Məhkəmə qərarları › İş №2-2(102)-713/2025

Ali Məhkəmə Qərardad — İş №2-2(102)-713/2025

14.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-713/2025 14.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı ASC-nin cavabdeh "xxxx" MMC-yə qarşı iddia tələbinə dair kommersiya mübahisəsi üzrə QƏRARDADİ Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi – kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilmədikdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim X1 məruzəsi ilə, hakimlər Şamayev Elşad Yaquboviç və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, İddiaçı ASC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 15 iyul tarixli, 2-2(103)-659/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyü məsələsinə baxılarkən aşağıdakılar müəyyən edilmişdir. MÜƏYYƏN ETDİ:

1. İddiaçı ASC cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, dəymiş zərərin əvəzi olaraq 1.828.439 manatın və 1704,22 manat dövlət rüsumunun cavabdehdən tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə işin baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsinə qərar verilmişdir.

3. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il 7 aprel tarixli, e-2-2(113)-955/2025 saylı qətnam əsi ilə iddia tələbinin təmin edilməməsi qət olunmuşdur. (hakim – Ü.Həsənova).

4. Qətnamədən İddiaçı ASC (bundan sonra - iddiaçı) apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 15 iyul tarixli, 22(103)-659/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-955/2025 saylı iş üzrə 07 aprel 2025-ci il tarixli qətnaməsi ləğv olunmuş və iddia qismən təmin edilmişdir (sədrlik edən – E.Həsənov, hakimlər – T.Mahmudova və L.Əliyeva).

5. Həmin qətnamədən İddiaçı ASC kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qe yri-mümkün hesab edilməli və şikayətin geri qaytarılması məsələsinə baxılması üçün iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

7. Belə ki, MPM-in 407.1-ci maddəsində müəyyən edilmişdir ki, kassasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir.

8. Kassasiya şikayətinin formasına dair tələbləri müəyyən edən MPM-in 3 nömrəli Əlavəsində isə müəyyən edilmişdir ki, kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər hissəsində şikayət olunan qətnamə və ya qərardad çıxarılarkən pozulduğu və ya düzgün tətbiq edilmədiyi iddia olunan hər bir maddi hüquq norması sıralanmaqla göstərilməli və göstərilmiş hər bir normanın qarşısında pozuntunun və ya düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna və bu hallar ın nə ilə nəticələndiyinə dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir.

9. Həmçinin, MPM-in 407.1.4-ci maddəsinin tələblərinə görə maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması kassasiya şikayətində aydın şəkildə ifadə olunmalıdır.

10. İddiaçı tərəfindən verilmiş kassasiya şikayətində isə Mülki Məcəllənin 21, 152, 154.3, 238.1, 1096.1, 1097.1-ci maddələrinə və MPM-in 88, 390, 417-ci maddələrinə istinad olunsa da onların qarşısında həmin maddələrin məzmunu qeyd olunmuş, lakin pozuntunun nədən ibarət olmasına, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının hansı formada düzgün tətbiq olunmamasına dair aydın şəkildə ifadə edən heç bir izah verilməmişdir.

11. MPM-in 408.1-ci maddəsində isə təsbit ed ilmişdir ki, kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə (408.1.1); kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə (408.1.5).

12. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş şikayətə kassasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və iş kassasiya şikayətinin geri qaytarılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. 1

3. Qeyd olunanları nəzərə alaraq və MPM-in 407-408-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 15 iyul tarixli, 2-2(103)-659/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və kassasiya şikayəti qaytarılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar