Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-713/2022 15.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRAR Açar sözlər: ipoteka predmetinin likvid qiyməti Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun tutulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 5 iyul tarixli, 2-2(103)-91/2022 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ
1. İddiaçı ASC (bank) ilə Cavabdeh1 (borc alan) arasında bağlanmış 25 iyul 2019-cu il tarixli, X1 kreditlər üzrə 03/113 saylı ümumi müqavilədən görünür ki, həmin müqavilə borclanma limitin ayrılması və kreditlərin verilməsi, rəsmiləşdirilməsi və istifadə olunması ilə bağlı bank və borc alan arasındakı münasibətləri tənzimləyir. Bank bu müqavilədə və xüsusi şərtlərdə müəyyən olunmuş şərtlərlə borc alana kredit verə bilər, borc alan kredit verildiyi təqdirdə kredit məbləğini, onun faizlərini və digər ödənişləri kredit müqaviləsi ilə nəzərdə tutulmuş vaxtda və şərtlərlə qaytarmağı öhdəsinə götürür. Borc alan krediti yalnız xüsusi şərtlərdə əks olunan təyinatı üzrə istifadə etməlidir.
2. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən, bank müvafiq bor calanlara hazırkı müqavilənin şərtlərinə uyğun olaraq xüsusi şərtlər ilə müəyyən edilmiş məbləğ, valyuta və müddətə borclanma limitini ayırır. Müqaviləyə əsasən, n borclanma limitindən xüsusi şərtlərdə göstərilən müddət ərzində istifadə oluna bilər; borclanma limiti bankın daxili qaydalarına uyğun olaraq zəruri sənəd və məlumatlar təqdim olunduqda rəsmiləşdirildikdən (ipoteka (girov) müqaviləsi bağlanılıb dövlət qeydiyyatına alındıqdan, sığorta şəhadətnaməsi təqdim edildikdən), komissiya haqları ödənildikdən sonra ayrılır. Kredit məbləği təminat rəsmiləşdirildikdən və sığorta şəhadətnaməsi təqdim edildikdən (kredit təminatla ayrıldığı və xüsusi şərtlərdə tələb olunduğu halda), həmçinin bankın daxili qaydalarına uyğun olaraq zəruri sənəd və məlumatlar təqdim olunduqdan və xidmət haqları ödə nildikdən (tələb olunduğu halda) sonra verilir. Kredit müqaviləsi üzrə bütün öhdəliklərin (əsas və faiz borcu) tam ödənilməsi üçün vəsait yetərli olmadıqda həmin vəsait ilk olaraq cərimə faizləri (olduğu təqdirdə), ikinci növbədə ödəniş cədvəlində qeyd olunan tarixə hesablanmış, lakin ödənilməmiş faizlər, sonra gecikmiş əsas borc (olduğu təqdirdə), daha sonra isə əsas borcun ödənilməsinə yönəldilir. Bu müqavilə üzrə ödəniş müddəti çatanadək ABŞ dolları/AVRO məzənnəsi dəyişdiyi təqdirdə kreditin ödənilməsi ödəniş anına mövcud məzənnə üzrə ediləcək. (Müqavilənin 3.1.4, 3.1.7, 4.2.1, 4.2.12, 4.2.13-cü bəndləri). 3. 03/113 saylı 2019-cu il 25 iyul tarixli X1 kreditlər üzrə ümumi müqaviləyə kreditləşmənin xüsusi şərtlərinə dair 01 saylı əlavəyə əsasən tərəflər müqavilə üzrə aşağıdakılar barədə razılığa gəlmişlər: - 1-ci bəndinə əsasən hazırkı əlavə bank və borc alan arasında bağlanmış 03/113 saylı, 2019-cu il 25 iyul tarixli X1 kreditlər üzrə ümumi müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunur. - 2-ci bəndinə əsasən bank aşağıdakı şərtlərlə kredit verməyi, borc alan isə aldığı krediti (əsas borcu) qaytarmağı və kreditdən istifadəyə görə hesablanacaq faizləri kredit müqaviləsi ilə müəyyən olunan müddətdə və qaydada banka ödəməyi öhdəsinə götürür. - 2.3-cü bəndinə əsasən kreditin məqsədli təyinatı restoranın tikintisinin başa çatdırılması və cari kreditin bağlanması kimi razılaşdırılmışdır; - 2.5-ci bəndinə əsasən kreditin məbləği 1.000.000 (bir milyon) manat müəyyən edilmişdir. - 2.7-ci bəndinə əsasən kredit üzrə illik faiz dərcəsi 16 (on altı) %, manatın ABŞ dollarına nisbətd ə dəyəri 1,75 manatdan 1,90 manatadək olarsa, müqavilənin 1.4-cü bəndində qeyd edilən kreditin illik faiz dərəcəsi 33 % olacağı müəyyən edilmişdir. - 2.17-ci bəndinə əsasən tərəflərin 1-ci tranşın Cavabdeh2 Bank Respublika ASC-də 500 000 (beş yüz min) AZN məbləğindəki kredit limiti çərçivəsindən verilən 200 000 (iki yüz min) AZN məbləğindəki kreditinin bağlanması üçün ayrılacaq və verildikdən sonra həmin bankdakı limitdaxili kreditin tam bağlanması barədə məktub təqdim edilməsi; 2-ci tranşın 300 000 (üç yüz min) AZN məbləğində ayrılacaq və tranşın verilməsi yalnız Cavabdeh2 Bank Respublika ASC-də olan kredit limitinin ləğv olunması və borcun olmaması barədə məktub təqdim olunduqdan sonra veriləcəyi; 3-cü tranşın Monitorinq həyata keçirildikdən sonra Bankın rəyinə əsasən ayrılacağı; 6 (al tı) ay sonra kreditin təyinatı üzrə monitorinq keçiriləcəyi barədə tərəflər razılığa gəlmişlər. - 2.14-cü bəndinə əsasən təminata dair müqavilənin tarixi və nömrəsi bunlardır: 2019-cu il 25 iyul tarixli 13/113 saylı zaminlik müqaviləsi; 2019-cu il 25 iyul tarixli 01/113 saylı ipoteka müqaviləsi; 2019-cu il 25 iyul tarixli 02/113 saylı ipoteka müqaviləsi; 2019-cu il 25 iyul tarixli 01/113 saylı sonrakı İpoteka müqaviləsi.
4. İddiaçı ASC tərəfindən verilmiş 135000/2387 saylı 2021-ci il 19 avqust tarixli maliyyə arayışı ilə təsdiq edilir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 2019-cu il 25 iyul tarixli, X1 kreditlər üzrə 03/113 saylı ümumi müqavilə və həmin müqavilənin Kreditləşmənin xüsusi şərtlərinə dair 2019-cu il 25 iyul tarixli 01 saylı əlavəsinə əsasən Cavabdeh1 24 ay müddətin ə illik 16% olmaqla 1.000.000 manat kredit verilmişdir. 2021-ci il 19 avqust tarixə Cavabdeh1 və Cavabdeh2 999.980 manat əsas, 213.398,39 manat faiz, 84.277,06 manat cərimə, ümumilikdə 1.297.655,45 manat borcu vardır.
5. İddiaçı ASC (kreditor) ilə Cavabdeh2 (zamin) arasında bağlanmış 25 iyul 2019-ci il tarixli 13/113 (Z) saylı zaminlik müqaviləsi ilə müəyyən edilir ki, həmin müqavilənin “1.1-ci bəndinə əsasən zamin borc alanın kreditor qarşısında yaranmış, bu Müqavilənin 1.2-ci bəndində göstərilən öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. İcrası zaminliklə təmin olunmuş əsas öhdəlik və onun məzmunu 03/113 saylı, 25 iyul 2019-cu il tarixli X1 kreditlər üzrə ümumi müqavilə və həmin müqaviləyə Kreditləşmənin xüsusi şərtlərinə dair 25 iyul 2019- cu il tarixli 01 sayl ı əlavə ilə müəyyən olunur. Zamin əsas borc, hesablanmış istifadə faizi, dəbbə pulu, maliyyə sanksiyası, tələbin yönəldilməsi ilə bağlı bütün növ xərclər, habelə borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, kreditor qarşısında borcalanla eyni həcmdə, birgə məsuliyyət daşıyır. zaminliklə təmin edilmiş öhdəlik (borc), habelə kredit müqaviləsi üzrə hüquqlar hər hansı bir səbəbdən, o cümlədən vərəsəlik, hüquqi varislik qaydasında başqa şəxsə keçdikdə, borcalan öldükdə və ya hüquqi şəxs ləğv edildikdə zaminlik qüvvəsində qalır. bu müqavilənin 1.2-ci bəndində qeyd olunmuş müqavilədə nəzərədə tutulmuş digər hallarda; kreditor kredit müqaviləsi üzrə əsas və faiz borclarını zaminin sərəncamı olmadan, akseptsiz qaydada onun bankdakı hesabından tuta (silə) bilər. (Zaminlik müqaviləsinin 1.2, 1.11, 1.12, 2.4.3). Müqavilə kreditorun imzası və möhürü ilə, borc alanın və zaminin imzası ilə təsdiq edilmişdir
6. İddiaçı ASC (ipoteka saxlayan), Cavabdeh1 (borc alan) və Cavabdeh2 (ipoteka qoyan) arasında bağlanmış 01/113 saylı xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsinə əsasən ilə müəyyən edilir ki, ipoteka saxlayan ilə borclu arasında 03/113 saylı, 25 iyul 2019-cu il tarixli X1 Kreditlər üzrə Ümumi Müqavilə və həmin müqaviləyə Kreditləşmənin Xüsusi Şərtlərinə dair 25 iyul 2019-cu il tarixli 01 saylı Əlavəyə əsasən 24 ay müddətinə ayrılmış 1.000.000 manat məbləğində veriləcək kreditin və ona hesablanmış faizlərin, habelə qanunvericiliklə və bu müqavilələr ilə nəzərdə tutulmuş digər ödənişlərin qaytarılmasının təminatı kimi tərəflər bu müqavilə ilə müəyyən edilmiş əmlakın ipoteka ilə yüklü edilməsi barədə razılığa gəlmişlər.
7. Həmin Müqaviləyə əsasən, ipotekanın predmeti Bakı şəhəri, Nizami rayonu, Rizvan Teymurov küçəsi, 46A ünvanında 0,0307 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 704.20 kv.m olan fərdi yaşayış evdir. İpoteka predmetinin bazar dəyəri müstəqil qiymətləndirici olan "xxxx" MMC tərəfindən verilmiş rəyə müvafiq olaraq xx.xx.2019-cu il tarixə 713.000 manat məbləğində müəyyən edilmişdir. İpotekaya qoyulmuş əmlak ipoteka saxlayanın tələbi kredit müqaviləsindən irəli gələn əsas borc, faizlər, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzin ödənilməsini məhkəmənin müvafiq qə tnaməsinin (qərarının) qəbul edilməsi tarixindən (istər məhkəmə qətnaməsindən (qərarından) əvvəl, istərsə də ondan sonra) asılı olmayaraq tam həcmdə təmin edir. Bu müqavilə imzalandığı gündən gec olmayaraq ipoteka saxlayanla razılaşdırılmış sığorta şirkətində öz vəsaitləri hesabına bu müqavilənin 2.2-ci bəndində göstərilmiş ipoteka predmetini sığortalamaq (zədələnməsi, məhv olunması, yaxud hər hansı digər formada itkisi). Sığorta müqaviləsi ipoteka saxlayanın xeyrinə bankın tələbi ilə bu müqavilənin müddətinə və ya qısa müddətə bağlanıla bilər. Sığorta müqaviləsinin müddətinin uzadılması üçün ipoteka qoyan həmin müqavilənin başa çatmasına 10 iş günü qalmış sığorta müqaviləsinin müddətinin uzadılmasını və ya yeni müqavilənin bağlanmasını təmin edib (İpoteka müqaviləsinin uzadılan tarixinə dək sığortalanmalı) təsdiqedici sənədləri banka təqdim etməlidir. Bu müqaviləyə uyğun olaraq bağlanılmış sığorta müqaviləsi üzrə ipoteka saxlayana ödəniləcək sığorta məbləği kredit məbləğindən az olmamalıdır. İpoteka ilə yüklü edilmiş əmlaka onun təyinatına uyğun olaraq sahib olmaq və istifadə etmək, bu şərtlə ki, istifadə əmlakın məhv edilməsinə, zədələnməsinə və ya onun dəyərinin azaldılmasına səbəb olmasın. İpoteka ilə təmin edilmiş öhdəliklər üzrə ödənişlər 90 (doxsan) təqvim günü və daha çox gecikdirildikdə ipoteka saxlayan tərəfindən ipoteka ilə təmin edilmiş əmlaka tutma yönəltmək hüququ yaranır (Həmin müqavilənin 2.2, 2.4, 2.6, 3.1.8, 3.2.1, 4.1.1). Müqavilə borc alan, ipoteka qoyan və ipoteka saxlayan tərəfindən imzalanmış və notarial qaydada təsdiq edilmişdir.
8. Hüquqların Dövlə t Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** nömrəli 2019-cu il 16 iyul tarixli Çıxarışla ünvan 1 ünvanında 0,0307 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 704.20 kv.m olan fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə Cavabdeh2 adına qeydiyyata alınmışdır (İİ cild, iş.v 100).
9. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** nömrəli 2019-cu il 2 avqust tarixli Çıxarışla Bakı şəhəri, Nizami rayonu, Rizvan Teymurov küçəsi, 46A ünvanında 0.0307 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 704.20 kv.m olan fərdi yaşayış evi üzərində Cavabdeh2 hüququ İddiaçı ASC qarşısında ipoteka ilə yüklü edilmişdir (İİ cild, iş.v 98).
10. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** nömrəli 2019-cu il 17 iyul tarixli Çıxarışla ünvan 2 ünvanında 0,0307 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 704,20 kv.m olan fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə Cavabdeh1 adına qeydiyyata alınmışdır (İİ cild, iş.v. 97).
11. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** nömrəli 2019-cu il 2 avqust tarixli Çıxarışla ünvan 3 ünvanında 0,0169 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 507,80 kv.m olan fərdi yaşayış evi üzərində Cavabdeh1 hüququ İddiaçı ASC qarşısında ipoteka ilə yüklü edilmişdir (İİ cild, iş.v99).
12. İddiaçı ASC (ipoteka saxlayan), Cavabdeh1 (borc alan) və Cavabdeh2 (ipoteka qoyan) arasında bağlanmış 01/113 saylı xx.xx.2019-cu il tarixli sonrakı ipoteka müqaviləsinə əsasən ipoteka saxlayan ilə borclu arasında 03/113 saylı, 25 iyul 2019-cu il tarixli X1 kreditlər üzrə ümumi müqavilə və həmin müqaviləyə Kreditləşmənin xüsusi şərtlərinə dair 25 iyul 2019- cu il tarixli 01 saylı əlavəyə əsasən 24 ay müddətinə ayrılmış 1.000.000 manat məbləğində veriləcək kreditin və ona hesablanmış faizlərin, habelə qanunvericiliklə və bu müqavilələr ilə nəzərdə tutulmuş digər ödənişlərin qaytarılmasının təminatı kimi tərəflər bu müqavilə ilə müəyyən edilmiş əmlakın ipoteka ilə yüklü edilməsi barədə razılığa gəlmişlər.
13. Həmin müqaviləyə əsasən, ipotekanın predmeti ünvan 4 ünvanında 0.35 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 128.9 kv.m olan əmlak kompleksidir. İpoteka predmetinin bazar dəyəri müstəqil qiymətləndirici olan "xxxx" MMC tərəfindən verilmiş rəyə müvafiq olaraq xx.xx.2019-cu il tarixə 8.750.000 manat məbləğində müəyyən edilmişdir. İpotekaya qoyulmuş əmlak “İpoteka saxlayan”ın tələbi Kredit Müqaviləsindən irəli gələn əsas borc, faizlər, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzin ödənilməsini məhkəmənin müvafiq qətnaməsinin (qərarının) qəbul edilməsi tarixindən (istər məhkəmə qətnaməsindən (qərarından) əvvəl, istərsə də ondan sonra) asılı olmayaraq tam həcmdə təmin edir. bu müqavilə imzalandığı gündən gec olmayaraq “ipoteka saxlayan”la razılaşdırılmış sığorta şirkətində öz vəsaitləri hesabına bu müqavilənin 2.2-ci bəndində göstərilmiş ipoteka predmetini sığortalamaq (zədələnməsi, məhv olunması, yaxud hər hansı digər formada itkisi). Sığorta müqaviləsi “İpoteka saxlayan”ın xeyrinə Bankın tələbi ilə bu Müqavilənin müddətinə və ya qısa müddətə bağlanıla bilər. Sığorta müqaviləsinin müddətinin uzadılması üçün “İpoteka qoyan" həmin müqavilənin başa çatmasına 10 (on) iş günü qalmış sığorta müqaviləsinin müddətinin uzadılmasını və ya yeni müqavilənin bağlanmasını təmin edib (İpoteka müqaviləsinin uzadılan tarixinədək sığortalanmalı) təsdiqedici sənədləri Banka təqdim etməlidir. Bu müqaviləyə uyğun olaraq bağlanılmış sığorta müqaviləsi üzrə “İpoteka saxlayan”a ödəniləcək sığorta məbləği Kredit məbləğindən az olmamalıdır. İpoteka ilə yüklü edilmiş əmlaka onun təyinatına uyğun olaraq sahib olmaq və istifadə etmək, bu şərtlə ki, istifadə əmlakın məhv edilməsinə, zədələnməsinə və ya onun dəyərinin azaldılmasına səbəb olmasın. İpoteka ilə təmin edilmiş öhdəliklər üzrə ödənişlər 90 (doxsan) təqvim günü və daha çox gecikdiril dikdə ipoteka saxlayan tərəfindən ipoteka ilə təmin edilmiş əmlaka tutma yönəltmək hüququ yaranır (Müqavilənin 2.2, 2.4, 2.7, 3.1.8, 3.2.1, 4.1.1-ci bəndləri). Müqavilə borc alan, ipoteka qoyan və ipoteka saxlayan tərəfindən imzalanmış və notarial qaydada təsdiq edilmişdir.
14. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ********** saylı 2019-cu il 2 avqust tarixli Çıxarışla ünvan 4 ünvanında 0.35 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 128,9 kv.m olan əmlak kompleksi üzərində Cavabdeh2 hüququ İddiaçı ASC qarşısında ipoteka ilə yüklü edilmişdir (İİ cild, iş.v.99).
15. İddiaçı ASC tərəfindən ipoteka qoyan Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış 2020-ci il 11 dekabr tarixli,135000/492 saylı xəbərdarlıq məktubundan görünür ki, kredit müqaviləsi üzrə bor cun qısa müddət ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.
16. İddiaçı ASC-nin ipoteka qoyana ünvanladığı 2020-ci il 15 dekabr tarixli ipotekaya tutma yönəldilməsi barədə bildiriş və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 2021-ci il 14 yanvar tarixli bildirişi ilə təsdiq edilir ki, Cavabdeh1 məxsus olan ünvan 9 (yeni qaydalarla ünvan 5 ünvanında 0.0169 ha torpaq sahəsində yerləşən 507.80 kv.m. ümumi sahədən ibarət fərdi yaşayış evinə tutma yönəldilməsi barədə bildiriş qeydiyyata alınmışdır.
17. İddiaçı ASC-nin ipoteka qoyana ünvanladığı 2020-ci il 15 dekabr tarixli ipotekaya tutma yönəldilməsi barədə bildiriş və bildirişin qeydə alınması b arədə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 2021-ci il 14 yanvar tarixli məktubu ilə təsdiq edilir ki, Cavabdeh2 məxsus olan Bakı şəhəri, Nizami rayonu, Rizvan Teymurov küçəsi, 46A ünvanında 0.0307 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 704,20 kv.m olan fərdi yaşayış evinə tutma yönəldilməsi barədə bildiriş qeydiyyata alınmışdır. 18. 2020-ci il 10 dekabr tarixli 1011 nömrəli ödəniş tapşırığının surətindən görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər ərazi İdarəsində tutma yönəldilməsi barədə bildirişin qeydiyyata alınması üçün İddiaçı ASC tərəfindən 63 manat ödənilmişdir. 19. 2020-ci il 10 dekabr tarixli 1012 nömrəli ödəniş tapşırığının surətindən görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər ərazi İdarəsində tu tma yönəldilməsi barədə bildirişin qeydiyyata alınması üçün İddiaçı ASC tərəfindən 31,50 manat ödənilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
20. İddiaçı ASC (bundan sonra – “iddiaçı”) cavabdehlər Cavabdeh1 Əlisurət qızına (bundan sonra – “Cavabdeh1”) və Cavabdeh2 (bundan sonra – “Cavabdeh2”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının Nizami filialı ilə Cavabdeh1 arasında bağlanmış 2019-cu il 25 iyul tarixli, X1 kreditlər üzrə 03/113 saylı ümumi müqavilə və həmin müqavilənin kreditləşmənin xüsusi şərtlərinə dair 2019-cu il 25 iyul tarixli 01 saylı əlavəsinə əsasən 999.980 manat məbləğində əsas, 128 955,63 manat məbləğində faiz, 62.345,22 manat məbləğində cərimə, ümumilikdə 1.191.280,85 manat məbləğində borcun məhkəməyə m üraciət üçün ödənilmiş 30,40 manat dövlət rüsumunun və ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi üçün ödənilmiş 94,50 manat dövlət rüsumunun Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçının xeyrinə tutulması, borc tələbinin qeyd olunan kreditin təminatı kimi bank xeyrinə ipoteka ilə yüklü edilmiş Cavabdeh2 məxsus Bakı şəhəri, Nizami rayonu, Rizvan Teymurov küçəsi 46A (yeni qaydalarla ünvan 6 ünvanında 0.0307 ha torpaq sahəsində yerləşən 704.20 kv.m. ümumi sahədən ibarət fərdi yaşayış evinə, ünvan 7 ünvanında 0.35 ha torpaq sahəsində yerləşən 128.9 kv.m. ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisəyə, Cavabdeh1 məxsus Bakı şəhəri, Nizami rayonu Rizvan Teymurov küçəsi 48B (yeni qaydalarla ünvan 8 ünvanında 0.0169 ha torpaq sahəsində yerləşən 507.80 kv.m. ümumi sahəd ən ibarət fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetlərinin ilkin satış qiyməti müəyyən edilməklə əmlakların açıq hərracdan satılması, əldə olunacaq vəsait hesabına kredit borcunun ödənilməsi, əmlak satıldıqdan sonra cavabdehlər yaşayış sahəsindən çıxmadıqda məcburi qaydada çıxarılmaqla əmlakın tam boşaldılması, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
21. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının Nizami filialı ilə Cavabdeh1 arasında bağlanmış 2019-cu il 25 iyul tarixli, X1 kreditlər üzrə 03/113 saylı ümumi müqavilə və həmin müqavilənin Kreditləşmənin xüsusi şərtlərinə dair 2019-cu il 25 iyul tarixli 01 saylı əlavəsinə əsasən Cavabdeh1 24 ay müddətinə illik 16% olmaqla 1.000.000 manat kredit verilmişdir. İddiaçının Nizami filialı ilə Cavabdeh2 arasında 2019-cu il 25 iyul tarixli, 13/113 saylı zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsində bank qarşısında öhdəliklərin vaxtında yerinə yetirilməsində Cavabdeh2 borcalanla eyni dərəcədə məsuliyyətinin olması əks olunmuşdur. Kredit öhdəliyinin icrasını təmin etmək məqsədilə iddiaçının Nizami filialı ilə Cavabdeh2 arasında 2019-cu il 25 iyul tarixli, 01/113 saylı ipoteka müqaviləsi bağlanmış və onun mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Rizvan Teymurov küçəsi 46A (yeni qaydalarla ünvan 6 ünvanında 0.0307 ha torpaq sahəsində yerləşən 704,20 kv.m. ümumi sahədən ibarət fərdi yaşayış evi bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Kredit öhdəliyinin i crasını təmin etmək məqsədilə iddiaçının Nizami filialı ilə Cavabdeh2 arasında 2019-cu il 25 iyul tarixli, 01/113 saylı sonrakı ipoteka müqaviləsi bağlanmış və onun mülkiyyətində olan ünvan 7 ünvanında 0.35 ha torpaq sahəsində yerləşən 128.9 kv.m. ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisə bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Kredit öhdəliyinin icrasını təmin etmək məqsədilə iddiaçının Nizami filialı ilə Cavabdeh1 arasında 2019-cu il 25 iyul tarixli, 02/113 saylı ipoteka müqaviləsi bağlanmış və onun mülkiyyətində olan ünvan 9 (yeni qaydalarla ünvan 8 ünvanında 0.0169 ha torpaq sahəsində yerləşən 507.80 kv.m. ümumi sahədən ibarət fərdi yaşayış evi bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsinin tərkib hissəsi olan ödəniş qrafikinə əsasən borcalan hər ay ödə niş etməli olduğu halda, o bu öhdəliyini normal yerinə yetirməmişdir. Beləliklə, 2021-ci il 9 fevral tarixə olan maliyyə arayışına əsasən borcalanın banka 999.980 manat məbləğində əsas, 128.955,63 manat məbləğində faiz, 62.345,22 manat məbləğində cərimə, ümumilikdə 1.191.280,85 manat məbləğində borcu qalmışdır. Cavabdehlərə kreditin qaytarılması haqqında dəfələrlə xəbərdarlıq olunmuş, lakin buna baxmayaraq bu günə kimi kredit borcunun və kreditə hesablanmış faizlərin ödənilməsi üçün tədbirlər görülməmişdir.
22. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 448.1, 739, 472.1, 317.1, 319.1, “Banklar haqqında” Azərbaycan Respublikası Qanunun 36.7, 39.1, 39.3.3, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.1, 39.3.3-cü maddələrinə istin ad olunmuşdur.
23. Daha sonra 2021-ci il 19 avqust tarixdə iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, iddiaçının Nizami filialı ilə Cavabdeh1 arasında bağlanmış 2019-cu il 25 iyul tarixli, X1 kreditlər üzrə 03/113 saylı ümumi müqavilə və həmin müqavilənin Kreditləşmənin xüsusi şərtlərinə dair 2019-cu il 25 iyul tarixli, 01 saylı əlavəsinə əsasən 999.980 manat məbləğində əsas, 213. 398,39 manat məbləğində faiz, 84.277,06 manat məbləğində cərimə, ümumilikdə 1.297 655,45 manat məbləğində borc, məhkəməyə müraciət üçün ödənilmiş 30,40 manat dövlət rüsumu və ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi üçün ödənilmiş 94.50 manat dövlət rüsumunun Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçının xeyrinə tutulması, borc tələbinin qeyd olunan kreditin təmin atı kimi bank xeyrinə ipoteka ilə yüklü edilmiş Cavabdeh2 məxsus Bakı şəhəri, Nizami rayonu, Rizvan Teymurov küçəsi 46A (yeni qaydalarla ünvan 6 ünvanında 0,0307 ha torpaq sahəsində yerləşən 704,20 kv.m. ümumi sahədən ibarət fərdi yaşayış evinə, Cavabdeh1 məxsus ünvan 9 (yeni qaydalarla ünvan 8 ünvanında 0,0169 ha torpaq sahəsində yerləşən 507,80 kv.m. ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetlərinin ilkin satış qiyməti müəyyən edilməklə əmlakların açıq hərracdan satılması, əldə olunacaq vəsait hesabına kredit borcunun ödənilməsi, əmlak satıldıqdan sonra cavabdehlər yaşayış sahəsindən çıxmadıqda məcburi qaydada çıxarılmaqla əmlakın tam boşaldılması, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə qalan məbləğ cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir (İ cild, iş.v160).
24. Cavabdehlər tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim olunmamışdır.
25. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 19 aprel tarixli, e-2-2(113)-1742/2021 saylı qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin olunmuş, ekspertizanın keçirilməsi "xxxx" MMC-yə tapşırılmışdır (İ cild, iş.v75). 26. "xxxx" MMC-nin 2021-ci il 23 iyul tarixli, 115 saylı qiymətləndirmə rəyinə əsasən ünvan 9 ünvanında 0.0169 ha torpaq sahəsində yerləşən 507.80 kv.m. ümumi sahədən ibarət fərdi yaşayış evinin hazırkı bazar qiyməti 800.000 manat, likvid qiyməti 680.000 manat; Bakı şəhəri, Nizami rayonu, Rizvan Teymurov küçəsi, 46A ünvanında 0.0307 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 7 04.20 kv.m olan fərdi yaşayış evinin hazırkı bazar qiyməti 1.150.000 manat, likvid qiyməti 977.000 manat; ünvan 10 ünvanında 0.35 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 128.9 kv.m olan əmlak kompleksinin hazırkı bazar qiyməti 14.000.000 manat, likvid qiymətinin 11.900.000 manat təşkil etməsi müəyyən olunmuşdur (İ cild, iş.v85).
27. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 20 avqust tarixli, e-2-2(113)-1742/2021 saylı qərardadı ilə iş üzrə təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi "xxxx" MMC-yə tapşırılmışdır (İ cild, iş.v183). 28. "xxxx" MMC-nin 2021-ci il 1 sentyabr tarixli, 115 saylı qiymətləndirmə rəyinə əsasən ünvan 9 ünvanında 0.0169 ha torpaq sahəsində yerləşən 507.80 kv.m. ümumi sahədən ibarət fərdi yaşayış evinin hazırkı bazar qiyməti 483. 000 manat, likvid qiyməti 400.000 manat; Bakı şəhəri, Nizami rayonu, Rizvan Teymurov küçəsi, 46A ünvanında 0.0307 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 704.20 kv.m olan fərdi yaşayış evinin hazırkı bazar qiyməti 685.000 manat, likvid qiymətinin 550.000 manat təşkil etməsi müəyyən olunmuşdur (İ cild, iş.v190).
29. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 27 sentyabr tarixli, e-2-2(113)1742/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, 2019-cu il 25 iyul tarixli X1 Kreditlər üzrə 03/113 saylı Ümumi Müqavilə və 2019-cu il 25 iyul tarixli Kreditləşmənin xüsusi şərtlərinə dair 01 saylı Əlavə üzrə 999.980 manat məbləğində əsas borc, 213.398,39 manat məbləğində faiz borcu, 50.000 manat məbləğində dəbbə pulu, ümumilikdə 1.263.378,39 məbləğində borc, eləcə də ödənilmiş dövlət rüsum unun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaiti və işə baxılması ilə əlaqədar olan məsrəflərin əvəzi olaraq 94,50 manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi, tələb üzrə tutmanın Cavabdeh2 mülkiyyətində olan ünvan 11 ünvanında 0,0347 ha torpaq sahəsində yerləşən 704,2 kv.m. ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlak açıq hərracda satılmaqla, əmlakın ilkin satış qiymətinin 550.000 manat məbləğində müəyyən edilməsi. Əmlakın satışından əldə olunmuş vəsait hesabına İddiaçı ASC-nin borc tələbinin ödənilməsi. Satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğin Cavabdeh2 qaytarılması, həmçinin tələb üzrə tutmanın Cavabdeh1 mülkiyyətində olan ünvan 12 ünvanında 0,0169 ha torpaq sahəsində yerləşən 507,8 kv.m. ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlak açıq hərracda satılmaqla, onun ilkin satış qiymətinin 400.000 manat məbləğində müəyyən edilməsi, əmlakın satışından əldə olunmuş vəsait hesabına iddiaçının borc tələbinin ödənilməsi, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğin Cavabdeh1 qaytarılması, satışdan əldə olunacaq vəsaitin iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi qət olunmuşdur (hakim – L.Əliyeva).
30. Məhkəmə Cavabdeh1 03/113 saylı Ümumi Müqavilə və həmin müqavilənin kreditləşmənin xüsusi şərtlərinə dair 2019-cu il 25 iyul tarixli, 01 saylı Əlavə üzrə iddiaçı qarşısında üzərinə götürdüyü ö hdəliyi lazımi qaydada icra etmədiyini, nəticədə cavabdehin iddiaçıya əsas və faiz borcunun yarandığını, iddiaçının isə həmin öhdəliyinin icra edilməsini – kredit müqaviləsi üzrə əsas və faiz borcunun ödənilməsini tələb etmək hüququna malik olduğunu nəzərə alaraq iddiaçının Cavabdeh1 999.980 manat əsas, 213 398,39 manat faiz borcunun tutulmasını tələb etməkdə haqlı olması qənaətinə gəlmişdir.
31. Həmçinin, Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi işin halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin lazımi qaydada icra edilməməsinə görə dəbbə pulunun ödənilməsi nəzərdə tutulduğundan cavabdehdən iddiaçının xeyrinə dəbbə pulunun tutulması üçün də əsaslar mövcud olmuşdur. Məhkəmə tutulması tələb olunan dəbbə pulunun əsa s borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm borclunun əsaslı mənafelərini nəzərə alaraq tutulması tələb olunan dəbbə pulunun azaldılaraq 50.000 manat məbləğində müəyyən edilməsini ədalətli hesab etmişdir.
32. Bundan başqa, Cavabdeh1 kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyin icrasını 90 təqvim günündən daha çox müddətə gecikdirmiş, nəticədə ipoteka haqqında qanunvericiliyin tələblərinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranmışdır.
33. İpoteka predmetləri olan əmlaklar ipoteka müqavilələri bağlanarkən də qiymətləndirilmiş və ipoteka müqaviləsində həmin qiymətləndirmə rəyinə əsasən Bakı şəhəri, Nizami rayonu, Rizvan Teymurov küçəsi, 46A ünvanında 0.0307 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 704.20 kv.m olan fərdi yaşayış e vinin bazar qiyməti 713.000 manat, ünvan 9 ünvanında 0.0169 ha torpaq sahəsində yerləşən 507.80 kv.m. ümumi sahədən ibarət fərdi yaşayış evinin bazar qiyməti 511.200 manat məbləğində müəyyən edilmiş, lakin işə məhkəmədə baxılarkən də əmlakların bazar qiymətlərinin müəyyən edilməsi məqsədi ilə müvafiq mütəxəssis rəyləri əldə olunmuşdur. 34. 2019-cu ildə ipoteka müqavilələri bağlanarkən ipoteka predmetlərinin müəyyən edilmiş bazar qiymətləri (müvafiq olaraq 483.000 və 685.000 manat) ilə "xxxx" MMC-nin qiymətləndirici rəyində müəyyən edilmiş bazar qiymətləri (müvafiq olaraq 511.200 və 713.000 manat) əhəmiyyətli dərəcədə fərqlənmədiyi halda "xxxx" MMC-nin qiymətləndirmə rəyi ilə müəyyən edilmiş bazar qiymətləri (800.000 və 1.150.000) digər rəylərlə müəyyən edilmiş qiymətlərdən kəskin surətdə f ərqlənmişdir (təxminən 60%). Belə olan halda məhkəmə "xxxx" MMC tərəfindən verilmiş mütəxəssis rəyinin iş materiallarında olan digər sübutlarla ziddiyyət təşkil etdiyini nəzərə alaraq həmin rəydə müəyyən edilmiş bazar qiyməti və likvid dəyəri ağlabatan hesab etməmiş, məhkəmə daşınmaz əmlak bazarında qiymətlərin daim dinamikada olmasını nəzərə alaraq ipoteka predmetləri olan əmlakların likvid dəyərinin sonuncu alınmış rəyə - "xxxx" MMC-nin 2021-ci il 1 sentyabr tarixli, 115 saylı qiymətləndirmə rəyinə əsasən müəyyən olunmasını məqsədə müvafiq hesab etmişdir.
35. İddianın əmlak satıldıqdan sonra cavabdehlər yaşayış sahəsindən çıxmadıqda məcburi qaydada çıxarılmaqla əmlakın tam boşaldılması hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, ipoteka qoyanın ipoteka qoyulmuş əmlak açıq hərracda sa tılanadək borcu ödəmək, eyni zamanda açıq hərracda ipoteka predmetini əldə etmək hüququ olduğundan, digər tərəfdən ipoteka predmeti olan əmlak açıq hərracdan satılaraq alqı-satqı rəsmiləşdirilənədək həmin əmlak üzrə mülkiyyət hüququ ipoteka qoyana məxsus olduğundan hazırkı mərhələdə məhkəmə qətnaməsi ilə əmlakın boşaldılmasının qət edilməsi ipoteka qoyanın qanunla qorunan hüquqlarını pozur.
36. İpoteka predmeti olan yaşayış sahəsi satıldıqdan sonra qanunla müəyyən edilmiş müddətdə həmin sahəni tərk etməyən ipoteka qoyan və onun ailə üzvlərinin həmin sahədən məcburi çıxarılması isə həmin sahənin boşaldılması barədə məhkəmə qərarı olmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında həyata keçirilə bilər. Odur ki, ipoteka qoyanın yaşayış sahəsindən çıxarılması barəd ə məhkəmə qərarının qəbul edilməsi ipoteka saxlayanın qanunla qorunan hüquqlarının müdafiəsi baxımından da zəruri hesab edilə bilməz.
37. Bundan başqa, məhkəmə 2019-cu il 25 iyul tarixli 13/113 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh2 digər Cavabdeh1 03/113 saylı Ümumi Müqavilə və həmin müqavilənin kreditləşmənin xüsusi şərtlərinə dair 2019-cu il 25 iyul tarixli, 01 saylı Əlavədən irəli gələn öhdəliklərinə zamin durduğunu, Cavabdeh1 isə həmin müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyini nəzərə alaraq 03/113 saylı Ümumi Müqavilə və həmin müqavilənin kreditləşmənin xüsusi şərtlərinə dair 2019-cu il 25 iyul tarixli 01 saylı Əlavə üzrə əsas, faiz borcları və dəbbə pulunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulmalı olması qənaətinə gəlmişdir.
38. Gəldiyi nəticəni məhk əmə MM-in 385.1, 386, 442, 443.1, 448.1, 739, 269, 270.1, 470.1, 472.1, 472.2, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.6, 3.1, 10.4, 11.1, 11.2, 34.1, 34.1.1, 34.1.3, 34.1.4, 39.3, 1.0.9, 41.1, 47.5, 59.4-cü, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının 2020-ci il 20 iyul tarixli Qərardadına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 88, 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
39. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 25 oktyabr tarixli, e-2-2(113)-1742/2021 saylı qərardadı ilə qətnamədə yol verilmiş yanlışlığın aradan qaldırılmasına dair idd iaçının ərizəsi (İİ cild, iş.v 135) təmin olunmuş, Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 27 sentyabr tarixli qətnaməsində buraxılmış aşkar yanlışlıq aradan qaldırılaraq, qətnamədə “Cavabdeh1 Əlisurət qızı” sözləri “Cavabdeh1” kimi, “ünvan 13 ünvanında 0.0347 ha torpaq sahəsində yerləşən 704.20 kv.m. ümumi sahədən ibarət fərdi yaşayış evi” ifadəsi “Bakı şəhəri, Nizami rayonu, Rizvan Teymurov küçəsi 46A (yeni qaydalarla ünvan 6 ünvanında 0,0307 ha torpaq sahəsində yerləşən 704,20 kv.m. ümumi sahədən ibarət fərdi yaşayış evi” kimi, “ünvan 9 ünvanında 0,0169 ha torpaq sahəsində yerləşən 507,80 kv.m. ümumi sahədən ibarət fərdi yaşayış evi” ifadəsi “ünvan 9 (yeni qaydalarla ünvan 8 ünvanında 0,0169 ha torpaq sahəsində yerləşən 507,80 kv.m. ümumi sahədən ibarət fərdi yaşayış evi” kimi,“1.263.37 8,39 məbləğində” ifadəsi 1.263.378,39 manat məbləğində” kimi oxunması qərara alınmışdır (İİ cild, iş.v151).
40. Qətnamədən iddiaçı 2021-ci il 27 oktyabr tarixdə apellyasiya şikayəti verərək onun qismən ləğv olunması, iddia tələbinin əmlak satıldıqdan sonra cavabdehlər yaşayış sahəsindən çıxmadıqda məcburi qaydada çıxarılmaqla əmlakın tam boşaldılması hissəsində təmin olunmasını xahiş etmişdir.
41. Həmçinin, qətnamədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 da apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd olunmasını xahiş etmişlər. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
42. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 14 fevral tarixli, 2-2(103)-1349/2021 saylı qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq və məhkəmə mühəndis-texniki ekspertizaları t əyin edilmişdir.
43. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2022-ci il 2 mart tarixli, 9/317 saylı rəyində göstərilmişdir ki, Cavabdeh1 ekspertiza qarşısında qoyulmuş sual üzrə 2021-ci il 25 iyul tarixə iddiaçıya olan borcu 1.202.711,93 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borc üzrə 999.980,0 manat; faiz borcu üzrə 202.731,93 manat. (İİ cild, iş.v247)
44. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 5 aprel tarixli, 2-2(103)-91/2022 saylı qərardadı ilə iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması "xxxx" MMC-yə həvalə olunmuşdur. 45. "xxxx" MMC tərəfindən 2022-ci il 7 iyun tarixli ekspert rəyinə əsasən, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Rizvan Teymurov k üçəsi 46A (yeni qaydalarla ünvan 6 ünvanında 0,0307 ha torpaq sahəsində yerləşən 704,20 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinin likvid qiyməti 550.000 manat, Cavabdeh1 mülkiyyətində olan ünvan 9 (yeni qaydalarla ünvan 8 ünvanında 0,0169 ha torpaq sahəsində yerləşən 507,80 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinin likvid qiyməti 390.000 manat təşkil edir.
46. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 5 iyul tarixli, 2-2(103)-91/2022 saylı qətnaməsi ilə cavabdehlərin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – yəni faiz borcuna aid hissədə ləğv edilmiş, iddia tələbi həmin hissədə qismən təmin edilməklə faiz borcu 202.731,93 manat müəyyən edilmişdir. Qətnamə digər mübahisələndirilən hissələrdə dəyişdirilməd ən saxlanılmışdır (sədrlik edən – R.Qurbanov, hakimlər – V.Məmmədov və V.Baxışova).
47. Məhkəmə kollegiyası iş üzrə məhkəmə ekspertizası mərkəzi tərəfindən verilmiş rəyə istinad etməklə kredit müqaviləsi üzrə faiz borcunun 213.398,39 manat məbləğində deyil, 202.731,93 manat məbləğində müəyyən edilməli olması nəticəsinə gəlmişdir.
48. Cavabdehlər tərəfindən ipoteka predmetlərinin ilkin satış qiyməti mübahisələndirildiyindən məhkəmə kollegiyasının qərardadı ilə iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş və "xxxx" MMC tərəfindən verilmiş 2022-ci il 7 iyun tarixli ekspert rəyi ilə müəyyən olunan qiymətlər faktiki olaraq birinci instansiya məhkəməsinin müəyyən etdiyi ilkin satış qiymətləri ilə eynilik təşkil etmişdir. Bu baxımdan, birinci instansiya məhkəməsi düzgün olaraq ipot eka predmetlərinin ilkin satış qiymətini müvafiq olaraq 550.000 manat və 400.000 manat məbləğində müəyyən etmişdir.
49. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 741, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
50. Apellyasiya məhkəməsinin qətnaməsi 2022-ci il 15 iyul tarixdə iş üzrə Cavabdeh2 və iddiaçının nümayəndəsinin şəxsi elektron kabinetinə yerləşdirilmiş, qətnamədən Cavabdeh2 2022-ci il 27 avqust tarixdə kassasiya şikayəti verərək onun ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri 51. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 10.5, 39.3-cü maddələrinin tələbləri pozulmuşdur. Tərəflər qanunvericiliyin ipoteka haqqında olan normalarına uyğun olaraq ipoteka müqaviləsində qarşılıqlı razılıq əsasında ipoteka predmeti olan Bakı şəhəri, Nizami rayonu, Rizvan Teymurov küçəsi, 46A ünvanında 0,0307 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 704,2 kv.m olan fərdi yaşayış evinin bazar qiymətinin 713.000 manat, ünvan 9 ünvanında 0,0169 hektar torpaq sahəsində yerləşən 507,8 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinin bazar qiymətini isə 511.200 manat məbləğində müəyyənləşdirmişlər. Bu səbəbdən, ipoteka premdetlərinin ilkin satış qiymətinin ekspert rəyi əsasında müəyyənləşdirilməsinə zərurət mövcud olmamaqla, məhkəmələr tərəfindən ekspert rəyi əsasında ipoteka predmetlərinin ilkin satış qiymətlərinin tərəflərin qarşıl ıqlı razılaşma əsasında müəyyənləşdirdikləri qiymətlərdən daha aşağı hədd müəyyən edilməsi qanunsuz olmuşdur.
52. Apellyasiya məhkəməsi həmçinin ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən olunması ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının ““İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsinə dair” 2020-ci il 20 iyul tarixli, 01 saylı Qərardadında nəzərdə tutulan ardıcıllığa riayət etməmiş, tərəflər arasında ipoteka predmetinin ilkin satış qiyməti barədə razılaşmanın olubolmamasını aydınlaşdırmamışdır.
53. MPM-in 103-cü maddəsinin tələbləri pozulmuşdur. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş “X2” MMC-nin 2022-ci il 13 iyun tarixli rəyinə əsasən, ünvan 9 ünvanında 0,0169 hektar torpaq sahəsində yerləşən 507,8 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinin bazar qiymətinin 1.179.600 manat, likvid qiymətinin 1.091.131 manat, Bakı şəhəri, Nizami rayonu, Rizvan Teymurov küçəsi, 46A ünvanında 0,0307 hektar torpaq sahəsində yerləşən, ümumi sahəsi 704,20 kv.m olan fərdi yaşayış evinin bazar qiymətinin 1.647.300 manat, likvid qiymətinin 1.523.753 manat olması müəyyən edilmiş, apellyasiya instansiyası məhkəməsi isə öz qətnaməsində göstərilən rəyə münasibət bildirməmiş, habelə həmin rəylə razılaşmamasının əsaslarını da göstərməmişdir.
54. MPM-in 102.2, 101-1-ci maddələrinin tələbləri pozulmuşdur. "xxxx" MMC tərəfindən verilmiş 2022-ci il 7 iyun tarixli ekspert rəyi ilə işdə olan digər ekspert rəyləri, habelə cavabdeh tərəfindən məhkəməyə təq dim olunmuş “X2” MMC-nin 2022-ci il 13 iyun tarixli qiymətləndirmə rəyi arasında ziddiyyətlər mövcud olduğundan məhkəmə tərəfindən həmin eksert rəyi mötəbər sübut kimi qəbul oluna bilməzdi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
55. Kassasiya şikayətinə qarşı təqdim edilmiş etirazda qeyd olunmuşdur ki, ipoteka müqaviləsində müqavilə tərəfləri (ipoteka qoyan və ipoteka saxlayan) ipoteka predmetlərinin həmin tarixə olan bazar dəyərlərini müəyyən edilməsini qarşılıqlı razılaşdırmışlar. Belə ki, müqavilə tərəfləri (ipoteka qoyan və ipoteka saxlayan) Bakı şəhəri, Nizami rayonu, Rizvan Teymurov küçəsi 46A (yeni qaydalarla ünvan 6 fərdi yaşayış evinin bazar dəyəri 713.000 manat, ünvan 9 (yeni qaydalarla ünvan 8 fərdi yaşayış evi 511.200 manat dəyərində olmasını razılaşdırmışlar. "xxxx" MMC tərəfindən Bakı şəhəri, Nizami rayonu, Rizvan Teymurov küçəsi 46A fərdi yaşayış evinin bazar dəyəri 685.000 manat, ünvan 9 fərdi yaşatış evinin bazar dəyəri 483.000 manat müəyyən edilmişdir. “Rec İnvest MMC tərəfindən Bakı şəhəri, Nizami rayonu, Rizvan Teymurov küçəsi 46A fərdi yaşayış evinin bazar dəyəri 660.00 manat, ünvan 9 fərdi yaşatış evinin bazar dəyəri 470.000 manat müəyyən edilmişdir. Göründüyü kimi qeyd edilən qiymtələndiricilərin əmlaklara münasibətdə müəyyən etdikləri bazar qiymətləri ilə ipoteka müqaviləsində tərəflərin razılaşması ilə müəyyən edilən qiymətlər arasında əhəmiyyətli dərcədə fərqlənmə müəyyən edilməmişdir. Lakin cavabdeh tərəfin kassasiya şikayətində ipoteka predmetlərinin ilkin satış qiymətlərinin müəyyən edilməsində istinad etdiyi əsas hallardan olan "xxxx" MMC və cavabdeh tərəfin məhkəmyə təqdim etdiyi “X2” MMC tərəfindən verilmiş ekspert rəylərində müəyyən edilmiş qiymətlərlə həm ipoteka müqaviləsində tərəflərin müəyyən etdiyi qiymətlər, həm də yuxarıda qeyd edilən rəylərlə müəyən edilmiş qiymətlər arasında kəskin surətdə fərqlər mövcud olmuşdur.
56. Həmçinin, əgər tərəflər arasında ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı razılaşma olmuş olsaydı yazılı formada, məhkəmə iclas protokoluna imza edilməklə yada yazılı ərizə ilə təsdiq edilməli idi. Qeyd edilən halların tətbiq edilməsi barədə kommersiya işi üzrə məhkəmə çəkişməsi zamanı tərəflərin təşəbbüsünün olmaması artıq məhkəmədə ipoteka predmetinin ilkin satış qiymətində tərəflər arasında hər hansı bir razılaşmanın olmaması qənaəitini yaratmışdır. Bundan əlavə cavabdeh tərəfin ip oteka predmetlərinin ilkin satış qiymətinə münasibətdə irəli sürdüyü tələb özü-özlüyündə razılaşmanın əldə olumnasının qeyri-mümkünlüyünün göstəricisidir. II. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
57. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin verildiyi gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətlərinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
58. Apellyasiya məhkəməsinin qətnaməsi tam mübahisələndirilsə də hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinin tələbləri baxımından yoxlanılacaqdır.
59. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. III. TƏTBİQ EDİLƏN HÜQUQ
60. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulmuşdur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
269. Girov və ipoteka hüququ anlayışı 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsul udur. 269.2. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. 269.3. Girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda hüquqların da girov qoyulması mümkündür. 269.4. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. 269.5. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. 269.6. Əşyaya girov və ipoteka hüququ əşyaya mülkiyyət hüququna aid olan hər şeyə şamil edilir. 269.7. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüq uqu var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın.... 269.9. Girov və ipoteka hüququ başqasına verilə bilən bütün əşyalar və hüquqlar üçün verilir....” “Maddə
270. Girovun və ipotekanın əmələ gəlməsi əsasları 270.1. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir....” “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Madd ə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 386.2. Bu Məcəllənin 385-ci maddəsində nəzərdə tutulmuş öhdəliklər müqavilənin hazırlanması əsasında da əmələ gələ bilər. 386.3. Danışıqların iştirakçısı digər iştirakçının təqsirli hərəkəti nəticəsində bağlanmayan müqavilənin bağlanması üçün çəkdiyi xərclərin əvəzini ödəməyi digər iştirakçıdan tələb edə bilər. 386.4. Elektron formada bağlanan əqdlərdən irəli gələn öhdəliklərin məzmunu və icrası ilə bağlı məsələlər, elektron ticarət haqqında Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulanlar istisna olmaql a, bu Məcəllə ilə tənzimlənir.” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....” “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilm ədiyi bütün hallar üçün cavabdehdir....” “Maddə
470. Zaminlik müqaviləsi 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür....” “Maddə
472. Zaminin məsuliyyəti 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır....” “Maddə
739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.” 61. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun müvafiq müddə alarında nəzərdə tutulmuşdur: “M a d d ə
10. İpoteka müqaviləsi... 10.4 İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir....” “M a d d ə
11. İpotekanın dövlət qeydiyyatı 11.1. Daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. 11.2. İpoteka hüququ ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir. İpoteka müqaviləsi bu Qanunun 11.3-cü və müvafiq hallarda 11.4-cü maddələrində nəzərdə tutulmuş məlumatların müvafiq reyestrə daxil edildiyi andan dövlət qeydiyyatına alınmış hesab olunur....” “M a d d ə
34. İpoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda.” “Maddə
39. İpoteka müqaviləsindən irəli gələn mübahisələrə məhkəmə qaydasında baxılması... 39.3. Məhkəmə ipotekapredmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: 39.3.1. ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər. Mühafizə və satış xərcləri ipoteka pr edmetinin satılması başa çatdıqdan sonra müəyyən edilir. 39.3.2. ipoteka predmetinin təsviri; 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; 39.3.4. zəruri hallarda ipoteka predmetinin satılmasına qədər onun mühafizəsinin təmin edilməsi tədbirləri....” “M a d d ə
41. İpoteka predmetinin satış üsulları 41.1. İpoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər....” “M a d d ə
47. İpoteka predmetinin satılmasından əldə olunan gəlirin bölüşdürülməsi... 47.5. İpoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlay anın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır.” “M a d d ə
59. İpoteka predmeti olan yaşayış evinə və mənzilə tutmanın yönəldilməsi... 59.4. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka pre dmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar.” 62. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 2020-ci il 20 iyul tarixli qərardadında göstərilmişdir: “... “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir....”
63. Azərbaycan Respublikasının Mülki Prosessual müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Mə hkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” IV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
64. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
65. Cavabdehin kassasiya şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, apellyasiya məhkəməsi tərəfindən ipoteka predmetlərinin likvid qiymətləri düzgün müəyyənləşdirilməmiş və cavabdeh tərəfindən təqdim olunmuş ekspert rəyi nəzərə alınmamışdır.
66. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə aşağıda göstərilənlərə əsasən razılaşmadığını bildirir.
67. Hər şeydən əvvəl qeyd edilməlidir ki, ipoteka predmetinin likvid qiymətlə satılması borc alanın və ipoteka qoyanın da qanuni maraqlarına zidd deyildir. Belə ki, ipoteka predmetinin realizasiyasının lik vid qiymət əsasında daha tez həyata keçirilməsi borcun vaxtında ödənilməməsinə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq maddələri ilə nəzərdə tutulmuş əlavə ödənişlərin tutulmasının qarşısını da almaqla borcluları əlavə zərərdən qoruyur.
68. Digər tərəfdən, likvid qiymət real bazar dəyərindən nisbətən aşağı olsa da, əhəmiyyətli qiymət fərqi olmadan dəyər itkisi yaratmayan həddə olduğundan və yalnız məcburi qaydada satışa tətbiq edildiyindən ipoteka qoyanın maraqlarına da zidd kimi qiymətləndirilməməlidir. Bu zaman həmçinin nəzərə alınmalıdır ki, Qanun ədalətli yanaşma müəyyən edərək, ipotekaqoyana ipoteka predmetini hərrac yekunlaşana qədər borcu ödəməklə ipotekadan azad etmək, habelə ipoteka saxlayanla qarşılıqlı razılıq əsasında ipoteka predmetini könüllü olaraq satmaq i mkanı vermişdir.
69. Bundan əlavə, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsində ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında müəyyən edilməsi imkanı nəzərdə tutulmuşdur. İpoteka predmeti olan əmlakın likvid qiymətlə açıq hərraca çıxarılması ipoteka predmetinin ilkin hərracda daha tez realizə edilərək, hərrac qaydalarına əsasən növbəti hərracdan mülkiyyətiçinin mənafeyinə zidd şəkildə ucuz qiymətə satılmasının qarşısını almaqla, iş üzrə qəbul edilmiş məhkəmə aktlarının da vaxtında icra olunmasına yardım etmiş olur.
70. Məhkəmə kollegiyası vurğulayır ki, kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması barədə tələblər üzrə işlərə baxılarkən “İpoteka haqqında” Qanunun tələblərinə riayət etmək üçün ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı aparılan məhkəmə araşdırmasında qanunla müəyyən edilmiş ardıcıllığa riayət edilməli, ipoteka predmetinin likvid qiyməti ilə bağlı tərəflər arasında hər-hansı razılaşmanın olub-olmadığı müəyyənləşdirilməli, belə razılıq olmadıqda isə ipoteka predmetinin ilkin satış qiyməti müstəqil qiymətləndiricinin rəyi (mütəxəssis rəyi) əsasında müəyyən edilməlidir.
71. Hazırkı halda, ipoteka müqaviləsində müqavilə tərəfləri (ipoteka qoyan və ipoteka saxlayan) ipoteka predmetlərinin həmin tarixə olan bazar dəyərlərini müəyyən edilməsini qarşılıqlı razılaşdırmışlar. Belə ki, ipoteka müqavilələri bağlanarkən ipoteka predmetləri olan əmlakların bazar qiymətləri müvafiq olaraq 713.000 və 511.200 manat məbləğində müəyyən edilmiş, lakin əmlak bazarında qiymətlərin dəyişkən ola bilməsi səbəbindən aşağı instansiya məhkəmələri tərəfindən də müvafiq mütəxəssis rəyləri əldə olunmuş və tərəflər arasında razılaşdırılmış qiymətlərə yaxın olan rəylər əsasında ipoteka predmetlərinin likvid qiyməti müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, aşağı instansiya məhkəmələrinin ipoteka predmetlərinin likvid qiymətlərinin müəyyən edilməsi istiqamətində hərəkətləri və gəldikləri nəticə qanuni və əsaslı olmuş, kassasiya şikayətinin bunu mübahisələndirən dəlilləri isə əsaslı olmamışdır.
72. Məhkəmələr tərəfindən həmçinin iş materiallarındakı ipoteka ilə yüklü edilmiş əmlakların qiymətləndirilməsi üzrə müxtəlif ekspert rəyləri ilə əlaqədar düzgün olaraq qeyd edilmişdir ki, 2019-cu ildə ipoteka müqavilələri bağlanarkə n ipoteka predmetlərinin müəyyən edilmiş bazar qiymətləri (müvafiq olaraq 483.000 və 685.000 manat) ilə "xxxx" MMC-nin qiymətləndirici rəyində müəyyən edilmiş bazar qiymətləri (müvafiq olaraq 511.200 və 713.000 manat) əhəmiyyətli dərəcədə fərqlənmədiyi halda "xxxx" MMC-nin qiymətləndirmə rəyi ilə müəyyən edilmiş bazar qiymətləri (800.000 və 1.150.000) digər rəylərlə müəyyən edilmiş qiymətlərdən kəskin surətdə fərqlənmişdir (təxminən 60%). Belə olan halda "xxxx" MMC tərəfindən verilmiş mütəxəssis rəyinin iş materiallarında olan digər sübutlarla ziddiyyət təşkil etdiyi nəzərə alınaraq həmin rəydə müəyyən edilmiş bazar qiyməti və likvid dəyəri ağlabatan hesab edilməmiş, daşınmaz əmlak bazarında qiymətlərin daim dinamikada olması nəzərə alınaraq ipoteka predmetləri olan əmlakların likvid dəyər inin sonuncu alınmış rəyə - "xxxx" MMC-nin 2021-ci il 1 sentyabr tarixli, 115 saylı qiymətləndirmə rəyinə əsasən müəyyən olunması qanuni hesab edilmişdir.
73. Həmçinin o da qeyd edilməlidir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 42.3-cü maddəsinə əsasən, istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. Hərracı sifariş edən icra qurumunun və hərrac təşkilatının əməkdaşlarının, habelə əmlakın qiymətləndirilməsini həyata keçirən şəxslərin birbaşa və ya dolayı yolla hərracda alıcı qismində iştirak etməsinə yol verilmədiyi halda, qanunvericilik ipoteka saxlayan və ipoteka qoyan üçün də ipoteka predmetinin hərracdan əldə olunması imkanını nəzərdə tutmuşdur.
74. Qeyd edilənləri nəzərə almaqla məhkəmə kollegiyası hesab edir k i, cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində göstərilən dəlillər Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 12 yanvar tarixli, 22(103)-87/2022 saylı qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz.
75. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 5 iyul tarixli, 22(103)-91/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul olunduğu andan qüvvəyə minir.