduğu halda, buna əməl etməyərək işlə birlikdə baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərmişdir.

19. Qeyd edilənlərə əsasən, kassasiya şikayəti qanunla müəyyən olunmuş qaydada verilmədiyi üçün icraata qəbul edilə bilməz. Bu səbəbdən şikayət qeyri-mümkün hesab edilməli və iş kassasiya şikayətinin geri qaytarıl ması məsələsinə baxılması üçün işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

20. Şərh olunanları nəzərə alaraq və MPM-in 404, 407 və 408-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 16 avqust tarixli 2-2(106)-108/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar