Məhkəmə qərarları › İş №2-2(102)-716/2023

Ali Məhkəmə Qərardad — İş №2-2(102)-716/2023

11.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-716/2023 11.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası QƏRARDAD İddiaçı Cavabdeh qarşı iş üzrə Açar sözlər: kassasiya şikayətinin icraata qəbulundan imtina Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Əliyev Zaur Əli oğlu və X1 ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 19 oktyabr tarixli, 2-2(105)-101/2022 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra-“iddiaçı”) Cavabdeh (bundan sonra-“cavabdeh”) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraci ət edərək, Cavabdeh 130.000 (yüz otuz min) manat pul və 13.000 manat Milli Bankın uçot dərəcəsi ilə hesablanmış faiz məbləği olmaqla, bütövlükdə cəmi 143.000 manat pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 2022-ci il 23 iyun tarixli, e-2-2(119)-580/2022 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh (VÖEN **********) 130.000 (yüz otuz min) manat məbləğində pul və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 130.030 (yüz otuz min otuz) manat məbləğində pul vəsaitinin iddiaçının (VÖEN **********) xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Z.Sadiqov). Qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, Sumqayıt Kommersiya Məhkəməsinin 2 022-ci il 23 iyun tarixli, e-2-2(119)-580/2022 nömrəli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 13 oktyabr tarixli, 2-2(105)-101/2022 nömrəli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Sumqayıt Kommersiya Məhkəməsinin 23 iyun 2022-ci il tarixli, e-2-2(119)-580/2022 nömrəli qətnaməsinin apellyasiya şikayəti ilə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir ( sədrlik edən və məruzəçi hakim İlqar Dəmirov, hakimlər Zaur Məmmədov və Zahid Məmmədov). Cavabdeh tərəfindən həmin qətnamədən kassasiya sikayəti verilərək, qətnamənin tamamilə ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə qə rar çıxarılması xahiş edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 30 dekabr tarixli, 2-2(102)- 853/2022 nömrəli qərardadı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 13 oktyabr tarixli, 2-2(105)-101/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbulundan imtina edilməsi və işin kassasiya şikayətinin qaytarılması məsələsinə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakimlər Bəhman Qəribov (sədrlik edən və məruzəçi), İlqar Dadaşov və Bəhram Məmmədli). Sumqayıt Apellyasiya Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli, 2-2(105)-101/2022 nömrəli qərardadı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli, 22(105)-101/2022 nömrəl i qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır. Qətnamədən narazı qalan Cavabdeh yenidən kassasiya sikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli, 2- 2(105)-101/2022 nömrəli qətnaməsinin tamamilə ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2023-cü il 06 mart tarixli, 2-2(102)192/2023 nömrəli qərardadı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin qeyrimümkün hesab edilməsi və işin kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakimlər Bəhman Qəribov (sədrlik edən və məruzəçi), İlqar Dadaşov və Bəhram Məmmədli). Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 11 aprel 2023-cü il tarixli, 2-2(105)-101/2022 nömrəli qərardadı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 13 oktyabr 2022-ci il tarixli, 2-2(105)-101/2022 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti kassasiya şikayətinin verilməsi üçün prosessual müddət ötürüldüyündən və müddətin bərpasına dair ərizə verilmədiyindən kassasiya şikayəti geri qaytarılmışdır ( sədrlik edən və məruzəçi hakim İlqar Dəmirov, hakimlər Zaur Məmmədov və Zahid Məmmədov). Cavabdeh kassasiya şikayəti və kassasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş buraxılmış müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 19 oktyabr tarixli, 2-2(105)-101/2022 nömrəl i qərardadı ilə kassasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsi barədə cavabdehin ərizəsinin təmin edilməməsi, kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır ( sədrlik edənməruzəçi hakim İ.Dəmirov, hakimlər L.Rəhimli və F.Məmmədov). Cavabdeh tərəfindən həmin qərardaddan verilmiş kassasiya şikayətində qərardadın ləğv edilməsi, kassasiya şikayətinə baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Kassasiya şikayətinin mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, cavabdeh tərəfindən 2023-cü il 16 noyabr tarixində verilmiş kassasiya şikayəti Mülki Prosesual Məcəllənin (bundan sonra mətndə MPM) 2021-ci il 1 oktyabr tarixindən qüvvəyə minmiş redaksiyası ilə müəyyən edilmiş formada (3 saylı Əlavə) tərtib edilməmişdir. MPM-nin 407.1-ci maddəsində kassasiya şikayətinin bu Məcəllə ilə müəyyən edilmiş formada verilməsi nəzərdə tutulmuş, həmin forma Məcəlləyə 3 saylı Əlavədə göstərilmişdir. Həmin forma onu nəzərdə tutur ki, kassasiya şikayətinin maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər hissəsində şikayət olunan qətnamə çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi və ya prosessual hüquq norması sıralanmaqla göstərilməlidir. Göstərilmiş hər bir normanın qarşısında isə düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. MPM-nin 408.1 və 408.1.1-ci maddələrinə əsasən kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, kassasiya ş ikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilməli və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 407-408-ci maddələrini rəhbər tutaraq qərara aldı: Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 19 oktyabr tarixli, 2-2(105)-101/2022 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbulundan imtina edilsin və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılsın. Sədrlik

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar